Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-14068/2025 15.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı1 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhər Yasamal Rayon Polis İdarəsinə (üçüncü şəxslər X18 və X8) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli, ******* nömrəli arayışından görünür ki, ünvan 1 ünvanında X18 və X8 qeydiyyatdadırlar. İddiaçılar İddiaçı2 və İddiaçı1 (bundan sonra – iddiaçılar) xx.xx.2015-ci il tarixli ərizə ilə cavabdeh Bakı şəhər Yasamal Rayon Polis İdarəsinə (bundan sonra– Cavabdeh) müraciət edərək, X9 və X4 iddiaçıların mülkiyyətində olan Bakı şəhəri, Yaşamal rayonu, Şamil Əzizbəyov küçəsi, dalan 2, 4 saylı evdən pasport qeydiyyatlarını ləğv edilməsini xahiş etmiş, cavabdeh iddiaçıların müraciətini cavablandırmamışdır. Bundan sonra iddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X9 və X4 ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X18 və X8 (bundan sonra - üçüncü şəxs) üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İİ Tərəflərin əsaslandırması: İddiaçılar tələbini bununla əsaslandırmışdır ki, cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə müraciət edərək X9 və X4 iddiaçıların mülkiyyətində olan Bakı şəhəri, Yaşamal rayonu, Şamil Əzizbəyov küçəsi, dalan 2, 4 saylı evdən pasport qeydiyyatlarının pasport qeydiyyatının ləğv edilməsini xahiş etmişdir. Cavabdeh Yasamal rayon Polis İdarəsi xx.xx.2025-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, mülkiyyətçisi olduqları ünvan 1 ünvanından X9 və X4 qeydiyyatdan çıxarılması ilə əlaqədar məhkəməyə müraciət etməlidirlər. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2025-ci il tarixli, ********** nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsi İddiaçı2, ½ hissəsi isə İddiaçı1 paylı mülkiyyətindədir. Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 61 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2025-ci il tarixli, 009 nömrəli sorğuya cavab məktubundan görünür ki, X1 həyat yoldaşı X6 boşandıqdan sonra iki azyaşlı övladını - X18 (təvəllüdüxx.xx.2003 il) və X11 (təvəllüdü-xx.xx.2005 il) götürərək gəlin gəldiyi Şamil Əzizbəyov küçəsi, dalan 2, ev 4 ünvandakı mənzili tərk etmişdir. Yuxarıda qeyd olunan ünvandakı mənzilin paylı mülkiyyətçiləri tərəfindən qaldırılan iddiaya əsasən 13 fevral 2017-ci ildə keçirilən Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə X6 həmin ünvanda olduğu daimi pasport qeydiyyatından da çıxarılmışdır. Ev Kitabına əsasən Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, dalan 2, ev 4 ünvanda yerləşən fərdi yaşayış evində daimi pasport qeydiyyatında olanlar aşağıdakılardır:
1. İddiaçı2 - təvəllüdü-xx.xx.1961 il
2. X13 - təvəllüdü - xx.xx.1996 il.
3. X19 - təvəllüdü — xx.xx.1981 il.
4. X20 - təvəllüdü- xx.xx.1989 il.
5. X14 - təvəllüdü - xx.xx.2017 il. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsindən görünür ki, X19 ilə X12 arasında xx.xx.2002-ci il tarixdə 137 nömrə ilə Sumqayıt şəhər Nikah evi tərəfindən qeydə alınmış nikah pozulmuşdur. Boşanmadan sonra xx.xx.2003-cü il təvəllüdlü X18 və xx.xx.2005-ci il təvəllüdlü Rəşidova lidan Ramil qızının anası X5 yanında qalması müəyyən edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)-1226/16 saylı qətnaməsindən görünür ki, İddiaçı1 cavabdeh X3 qarşı “evdən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Ş.Əzizbəyov küçəsi, dalan 2 ünvanında yerləşən 4 saylı evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin həmin qətnaməsi ilə İddiaçı1 və müstəqil tələb irəli sürən üçüncü şəxs X7 iddiaları təmin edilmiş, cavabdeh X6 İddiaçı1 və müstəqil tələb irəli sürən üçüncü şəxs X7 paylı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, dalan 2, 4 saylı fərdi yaşayış evindən çıxarılmışdır. Məhkəmə qətnaməsə göstərmişdir ki, “...cavabdeh X6 mülkiyyət hüququ ilə iddiaçıya və müstəqil tələb irəli sürən üçüncü şəxsə məxsus olan fərdi yaşayış evinə qeydiyyata düşsə də, onun həmin mənzilə istifadə hüququnun əmələ gəlməsi üçün iddiaçı ilə aralarında notariat qaydasında təsdiqlənən yazılı razılaşma olmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh X6 ilə mənzilin mülkiyyətçiləri arasında notariat qaydasında təsdiqlənən yazılı razılaşma olmadığından onun Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, dalan 2, 4 saylı fərdi yaşayış evindən istifadə hüququ yaranmamışdır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(102)-4466/16 nömrəli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 aprel qətnaməsi ilə iş üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. X6 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 aprel 2016-cı il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmiş, Ali Məhkəmənin həmin qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 aprel 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarında göstərmişdir ki, “Hazırkı işdə iddiaçı məhkəməyə yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün əsas ola biləcək notarial qaydada təsdiq edilən hər hansı müqavilə və digər sübutlar təqdim etməyib. Buna görə də, məhkəmə kollegiyası cavabdehin mübahisəli mənzildən istifadə hüququnun yaranmaması barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşır.” Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-(102)- 1845/17 nömrəli qərarından görünür ki, iddiaçılar İddiaçı1 və X15 cavabdeh Yasamal rayon Polis İdarəsinə və üçüncü şəxs X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən 3-cü şəxsin ünvan 5 ünvanda olan pasport qeydiyyatının ləğv edilməsi vəzifəsinin cavabdeh İdarənin üzərinə qoyulması barədə qəbul edilməsini xahiş etmişdir, 1 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinin 13 fevral 2017-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi; X2 Bakı şəhəri, Yasamal rayonu Ş.Əzizbəyov küçəsi, dalan 2, mənzil 4-dən pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdeh Yasamal rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmış, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiiqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarnın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan 3-cü şəxs kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və apellyasiya instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın tamamilə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmənin həmin qərarı ilə üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi Kollegiyasının 30 may 2017ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərarda göstərilmişdir ki, “..apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, haqlı olaraq belə hesab etmişdir ki: -3-cü şəxs A.lbrahimovanın Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi dalan 2, ev 4-ə istifadə hüququnun olmadığı müəyyən edildiyindən, habelə həmin mənzildə yaşamadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalması iddiaçıların mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə iddiçıların tələbi əsaslıdır; -3-cü şəxs A.lbrahimovanın yaşayış sahəsindən çıxarılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan və inzibati orqana təqdim edildiyindən, inzibati orqanın həmin şəxsi yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına mülki qaydada baxılmış iddianın predmeti olmaqla, həmin iş üzrə icraat artıq yekunlaşmış və Bakı şəhər Yasamal rayon Məhkəməsinin 16 fevral 2016-cı il tarixli məhkəmə qətnaməsi qanuni qüvvəyə minmişdir; -iddiaçıların inzibati orqandan tələbinin hüquqi əsasını da məhz həmin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi təşkil edir və Yasamal rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə hüquqi qiymət verilmiş məsələlər hazırkı inzibati icraatın predmetini təşkil etmir; hazırkı işdə mübahisənin predmetini inzibati orqanın imtinasının qanuniliyi təşkil edir; -belə olan halda iddiaçıların iddia tələbi əsaslı və qanuni olduğundan 1-cı instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir.” İddiaçılar hazırda A.İbrahimovanın övladlarının da həmin ünvanda yaşamadığına və hüquqlarının olmadığına istinad edərək, onların qeydiyyatdan çıxarılmasını xahiş edirlər. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, qanunverici şəxsin qeydiyyatdan çıxarılması üçün əsasların siyahısını konkret olaraq müəyyən etmişdir. Bu əsaslardan biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Lakin əgər şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ yoxdursa, aydındır ki, istifadə hüququna xitam verilmə barədə qətnamə, şəxs həmin yaşayış sahəsində yaşamırsa, onun yaşayış sahəsindən çıxarılmasına dair qətnamə mövcud olmayacaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarı ilə qərara alınmışdır ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir... Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.” Beləliklə, Konstitusiya Məhkəməsinin bu qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; 2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. Məhkəmə qeyd edir ki, xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqları deyildir. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Konstitusiya Məhkəməsi Plenumunun Ü.Rəhimovanın şikayəti üzrə 2009-cu il 25 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin (digər ailə üzvlərinin) mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsi və mənzilə qeydiyyata düşməsi onun Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur. Beləliklə, istinad olunan normalardan müəyyən olunur ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir (“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarı). Yuxarıda sadalanan sübutlara əsasən müəyyən olunur ki, üçüncü şəxslər mübahisəli ünvana yaşayış yeri üzrə qeydiyyata alınsalar da, sonradan həmin ünvandan getmiş, yaşayış sahəsinə hər hansı bir hüququları yaranmamışdır. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Məhkəmə onu da qeyd edir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq
qərara aldı:
İddia təmin olunsun. Üçüncü şəxslər xx.xx.2003-cü il təvəllüdlü X9 və xx.xx.2005-ci il təvəllüdlü Rəşidova (İbrahimova) Fidan Ramil qızının Bakı şəhəri, Yasamal rayonu, X17 küçəsi, dalan 2 ünvanında yerləşən 4 saylı fərdi yaşayış evi üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Səlma Qənbərova