Məhkəmə qərarları › İş №e-2-1(112)-14535/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-14535/2025

31.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-14535/2025 31.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 545 nömrəli “Vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında” Qərarı ilə ayrılmış Binəqədi rayonu, Binəqədi bələdiyyəsi, 6-cı mkr, Qərb hissəsində yerləşən 700 kv.m torpaq sahəsi üzərində olan vətəndaş İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərində qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vətəndaş İddiaçı ərizə ilə Bələdiyyəyə müraciət edərək 6-cı mkr., Qərb hissəsində uzun müddət bağ sahəsi kimi abadlaşdırıb, yararlı vəziyətə saldığı və hazırda istifadə etdiyi 700 kv.m. torpaq sahəsinin mənzil şəraitinin genişləndirilməsi məqsədi ilə fərdi yaşayış evinin tikintisi üçün onun mülkiyyətinə ayrılmasını xahiş etmişdir. Vətəndaş İddiaçı ərizəsində göstərilənlər bələdiyyənin müvafiq qurumları tərəfindən araşdırılarkən müəyyən olunmuşdur ki, 6-cı mkr., Qərb hissəsində öz vəsaiti hesabına abadlaşdıraraq, yararlı vəziyyətə saldığı və uzun müddət bağ sahəsi kimi istifadə etdiyi 700 kv.m., torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün onun mülkiyyətinə verilməsi mümkündür. Məsələyə Binəqədi bələdiyyəsinin X9 Daimi komissiyasının.xx.xx.2007-ci il tarixli iclasında baxaraq, 6-cı mkr., Qərb hissəsində 700 kv.m., torpaq sahəsinin vətndaş İddiaçı tərəfindən abadlaşdıraraq, yararlı vəziyyətə saldığını nəzər alaraq, həmin sahənin fərdi yaşayış evinin tikintisi üçün onun mülkiyyətinə verilməsi məqsədə uyğun hesab edilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsini, “Bələdiyyələrin torpaqlarının ayrılmasına dair sənədlərin hazırlaması və razılaşdırılması qaydaları haqqında” əsasnaməsinə əsaslanaraq, Binəqədi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı ümumi iclası Binəqədi rayonu, 6-cı mkr., Qərb hissəsində 700 kv.m., torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün əlavə edilmiş cizgiyə uyğun olaraq, vətəndaş İddiaçı tərəfindən abadlaşdıraraq, yararlı vəziyyətə saldığını və onun tərəfindən istifadə edildiyini nəzərə alaraq onun mülkiyyətinə ayrılması, İddiaçı ilə müvafiq alqı-satqı müqaviləsi bağlanması, ayrılmış torpaq sahəsində, tikinti işlərinə, inşa ediləcək evin layihəsi, habelə mühəndis-kommunikasiya pasportu rayon memarlıq xidməti ilə razılaşdırıldıqdan sonra başlanılması qərara alınmışdır. Odur ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 20 oktyabr 2007-ci il tarixli, 545 nömrəli Vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında Qərar qəbul olunmuşdur. Həmçinin bununla bağlı olaraq Torpaqların X8 tərtib olunmuşdur. 063895 nömrəli qəbzlə 2912,00 manat məbləğində haqq ödənilmiş, Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin ərazisində olantorpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında 29 oktyabr 2007-ci il tarixli, 347 nömrəli müqavilə bağlanılmışdır. Binəqədi rayonu, 6-cı mkr., Qərb hissəsində İddiaçı abadlaşdırıb, istifadə etdiyi bağ sahəsinin, fərdi yaşayış evinin tikintisi üçün ayrılması nəzərdə tutulan 700 kv.m., torpaq sahəsinin situasiya planı tərtib olunmuşdur. Qeyd olunmalıdır ki, vətəndaş İddiaçı tərəfindən Binəqədi rayonu, 6-cı mkr., Qərb hissəsində yerləşən 700 kv.m., torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestri xidmətində qeydiyyata alaraq müvafiq çıxarışın verilməsi ilə bağlı müraciət edilmiş, lakin müvafiq müraciətimiz təmin olunmamışdır. Belə ki, xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-Ə-1034-8/2025 nömrəli məktubla hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. İnzibati orqan imtina, məktubunda. X2 Uçotu İnformasiya. Sistemində Bakı şəhərində yerləşən torpaq sahələrinə münasibətdə bələdiyyə mülkiyyətində olan torpaq sahələrininin sərhədləri barədə məlumat mövcud olmadığından araşdırma, aparılmasının mümkün olmadığı, torpaq sahəsinin yeləşmə cizgisində bələdiyyənin qərarına, istinad olunmadığı bildirilmişdir. Hazırki iş üzrə inzibati orqanın məktubunda göstərdiyi hallar formal mülahizələrdir. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinə müraciət etmək zəruriyyəti yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh iddiaya etiraz təqdim etmiş və etirazda bildirilmişdir ki, , İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 6 mkr, qərb hissəsində yerləşən 700 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbi ilə bağlı İdarəyə müraciət etmiş və xx.xx.2025-ci il tarixli **********75 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr baza məlumatlarına əsasən sahənin 2008-ci ilə qədər Abşeron İnzibati Ərazi vahidliyinin 2 nömrəli Zığ-Zeytunçuluq sovxozunda yerləşdiyi müəyyən edilmişdir. Daha sonra həmin sahə 13 iyun 2008-ci il tarixli, 2866 saylı Sərəncam ilə 2 nömrəli Zığ-Zeytunçuluq sovxozundan Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmışdır. Belə ki, baza məlumatlarına əsasən sahə vaxtilə Abşeron ərazisi olduğundan Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin torpaqayırma səlahiyyəti olmamışdır. Həmçinin, torpaq sahəsi yaşıllıq ərazisində yerləşməklə ümumi istifadədə olan əraziyə aiddir. Eyni zamanda, təqdim edilən yerləşmə planında dəqiq istinad, istinad məsafələri, perimetrik ölçülər qeyd olunmamış və müvafiq bələdiyyə qərarına istinad edilməmişdir. Bundan əlavə, cizgi səlahiyyətli şəxs tərəfindən təsdiq edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsini həyata keçirir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır “Daşı nmaz əmlakı n dövlət reyestri haqqı nda” Azərbaycan Respublikası Qanununun 11.1- ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh etirazı müdafiə edərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsi vasitəsilə təmsil olunmamışdırlar, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehi tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. İş materiallarından müəyyən olunur ki: -AJV seriyalı 063895 sayl Kassa mədaxil orderinin qəbzindən görünür ki,m İddiaçı tərəfindən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 700 kv.m torpaq sahəsinin alqı-satqısı üzrə 2912.00 manat mədaxil edilmişdir. -Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli b545 nömrəli “X1 fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında” Qərara əsasən Binəqədi rayonu, 6-cu mkr., Qərb hissəsində 700 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi çün əlavə edilmiş cizgiyə uyğun olaraq, vət. X6 tərəfindən abadlaşdıraraq, yararlı vəziyyətə salındığını və onun tərəfindən istifadə edildiyini nəzərə alaraq (hər kv.m. üçün YAN ilə 4 man. 16 qəp. ödəmək şərti ilə) onun mülkiyyətinə ayrılması, bələdiyyə mülkiyyətinin idarə edilməsi şöbəsinə vət. X6 ilə müvafiq alqı-satqı müqaviləsi bağlamasının tapşırılması qərara alınmışdır. -xx.xx.2007-ci il tarixli 347 nömrəli “Binəqədi ayonu Binəqədi Bələdiyyəsinin ərazisində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında” Müqaviləyə əsasən Binəqədi Rayon Binəqədi Bələdiyyəsi 6-cı mkr-nun Qərb hissəsində istifadə edilən 700 kv.m torpaq sahəsini fəördi yaşayış evinin tikintisi üçün alıcı İddiaçı təklif edir və alıcı da təklif edilən sahəni qəbul edir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-Ə-+1034-8/2025 nömrəli məktubda bildirilmişdir ki, X2 X3 Bakı şəhərində yerləşən torpaq sahələrinə münasibətdə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin sərhədləri barədə məlumat mövcud olmadığından araşdırma aparılması tərəfimizdən mümkün olmamışdır. Bundan başqa qeyd edilən torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamış və səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yer quriuşu haqqında* Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında* Azərbaycan Respublikası Qanununun 15.1.2-ci maddəsinə əsasən (hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmaması) hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-2496/2021 nömrəli Qərarına əsasən İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası rədd edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İşin hallarından müəyyən edilir ki, iddiaçıya Binəqədi rayonu, Binəqədi bələdiyyəsi, 6cı mkr, Qərb hissəsində yerləşən 700 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi məsələsinə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə münasibət bildirilmişdir. Belə ki, iddia tələbi təmin edilməmişdir. Həmin qərardan apellyasiya şikayəti verilmədiyindən qərar qanuni qüvvəsini almışdır. Hazırki iddia tələbi yenidən eyni məzmunlu olub, eyni tələb üzrə irəli sürülmüşdür. Həmçinin iddia ərizəsinə qoşma olaraq həmin mübahisə üzrə yeni inzibati icraata əsas veərn halın olduğuna dair hər hansı bir sübut təqdim edilməmişdir. Başqa sözlə, hazırkı inzibati məhkəmə icraatında iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi bələdiyyəsi, 6-cı mkr, Qərb hissəsində yerləşən 700 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi tələbi ilə bağlı bundan əvvəl eyni hüquqi və faktiki hallara əsasən inzibati məhkəmə icratında iddia qaldırmışdır. Həmin iş üzrə inzibati məhkəmə icraatında iddiaçının iddia tələbinə mahiyyəti üzrə hüquqi qiymət verilmiş və tələbi qanuni qüvvəsini almış məhkəmə qərarı ilə təmin edilməmişdir. İddiaçının sözügedən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı məhkəmə tərəfindən münasibət bildirilmiş və inzibati orqan üçün isə yeni inzibati icraatın açılmasına əsas olan yeni hal və sübutlar mövcud deyildir. İddiaçının hazırda başqa bir məhkəmə icraatının predmeti olmuş və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə qiymət verilmiş eyni iddianı hazırkı inzibati mühakimə icraatı qaydasında yenidən qaldırılması prosessual məhdudiyyətlərdən yayınmaqla həmin tələbə məhkəmə qaydasında yenidən baxılmasına nail olmağa əsas verir ki, bu da prosessual qanunvericiliklə yolverilməzdir. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumu “G.İsmayılzadənin şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2016-cı il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2016-cı il 29 noyabr tarixli Qərarında qeyd etmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 28 oktyabr 2014-cü il tarixli yekun qərarının hüquqi nəticələrinin mülki məhkəmə icraatı qaydasında faktiki olaraq qüvvədən salınmasını narahatlıqla qeyd edərək bildirir ki, belə hallar məhkəmələrin fəaliyyətində qeyri-konstitusion təcrübə yaratmış olar. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər.” Məhkəmə qeyd edir ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bu norma məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmaqla yekun qiymət verildiyindən artıq həmin mübahisə eyni tərəflər arasında hər hansı bir məhkəmədə (istər mülki, istər inzibati məhkəmə) mübahisə predmeti ola və baxıla bilməz. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 52, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar