Məhkəmə qərarları › İş №e-2-1(112)-14478/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-14478/2025

10.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-14478/2025 10.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “əmrin ləğvi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Azərbaycan Respublikası ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibbi fəaliyyəti ilə məşğul olmağa icazə verən 11 fevral 2022-ci il tarixliAH seriyalı 043889 nömrəli sertifikasiya şəhadətnaməsinin ləğv edilməsi barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əmri ləğv edilməklə, onun Azərbaycan Respublikası ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibbi fəaliyyəti ilə məşğul olmağa icazəsinin bərpa olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 08 iyul 2025-ci il tarixli 3-28/2-Ə-1868-1-5307/2025 nömrəli məktubla İddiaçı məlumat vermişdir ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış istintaqla müəyyən olunanlara əsasən Azərbaycan Respublikası Səhiyyə Nazidrliyinin müvafiq əmri ilə ona Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verən 11 fevral 2022-ci il tarixli AN seriyalı 043889 nömrəli sertifikasiya şəhadətnaməsi ləğv edilmişdir. Nəticədə iddiaçıməlum hüquqi məhdudiyyətlərlə rastlaşmış, plastik cərrahlıqla məşğul olmaqdan məhrum olunmuşdur. Bununla da,cavabdeh qanunsuz inzibati akt çıxarmaqla iddiaçıya maddi və mənəviziyan vurmuş, onu seçdiyi ixtisas üzrə işləməkdən məhrum etmiş və işgüzar nüfuzuna ciddi zərər yetirmişdir. Qeyd olunanlara əsasən, cavabdehin verdiyi əmr qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. İddiaçı 2009-cu ildə Azərbaycan Tibb Universitetinin bitirərək həkim (diplom BB-İ № 007876) peşəsini qazanmış və 2009- 2010-cu illərdə Azərbaycan Tibb Universitetində internatura keçərək mama ginekoloq ixtisasına (vəsiqə № 0430) yiyələnmişdir. 2022-ci ildə İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli qərarı ilə (bundan sonra NK-nin Qərarı) təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası qaydası”na uyğun olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyində uğurla sertifikasiyadan keçərək 11 fevral 2022-ci il tarixli AH seriyalı 043889 nömrəli sertifikasiya şəhadətnaməsi almış və plastik cərrahiyyə üzrə ixtisaslaşaraq plastik cərrah kimi işləmişdir. Həmin şəhadətnamə (sertifikat) xx.xx.2025-ci ilə qədər 5 il müddətinə etibarlıdır. Plastik cərrah kimi işlədiyi illər ərzində özünü istedadlı plastik cərrah kimi göstərmiş, öz sahəsində kolleqalarıarasında nüfuz qazanmış, pasiyentlərin məmnunluğuna nail olmuşdur. Lakin buna baxmayaraq, həmin sertifikasiya şəhadətnaməsi 3 il sonra heç bir səbəb göstərilmədən Azərbaycan Respublikası Səhiyyə Nazirinin müvafiq əmri ilə əsassız hesab edilərək Səhiyyə Nazirliyinin əmri ilə ləğv edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 24-cü maddəsinin 2-ci hissəsində göstərilir ki, hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Konstitusiyanın 35-ci maddəsinin 2-ci hissəsində qeyd olunur ki, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeriseçmək hüququ vardır. Konstitusiyanın 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır və dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsində göstərilir ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, inzibati icraat və məhkəmə prosesində dinlənilsin. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 68-ci maddəsinə əsasən, hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülkiməsuliyyət daşıyır. Konstitusiyanın 71-ci maddəsində göstərilir ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələriməhkəmələr həlledir. Həmçinin qeyd olunmalıdır ki, işçinin əmək müqaviləsi üzrə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “a” bəndinə əsasən sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq, həmin maddənin “ı ” bəndinə əsasən peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq, "q” bəndinə əsasən əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqimüdafiə olunmaq hüquqları vardır. Beləliklə, cavabdeh tərəfindən iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 24 maddəsinin 2 hissəsi, 35-ci maddəsinin 2-ci hissəsi, 68-ci və 71-cimaddələrində, Əmək Məcəlləsinin 9cu maddəsinin “a”, T və "q” bəndlərində nəzərdə tutulan hüquqları pozulmuşdur. Məlum olduğu kimi, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1 maddəsində göstərilir ki, əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər) dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Sertifikasiyadan keçən şəxslərə (işçilərə) həmin şəxslərin beş il müddətində praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən və formasımüvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikasiya şəhadətnaməsi verilir. Sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün müraciət edə bilərlər. Sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Praktik tibb və ya əczaçılıq fəaliyyətini xüsusi razılıq (lisenziya) əsasında həyata keçirən şəxslərin sertifikasiyadan keçməməsi qanunvericiliyə uyğun olaraq lisenziyanın fəaliyyətinin dayandırılması üçün əsasdır. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda da həmin maddənin müddəalarına istinad edilir (maddə 5). Beləliklə, sertifikasiya işçinin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədi daşıyır. Həmin ixtisas üzrə işləyən istənilən həkim, cavabdehin hər hansı nümayəndəsinin subyektiv istəyindən asılı olmayaraq müvafiq təhsil müəssisələrində qısa müddətli peşə hazırlığı kursunu keçərək sertifikasiya imtahanına buraxılış alıb imtahanı uğurla verməklə sertifikasiya şəhadətnaməsi ala bilər. Belə olan təqdirdə, sertifikasiyanın əsasını işçinin sərbəst, təsirsiz və təzyiqsiz, imtahangötürənlə təmasını istisna edən test üsulu ilə imtahan verməsi təşkiledir. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) (bundan sonra-tibb mütəxəssisləri) sertifikasiyası prosesiniAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli qərarı (NK-nin Qərarı) ilə təsdiq edilmiş "Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası qaydası” tənzimləyi Həmin Qərarda sertifikasiyadan keçmə aşağıdakı qaydada müəyyən edilib: 1. Sertifikasiya prosesinin təşkili məqsədi ilə Səhiyyə Nazirliyi tərəfindən 11 üzvdən ibarət Tibb X3 yaradılır və onun Əsasnaməsi təsdiq edilir. 2. Tibb X3 X4sının aparılmasını təşkil edir; sertifikasiya imtahanlarının suallar toplusunu təsdiq edir; sertifikasiya işinə cəlb olunmuş mütəxəssislərin fəaliyyətinin əsaslarını və iş qaydasını müəyyən edir; sertifikasiya imtahanlarının yekunu üzrə tibb mütəxəssislərinə şəhadətnamə verilməsi məsələsini həll edir; sertifikasiya imtahanının aparılması və nəticələri ilə bağlı ərizə və şikayətlərə baxır; Şuranın iclaslarında baxılan məsələlər üzrə qərarlar qəbuledir, bu qərarların icrasına nəzarət edir. 3. Tibb mütəxəssisləri tərəfindən sertifikasiyadan keçmək üçün Nazirliyə 8 sənəd təqdim olunur: müəyyən edilmiş formada ərizə; şəxsiyyət vəsiqəsi və onun surəti; ali və ya orta tibb təhsili haqqında sənəd (diplom) və onun surəti; əmək kitabçası və onun notarial qaydada və yaxud kadrlar şöbəsində təsdiq edilmiş surəti; kadrlar uçotunun şəxsi vərəqəsi; ixtisasartırma kurslarını keçməsi barədə sənəd və onun surəti; sağlamlıq haqqında arayış və 3x4 ölçüdə 2 ədəd fotoşəkil. Digər sənədlər tibb mütəxəssisindən tələb edilə bilməz. 4. Həmin qaydaya əsasən, surətləri ilə uzlaşdırıldıqdan sonra şəxsiyyət vəsiqəsi,ali və ya orta tibb təhsili haqqında sənəd (diplom),əmək kitabçası və ixtisasartırma kurslarını keçməsi barədə sənəd geri qaytarılır. 5. Nazirlik sənədlərin tamlığını, düzgünlüyünü və qanunvericiliklə müəyyən edilmiş şərtlərə uyğunluğunu yoxlayır və ərizələrin qəbulu jurnalında qeydiyyata alır. Qaydanın tələblərinə uyğun olmayan sənədlər qəbuledilmir. 6. Təqdim edilmiş sənədlər bu Qaydanın tələblərinə uyğun olduqda, ərizəçi sertifikasiyaya cəlb edilən şəxslərin ümumi siyahısına daxil edilir və ona sənədlərin qəbul edilməsi haqqında arayış və yaddaş kitabçası verilir və həmin tibb mütəxəssisi imtahana buraxılır. İmtahanı uğurla vermiş tibbi mütəxəssis sertifikasiyadan keçmiş elan edilərək ona sertifikasiya şəhadətnaməsi verilir, sertifikasiyadan keçmiş şəxslər 5 (beş) il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu əldə edirlər. 7. Sertifikasiya Şurası imtahanla bağlısənədlərin 1 (bir) ilmüddətində saxlanılmasını təmin edir. Beləliklə, sertifikasiyadan keçmə qaydası NKnin Qərarında dəqiq və konkret göstərilmişdir və onun ləğv edilməsinin əsasları təqdim edilən məhdud sayda sənədlər, müxtəlif informasiya resurslarından yoxlanılmasının mümkünlüyü və uyğunsuzluğun aşkar edilməsi üçün qısa zaman lazım olduğu nəzərə alınaraq sertifikasiyanın nəticələrinin ləğv edilməsisertifikasiyadan keçmə prosesində mümkün olur. Nəzərə alaraq ki, sertifikasiya imtahanı ilə bağlı sənədlər 1 il saxlanılır, bununla da, həmin şəhadətnamələrin etibarsızlığı barədə qərar qəbul edilməsi məntiqə və qaydaya uyğun olaraq 1 illik müddətlə məhdudlaşdırılır. Ona görə də, iddiaçının 3 il sonra sertifikasiya barədə şəhadətnaməsinin ləğv edilməsi qanunsuz və əsassızdır. Qeyd edilməlidir ki, iddiaçı ixtisasartırma kursunu bitirmiş, test imtahanından qabaq bütün sənədlərini qaydaya uyğun olaraq komissiyaya təqdim etmiş və imtahana buraxılaraq həmin imtahanı uğurla vermişdir. Cavabdeh tərəfindən sertifikasiya şəhadətnaməsinin ləğv edilməsi barədə heç bir hüquqiəsası təqdim edilməmişdir. NK-nin Qərarında sertifikasiya prosesi iləTibb X1 göstərilir. NK-nin Qərarı ləğv edilməyib və bu səlahiyyətlərin yuxarı icra orqanın icazəsi olmadan cavabdehin özünün yaratdığı quruma verməsi tam qanunsuzdur. Ümumiyyətlə, cavabdehin xx.xx.2025-ci il tarixli3-28/3-1-26/2025 nömrəli əmri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyasının yaradılması və ona müəyyən səlahiyyətlərin verilməsi qanuna ziddir. Belə ki, Səhiyyə nazirinin belə səlahiyyəti Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”dənəzərdə tutulmayıb. Digər tərəfdən, belə komissiyanın yaradılmasına zərurət vardısa, o Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikasının Baş Nazirinin sərəncamı ilə, və ya Azərbaycan Respublikası Səhiyyə nazirinin, Azərbaycan Respublikası Baş Prokurorunun, Azərbaycan Respublikası Daxili işlər nazirinin, Azərbaycan Respublikası Elm və Təhsil nazirinin birgə əmri ilə (NK-nin Qərarına zidd olmamaq şərti ilə)yaradıla bilərdi. Ona hüquqi və praktiki tabeçiliyi olmayan digər icra orqanlarının işçilərinə göstərişlərin verilməsi, səlahiyyətlərinin müəyyən edilməsi icra strukturunun şaquli və üfıqiəlaqələrinə uyğun deyil. Beləliklə, sertifikasiyanın ləğv edilməsinə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Xüsusi Təftiş Komissiyasının səlahiyyəti yoxdur. Bununla əlaqədar qeyd olunmalıdır ki, qanunçuluq prinsipi hüquqi dövlətin əsas prinsiplərindən biri olmaqla Azərbaycan Respublikasının Konstitusiyasının özəksini tapır. Konstitusiyanın 71-ci maddəsinin X hissəsində göstərilir ki, dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Eyni prinsip İİ Qanununun 11.2-ci maddəsində təkrarlanır: “İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər”. İnzibati hüquqda tanınmış “səlahiyyətdə paralellik prinsipi”nə görə, bir inzibati aktı qəbul etməyə səlahiyyəti olan orqan, qanunda verilən əsaslar nəzərə alınmaqla, həmin aktın əks nəticəsini yaradan inzibati aktı da qəbul edə bilər. Belə olan halda, NK-nin Qərarında səlahiyyət verilənTibb X3 daha əvvəl verilmiş sertifikatların yenilənməsi, dəyişdirilməsi ya da ləğv edilməsiməsələləri ilə məşqul ola bilər. Sertifikasiya Şurasından başqa bir qurumun belə səlahiyyəti yoxdur, digər qurumun belə səlahiyyəti həyata keçirməsi üçün qanunvericilikdə bir əsas (norma) olmalıdır. NK-ni sözü edilən səlahiyyəti “səlahiyyətin ötürülməsi” qaydasında başqa bir quruma vermədiyinə görə, sertifikatların ləğv edilməsi səlahiyyətinin tabeçilik qaydasında yuxarı icra orqanın icazəsi olmadan cavabdehin özünün yaratdığı quruma verməsi tam qanunsuzdur. Ona görə də, həmin Komissiyanın səlahiyyətləri qanunsuz olmaqla, qərarları şəxslərin hüquq və azadlıqlarını məhdudlaşdırır, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununa ziddir, dövlət orqanının (vəzifəli şəxsin) səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar olan tipik sui-istifadə amilləri ilə əlaqədardır və icrasının özü hüquq pozuntusudur. İl Qanununun 65.1.2-cimaddəsinə əsasən, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbuledilmiş inzibatiakt etibarsızsayılır. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Göstərilən səbəblərdən, həmin Komissiyanın səlahiyyətləri qanunsuz olduğundan və qərarları şəxslərin hüquq və azadlıqlarını məhdudlaşdırdığından nəzərə alınmamalı və əhəmiyyətsizsayılmaqla heç bir hüquqi nəticə yaratmamalıdır. Bundan başqa, sertifikasiya şəhadətnaməsinin bu qurum tərəfindən ləğv edilməsi, tibb mütəxəssisinin sertifikasiyadan keçmədiyi önəmini vermir. İİ Qanununa əsasən, sertifikasiya şəhadətnaməsi inzibati akt sayılır. Həmin inzibati akt iddiaçı üçün əlverişli olduğundan əlverişli inzibati akt hesab olunmalıdır. Həmin Qanunun 68.2-cimaddəsində göstərilir ki, qanuniəlverişli inzibatiakt yalnızaşağıdakı hallarda ləğv edilə bilər: inzibatiaktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibatiaktın özündə bu barədə müvafiq qeyd olduğu halda; maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; inzibatiaktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibatiaktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibatiaktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimaimaraqlara ziyan vura bildiyi hallarda. Başqa sözlə, qanuni inzibati aktların ləğvi ancaq qanunda göstərilən hədlər və şərtlər daxilində (İİ Qanununun 68.2.1-ci maddəsi) həyata keçirilə bilər. Bununla belə, qanuni inzibati aktın ləğvi heç bir halda maraqlı şəxsə zərər vuracaq mahiyyətdə ola bilməz, çünki zərər vurma qadağası hüquqda mütləqdir, ona riayət edilməməsi özbaşınalıq hesab edilir və qanunsuzdur. Mövcud mübahisə baxımından qeyd etməliyik ki, müəyyən müddətdə etibarlı olma şərti ilə çıxarılan qanuni inzibatiaktların həmin müddət keçmədən ləğv edilməsi ancaq o şərtlə mümkün ola bilər ki, İİ Qanununun 68.2.3-cü maddəsində göstərildiyi kimi, onun ləğvi üçün ciddi dövlət və ictimai ehtiyac olsun. "Dövlət və ictimai ehtiyacların" müəyyən edilməsində inzibati orqanın diskresion səlahiyyəti olsa da, həmin səlahiyyət qanunda göstərilən hədlər daxilində və qanunvericiliyin məqsədinə uyğun olmalıdır. Belə ki, mövcud mübahisə baxımından iddiaçının sertifikatının ləğv olunması üçün onun həyata keçirdiyi əməliyyatlarda xəstələrin sağlamlığının təhlükədə qalması, sağlamlıqlarına zərər vurulması kimi hallar müşahidə olunmalıdır; bununla da bağlı həmin həkim tərəfindən törədilən pozuntular rəsmi şəkildə qeydə alınmalıdır. Göründüyü kimi, iddiaçının sertifikasiyadan keçməsinə rəğmən göstərilən səbəblərdən heç biri ona verilmiş qanuni əlverişli inzibati aktın (sertifikasiya şəhadətnaməsinin) ləğv edilməsi üçün əsas ola bilməz. İddiaçının sertifikasiyadan NKninQərarında nəzərdə tutulmuş qaydada keçmiş, test imtahanını da uğurla verərək sertifikat qazanmışdır. Onun sertifikasiyadan keçməsi başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət və ya ictimai marağa həmin sertifikasiya üzrə işlədiyi 3 il ərzində ziyan vurmamış, ixtisas bilikləri və cərrahi təcrübəsi keçdiyi sertifikasiyaya uyğundur. Bu səbəbdən də həmin inzibati akt ləğv edilə bilməz. Beş illik sertifikasiyanın verilməsinə dair inzibati aktın qanunsuz olma ehtimalına gəldikdə,cavabdehin iddia etdiyi kimi sertifikasiya şəhadətnaməsi qanunsuz hesab edilsə belə, İİ Qanununun 67.6-67.13cü maddəsində göstərilən şərtlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsində göstərilir ki, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimaimaraqlara ziyan vurmadığı hallarda, maraqlışəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuzəlverişli inzibatiaktın ləğv olunmasına yol verilmir. Əslində cavabdeh mövcud mübahisədə iddiaçının vicdanlı olmadığını əsas gətirərək sertifıkasiyasını ləğv etdiyini anlamaq mümkündür; çünki ləğvetmənin əsası kimi, sertifikasiya alınması üçün təqdim olunan sənədlərin əsaslığının təsdiq olmadığını qeyd etmişdir. Belə olan halda, cavabdeh inzibatiaktın ləğv edilməsini İİ Qanununun 67.6-cı maddəsinə əsasən həyata keçirməlidir; yəni sübut etməlidir ki maraqlı şəxs aldatma nəticəsində, ya da saxta və qanunsuz sənədlər təqdim etməklə sertikasiyadan keçmişdir. Halbuki cavabdeh iş üzrə iddiaçının sənədlərində hər hansı qanunsuzluq müəyyən etməmişdir. Beləliklə, iddiaçının sertifikasiya şəhadətnaməsinin ləğvi Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin pozulması- özbaşınalıq və hüquqa etinasızlıq kimi qiymətləndirilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuşdur ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Əmək Məcəlləsinin 317-ci maddəsinin ikinci hissəsində isə göstərilmişdir ki, bu Məcəllənin tətbiqi zamanı əmək müqaviləsinin tərəflərinin hüquqlarının və mənafelərinin müdafiə olunmasını təmin edən, onların məsuliyyətə cəlb olunmasını istisna edən və ya yüngülləşdirən müddəaların qüvvəsinin geriyə şamiledilməsinə yol verilir. Cavabdeh tərəfindən sertifikasiya şəhadətnaməsinin ləğvizamanı İİ Qanununun bir sıra tələbləri də kobud surətdə pozulmuşdur. İl Qanununun 11.1-cimaddəsinə əsasən, inzibati orqanların qanunun tələblərinə riayət etməyə borcludurlar. İİ Qanununun 12.3-ci maddəsinə əsasən, inzibati orqan tərəfindənfərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsinin qadağandır. İİ Qanununun 13.1cimaddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İİ Qanununun 16.1-ci maddəsinə əsasən,fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. İl Qanununun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanıişin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlışəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından, inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilmədiyi, həmçinin inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. İl Qanununun 20-ci maddəsinə əsasən, hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır, Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. İİ Qanununun 21-ci maddəsinə əsasən, Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur, inzibati orqan yalnız maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibatiaktın qəbuledilməsi nəzərdə tutulduqda maraqlışəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər. İİ Qanununun 25-ci maddəsinə əsasən, Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla,maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malik olduqları, maraqlı şəxsin inzibati icraatla bağlı sənədlərin və digər materialların surətlərini əldə etmək hüququ vardır. Beləliklə, cavabdeh tərəfindən inzibati icraat ciddi qanun pozuntuları ilə, faktiki olaraq İİ Qanunundan kənar prinsip, prosedur və qaydalarla aparılaraq inzibati akt qəbul edilmişdir. Beləliklə, sertifikasiya şəhadətnaməsinin ləğv edilməsinin qanunsuzluğu iddiaçı tərəfindən təqdim edilən sübutlarla və istinad olunan qanunların pozulmasına dair aşağıdakı dəlillərlə tam sübut edilir: 1. Sertifikat üzrə şəhadətnamənin yoxlanılmasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli qərarı (NK-nin Qərarı) ilə təsdiq edilmiş "Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası qaydası”da nəzərdə tutulan Səhiyyə Nazirliyi tərəfindən yaradılmış 11 üzvdən ibarət Tibb X3 tərəfindən deyil, qanunvericiliklə heç bir səlahiyyət verilməyən "Xüsusi Təftiş Komissiyası” kimi kənar subyekt tərəfindən aparılması; 2. Xüsusi Təftiş Komissiyasının yaradılmasının Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli qərarına zidd olması; 3. Xüsusi Təftiş Komissiyasının qanuni, dəqiq və konkret səlahiyyətlərinin müəyyən edildiyiəsasnamənin olmaması; 4. Funksional vəzifələrinə, həmçinin subordinasiya qaydalarına əsasən SN-dən asılı olmayan digər mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələrinin Komissiyanın tərkibinə daxil edilməsi nəticəsində SN tərəfindən subordinasiya qaydasında həmin komissiya üzvünə qanuni heç bir təsir tədbirinin olmaması; 5. Həmin komissiya üzvlərinin tibbi bilikləri olmaması səbəbindən sertifikasiya sahibinin professionallığı, kompetentliyi və tibbi bacarığı barədə fikir yürütməsinin məntiqi və qanuni olmaması; 6. Verilmiş sertifikat şəhadətnaməsinin ləğv edilməsinin qanunvericilikdə nəzərdə tutulmaması; 7. Verilmiş sertifikat şəhadətnaməsinin sertifikat sahibinin professionallığını, kompetentliyini və tibbi bacarığını təsdiq etməsi; 8. Nazirlik tərəfindən tamlığını, düzgünlüyünü və qanunvericiliklə müəyyən edilmiş şərtlərə uyğunluğu yoxlanılmış sənədlərin əsasında imtahana buraxılmış və test imtahanının nəticələri əsasında verilmiş sertifikatın NK Qərarında göstərilməyən digər əsaslarla ləğv edilməsinin sertifikat sahibinin professionallığının, kompetentliyinin və tibbi bacarığının qiymətləndirilməsi üçün əsas ola bilməməsi; 9. Sertifikat şəhadətnaməsinin verilməsi üzrə araşdırmanın İİ Qanununa zidd, həmçinin hüquqlarına toxunduğu iddiaçının iştirakı olmadan aparılması; 10. Sertifikat şəhadətnaməsi qanuniəlverişli inzibatiakt olduğundan onun ləğvinin İİ Qanununa zidd olması; 11. Özünün verdiyi sertifikat cavabdeh tərəfindən qanunsuz hesab edildiyi halda belə, qanunsuz əlverişli inzibati akt kimi ləğv edilməsi üçün əsasların olmaması; 12. Sertifikatın ləğv edilməsinin qanunsuz olaraq həmin sertifikatda göstərilən ixtisasa yiyələnmiş, həmin ixtisas üzrə professionallığı, tibbi bacarığı və kompetentliyi mübahisələndirilməyən iddiaçının Konstitusiyanın 35-ci maddəsinin 2-ci hissəsində qeyd olunan - əməyə olan qabiliyyətiəsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeriseçmək barədə konstitusion hüquqlarının pozulması; 13. İnzibati orqanların inzibati praktikasına iddiaçının qanunla qorunan etimadına zidd olaraq sertifikasiya şəhadətnaməsinin ləğv edilməsi və bunun iddiaçının ixtisası üzrə çalışmaqdan məhrum olunması ilə nəticələnməsi; 14. Cavabdehin iddiaçını sertifikatda göstərilən ixtisas üzrə professionallığını, tibbi bacarığını və kompetentliyini sübut etmək imkanından məhrum etməsi; Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibatiməhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətlərietməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin 32.1-ci maddəsində qeyd olunur ki, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsiniməhkəmədən tələb edə bilər. İPM-nin 70.1-ci maddəsində qeyd olunur ki, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibatiaktın ləğv edilməsi barədə qərar qəbuledir. İnzibatiakt qəbuledilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 8.1.2-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikası ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibbi fəaliyyəti ilə məşğul olmağa icazə verən 11 fevral 2022-ci il tarixli AH seriyalı 043889 nömrəli sertifıkasiya şəhadətnaməsinin ləğv edilməsi barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əmri ləğv edilməklə, onun Azərbaycan Respublikası ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibbi fəaliyyəti ilə məşğul olmağa icazəsinin bərpa olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 2-2- 02/3/2-242026384/2025 nömrəli məktubuna əsasən aparılmış araşdırma nəticəsində İddiaçı ixtisasca ginekoloq olmasına baxmayaraq plastik cərrahiyə fəaliyyəti ilə məşğul olmuşdur. 24 yanvar 2025-ci il tarixli, 3-28/3-1-25/2025 nömrəli əmrlə İddiaçı sertifıkasiya şəhadətnaməsi ləğv edilmişdir. Belə ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun (mübahisələndirilən inzibati aktın qəbul edildiyi dövrdə qüvvədə olan redaksiyası): 2-ci maddəsinə əsasən əhalinin sağlamlığının qorunması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdən ibarətdir. 46-cı maddəsinə əsasən Azərbaycan Respublikasında ali və ya orta ixtisas tibb müəssisələrində təhsil almış şəxslər,müvafiq diploma, yaxud xüsusi rütbəyə malik olan mütəxəssislər qanunvericiliklə müəyyən edilmiş qaydada tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər. İxtisaslarının təsdiq olunmasından sonra ixtisasları üzrə beş ildən çox işləməmiş orta tibb və ya əczaçılıq təhsili olan işçilər dövlət səhiyyə sisteminin müvafiq müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifıkasiya olunduqdan sonra praktiki tibb və əcəzaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. 48-ci maddəsinin sonuncu abzasına əsasən tibb mütəxəssislərinin ixtisaslarının dəyişdirilməsinə yalnız müvafiq təhsil müəssisəsində peşə hazırlığı keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifıkasiya olunduqdan sonra yol verilir. 49-1 -ci maddəsinə əsasən, praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfimdən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin (Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyası) tələblərinə əsasən: 1. Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəali əti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ib həmin işçilər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifıkasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. 2. Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər. 3. Sertifıkasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. 4. Sertifikasiyadan “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. “Təhsil haqqında” Qanundan: 1.0.38. rezidentura - tibb ixtisasları üzrə əsas (baza ali) təhsili əsasında həkim mütəxəssis hazırlığı forması; 1.0.50. həkim - əsas (baza ali) tibb təhsili yaradır. 1.4. Rezidenturada təhsil dövlət təhsil standartı və proqramlarına uyğun olaraq hazırlanmış tibb təhsili proqramları əsasında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli qərarı ilə təsdiq edilmiş "Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı"nda qeyd olunan həkimmütəxəssis ixtisasları üzrə aparılır. 3.2. Rezidenturada ayrı-ayrı həkim-miitəxəssis ixtisasları üzrə təhsil müddəti 2 ildən 5 ilə qədər olmaqla, bu Qaydaların əlavəsi ilə müəyyən edilir. 5.12. Rezidentlər təhsil aldıqları dövrdə əsas (baza ali) tibb təhsili əsasında tutulmasına icazə verilən həkim vəzifələrində Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq işləyə bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyun 2010-cu il tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb almış məzunlara verilən ali peşə-ixtisas dərəcəsi; 1.0.51. həkim-miitəxəssis - müvafiq təhsil proqramlarına əsasən rezidenturanı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 noyabr 2013-cii il tarixli 330 nömrəli qərarı ilə yeni redaksiyada təsdiq edilmiş. “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydalarf’na əsasən: 1.1. Bu Qaydalar "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən hazırlanmışdır və rezidenturada təhsilin səviyyəsinə ümumi tələbləri müəyyən edir, rezidentlərin attestasiya şərtlərini müəyyən etməklə, həkimmütəxəssis hazırlığının səmərəliliyinin artırılmasına, təhsilin keyfiyyət səviyyəsinin beynəlxalq tibb təhsili sisteminin prinsiplərinə uyğunlaşdırılınası ilə Azərbaycan Respublikasının ali tibb təhsili sisteminin dünya tibb təhsili məkanına inteqrasiyasına və verilmiş tibb təhsili sənədlərinin beynəlxalq məkanda tanınmasına şərait və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”ndan: 1.1. Bu Qayda “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) (bundan sonra — tibb mütəxəssisləri) sertifikasiyası prosesini tənzimləyir 1 2 Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma ' kurslarını keçmiş tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq onlar beş ildə bir dəfə sertifıkasiyaya cəlb edilirlər. 1.4, Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olara təhsilini təsdiq edən sənədin verildiyi gündən və ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən bes il mfldrJtinHa sertifikasiyadan keçmirlər. 2.1. Tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq tibb müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ulan tibb mütəxəssislərinin sertifıkasiyası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra Nazirlik) tərəfindən həyata keçirilir. 2.10.3. Tibb təsdiqi ilə sertifikatsiyadan keçmək üçün Nazirliyə ali və ya orta tibb təhsili haqqında sənəd (diplom) və onun surəti rəsmi qaydada təqdim edilir. 2.14. Sertifikasiya imtahanı Nazirlik tərəfindən müəyyən edilmiş tibb və əczaçılıq ixtisasları üzrə keçirilir. Yuxarıda istinad olunan qanunvericiliyin tələbi tibb işçisinin praktiki tibbi fəaliyyətlə məşğul olmaq üçün sertifikasiyadan keçməli olduğunu, bu zaman ixtisasına uyğun sertifikasiyadan keçmənin mümkünlüyü yöntindədir. Azərbaycan Respublikasının təhsil sistemi çərçivəsində bu sahədə iki əsas pillə mövcuddur: 1. Əsas (baza ali) tibb təhsili - tibbi biliklərin ümumi və nəzəri əsaslarını əhatə edən və ali tibb təhsili statusunu təmin edən təhsil mərhələsidir. Bu pilləni bitirən şəxs “həkim” peşə ixtisası alır. 2. Rczidentura təhsili - baza təhsili tamamlamış şəxsin konkret ixtisas üzrə dərinləşdirilmiş peşəkar hazırlıq keçməsi üçün nəzərdə tutulmuş təhsil səviyyəsidir. Rezidentura təhsili bitirmiş şəxslərə "həkim-mütəxəssis" peşə-ixtisas dərəcəsi verilir. İşin hallarından göründüyü kimi, iddiaçı “ginekoloq” ixtisası üzrə həkim ali peşə-ixtisas dərəcəsi almışdır. İddiaçının rezidentura səviyyəsində təhsil almaması işin mübahisəsiz halıdır. Belə ki, 2011-ci ildən etibarən Azərbaycan Respublikasında internatura təhsil forması ləğv edilmiş, onun əvəzinə beynəlxalq standartlara uyğun olan rezidentura sistemi tətbiq olunmuşdur. Müvafiq normativ hüquqi aktlara əsasən, həkim-mütəxəssis kimi sertifikatlaşdırılmaq və tibbi fəaliyyət hüququ qazanmaq üçün şəxsin məhz rezidentura pilləsini başa vurması zəruridir.İddiaçı tərəfindən məhkəməyə ixtisasının plastik cərrahiyyə ixtisasına dəyişdirilməsi məqsədilə rezidentura təhsilini başa vurmasına dair müvafiq Attestasiya Sisteminin "həkim- miitəxəssis" ali peşə-ixtisas və zəruri dövlət ntimunəli diplomu təqdim edilməmişdir. Halbuki, rezidenturada təhsil Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli qərarı ilə təsdiq edilmiş həkimmütəxəssis ixtisasları üzrə aparılır ki, onlardan biri də "Plastik cərrahiyyə”dir. İddiaçının təhsili əsas (baza ali) tibb təhsilidir və onun ixtisas dərəcəsi “ginekoloq” ali peşə ixtisas dərəcəsi olmuşdur "İnzibati icraat haqqında” Qanunun 67.8-ci maddəsinə əsasən, başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə’yə müvafiq olaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olmaqla müvafiq sahədə qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş dövlət nəzarətini o cümlədən səlahiyyətləri daxilində dövlət səhiyyə sisteminə daxil olan qurumların fəaliyyətinə tibb təhsilinə, tibb sahəsində elmi tədqiqat işlərinə rəhbərliyi və nəzarəti, qeyri-dövlət' tibb müəssisələrinin fəaliyyətinə nəzarəti və dövlət sanilariyaepidemioloji nəzarətini həyata keçirmək onun vəzifələrindən biridir və Azərbaycan Respublikasının Səhiyyə naziri Nazirliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir. İddiaçı sertifikatı qanunvericiliyə uyğun ləğv edildiyindən iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin verdiyi BB-İ seriyalı 007876 nömrəli xx.xx.2009-cu il tarixli 10189 qeydiyyat nömrəli fərqlənmə diplomundan görünür ki, İddiaçı 2003-cü ildə Azərbaycan Tibb Universitetinə daxil olmuş,2009-cu ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi ixtisasını bitirmişdir. Dövlət imtahan komissiyasının xx.xx.2009-cu il tarixli qərarı ilə ona həkim ixtisası verilmişdir. AH seriyalı 043889 nömrəli praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixində plastik cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin 0430 nömrəli vəsiqəsindən görünür ki, İddiaçı 2009-cu ildə Azərbaycan Tibb Universitetini bitirmiş, xx.xx.2009-cu ildən xx.xx.2010-cu ilədək Bakı Dəmiryol Xəstəxanasında internatura kursu keçmişdir.Buraxlış imtahan komissiyasının qərarına əsasən ona həkim mama-ginekoloq ixtisası verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli 3-28/2-Ə-1868-1-5307/2025 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış istintaqla müəyyən olunanlara əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq əmri ilə ona Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verən sertifikasiya şəhadətnaməsi ləğv edilmişdir. Qəbul edilmiş qərardan narazı olduğu halda məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilər. Bununla yanaşı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq əmri ilə “Cərrahiyyə profili üzrə digər peşə ixtisas sahibləri tərəfindən ali ixtisas tibb təhsilinin tədris proqramlarına uyğun olaraq icrasına icazə verilən plastik cərrahiyyə sahəsinə aid əməliyyatların Siyahısı" təsdiq edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli 3-28/3-1- 25/2025 saylı sertifikasiya şəhadətnamələrinin ləğv edilməsi haqqında əmrindən görünür ki, adları aşağıda qeyd olunan tibb işçilərinə Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmiş sertifikasiya şəhadətnamələri ləğv edilmiş: X7- sertifikasiya şəhadətnaməsi AH seriyalı 044818 nömrəli, verilmə tarixi xx.xx.2022-ci il; İddiaçı- sertifikasiya şəhadətnaməsi AH seriyalı 043889 nömrəli, verilmə tarixi xx.xx.2022-ci il; Həmidova (Heydərova) Sevinc Abisalam qızı –sertifikasiya şəhadətnaməsi AH seriyalı 040407 nömrəli, verilmə tarixi xx.xx.2021-ci il; X10-sertifikasiya şəhadətnaməsi AH seriyalı 055491 nömrəli, verilmə tarixi xx.xx.2023-cü il; X13-sertifikasiya şəhadətnaməsi AH seriyalı 046988 nömrəli, verilmə tarixi xx.xx.2022-ci il; X9-sertifikasiya şəhadətnaməsi AH seriyalı 044967 nömrəli, verilmə tarixi xx.xx.2022-ci il; X11-sertifikasiya şəhadətnaməsi AH seriyalı 043603 nömrəli, verilmə tarixi xx.xx.2022-ci il. Azərbaycan Respublikası Baş Prokurorluğu Azzərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2-2-02/3/2- 242026384/2025 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin İnsan Resursları, Elm və Təhsil şöbəsinin sabiq müdiri X8 və qeyriləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ********* nömrəli cinayət işi başlanaraq istintaqı aparılır. İstintaqın hazırkı mərhələsində müəyyən edilmişdir ki, plastik cərrahiyyə ixtisası ilə bağlı olmayan və plastik cərrahiyyə ixtisası üzrə rezidentura təhsili almayan tibb sahəsində fərqli ixtisasa sahib şəxslərə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovanın imzası ilə verilmiş qanunvericiliyə zidd məktublar əsasında Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda kurslara cəlb olunaraq sertifikasiya imtahanına buraxılmış və həmin şəxslərə plastik cərrahiyyə üzrə praktiki fəaliyyətə buraxılmaları barədə sertifikasiya şəhadətnamələri verilmiş, həmin şəhadətnamələr əsasında onlar plastik cərrahiyyə əməliyyatları icra edirlər. Belə ki, istintaqla müəyyən edilmişdir ki, X11 və X7 ixtisasca onkoloq, X6 ixtisasca nevropatoloq, X9 və İddiaçı ixtisasca ginekoloq, X13 ixtisasca oftalmoloq, X10 ixtisasca terapevt olsalar da, onlara plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olmağa dair müvafiq sertifikasiya şəhadətnamələri verilmiş və adları sadalanan şəxslər hazırda plastik cərrahiyyə əməliyyatları icra edirlər. Azərbaycan Respublikasının Təhsil haqqında qanununun 1.0.51 -ci maddəsinə əsasən həkim-mütəxəssis dedikdə müvafiq təhsil proqramlarına əsasən rezidenturanı bitirmiş şəxslərə verilən ali-peşə-ixtisası dərəcəsini nəzərdə tutur. Azərbaycan Respublikasının Əhalinin Sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinə əsasən Tibb mütəxəssislərinin ixtisaslarının dəyişdirilməsinə yalnız müvafiq təhsil müəssisəsində peşə hazırlığı keçdikdən sonra və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra yol verilir. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun xx.xx.2014-cü il tarixdə təsdiq edilmiş Nizamnaməsindən görünür ki, İnstitut daxilində ixtisasartırma və kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi kursları fəaliyyət göstərir. X5 də göründüyü kimi ixtisasdəyişmə kursları İnstitutda mövcud deyil. Qeyd edilən normativ hüquqi aktların tələbindən də göründüyü kimi adları çəkilən şəxslər yalnız rezidentura təhsili keçdikdən sonra ixtisaslarını dəyişə bilərdilər. Nəzərə alsa ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2010-cu i! tarixli 50 nömrəli əmri ilə təsdiq edilmiş Rezidentura təhsilinin məzmunu və təşkili Qaydalarına əsasən rezidenturəda ayrı-ayrı həkim-mütəxəssis ixtisasları üzrə təhsil müddəti 2 ildən 5 ilə qədər olmaqla müvafiq təhsil proqramları ilə müəyyən edildiyi halda, adları sadalanan şəxslər ixtisaslarının dəyişilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovanın imzası ilə verilmiş qanunvericiliyə zidd məktublar əsasında qısa müddətli kurslar keçərək həmin ixtisas üzrə sertifikasiya imtahanından keçərək plastik cərrahiyyə ilə bağlı sertifikasiya şəhadətnamələrinə yiyələnmişlər. Ona görə də istintaq zərurəti ilə əlaqədar adları çəkilən şəxslərin şəhadətnamələrinin ləğvi məsələsinə baxılması, bununla bağlı, yəni şəhadətnamələrin ləğvinə dair müvafiq qərar qəbul olunanadək plastik cərrahiyyə ilə bağlı fəaliyyətlə məşğul olmalarının qarşısının alınması üçün tədbirlərin görülməsinə və nəticəsi barədə istintaq orqanına məlumat verilməsinə göstəriş verilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, cavabdehin nümayəndəsi və vəkili isə iştirak etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü İddia mübahisələndirmə haqqında iddiadır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia mümkündür. III. Məhkəmənin mövqeyi “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: … 1.0.38. rezidentura - tibb ixtisasları üzrə əsas (baza ali) təhsili əsasında həkimmütəxəssis hazırlığı forması; ... 1.0.50. həkim - əsas (baza ali) tibb təhsili almış məzunlara verilən ali peşəixtisas dərəcəsi; 1.0.51. həkim-mütəxəssis - müvafiq təhsil proqramlarına əsasən rezidenturanı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi; 22.6. Ali tibb təhsili təhsil proqramlarına və dövlət ali tibb təhsili standartlarına uyğun olaraq, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində aparılır, məzunlara müvafiq olaraq həkim və həkim-mütəxəssis ali peşə-ixtisas dərəcələri verilir. Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 21 noyabr tarixli 330 nömrəli qərarı ilə yeni redaksiyada təsdiq edilmiş, “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”: 1.1. Bu Qaydalar "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən hazırlanmışdır və rezidenturada təhsilin səviyyəsinə ümumi tələbləri müəyyən edir, rezidentlərin attestasiya şərtlərini müəyyən etməklə, həkimmütəxəssis hazırlığının səmərəliliyinin artırılmasına, təhsilin keyfiyyət səviyyəsinin beynəlxalq tibb təhsili sisteminin prinsiplərinə uyğunlaşdırılması ilə Azərbaycan Respublikasının ali tibb təhsili sisteminin dünya tibb təhsili məkanına inteqrasiyasına və verilmiş tibb təhsili sənədlərinin beynəlxalq məkanda tanınmasına şərait yaradır. 1.4. Rezidentura təhsili Azərbaycan Respublikası Nazirlər Kabinetinin ali təhsilin rezidentura səviyyəsi üzrə müəyyən etdiyi ixtisasların təsnifatına uyğun olaraq həkimmütəxəssis hazırlığının ixtisaslaşmalar üzrə həyata keçirilməsini təmin edir. Hər bir ixtisas üzrə ixtisaslaşmalar həmin ixtisasın təhsil proqramında sahələr üzrə müəyyən olunur. 3.2. Rezidenturada ayrı-ayrı həkim-mütəxəssis ixtisasları üzrə təhsil müddəti 2 ildən 5 ilə qədər olmaqla, müvafiq təhsil proqramları ilə müəyyən edilir. 5.12. Rezidentlər təhsil aldıqları dövrdə əsas (baza ali) tibb təhsili əsasında tutulmasına icazə verilən həkim vəzifələrində Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq işləyə bilərlər. Qanunvericiliyin sadalanan normalarından da göründüyü kimi, ali tibb təhsili əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində aparılır. Məzunlara isə müvafiq olaraq həkim və həkim-mütəxəssis ali peşə-ixtisas dərəcələri verilir. İş materiallarından görünür ki, İddiaçı 2003-cü ildə Azərbaycan Tibb Universitetinə daxil olmuş, 2009-cu ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi ixtisasını bitirmişdir. xx.xx.2009-cu ildən xx.xx.2010-cu ilədək akademik Bakı Dəmiryol Xəstəxanasında İnternatura kursu keçmişdir. Buraxılış imtahan komissiyasının xx.xx.2009-cu il tarixli qərarı ilə ona mama-ginekoloq ixtisası verilmişdir. İddiaçının rezidentura səviyyəsində təhsil almaması işin mübahisəsiz halıdır. İddiaçının təhsili əsas (baza ali) tibb təhsilidir və onun ixtisas dərəcəsi həkimmütəxəssis ali peşə-ixtisas dərəcəsi ilə eyniləşdirilməməlidir. Yalnız “mama-ginekoloq” ixtisası üzrə əsas (baza ali) tibb təhsilini almış şəxsin, əsas (baza ali) tibb təhsilindən sonra 3 il həmin ixtisas üzrə rezidentura təhsili almış şəxslər kimi plastik cərrahiyyə ixtisası üzrə sertifikasiyaya buraxılması qanunvericiliyə uyğun olmamaqla yanaşı, ədalətli də deyildir. Bununla belə, məhkəmə izah edir ki, iddiaçının ixtisası “mama-ginekoloq” olsa da, əsas (baza ali) tibb təhsili olduğundan, əsas (baza ali) tibb təhsili əsasında tutulmasına icazə verilən həkim vəzifələrində (həkim- mama-ginekoloq) işləyə bilər və bunun üçün sertifikasiyadan keçə bilər. İddiaçı məhkəməyə ixtisasının plastik cərrahiyyə ixtisasına dəyişdirilməsi məqsədilə rezidentura təhsilini başa vurmasına dair müvafiq Attestasiya Sisteminin "həkimmütəxəssis" ali peşə-ixtisas və zəruri dövlət nümunəli diplomu təqdim edilməmişdir. Halbuki, rezidenturada təhsil Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli qərarı ilə təsdiq edilmiş həkim-mütəxəssis ixtisasları üzrə aparılır ki, onlardan biri də "Plastik cərrahiyyə”dir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar