Məhkəmə qərarları › İş №e-2-1(112)-14328/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-14328/2025

15.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-14328/2025 15.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, İddiaçının nümayəndəsi X8, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbayan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı hərəkətsizliyin qanunsuz hesab edilməsi tələbinə dair iddianın mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbayan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Fövqəladə Hallar Nazirliyinin hərəkətsizliyinin (sifarişçi X4 tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 443 (yeni qaydalarla: ünvan 1 ünvanında inşa etdirilmiş 2 mərtəbəli fərdi yaşayış evinin mənim evimin hasarına doğru çıxarılmış, ara məsafəsinə dair qaydalara riayət olunmadan inşa olunmuş konsol (dirsək) hissəsinin tikintisinə cavabdeh tərəfindən nəzarət edilməməsini, konsol (dirsək) hissəsinin tikintisinin aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim etməməsini, həmin pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edib və onun əsasında tikinti işlərinin dayandırılması barədə qərar qəbul etməməsini və həmin hissənin sökülməsi barədə məhkəməyə müraciət etməməsini) qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) rayonu, Buzovna qəsəbəsində mülkiyyətində olan 0.05123 ha torpaq sahəsində yerləşən 443a nömrəli bağ evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 443 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 375,9 kv.m olan bağ evi və 0,1483 ha torpaq sahəsi X2 mülkiyyətindədir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(003)- 180/2024 saylı qərardadından görünür ki, iddiaçı X10 həmin iş üzrə cavabdeh X3 qarşı “tikinti işlərinin aparılmasının qadağan edilməsi və tikintinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X3 ara məsafəsinə və qonşuluq hüququna riayət olunmadan qanunsuz tikinti işlərinin aparılmasının qadağan edilməsi, qanunsuz inşa olunmuş tikintinin cavabdehin hesabına sökülməsi və sairə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. - Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-4465/2025 nömrəli qərardadından görünür ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X2 Xəzər rayonu, Buzovna qəsəbəsi, 443 ünvanında yerləşən bağ evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixli, ********** nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi mümkün sayılmamışdır. Həmin qərardadda göstərilmişdir ki, iddiaçı həmin fərdi yaşayış evinin inşasının onun rifahını pozduğuna istinad edirsə, bu qonşuluq hüququ münasibətlərindən irəli gələn mülki xarakterli mübahisədir və iddiaçının hüquqi marağına uyğun olaraq ehtimal etdiyi pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı mülki qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. Hansı ki, iş materiallarından göründüyü kimi, iddiaçı artıq bu hüququndan istifadə edərək üçüncü şəxsə qarşı “tikilinin sökülməsi” tələbi ilə bağlı Xəzər Rayon Məhkəməsinə müraciət etmiş və hazırda baxılır. Bu məsələdə isə mübahisə predmeti olan fərdi yaşayış evinin mülkiyyət hüququnun qeydiyyatının hər hansı əhəmiyyəti yoxdur. Eyni zamanda qərardadda göstərilmişdir ki, iddiaçı tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması üçün əsas olmuş sənədlər, başqa sözlə, məlumatlandırma icraatı ilə bağlı qaydalara əməl edilməsinin qanuniliyi mübahisələndirilməlidir. Hansı ki, həmin icraat çərçivəsində evin şəhərsalma və tikinti qanunvericiliyinə əməl edilməklə tikilməsi halları (bu fonda həmçinin, ara məsafəsinə əməl edilib-edilməməsi ilə bağlı məsələlər) araşdırıla bilər. Yalnız həmin iddia uğurlu olacağı təqdirdə cavabdeh inzibati orqana qarşı hazırkı tələb (çıxarışın ləğv edilməsi) irəli sürülə bilər. Hazırkı iddia tələbindən görünür ki, iddiaçı Fövqəladə Hallar Nazirliyinin qonşu torpaq sahəsində inşa edilən tikintiyə nəzarət edilməməsi, tikinti işlərinin dayandırılması və həmin hissənin sökülməsi barədə məhkəməyə müraciət edilməməsindən ibarət hərəkətsizliyinin qanunsuz hesab edilməsini tələb edir. Göründüyü kimi, iddiaçının hazırkı tələbi ilə məhkəməyə müraciət etməsində əsas hüquqi marağı (gözləntisi) son nəticədə X3 məxsus olan bağ evinin sökülməsindən ibarətdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı iddia tələbi, yəni Fövqəladə Hallar Nazirliyinin hərəkətsizliyinin qanunsuz hesab edilməsi iddiaçının hüquqi marağına uyğun deyildir. Qeyd edilən məsələlər ilə bağlı məhkəmə iclasında iddiaçının nümayəndəsinə hüqüqi yardım göstərilmiş, həmçinin ona hüquqi marağına uyğun iddia tələbi ilə müvafiq məhkəməyə müraciət etməli olması izah olunmuşdur, lakin o, işə mahiyyəti üzrə baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından, belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinin tələbinə görə iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisənin nəticəsi fərdi hüquq və vəzifələrin müəyyən edilməsi baxımından həlledici deyil. Belə ki, iddia tələbinin məzmunundan göründüyü kimi iddiaçının əsas məqsədi X3 məxsus olan bağ evinə verilmiş çıxarışın ləğv edilməsi və həmin bağ evinin sökülməsidir, bu halda hazırki iddianın təmin olunması (cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi) özlüyündə iddiaçıya münasibətdə hər hansı hüquqi nəticə yaratmır. Belə ki, hazırda Ə.Lütfəlibəyovin adına verilmiş çıxarış qüvvədədir və ləğv edilməmişdir. Beləliklə, aparılmış araşdırma ilə məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün olmayan hüquqi müdafiə vasitəsindən istifadə etdiyindən hazırkı iddianın mümkünlük şərtləri təmin olunmur. Odur ki, iddia mümkün sayılmamalıdır. Hazırkı vəziyyətdə iddia tələbi mümkünlük şərtlərinə o halda cavab verə bilər ki, iddiaçının mübahisələndirdiyi məsələlər onun üçün hüquqi nəticə yaratmış olsun. Məhkəmə xüsusi olaraq vurğulayır ki, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 8.1-8.4-cü bəndlərində qeyd edilir ki, 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar