Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1437/2023 28.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X10 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv olunması və borc məbləğinin şəxsi hesab vərəqəsindən silinməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin xx.xx.2021-ci il tarixli **********150084 nömrəli səyyar vergi yoxlaması aktı əsasında qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********195602 nömrləi qərarının qismən ləğv edilməsi və yoxlama nəticəsində hesablanmış 679 889.40 manat vergi borcu və 339944.70 manat maliyyə sanksiyasının "xxxx" MMC-nin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2014-cü il tarixindən vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir (VÖEN: **********). Müəssisə ixtisaslaşmış tikinti işləri ilə məşğul olur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə başlanılmış və xx.xx.2021-ci il tarixində başa çatmış və müəssisənin 04.20xx-xx.2019-cu illər dövrlərini əhatə edən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” yoxlamanı aparmışlar və nəticə olaraq xx.xx.2021-ci il tarixli **********199827 saylı Səyyar vergi yoxlaması Aktı tərtib edilmişdir. Tərtib edilmiş akt əsasında Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2021 tarixli **********150084 saylı qərarı ilə müəssisəyə qarşı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 262157.75 manat azaldılmasına görə 50% miqdarında, yəni 131078.89 manat, ƏDV-nin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 778302.96 manat azaldılmasına görə 50% miqdarında, yəni 389151.49 manat, maliyyə saksiyyası tətbiq edildi, o cümlədən 99242.19 manat verginin artıq hesablandığı müəyyən olundu. Vergi Məcəlləsinin 58.6-ci maddəsinin tələbləri pozulduğu üçün 10390.73 manat maliyyə sanksiyası tətbiq edildi. Aşağıda göstərilən hallara əsasən hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının tələbləri və vergi qanunvericiliyi pozulmuşdur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən ilkin yoxlama müvafiq qaydada qeydiyyata alınmasına baxmayaraq daha sonra müddətinin uzadılması barədə yoxlmalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə müvafiq olaraq qeydiyyata alınmadan qanunsuz aparılmışdır. Bu səbəbdən həmin yoxlamaların hüquqi nəticəsi olmamalıdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3.2-ci maddəsinə əsasən Bu qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Göründüyü kimi yoxlayıcı tərəfindən bu normaya da riayət olunmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Bundan əlavə Vergi Məcəlləsinin 49.1-ci və 49.1.3-cü maddəsinin tələblərinə görə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edə bilər. Bu maddənin mənasından da görünür ki, qərar qəbul etmədən öncə yoxlama materiallarına baxılmalı idi ki, bu da Vergi Məcəlləsinin 39-cu maddəsi ilə tənzimlənir. Vergi Məcəlləsinin 39.6-cı maddələrinə əsasən Vergi Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. Həmçinin Vergi Məcəlləsinin 39.7-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən vergi yoxlaması aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə, yoxlamanın materialları vergi ödəyicisinin vəzifəli şəxslərinin və ya fərdi sahibkarın və (və ya) onların nümayəndələrinin iştirakı ilə baxılır. Vergi orqanı vergi yoxlamasının materiallarına baxılmanın yeri və vaxtı haqqında vergi ödəyicisinə əvvəlcədən məlumat verir. Lakin yoxlama nəticələri yuxarıda qeyd olunan maddələrinin tələblərinə zidd olaraq MMC-dən xəbərsiz və MMC-nümayəndələrinin iştirakı təmin edilmədən qəbul edilmişdir ki, həmin qərarlar Vergi Məcəlləsinin 49.5-ci maddəsinin tələbinə əsasən vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Məcəllənin 39.4-cü maddəsinə əsasən Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. xx.xx.2019-cu il tarixində **********165657 saylı Səyyar vergi yoxlaması Aktı tərtib edilmiş lakin onlara məlum olmayan səbəblərdən həmin aktın heç bir hüquqi nəticəsi olmadan xx.xx.2019-cu il tarixində **********165657 saylı Səyyar vergi yoxlaması Aktı tərtib edilmiş və aktada tərəflərindən etiraz verilir və vergi orqanı tərəfindən əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar qəbul olunur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Səyyar vergi yoxlaması Aktı tərtib edilir və aktın nəticəsi olaraq qərar qəbul edilir lakin bunların heç biri barəsində vergi ödəyicisinə məlumat verilmir. Bunların tam əksi olaraq müəssisə tərəfindən məsələ ilə bağlı vergi orqanına edilmiş şikayət və müraciətlərdə cavabsız qalmışdır. Halbuki vergi ödəyicisi tərtib edilmiş akta etiraz vermək hüququ vardır. Azərbaycan Respublikası Vergi Məcəlləsini 39.7-ci maddəsinin tələbləri pozulmuşdur yəni Vergi ödəyicisi tərəfindən vergi yoxlaması aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə, yoxlamanın materialları vergi ödəyicisinin vəzifəli şəxslərinin və ya fərdi sahibkarın və (və ya) onların nümayəndələrinin iştirakı ilə baxılır. Səyyar vergi yoxlaması Aktı qəbul edilərkən onların həmin akta etiraz vermək hüquqlarından məhrum edilmişlər və bununla da VM-nin 39.4-cü maddəsinin (Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir) və 39.5-ci maddəsinin (Vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır.) tələbləri kobud şəkildə pozulmuşdur. Hətta səyyar vergi yoxlamasının keçirilməsini qanuni hesab etsələr belə yoxlama zamanı da, ciddi qanun pozuntularına və qeyri obyektiv araşdırmaların mövcud olması görülər. Belə ki, səyyar vergi yoxlamasının və onun əsasında tərtib olunmuş xx.xx.2021-ci il tarixli **********199827 saylı Səyyar vergi yoxlaması Aktının əsasını satılan malların bazar qiymətinin müəyyənləşdirilməsi üçün xx.xx.2020-ci il tarixli **********138838 saylı Ekspertizanın təyin edilməsi barədə qərar əsasında verilmiş ekspert rəyi təşkil edir. Hesab edir ki, hazırkı vəziyyətdə ekspertizanın təyin olunması qanunsuszdur belə ki, Azərbaycan Respublikası VM-nin 44.1-ci maddəsinə əsasən Zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər. Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir. Müəssisə tərəfindən yoxlayıcıya bütün zəruri maliyyə sənədləri o cümlədən malların dəyərini əks etdirən gömrük (statistik bazar qiymətləri göstərilməklə) zəruri sənədlər daxil olmaqla təqdim olunduğu halda yoxlayıcı tərəfindən ekspertizanın təyin olunmasında zərurətin nədən ibarət olduğu aydın deyildir. VM-nin 14.2-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Həmin Məcəllənin 14.6.3.3-cü maddəsinə əsasən Malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. Həmin Məcəllənin 14.6.6-cı maddəsinə əsasən Vergi ödəyicilərinin təqdim olunan mallara (işlərə, xidmətlərə) tətbiq etdikləri qiymətlərin səviyyəsi bu Məcəlləyə əsasən müəyyənləşdirilən bazar qiymətlərindən 30 faizdən çox aşağı olduqda, vergilər bazar qiymətləri əsasında, yuxarı olduqda isə faktiki təqdimolunma qiymətləri ilə hesablanır. 14-cü Maddənin tələblərindən göründüyü kimi ekspertizanın təyin olunması tam qanunsuzdur. Ekspertizanın təyin olunması ilə şərti olaraq razılaşsalar belə bu proseduran həyata keçirlməsində də, ciddi qanun pozuntularına yol verilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 44.6-cı maddəsinə əsasən Ekspertiza keçirilməsi haqqında qərar çıxarmış vergi orqanı həmin qərarla yoxlanılması keçirilən vergi ödəyicisini bu qərarla tanış etməyə və həmin şəxsin bu Məcəllənin 44.7-ci maddəsində nəzərdə tutulan hüquqlarını (ekspertə etiraz etmək, ekspertin onun tərəfindən göstərilən şəxslərdən təyin edilməsi barədə müraciət etmək, ekspertin rəyinin alınması üçün əlavə suallar təqdim etmək, ekspertiza keçirildikdə vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxsinə əvvəlcədən məlumat verməklə bilavasitə və ya nümayəndəsinin vasitəsi ilə ekspertiza keçirilməsində iştirak etmək) ona izah etməyə borcludur. Göründüyü kimi, yoxlayıcı tərəfindən ekspertizanın keçrilməsi barədə qərarı təqdim etməməklə və bu barədə vergi ödəyicisini məlumatlandırmamaqla obyektiv araşdırmanın aparılması ilə bağlı ekspertin təyin olunmasında və onun qarşısında sualların qoyulmasında iştirak etmək hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 3.11-ci maddəsində vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, şübhələri vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2003-cü tarixli 5 nömrəli Qərarı ilə izah olunmuşdur ki, Vergi Məcəİləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Həmin Məcəllənin 54.0.1-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması şəxsin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Həmin Məcəllənin 62.3-cü maddəsinə əsasən Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir. Həmin Məcəllənin 63.1-ci maddəsinə əsasən Vergi ödəyicisinin və ya başqa borclu şəxsin vergi orqanının qərarlarından (aktlarından), vergi orqanının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayətinə yuxarı vergi orqanı və ya onun vəzifəli şəxsi tərəfindən həmin şikayət alındığı gündən 30 gün müddətində baxılır və şikayət vermiş şəxsə yazılı cavab verilir. Vergi borcunun əsas Kənarlaşmanın səbəbi olaraq inzibati orqan tərəfindən aşağıdakı hallar təşkil edir: Vergi tutulan əməliyyatların vaxtı Vergi Məcəlləsinin 166-ci maddəsinə müvafiq surətdə müəyyənləşdirilməməsi və vergi tutulan əməliyyatların dəyərinin Vergi Məcəlləsinin 161-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilməməsi (10207.11 manat dövriyyənin azaldılması) nəticəsində ƏDV-nin 1837.28 manat (m/sanksiyası 918.64 manat) azaldılması və 49555.14 (918.64+48636.5) manat maliyyə sanksiyasının tədbiq etmişdir. Yoxlama zamanı 5 vergi ödəyicisi tərəfindən ("xxxx"MMC (VÖEN: ********* üzrə 2 798 081,23 manat; “AZİNVEST PMMC (VÖEN: **********) üzrə 173 442,3 manat; 'TABİOLA" MMC (VÖEN:**********) üzrə 237 221,31 manat; "xxxx"MMC (VÖEN:**********) üzrə 1 169 139,66 manat; ABDULLAYEV ELNUR NURƏLİ OĞLU (VÖEN:**********) üzrə 79 168.17 manat, cəmi ƏDV-İi 4 457 052.67 ( 777 163.28 manat ƏDV-siz) manat) "xxxx" MMC-yə təqdim edilmiş malların alışının olmaması (YGB və e/qaimə üzrə baza məlumatlarına əsasən) müəyyən edildi. Bu səbəbdən də "xxxx" MMC tərəfindən həmin mallar üzrə əvəzləşdirilmiş 679889.4 manat (3 777 163.28 * 18%) ƏDV məbləği yoxlama ilə əvəzləşmədən çıxarılmışdır. Bildirirlər ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə əsasən əvəzləşdirilməsinə icazə verilən əməliyyatlar o əməliyyatlar sayılır ki, vergi ödəyicisi tərəfindən e-qaimələrlə alınan malların (işlər, xidmətlər) dəyəri ödənilərkən ƏDV məbləği depozit hesabından ödənilsin. Yuxarıda qeyd edilən 5 şirkətdən e-qaimələrlə aldıqları malların dəyəri tam ödənilmiş və ƏDV-nin depozit hesabından ƏDV məbləğləri köçürülmüşdür. Bu halda VM-nin tələblərinə tam riayət edildiyi üçün səyyar vergi yoxlaması aktında həmin məbləğlərin əvəzləşmədən çıxarılmasını tam qanunsuz hesab edirlər. Əvəzləşmədən çıxarılmanın əsas səbəbi isə riskli vergi ödəyiciləri ilə bağlı qanunvericiliyin normalarının tətbiqi olub lakin. Müəssisə tərəfindən bu əməliyyatlar aparılan dövrdə qanunvericiliyə bu dəyişiklər və bu dəyişiklərin tətbiq olunmasına dair normalar qəbul edilməmişdir. Belə ki, həmin norma xx.xx.2020-ci il tarixində qüvvəyə minməsinə və bunun tətbiqinə dair Nazirlər Kabinetinin 265 saylı Qərarı xx.xx.2020-ci il tarixində qəbul edilməsinə baxmayaraq həmin qanunun tələbləri qanunsuz olaraq müəssisəyə tətbiq edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin xx.xx.2021-ci il tarixli **********150084 nömrəli Səyyar vergi yoxlaması aktı əsasında qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********195602 nömrəli qərarın ləğv edilməsi və yoxlama nəticəsində hesablanmış 679889.40 manat vergi borcu və 339944.70 manat maliyyə sanksiyasının "Con-Sol G“oup" MMC-nin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilərək, iddianın təmin edilməməsi xahiş edilmişdir. Etiraza əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.3-cu maddəsilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət va digər binalarında (ərazisində) qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxışın keçirilməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir. Eyni zamanda Vergi Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasını keçirən vergi orqanlarının vəzifəli şəxsinin yoxlamanın dolğun va obyektiv keçirilməsi üçün bütün halların ayırd edilməsi məqsədi ilə vergi yoxlaması keçirilən vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərinin və əşyalarının həmin orqanın əsaslandırılmış qərarı əsasında baxış keçirmək hüququ vardır. İddiaçının iddia ərizəsində qeyd olunan dəlilləri ilə bağlı bildiririk ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər və Vergi Məcəlləsinin 38.7ci maddəsinə əsasən yoxlama 9 aydan çox olmamaqla dayandırıla (təxirə salına) bilər. Vergi Məcəlləsinin 2022-ci il redaksiyasına əsasən növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Vergi Məcəlləsinin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Qeyd olunan halla bağlı Ali Məhkəmənin 2-1(102)-06/20 nömrəli, 19 mart 2020-ci il tarixli (X6) qərarında qeyd olunmuşdur ki, səyyar vergi yoxlamasına dair qaydaları müəyyən edən Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş 38.1 və digər maddələr, o cümlədən 38.2 və 38.4-cü maddələri ayrı-ayrılıqda deyil, əlaqəli şəkildə tətbiq olunmalıdır. Hər iki maddələrin əlaqəli tətbiqi isə onu ehtiva edir ki, yoxlama 30 gün və yalnız iş günü ərzində aparıldığından, yoxlamanın aparılmalı olan müddəti iş günləri ilə hesablanmalıdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, yoxlamanın nəticələri MMC-dən xəbərsiz və nümayəndənin iştirakı olmadan qəbul edilmişdir. Qeyd etmək istəyirik ki, iddiaçının nümayəndəsi X5 aktı imzalamaqla bir nüsxəsini qəbul etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, müddətin uzadılmasına dair qərarlar reyerstirdə qeydiyyata alınmadan aparılmışdır. Bildiririk ki, yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata salınmış və iddiaçının qeyd etdiyinin əksinə olaraq yoxlamanın artırılmasına dair hər iki qərar çıxarışda mövcud olmuşdur(çıxarış əlavə olunur). İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, məsuliyyət qərarın əsasını ekspert rəyi təşkil etmişdir və ekspertizanın təyin olunması qanunsuz olmuşdur. Qeyd etmək istəyirilər ki, yoxlamamn əsasını ekspert rəyi təşkil etməmişdir, əksinə ekspert xx.xx.2021-ci il tarixli məktubunda vergi ödəyicisi tərəfindən lazımi sənədlərin təqdim edilməməsi səbəbindən ekspertizanın keçirilməsinin mümkün olmamasını bildirmişdir. Ümumi olaraq bildirilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********199517 nömrəli "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən "CON-SOL GROUP” MMC-də (VÖEN **********) Vergi Məcəlləsinin 38.3.5-cı maddəsinə əsasən səyyar vergi yoxlaması (yoxlanılan dövr: aprel 2017-dekabr 2019) təyin edilmiş, yoxlamaya xx.xx.2020-ci il tarixdə başlanılmış və yoxlama xx.xx.2021-ci il tarixdə başa çatdırılmışdır. Aparılan səyyar vergi yoxlamasının nəticəsi xx.xx.2021-ci il tarixli **********199827 nömrəli aktla rəsmiləşdirilmişdir. Yoxlama ilə aşağıdakılar müəyyən edilmişdir: Əlavə dəyər vergisi üzrə: Müəssisə ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizəni Bakı şəhəri Vergilər Departamentininə təqdim etmiş qeydiyyat bildirişi almışdır. Bildiriş xx.xx.2014-cü il tarixdən qüvvəyə minmişdir. Yoxlanılan dövr ərzində aşağıdakı hallar müəssisədə aşkar olunmadı: malların haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə verilməsi; barter əməliyyatları; ƏDV ödəməklə əldə edilmiş və müvafiq əvəzləşdirmə aparılmış malların qeyri-kommersiya məqsədləri üçün, Vergi Məcəlləsinin 10cu fəslində nəzərdə tutulmuş qaydada gəlirdən çıxılmayan xərclər və gəlirdən çıxılması məhdudlaşdırılan xərclərin normadan artıq hissəsi üçün, habelə ƏDV-dən azad olan əməliyyatların keçirilməsi üçün istifadə edilməsi, malların itməsi, xarab olması, əskik gəlməsi və oğurlanması; Girov qoyulmuş əmlakın sahiblik hüququnun girovgötürənə keçməsi; Borc öhdəliyi müqabilində əmlakın müsadirə edilməsi; Hər hansı borc öhdəliyi əvəzinə malların təqdim edilməsi; Vergi Məcəlləsinin 165.1,2-ci və 165.1,6.-cı maddələrinə əsasən ƏDV-si sıfır (0) dərəcə ilə tutulan əməlliyatlar çərçivəsində əldə edilən malların müəyyən olunmuş şərtləri pozmaqla digər məqsədlər üçün istifadə edilməsi. Müəssisə tərəfindən qanunvericiliyə müvafiq olaraq vergitutma obyekti hesab edilməyən əməliyyatlar aparılmamışdır. Vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan dövr ərzində vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi Vergi Məcəlləsinin 163-cü maddəsinə uyğun olaraq aparılmışdır. Vergi tutulan əməliyyatların vaxtı Vergi Məcəlləsinin 166-ci maddəsinə müvafiq surətdə müəyyənləşdirilməmişdir. Yoxlanılan dövr ərzində digər şəxsin agenti olan şəxs tərəfindən malların göndərilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi faktı aşkar edilmədi. Yoxlama ilə əhatə olunan dövrdə müəssisə tərəfindən dəqiqləşdirilən vergi hesab- fakturalarının verilməsi aşkar edilmədi. Yoxlama ilə Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən vergi hesab fakturasının alındığı və əvəzləşdirmə aparılmayan fakt aşkar edilmədi. Yoxlanılan dövrdə bəyannamələr vergi orqanına vaxtında təqdim olunmuşdur. Yoxlama ilə əhatə olunan dövr ərzində müəssisəyə ƏDV qaytarılmamışdır. Yoxlanılan dövr üzrə müəssisə tərəfindən təqdim edilmiş bəyannamələrdə (ƏDVsiz) 58156827,31 manat ƏDV-yə cəlb edilən dövriyyə (10468228,92 manat ƏDV-si), 8249843,23 manat əvəzləşdirilən ƏDV, 2218385,69 manat büdcəyə çatası ƏDV göstərilmişdir. Yoxlama ilə (ƏDVsiz) 58167034,42 manat ƏDV-yə cəlb edilən dövriyyə (10470066,2 manat ƏDV-si), 7569953,83 manat əvəzləşdirilən ƏDV, 2900112,37 manat büdcəyə çatası ƏDV olduğunu müəyyən etməklə 681726,68 manat ƏDV-nin azaldılması müəyyən edildi. Kənarlaşmanın səbəbi aşağıdakılardan ibarətdir; - Vergi tutulan əməliyyatların vaxtı Vergi Məcəlləsinin 166-ci maddəsinə müvafiq surətdə müəyyənləşdirilməməsi və vergi tutulan əməliyyatların dəyərinin Vergi Məcəlləsinin 161 -ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilməməsi (10207,11 manat dövriyyənin azaldılması) nəticəsində ƏDV-nin 1837,28 manat (m/sanksiyası 918,64 manat) azaldılması və 49555,14 (918,64+48636,5) manat maliyyə sanksiyasının tədbiq edilməsi təklif olunur. Yoxlama zamanı 5 vergi ödəyicisi tərəfindən ("xxxx" MMC (VÖEN: **********) üzrə 2798081,23 manat, “AZİNVEST1" MMC (VÖEN: **********) üzrə 173442,3 manat, "xxxx" MMC (VÖEN:**********) üzrə 237221,31 manat, "xxxx" MMC (VÖEN;**********) üzrə 1169139,66 manat, ABDULLAYEV ELNUR NURƏLİ OĞLU (VÖEN **********) üzrə 79168,17 manat, cəmi ƏDV-li 4457052,67 (3777163,28 manat ƏDV-siz) manat "xxxx" MMC-yə təqdim edilmiş malların alışının olmaması (YGB və e/qaimə üzrə baza məlumatlarına əsasən) müəyyən edildi. Bu səbəbdən də "xxxx" MMC tərəfindən həmin mallar üzrə əvəzləşdirilmiş 679889,4 manat (3777 163,28 * 18% ) ƏDV məbləği yoxlama ilə əvəzləşmədən çıxarılmışdır. Mənfəət vergisi üzrə: Müəssisə tərəfindən 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyanaməsində işlərin görülməsindən gəlir 5392004,6 manat, ümumi gəlirdən çıxılan xərclər 4819571,35 manat, vergiyə cəlb olunan mənfəət 572433,25 manat göstərməklə 114486,65 manat mənfəət vergisi, 2018-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyanaməsində işlərin görülməsindən gəlir 8529621,16 manat, ümumi gəlirdən çıxılan xərclər 7524662,16 manat, vergiyə cəlb olunan mənfəət 1004959,0 manat göstərməklə 200991,80 manat mənfəət vergisi, 2019-cu il üzrə təqdim edilmiş mənfəət vergisi bəyanaməsində işlərin görülməsindən gəlir 38545658,22 manat, ümumi gəlirdən çıxılan xərclər 36965923,93 manat, vergiyə cəlb olunan mənfəət 2510651,33 manat göstərməklə 502130,27 manat mənfəət vergisi, cəmi yoxlanılan dövr üzrə 817608,72 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama zamanı əldə edilmiş sənədlərin araşdırılması zamanı aşadakılar müəyyən edildi: 2017-ci İl ərzində ilkin sənədlərə əsasən məbləğində sifarişçiyə təhvil verilmiş tikinti işlərinin və satılmış malların müqabilində 5250432,0 manat məbləğində bank vasitəsi ilə pul vəsaiti daxil olması müəyyən edilmişdir. Yoxlanılan dövrdə mühasibat uçotu kassa metodundan istifadə edilməklə aparılmışdır. Vergi Məcəlləsinin 131 -ci maddəsinə əsasən kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. Bu səbəbdən təqdim edilmiş tikintiquraşdırma işlərinin və satılmış malların müqabilində əldə edilmiş vəsait (nağdsız ödəmə ilə pul vəsaitinin bankda onun hesabına daxil olan vəsait) yoxlama ilə mənfəət vergisinə cəlb edildi. Lakin, həmin işlərin yerinə yetirilməsi zamanı istifadə edilmiş mal və materialların alınması, digər xərclərin ödənilməsi ilə bağlı (bank xərclərindən başqa) sənədlərin çox (əsas) hissəsinin və məlumatın əldə edilməsi mümkün olmamış, eyni zamanda müəssisə tərəfindən də sənədlərin çox (əsas) hissəsi təqdim edilməmişdir. Halbuki, Vergi Məcəlləsinin 130.1 -ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tədbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur və Vergi Məcəlləsinin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qutarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Həmin məcəllənin 16.1.3-cü maddəsi i!ə qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərinin) və vergitutma obyektlərinin uçotunun aparılması vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. Müəssisənin fəaliyyət göstərdiyi 2017-ci il ərzində əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 03.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 04 aprel 2003cü il tarixli 42 saylı) Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən müəssisənin mənfəəti aşağıdakı kimi hesablanmışdır: M=G×R/100+R, M- vergi ödəyicisinin mənfəəti, G - gəlir ƏDV nəzərə alınmadan, Rrentabellik. Yoxlama ilə müəssisənin 2017-ci il üzrə gəliri 5250432,0 manat müəyyən olunmuşdur. M = 5250432,0 × 20/100+20 = 875072,0 manat. Həmin məbləğdən yoxlama ilə 20% dərəcə ilə (875072,0 x 20% = 175014,4) 175014,4 manat mənfəət vergisi hesablandı. Nəticədə yoxlama ilə əhatə olunan dövr ərzində müəssisə tərəfindən vergi orqanına təqdim olunmuş bəyannamənin (kameral hesablamanı nəzərə alınmaqla) düzgünlüyü yoxlanılarkən cədvəldən göründüyü kimi mənfəət vergisinin (175014,4- 114486,65) 60527,75 manat azaldılması müəyyən edilmişdir. 2018-ci il ərzində ilkin sənədlərə əsasən sifarişçiyə təhvil verilmiş tikinti işlərinin və satılmış malların müqabilində 8532620,0 manat məbləğində bank vasitəsi ilə pul vəsaitinin daxil olması müəyyən edilmişdir. Yoxlanılan dövrdə mühasibat uçotu kassa metodundan istifadə edilməklə aparılmışdır. Vergi Məcəlləsinin 131-ci maddəsinə əsasən kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. Bu səbəbdən təqdim edilmiş tikinti-quraşdırma işlərinin və satılmış malların müqabilində əldə edilmiş vəsait (nağdsız ödəmə ilə pul vəsaitinin bankda onun hesabına daxil olan vəsait) yoxlama ilə mənfəət vergisinə cəlb edilmişdir. Lakin, həmin işlərin yerinə yetirilməsi zamanı istifadə edilmiş mal və materialların alınması, digər xərclərin ödənilməsi ilə bağlı (bank xərclərindən başqa) sənədlərin çox (əsas) hissəsinin və məlumatın əldə edilməsi mümkün olmamış, eyni zamanda müəssisə tərəfindən də, sənədlərin çox (əsas) hissəsi təqdim edilməmişdir.Vergi Məcəlləsinin 16.1.3-cü maddəsi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərinin) və vergitutma obyektlərinin uçotunun aparılması vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. Müəssisənin fəaliyyət göstərdiyi 2018-ci il ərzində əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 04 aprel 2003-cü il tarixli 42 saylı) Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən müəssisənin mənfəəti aşağıdakı kimi hesablanmışdır: M= G×R/100+R. M- vergi ödəyicisinin mənfəəti, G – gəlir ƏDV nəzərə alınmadan, R- rentabellik. Yoxlama ilə müəssisənin 2018-ci il üzrə gəliri 8532622,0 manat müəyyən olunmuşdur. M = 8532622,0 × 20/ 100+20 = 1422103,67 manat. Həmin məbləğdən 20% dərəcə ilə (1422103,67 x 20% = 284420,73) 284420,73 manat mənfəət vergisi hesablanmışdır. Nəticədə yoxlama ilə əhatə olunan dövr ərzində müəssisə tərəfindən vergi orqanına təqdim olunmuş bəyannamənin (kameral hesablamanı nəzərə alınmaqla) düzgünlüyü yoxlanılarkən cədvəldən göründüyü kimi mənfəət vergisinin (284420,73 -200991,8) 83428,93 manat azaldılması müəyyən edilmişdir. 2019-cu il ərzində ilkin sənədlərə əsasən sifarişçiyə 441682710,18 manat məbləğində tikinti işlərinin və malların təhvil verdiyi müəyyən edilmişdir. Yoxlanılan dövrdə uçot metodunu dəyişdirilərək hesablama metodundan istifadə edilməklə aparılmışdır. Vergi Məcəlləsinin 131- ci maddəsinə əsasən hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Bu səbəbdən təqdim edilmiş tikinti-quraşdırma işlərinin və satılmış malların dəyəri yoxlama ilə mənfəət vergisinə cəlb edildi. Lakin, müəssisə tərəfindən kassa metodundan hesablama metoduna keçməsinə baxmayaraq 2019-cu il üzrə mənfəət vergisinə cəlb edilməli olan gəlirin məbləği düzgün müəyyən edilməmişdir. Eyni zamanda həmin işlərin yerinə yetirilməsi zamanı istifadə edilmiş mal və materialların alınması, digər xərclərin ödənilməsi ilə bağlı (bank xərclərindən başqa) sənədlərin çox (əsas) hissəsinin və məlumatın əldə edilməsi mümkün olmamış, həmçinin müəssisə tərəfindən də sənədlərin çox (əsas) hissəsi təqdim edilməmişdir. Halbuki, Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tədbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur və həmin məcəllənin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qutarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur.Yoxlama zamanı vergi ödəyicisinin ümumi gəliri ********.18 manat,ümumi gəlirdən çıxılan xərcləri ********.50 manat,vergi tutma məqsədləri üçün mənfəət 3101656.68 manat, ödənilməli mənfəət vergisinin 620331.34 manat olduğu müəyyən olunmuşdur. Həmçinin bildirilmişdir ki, iddiaçının rəhbəri xx.xx.2021-ci il tarixli zəmanət məktubu ilə vergi orqanına müraciət edərək, səyyar vergi yoxlaması nəticəsində yaranmış vergi borcları ilə razı olmuş və ödənilməsinə zəmanət vermişdir (məktub əlavə olunur). Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan sənədlərdən müəyyən olunur ki: - Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********199517 saylı Qərarına əsasən İddiaçındə aprel 2017 – dekabr 2019cu il dövrləri üzrə növbəti səyyar vergi yoxlaması aparılmışdır. - - Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2020-ci il tarixli, KY201454827 nömrəli çıxarışa əsasən Con-Sol Group” MMC-də xx.xx.2017-xx.xx.2020-ci il tarixlərdə, bütün təsərrüfat obyektləri üzrə, növbədən kənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın təyin edilməsi üçün əsas – Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi; Vergi Məcəlləsinin, maddə 38.3.5-ci maddəsi göstərilmişdir. Yoxlamanın predmeti və sona çatma müddəti xx.xx.2020-xx.xx.2020-ci il göstərilmişdir. Yoxlamanın dayandırılması müddətləri aşağıdakı kimi göstərilmişdir: xx.xx.2020-ci il tarixindən xx.xx.2020 tarixinədek (31 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi; xx.xx.2020 tarixindən xx.xx.2020 tarixinədək (31 gün müddətinə) dayandırılmışdır. Əsası: Səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin (onu əvəz edən şəxsin) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi; xx.xx.2020-ci il tarixdən xx.xx.2020 tarixinədək (30 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi; xx.xx.2020-ci il tarixindən xx.xx.2020 tarixinədək (30 gün müddətinə) dayandırılmışdr. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi; xx.xx.2020-ci il tarixindən xx.xx.2020 tarixinədək (25 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanın təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi; xx.xx.2020-ci il tarixindən xx.xx.2021 tarixinədək (32 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi; xx.xx.2021 tarixindən xx.xx.2021 tarixinədək (9 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi; xx.xx.2021-ci il tarixindən xx.xx.2021 tarixinədək (18 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanın təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi; xx.xx.2021 tarixindən xx.xx.2021 tarixinədək (31 gün müddətinə) dayandırılmışdr. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi. Yoxlamanın müddətinin artırılması: xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək (47 gün müddətinə) artırılmışdır. Əsas: Yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunması tarixindən xx.xx.2021 tarixinədək (44 gün müddətinə) artmışdır. Əsas: Yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunması. - Vergi orqanı tərəfindən “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********199566 nömrəli, xx.xx.2020-ci i ltarixli tələbnamə qəbul edilmişdir. - İddiaçı MMC və vergi orqanının əməkdaşı tərəfindən “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********199566 nömrəli xx.xx.2020-ci il tarixli Tələbnaməyə əsasən sənədlərin yoxlamaya təqdim edilməsindən xx.xx.2020-ci il tarixli imtina aktı tərtib olunmuşdur. - “Vergi ödəyicisinin ərazisinə, binalarına, habelə sənədlərinə və əşyalarına baxışın keçirilməsi barədə” xx.xx.2020-ci il tarixli protokol tərtib edilmişdir. - “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2021-ci il tarixli **********146226 nömrəli qərar qəbul edilmişdir. - “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” **********146232 nömrəli, xx.xx.2021-ci il tarixli protokol tərtib edilmişdir. - “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” **********146226 nömrəli xx.xx.2021-ci il tarixli qərara əsasən sənədlərin yoxlamaya təqdim edilməsindən imtina aktı qəbul edilmişdir. - “Ekspertizanın təyin edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********138838 nömrəli qərar qəbul edilmişdir. - “Mütəxəssisin dəvət edilməsi haqqında” xx.xx.2020-ci il tarixli xx.xx.2020-ci il tarixli qərar qəbul edilmişdir. - “Ekspertizanın keçirilməsi haqqında” qərarla tanış olma haqqında xx.xx.2021-ci il tarixli, **********144066 nömrəli protokol tərtib edilmiş, tərtib edilmiş protokolda qərarla tanış olma vaxtı xx.xx.2021-ci il , saat 11:10 göstərilmişdir. - "xxxx" MMC tərəfindən Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə xx.xx.2020-ci il tarixli məktublar ünvanlanaraq mütəxəssis və ekspert qismində X2 təyin edilməsi bildirilmişdir. - "xxxx" MMC tərəfindən Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə MB 14-0535 nömrəli, 16 aprel 2021-ci il tarixli məktub ünvanlanaraq bildirilmişdir ki, mütəxəssis araşdırması zamanı nəticə əldə etmək mümkün olmamışdır. Buna səbəb, vergi ödəyicisinin lazım olan sənədləri təqdim etməməsi olmuşdur. Düzgün sənədlərin təqdim edilməsi üçün tərəflərindən qarşı tərəfə bu barədə edilən müraciətlərinə və sorğularına baxmayaraq sorğuları cavabsız qalmışdır. - Vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli, **********199827 nömrəli “Səyyar vergi yoxlaması” aktı tərtib edilmişdir. Səyyar vergi yoxlaması aktında yoxlamanın başlama tarixi xx.xx.2020-ci il, başa çatma tarixi xx.xx.2021-ci il göstərilmiş, uzadılma və dayandırlma müddətləri aşağıdakı kimi göstərilmişdir: müvəqqəti dayandırma – xx.xx.2020-ci il tarixli, **********137431 nömrəli qərarla 31 gün müddətinə, müddət uzadılma – xx.xx.2020-ci il tarixli, **********138249 nömrəli qərarla 30 gün müddətinə, müvəqqəti dayandırma – xx.xx.2020-ci il tarixli, **********139176 nömrəli qərarla 31 gün müddətinə, müvəqqəti dayandırma – xx.xx.2020-ci il tarixli, **********140209 nömrəli qərarla 30 gün müddətinə, müvəqqəti dayandırma – xx.xx.2020-ci il tarixli, **********14220 nömrəli qərarla 30 gün müddətinə, müvəqqəti dayandırma – xx.xx.2020-ci il tarixli, **********143005 nömrəli qərarla 32 gün müddətinə, müddət uzadılması – xx.xx.2021-ci il tarixli, **********144084 nömrəli qərarla 30 gün müddətinə, müvəqqəti dayandırma – xx.xx.2021-ci il tarixli, **********144382 nömrəli qərarla 9 gün müddətinə, müvəqqəti dayandırma – xx.xx.2021-ci il tarixli, **********145044 nömrəli qərarla 18 gün müddətinə, müvəqqəti dayandırma – xx.xx.2021-ci il tarixli, **********145823 nömrəli qərarla 31 gün müddətinə, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə xx.xx.2021-ci il tarixli, **********147646 nömrəli qərarla 30 gün müddətinə dayandırılmışdır. Səyyar vergi yoxlaması aktının 1.9.4-cü bəndində göstərilmişdir ki, xx.xx.2020-ci il tarixli **********138838 nömrəli ekspertizanın təyin edilməsi haqqında qərara əsasən ekspertiza aparılmış, yoxlanılan dövrü üzrə müəssisə yerinə yetirilmiş tikinti-quraşdırma işlərində istifadə edilmiş mal-materialların real bazar qiymətlərinin müəyyənləşdirilməsi məqsədilə ekspert dəvət edilmiş, lakin yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin təhvil-təslim aktları yoxlamaya tam təhvil verilmədiyi üçün ekspert rəyinin alınması mümükn olmamışdır (ekspertin xx.xx.2021-ci il tarixli məktubu əlavə olunmuşdur). 1.9.5-ci bəndinə əsasən mütəxəssis dəvət edilmiş, yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin tərkibində malmaterial həcmini müəyyənləşdirməsi məqsədilə mütəxəssis dəvət edilmiş, lakin yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin təhvil-təslim aktları yoxlamaya tam təhvil verilmədiyi üçün mütəxəssis rəyinin alınması mümkün olmamışdır (ekspertin xx.xx.2021-ci il tarixli məktubu əlavə olunmuşdur). Tərtib edilmiş səyyar vergi yoxlaması aktının nəticələrinə əsasən Vergilərin (icbari ödənişlərin) azaldılmasına və vergi qanunvericiliyinin pozulmasına görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 1 036 369.51 manat azaldılmasına görə 50 % miqdarında, yəni 518 184.76 manat, ƏDV-nin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 681 726.68 manat azaldılmasına habelə vergi tutulan əməliyyatların vaxtı Vergi Məcəlləsinin 166-cı maddəsinə müvafiq surətdə müəyyənləşdirilməməsinə görə 50 %-i miqdarında, yəni 390 484.44 (340 863.34 +49621.1) manat, Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə 10390.73 manat maliyə sanksiyası tətbiq edilməlidir. - “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********150084 nömrəli qərarına əsasən İddiaçı MMC-yə qanunvericiliyin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə 1040460.72 manat məbləğində məsuliyyətə cəlb edilmişdir. - "xxxx" MMC-nin rəhbəri X3 adından imzalanmış xx.xx.2021-ci il tarixli zəmanət məktubu vergi orqanına təqdim edilmişdir. Məhkəmənin 2-1(112)-9741/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. Sözügedən qərardadın icrası ilə əlaqədar 4/1918 nömrəli ekspert rəyi təqdim edilmişdir. Təqdim edilmiş ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, e-2-1(112)-9741/2022 nömrəli işin 8-50-ci vərəqələrində olan xx.xx.2021-ci il tarixli **********199827 nömrəli səyyar vergi yoxlaması aktının kserosurətində “İslamov T” yazıları önündə əks olunan imzalar, i/v 138-də olan İddiaçı MMC tərəfindən vergi orqanına təqdim olunmuş xx.xx.2021-ci il tarixli zəmanət məktubunun kserosurətində “İslamov Tural llham imza” qrafasında əks olunan imza – X5 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Beləliklə sadalanan xüsusatlara hüquqi qiymət verərək, məhkəmə mübahisə ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən mübahisəli qərarın qəbul edilməsi zamanı aparılan inzibati icraat zamanı maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, ilk öncə cavabdeh tərəfindən «Con-Col Group” MMC üzrə xx.xx.2020-ci il tarixli, **********199517 saylı, “səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarla avqust 2017 dekabr 2019 vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və yoxlama xx.xx.2021-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə başa çatmışdır. Cavabdeh səyyar vergi yoxlaması aktında səyyar vergi yoxlamasının müvəqqəti dayandırma və müddət uzadılması barədə qərarların olmasını göstərmiş, həmin qərarların surətləri məhkəməyə təqdim edilməmiş, əlavə olaraq məhkəmə araşdırması zamanı səyyar vergi yoxlamasının müddətinin dayandırılması və müddət uzadılması barədə qərarların əsaslı olmasını, yəni iş üzrə müstəsna halların olmasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin, xx.xx.2020-ci il tarixli, **********138838 nörməli ekspertizanın təyin edilməsi qərarla vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi göstərilsə də, həmin qərarların icrası ilə əlaqədar hər-hansı bir rəy təqdim edilməmiş, "xxxx" MMC tərəfindən vergi ödəyicisi tərəfindən lazım olan sənədlərin təqdim edilməməsi əsas gətirilərək, ekspert və mütəxəssis rəyinin təyin edilməsinin mümkün olmaması bildirilsə də, bu barədə müvafiq təsdiqedici sənədlər təqdim etməmişdir. Ümumiyyətlə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə qarşı etiraz ərizəsində də, səyyar vergi yoxlamasının müddətinin uzadılmasına əsas olmuş hallar barədə mötəbər sübutlar təqdim edilməmişdir. Sadəcə qanunvericiliyin normaları sadalanmaqla kifayətlənmişdir. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələblərinə əsasən növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: - (38.3.5) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə. Həmin Məcəllənin 49.2-ci maddəsinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Hazırki iş üzrə məhkəmə araşdırması zamanı qanunvericiliyin yuxarıda sadalanan normalarında göstərilən səyyar vergi yoxlaması müddətinin uzadılması ilə bağlı əsaslar müəyyən edilməmişdir. Bundan əlavə, iş üzrə keçirilmiş məhkəmə ekspertizası üzrə təqdim edilmiş ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli **********199827 nömrəli səyyar vergi yoxlaması aktının kserosurətində “İslamov T” yazıları önündə əks olunan imza iddiaçı Cəmiyyətin rəhbəri X5 tərəfindən icra olunmamışdır. Sözügedən hal ona dəlalət edir ki, cavabdeh tərəfindən Vergi Məcəlləsinin tələblərinə riayət edilmədiyindən iddiaçının qanunvericiliklə müəyyən edilmiş hüquqları pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 39-cu maddəsinin tələblərinə əsasən: 39.1. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. 39.2. Vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. 39.3. Vergi yoxlaması aktının forması və onun tərtib edilməsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 39.4. Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. 39.5. Vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Həmçinin iş materiallarında cavabdeh tərəfindən məhkəməyə iddiaçı tərəfindən vergi orqanına təqdim olunmuş xx.xx.2021-ci il tarixli zəmanət məktubunun kserosurəti təqdim edilmişdir ki, aparılmış məhkəmə ekspertizası tədqiqatı zamanı həmin məktubdakı imzanın da, X5 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunması müəyyən edilmişdir. Bu da, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına səbəb olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 21-ci maddəsinin tələblərinə əsasən: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Həmin Qanunun 24-cü maddəsinə əsasən 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, iş üzrə mübahisəli qərarla vergi məbləğinin hesablanması zamanı cavabdeh tərəfindən işin faktiki və hüquqi halları düzgün araşdırılmayaraq, iddiaçıya münasibətdə qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən, mübahisəli qərar əsassız olmaqla ləğv edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» AR Qanununun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə görə sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Həmin Qanunun 17.1-ci maddəsinə görə yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır. Həmin Qanunun 17.2.7-ci maddəsinə görə yoxlamanın aparılması haqqında qərarda yoxlamanın müddəti (başlama və başa çatma tarixləri göstərilməklə) göstərilir. Həmin Qanunun 18-ci maddəsinə görə yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən yoxlamanın dayandırılması barədə əsaslandırılmış qərar qəbul edilir və bu barədə məlumat yoxlamaların vahid məlumat reyestrinə daxil edilir. Yoxlamanın dayandırıldığı müddət yoxlamanın ümumi müddətinə daxil edilmir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5-ci bəndinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Əsasnamənin 3.4-cü bəndinə görə reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: (3.4.11) yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə), (3.4.16) yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanununun 24-cü maddəsinin tələblərinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir; 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanununun 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə eləcə də qeyd edir ki, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/1918 saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 126 (bir yüz iyirmi altı) manatdır və iddiaçıdan 126 (yüz iyirmi altı) manat ekspertiza xərci tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Cavabdehin xx.xx.2021-ci il tarixli **********150084 nömrəli Səyyar vergi yoxlaması aktı əsasında qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********195602 nömrəli qərarı ləğv edilsin və yoxlama nəticəsində hesablanmış 679889.40 manat vergi borcu və 339944.70 manat maliyyə sanksiyasının "xxxx" MMCnin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 126 (yüz iyirmi altı) manat məbləğində pul İddiaçındən Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22) xeyrinə tutulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №e-2-1(112)-1437/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1437/2023
28.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver