Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-14572/2025 14.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçıların nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X3) qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli Qeydiyyat Vəsiqəsində qeyd olunmuş ölçülərə və faktiki istifadə vəziyyətinə uyğun olaraq, iddiaşıların faktiki istifadəsində və sahibliyində olan 587 kv metr torpaq sahəsinə və torpaq sahəsinin içərisində yerləşən 82.3 kv metr yaşayış və 58.3 kv metr köməkçi sahədən ibarət olan “B” tikilisinə ayrıca Çıxarış və Texniki Pasport verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X3 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, **********53-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, ünvan 1, Yeni qaydalarla: AZ 1138, ünvan 3 ünvanında 0.1005 ha torpaq sahəsinin içərisində yerləşən, ümumi sahəsi 191.10 kv metr olan fərdi yaşayış evinin 2/6 hissəsi İddiaçı1, 1/6 hissəsi Vahabova (Kərimova) Zahirə Ziyəddin qızının, 3/6 hissəsi isə cavabdeh X1 mülkiyyətində olmaqla, 0.1005 ha torpaq sahəsi ümumi birgə mülkiyyətdədir. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən, ünvan 1 ünvanında yerləşən 587 kv metr torpaq sahəsi, 82.3 kv metr yaşayış sahəsi və 58.3 kv metr köməkçi sahə X4 mülkiyyətində, 417.6 kv metr torpaq sahəsi, 40.0 kv metr yaşayış sahəsi və 17.1 kv metr köməkçi sahə X1 mülkiyyətində olmuşdur. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasporta əsasən, Bakışəhəri,Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi,ev 161A ünvanında yerləşən fərdi yaşayış evinin X4 mülkiyyətində, 587 kv metr torpaq sahəsinin və torpaq sahəsində yerləşən 82.3 kv metr yaşayış sahəsi və 58.3 kv metr köməkçi sahədən ibarət olan “B” tikilisi və X1 mülkiyyətində 417.6 kv metr torpaq sahəsinin və torpaq sahəsində yerləşən 40.0 kv metr yaşayış sahəsi və 17.1 kv metr köməkçi sahədən ibarət olan “A” tikilisinin faktiki sərhədləri müəyyən edilmiş və birbirindən təcrid edilmişdir. X5 xx.xx.2002-ci ildə vəfat etdiyi üçün, ondam miras qalmış 587 kv metr torpaq sahəsi və torpaq sahəsində yerləşən 82.3 kv metr yaşayış sahəsi və 58.3 kv metr köməkçi sahədən ibarət olan “B” tikilisi vərəsəlik yolu ilə iddiaçıların mülkiyyətinə keçmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli Qeydiyyat Vəsiqəsində ünvan 1 ünvanında yerləşən 197.8 kv metr fərdi yaşayış evinə dair paylar müəyyən edilmiş və fərdi yaşayış evinin 2/6 hissəsi İddiaçı1, 1/6 hissəsi Vahabova (Kərimova) Zahirə Ziyəddin qızının, 3/6 hissəsi isə cavabdeh X1 payları qeyd edilmişdir. Əmlak Məsələləri Dövlət XidmətiDaşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, **********53-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, hazırda mülkiyyətdə olan ünvan 1 Yeni qaydalarla:AZ 1138, ünvan 3 ünvanında 0.1005 ha torpaq sahəsinin 587 kv metr hissəsi iddiaçıların faktiki istifadəsindədir, 417.6 kv metr hissəsi isə X1 faktiki istifadəsindədir və hər iki torpaq sahəsi daş hasarla bir birindən təcrid olunmuşdur və ayrıayrı giriş çıxış darvazaları vardır. Cavabdeh iddiaya yazılı etirazında göstərmişdir ki, müvafiq ünvanda yerləşən fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə uyğun payların müəyyən olunması barədə notariat qaydasında təsdiq edilmiş müqavilə və bölgü sxemi təqdim olunacağı təqdirdə qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi).. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin qərarın 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd olunanlara əsasən işin hallarını araşdıraraq hesab edir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Çünki iddiaçının hazırkı iddia vasitəsilə çatmaq istədiyi məqsədə nail olması mümkünsüzdür. Belə ki, işdə olan MH seriyalı 059136 nömrəli Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, D.Bünyadzadə küçəsindəki 161a saylı yaşayış evə X4 (587 kv.metr torpaq sahəsi, 82,3 kv.m yaşayış sahəsi, 58,3 kv.m köməkçi sahə) və X1 (417,6 kv.m torpaq sahəsi, 40,0 kv.m yaşayış sahəsi, 17,1 kv.m köməkçi sahə) paylı mülkiyyət hüququ xx.xx.1996-cı ildə qeydə alınmışdır. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin FM seriyalı 023088 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Dadaş Bunyadzadə küçəsindəki beş otaq, 122,2 kv.m yaşayış sahəsi, 197,8 kv.m ümumi sahəsi olan 161a saylı fərdi yaşayış evi X2 (1/6 hissə), İddiaçı1 (2/6 hissə) və X1 (3/6 hissə) paylı mülkiyyətindədir. iş materiallarında olan xx.xx.2025-ci il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 (Yeni qaydalarla: AZ1138, ünvan 3 ünvanında yerləşən 191.10 kv.metr sahəsi olan fərdi yaşayış evi və onun yerləşdiyi 0.1005 ha sahəsi olan torpaq sahəsi İddiaçı1 (fərdi evdən 2/6 hissə və torpaq sahəsi ümumi birgə), X2 (fərdi evdən 1/6 hissə və torpaq sahəsi ümumi birgə) və X1 (fərdi evdən 3/6 hissə və torpaq sahəsi ümumi birgə) paylı mülkiyyətindədir. İddiaçıların hazırkı tələbi onların p İddiaçıların hazırkı tələbi onların paylarına uyğun torpaq sahəsi və fərdi yaşayış evinə ayrıca çıxarışın verilməsi, daha doğrusu, paylı mülkiyyətə xitam verilməklə fərdi hüququnun qeydə alınmasıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Mülki Məcəllənin 213.4-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Həmin Məcəllənin 221-ci maddəsinə görə ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Həmin Məcəllənin 223-cü maddəsinə əsasən: 223.1. Birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Göründüyü kimi, qanunvericiliyə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya ümumi mülkiyyətdə olan əşya sayılır və ümumi mülkiyyətdə pay müəyyən edilmişsə, paylı mülkiyyət, müəyyən edilməmiş birgə mülkiyyət hesab olunur. Ümumi paylı mülkiyyətə xitam verilməsi üçün əmlak fiziki olaraq bölünməli, birgə mülkiyyətdə olan əmlak üzrə ümumiliyə son qoyulmalıdır. İddiaçılar hazırda mübahisəli əmlakın ona məxsus hissəsinə fiziki cəhətdən bölünmüş əmlak kimi ayrıca çıxarış verilməsini xahiş etsə də, işdən görünür ki, fərdi yaşayış evi paylı mülkiyyətdə, torpaq sahəsi isə birgə mülkiyyətdədir və həmin əmlakın bölünməsi, yaxud torpaq sahəsinə payın müəyyən edilməsi ilə bağlıı nə digər paylı mülkiyyətçi ilə razılıq, nə də məhkəmə qərarı təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, qanunverici daşınmaz əmlakın sxematik bölgüsünün aparılması ilə bağlı müraciət edən şəxslərin xidmət haqqının ödənilməsi barədə sənəd, şəxsiyyəti təsdiq edən sənəd, əmlaka dair hüquqmüəyyənedici sənədlər və müvafiq ərizə təqdim etdiyi halda bölgü sxemin tərtib edilməsini cavabdehə həvalə etmişdir, hansı ki, bu bölgü sxem əsasında bölünmüş əmlaka dair hər bir şəxsin daşınmaz əmlaka mülkiyyət hüququnun reyestrdə ayrıca qeydiyyatı mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Mülki Məcəlləsinin 220.3-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 223.4-cü maddəsinə görə ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. İstinad olunan normalardan görünür ki, ümumi mülkiyyətdə olan əşyanın bölünməsi tərəflərin razılığı ilə həyata keçirilir. Əgər belə razılıq yoxdursa, ümumi mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə qeyd edir ki, hazırkı halda tərəflər arasında paylı mülkiyyətin bölünməsi ilə bağlı razılıq, yaxud bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud deyil. Buna görə də məhkəmə hesab edir ki, iddiaçılar arzuladığı məqsədə nail olmaq üçün məsələ ilə bağlı həmin fərdi yaşayış evi və torpaq sahəsinin naturada bölünməsi ilə bağlı ümumi məhkəməyə müraciət etməlidirlər. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 6ənbərova
Məhkəmə qərarları › İş №e-2-1(112)-14572/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-14572/2025
14.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver