Məhkəmə qərarları › İş №e-2-1(112)-14590/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-14590/2025

28.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-14590/2025 28.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ƏDV məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət Vergi Xidmətinin ədv-nin 30%-nin geri qaytarılmasından imtina barədə qərarının qanunsuz hesab edilməsi, ödənilmiş ədv-nin 30%-nin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə onunla əsaslandırılmışdır ki, İddiaçı, 08 iyul 2022-ci ilin tarixində "xxxx" MTK-dən ünvan 1 ünvanında tikilən "AVANT PARK" yaşayış kompleksinin 6-cı binasınn 6-cı blokunun 8-ci mərtəbəsinində 5№li 3 otaqlı mənzili nağdsız bank ödənişi ilə satın almışdır. Alqı-satqı müqaviləsi "xxxx" MTK-nın satış Departamenti tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş, ödəniş bank vasitəsilə həyata keçirilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası təsdiq edilib. Lakin 21 noyabr 2022-ci ildə bununla əlaqədar olaraq İnternet Vergi İdarəsində müvafiq portal yaradılıb. Həyata keçirilməsi nəzərdə tutulan prosedurlar barədə vətəndaşların məlumatlandırılması məqsəd ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi saytında nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı xüsusi bölmə yaradılıb. Burada nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı qanunvericilik və normativ sənədlər, "Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı elektron ərizənin göndərilməsi qaydası", "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyriyaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə məlumat forması"nın və "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyət ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması üçün elektron qaimə-fakturanın formasının tərtib edilməsi və göndərilməsi qaydası ilə bağlı video təlimatlar, DVX-nin məlumatları və s. məsələlər əks olunub. Məhz buna görə, yəni alqı-satqı 08 iyul 2022-ci ilin tarixində olduğundan ona elektron qaimə-faktura təqdim olunmamışdir, çünki bununla əlaqədar olaraq konkret portal 21 noyabr 2022-ci ildə yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanına əsasən, fiziki şəxslərin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada aldıqları sahələrə görə ödənilmiş ƏDV-nin 30%-nin geri qaytarılması nəzərdə tutulmuşdur. 2025-ci ilin 14 iyul 2025-ci il tarixində Dövlət Vergi Xidmətinə müraciət etmişdir. Lakin 24 iyul 2025-ciil tarixində ona "Qərar **********874700 Yaşayış və qeyri-taşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasına imtina edilməsi haqqında" ƏDV-nin geri qaytarılmasından imtina cavabı təqdim olunmuşdur. İmtina Azərbaycan Respublikası Prezidentinin 25 may 2022- ci il tarixli Fərmanı ilə "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası'nın 5.1.2. bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin o, İddiaçı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini nağdsız qaydada satıcının bank hesabına ödəmişdir, çünki yuxarıda qeyd etdiyi kimi 21 noyabr 2022-ci ildə bununla əlaqədar olaraq İnternet Vergi İdarəsində müvafiq portal yaradılıb. Həyata keçirilməsi nəzərdə tutulan prosedurlar barədə vətandaşların məlumatlandırılması məqsəd ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi saytında nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı xüsusi bölmə yaradılıb. Burada nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı qanunvericilik və normativ sənədlər, "Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı elektron ərizənin göndərilməsi qaydası", "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyriyaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə məlumat forması"nın və "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyət ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması üçün elektron qaimə-fakturanın formasının tərtib edilməsi və göndərilməsi qaydası" ilə bağlı video təlimatlar, DVX-nin məlumatları və s. məsələlər əks olunub. Məhz buna görə, yəni alqı-satqı 08 iyul 2022-ci ilin tarixində olduğundan ona elektron qaimə-faktura təqdim olunmamışdır, çünki bununla əlaqədar olaraq konkret portal 21 noyabr 2022-ci ildə yaradılıb. X1 Xidmətinin bu "Qərar **********874700 Yaşayış və qeyri-taşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasına imtina edilməsi haqqında" qərarı qanunvericiliyin tələblərinə və Prezident Fərmanına ziddir, və onun hüquqlarını pozur. Alqı-satqı baş verən vaxt (08 iyul 2022-ci ilin tarixində) İnternet Vergi İdarəsində müvafiq portal olmayıb, həyata keçirilməsi nəzərdə tutulan prosedurlar barədə vətəndaşların məlumatlandırılması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi saytında nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı xüsusi bölmə yalniz 21 noyabr 2022-ci ildə yaradılıb. "xxxx" MTK ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı xüsusi bölmə yaradılması qərarından sonra Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası'nın 5.1.2. bəndinə əsasən Satıcı kimi yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəmə barədə alıcıya bank məlumatları olan hesab təqdim etməli idi. Ona ödəniş üçün təqdim edilən 3 sənəd: Birinci sənəd 0379 saylı 08 iyul 2022-ci il tarixli alqı-satqı müqaviləsinə 1 saylı Əlavə-Ödəniş cədvəlidir. Sənəddən görünür ki, yalnız bir məbləğ ödənməlidir. Bu məbləğ ƏDV daxil məbləğdir. 2-ci və 3-cü sənəd ilkin və aylıq ödənişlərlə bağlıdır. Bu ödənis hesab sənədlərindən görünür ki, yalnız bir məbləğ ödənməlidir. Bu məbləğ ƏDV daxil məbləğdir. Nəzərə almasını xahiş edir ki, "xxxx" MTK məhsuliyyətsizliyi üzündən ƏDV-nin bir hissəsinin qaytarılması ilə onun hüquqlarının pozulur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında ərizə təqdim edərək, iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-14590/2025 nömrəli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanında yerləşən "AVANT PARK" yaşayış kompleksinin 6-cı binasınn 6-cı blokunun 8-ci mərtəbəsinində 5º li 3 otaqlı mənzilin alışına görə iddiaçıya qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvvəkil banka ötürülməsi öhdəliyinin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsində irəli sürülən iddia tələbinə qarşı aşağıda qeyd olunan faktlara, hüquq normalarına və Mülki Prosessual Məcəllənin 47.2-ci və İnzibati Prosessual Məcəllənin 47.2 və 48.2-ci maddəsinə əsaslanaraq etiraz edir: İşin faktiki halları barədə: İddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) qaytarılması ilə bağlı xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixli ərizələr ilə cavabdeh orqana müraciət etmişdir. Həmin ərizələr AVİS sistemində (AVİS qeydiyyatı: xx.xx.2025-ci il tarixli **********175300 nömrəli və xx.xx.2025-ci il tarixli **********043800) nömrə ilə qeydiyyata alınmış, elektron müraciətə "0370" saylı alqı-satqı müqaviləsi, ödəniş sənədləri və digər müvafiq sənədlər əlavə edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı müəyyən edilmişdir ki, yaşayış sahəsinin dəyəri üzrə ödəniş qaydalarına əməl olunmamışdır. Belə ki, yaşayış sahəsinin ƏDV-siz dəyəri nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləği isə satıcının ƏDV depozit hesabına ödənilməli olduğu halda, iddiaçı tərəfindən yaşayış sahəsinin tam dəyəri - 158.312 AZN (ƏDV daxil olmaqla) birbaşa satıcının bank hesabına köçürülmüşdür. Halbuki, "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası"nın (bundan sonra "Qayda") 5.1.2-ci maddəsinə əsasən, alıcı tərəfindən ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına köçürüldüyünü təsdiq edən sənədlər təqdim edilməlidir. Halbuki, "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası"nın (bundan sonra "Qayda") 5.1.2-ci maddəsinə əsasən, alıcı tərəfindən ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına köçürüldüyünü təsdiq edən sənədlər təqdim edilməlidir. Bu səbəbdən də iddiaçının müraciəti Qaydaların tələblərinə uyğun sayılmadığından "Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında" xx.xx.2025-ci il tarixli, **********874700 saylı qərar qəbul edilmişdir. 1. İddiaçının qeydləri: İddiaçı tərəfindən qeyd edilmişdir ki, vergi orqanı tərəfindən Portal xx.xx.2022-ci il tarixindən İstifadəyə verilməyə başlamışdır. Onun tərəfindən ödənişlərə başlanma tarixi isə xx.xx.2022-ci ildir. Ödənişlərə başlanılan tarixdə Portal istifadəyə verilmədiyinə görə hazırda vergi orqanı tərəfindən əldə edilmiş yaşayış sahəsinə görə ƏDV-nin geri qaytarılmaması iddiaçının hüquqlarının pozulması ilə nəticələnir. Cavabdehin münasibəti: İddiaçının özü tərəfindən də etiraf edildiyi kimi onun tərəfindən əldə edilmiş yaşayış sahəsinə görə ödəniş edilməsinə xx.xx.2022-ci il tarixində başlanılmış, son ödəniş isə xx.xx.2025-ci il tarixində edilmişdir. Göründüyü kimi, ödənişlərə başlanıldığı tarixdə artıq Qaydalar qüvvəyə minmişdir. Buna baxmayaraq iddiaçı tərəfindən bütün ödənişlər edilən əldə edilmiş yaşayış sahəsinin ƏDV dəyəri MTK-nın depozit hesabına deyil, bank hesabına ödənilmiş, nəticədə Qaydaların 5.1.2-ci bəndinin tələbləri pozulmuşdur. İlkin ödənişin həyata keçirildiyi dövrdə Portalın istifadəyə verilməməsi ilə əlaqədar olaraq diqqətinizə çatdırmaq istəyərdik ki, Qaydaların 2.0.8-ci bəndində Portalın hansı mənaya gəldiyi və gördüyü funksiya qeyd olunmuşdur. Həmin bəndə əsasən portal bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemidir. Anlayışdan da göründüyü kimi portal yalnız ƏDV-nin geri qaytarılmasını istəyən fiziki şəxslərin müraciətlərinin qeydə alınmasını təmin informasiya sistemidir. Bu sistemin vətəndaşların yaşayış və qeyriyaşayış sahəsinin alınmasına görə edəcəyi ödənişin müvafiq olaraq Satıcının bank və depozit hesabına ödəməsini təmin etmək kimi funksiyası yoxdur. Ödənişin müvafiq hesablara ödənilməsini təmin etməli olan şəxs bilavasitə fiziki şəxs və müvəkkil banklardır. Apellyasiya instansiyası məhkəməsi İddiaçının ƏDV məbləğinin ƏDV depozit hesabına ödənilməməsini birbaşa olaraq portalın istifadədə olmaması ilə əlaqələndirmişdir. Halbuki həmin dövrdə Qaydaların qüvvəyə minməsinə baxmayaraq qeyd olunan əməliyyatın həyata keçirilməsi üçün portaldan istifadə edilməsinə ehtiyac yox idi. Portal yalnız vətəndaşın müraciətinin elektron qaydada qeydiyyata alınması, bu sahədə asanlaşdırılmanın təmin edilməsi üçün yaradılmış informasiya sistemidir. Yuxarıda qeyd olunanlara əsasən iddiaçı tərəfindən Portalın ilkin ödənişlərin edildiyi dövrdə istifadəyə verilməməsinə istinad edilməsi tamamilə əsassız və qanunsuzdur. Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(102)-667/2025 saylı qərarında da eyni hüquqi mövqe ifadə olunmuşdur. Qərarda göstərilmişdir ki, Qaydanın 5.1.2-ci bəndinə əsasən, ƏDV-nin qaytarılması yalnız o halda mümkündür ki, alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına köçürmüş olsun. Həmçinin, Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş "ƏDV-nin depozit hesabında uçotun aparılması və hərəkəti Qaydaları"nın 1.6-cı bəndinə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən daşınmaz əmlak alan şəxslər də ƏDV-nin məbləğini mütləq şəkildə satıcının depozit hesabına yönləndirməlidirlər. Məhkəmə qeyd etmişdir ki, bu tələblər imperativ xarakter daşıyır və onlara əməl edilmədikdə ƏDV-nin qaytarılması hüququ yaranmır. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən ödənişlər ƏDV daxil olmaqla satıcının bank hesabına köçürülmüşdür ki, bu da Qaydanın 5.1.2-ci bəndinin tələblərinə uyğun hesab edilmir. Yekun əsaslandırma: aşağıda qeyd edilənləri nəzərə alaraq, hesab edirik ki, iddia tələbi təmin edilməməlidir: 1) İddiaçı tərəfindən yaşayış sahəsinin əldə edilməsinə görə edilmiş ödənişlərin hamısı Qaydalar qüvvəyə mindikdən sonra edilsə də, ödənişlərin heç birinin ƏDV məbləği satıcının ƏDV depozit hesabına köçürülməmiş, Qaydaların 5.1.2-ci bəndinin tələbləri pozulmuşdur. İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının İştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Göstərilənləri nəzərə alaraq, məhkəmədən İddiaçı iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iiddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin iştirakları olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş sənədlərin surətindən görünür ki: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli **********874700 nömrəli “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi” Qərarına əsasən İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli elektron ərizələr üzrə ədvnin geri qaytarılmasının təmin edilməməsi qərara alınmışdır. -xx.xx.2022-ci il tarixli 0370 nömrəli Payçı Müqaviləsinə görə "xxxx" MTK pay qismində çıxış edən ünvan 3 ünvanında tikilməkdə olan “Avant Park” Yaşayış Kompleksinin 6-cı binasında,6-cı blok, 8-ci mərtəbə, 5 nömrəli, 3 otaqlı mənzili tikib və payçı İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürür. -xx.xx.2022-ci il tarixli FJB**********253 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 55000, valyuta: AZN, ödəyənin adı: İddiaçı. -xx.xx.2022-ci il tarixli FJB**********643 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 5740, valyuta: AZN, ödəyənin adı: İddiaçı. -xx.xx.2022-ci il tarixli FJB**********862 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 2870, valyuta: AZN, ödəyənin adı: İddiaçı. -xx.xx.2022-ci il tarixli BPM**********28 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 2870, valyuta: AZN, ödəyənin adı: İddiaçı. -xx.xx.2022-ci il tarixli FJB**********065 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 5740, valyuta: AZN, ödəyənin adı: İddiaçı. -xx.xx.2022-ci il tarixli BPM**********61 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 2870, valyuta: AZN, ödəyənin adı: İddiaçı. -xx.xx.2022-ci il tarixli BPM**********71 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 2870, valyuta: AZN, ödəyənin adı: İddiaçı. -xx.xx.2023-cü il tarixli BPM**********77 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 55000, valyuta: AZN, ödəyənin adı: İddiaçı. -xx.xx.2023-cü il tarixli BPM**********61 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 2870, valyuta: AZN, ödəyənin adı: İddiaçı. -xx.xx.2023-cü il tarixli BPM**********93 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 2870, valyuta: AZN, ödəyənin adı: İddiaçı. -xx.xx.2023-cü il tarixli BPM**********00 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 2870, valyuta: AZN, ödəyənin adı: İddiaçı. -xx.xx.2023-cü il tarixli BPM**********23 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 2870, valyuta: AZN, ödəyənin adı: İddiaçı. -xx.xx.2023-cü il tarixli BPM**********57 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 2870, valyuta: AZN, ödəyənin adı: İddiaçı. -xx.xx.2023-cü il tarixli BPM**********28 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 2870, valyuta: AZN, ödəyənin adı: İddiaçı. -xx.xx.2023-cü il tarixli BPM**********79 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 2870, valyuta: AZN, ödəyənin adı: İddiaçı. -xx.xx.2023-cü il tarixli BPM**********10 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 2870, valyuta: AZN, ödəyənin adı: İddiaçı. -xx.xx.2023-cü il tarixli BPM**********62 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 2870, valyuta: AZN, ödəyənin adı: İddiaçı. -xx.xx.2024-cü il tarixli BPM**********93 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 2870, valyuta: AZN, ödəyənin adı: İddiaçı. -xx.xx.2024-cü il tarixli BPM**********06 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 2870, valyuta: AZN, ödəyənin adı: İddiaçı. -xx.xx.2024-cü il tarixli BPM**********79 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 2870, valyuta: AZN, ödəyənin adı: İddiaçı. -xx.xx.2024-cü il tarixli BPM**********56 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 2870, valyuta: AZN, ödəyənin adı: İddiaçı. -xx.xx.2024-cü il tarixli BPM**********83 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 2870, valyuta: AZN, ödəyənin adı: İddiaçı. -xx.xx.2024-cü il tarixli BPM**********10 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 2870, valyuta: AZN, ödəyənin adı: İddiaçı. -xx.xx.2024-cü il tarixli BPM**********10 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 2870, valyuta: AZN, ödəyənin adı: İddiaçı. -xx.xx.2024-cü il tarixli BPM**********28 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 2870, valyuta: AZN, ödəyənin adı: İddiaçı. -xx.xx.2024-cü il tarixli BPM**********69 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 2870, valyuta: AZN, ödəyənin adı: İddiaçı. -xx.xx.2024-cü il tarixli BPM**********99 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 2870, valyuta: AZN, ödəyənin adı: İddiaçı. -xx.xx.2024-cü il tarixli BPM**********69 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 2870, valyuta: AZN, ödəyənin adı: İddiaçı. -xx.xx.2024-cü il tarixli BPM**********10 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 2870, valyuta: AZN, ödəyənin adı: İddiaçı. -xx.xx.2025-ci il tarixli BPM**********49 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 2870, valyuta: AZN, ödəyənin adı: İddiaçı. -xx.xx.2025-ci il tarixli BPM**********93 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 2870, valyuta: AZN, ödəyənin adı: İddiaçı. -xx.xx.2025-ci il tarixli 76866 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 2870, valyuta: AZN, ödəyənin adı: İddiaçı. -"xxxx" MTK tərəfindən verilən xx.xx.2025-ci il tarixli Maliyyə Arayışına əsasən ünvan 4 ünvanda yerləşən "AVANT PARK" layihəsinin 6-cı binasında, 6-cı blok, 8-ci mərtəbə, 5 saylı, 3 otaqlı, 102.80 kv.m. mənzil "xxxx" MTK- ya məxsusdur. 08 iyul 2022 tarixli, 0370 saylı Payçı müqaviləsinə əsasən 6-cı bina, 6-cı blok, 8-ci mərtəbə, 5 saylı, 3 otaqlı mənzilin pay dəyəri tam olaraq payçı İddiaçı tərəfindən ödənilmişdir. Payçı İddiaçı MTK-ya hər hansı borcu yoxdur. -"xxxx" MTK-nın iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli 195 nömrəli Arayışına əsasən Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası"na dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanın tələbinə görə mənzilin satışı həyata keçən dövrdə e-qaimə göndərilməsi tələb olunmadığından e-qaimə təqdim edilməmişdir. Buna baxmayaraq Kooperativə tərətinizdən ödənilən ƏDV daxil 158 312 (yüz əlli səkkiz min üç yüz on iki) manat məbləğin 24149.29 (iyirmi dörd min yüz qırx doqquz manat iyirmi doqquz qəpik) ƏDV məbləği müvafiq qaydada vergi orqanına ümumi hesabatda bəyan edilmiş və yaranmış vergi öhdəliyi ödənilmişdir. O səbəbdən ödənişinizə uyğun tərəfimizdən təkrar elektron qaiməfakturanın doldurularaq, təsdiq edilməsi mümkün deyildir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ödənilmiş ədv-nin 30%-nin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Hazırkı iddiaçının tələbi öhdəliyin icrası haqqında iddia növünə uyğundur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyəti üzrə əsassızdır. İşin hallarından görünür ki, İddiaçı "xxxx" MTK arasında bağlanmış xx.xx.2022-ci il tarixli 0370 nömrəli Payçı müqaviləsinə əsasən, “MTK” pay qismində çıxış edən ünvan 4 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 6-cı binasında, 6-cı blok, 8-ci mərtəbə, 5№-li, 3 otaqlı mənzili satın almış, mənzilin ümumi dəyərini satıcı MTK-nın bank hesabına köçürmüşdür. İddiaçı hazırda həmin vəsait üzrə ƏDV-nin geri qaytarılmasını xahiş edir. Cavabdeh imtina qərarında müraciətin təmin edilməsini istisna edən hal kimi mənzilin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənə bilməsinə istinad etmişdir: xx.xx.2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDVnin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Həmin maddənin icrası məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilmişdir. Həmin Qaydanın aşağıdakı bəndlərinə əsasən: 1.1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. 1.5. Alıcı eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahəsi aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetrdən və qeyriyaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDVyə tətbiq edilir. Alıcının eyni binadan sahəsi 500 kvadratmetrdən artıq olan bir neçə yaşayış və ya qeyri-yaşayış sahəsi alması zamanı yaşayış və ya qeyri-yaşayış sahələrinin bir kvadratmetrinin satış qiyməti fərqli olduqda, ƏDV-nin qaytarılması məqsədilə 500 kvadratmetr hissə müəyyən edilərkən bir kvadratmetrinin satış qiyməti daha yüksək olan yaşayış və ya qeyri-yaşayış sahəsi əsas götürülür. 1.6. Yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 (otuz) iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır. 2.0.8. portal – bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemidir. 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və müvafiq sənədləri skan edərək portala göndərir. 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDVnin qaytarılmasına yol verilmir. 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə. Sadalanan normalardan görünür ki, nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün şəxs portala müraciət daxil etməli, bu müraciəti yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq etməlidir, əks halda Qaydalara əsasən həmin müddət başa çatdıqdan sonra edilən müraciətlər üzrə ƏDV-nin qaytarılmasına yol verilmir. İşdən görünür ki, iddiaçı mənzilə dair sonuncu ödənişi xx.xx.2025-ci il tarixdə ödədikdən sonra xx.xx.2025-ci il tarixdə ƏDV-nin qaytarılması barədə tələblə cavabdehə müraciət etmişdir. Eyni zamanda müəyyən edilir ki, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən, Qaydaların 5.1.2-ci bəndinin tələblərinin pozulmasına, yəni mənzilin dəyəri ödənilən zaman ƏDV məbləğinin ƏDV depozit hesabına deyil, alıcının hesabına ödənildiyini də göstərmişdir. Belə ki, Vergi Məcəlləsinin 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş 165.6-ci maddəsi fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılmasına dair yeni tənzimləmələr gətirmişdir. Bununla yanaşı, qanun, qaytarılmanın şərtlərinə və qaydasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlavə normativ tənzimləmələr aparılmalı olduğunu təsbit etmişdir. Bundan sonra həmin normativ tənzimləmələrin həyata keçirilməsi məqsədilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Sözügedən Qaydanın 6-cı bəndi keçid müddəaları nəzərdə tutmuşdur. Keçid müddəaları Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il 01 yanvar tarixdən Qaydanın qüvvəyə mindiyi 2022-ci il 25 may tarixədək olan dövrə ərzindəyaranmış münasibətləri tənzimləmiş, Qaydanın zaman etibarilə qanunun qüvvəyə minməsindən xeyli müddət sonra qüvvəyə minməsinin şəxslərə münasibətdə yarada biləcəyi əlverişsiz vəziyyətləri onların maraqlarını nəzərə almaqla nizamlamağa yönəlmişdir. Keçid müddəalarına görə Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən Fərmanla təsdiq edilmiş Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyriyaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizinin Qaydanın qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq qaytarılması qaydası müəyyən edilmişdir. Oxşar iş üzrə AR Ali Məhkəməsinin 2-1(102)-1498/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, bu qəbildən olan mübahisələrə baxılarkən məhkəmələr tərəfindən aydınlaşdırılmalı olan əsas məqamlardan biri mübahisənin keçid normalarının təsiri altına düşüb-düşmədiyi ilə bağlı məsələdir. Keçid normalarının təsiri altına düşə bilməsi üçün yaşayış və qeyri-yaşayış sahələri Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixədək əldə edilmiş olmalıdır. Əldə edilmə dedikdə isə 2020-ci il yanvarın 1-dən 2022ci il mayın 25-dək yaşayış və qeyri-yaşayış sahələrinə dair qanunvericiliklə müəyyən edilmiş qaydada müqavilələrin bağlanılması nəzərdə tutulur. Həmin tarixlər arasında müqavilə bağlamaqla və ödəniş etməklə sahə əldə etmiş şəxslərdən ƏDV məbləğinin satıcının ƏDV depozit hesabına ödənilməsi tələb olunmur. Bundan fərqli olaraq, yaşayış və qeyri-yaşayış sahələrini Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixdən sonra müqavilə bağlamaqla əldə etmiş şəxslərə münasibətdə isə Qaydanın 5.1.2-ci bəndi tətbiq olunmalıdır. Yəni, həmin şəxslər alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödədikləri halda, onların ödənilmiş ƏDV-nin 30 faizini geri almaq hüquqları yaranır. Hazırki işdə iddiaçı yaşayış sahəsinə dair müqaviləni xx.xx.2022-ci ildə bağlamış olsa da müqavilə üzrə mənzilin dəyərinin tam ödənişi xx.xx.2025-ci ildə bitmişdir. Belə olan halda hazırkı iş üzrə mübahisə Qaydanın keçid normalarına görə deyil, ümumi qaydalara görə həll olunmalıdır. Buna görə, Qaydanın 5.1.2-ci bəndi iş üzrə tətbiq olunmalıdır, belə ki, iddiaçı yaşayış sahəsinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödədiyi halda, onun ödənilmiş ƏDV-nin 30 faizini geri almaq hüququ yaranardı. Hazırki iş üzrə isə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış sahəsinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ayrı-ayrılıqda deyil, birlikdə ödənildiyi və ödəmənin sonrakı tarixlərdə, hətta xx.xx.2025-ci il tarixdə belə eyni hesaba ödənildiyi müəyyən edilmişdir. Bu zaman o hal da nəzərə alınmalıdır ki, qanunla ƏDV-nin geri qaytarılması hüququ müqavilə üzrə ödənişin tam ödənildiyi vaxtda yaranır (ƏDV-nin hissəvi qaytarılması nəzərdə tutulmamışdır). İddiaçı üçün isə ƏDV-nin geri qaytarılmasını tələb etmə hüququ ödənişi başa çatdırdığı may 2025-ci ildə yaranmışdır. ƏDV-nin qaytarılması Şərtləri və Qaydasının tələblərinə görə ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaiməfakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti operator vəzifəsini yerinə yetirir, Dövlət Vergi Xidməti bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi olan portal yaradır, operator olaraq bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; proqram təminatının, portalın və vahid məlumat bazasının yaradılmasını və idarə edilməsini, alıcıya təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturaların tərtib edilməsi və həmin elektron qaiməfakturalar barədə məlumatların vahid elektron məlumat bazasına ötürülməsini təmin edir (2.0.4, 2.0.8 və 3.1-ci bəndlər). Hazırkı iş üzrə iddiaçı müqavilə üzrə öhdəliyini 2022-ci ildə icrasına başlamış və tam ödənişi may 2025-ci ildə ödəmiş və noyabr 2022-ci ildən sonra may 2025-ci ilədək məzilin dəyərini və ƏDV məbləğini satıcının ƏDV depozit hesabına deyil, vahid hesaba ödəməkdə davam etmişdir. Beləliklə, müəyyən olunur ki, yaşayış və qeyri-yaşayış sahələrinə görə iddiaçı tərəfindən aparılmış ödənişlər “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinin tələblərinə uyğun deyil. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən iddiaçı yaşayış sahəsinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödəməli olduğundan, lakin iddiaçı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ayrıayrılıqda deyil, birlikdə ödənildiyi müəyyən edildiyindən, həmçinin iddiaçı tərəfindən ƏDV məbləğinin ayrıca olaraq ƏDV-nin depozit hesabına ödəmək üçün texniki imkanın mövcud olmaması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, iddiaçının hazırki tələbi əsaslı hesab edilə və təmin edilə bilməz Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ƏDV məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar