Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-14218/2025 03.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxsin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X4) qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, X11 küçəsi, ev 160 ünvanında yerləşən 185.9 kv.m fərdi yaşayış evinin üzərində yerləşdiyi 0.038110 ha torpaq sahəsinin xüsusi mülkiyyətə keçməsi barədə X3 adına verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X6 hazırki inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X3 üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmiş, X4 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2020ci il tarixli, 59 nömrəli sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı, İbrahim Əbilov, Nabatxanım Aşurbəyova, Fuad İbrahimov və Sübhi Salayev küçələrinin əhatə etdiyi 2.87 ha torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisinin layihələndirilməsi üçün İddiaçı MMC-yə icazə verilmişdir. Həmin Sərəncamın 1 -ci maddəsinə əsasən həmin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərin istifadəçiləri ilə müvafiq qanunvericiliyə uyğun olaraq qarşılıqlı razılıq əsasında köçürülməsi "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli yerquruluşu planına əsasən Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı, İbrahim Əbilov, Nabatxanım Aşurbəyova, Fuad İbrahimov və Sübhi Salayev küçələrinin əhatəsində yerləşən torpaq sahəsinin 49 il müddətinə İddiaçı MMC-nin istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında xx.xx.2020-ci il tarixli, № 1575 saylı icarə müqaviləsi bağlanmışdır. İddiaçı MMC tərəfindən sakinlərə söküləcək evlərin əvəzinə daha əlverişli xüsusiyyətlərə malik, sahələrindən daha artıq olmaqla təmirli mənzillər təklif edilir, eyni zamanda evlərdən köçməsi üçün sakinlər yük avtomobili ilə təmin edilir və yeni tikiləcək mənzillər onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə haqları təklif olunur. Bakı şəhəri, Yasamal rayonu, X11 küçəsi, ev 160 ünvanında yerləşən və kəskin qəzalı vəziyyətdə olan binada yaşayan mülkiyyətçilərin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların evlərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır və binanın təhlükəli vəziyyətdə olması nəzərə alınaraq bu proses təxirə salınmadan davam etməkdədir. Həmçinin sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi Bakı şəhəri, Yasamal rayonu, X11 küçəsi, ev 160 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyətçisi, hal-hazırki iş üzrə üçüncü şəxs olan X6 MMC qarşısında əsassız tələblər irəli sürdüyündən onunla razılıq əldə olunması mümkün olmamışdır. Daha sonra məlum olmuşdur ki, X6 tərəfindən 185.9 kv.m fərdi yaşayış evinin üzərində yerləşdiyi 0.038110 ha torpaq sahəsinin xüsusi mülkiyyətə keçməsi barədə xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əldə edilmişdir. Həmin çıxarış tamamilə qanunsuz və əsassızdır, buna görə də ləğv edilməlidir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 18 mart 2020-ci il tarixli, 59 nömrəli Sərəncamı və həmin Sərəncam ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yerquruluşu planına əsasən Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında xx.xx.2020-ci il tarixli, № 1575 saylı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqavilə”yə əsasən Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı, İbrahim Əbilov, N abatxanım Aşurbəyova, Fuad İbrahimov və Sübhi Salayev küçələrinin əhatəsində yerləşən 2.87 ha torpaq sahəsi 49 il müddətinə İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Həmin ərazidə isə yaşayış kompleksi inşa olunacağından və hazırki tarixədək 250-dən çox sakin ilə razılıq əldə olunduğundan həmin torpaq sahəsinin özəlləşdirilməsi, sərəncamın ləğvinə əsas olduğu kimi, tikiləcək binaların inşasına maneə olmaqla, yüzlərlə sakinlərin hüquqlarını pozur və böyük birlayihənin inşasına əngəl törədir. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında bildirmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********21 nömrəli xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinin 6/8 hissəsi üzərində paylı mülkiyyət hüququ X3 adına xx.xx.1995-ci il tarixli və xx.xx.2011 -ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin və üçüncü şəxsin nümayəndəsi iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddiasının mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Çünki iddiaçı düzgün tələblə məhkəməyə müraciət etməmiş, həmçinin hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyildir. Belə ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli, 59 nömrəli sərəncamından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı, İbrahim Əbilov, Nabatxanım Aşurbəyova, Fuad İbrahimbəyov və Sübhi Salayev küçələrinin əhatə etdiyi ərazidəki, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 2.87 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyriyaşayış sahələrinin inşası üçün icarə əsasında İddiaçı istifadəsinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti adından çıxış edən, gələcəkdə «İcarəyəverən» adlandırılacaq, bir tərəfdən, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Eldar Əzizovun şəxsində və digər tərəfdən, gələcəkdə «İcarəçi» adlandırılacaq İddiaçı MMC adından çıxış edən nümayəndə Həsən Qarayev arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında 1575 nömrəli, xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 59 saylı, xx.xx.2020-ci il tarixli sərəncamı və Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020-d il tarxli yerquruluşu planına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı, İbrahim Əbilov, Nabalxanım Aşurbəyova, Fuad lbrahimbəyov və Sübhi Salayev küçələrinin əhatə etdiyi ərazidə yerləşən torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmışdır. İddiaçı hazırda bu sənədlərə istinad edərək, Telman İsayevin adına verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi xahiş edir. Məhkəmə ilk növbədə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericilikdən görünür ki, daşınmaz əmlaka, növündən asılı olmayaraq, mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin, habelə daşınmaz əmlak üzərində hüquqların yüklülüyünün dövlət qeydiyyatının rəsmiləşdirilməsi zamanı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış tərtib edilərək təqdim edilir. Göründüyü kimi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Buna görə də Telman İsayevin adına verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış deyil, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin altındakı torpaq sahəsinə mülkiyyət hüququna dair reyestrdəki qeyd mübahisələndirilə bilər. Bundan əlavə, işdə olan mart 1978-ci il tarixli Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan görünür ki, M.Fətəli küçəsi, ev 160 ünvanında yerləşən fərdi yaşayış evi Eyyub Məmmədova məxsus olmuş, pasporta əsasən evin yerləşdiyi torpaq sahəsinin ölçüsü 381,1 kv.metr olmuşdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il tarixli, ********** nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X11 küçəsi, ev 160 ünvanında yerləşən fərdi yaşayış evi X3 (6/8 hissə) və X5 (2/8 hissə 2 otaq (y/s 29.7 kv.m) paylı mülkiyyətində olmuş, evin yerləşdiyi 0.02778 ha torpaq sahəsi istifadədə olmuşdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X11 küçəsi, ev 160 ünvanında yerləşən fərdi yaşayış evi X3 (6/8 hissə), X5 (2/8 hissədən 2 otaq (y/s 39.6 kv.m) və X2 (2/8 hissədən 2 otaq (y/s 29.7 kv.m) paylı mülkiyyətində olmuş, evin yerləşdiyi 0.038110 ha torpaq sahəsi də xüsusi mülkiyyətindədir. İddiaçı hazırda ona ayrılmış torpaq sahəsində yerləşən X11 küçəsi, ev 160 ünvanındakı evin üçüncü şəxsin mülkiyyətinə verilməsi barədə çıxarışı mübahisələndirir. Məhkəmə qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. İşin yuxarıda istinad olunan hallarından görünür ki, mübahisəli torpaq sahəsinə dair pasport 1978-ci ildə qəbul edilmiş, həmin dövrdə hüquqi şəxs kimi iddiaçının özü belə mövcud olmamışdır. Məhkəmə bu zaman onu da nəzərə alır ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Ümumi xarakterli hüquqi müdafiə ehtiyacı, hüquqi mübahisənin məhkəmə tərəfindən həll edilməsinə olan maraqdır və o, aşağıdakı hallarda mövcud olmur: – iddiaçı öz istəyinə başqa yolla daha sadə və daha məqsədəuyğun şəkildə çata bilərsə; – iddiaçının öz hüquqi mövqeyini yaxşılaşdırmaq üçün imkanı yoxdursa; – və ya hüquqi qaydada hərəkət etmə açıq-aşkar hüquqdan sui-istifadə anlamına gələrsə. İş materiallarından görünür ki, iddiaçının hazırkı iddia vasitəsilə əldə etmək istədiyi nəticə 160 saylı evin sökülməsi zamanı torpaq sahəsinə görə üçüncü şəxsə kompensasiyanın ödənilməməsinə nail olmaqdır. Lakin iddiaçının həmin nəticəyə nail olmaq üçün belə bir iddia qaldırması açıq-aşkar hüquqdan sui-istifadə deməkdir. Çünki şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Buna görə də məhkəmə hesab edir hansı ki, onun arzu etdiyi bu nəticəyə hazırkı iddia vasitəsilə nail olması mümkünsüzdür. Məhkəmə qeyd edir ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən şəxsin iddia qaldırmaq səlahiyyətinin və hüquqi müdafiə marağının mövcud olması ilə bağlı şərtlər, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Hazırkı iş üzrə qeyd edilən şərtlər ödənilmədiyindən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №e-2-1(112)-14218/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-14218/2025
03.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver