Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-1429/2024 22.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Nümayəndə cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “torpaq sahələrinə görə nəzərdə tutulmuş subsidiyanın ödənilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Nümayəndə cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “Şəki rayonu, Turan qəsəbəsi ərazisində yerləşən 9,36 ha və 10.15 ha torpaq sahələrimə görə 2022-ci il üçün nəzərdə tutulmuş subsidiyanın ödənilməsinə dair Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, kənd təsərrüfatı sahəsinə marağı olduğu üçün 8-9 ildir ki, bu sahədə müəyyən işlər görməyə çalışmışdır. Şəki və Hacıqabul rayonlarının ərazisində xüsusi mülkiyyətdə olan torpaq sahələri var. Həmin sahələrdə adətən arpa, buğda əkini ilə məşğul olur. “www.eagro.az” X5 sisteminin yaradılması mütərəqqi haldır. Şəxsən bu sistemdən istifadə edir və fəaliyyəti haqqında onun hüquq və vəzifələri, o cümlədən kənd təsərrüfatı qurumlarının hüquq və vəzifələri haqqında məlumatları məhz bu sistem vasitəsi ilə əldə edir. Şəki rayonu, Turan qəsəbəsi ərazisində yerləşən torpaq sahələrinin biri 9,36 ha, digəri isə 10,15 ha-dır. Hər iki torpaq sahələrinin “torpaq analizlərini” öz şəxsi vəsaiti hesabına 8-9 ildir etdirir. Bu il alacağı subsidiyalar haqqında məlumata baxarkən məlum olmuşdur ki, sığorta ödənişini etmədiyi üçün subsidiyanın verilməsi mümkün deyil. Tez bir zamanda sığorta ödənişini etmişdir. Bundan sonra sistemdə “baxılır” statusu qeyd olunmuşdur. Bir neçə ay gözlədikdən sonra yenə subsidiyanın ödənilmədiyini görmüş, elektron sistemdə bu barədə qeyd olunmadığını bildirsə də, onun subsidiyanın alınması ilə bağlı problemi həllini tapmamışdır. X3 Nazirliyinə zəng vurmuş və ona bildirmişlər ki, torpağın aqrokimyəvi analizi aparılmadığı üçün subsidiyadan yararlana bilmir. İki ildən bir aparılması nəzərdə tutulan torpağın aqrokimyəvi analizi onun tərəfindən edilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı X2 Bakı inzibati Məhkəməsinə müraciət edərək Şəki rayonu, Turan qəsəbəsi ərazisində yerləşən, 9,36 ha və 10.15 ha torpaq sahəsinə görə 2022-ci il üçün nəzərdə tutulmuş subsidiyanın ödənilməsinə dair Agentliyin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bildirmişdir ki, iddiaçının Şəki rayonu, Turan qəsəbəsi ərazisində yerləşən torpaq sahələrinin biri 9,36 ha, digəri isə 10.15 ha-dır. Hər iki torpaq sahələrinin “torpaq analizlərini” öz şəxsi vəsaiti hesabına 8-9 ildir etdirməkdədir. Bu il alacağı subsidiyalar haqqında məlumata baxarkən, məlum olmuşdur ki, sığorta ödənişini etmədiyi üçün, subsidiyanın verilməsi mümkün deyil. Tez bir zamanda sığorta ödənişini etmişdir. Bundan sonra sistemdə “baxılır” statusu qeyd olunmuşdur. Bir neçə ay gözlədikdən sonra yenə subsidiyanın ödənilmədiyini görmüş, elektron sistemdə bu barədə qeyd olunmadığını bildirsə də, subsidiyanın alınması ilə bağlı problem həllini tapmamışdır. X3 Nazirliyinə zəng vurmuş və ona bildirilmişdir ki, torpağın aqrokimyəvi analizi aparılmadığı üçün subsidiyadan yararlana bilməmişdir. İddiaçı qeyd etmişdir ki, iki ildən bir aparılması nəzərdə tutulan torpağın aqrokimyəvi analizi onun tərəfindən edilib. 2020-ci il 1 yanvar tarixdən etibarən subsidiyaların verilməsi “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq X5 İnformasiya Sistemi (EKTİS) üzərindən həyata keçirilir. Həmin Qaydanın 3.8-ci bəndinə əsasən fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə torpaqdan istifadə hüququnu təsdiq edən sənədi, proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti), kənd təsərrüfatı təyinatlı, habelə digər kateqoriya torpaqlarda məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan torpaqların aqrokimyəvi analizinin nəticələrinə dair sənədləri EKTİS-ə daxil etməlidirlər. Qaydanın 3.17-ci bəndinə əsasən təqvim ili ərzində büdcədən ayrılan və fermerə verilməyən subsidiya məbləği büdcəyə qaytarılır. Qaydanın 2.2-ci bəndinə uyğun olaraq yaradılan X6 “Bitkiçilik sahəsində 2022-ci il üzrə bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsinə dair Qərarı”nın 2-ci bəndinə əsasən torpaq sahələrinin hər 5 hektarına görə aqrokimyəvi analiz aparılmadıqda, həmin torpaq sahələrinin becərilməsinə görə bu Qərarın 1-ci bəndi ilə müəyyən edilmiş subsidiyalar ödənilmir. 2021-2022-ci əkin ili üzrə istifadədə olan 19,51 hektar torpaq sahəsinin aqrokimyəvi analizi barədə məlumatlar Agentliyə daxil olmadığı üçün həmin torpaq sahəsində həyata keçirilən payızlıq arpa əkininə görə iddiaçıya subsidiya ödənilməsi mümkün olmamış və təqvim ili üzrə istifadə edilməyən subsidiya məbləği dövlət büdcəsinə qaytarılmışdır, Göstərilənlərə əsasən cavabdehin iddiası əsassızdır və təmin olunmamalıdır. Nümayəndə və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Şəki X1 arasında bağlanılmış xidmətin göstərilməsinə dair 163 saylı xx.xx.2020-ci il tarixli müqavilə və ona 1 nömrəli əlavədən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Şəki X1 Nümayəndə tapşırığı əsasında torpaq analizi barədə xidmətin göstərilməsini həyata keçirməyi öhdəsinə götürmüşdür. Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən iddiaçı Nümayəndə ünvanlanmış 3-22-2/2-H-18-16- 119/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq X5 İnformasiya Sistemi (EKTİS) üzərindən həyata keçirilir. Həmin Qaydanın 3.8-ci bəndinə əsasən fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə torpaqdan istifadə hüququnu təsdiq edən sənədi, proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti), kənd təsərrüfatı təyinatlı, habelə digər kateqoriya torpaqlarda məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan torpaqların aqrokimyəvi analizinin nəticələrinə dair sənədləri EKTİS-ə daxil etməlidirlər. Qaydanın 3.17-ci bəndinə əsasən təqvim ili ərzində büdcədən ayrılan və fermerə verilməyən subsidiya məbləği büdcəyə qaytarılır. Qaydanın 2.2-ci bəndinə uyğun olaraq yaradılan X6 “Bitkiçilik sahəsində 2022-ci il üzrə bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsinə dair Qərarı”nın 2-ci bəndinə əsasən torpaq sahələrinin hər 5 hektarına görə aqrokimyəvi analiz aparılmadıqda, həmin torpaq sahələrinin becərilməsinə görə bu Qərarın 1-ci bəndi ilə müəyyən edilmiş subsidiyalar ödənilmir. 2020-2022-ci əkin ili üzrə istifadəsində olan 19,51 hektar torpaq sahəsinin aqrokimyəvi analizi barədə məlumatlar Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə daxil olmadığı üçün həmin torpaq sahəsində həyata keçirdiyi payızlıq arpa əkininə görə subsidiya ödənilməsi mümkün olmamış və təqvim ili üzrə istifadə edilməyən subsidiya məbləği dövlət büdcəsinə qaytarılmışdır. Aqrokimyəvi analizlərin verilməsi barədə aidiyyəti üzrə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə müraciət etmək tövsiyə edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, iddiaçı iştirak etməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək hansı məhsul əkininə dair subsidiyanın ödənilməsi göstərilməklə iddia tələbinin dəqiqləşdirilməsi üçün 10 gün müddət müəyyən edilmiş, iddianın lazımı qaydada qaldırılmaması onun mümkünsüzlüyünə səbəb ola biləcəyi izah edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfi dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. X8 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38). Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 №-li qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə qeyd edir ki, “Şəki rayonu, Turan qəsəbəsi ərazisində yerləşən 9,36 ha və 10.15 ha torpaq sahələrinə görə 2022-ci il üçün nəzərdə tutulmuş subsidiyanın ödənilməsi” barədə iddia tələbi aydın deyil və formal tələblərə cavab vermir. Belə ki, iddia tələbində iddiaçının hansı məhsulun (və ya məhsullar) əkininə dair subsidiyanın ödənilməsini tələb etməsi göstərilməmişdir. Bu barədə məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilməsinə baxmayaraq müəyyən edilən müddətdə iddia ərizəsindəki qeyd edilən çatışmazlıqlar iddiaçı tərəfindən aradan qaldırılmamışdır. Odur ki, iddia mümkün sayılmamalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. İddiaçıya onun niyyətinə və marağının təmin olunmasına yönəlmiş hüquqi təkliflərin verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın mümkün sayılmaması onun məhkəməyə çatımlılıq hüququnu pozmur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova