Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-14464/2025 03.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “aktın ləğv olunması və borcun dəqiq hesablanması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı xx.xx.2024-cü il tarixli, **********180298 nömrəli səyyar vergi yoxlaması aktının ləğv olunması, eyni zamanda İddiaçıQapalı Səhmdar Cəmiyyətinin borcunun məbləğinin dəqiq və düzgün şəkildə hesablanıb müəyyən olunması barədə qərar qəbul edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2023-ci il tarixli **********179822 saylı ərarına əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin İstehsal sahələrinin auditi öbəsinin baş dövlət vergi müfəttişi vergi xidməti müşaviri X5 tərəfindən ”ZZ Procurement” Qapalı Səhmdar Cəmiyyəti üzrə növbədənkənar əyyar vergi yoxlaması aparılmışdır. Növbədənkənar səyyar vergi yoxlaması xx.xx.2023-cü ildə aparılmağa başlanılmışdır və xx.xx.2024-cü il tarixində yoxlama başa atdırılmışdır. Keçirilən yoxlamanın nəticəsi olaraq xx.xx.2024-cü ildə **********180298 nömrəlisəyyar vergi yoxlamasıaktı tərtib olunmuşdur. Qeyd edilir ki, iş üzrə mühasibatlıqla bağlı olan sənədləri yeni əldə etmiş, hesab fakturalarını və digər sənədləri daha əvvəlcədən əldə tmək mümkün olmamışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin inzibatiaktdan məlumatı olmamışdır. Daha sonra müqavilə bağladığımız mühasiblə əlaqə axlanılaraq iş ilə bağlı olan bütün sənədlərin surətlərinin sistemdən çıxarılması tələb edilmişdir. Mühasibatlıq sənədlərisistemdən çıxarıldıqdan sonra İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə inzibati aktın əsassız və qanunsuz tərtib olunduğu məlum olmuşdur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, **********180298 nömrəli səyyar vergi yoxlaması inzibati aktından şikayətinin ərəfimizdən müəyyən bir müddət keçdikdən sonra verilməsinin səbəbi mühasibatlıq sənədlərinin xx.xx.2025-ci il tarixində tərəfimizdən əldə edilməsi olmuşdur. Belə ki, ilə bağlı olan bütün sənədləri xx.xx.2025-ci il tarixində əldə etdiyinə görə bu əsasla üzrlü hesab olunub prosessual müddətin bərpa olunmasını Bakı İnzibati Məhkəməsindən xahiş etmişlər.(Prosessualmüddətin bərpa olunması ilə bağlıərizə qoşmaya əlavə edilmişdir.) Məhkəmənin nəzərinə çatdırılır ki, keçirilən növbədənkənar yoxlamanın nəticəsi olaraq xx.xx.2024-cü ildə tərtib olunan **********180298 nömrəli səyyar vergi yoxlaması aktı ilə tamamilə razı deyillər. Səyyar vergi yoxlaması aktında təqdim olunan maliyyə sanksiyaları hərtərəfli şəkildə əsassız və qanunsuzdur. qtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən keçirilən növbədənkənar səyyar vergi yoxlamasının nəticəsi lan inzibati akt düzgün qaydada tərtib olunmamışdır və qeyd olunmuş aktda nəzərdə tutulan rəqəmlər reallığı əks etdirmir. Səyyar vergi yoxlaması aktında nəzərdə utulmuş maliyyə sanksiyalarının məbləğlərinin belə yüksək olması üçün heç bir əsas yoxdur. İş belə olan halda hüquqi şəxs olan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin qanunvericilikdə nəzərdə tutulan hüquqları ciddi şəkildə pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.3-cü maddəsinə əsasən, növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən verginin esablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim dilmədikdə; vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə; vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu hallarda keçirilə bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.3.9-cu maddəsinə əsasən, vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri övbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə, vergi yoxlaması vergi orqanlarının əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri ərəfindən keçirilə bilməz. Vurğulanır ki, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan bu halların heç biri mövcud deyildir. Belə ki,İddiaçı Qapalı əhmdar Cəmiyyəti tərəfindən verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının əbərdarlığından sonra da təqdim edilmiş, vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edilməmişdir. Eyni zamanda vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma byektinin gizlədilməsinin (azaldılmasının) heç bir əlamətləri müəyyən edilməmişdir. Qeyd edilir ki, bütün bu hallarla yanaşı İddiaçı Qapalı əhmdar Cəmiyyəti riskli vergi ödəyici deyildir. Belə ki, əsassız və qanunsuz tərtib olunan **********180298 nömrəli səyyar vergi yoxlaması aktı ləğv olunmalıdır. Eyni zamanda İddiaçı Qapalı səhmdar Cəmiyyətinin borcu hansı məbləğdədirsə dəqiq və düzgün şəkildə hesablanıb müəyyən olunmalıdır. Odur ki, xx.xx.2024-cü il tarixli, **********180298 nömrəli səyyar vergi yoxlaması aktının ləğv olunması, eyni zamanda İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin borcunun məbləğinin dəqiq və düzgün şəkildə hesablanıb müəyyən olunması ilə bağlı məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehin xx.xx.2025-ci il tarixli vəsatətindən görünür ki, İddiaçı QSC (VÖEN: **********) cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixli, **********180298 nömrəli səyyar vergi yoxlaması aktının ləğv edilməsi, həmçinin iddiaçının borc məbləğinin dəqiq və düzgün şəkildə hesablanıb müəyyən olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh aşağıda qeyd olunan səbəblərə görə hesab edir ki, iddia mümkün sayılmamalıdır: Məlumat üçün bildirilir ki, İddiaçı QSC-də cavabdehin xx.xx.2023-cü il tarixli **********362400 nömrəli xidməti məruzəsinə və Baş İdarənin "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" xx.xx.2023cü il tarixli **********179822 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama ilə dekabr 2020noyabr 2023 vergi dövrü əhatə olunmuşdur. Keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2024 tarixli **********180298 nömrəli akt, “Vergi ödəyicisininn və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********189675 saylı qərar qəbul edilmişdir. Bildirilir ki, mübahisələndirilən xx.xx.2024 tarixli **********180298 nömrəli akt “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati akt hesab olunmur. Həmçinin qeyd edilir ki, iddiaçı tərəfindən ərizə ilə məhkəməyə müraciət edilərək, xx.xx.2024 tarixli **********180298 nömrəli aktdan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi xahiş edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Göründüyü kimi “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********189675 saylı qərar səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2024 tarixli **********180298 nömrəli aktın nəticəsində qəbul edilmişdir. Həmçinin iddia tələbi düzgün qoyulmadığından və inzibati akt mübahisələndirilmədiyindən iddia müddətininin bərpası barədə verilmiş ərizə də mümkün sayılmamalıdır. İddia ərizəsinin iddiaçının borc məbləğinin dəqiq və düzgün şəkildə hesablanıb müəyyən olunması tələbinə münasibətdə bildirilir ki, keçirilən səyyar vergi yoxlaması nəticəsində xx.xx.2024cü il tarixli **********189675 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında”qərar qəbul edilərək, bu qərar əsasında vergi ödəyicisinə 465873,14 manat əsas, 333 405,95 manat maliyyə sanksiyası olmaqla, cəmi 799279,09 manat vergi məbləği hesablanmışdır. Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər müəyyən edilmiş müddətdə ödənilmədikdə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit və ya elektron pul təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam vergi orqanının vəzifəsidir. Belə olan təqdirdə, iddiaçının çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olması mümkün deyildir. İddiaçı hüquqi marağına uyğun olaraq pul vəsaitinin dondurulmasına əsas olmuş müvafiq qərarı mübahisələndirmədən arzuladığı məqsədə nail olması mümkün deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilir: məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin qərarın: 8.6-cı bəndinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9-cu bəndinə əsasən məhkəmələr tərəfindən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin də mövcudluğu yoxlanılmalıdır. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Qeyd edilən normaların tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən İddiaçı QSC-nin (VÖEN: **********) iddia ərizəsinin, həmçinin buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə X2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli mühasibatlıq və konsalting müqaviləsi təqdim edilmişdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının ProBono Vəkil Bürosunun X1 ünvanladığı xx.xx.2025-ci il tarixli EO-230VK-24341/25 nömrəli sorğusundan görünür ki, “2023-cü ilin iyun ayından 2025-ci ilin iyun ayına qədər "xxxx" QSC-də çalışmısınız. Həmin dövr ərzində şirkət vergi orqanları tərəfindən cərimələnmişdir. Hal-hazırda, 2024-cü ilin yekunları ilə bağlı səyyar vergi yoxlaması aktının əlikov Vidadi Şəmsəddin oğlu tərəfindən necə əldə edildiyi barədə bizə məlumat verilməlidir. Yaranmış zərurətlə əlaqədar olaraq, aşağıdakı suallara cavab verməyinizi xahiş edilmişdir: 1) 2024-cü ilin yekunları ilə bağlı səyyar vergi yoxlaması aktı necə əldə edilmişdir? 2) Həmin hesabatlar İddiaçı QSC-yə təqdim edilmişdirmi? Əgər bu hesabatların surətləri mövcuddursa, onların təqdim edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası “Vəkillər və Vəkillik fəaliyyəti haqqında qanun” 7.1-ci maddəsinə əsasən “Təşkilati formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar vəkillərə öz peşə borclarını yerinə yetirərkən yardım etməyə borcludurlar.” Həmin qanunun 15-ci maddəsinə əsasən vəkillər peşə fəaliyyətini həyata keçirməklə əlaqədar müstəqil araşdırmalar aparmaq, sənəd toplamaq, hüquqi yardım göstərmək üçün zəruri olan arayışları və digər sənədləri idarə, təşkilat və müəssisələrdən tələb etmək, onlarla tanış olmaq və həmin sənədlərin surətlərini çıxarmaq hüququ vardır. X2 xx.xx.2025-ci il tarixli sorğuya cavabında bildirmişdir ki, X2, "xxxx" QSC-nin mühasibi olaraq , şirkət tərəfindən verginin təqdim edilməsi məqsədi ilə hazırlanmış hesabatların elektron informasiya sistemindən çıxarılması zamanı müəyyən çətinliklərlə qarşılaşmışdır. Bunun səbəbi, “Asan imza” sistemində yaranan problem olub, nəticədə hesabatları sistemdən çıxarıb "xxxx" QSC-ə təqdim edə bilməmişdir. Hal-hazırda həmin hesabatları kağız daşıyıcıda göndərmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********189675 nömrəli xx.xx.2024-cü il tarixli qərarı təqdim edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərilərək iddia tələbinin vergi məsuliyyətinə cəlb edilmə barədə qərarın mübahisələndirlməsi kimi dəqiqləşdirilməsi iddiaçıya təklif edilmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə vəsatətinin məzmununa uyğun izahat verərək iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır... 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49-cu maddəsinə əsasən qəbul edilmiş qərarlar vergi ödəyicisi üçün hüquqi nəticələr yaradır və vergi ödəyicisi həmin qərarın yaratdığı hüquqi nəticələrlə razılaşmadığı təqdirdə onu mübahisələndirə bilər. Məhkəmə tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı iddiaçıya hüquqi yardım göstərilərək iddia tələbinin vergi məsuliyyətinə cəlb edilmə barədə qərarın mübahisələndirlməsi kimi dəqiqləşdirilməsi iddiaçıya təklif edilmişdir. Lakin iddiaçı tərəfindən qeyd edilən çatışmazlıq aradan qaldırılmamışdır. İşin materialları ilə müəyyən edilir ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********189675 nömrəli xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və d. tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-17002/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddia müddəti ötürüldüyündən iddia mümkün sayılmamışdır. Odur ki, idida mümkün sayılmamalı, iddiaçıya “vergi borcunun müəyyən edilməsi barədə qərarın ləğv edilməsinə dair” iddiasının mümkün sayılmaması barədə yuxarıda qeyd edilən qərardadan apellyasiya şikayəti vermək hüququ izah edilməlidir. Məhkəmə qeyd edir ki, məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyildir və hazırki işin hallarına uyğun olaraq həmin hüququn məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinə xidmət etməklə qarşıya qoyulan məqsədə uyğundur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və həmin Məcəllənin 2, 23.1, 35, 85-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №e-2-1(112)-14464/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-14464/2025
03.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver