Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-14375/2025 24.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı Cavabdehnə qarşı (üçüncü şəxs: X4, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı Cavabdeh və Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi) akt qeydinin və onun əsasında verilmiş sənədlərin ləğv edilməsi tələbi barədə inzibati işə məhkəmənin binasında (Bakı şəh. N.Vəzirov küç., 56-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı Cavabdehnə qarşı akt qeydinin və onun əsasında verilmiş sənədlərin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə X4, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı Cavabdeh və Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir (zəruri cəlbetmə). Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, 2-1(112)-14375/2025 saylı hazırkı iş Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-10800/2025 saylı inzibati işlə birləşdirilməlidir. Belə ki, hər iki iş üzrə iddia tələbləri ilə də müəyyən edilir ki, tələblər bir-biri ilə əlaqəlidir və hər iki iddia üzrə müəyyənləşdirilməli, yoxlanılmalı halllar oxşardır və bu iki tələbin ayrı-ayrı icraatlarda baxılması eyni məsələlər üzrə iki paralel icraatın aparılmasına, nəticə etibarilə vaxt itkisi və müvafiq resursların əsassız istifadəsinə gətirib çıxara bilər. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Həmin Məcələnin 56.3-cü maddəsinə əsasən məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən həmin məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu məcəllə ilə nəzərdə tutulmuş prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır Göstərilənlərə və İPM-nin 56.1-ci və 56.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-14375/2025 saylı inzibati iş məhkəmənin icraatında olan 2-1(112)-10800/2025 saylı işə birləşdirilsin. Məhkəmə qərardadından müstəqil qaydada şikayət verilə bilməz Hakim Orxan Həsənov
Məhkəmə qərarları › İş №e-2-1(112)-14375/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-14375/2025
24.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver