Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-14124/2025 27.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X7 kаtibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4099a saylı bağ sahəsinə xx.xx.2024-cu il tarixdə, Azərbaycan Respublikasinin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsi tərəfindən reyestr nömrəsi **********88 nömrəli cavabdeh X3 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4099a saylı bağ sahəsinə xx.xx.2024-cu il tarixdə, Azərbaycan Respublikasinin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsi tərəfindən reyestr nömrəsi **********88 nömrəli cavabdeh X3 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın etibarsız hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Maştaga qəsəbəsi, “Ləhiş” bağ massivində 1200 kv m, torpaq sahəsi fərdi bağ evinin tikintisi üçün X9 17 may 2006 ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu, Maştaga Bələdiyyəsi 325 nömrəli sərəncamı ilə torpaq sahəsi verilmisdir. X14 ilə yuxarıda qeyd edilən torpaq sahəsi 11 noyabr 2020-ci il tarixdə etibarnamə əsasında Bakı şəhəri Sabunçu rayonu, Maştaga Bələdiyyəsi 17 may 2006 ci İl, tarixli sərəncamla verilmiş 1200 kv metr olan torpaq sahəsinin fərdi bağ evinin tikintisi üçün ayrılmış torpaq sahəsini vətəndaş X11 və onun həyat yoldaşı X4 tərəfindən notarial ofisdə razılıq ərizəsi əsasında iddiaçıya verilmişdir. Etibarnamə də qeyd edilmişdir ki, torpaq sahəsini Ləhiş bağ massivdə yerləşən faktiki istifadəsində olan 1200 kv m. olan torpaq sahəsindən təyinatı üzrə istifadə etməyi, təyinatını dəyişdirməyi həmin torpaq sahəsi üzərində tikinti işləri aparmağı, tikintini müvafiq dövlət orqanları ilə razılaşdırmaqla, lahiyələndirməyi, tam özəlləşdirməyə, və s. xx.xx.2020-ci il tarixdə etibarnamə əsasında iddiaçıya verilmişdir. Bundan sonra iddiaçıya Bakı şəhəri Sabunçu rayonu, Maştaga qəsəbəsi, “Ləhiş” bağ massivi ünvanda yerləşən və Sabuncu rayon Maştaga Bələdiyyəsi 7959 nömrəli xx.xx.2021-ci il tarixdə şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında 18051xxxxxxx vergi rüsumu tərəfindən ödənilmişdir. Daha sonra iddiaçı qeyd edilən torpaq sahəsində tikinti işləri aparılmışdır. Əldə etdiyi məlumata görə torpaq sahəsi başqa bir şəxs tərəfindən qanunsuz olaraq özəlləşdirilib. Bu barədə ərizələr ilə əmlak komitəsinə və digər dövlət qurumlarına müraciət etsə də, məlumat verilməmişdir. Həmçinin, qeyd edilən torpaq sahəsini həm vergi ödəyicisi olmağına baxmayaraq, həm də ki, mülkiyyətçi olaraq tikinti işləri aparmağına baxmayaraq ümumilikdə bu günə kimi 9500 manat pul vəsaiti xərclənmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya dair etirazında bildirmişdir ki, Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4099a saylı bağ sahəsi Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1038/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı əsasında mərhum X3 adına hüququn ölmüş şəxsə məxsus olması haqqında ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli dövlət reyestrindən arayış verilmiş və vərəsəlik qaydasında X10, X5 və X1 adına qeydiyyata alınmışdır. Daha sonra isə xx.xx.2025-ci il tarixli, 4Ə-955 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən "X19" MMC-nin adına ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hazırda "X19" MMC-nin mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin “mərhumun adına çıxarışın verilməsi” hissəsində təmin edilməməsini, “aparılmış qeydlərin və çıxarışın ləğv edilməsi” hissəsində isə mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Faktiki hallar və sübutlar: ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il “Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestri”ndən arayışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4099a saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə X6 məxsusdur. ********** qeydiyyat nömrəli xx.xx.2025-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4099a saylı bağ sahəsi (Yeni qaydalarla: AZ 1039, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ənvər Arazov küçəsi, giriş 48) xüsusi mülkiyyət hüququ ilə “X19” MMC-yə məxsusdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-434/2023 saylı 20 sentyabr 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən ölçüsü 1148.0 kv.m təşkil edən 4099 a saylı bağ sahəsinə dair hüququn ölmüş şəxsə (X6) məxsus olması barədə arayışın (çıxarışın) və torpaq sahəsinin plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1038/2024 saylı işi üzrə qəbul etdiyi xx.xx.2024cü il tarixli Qərarı ilə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 434/2023 saylı 20 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən ölçüsü 1148,0 kv.m. təşkil edən 4099а saylı bağ sahəsinə dair hüququn mərhum X6 məxsus olması barədə arayışın iddiaçı X2 verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 1.1. bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən: 1.1. inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri olan ilkin şərt onun mümkün olmasıdır. 1.2. iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur 2.3. ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: -1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur - 20. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. - 28.1. İnzibati icraat fiziki və ya hüquqi şəxsin ərizəsi əsasında başlanılır. - 52.1. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Hazırda iddiaçının hüquqi marağı və ondan irəli gələn iddia tələbi Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4099a saylı bağ sahəsinə xx.xx.2024-cu il tarixdə, Azərbaycan Respublikasinin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsi tərəfindən reyestr nömrəsi **********88 nömrəli cavabdeh X3 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın etibarsız hesab edilməsindən ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddiası qanunvericilik normaları baxımından mümkünlük tələblərinə cavab vermədiyi üçün inzibati məhkəmə icraatında baxılması mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən iddiaçıya 08 oktyabr 2025-ci ildə hüquqi yardım barədə məktub göndərilərək, mübahisəli torpaqla bağlı subyektiv hüququnu təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım barədə məktub göndərilsə də, icra edilməmiş, mübahisəli torpağa dair iddiaçının hüquqlarını müəyyən edən sənədlər məhkəməyə təqdim edilməmiş, onların mövcud olması barədə məlumat verilməmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4099a saylı bağ sahəsinin iddiaçıya məxsus olması barədə hüquqmüəyyənedici sənədlər mövcud deyildir. Belə olan halda iddiaçı hazırkı iddianı qaldırmaq hüquqa malik olan şəxs sayılmır. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, mübahisəli əmlak dövlət qeydiyyatına alınması Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1038/2024 saylı işi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli Qərarı əsasında həyata keçirilmiş və həmin Qərar qüvvədə olduğu müddətdə iddiaçının həmin çıxarışın ləğvini tələb hüququ da mövcud deyildir. İddiaçının mübahisəli əmlakın mülkiyyətinə verilməsinə dair məhkəmə qərarının ləğvinə nail olduğu, məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, nə qədər ki Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1038/2024 saylı işi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli Qərarı qüvvədədir, iddiaçının hazırkı iddiası- çıxarışın ləğv edilməsi tələbi mümkün deyidir. Beləliklə, hazırda iddiaçı cavabdeh tərəfindən onun hüquqlarının pozulması barədə dəlilləri iddia ərizəsində göstərməmiş və əsaslandırmamışdır. Cavabdeh tərəfindən iddiaçının hüquqları qanunvericiliyi ilə təsbit edilmiş onun qorunma sferasına müdaxilə aşkar şəkildə baş vermir və birmənalı nəzərə çarpmır. Belə olan halda, cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması müəyyən edilmir, cavabdeh tərəfindən iddiaçının hüquqları sferasına müdaxilə aşkar şəkildə baş vermir və birmənalı nəzərə çarpmır Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4099a saylı bağ sahəsinə xx.xx.2024-cu il tarixdə, Azərbaycan Respublikasinin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsi tərəfindən reyestr nömrəsi **********88 nömrəli cavabdeh X3 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın etibarsız hesab edilməsi” barədə iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3acıbəyova