Məhkəmə qərarları › İş №e-2-1(112)-14272/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-14272/2023

14.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-14272/2023 14.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “müvafiq sənədlərin təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç. 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (Yasamal RİH) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilinin söküntüsünə, habelə müvafiq tikintiyə dair Yasamal RİH-nin müvafiq sərəncamının, eləcə də "xxxx" MMC şirkəti ilə Yasamal RİH arasında olan müqavilənin surətinin ona təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Əlibala Abdullayev 12 ünvanında yerləşən mənzili "xxxx" MMC-nin rəsmi və qeyri-rəsmi nümayəndələri tərəfindən qeyri-iş günlərində, onun və anasının evdə olduğu saatlarda qanusuz sökülməyə məruz qalmışdır. Https://tdr.e-tikinti.gov.az/ rəsmi, dövlət saytında, eləcə də, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən də verilən rəsmi cavabla bildirilmişdir ki, bu şirkət tərəfindən nəzərdə tutulan tikintiyə icazə icraatı həyata keçirilməmişdir. Şirkətin əməkdaşları zəruri olan bütün “icazə”ləri aldıqlarını, icra hakimiyyəti ilə müqavilələri olduqlarını, Yasamal RİH-nin bu söküntü ilə bağlı müvafiq sərəncamının olmasını qeyd etsələr də, bu günədək qeyd olunan sənədlərin heç birini ala bilməmişdir. Belə ki, tərəfindən Yasamal RİH-yə müraciət edilsə də, həmin müraciətinə heç bir cavab verilməmiş, bu müraciəti ilə bağlı hər hansı sənəd ona verilməmişdir. Halhazırda bu ərazidə yaşayan bir sıra vətəndaşlar qeyd olunan mübahisənin məhkəmə qaydasında həll edilməsi niyyətindədir. Mülkiyyətində olan mənzilinin heç bir hüquqi əsas olmadan qanunsuz olaraq sökülməsi onun konstitusion mülkiyyət hüquqlarını pozur. Heç bir hüquqi əsas olmadan onun və bu ərazidə olan digər mənzillər sökülərkən heç bir önləyici tədbirlər görülmür. Söküntü nəticəsində yaranan toz-torpaq, kanalizasiya suları mənzillərə dolur. Bu şirkətin nümayəndələri qəsdən gecə vaxtı işləyir, elə bir şərait yaradırlar ki, rəsmi olaraq mülkiyyətində olan mənzili özü qoyub çıxsın. Qeyd olunanlarla əlaqədar olaraq mənzili ilə bağlı qeyd olunan qanunsuz söküntünün araşdırılması və bu məsələ ilə əlaqədar zəruri sənədlərin müvafiq məhkəməyə təqdim edilməsi zərurəti ilə bağlı olaraq, əgər mövcuddursa, Bakı şəhəri, Yasamal rayonu, Əlibala Abdullayev, 12 ünvanında yerləşən mənzilinin söküntüsünə, habelə müvafiq tikintiyə dair Yasamal RİH-nin müvafiq sərəncamını, eləcə də "xxxx" MMC şirkəti ilə Yasamal RİH arasında olan müqavilənin surətinin göndərilməsi, əgər mövcud deyildirsə, bununla bağlı olaraq zəruri məlumatların təqdim edilməsini məktubla xahiş etsə də bu günədək Yasamal RİH tərəfindən bu müraciətinə müsbət və ya mənfi olmaqla heç bir cavab verilməmişdir. Eyni zamanda Bakı şəhər İcra Hakimiyyəti tərəfindən bildirilmişdir ki, bu müraciətlə bağlı hüquq-mühafizə orqanlarının etdiyi müvafiq müraciət aidiyyəti üzrə Yasamal RİH-yə göndərilsə də, bu günədək hərəkətsizlik göstərilərək, heç bir sənədlə tanış edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdeh inzibati orqandan iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddia ilə bağlı yazılı etirazı (mülahizə) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlmədiyindən, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, iddiaçı və cavabdeh gəlmədikləri barədə məhkəməyə məlumat vermədiklərindən, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iddia ərizəsinə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 028633 №-li, qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayonu, Ə.Abdullayev küçəsində yerləşən 12 saylı ev (1 otaqlı 16,0 kv.m.) xüsusi mülkiyyət hüququ kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 926 saylı reyestr kitabında 138999-cu səhifəsində 30/3996 № ilə xx.xx.2000-ci ildə İddiaçı adına qeydiyyat aparılmışdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Arif Əliyev və digərlərinə ünvanlanmış 3-35/2-Kol-1054-36-642/2023 saylı məktubda qeyd olunmuşdur ki, ünvan 4 ünvanlarında onlara məxsus evlərin "xxxx" MMC tərəfindən sökülməsi və sözügedən tikinti şirkətinin özbaşına əməlləri nəticəsində yaranmış narazılıq barədə Azərbaycan Respublikasının Baş nazirinə ünvanlanan kollektiv müraciətlərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 1-5-16/2-Kol-59xx-xx- 2023 nömrəli tapşırığına əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsində aidiyyəti üzrə baxılmışdır. Qeyd olunan ünvanda sifarişçi "xxxx" MMC olan yaşayış binalarının tikintisi məqsədi ilə Komitə tərəfindən şəhərsalma əsaslandırılması təsdiq olunmamış və tikintiyə icazə icraatı həyata keçirilməmişdir. Məhkəmənin müvafiq sorğusuna Bakı şəhəri Yasamal RİH tərəfindən verilmiş: 5-21/2-1853/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 5 ünvanında yerləşən X1 məxsus fərdi yaşayış evinin sökülməsi və ya həmin ərazidə hər hansı tikinti-inşaat işlərinin aparılması ilə bağlı Yasamal RİH tərəfindən sərəncam verilməmişdir. Eyni zamanda ünvan 5 ünvanında yerləşən X1 məxsus fərdi yaşayış evinin yerləşdiyi ərazidə yaşayış sahələrinin söküntü işlərinin "xxxx" MMC tərəfindən aparılıb- aparılmaması, aparıldığı halda hansı əsaslarla aparıldığı barədə məlumatın verilməsi üçün (müvafiq sənədlərin əldə olunması) "xxxx" MMC-yə müraciət edilməsi tövsiyə olunmuşdur. 5-21/2-1871/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 5 ünvanında yerləşən X1 məxsus fərdi yaşayış evinin sökülməsi və ya həmin ərazidə hər hansı tikinti-inşaat işlərinin aparılması ilə bağlı Yasamal RİH tərəfindən sərəncam verilməmişdir. Eyni zamanda əlavə olaraq bildirilmişdir ki, ünvan 5 ünvanında yerləşən X1 məxsus fərdi yaşayış evinin söküntüsü və ya həmin ərazidə hər hansı tikinti-inşaat işləri rayon İcra Hakimiyyəti tərəfindən aparılmadığından hər hansı bir sənəd aşkar edilməmişdir. Bakı şəhəri Yasamal RİH tərəfindən İddiaçı ünvanlanmış 5-21/2-V-16/6-071/5/23 saylı cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 7 ünvanda yerləşən evinin "xxxx" MMC-nin nümayəndəsi tərəfindən söküntüyə məruz qalması və şirkət ilə bağlı məlumat verilməsi barədə Yasamal RİH-yə daxil olmuş müraciətlərinə baxılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamına əsasən "xxxx" MMC-yə Yasamal rayonu, 623 saylı məhəllə, Z.Əhmədbəyov, C.Məmmədquluzadə, İ.Əbilov, S.Salayev, F.İbrahimbəyov, M.Naxçıvani və Abdullayev küçələrininin əhatə etdiyi ərazidə yerləşən 4,32 ha torpaq sahəsində icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilmişdir. Hazırda Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində sənədləşmə işləri başa çatmaq üzrədir. Paralel olaraq ərazidə qarşılıqlı razılıq müqaviləsi əsasında sakinlərin köçürülməsi başlanmış və təhlükəsizlik tədbirləri çərçivəsində qismən hasarlanma işləri aparılmışdır. Bəzi sakinlər kirayə mənzillərə köçürülməklə bağlı təklif olunan qaydalarla razılaşmayaraq, şirkətə etibar etmədiklərini və kirayə mənzillərə köçmək istəmədiklərini bildirərək, yalnız pul vəsaiti almağa çalışır, bununla bağlı müxtəlif dövlət qurumlarına müraciət və şikayətlər edirlər. Müraciətləri nəzərə alaraq xx.xx.2023-cü il tarixdə Yasamal RİH-də növbəti dəfə bir qrup sakin qəbul edilmiş və "xxxx" MMC-nin nümayəndələrinin iştirakı ilə onları maraqlandıran suallara aydınlıq gətirilmiş, müvafiq izahatlar verilmişdir. xx.xx.2023-cü il tarixdə əraziyə baxış keçirilmiş, müzakirələr davam etdirilmişdir. xx.xx.2023-cü il tarixdə bir qrup sakin Cavabdehndə yenidən qəbul edilmişdir. Həmin görüşlərdə layihə barədə geniş məlumatlar verilmişdir. Tikinti şirkəti sakinlərlə razılşma əldə etmək üçün müzakirələri davam etdirir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması ilə əlaqədar olduğu nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İşin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin göstərilən tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda İddiaçı tərəfindən verilmiş iddia üzrə tələblər doğru inzibati (iddiaya cavab verməli olan) orqana yönəlmədiyindən yuxarıda qeyd edilənlərə əsasən, hazırki iddia mümkün sayıla bilməz. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və İPM-nin 2, 35, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “müvafiq sənədlərin təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar