Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-14345/2023 23.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı X4 vəkili X5 iştirakı ilə, İddiaçı X4 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsız hesab edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı X10 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilə dair AR İN yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı X10 (şəxsiyyət vəsiqəsi: AZE №********; verilib xx.xx.2017-ci il tarixdə ASAN4 tərəfindən) xx.xx.2013-cü il tarixdə X11 ilə ailə həyatı quraraq ünvan 1 ünvanında yerləşən mənzilə gəlin köçmüşdür və xx.xx.2014-cü il tarixdən özü və xx.xx.2014-cü il təvəllüdlü oğlu X9 həmin ünvanda qeydiyyatdadır. İddiaçı qeyd edir ki, X11 ilə arasında olan nikaha xx.xx.2021-ci il tarixdə Suraxanı Rayon Məhkəməsində xitam verildikdən sonra xx.xx.2021-ci il tarixdə azyaşlı oğlu X9 ilə keçmiş həyat yoldaşı X6 anası X7 tərəfindən zor gücü ilə qeydiyyatda olduğu və yaşadığı mənzildən çıxarılmışdır. Bununla bağlı pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə Suraxanı Rayon Məhkəməsində cavabdehlər X11 və X2 qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması, istifadə qaydalarının müəyyən edilməsi və mənzilə köçürülmə tələbinə dair iddia qaldırılmışdır. İddia ərizəsinə əlavə edilən sübutlardan biri də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ******* saylı Yaşayış yeri üzrə qeydiyyat haqqında arayış idi. Həmin arayışda iddiaçının (xx.xx.2014-cü il tarixdən), X1 və X3 ünvan 1 ünvanında qeydiyyatda olduqları qeyd olunmuşdur. Qeyd olunan iddia üzrə məhkəmə icraatı getdiyi zaman təsadüfən bankda müvafiq əməliyyat etmək üçün şəxsiyyət vəsiqəsini təqdim etdikdə, vəsiqənin deaktiv, etibarsız olduğu bildirilmiş və iddiaçı bununla bağlı ASAN xidmət mərkəzinə müraciət etdikdə qeydiyyatda olduğu mənzildən qeydiyyatdan çıxarıldığı üçün vəsiqəsinin qüvvədən düşdüyü məlum olmuşdur. Daha sonra məsələnin araşdırılması, qeydiyyatda olduğu ünvandan hansı əsasla çıxarılmağının müəyyən edilməsi üçün iddiaçı tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə elektron müraciət edilmişdir. Müraciətə cavab olaraq AR DİN BPQMİ-dən göndərilmiş xx.xx.2022-ci il tarixli, 018-12850Ş-4222 saylı məktubda X4 xx.xx.2014-cü il tarixdən ünvan 2 ünvanında qeydiyyatda olduğu və ona məxsus AZE1723 7201 nömrəli şəxsiyyət vəsiqəsinin aktiv statusda olduğu qeyd olunmuşdur. İddiaçı qeyd edir ki, yuxarıda qeyd olunan yaşayış sahəsindən istifadə hüququnun tanınması, istifadə qaydalarının müəyyən edilməsi və mənzilə köçürülmə tələbinə dair iddiası üzrə məhkəmə baxışı zamanı cavabdehlər tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilin müraciətləri əsasında özəlləşdirilərək çıxarış alındığı bildirilməklə çıxarışın surəti sübut kimi məhkəməyə təqdim edildi. Bu hal, yəni mənzildə qeydiyyatda olan şəxslərdən biri kimi iddiaçının razılıq ərizəsi alınmadan mənzilə dair çıxarışın əldə edilməsi iddiaçıda qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən mənzildən hansısa qanunsuz yol vasitəsilə çıxarılmağına dair əsaslı şübhələr yaratmışdır. Bu səbəbdən Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə vəkil sorğusu göndərilməklə Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzilin ilkin qeydiyyatı (özəllişdirilməsi) barədə ƏMDX yanında DƏDRX-nə hansı tarixdə və kim tərəfindən müraciət edilməsi, müraciət müəllifi tərəfindən mənzildə qeydiyyatda olan şəxslər barədə təqdim edilmiş sənəd, sənədin tarixi, nömrəsi, həmin sənəddə göstərilən mənzildə qeydiyyatda olan şəxslərin siyahısı barədə məlumat verilməsi xahiş edilmişdir. Müraciətiə cavab olaraq DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsindən göndərilmiş xx.xx.2022-cı ü tarixli, **********74 saylı məktubda ünvan 1 ünvanında yerləşən mənzilə dair çıxarışın alınması üçün X8 tərəfindən idarəyə xx.xx.2022-ci il tarixdə müraciət edildiyi və müraciətə əlavə edilmiş ******* nömrəli, xx.xx.2022-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışda sözügedən mənzildə yalnız X1 qeydiyyatda olduğunun öz əksini tapdığı qeyd olunmuşdur. Göründüyü kimi yuxarıda qeyd olunan rəsmi dövlət orqanlarından əldə edilmiş arayışlardan məlum olur ki, iddiaçı və övladı X9 yaşadığı və qeydiyyatda olduğu ünvan 4 ünvanında yerləşən mənzildən heç bir hüquqi əsas olmadan, tam olaraq qanunsuz formada çıxarılmış, daha sonra da qeydiyyatlar həmin mənzilə bərpa edilmiş və həmin mənzildə qeydiyyatda olmadığı müddətdə həmin mənzil qanunsuz olaraq iddiaçının razılığı alınmadan X1 adına keçirilmiş və buna dair xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əldə edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli “Qeyd olunan ünvanlara dair müvafiq məlumatların verilməsi barədə” məktubda qeyd olunmuşdur ki, ünvan 5 ünvanı X1 xx.xx.2022-ci il tarixli müraciəti əsasında ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış ilə ilkin hüquqi qeydiyyata alınmışdır. Sözügedən mənzilin özəlləşdirilməsinə əsas olmuş sənəd toplusu içərisində mövcud olan 089250 saylı xx.xx.1989-cu il tarixli Orderdə həmin mənzildə məskunlaşan şəxslərin Şərifov Z.N, Şərifova N.M, Şərifov E.Z, Şərifov E.Z (sənəddə olduğu kimi) olması qeyd edilmişdir. Həmçinin bildiririk ki, arxiv əsaslarında saxlanılan Bakı şəhər İcra Hakimiyyətinin Ş-50-112 saylı xx.xx.2022-ci il tarixli arxiv arayışında da mənzilin sakinlərinin yuxarıda qeyd olunan şəxslər olduğu göstərilmişdir. Məlumat üçün bildiririk ki, ******* nömrəli xx.xx.2022-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışda sözügedədən mənzildə yalnız X1 qeydiyyatda olduğu öz əksini tapmışdır.
4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, iddiaçı xx.xx.2014-cü il tarixdən ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır və iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi aktiv statusdadır.
5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li, xx.xx.2021-ci il tarixli Arayışdan görünür ki, X10 (xx.xx.1992-ci il təvəllüdlü), X7 (xx.xx.1962-ci il təvəllüdlü) və X9 (xx.xx.2014-cü il təvəllüdlü) ünvan 6 ünvanında qeydiyyatdadırlar.
6. Məhkəmənin mümkünlük iclasında iştirak edən iddiaçının vəkili (etibarnamə əsasında səlahiyyət müddəti bitdiyindən məhkəmə iclasında ancaq vəkil qismində iştirak etmişdir) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
II. İddianın mümkünlüyü
7. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
8. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından:
1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır... 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
10. Belə ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.
11. X18 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
12. X18 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
13. X12 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
14. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic);
15. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
16. Məhkəmə qeyd edir ki, iddia tələbinin predmeti olan ünvan 5 ünvanında yerləşən mənzilə dair iddiaçıya məxsus hər hansı hüquqmüəyyənedici sənəd müəyyən olunmamışdır. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, mübahisələndirilən mənzil üzərində X1 xüsusi mülkiyyət hüquqları tanınmış və xx.xx.2022-ci il tarixli müraciəti əsasında ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla öz təsdiqini tapmışdır.
17. İddia tələbinə əsasən iddiaçı həmin mənzildə 2014-cü ildə yaşayış yeri üzrə qeydiyyata alınmış şəxsdir.
18. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
20. Odur ki, iddiaçının həmin mənzilə dair çıxarışın etibarsız hesab edilməsi tələbini irəli sürməyə subyektiv hüququ yoxdur.
21. Digər tərəfdən qeyd edilən tələblə (çıxarışın etibarsız hesab edilməsi) bağlı iddiaçı tərəfindən inzibati orqana hər hansı müraciət də mövcud deyil. Belə ki, cavabdeh orqanın iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, iddiaçının cavabdeh orqana müraciəti qeyd olunan mənzilə dair müvafiq məlumatların verilməsi barədə olmuşdur.
22. Məhkəmə qeyd edir ki, iddia formal tələblərə uyğun gəlməsə də (yəni iddiaçının məqsədinə nail olmaq üçün münasib iddia tələbi qeydiyyatın ləğvi ilə bağlı olmalıdır), iddiaçıya bununla bağlı hüquqi yardım göstərilərək iddianın dəyişdirilməsi iddianın mümkünsüzlüyünü istisna etməyəcəkdir. Belə ki, iddiaçının qeyd edilən tələbi irəli sürməsi ilə bağlı subyektiv hüququ yoxdur. Odur ki, məhkəmə prosessual qənaət prinsipindən çıxış edərək iddia tələbinin qeyd edilən tələbə uyğunlaşdırılmasına zərurət görmür.
23. Odur ki, iddia mümkün sayılmamalıdır.
24. Məhkəmə qeyd edir ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyil. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
25. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
26. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva