Məhkəmə qərarları › İş №e-2-1(112)-1444/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1444/2024

15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1444/2024 15.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bu hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən təyin edilərək həmin tarixdən ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınamüraciət edərək yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün xahiş etmişdir Cavabdeh orqan güzəştli şərtlərlə pensiya təyin etməkdən imtina etmiş və imtina ərizəsində bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2023-cü il tarixində daxil olmuş eyni məzmunlu müraciətə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildirilmişdir ki, əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək Pensiyasıyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyul 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yerəaltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Mərkəzi filiala təqdim edilmiş "xxxx" ASC-nin iddiaçıya dair xx.xx.2022-ci il tarixli 59- 18/03 nömrəli arayışında xx.xx.1985- xx.xx.1986-cı il və xx.xx.1988-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin dəmirçi sexində ştamplayıcı peşəsində işlədiyi qeyd olunub. Sözügedən arayışda qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı işlədiyi ştamplayıcı peşəsinin güzəştli şərtlə pensiya hüququ verən peşəyə aid olmadığı və iddiaçının həmin müəssisədə güzəştli iş stajının olmadığı müəyyən edildiyi bildirilmişdir. Bu səbəbdən də güzəştli iş stajı 12 6 aydan az (11 il 8 ay 26 gün (xx.xx.1995-xx.xx.2002-ci il, xx.xx.2007-xx.xx.2008-ci il və xx.xx.2008-xx.xx.2012-ci tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd edilənləri nəzərə alaraq , İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxıından mümkün hesab edilməmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqanın imtinası əsassızır. Cavabdeh orqan xx.xx.1985ci ildən xx.xx.1985-ci ilədək ştamplayıcı şagirdi, xx.xx.1985-ci ildən xx.xx.1986-ci ilədək ştamplayıcı 1-ci dərəcəli və xx.xx.1988-ci ildən xx.xx.1992-ci ilədək ştamplayıcı 2-ci dərəcəli vəzifələrini güzəştli şərtllərlə iş stajı kimi qəbul etmir. Bu tamamilə işçinin sosial təminat hüquqlarının kobud şəkildə pozulmasıdır. Belə ki "xxxx" ASC tərəfindən xx.xx.2023- cü il tarixli izahlı arayışından da görünür ki, ŞTAMPLAYİCİ- 50-60 tonluq rulon dəmir Yapon istehsalı olan “Aida” presinin diyircəkli deposuna bərkidir, ştamp puanson matrisası arasında yerləşir və onların arasındakı məsafəni nizamladıqdan sonra işə başlayır. 4 saylı sexdə dəmir vərəqlərdə işləyən ştamplayıcı eyni zamanda uyğun dəzgahda elektrik mühərrikləri üçün kipləşdirici həlqələr hazırlayır. Ştamplayıcının funksiyası dəzgahda texnoloji rejiminə uyğun əməliyyat aparır, forma verici hissələri yağlayır. Ştamplayıcının iş yerinin pasportuna əsasən onun iş yerində səsin təzyiq 95,0- 98,0 d BA olmuşdur ki, bu da normadan 15-18 dBA çoxdur. Göstərilən faktor iş gününün 90%-dən çox hissəsini əhatə etdiyinə görə göstərilən iş yeri sahə kimi siyahıya düşmüşdür. Xüsusi zərərli iş şəraitində işlədiyinə görə İddiaçı əlavə əmək haqqı və məzuniyyət verilmişdir. Odur ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinerinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”-nın “Metallurgiya istehsalatı” maddə 3 bölmə 303, sət 19, səh 25. Bu peşə üzrə 5 il 0 ay 11 gün güzəştli əmək stajı təşkil edir. Nazirlər Kabinetinin 1993-cü il 320 saylı Qərarında göstərilən siyahıya əsasən trolleybus sürücüsü vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il tarixli 320 saylı Qərarında göstərilən 1 nömrəli siyahı üzrə Kod- 1030400a-12229 nömrəsi ilə kodlanmışdır. Cavabdeh bu imtina məktubu ilə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiya təminatı hüququ pozulmuşdur. İddiaçı Əmək kitabçası və digər arayışlarla təsdiqini tapan iş stajı və vəzifələrə əsasən güzəştli şərtlərlə pensiyaya çıxması üçün bütün şərtlər ödənilir.

3. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq özfəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və X4 Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Mərkəzi Filiala təqdim edilmiş "xxxx" ASC-nin iddiaçıya dair xx.xx.2022-ci il tarixli 59- 18/03 nömrəli arayışında xx.xx.1985-xx.xx.1986-cı il və xx.xx.1988-xx.xx.1992-ci ii tarixləri arasındakı dövrlər ərzində həmin müəssisənin dəmirçi sexində ştamplayıcı peşəsində işlədiyi qeyd olunub. Sözügedən arayışda qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı ştamplayıcı peşəsinin güzəştli şərtlə pensiya hüququ verən peşəyə aid olmadığı və iddiaçının həmin müəssisədə güzəştli iş stajını olmadığı müəyyən edilib. Bu fakt "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli birgə aktı ilə təsdiq edilmişdir. Eyni zamanda "xxxx" MMC-nin 18 aprel 2023-cü il tarixli 031 nömrəli iddiaçıya dair arayışında xx.xx.2015-ci il tarixindən bügünədək sözügedən müəssisədə kran operatoru vəzifəsində işlədiyi qeyd olunub. İşlədiyiniz kran operatoru vəzifəsi sözügedən arayışda istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri (11.6) bölməsində fəhlələr yarımbəndində (a) nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 8 ay 26 gün (xx.xx.1995-xx.xx.2002-ci il, xx.xx.2007-xx.xx.2008-ci il və xx.xx.2008xx.xx.2012-ci tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd edilənlər nəzərə alınaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

4. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı iddia ərizəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin ediİməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha əvvəl ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin olunması üçün xx.xx.2023-xx.xx.2023-cü il tarixli ərizələrlə cavabdeh orqana müraciət etmişdir. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçıya ünvanlanmış məktublarla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. İmtinanın əsası kimi iddiaçının kifayət qədər güzəştli iş stajına malik olmadığı qeyd edilmişdir. Bundan narazı qalan İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdeh hesab edir ki, imtina qanunidir və iddiaçının iddia tələbi aşağıdakı qeyd olunan əsaslara görə təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin)müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmişdir. E.X2 təqdim etdiyi "xxxx" ASC-nin iddiaçıya dair xx.xx.2022-ci il tarixli" 59-18/03 nömrəli arayışında xx.xx.1985-xx.xx.1986-cı il və xx.xx.1988-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər ərzində həmin müəssisənin dəmirçi sexində ştamplayıcı peşəsində işlədiyi qeyd olunub. Sözügedən arayışda qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı işlədiyi ştamplayıcı peşəsinin güzəştli şərtlə pensiya hüququ verən peşəyə aid olmadığı və onun həmin müəssisədə güzəştli iş stajının olmadığı müəyyən edilib. Bu fakt "xxxx" ASCnin xx.xx.2023-cü il tarixli birgə aktı ilə təsdig edilmişdir. Eyni zamanda "xxxx" MMC-nin 18 aprel 2023-cü il tarixli 031 nömrəli iddiaçıya dair arayışında 4)xx.xx.2015-ci il tarixindən büğünədək sözügedən müəssisədə kran operatoru vəzifəsində işlədiyi geyd olunub. Onun işlədiyi kran operatoru vəzifəsi sözügedən arayışda istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdig edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquğu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri (11.6) oöiməsində fəhlələr yarımbəndində (a) nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (11 il 8 ay 26 gün (xx.xx.1995xx.xx.2002-0 il, xx.xx.2007-xx.xx.2008-ci il və xx.xx.2008-xx.xx.2012-ci tarixləri arasındakı dövrlər)) təşkil edir. İddiaçı iddia ərizəsində “trolleybus sürücüsü” vəzifəsində işlədiyini qeyd etmişdir. Sözügedən peşə iddiaçının təqdim etdiyi sənədlərdə göstərilməmişdir. Eyni zamanda istinad olunan kod-1030400a-12229 nömrəsi Nazirlər Kabinetinin 1993-cü il 320 saylı Qərarının 1 nömrəli siyahısında əks olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasına 2 nömrəli Əlavədə müraciət edən şəxsin “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən təqdim etməli olduğu arayışın nümunəsi verilmişdir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan vermələ ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq -araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret hallan (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər güzəştli iş stajı (12 il 6 aydan az (11 il 8 ay 26 gün (xx.xx.1995-xx.xx.2002-ci il, xx.xx.2007-xx.xx.2008-ci il və xx.xx.2008-xx.xx.2012-ci tarixləri arasındakı dövrlər)) olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmır.

5. İddiaçı xx.xx.1981-xx.xx.1983-cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur.

6. "xxxx" ASC tərəfindən verilmiş arxiv arayışında qeyd olunmuşdur ki, 15.02 1963-cü il təvəllüdlü İddiaçı həqiqətən “Xəzərdənizqazmatikınti” xüsusiləşdirilmiş trest meydançasında iş fəaliyyəti aşağıdakı kimi olmuşdur:

1. xx.xx.1995-ci ildə 3-cü dərəcəli polad və dəmir və dəmir-beton konstruksiyalarının quraşdırıcısı kimi işə qəbul edilmişdir ( əmr 68/k xx.xx.1995 )

2. xx.xx.1996-cı ildə 4-cü dərəcəli polad və dəmir-beton konstruksiyaların quraçdıncısı vəzifəsinə keçirilib (əmr75/k 31 10.1996)

3. xx.xx.2003-cü ildə "Azfen”BM-i ilə bağlanmış müqaviləyə əsasən 4-cü dərəcəli quraşdırıcı kimi “Azfen” BM-nın sərəncamına göndərilib ( 55/k xx.xx.2003)

4. xx.xx.2006 - cı ildə AR Əmək Məcəlləsinin 68 -ci maddəsinin 2 hissəsinin “a” cəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir (əmr 15/k xx.xx.2006 ). İddiaçı Yüsif oğlü həmin iş müddəti, yəni xx.xx.1995-ci ildən xx.xx.2003 cü ilədək olan dövrün 7 il 5 ay 20 günü dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı vəzifəsində çalşmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı” nın 29-cu maddələrinə uyğun gəlir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və özəlləşdirilməsi deportamentinin 31 mart 2003 il tarixli 94 sayh sərəncamına əsasən “Xəzərdənızqazmatikinti” tresti və struktur bölməsi olan Maşınqayırma zavodu "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir.

7. SOCAR tərəfindən verlmiş xx.xx.2020-ci il tarixli arxiv arayışda qeyd olunmuşdur ki, İddiaçı - xx.xx.2007-ci il tarixli xx.xx.2007-ci il tarixli 81/k nömrəli əmrə əsasən “Neftqaztikinti" trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsinə 3-cü dərəcəli polad və dəmir beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə qəbul edilmişdir. İddiaçı - xx.xx.2008-ci il tarixli 79/k nömrəli əmrə əsasən Azərbaycan Respublikasının ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı - xx.xx.2008-ci.il tarixli 51/k nömrəli əmrə əsasən “Neftqaztikinti” trestinin 8 saylı Tikinti Quraşdırma İdarəsinə 3-cü dərəcəli polad və dəmir beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə qəbul edilmişdir. İddiaçı - xx.xx.2009-cu il tarixli 01/k nömrəli əmrə əsasən 4-cü dərəcəli polad və dəmir beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə keçirilmişdir. İddiaçı - xx.xx.2012-ci il tarixli 35/k nömrəli, əmrə əsasən Azərbaycan Respublikasının ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısının, 29-cu maddəsinin “a” bəndinə əsasən polad və dəmir beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılar güzəştli şərtlərlə pensiya hüququ verir.

8. Bakı Gəmiqayırma X3 Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 031 nömrəli arayışda qeyd olunmuşdur ki, 1963-cü il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.2012-ci il tarixdən (arayış təmin olunan xx.xx.2023-cü ıl tarixədək cari iş yerində iş stajı 10 il 8 ay olmaqla) "xxxx" MMC-də çalışır. İşçi xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək "Takelajçı" vəzifəsini tutmuşdur. O, xx.xx.2015-ci il tarixdən etibarən "xxxx" vəzifəsinə keçirilmişdir. Kran operatoru vəzifəsində işlədiyi dövrdə vəzifə və ixtisas tələbləri əsasında zavodda tikilən gəmilərdə, yükqaldırma əməliyyatları üzrə operator işləri ilə məşğul olmuşdur. Onun yuxarıda qeyd olunan xx.xx.2015-ci il tarixdən bu arayış təqdim olunanadək iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 11.6.a bəndi ilə eynidir.

9. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Gəmiqayırma Zavodu MMC tərəfindən ünvanlanan “məlumatın təqdim edilməsi haqqında” məktubda qeyd olunmuşdur ki, müraciətinizdə qeyd etdiyiniz və İddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Zavodda çalışdığı “Takelajçı” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 11.6.a bəndində qeyd olunan “çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər” peşəsinə uyğun deyildir. Zavodda “Takelajçı” vəzifəsinin əsas funksiyası istehsalatda iş sahəsində və gəmidə malların qaldırılması, yüklənməsi, hərəkət etdirilməsi üçün ilməyin (takelajın) qurulması və bağlanması işlərini yerinə yetirməkdən ibarətdir.

10. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC tərəfindən ünvanlanan məktublarda qeyd olunmuşdur ki, "xxxx" ASC-nin sələfləri olmuş Bakı Elektrik maşınqayırma zavodu, “Azərelektromaş” elmi-istehsalat birliyi SSRİ Elektrontexnika Sənayesi Nazirliyinə tabe olmuşdur. Bu müəssisədə də ştamplama texnologiyasız əsas istehsalı təşkil etmək mümkünsüz olardı. Elektrotexnika sənayesində ağır ştamplama işlərini həyata keçirmədən əsas istehsalın (transformatorların, elektrik maşınların, generatorların və s. elektrik avadanlıqlarının) təşkili mümkünsüzdür. SSRİ elektrotexnika sənayesinin Azərbaycanda ilk müəssisəsi olan Bakı elektrik maşınqayırma zavodunun sonralar “Azərelektromaş” EİB, sonda "xxxx" ASC - yarandığı gündən (1946-ci ildən) bütün istehsal gücü və planları, zavodun elektrotexniki poladın, adi dəmir məmulatlarının ştamplanması imkanları ilə təyin edilmişdir. İstənilən elektrik mühərrikinin ən əsas hissələri olan stator və rotor nüvələrinin istehsalı elektrotexniki polad vərəqlərinin ştamplanmasını həyata keçirmədən mümkünsüzdür. Ştamplama texnologiyası olmadan istənilən elektrik avadanlığının istər transformatorlar, istər elektrik maşınları, generatorlar və s. İstehsalı mümükünsüzdür. Həmçinin elektrik avadanlıqalarının xarici görünüşünü tamamlamaq üçün xeyli ştamplama işləri icra olunmalıdır. Ona görə də müəssisə fəaliyyət göstərdiyi müddətdə çoxlu sayda ştamplayıcılar işləmişlər və onlara həmişə əlavə imtiyazılar verilmişdir. Buraya əlavə məzuniyyət, əlavə əmək haqqı və sonda güzəştli şərtlərlə pensiya təminatı aid olmuşdur. Bu gün xüsusi şərtlərlə pensiya təminatı ilə bağlı qüvvədə olan normativ sənədlərdə elektrotexnika sənayesində ştamplayıcı peşəsinin mövcud olmaması tam əsassızdır. Bir daha qeyd edilir ki, ştamplama texnologiyası müəssisə üçün hədsiz vacib olduğuna görə o dövrdəki rəhbərlik edici qurumlar bu sahənin inkişafını bir nömrəli məsəslə kimi həmişə nəzarətdə saxlamışlar. Beləki bir sözlə müəssisə ştamplama sahəsi olmadan fəaliyyət göstərə bilməz.

11. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş izahlı Arayışda qeyd olunmuşdur ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1985-ci ildən (Əmr 279/xx.xx.1985-ci il) xx.xx.1993-cü ilədək (Əmr 638/xx.xx.1993-cü il) “Azərelektromaaş” İB - də indiki "xxxx" ASC -də 4 saylı ştamplama dəmirçi sexində ştamplayıcı və müxtəlif peşələrdə işləmişdir:

1. xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilədək - ştamplayıcı şagirdi

2. xx.xx.1985-ci ildən xx.xx.1986-ci ilədək - ştamplayıcı - 1 dər

3. xx.xx.1986-ci ildən xx.xx.1986-ci ilədək - yığıcı çilingər şagirdi

4. xx.xx.1986-ci ildən xx.xx.1987-ci ilədək - yığıcı çilingər - 1 dər

5. xx.xx.1987-ci ildən xx.xx.1987-ci ilədək - yük tənzimləyən

6. xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilədək - arqon qaynaqçısı

7. xx.xx.1988-ci ildən xx.xx.1992-ci ilədək- ştamplayıcı - 2 ci dər

8. xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək - yardımçı fəhlə Ştamplayıcı 50-60 tonluq rulon dəmir Yapon istehsalı olan “Aida” presinin diyircəkli deposuna bərkidir, ştampın puanson matrisası arasına yerləşdirir və onların arasındakı məsafəni nizamladıqdan sonra işə başlayır. 4 saylı sexdə dəmir vərəqlərlə işləyən ştamplayıcı eyni zamanda uyğun dəzgahda elektrik mühərrikləri üçün kipləşdirici həlqələr hazırlayır. Ştamplayıcının funksiyası dəzgahda texnoloji rejiminə uyğun əməliyyat aparır, forma verici hissələri yağlayır. Ştamplayıcının iş yerinin pasportuna əsasən onun iş yerində səsin təzyiq 95,0 - 98,0 d BA olmuşdur ki, bu da normaldan 15 -18 d BA çoxdur. Göstərilən faktor iş gününün 90% dən çox hissəsini əhatə etdiyinə görə göstərilən iş yeri zərərli sahə kimi siyahıya düşmüşdür. Zərərli iş şəraitinə görə İddiaçı əlavə əmək haqqı və məzuniyyət verilmişdir. Odur ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007 - ci il tarixli Qərarı ilə təsdiq edilmiş. “ Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” - nın “Metallurgiya istehsalatı “ maddə 3 bölmə 3.3, sət 19, səh 25. Bu peşə üzrə 5 il 0 ay 11 gün güzəştli əmək stajı təşkil edir.

12. Məhkəmənin hazırlıq icraatı üzrə iclasına iştirak edən iddiaçı və nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verməklə tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.

13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi imtinanın və etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

14. Tələb zahirən məcburetmə haqqında iddia kimi görünsə də, məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

15. İddia mümkündür. III.Məhkəmənin mövqeyi

16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

17. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

18. İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür və 60 yaşdan güzəştli şərtlərlə pensiya təyininə dair xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində cavabdeh quruma müraciət etmişdir.

19. İddiaçının ümumi iş stajı ilə bağlı mübahisə yoxdur. Hazırki iş üzrə mübahisə İddiaçı güzəştli şərtlərlə əmək stajı müddətinin hesablanması ilə bağlıdır.

20. Cavabdeh orqan iddiaçının kifayət qədər güzəştli iş stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun olmadığını bildirmişdir. Belə ki, cavabdeh orqan tərəfindən iddiaçının güzəştli iş stajı 11 il 8 ay 26 gün (xx.xx.1995xx.xx.2002-ci il, xx.xx.2007-xx.xx.2008-ci il və xx.xx.2008-xx.xx.2012-ci il tarixləri) hesablanmış, iddiaçının "xxxx" MMC-də işlədiyi dövr və "xxxx" Açıq Səhmdar Cəmiyyətində işlədiyi dövr (xx.xx.1985-xx.xx.1986-ci il və xx.xx.1988-xx.xx.1992-ci il tarixləri) mübahisələndirilmişdir.

21. İddiaçının Bakı Gəmiqayırma X3 Cəmiyyətində işlədiyi dövrün onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına daxil edilməsinə münasibətdə məhkəmə müəyyən edir ki: - Bakı Gəmiqayırma X3 Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 031 nömrəli arayışa əsasən İddiaçı xx.xx.2012-ci il tarixdən (arayış təmin olunan xx.xx.2023-cü ıl tarixədək cari iş yerində iş stajı 10 il 8 ay olmaqla) "xxxx" MMC-də çalışır və xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək "Takelajçı" vəzifəsində işləmiş, xx.xx.2015-ci il tarixdən etibarən "xxxx" vəzifəsində işə keçirilmişdir. - Bakı Gəmiqayırma Zavodu MMC tərəfindən məhkəməyə ünvanlanan məktubda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Zavodda çalışdığı “Takelajçı” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 11.6.a bəndində qeyd olunan “çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər” peşəsinə uyğun deyildir. Zavodda “takelajçı” vəzifəsinin əsas funksiyası istehsalatda iş sahəsində və gəmidə malların qaldırılması, yüklənməsi, hərəkət etdirilməsi üçün ilməyin (takelajın) qurulması və bağlanması işlərini yerinə yetirməkdən ibarətdir. - Odur ki, məhkəmə hesab edir ki, İddiaçı Bakı Gəmiqayırma X3 Cəmiyyətində işlədiyi dövr onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına daxil edilməməlidir.

22. İddiaçının "xxxx" Açıq Səhmdar Cəmiyyətində işlədiyi dövrün onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına daxil edilməsinə münasibətdə məhkəmə müəyyən edir ki: - Məhkəməyə təqdim edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş İzahlı Arayışa əsasən iddiaçının xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilədək ştamplayıcı şagirdi vəzifəsində, xx.xx.1985-ci ildən xx.xx.1986-ci ilədək 1-ci dərəcə ştamplayıcı vəzifəsində, xx.xx.1988-ci ildə xx.xx.1992-ci ilədək 2-ci dərəcə ştamplayıcı vəzifəsində işlədiyi müəyyən olunmuşdur. - Məhkəməyə təqdim edilmiş Yeni BEMZ” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş İzahlı Arayışda qeyd olunmuşdur ki, Ştamplayıcı 50-60 tonluq rulon dəmir Yapon istehsalı olan “Aida” presinin diyircəkli deposuna bərkidir, ştampın puanson matrisası arasına yerləşdirir və onların arasındakı məsafəni nizamladıqdan sonra işə başlayır. 4 saylı sexdə dəmir vərəqlərlə işləyən ştamplayıcı eyni zamanda uyğun dəzgahda elektrik mühərrikləri üçün kipləşdirici həlqələr hazırlayır. Ştamplayıcının funksiyası dəzgahda texnoloji rejiminə uyğun əməliyyat aparır, forma verici hissələri yağlayır. Ştamplayıcının iş yerinin pasportuna əsasən onun iş yerində səsin təzyiq 95,0 - 98,0 d BA olmuşdur ki, bu da normaldan 1 5 -1 8 d BA çoxdur. Göstərilən faktor iş gününün 90% - dən çox hissəsini əhatə etdiyinə görə göstərilən iş yeri zərərli sahə kimi siyahıya düşmüşdür. Zərərli iş şəraitinə görə İddiaçı əlavə əmək haqqı və məzuniyyət verilmişdir. Odur ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007 - ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” - nın “Metallurgiya istehsalatı “ maddə 3 bölmə 3.3, sət 19, səh 25. Bu peşə üzrə 5 il 0 ay 11 gün güzəştli əmək stajı təşkil edir. - Odur ki, məhkəmə hesab edir ki, İddiaçı Yeni BEMZ” Açıq Səhmdar Cəmiyyətində ştamplayıcı vəzifəsində işlədiyi dövr (05 il 0 ay 11 gün: xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilədək, xx.xx.1985-ci ildən xx.xx.1986-ci ilədək, xx.xx.1988-ci ildə xx.xx.1992-ci ilədək) onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına daxil edilməlidir.

23. Məhkəmə qeyd edir ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.

24. Odur ki, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarxidək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək şəraiti zərərli və ağır işlərdə 17 il 9 ay 07 gün stajı mövcuddur.

25. Məhkəmə qeyd edir ki, cavabeh qurum tərəfindən həmin halın tətbiqi şərtini istisna edən dəlil məhkəməyə təqdim edilməmişdir.

26. Qanunvericiliyə yeni dəyişikliyə əsasən pensiya kapitalı tələbi artıq istisna olunmuşdur.

27. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

28. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

29. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

30. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar