Məhkəmə qərarları › İş №e-2-1(112)-1426/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1426/2025

02.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1426/2025 02.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi(vəkili) Nümayəndə1, Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi X5, Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X18 Xidmətinə (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamenti) qarşı “bədbəxt hadisənin uçota alınması" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X18 Xidmətinin Bakı şəhər idarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək istehsalatda baş verən bədbəxt hadisənin uçota alınması və İZ formalı aktın tərtib edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mərhum həyat yoldaşı X16 uzun müddət Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentində sürücü vəzifəsində işləmişdir. X16 işlədiyi müəssisənin rəhbərliyi tərəfindən xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat İdarəsinin mülkiyyətində olan “Kamaz-65116- 020” yük markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Siyəzən rayonunun Sədan sahəsinə Neft quyularının qazılması ilə əlaqədar həmin əraziyə qazma borularının aparılması üçün ezam olunmuşdur. Avtomobildə olan yüklər gec boşaldıldığına görə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinin 1412 nömrəli əmri ilə X7 ezamiyyə müddəti xx.xx.2024-cü il tarixinədək 1 (bir) gün müddətinə uzadılmışdır. X16 xx.xx.2024-cü il tarixdə “Kamaz- 65116-020” yük markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobillə ezamiyyətdən işə qayıdarkən Siyəzən rayonunun Zarat kəndi ərazisində 06:10 radələrində avtomobilini saxlayaraq, maşından düşüb ibadət etmək üçün yolun digər tərəfinə keçib qayıdarkən X1 idarə etdiyi “X26” markalı, ** MG *** dövlət qeydiyyat nişanlı avtomobillə vurulmuş və hadisə nəticəsində ölmüşdür. “Kamaz-65116-020” yük markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinin əməkdaşları tərəfindən hadisə yerindən aparılmışdır. Baş vermiş hadisənin təhqiq olunması üçün Nəqliyyat İdarəsinin 6 saylı texnoloji nəqliyyat departamentinin rəhbərliyi tərəfindən xx.xx.2022-ci il tarixində AƏ-01-06/432 saylı və xx.xx.2023-cü il tarixində AƏ-01-06/385 saylı məktubla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinə məlumat verilmişdir. Lakin Müfəttişlik tərəfindən həmin məktublara cavab verilməmiş və müvafiq araşdırmanın aparılması təmin edilməmişdir. X18 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən yalnız xx.xx.2023-cü il tarixdə, 3-17-5/2-49936/2023 saylı məktubla cavab verilərək bildirilmişdir ki, Maliyyə Nazirliyinin "İşçilərin ezamiyyə qaydaları"nın təsdiq edilməsi haqqında xx.xx.2012-ci iİ tarixli Q-01 qərarına əsasən ezam olunan işçilərə ezam olunduqları təşkilatların iş vaxtının rejimi və istirahət vaxtı tətbiq edilir. N.İsayevin əmək müqaviləsində iş vaxtının saat 08:00-da başlayıb 17:00-da qurtardığı qeyd olunmuşdur. Bədbəxt hadisə isə səhər saat 06:10-da baş vermişdir. Araşdırma zamanı toplanmış sənədlərə əsasən bildirilmişdir ki, X7 xx.xx.2022-ci il tarixdə ölümü ile nəticələnmiş hal Azərbaycan Respublikası Nazirlar Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrali Qararı ila tasdiq edilmiş "İstehsalatda baş veren bədbəxt hadisələrin təhqiqi ve uçota alınması Qaydaları"nın 1.2cibəndində nəzərdə tutulan hallara uyğun olmadığından istehsalatda baş vermiş bədbəxt hadisə rəsmiləşdirilmir ve uçota alınmır. X18 Xidmətinin Bakı şəhər idarəsinin cavab məktubundan görünür ki, Maliyyə Nazirliyinin xx.xx.2012-ci iİ tarixli Q-01 qərarı ilə təsdiq edilmiş "İşçilərin ezamiyyə qaydaları"nın 9-cu bəndinin üçüncü hissəsində qeyd olunan “Ezam olunan işçilərə ezam olunduqları təşkilatların iş vaxtının rejimi və istirahət vaxtı tətbiq edilir” cümləsi səhv təfsir edilərək 06:10-da baş vermiş bədbəxt hadisənin əmək müqaviləsinə əsasən müəyyən olunmuş iş vaxtlarına aid olmadığı və iş vaxtında baş vermədiyi təəssüratını yaratmağa çalışmışdır. Halbuki, hadisə ezamiyyə dövründə baş vermişdir və elə həmin Qaydaların 8-ci bəndinə əsasən, nəqliyyat vasitələrinin yola düşdüyü gün ezamiyyətə gedən gün, nəqliyyat vasitəsinin daimi iş yeri yerləşən yaşayış məntəqəsinə gəldiyi gün isə ezamiyyətdən qayıdan gün sayılır. Nəqliyyat vasitəsi saat 24ə kimi (saat 24 də daxil olmaqla) yola düşərsə, ezamiyyətə gedən gün cari gün, 00saatdan sonra isə sonrakı günlər sayılır. Əgər nəqliyyat vasitəsinin yola düşdüyü yer yaşayış məntəqəsindən kənarda yerləşərsə, həmin yerə getmək üçün lazım olan vaxt nəzərə alınır. İşçinin daimi iş yerinə qayıtması günü eyni qayda ilə təyin edilir. Ona görə də cavabdeh tərəfindən istehsalatda baş verən bədbəxt hadisə uçota alınmalı və İZ formalı akt tərtib olunmalıdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət dərək cavabdeh qismində əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X18 Xidmətinin cəlb edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, 4 saylı Avtonəqliyyat və xüsusi texnika sahəsinin "Kamaz 65116-020" markalı 90- JM- 252 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Nizami İsayev xx.xx.2022-ci il tarixdən ezam olduğu Siyəzən rayonunda əmək vəzifələrini yerinə yətirməyərkən qeyri-iş vaxtı, xx.xx.2022-ci il tarixdə saat 05:00 radələrində Quba-Bakı yolunun 83-cü kilometrliyində yolu keçən zaman Bakı istiqamətində hərəkətdə olan nəqliyyat vasitəsi tərəfindən vurularaq vəfat etdiyi qeyd edilmişdir. Araşdırma zamlam Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları"nın bundan sonra Qaydalar) 3.4-cü bəndinə müvafiq olaraq X7 ölümünün səbəbi və zərərçəkəndə alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələrin aşkar olunub-olunmaması barədə Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ-in Sumqayıt şəhər şöbəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 451 nömrəli məktubda X7 meyitinin xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər MTE və PA şöbəsində müayinədən keçdiyi, mərhumun ölümünə səbəb almış olduğu travma nəticəsində baş beyinə qansızma, kəllə sümüklərinin sınığı olduğu, həmçinin N.İsayevin meyitindən götürülmüş qanda etil spirtinin aşkar edilmədiyi göstərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2023-cu il tarixli 3-12-5/2-19244/2023 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2023-cü il tarixli ********* nömrəli cinayət işinin xitam verilməsi barədə qərarda xx.xx.2022-ci il tarixdə saat 06:10-da sürücü X1 idarə etdiyi "X27" markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı- Quba-Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonu Zarat kəndi ərazisindən keçən 86,5 kilometrliyində Bakı istiqamətində hərəkətdə olarkən yolu eyni istiqamətdə soldan sağa keçən X8 vurması nəticəsində N. İsayevin hadisə yerində ölümü baş vermiş ölüm faktı üzrə X1 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 262.2-ci maddəsinin əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət işinin icraatına xitam verildiyi qeyd olunmuşdur Maliyyə Nazirliyinin "İşçilərin ezamiyyə qaydaları"nın təsdiq edilməsi haqqında xx.xx.2012-ci il tarixli Q-01 qərarına əsasən ezam olunan işçilərə ezam olunduqları təşkilatların iş vaxtının rejimi və istirahət vaxtı tətbiq edilir. N.İsayevin əmək müqaviləsində iş vaxtının saat 08:00-da başlayıb 17:00-da qurtardığı qeyd olunmuşdur. Bədbəxt hadisə isə səhər saat 06:10-da baş vermişdir. Nəticədə, X7 xx.xx.2022-ci il tarixdə ölümü ilə nəticələnmiş hal Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları"nın 1.2-ci bəndində nəzərdə tutulan hallara uyğun olmadığından istehsalatda baş vermiş bədbəxt hadisə rəsmiləşdirilmir və uçota alınmır. Qeyd olunanları nəzərə alaraq İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinə qarşı "İZ formalı aktın tərtib edilməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-9931/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamenti məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinin yazılı münasibəti məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, xx.xx.2022-ci il tarixində saat 06:00 radələrində 6 saylı Texnoloji Nəqliyyat Departamentinin sürücüsü X16 Bakı-Quba yolunun 83-cü kilometrliyində baş vermiş yol nəqliyyat hadisəsi zamanı dünyasını dəyişmişdir, baş vermiş hadisənin araşdırılması üçün xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinə müraciət olunmuşdur. Hadisə X18 Xidmətində araşdırıldıqdan sonra xx.xx.2023-cü il tarixdə İdarənin rəhbərliyinə məktubla bildirilmişdir ki, X7 ölümü ilə nəticələnmiş hadisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.2-ci bəndinə göstərilən hallara uyğun olmadığından təhqiq edilmir. Bu halda İdarə tərəfindən İZ formalı aktın tərtib edilməsi mümkün olmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinin (hadisənin müfəttişlik tərəfindən təhqiq edilməməsinə görə) İZ formalı akt tərtib etmə səlahiyyətlərinin olmaması nəzərə alınması və iddianın bizə aid olan hissəsinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Dövlət Neft Şirkəti iddia tələbinə yazılı etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixində saat 06:10 radələrində Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinin sürücüsü X16 Bakı-Quba- Dağıstan sərhəddi avtomobil yolunun Siyəzən rayonu, Zarat kəndi ərazisindən keçən 86,5-ci kilometrliyində baş vermiş yol nəqliyyat hadisəsi zamanı dünyasını dəyişmişdir. Baş vermiş hadisənin təhqiq olunması üçün Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinin xx.xx.2022-ci il tarixli AƏ-01-06/432 nömrəli və xx.xx.2023-cü il tarixində AƏ-01-06/385 nömrəli məktubları ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinə müraciətlər olunmuşdur. Hadisə X18 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən araşdırıldıqdan sonra xx.xx.2023-cü il tarixli 3-17-5/2-49936/2023 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, X7 ölümü ilə nəticələnmiş hal Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.2-ci bəndində nəzərdə tutulan hallara uyğun olmadığından baş vermiş bədbəxt hadisə rəsmiləşdirilmir və uçota alınmır. Göstərilən səbəblərdən də Nəqliyyat İdarəsi tərəfindən İZ formalı aktın tərtib edilməsi mümkün olmamışdır. Yuxarıda qeyd edilən, X18 Xidmətinin Bakı şəhər İdarəsinin mövqeyi ilə razılaşmışlar. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.2-ci bəndində əsasən: əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən; müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən; müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində; işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə; işəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt və s. hallarda işçilərin səhhətinin pozulması təhqiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı “İZ formalı aktın tərtib edilməsi” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş SOCAR-ın və SOCAR-ın Nəqliyyat İdarəsinin İZ formalı akt tərtib etmə səlahiyyətlərinin olmaması nəzərə alınması və iddianın SOCAR-a və SOCAR-ın Nəqliyyat İdarəsinə aid olan hissəsinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X7 həlak olması ilə bağlı hadisənin istehsalatda baş verən bədbəxt hadisə kimi uçota alınması və müvafiq tədqiqat aktının tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixli qərardadla iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndələri iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı 251399 nömrəli Ölüm haqqında Şəhadətnamədən görünür ki. X16 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 193 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş V-ЖГ seriyalı 367977 nömrəli Nikahın bağlanması haqqında Şəhadətnamədən görünür ki, X16 və X9 arasında xx.xx.1990-cı il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması barədə akt qeydləri kitabında xx.xx.1990-cı il tarixdə 479 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 28 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 304 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.2022-ci ildə vəfat etmiş X16 ilə əlaqədar Bakı şəhəri 28 saylı Notariat ofisində vərəsəlik işi açılmış və İddiaçı vərəsə kimi tanınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli AƏ-01-05/387 nömrəli məktubda göstərilmişdir ki, 6 saylı Texnoloji Nəqliyyat Departamentinin rəhbərliyi ərizənizə cavab olaraq məlum edir ki, məhrum işçimiz X16 xx.xx.2022-ci il tarixində qeyri-iş vaxtı səhər saat 05:00 radələrində Quba-Bakı yolunun 83-cü kilometrində yolu keçən zaman Bakı istiqamətində hərəkətdə olan digər nəqliyyat vəstəsi tərəfindən vurulmuşdur. Baş vermiş hadisə haqqında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X14 hadisənin araşdırılması üçün tərəfimizdən məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş X31 ASC-nin xx.xx.2023-cü il tarixli PHS-**********2 nömrəli məktubunda göstərilmişdir ki, X18 Xidməti tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-17-5/2-49936/2023 nömrəli məktuba əsasən, Nizami İsayevin ölümü ilə nəticələnmiş hadisənin istehsalatla əlaqəsi müəyyən edilmədiyindən baş vermiş hadisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəl qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”-na əsasən, İz formalı aktla rəsmiləşdirilməmiş və uçota alınmamışdır. Odur ki, yuxarıda qeyd edilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq, “X31” ASC baş vermiş hadisəyə görə sığorta ödənişi həyata keçirə bilməz. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinin xx.xx.2023-cü il tarixli AƏ- 01-06/421 nömrəli məktubda göstərilmişdir ki, 23.11 2022-cı il tarixində qeyri-iş vaxtı səhər saat 05:00 radələrində Quba- Bakı yolunun 83-cu kilometrində yolu keçən zaman Bakı istiqamətində hərəkətdə olan digər nəqliyyat vastası tərəfindən vurulmuşdur Baş vermiş hadisə haqqında Azərbaycan Respublikasının Əmək və Əhalının Sosial Müdafiə Nazirliyi yanında X14 hadisənin araşdırılması uçün tərəfimizdən məlumat verilmişdir. Baş verən bədbəxt hadisə qeyri-iş vaxtı baş verdiyi uçün İZ formalı akt tərtib edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamenti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 5177 nömrəli Ezamiyyət Vəsiqəsindən görünür ki, X4-1 sifarişinə əsasən, 6 saylı TND-nin 4 saylı AXTS-na məxsus Kamaz 65116 markalı **-JM-*** dövlət nişanlımaşının sürücüsü olaraq Siyəzənə xx.xx.2022-xx.xx.2022-ci il tarixləri üzrə 2 gün müddətində, yolda olduğu vaxt nəzərə alınmadan ezam olunmuşdur. Şəxsin ezamiyyətə çıxması, təyinat məntəqəsinə gəlməsi, ordan çıxması və daimi iş haqqında qeydlərə əsasən: -Lökbatandan çıxdı-xx.xx.2022-ci il, Siyəzənə gəldi-xx.xx.2022-ci il -Siyəzəndən çıxdı-xx.xx.2022-ci il, Lökbatana gəldi-xx.xx.2022-ci il İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Cinayət işinin icraatına xitam verilməsi barədə” qərara əsasən, hadisə nəticəsində X7 ölməsi faktı üzrə X1 əməlində Azərbaycan Respublikası CM- nin 263.2-ci maddəsinin əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət işinin icraatına xitam verilməsi, baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X7 ölməsi faktı üzrə cinayət işinin icraatına xitam verilməsi, “X27” markalı, ** MG *** dövlət qeydiyyat nişanlı avtomobil sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və sahibinə qaytarılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinin xx.xx.2023-cü il tarixli 14- 2-18/2-379/2023 nömrəli məktubunda göstərilmişdir ki, X16 xx.xx.2022-ci il tarixində qeyriiş vaxtı səhər saat 05:00 radələrində Quba-Bakı yolunun 83-cü kilometrliyində yolu keçən zaman Bakı istiqamətində hərəkətdə olan digər nəqliyyat vasitəsi tərəfindən vurulmuşdur. Baş vermiş hadisənin təhqiq olunması üçün Nəqliyyat İdarəsinin 6 saylı texnoloji nəqliyyat departamentinin rəhbərliyi tərəfindən xx.xx.2022-ci il tarixində A-01-06/432 saylı və xx.xx.2023-cü il tarixində AƏ-01-06/385 saylı məktubla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinə məlumat verilmişdir. Lakin, bü günə kimi Müfəttişlik tərəfindən həmin məktublara cavab verilməmişdir. Baş vermiş hadisə ilə bağlı X12 rəyinin olmaması səbəbindən sığorta ödənişinin aparılması üçün tələb olunan sənədlərin təqdim olunması mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları"na əsasən ölüm halı istehsalatda baş verən bədbəxt hadisə kimi qeydə alınması üçün, hadisə Əmək müfəttişliyi tərəfindən araşdırılıb təhqiqat aktı və istehsalatda baş vermiş bədbəxt hadisə haqqında akt (İZ formalı akt) tərtib olunduqdan sonra sığorta ödənişinin həyata keçirilməsi təmin olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinin xx.xx.2022-ci il tarixli 1412 nömrəli əmrində göstərilmişdir ki, İstehsalat zərurəti ilə əlaqədar olaraq 4 saylı A və XTSnin rəisi R.Bayramovun 7376 saylı xx.xx.2022-ci il təqdimatını, Nəqliyyat İdarəsinin SOCAR**********31200921X08520 saylı 22.11.202-ci il tarixli məktubu nəzərə alınaraq aşağıda adı göstərilən işçilərin ezamiyyətin müddəti sifarişçi təşkilatların sifarişinə əsasən qeyd olunan tarixədək uzadılmışdır: 1.2-1407/e saylı xx.xx.2022-ci il tarixli əmrlə xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək Siyəzən rayonunun Sədan sahəsinə ezam olunmuş 4 saylı A və XTS-nın sahesinin "Kamaz 65116 020” markalı **-JM-*** dovlat qeydiyyat nişanlı avtomaşının sürücüsü X7 ezamiyyət müddəti 23.112022-ci il tarixinədək, bir iş günü müddətinə uzadılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X15” X21 xx.xx.2022-ci il tarixli 456 nömrəli məktubunda göstərilmişdir ki, X2 meyiti xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri MTE və PA şəbəsində müayinədən keçirilmişdir. Mərhumun ölümünə səbəb-almış olduğu travma nəticəsində baş beyinə qansızma, kəllə sümüklərinin sınığı olmuşdur. X2 meyitindən götürülmüş qanda etil spirti aşkar edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X18 Xidmətinin Bakı şəhər İdarəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-5/2-49936/2023 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, qeyd olunan bədbəxt hadisə ilə bağlı məktubunuzda 4 saylı Avtonəqliyyat və xüsusi Texnika sahesinin "Kamaz 65116 020” markalı **-JM-*** dovlat qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücusü Nizami İsayevin 21.11 2022-ci il tarixdən ezam olduğu Siyəzən rayonunda əmək vəzifələrini yerinə yetirməyərkən qeyri-iş vaxtı xx.xx.2022-ci il tarixdə saat 06:00 radələrində Quba-Bakı yolunun 83-cu kilometrliyində yolu keçən zaman Bakı istiqamətində hərəkətdə olan nəqliyyat vasitəsi tərəfindən vurularaq vəfat etdiyi qeyd edilmişdir. Araşdırma zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci tarixli 27 nömreli Qərarı ilə təsdiq edilmiş İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi va uçota alınması Qaydalarının 3.4-cü bəndinə müvafiq olaraq X7 ölümünün səbəbi və zərərçəkəndə alkoqollu içkilər narkotik vasitəler ve psixotrop toksik və digər zəhərli maddələrin aşkar olunub-olunmaması barədə Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ-in Sumqayıt şəhər şöbəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 451 nömrəli məktubda X10 meyitinin xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər MTE va PA şöbəsində müayinədən keçdiyı, mərhumun ölümünə səbəb almış olduğu travma nəticəsində baş beyina qansızma, kəllə sumüklərinin sınığı olduğu, həmçinin İsayevin meyitindən götürülmüş qanda etil spirtinin aşkar edilmədiyi göstərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2023-cu il tarixli 3-12-5/2-19244/2023 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2023-cu il tarixli ********* nömrəli cinayət işinin xitam verilməsi barədə qərarda xx.xx.2022-ci il tarixdə saat 06:10-da sürücü X1 idara etdiyi "X27" markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonu Zarat kəndi ərazisindən keçən 85.5 kilometrliyində Bakı istiqamətində hərəkətdə olarkən yolu eyni istiqamətdə soldan sağa keçən X13 vurması nəticəsində N. İsayevin hadisə yerində ölümü, baş vermiş ölüm faktı üzrə X1 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 262.2-ci maddəsinin əlamətləri olmadığından onun barəsində hemin maddə ilə cinayət işinin icraatına xitam verildiyi qeyd olunmuşdur. Maliyyə Nazirliyinin “İşçilərin ezamiyyə qaydaları”nın təsdiq edilməsi haqqında xx.xx.2012ci il tarixli Q-01 qərarına əsasən ezam olunan işçilərə ezam olunduqları təşkilatların iş vaxtının rejimi və istirahət vaxtı tətbiq edilir. N. İsayevin əmək müqaviləsində iş vaxtının saat 08:00-da başlayıb 17:00-da qurtardığı qeyd olunmuşdur. Bədbəxt hadisə isə səhər saat 06:10-da baş vermişdir. Araşdırma zamanı toplanmış sənədlərə əsasən bildirilmişdir ki, X7 23.11 2022-cı il tarixdə ölümü ilə nəticələnmiş hal Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.02 2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları"nın 1.2-ci bəndində nəzərdə tutulan hallara uyğun olmadığından istehsalatda baş vermiş bədbəxt hadisə rəsmiləşdirilmir və uçota alınmır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsaslıdır. İnzibati icraat haqqında Qanunun: - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; - 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 9-cu maddəsinin j) hissəsinə əsasən işəgötürən tərəfindən qanunla müəyyən olunmuş qaydada məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqlarından biridir; - 12-ci maddəsinin j) hissəsinə əsasən işçilərin qanunla müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta haqlarının vaxtında və tam həcmdə ödənilməsini təmin etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir; - 209-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanları, mülkiyyətçilər, işəgötürənlər və işçilər tərəfindən əməyin mühafizəsinin təmin olunması həm də istehsalatda baş vermiş hər bir bədbəxt hadisənin hökmən araşdırılması, uçota alınması, təhlil edilməsi və bunun əsasında istehsalat xəsarətlərinin, zədələrinin və peşə xəstəliklərinin vəziyyəti barədə işçilərə dürüst məlumatların verilməsi prinsipi ilə həyata keçirilir; - 217-ci maddəsinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın: - 1.1-ci bəndinə əsasən qaydalar — qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda, eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir və həmçinin işəgötürənin xammalından (materialından), istehsal vasitələrindən istifadə etməklə əmək funksiyasını evində yerinə yetirən işçilərə şamil olunur; - 1.2-ci bəndinə əsasən işçilərin səhhətinin pozulması əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən, işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə təhqiq edilməlidir. -1.4-cü bəndinə əsasən istehsalatda bədbəxt hadisələr təhqiq edilərkən təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmətibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü; texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan zəhərlənmələr, əmək funksiyalarını icra edərkən alkoqollu içkilərin, narkotik vasitələrin, psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən ürək dayanması, infarkt, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikir dalğınlığı nəticəsində baş vermiş bədbəxt hadisələr müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır. Maliyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli Q-01 qərarı ilə təsdiq edilmiş “İşçilərin ezamiyyə qaydaları”nın: - 1-ci bəndinə əsasən dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra-təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır; - 2-ci bəndinə əsasən təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi həmin təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və müvafiq əmrlə rəsmiləşdirilir; - 6-cı bəndinə əsasən respublika ərazisində daimi iş vaxtı yolda keçən və gedişgəliş xarakteri daşıyan və ya növbə (vaxta) metodu ilə işləyən, yaxud çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) təşkilatların işçilərinə ezamiyyə xərcləri (yemək xərcləri) əvəzinə hər gün üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən məbləğdə vəsait ödənilir; - 8-ci bəndinə əsasən nəqliyyat vasitələrinin yola düşdüyü gün ezamiyyətə gedən gün, nəqliyyat vasitəsinin daimi iş yeri yerləşən yaşayış məntəqəsinə gəldiyi gün isə ezamiyyətdən qayıdan gün sayılır. Nəqliyyat vasitəsi saat 24-ə kimi (saat 24 də daxil olmaqla) yola düşərsə, ezamiyyətə gedən gün cari gün, 00-saatdan sonra isə sonrakı günlər sayılır. Əgər nəqliyyat vasitəsinin yola düşdüyü yer yaşayış məntəqəsindən kənarda yerləşərsə, həmin yerə getmək üçün lazım olan vaxt nəzərə alınır. İşçinin daimi iş yerinə qayıtması günü eyni qayda ilə təyin edilir; - 9-cu bəndinə əsasən ezam olunan işçilərə ezam olunduqları təşkilatların iş vaxtının rejimi və istirahət vaxtı tətbiq edilir. Beləliklə, yuxarıda sadalanan qanunvericilik normalarının işin faktiki hallarına tətbiqi nəticəsində müəyyən olunur ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarından göründüyü kimi, İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək mərhum həyat yoldaşı X7 ezamiyyə dövründə və xidməti tapşırığın icrası ilə bağlı olaraq həlak olduğunu bildirmiş, buna görə də X7 həlak olması ilə bağlı hadisənin istehsalatda baş verən bədbəxt hadisə kimi uçota alınması və müvafiq tədqiqat aktının tərtib edilməsi öhdəliyinin cavabdeh X18 Xidmətinin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilkin olaraq qeyd edir ki, bədbəxt hadisənin baş verdiyi tarixdə mərhum X3 kimi ezam olunduğu ərazi marşrutu üzrə hərəkət etmiş və hadisə də həmin marşrut xətti üzərində baş vermişdir. İşçinin işinin xarakteri və əlaqəli xüsusiyyətlər, həmçinin təbii həyati hallar, ələxüsus da işçinin vəzifəsinin sürücü olması (sürücü kimi nəqliyyat vasitəsinin salamatlığını və təhlükəsiz idarə edilməsini təmin etmək onn vəzifəsi olmuşdur) baxımından işçi daimi olaraq nəqliyyat vasitəsində qala və ya uzunmüddətli şəkildə fasiləsiz nəqliyyat vasitəsini idarə edə bilməzdi. Yəni, hər bir halda sürücü istər yanacaq doldurma və hər hansı təhlükəsizlik məqsədləri ilə, istərsə də coğrafi şəraitdən, relyefdən və ya digər oxşar hallardan, eləcə də insanın həm də bioloji varlıq olmasından dolayı bəzi həyati tələbatlarından irəli gələrək qısa zaman fasiləsində nəqliyyat vasitəsini tərk edə bilər. Bu zaman işçinin nəqliyyat vasitəsində deyil, yaxınlığında olduğu qısa zaman fasiləsində hər hansı təsadüfi hadisənin baş verməsi də mümkündür. Analoji olaraq daimi iş vaxtını ezamiyyətdə olmadan stasionar iş yerində keçirən şəxslərin də hər hansı səbəbdən (işçinin iş yerində dini etiqad azadlığını ifadə etdiyi, iş yerində qısamüddətli qidalandığı və s.) bədbəxt hadisə ilə üzləşməsi baş verə bilər. Lakin çöl şəraitində yüksək təhlükə mənbəyini idarə edən şəxsin bu hallarla üzləşmə riski daha yüksək oluğundan qeyd edilən halda hadisənin təfərrüatları daha dəqiqliklə araşdırılmalı və məsələyə buna uyğun hüquqi qiymət verilməlidir. Bu zaman qiymətləndirilməli məqamlardan biri hadisənin baş verdiyi zaman işçi tərəfindən hadisənin baş verdiyi anda əmək funskiyalarının icrası ilə bağlılığı olmayan kənar fəaliyyətlərin həyata keçirilib-keçirilməməsidir. O da nəzərə alınmalıdır ki, əgər işçi işəgötürənin tapşırığı və iradəsi əsasında hər hansı təyinat nöqtəsindən başqa bir təyinat nöqtəsinə doğru hərəkət edirsə, o halda əməyin təhlükəsizliyinin təmin edilməsi işəgötürənin iradəsindən kənara çıxır. Dolayı formada statik iş yerində əməyin mühafizəsinin təmin edilməsi işəgötürənin mülahizəsi altında olsa da, kənar ərazilərdə (yolların quruluşu, yaşayış məntəqələri, obyektlər arası trayektoriyalarda olan təbii şərait, heynvanların hərəkəti, iqlim, hava şəraiti və s.) işəgötürənin belə imkanları ya heç olmur, ya da məhdudlaşır. Bu halda isə baş verən hadisələrdə ezamiyyə ilə bağlı şərtlərin, əmək funksiyalarının icrası şəraitinin və əlaqəli digər xüsusatların xüsusi nəzərdə keçirilməsi zəruridir. Bu baxımdan ezamiyyətdə olan işçilərlə bağlı baş verən bədbəxt hadisənin araşdırılması zamanı cavabdeh inzibati orqan tərəfindən ilkin olaraq hadisənin baş verdiyi tarixdə işçinin hərəkətlərinin əmək funskiyasının icrası ilə əlaqəli olub-olmaması aydınlaşıdırılmalı, əmək müqaviləsində qeyd edilən iş saatının sürücülərə münasibətdə hansı formada tətbiq edilib-edilməməsi müəyyən edilməli, ezamiyyətə göndərilmə halında sürücü kimi çalışan işçilərin yola düşmə vaxtlarının hansı formada nizamlandığı dəqiqləşdirilməli, işəgötürənin mülkiyyətində olan nəqliyyat vasitəsindən işçinin şəxsi iradəsi əsasında istifadənin mümkün olub-olmaması və digər əlaqəli məsələlər araşdırılmalı idi. Bu məsələ inzibati icraatın əsas prinsiplərindən biri olan işin hallarının obyektiv araşdırılmasının təməl şərtlərindən irəli gəlir. İnzibati orqan bu halda yalnız əmək müqaviləsində qeyd edilən konkret saat göstəricilərini rəhbər tutaraq araşdırılmanın aparılmasından imtina edə bilməz. Çünki hətta bədbəxt hadisənin tərəfi sürücü olmasa belə, xidməti zərurətlə əlaqədar işəgötürənin mülahizəsi əsasında iş vaxtından kənar vaxtda və ya yerdə də işçi tərəfindən əmək funskiyalarının icrası mümkündür. Qeyd edilən hallar isə inzibati icraat çərçivəsində araşdırılmalı və buna uyğun nəticəyə gəlinməli idi. Bu baxımdan cavabdeh inzibati orqan inzibati icraatı tam, obyektiv və hərtərəfli aparmamış, inzibati icraat haqında qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə inzibati orqanın imtinasının əsas arqumentini təşkil edən iş vaxtının uzlaşmaması ilə bağlı qeyd edir ki, Maliyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli Q-01 qərarı ilə təsdiq edilmiş “İşçilərin ezamiyyə qaydaları”nın 9-cu bəndində işçilərə ezam olunduqları təşkilatların iş vaxtının rejimi və istirahət vaxtının tətbiq edilməsi nəzərdə tutulmuşdur. Lakin inzibati orqan nəzərə almamışdır ki, sürücü kimi əmək funksiyalarını icra edən şəxslər ezam olunduqları əraziyə (obyektə) gedərkən müəyyən məsafə və zaman qət edirlər. Əgər inzibati orqanın iddia etdiyi kimi ezam edilən təşkilatın iş rejimi tətbiq edilsə, o halda işçi adi halda iş vaxtının başladığı tarixdə işəgötürənə məxsus nəqliyyat vasitəsi ilə daimi iş yerini tərk etdiyi anda həmin ezam olunduğu təşkilatda olmayacağına görə əmək və icra intizamına riayət etməmiş olardı. Dolayı formada işçiyə münasibətdə iş vaxtının tətbiq edilməsi üçün iş vaxtının adi halda başladığı tarixdə işçinin ezam olunduğu təşkilatda (obyektdə) olması zəruridir, əks halda isə münasibətlərin xarakteri faktiki hallara uyğun təhlil edilməklə nəticəyə gəlinməlidir. Bu baxımdan inzibati orqanın həmin dəlili buna yönəlik hər hansı araşdırma aparılmadığından əsassızdır. Digər tərəfdən inzibati orqan işçinin vəzifəsinin xarakterini və əmək funksiyalarının həcmini nəzərə almamış, ezam olunduğu yerin konkret ərazi və ya təşkilat olmasını araşdırmamışdır. Çünki hazırki işdə olduğu kimi yük maşınını idarə edən sürücü hər hansı xüsusi təyinatla (yükləmə, boşaltma və s.) təşkilat olmayan ərazilərə də ezam edilə bilər ki, bu halda iş vaxtnın dəqiq müəyyən edilməsi sırf real şəraitə uyğun mümkün ola bilər. Bu zaman işçinin işəgötürənin tapşırığı ilə hərəkət etməsi və əmək müqaviləsində qeyd edilən konkret müddətdən kənar saatlarda özünün əmək funksiyalarının icrası ilə birbaşa və ya dolayı bağlılığı olan hər hansı hadisənin baş verməsi həmin faktın istehsalatda bədbəxt hadisə kimi rəsmiləşdirilməsini istisna edə bilməz. Eləcə də, qeyd edilməlidir ki, ezamiyyə müddəti nəqliyyat vasitəsinin daimi iş yerindən çıxması və qayıdışı günlərini də əhatə edir. Ezamiyyədən qayıdış günü isə nəqliyyat vasitəsinin daimi iş yerinin yerləşdiyi yaşayış məntəqəsinə gəldiyi gün sayılır. Həmin gün ərzində baş verən və bilavasitə işçinin əmək funksiyalarının icrası ilə əlaqəli olan hər hansı hadisə işçinin ezamiyyə statusunda olarkən baş vermiş sayılır. Cavabdeh orqan öz etirazında N.İsayevin ölümünün saat 06:10-da baş verdiyini, halbuki əmək müqaviləsinə əsasən iş saatlarının saat 08:00-dan başlandığını əsas gətirərək, hadisənin iş vaxtı xaricində baş verdiyini bildirmişdir. Lakin bu yanaşma hüquqi və ədalət baxımından doğru və ağlabatan əsas hesab edilə bilməz. Çünki ezamiyyət əmək funksiyasının icrası ilə bağlı işəgötürənin təşəbbüsü və razılığı ilə başqa əraziyə göndərilmə deməkdir. Ezamiyyət müddətində işçinin fəaliyyəti məhz əmək funksiyasının icrasına yönəlmiş sayıldığından, onun bu dövrdə hərəkəti əmək vəzifəsinin icrası ilə əlaqədar hüquqi status daşıyır. Bundan əlavə, əmək hüququnda iş vaxtı anlayışı ezamiyyət dövrü üçün sərt tətbiq edilmir. İşəgötürənin əmri ilə başqa əraziyə ezam edilən işçi, həmin ərazidə baş verə biləcək əlavə risklərə məruz qalır və bu risklər əmək münasibətləri çərçivəsində qiymətləndirilməlidir. Çünki sabit iş yerində çalışan işçini ərazi olaraq qeyri-stabil xarakter daşıyan statusa keçirməklə əmək funskiyalarının icrasına cəlb etmək işçinin şəxsi iradəsinin yox, işəgötürənin iradəsinin nəticəsində yaranan vəziyyətdir. Bu baxımdan, cavabdehin hadisənin yalnız saat göstəricisinə əsaslanaraq iş vaxtı xaricində baş verdiyini iddia etməsi hüquqi əsaslandırmadan təcrid olmaqla, normativ tələblərlə uzlaşmır və formal xarakter daşıyır. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, N.İsayevin xx.xx.2022-ci il tarixdə saat 06:10-da baş vermiş ölüm hadisəsi onun faktiki olaraq ezamiyyə dövründə və xidməti tapşırığın icrası çərçivəsində baş vermişdir. Əmək Məcəlləsinin 217-ci maddəsi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın və işəgötürənin istehsalatda bədbəxt hadisələr üzrə təhqiqat aparmaq və nəticəsini sənədləşdirmək öhdəliklərini müəyyən edir. Müvafiq hadisə barədə həm müəssisə rəhbərliyi, həm də zərərçəkmişin ailəsi tərəfindən X18 Xidmətinə yazılı məlumat verilməsinə baxmayaraq, həmin qurum hadisəni araşdırmadan yalnız hüquqi nəticə doğurmayan ümumi cavabla kifayətlənmiş və hadisəni rəsmiləşdirməmişdir. Halbuki, hüquqi mövqenin formalaşdırılması üçün əvvəlcə təhqiqat aparılmalı, şahid ifadələri, ezamiyyə sənədləri, əmək münasibətlərinə dair materiallar araşdırılmalı və istehsalatda bədbəxt hadisənin meyarlarına uyğunluq qiymətləndirilməli idi. Cavabdeh inzibati orqanın bu öhdəliyi yerinə yetirməməsi qanunla müəyyən edilmiş səlahiyyət və vəzifələrinin pozulması kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın üzərinə iddia tələbində qeyd edilən öhdəlik qoyulmaqla iddia təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi təmin edilməli, X7 həlak olması ilə bağlı hadisənin istehsalatda baş verən bədbəxt hadisə kimi uçota alınması və müvafiq tədqiqat aktının tərtib edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X18 Xidmətinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 68 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. X7 həlak olması ilə bağlı hadisənin istehsalatda baş verən bədbəxt hadisə kimi uçota alınması və müvafiq tədqiqat aktının tərtib edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X18 Xidmətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar