Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-14544/2025 02.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxs X3 vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı (X4 üçüncü şəxs qismində cəlb edilməklə) “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı (üçüncü şəxs X4) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” xx.xx.2025-ci il tarixli, ******* saylı Qərarın ləğv edilməsi barədə qərar qəbul edilmısini xahiş etmişdir. İddia ərizəsi üzrə inzibati iş e-2-1(112)-14544/2025 nömrə ilə məhkəmənin icraatındadır (hakim Bəhlul Cəlalov). Həmçinin İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsinə qarşı iddia qaldırılaraq, İddiaçı ilə X3 birgə nikahlarından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü uşaq barədə xx.xx.2025-ci il tarixli 138 saylı doğum haqqında akt qeydinin ləğv edilməsi barədə cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi və həmin akt qeydinin bərpa edilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsi xahiş etmişdir. İddia ərizəsi e-2-1(112)-10800/2025 nömrə ilə qeydiyyata alınmışdır (hakim Həmid Ağalarov). İddiaçının nümayəndəsi və vəkili məhkəməyə “Elektron məhkəmə” sistemi vasitəsilə vəsatət verərək, Bakı İnzibati Məhkəməsinin icraatında olan e-2-1(112)-10800/2025, e-2- 1(112)-14375/2025 və e-2-1(112)-14544/2025 saylı işlər bir icraatda birləşdirilməli barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi vəsatətin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi vəsatətin təmin edilməsinə etiraz etdiyini bildirdi. Üçüncü şəxs X3 vəkili və nümayəndəsi vəsatətin təmin edilməsinə etiraz etdiyini bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hər iki iş bir icraatda birləşdirilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı (üçüncü şəxs X4) “qərarın ləğv edilməsi” e-2-1(112)-14544/2025 nömrəli inzibati işə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsinə qarşı (üçüncü şəxs X4) e-2-1(112)-10800/2025 nömrəli inzibati işə, üzrə məhkəmə icraatına birləşdirilməsi ilə əlaqədar xitam verilməlidir. Belə ki, hər iki iddia bir-biri ilə əlaqəlidir. Hər iki iş üzrə İddiaçı, üçüncü şəxs, X4, hər iki iş üzrə iddia tələbinin predmeti tərəflərin nikahından olan xx.xx.2024-cü il təvəllüdlü uşaq barəsindədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Həmin Məcəllənin 56.3-ci maddəsinə əsasən məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. İnzibati-Prosessual Məcəllənin 83.3.4-cü maddəsinə əsasən müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. İPM-in 83-cü maddəsinə əsasən şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Məhkəmə hesab edir ki, hər iki iddia tələbinin predmetini eyni olduğundan hər iki işə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə işlər bir icraatda birləşdirilməlidir. Qeyd olunanlara əsasən və İPM-in İPM-in 1.2-ci, 2.2-ci, 4.1-ci, 16.3-cü, 23.1-ci, 37-ci, 83.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı İnzibati Məhkəməsinin icraatında olan e-2-1(112)-14544/20254 nömrəli (İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı (üçüncü şəxs X4)) inzibati iş, həmin məhkəmənin icraatında olan e-2-1(112)-10800/2025 nömrəli (İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsinə qarşı (üçüncü şəxs X4)) inzibati işə birləşdirilsin. e-2-1(112)-14544/20254 nömrəli inzibati iş üzrə məhkəmə icraatına e-2-1(112)- 10800/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilməsi ilə əlaqədar xitam verilsin. Məhkəmə qərardadından müstəqil qaydada şikayət verilə bilməz. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №e-2-1(112)-14544/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-14544/2025
02.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver