Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-14202/2023 20.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi – Nümayəndə1, Cavabdehin nümayəndəsi – Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 3-17-1/2- 8-189056/2023 saylı, xx.xx.2023-cü il tarixli imtinasının qanunsuz hesab edilməsi və ümumi əmək stajının 31 il 05 ay 16 gün olması nəzərə alınmaqla, 52 yaşı tamam olan gündən, yəni xx.xx.2012-ci ildən başlayaraq ümumilikdə 33108,99 manat məbləğində pulun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxxx 1960-cı ildə Şamaxı rayonun Göylər kəndində anadan olmuşdur və hazırda 63 yaşı var. Orta məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə başlamış, 2 il həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra da işləmiş, əyani ali təhsil aldıqdan sonra əmək fəaliyyətini davam etdirmiş, müxtəlif yerlərdə, o cümlədən “Azərelekrikişıq” İstehsalat Birliyində uzun müddət (xx.xx.1987-ci ildən xx.xx.2007-ci il tarixədək) işləmişdir. Həmin müddətdən 16 il 8 ay 20 gün (xx.xx.1989-cu ildən xx.xx.2005-ci il tarixədək) xüsusilə zərərli iş şəraitində işləmişdir. Cavabdeh (DSMF-nin Nizami rayon şöbəsi) tərəfindən şifahi müraciətinə əsasən ona 52 yaşı tamam olan vaxtdan güzəştli şərtlərlə pensiya təyin olunmamış, lakin xx.xx.2016-cı il tarixdə cavabdehə (DSMF-nin Nizami rayon şöbəsinə) etdiyi müraciətə rəsmi qaydada xx.xx.2016-cı il tarixli məktubla (surətini əlavə edirəm) müvafiq arayışın təqdim edilməməsi adı ilə imtina verilmişdir. Bundan bir neçə il sonra, yəni xx.xx.2020-ci il tarixdə cavabdehə etdiyi müraciət də təmin edilməmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli imtinasından sonra Bakı İnzibati Məhkəməsində cavabdehə qarşı iddia qaldırmış, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4740/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarı ilə iddia tələbi təmin edilmiş və iddiaçıya 52 yaşdan (8 sentyabr 2017-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-370/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmiş və qüvvəsində saxlanılmışdır. Cavabdeh tərəfindən həmin qərardan da verilmiş kassasiya şikayəti Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1600/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı ilə təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-370/2022 nömrəli, 6 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda, həmin Qərarla müəyyən edilmişdir ki, iddiaçıya pensiya 52 yaşdan, yəni 8 sentyabr 2012-ci il tarixindən təyin edilməlidir (“32. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının pensiya hüququnun 52 yaşdan yaranmasını qeyd etsə də, qərarın əsaslandırma və nəticə hissələrində texniki səhv olaraq mötərizə içərisində “08 sentyabr 2012-ci ildən” əvəzinə “8 sentyabr 2017-ci il tarixindən” sözlərini qeyd etmiş, apellyasiya instansiyası isə qərarı qüvvədə saxlayarkən bu yanlışlığa münasibət bildirməmişdir. Odur ki, apellyasiya instansiya məhkəməsinin qərarı, birinci instansiya məhkəməsinin qərarının əsaslandırma və nəticə hissələrində mötərizə içərisində yazılan “08 sentyabr 2017-ci il tarixindən” sözləri “8 sentaybr 2012-ci il tarixindən” sözləri kimi oxunmaqla, dəyişdirilmədən saxlanılmalıdır”). Qanunla iddiaçıya düşən pensiya məbləğlərinin düzgün hesablanılması və ödənilməsi ilə əlaqədar cavabdehə etdiyi müraciəti 3-17-1/2-8189056/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubla təmin edilməmişdir. Cavabdehin imtinası tam qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda adı qeyd olunan Qərarı ilə apellyasiya və birinci instansiya məhkəmələrinin qərarları qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün cavabdehə göndərilmişdir. Lakin cavabdeh tərəfindən məhkəmə qərarları düzgün icra edilməmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixindən pensiya təyin edilmiş, 2023-cü ilin aprel ayında 52 yaşının tamam olduğu xx.xx.2012-ci il tarixindən yenidən hesablanaraq hər ay üçün 327,21 manat pensiya müəyyən edilmişdir və hazıradək həmin məbləğdə aylıq pensiya alır. Əlavə olaraq cavabdeh tərəfindən iddiaçıya müraciət etdiyi tarixdən (xx.xx.2020-ci ildən) əvvəlki 3 il üçün (xx.xx.2017-ci il tarixədək) hissə-hissə cəmi 7792,26 manat məbəğində pul ödənilmişdir. Əslində həmin müddət (xx.xx.2017-ci ildən xx.xx.2020-ci ilədək 36 ay) üçün də pensiya düzgün hesablanmamışdır. Əgər iddiaçıya aylıq 327,21 manat pensiya hesablanmışsa, qeyd olunan əvvəlki 3 il müddət (xx.xx.2017-ci ildən 18.11.2-20-ci ilədək) üçün həmin məbləğ 7792,26 manat deyil, 11779,56 manat olmalı idi. Bu hesab nəzərə alındıqda isə cavabdeh 3987,30 (11779,56 - 7792,26) manat iddiaçıya az pul ödəmişdir. Bundan başqa, məhkəmə mübahisəsi ilə əlaqədar olaraq cavabdehə müraciət etdiyi vaxtdan (xx.xx.2020-ci il tarixdən) məhkəmə qərarları qanuni qüvvəyə mindikdən sonra icra olunmağa başlandığı tarixədək (xx.xx.2023-cü ilədək) olan 27 ay müddət üçün də cavabdeh tərəfindən pensiya hesablanmamış və ödənilməmişdir. Həmin müddət (xx.xx.2020-ci ildən xx.xx.2023-cü ilədək) üçün cavabdeh tərəfindən iddiaçıya 8834,67 (27 ay X 327,21 aylıq pensiya məbləği) manat pul ödənilməlidir. Bundan əlavə olaraq qanuni qüvvədə olan yuxarıda adları qeyd olunan məhkəmə qərarlarında pensiyanın təyin olunması vaxtı 52 yaşı tamam olan gündən, yəni 8 sentyabr 2012-ci il tarixdən təyin olunması qeyd edilmişdir. Belə olan halda isə hər ay üçün pensiya məbləğinin 327.21 manat olması nəzərə alınmaqla, arada qalan 62 ay müddət (xx.xx.2012-ci ildən xx.xx.2017-ci ilədək) üçün cavabdeh iddiaçıya 20287,02 manat (62 ay X 327,21 manat aylıq pensiya məbləği) pul ödənilməlidir. Bundan başqa, cavabdeh tərəfindən ümumi iş stajı da düzgün hesablanmamış (guya 27 il 7 ay 11 gün), hərbi xidmətdə olduğu 2 il 05 gün müddət (xx.xx.1978- xx.xx.1980) və “Azərelektrikişıq” İstehsalat Birliyində işlədiyi 1 il 10 ay müddət (xx.xx.2006 - xx.xx.2007), cəmi 3 il 10 ay 05 gün ümumi iş stajına daxil edilməmişdir. Belə olan halda iddiaçıya pensiya hesablanarkən ümumi iş stajı 27 il 7 ay 11 gün deyil, 31 il 05 ay 16 gün olacaqdır. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək onun təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Aşağıdakılara əsasən məhkəmə hesab edir ki, hazırkı iddia mümkünlük şərtini ödəmir. Belə ki, işdə olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)- 4740/2021 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin həmin qərarı ilə iddia təmin edilərək, İddiaçı 52 yaşdan (8 sentyabr 2017-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmuşdur. İş materiallarından müəyyən edilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(103)-370/2022 saylı qərarı ilə şikayət təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2-1(112)-4740/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardan Filial tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1600/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı ilə təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-370/2022 nömrəli, 6 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmə həmin qərarında qeyd etmişdir ki, “...Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının pensiya hüququnun 52 yaşdan yaranmasını qeyd etsə də, qərarın əsaslandırma və nəticə hissələrində texniki səhv olaraq mötərizə içərisində “08 sentyabr 2012-ci ildən” əvəzinə “8 sentyabr 2017-ci il tarixindən” sözlərini qeyd etmiş, apellyasiya instansiyası məhkəməsi isə qərarı qüvvədə saxlayarkən bu yanlışlığa münasibət bildirməmişdir. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı, birinci instansiya məhkəməsinin qərarının əsaslandırma və nəticə hissələrində mötərizə içərisində yazılan “08 sentyabr 2017-ci il tarixindən” sözləri “8 sentyabr 2012-ci il tarixindən” sözləri kimi oxunmaqla, dəyişdirilmədən saxlanılmalıdır”. İşdən görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)- 4740/2021 saylı qərarı qanuni qüvvəsini aldıqdan sonra cavabdeh tərəfindən həmin qərar icra edilmiş və iddiaçıya xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə müraciət edərək pensiyası hesablanarkən staja daxil edilən dövrlər, təyinat tarixi və keçmiş dövr məbləğinin hansı tarixdən hesablanması barədə məlumat verilməsini xahiş etmiş, cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçıya bildirmişdir ki, iddiaçıya xx.xx.2023-cü il tarixində Mərkəzi Filial tərəfindən 27 il 7 ay 11 gün ümumi iş stajı (xx.xx.1977-xx.xx.1980-cı il, xx.xx.1981xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), 16 il 8 ay 20 gün (xx.xx.1989-xx.xx.2005- ci il tarixləri arasındakı dövr) güzəştli iş stajına uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 52 yaşının tamam olduğu tarixdən əmək pensiyasının yenidən hesablanması və keçmiş dövr üzrə pul vəsaitinin müəyyən edilərək ödənilməsinə dair məhkəmədə iddia qaldırmış, məhkəmə çəkişməsi nəticəsində iddia Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 7 dekabr 2022-ci il tarixli 2-1(102)-1600/2022 nömrəli qərarı ilə təmin edilərək əmək pensiyasının yenidən hesablanması Mərkəzi Filiala həvalə olunmuşdur. Sözügedən məhkəmə qərarına uyğun olaraq cari ilin aprel ayında əmək pensiyası 52 yaşın tamam olduğu xx.xx.2012-ci il tarixindən yenidən hesablanaraq 327,21 manat müəyyən edilmiş, eyni zamanda keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlara əsasən, iddiaçının əmək pensiyası üzrə müraciət etdiyi tarixdən keçmiş üç il müddət üçün (xx.xx.2017-ci il tarixindən) hesablanaraq iddiaçıya ödənilməli olan 7792,26 manat pul vəsaiti müəyyən edilmiş, həmin 7792,26 manat vəsait cari ilin may, iyun və iyul aylarında əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülmüşdür. İddiaçı hazırda cavabdehin bu hesablaması ilə razılaşmayaraq, ümumi əmək stajının 31 il 05 ay 16 gün olması nəzərə alınmaqla, müraciət tarixindən əvvəlki üç il deyil, 52 yaşının tamam olduğu xx.xx.2012-ci il tarixdən başlayaraq ümumilikdə 33108,99 manat pulun hesablanaraq cavabdeh tərəfindən ona ödənilməsini xahiş edir. Yəni iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə bağlı ona təyin edilən pensiyanın hesablanması zamanı nəzərə alınan iş stajını və keçmiş dövr üzrə pensiyanın hesablanıb ödənilmə tarixini və məbləğini mübahisələndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə görə hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Konstitusiyanın 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Konstitusiyanın 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli Qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə «məhkəmə araşdırması»nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Məhkəmə qeyd edir ki, məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərdə olduğu kimi, icra orqanı qismində inzibati orqana qarşı tələblərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da önəmlidir. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur, hansı ki, məhkəmə, həmin qərarı qəbul edilərkən iddiaçının qanunla müəyyən edilmiş şərtləri (ümumi və xüsusi staj tələbini) ödədiyi qənaətinə gəlmiş və iddiaçının hüququnun yarandığı tarixi də müəyyən etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, əgər hazırda tərəflər arasında həmin qərarın icrası ilə bağlı iddiaçının nəzərə alınmalı sığorta stajı və pensiyanın ödənilmə tarixi barədə fikir ayrılığı mövcuddursa, bu məsələ ayrıca iddianın qaldırılması yolu ilə deyil, qanuni qüvvəsini almış məhkəmə qərarının icrası qaydasında həll etməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır; Həmçinin “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, ...Qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Məhkəmə qeyd edir ki, məsələyə əks yanaşma eyni məsələ üzrə iki məhkəmə qərarının qəbul edilməsinə gətirib çıxarmaqla, dövlətin adından çıxarılmış qərarın məcburi icrasını aradan qaldırmış olur ki, bu da yolverilməzdir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 2 Salahova
Məhkəmə qərarları › İş №e-2-1(112)-14202/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-14202/2023
20.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver