Məhkəmə qərarları › İş №e-2-1(112)-1460/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1460/2022

05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1460/2022 05.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğvi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş **********091500 saylı 31.05.2021-ci il tarixli, **********076600 saylı 31.05.2021-ci il tarixli, **********632000 saylı 02.06.2021-ci il tarixli, **********645800 saylı, 02 iyun 2021-ci il tarixli, **********854900 saylı 02 iyun 2021-ci il tarixli, **********212200 saylı 02 iyun 2021-ci il tarixli, **********375500 saylı 03 iyun 2021-ci il tarixli vergilərin, sosial sığorta və işsizlik siğortası haqlarının hesablanması barədə qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı aidiyyəti üzə 6 saylı Ərazi Vergilər Baş İdarəsi olan vergi orqanında vergi ödəyicisi kimi qeydiyyata alınmış və ona VÖEN: ********** verilmişdir. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olur və heç bir mövcud qanunvericilik və qadağan olunmuş fəaliyyəti yoxdur. İddiaçının sahibkarlıq fəaliyyəti dövründə heç bir vergi ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. 2019-cu il Gəlir Vergisi bəyannaməsi üzrə keçirilən kameral yoxlama vergisinin aparılması ümumiyyətlə, qanuna uyğun olmamışdır. Mübahisələndirilən cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş **********091500 saylı 31.05.2021-ci il tarixli, **********076600 saylı 31.05.2021-ci il tarixli, **********632000 saylı 02.06.2021-ci il tarixli, **********645800 saylı 02 iyun 2021-ci il tarixli, **********854900 saylı 02 iyun 2021-ci il tarixli, **********212200 saylı 02 iyun 2021-ci il tarixli, **********375500 saylı 03 iyun 2021-ci il tarixli qərarlar qanunvericiliklə müəyyən edilmiş qaydada iddiaçıya təqdim olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, uçot-baza məlumatına əsasən aparılan araşdırma zamanı İddiaçı 14.07.2017-ci il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına, 01.12.2018-ci il tarixdən isə ƏDV qeydiyyatına alındığı, əsas fəaliyyət növünün “restoranlar tərəfindən xidmətlərin göstərilməsi və yeməklərin çatdırılması üzrə xidmətlər” olduğu müəyyən edilmişdir. İddiaçı 2018-ci ilin 4-cü rübü üçün təqdim etdiyi sadələşdirilmiş vergi bəyannaməsinin 801, 802, 803-cü sətirlərindəki B1 sütünlarının cəmi və 2019-cu ilin yanvar, fevral, mart, aprel, may, iyun ayları üçün təqdim edilmiş ƏDV bəyannamələrinin 301-ci sətirlərinin rəsmiləşdirilmiş son xronometraj müşahidələrinin nəticəsi arasında kənarlaşmaların yarandığı müəyyən edilmişdir. Yaranmış kənarlaşmalar ilə əlaqədar “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 14.02.2019-cu il tarixli **********730600 nömrəli və 23.07.2019-cu il tarixli **********940300 nömrəli məktublar göndərilmiş, vergi ödəyicisindən zəruri sənədlər və ətraflı izahat tələb olunmuşdur. Vergi ödəyicisi tərəfindən kameral vergi yoxlaması üçün zəruri olan məktubda qeyd edilən sənədlər və dəqiqləşdirilmiş bəyannamə təqdim edilməmişdir. Kənarlaşma aradan qaldırılmadığı üçün vergi ödəyicisinə 2018-ci ilin avqust ayında keçirilmiş xronometraj metodu ilə müşahidələrin nəticələrinə əsasən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2018-ci ilin 4-cü rübü üçün sadələşdirilmiş vergi və 2019-cu ilin yanvar, fevral, mart, aprel, may və iyun ayları üçün ƏDV bəyannamələri üzrə kameral vergi yoxlaması ilə 47399,92 manat vergi məbləği hesablanmışdır. Kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 12.03.2019-cı il tarixli **********189500; 15.08.2019-cu il tarixli **********257700; 22.08.2019-cu il tarixli **********047800, **********046100, **********043000,**********042300, **********040900 nömrəli qərarlar vergi ödəyicisinə göndərilmişdir. Kameral qaydada vergilərin hesablanması ilə bağlı bildirilir ki, İddiaçı məxsus “Dostluq Restoranı” adlı təsərrüfat subyektində 08.08.2018-ci il tarixli “Xronometraj metodu ilə müşahidələrin aparılması haqqında” **********5905 nömrəli qərara əsasən 09.08.2018-ci il tarixdən 19.08.2018-ci il tarixədək xronometraj metodu ilə müşahidələrin aparıldığı və nəticələrinin 19.08.2018-ci il tarixli 021331 nömrəli aktla rəsmiləşdirilməklə satış dövriyyəsi 19297,50 manat olmaqla orta günlük dövriyyənin 1754,32 manat (19297,50/11=1754,32) təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı günlük və yekun aktların doğruluğunu imzası və möhür ilə təsdiq etmiş və aktların bir nüsxəsini əlavələrlə birlikdə aldığı barədə imza etmiş və yoxlamaya həftədə 7 gün olmaqla saat 10:00-dan saat 00:00-dək fəaliyyət göstərdiyi barədə öz imzası ilə arayış təqdim etmişdir. Bundan əlavə, araşdırma zamanı İddiaçı tərəfindən 2017-ci ilin oktyabr ayından bu günə kimi dövlət büdcəsinə heç bir ödənişin aparılmadığı, vergi ödəyicisinin “Təkrar xronometraj metodu ilə müşahidə keçirilməsi barədə” və keçirilmiş xronometrajın passivləşdirilməsi barədə vergi orqanına müraciət etmədiyi, 03.06.2019-cu il tarixdə “vergi ödəyicisinin (filialın, nümayəndəliyin, təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatların müvəqqəti olaraq dayandırılması barədə” və “vergi ödəyicisinin (filialın, nümayəndəliyin, təsərrüfat subyektinin (obyektinin)) ləğvi barədə” ərizələrlə müraciət edərək fəaliyyətini dayandırdığı müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən eyni dövrlər üzrə dəqiqləşdirilmiş bəyannamələr təqdim edilməsinə baxmayaraq, müvafiq dövrlər üzrə dövriyyənin və vergi məbləğinin azalmasına əsas veriləcək təsdiqedici sənədlər təqdim edimədiyi üçün kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğləri bərpa olunmuş və vergi ödəyicisinə 31.05.2021-ci il tarixli **********091500, **********076600; 02.06.2021-ci il tarixli **********632000, **********645800, **********854900; **********212200; 03.06.2021-ci il tarixli **********375500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar göndərilmişdir. İddiaçı 2018-ci ilin 4-cü rübü üçün sadələşdirilmiş vergi və 2019-cu ilin yanvar, fevral, mart, aprel, may və iyun ayları üçün ƏDV bəyannamələri üzrə kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğlərindən narazı olması barədə inzibati şikayətinə Vergilər Nazirliyində (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) baxılmış və “İnzibati şikayətin təmin edilməməsi haqqında” 16.10.2019-cu il tarixli **********671900 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar ilə İddiaçı inzibati şikayəti təmin edilməmişdir. İddiaçı “İnzibati şikayətin təmin edilməməsi haqqında” 30.12.2020-ci il tarixli **********675400 nömrəli qərarın ləğv edilməsi barədə şikayətinə İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasında baxılmış və 05.03.2021-ci il tarixli 23 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar ilə İddiaçı şikayəti təmin edilməmiş və “İnzibati şikayətin təmin edilməməsi haqqında” 16.10.2019-cu il tarixli **********671900 nömrəli qərar dəyişdirilmədən saxlanılmışdır. İddiaçının nümayəndəsi və vəkili “İddia ərizəsinə əlavə”də bildirmişdir ki, İddiaçı aidiyyəti üzə 6 saylı Ərazi Vergilər Baş İdarəsi olan vergi orqanında vergi ödəyicisi kimi qeydiyyata alınmış və ona VÖEN: ********** verilmişdir. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olur və heç bir mövcud qanunvericilik və qadağan olunmuş fəaliyyəti yoxdur. İddiaçının sahibkarlıq fəaliyyəti dövründə heç bir vergi ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. 2019-cu il Gəlir Vergisi bəyannaməsi üzrə keçirilən kameral yoxlama vergisinin aparılması ümumiyyətlə, qanuna uyğun olmamışdır. Mübahisələndirilən cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş **********091500 saylı 31.05.2021-ci il tarixli, **********076600 saylı, 31.05.2021-ci il tarixli, **********632000 saylı, 02.06.2021-ci il tarixli, **********645800 saylı, 02 iyun 2021-ci il tarixli, **********854900 saylı, 02 iyun 2021ci il tarixli, **********212200 saylı, 02 iyun 2021-ci il tarixli, **********375500 saylı, 03 iyun 2021-ci il tarixli qərarlar qanunvericiliklə müəyyən edilmiş qaydada iddiaçıya təqdim olunmamışdır. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən qərarlar onunla əsaslandırılmışdır ki, iddiaçının fərdi sahibkar kimi 2018-ci ilin 4-cü rübü üçün təqdim etdiyi sadələşdirilmiş vergi bəyannaməsinin 801, 802, 803-cü sətrlərindəki B1 sütünlarının cəmi 2019-cu ilin yanvar, fevral, mart, aprel, may, iyun ayları üçün təqdim edilmiş ƏDV bəyannamələrinin 301-ci sətirlərinin rəsmiləşdirilmiş son xronometraj müşahidələrinin nəticəsi arasında kənarlaşmanın yarandığı müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən kameral vergi yoxlaması üçün zəruri olan məktubda qeyd edilən sənədlər və dəqiqləşdirilmiş bəyannamə təqdim edilməmiş və bununla əlaqədar yaranmış uyğunsuzluqlarla əlaqədar xronometraj metodu ilə müşahidələr nəticəsində əsassız əlavə vergi məbləği hesablanmışdır. İddiaçı tərəfindən mübahisələndirilən cavabdeh inzibati orqanın qərarlardan yuxarı vergi orqanına inzibati qaydada şikayət ünvanlanmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 16 oktyabr 2021-ci il tarixli, **********671900 saylı inzibati şikayətin təmin edilməməsi haqqında Qərar qəbul edilmişdir. Cavabdeh iddia ərizəsinə əlavəyə etirazında bildirmişdir ki, İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğlərinin azaldılması barədə müraciətinin Vergilər Nazirliyində (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) araşdırılması zamanı onun fəaliyyət göstərdiyi obyektə baxış keçirilməsinə zərurət yaranmışdır. Müraciətin obyektiv araşdırılması məqsədilə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (hazırkı İqtisadiyyat Nazirliyi yanında Döviət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) obyektin fəaliyyətdə olub-olmamasının müəyyən edilməsi üçün yerində baxış keçirilməsi barədə 09.10.2019-cu il tarixli **********232000 nömrəli xidməti məktub göndərilmiş və araşdırma aparılaraq nəticəsi barədə məlumat verilməsi tapşırılmışdır. Bununa əlaqədar, obyektin fəaliyyətdə olub-olmamasının müəyyən edilməsi məqsədilə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları tərəfindən yerində yoxlama keçirilmiş, nəticəsi barədə 11.10.2019-cu il tarixli akt (6 ədəd foto şəkil və NKA çeki əlavə olunmaqla) tərtib edilmiş və həmin sənədlər 15.10.2019-cu il tarixli **********143400 nömrəli xidməti məktubla Vergilər Nazirliyinə (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) təqdim edilmişdir. 15.10.2019-cu il tarixli **********143400 nömrəli məktub daxili xidməti araşdırmanın nəticəsi ilə bağlı olduğuna görə həmin məktubun vergi ödəyicisinə təqdim edilməsinə zərurət yaranmamşdır. Bundan əlavə, iddia ərizəsinə əlavədə qeyd olunur ki, xronometraj metodu ilə keçirilmiş müşahidənin nəticəsi barədə tərtib edilmiş aktları (günlük və yekun) vergi ödəyicisinin əvəzindən Nəcəfov.E.H adlı şəxs imzalamış və həmin aktlardan iddiaçının məlumatı olmamışdır. İddiaçının qeyd etdiyi dəlilləri aşağıda qeyd olunan səbəblərə görə əsassız hesab edir: cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraza əlavə olunan sənədlərdən göründüyü kimi xronometraj metodu ilə keçirilmiş müşahdənin nəticəsi barədə tərtib edilmiş aktları (günlük və yekun) vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi kimi X3 imzalamışdır. Həmin sənədlər sifarişçi fərdi sahibkar İddiaçı ilə icraçı "xxxx" MMC-nin direktoru X3 arasında bağlanmış 02 07.2018-ci il tarixli 39/18 nömrəli müqaviləyə əsasən səlahiyyətli nümayəndə kimi E.Nəcəfov tərəfindən imzalanmışdır. İddiaçı həmin müqavilənin 6.1-ci bəndində göstərilən dövlət orqanlarında sifarişçini təmsil edib onun adından çıxış etməyi "xxxx" MMC-nin direktoru X2 həvalə etmişdir. E.Nəcəfov onun adından sənədləri imzalamış və fərdi sahibkar İddiaçı məxsus olan möhürlə bütün sənədlər təsdiq olunmuşdur. İddiaçının aktlardan məlumatı olmaması barədə dəlilinə münasibətdə isə bildirilir ki, əgər İddiaçı aktlar barədə məlumatı yox idisə onda ona məxsus möhür E.Nəcəfov tərəfindən necə əldə edilib, xronometraj metodu ilə keçirilən müşahidə zamanı istifadə olunub və bütün sənədlər, o cümlədən aktlar (günlük və yekun) həmin möhürlə təsdiq olunub. İddiaçı 2018-ci ilin 4-cü rübü üçün təqdim etdiyi sadələşdirilmiş vergi bəyannaməsinin 801, 802, 803-cü sətirlərindəki B1 sütünlarının cəmi və 2019-cu ilin yanvar, fevral, mart, aprel, may, iyun ayları üçün təqdim edilmiş ƏDV bəyannamələrinin 301-ci sətirlərinin rəsmiləşdirilmiş son xronometraj müşahidələrinin nəticəsi arasında kənarlaşmaların yarandığı müəyyən edilmişdir. Yaranmış kənarlaşmalar ilə əlaqədar zəruri sənədlər və ətraflı izahat tələb olunmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən kameral vergi yoxlaması üçün zəruri olan sənədlər və dəqiqləşdirilmiş bəyannamə təqdim edilməmişdir. Kənarlaşma aradan qaldırılmadığı üçün vergi ödəyicisinə 2018-ci ilin avqust ayında keçirilmiş xronometraj metodu ilə müşahidələrin nəticələrinə əsasən 2018-ci ilin 4cü rübü üçün sadələşdirilmiş vergi və 2019-cu ilin yanvar, fevral, mart, aprel, may və iyun ayları üçün ƏDV bəyannamələri üzrə kameral vergi yoxlaması ilə 47.399,92 manat əlavə vergi məbləği hesablanmışdır. Kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 12.03.2019-cu il tarixli **********189500; 15.08.2019-cu il tarixli **********257700; 22.08.2019-cu il tarixli **********047800, **********046100, **********043000, **********042300, **********040900 nömrəli qərarlar vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisi tərəfindən eyni dövrlər üzrə dəqiqləşdirilmiş bəyannamələr təqdim edilməsinə baxmayaraq, müvafiq dövrlər üzrə dövriyyənin və vergi məbləğinin azalmasına əsas veriləcək təsdiqedici sənədlər təqdim edilmədiyi üçün kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğləri bərpa olunmuş, əvvəlki qərarlar ləğv edilməklə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 31.05.2021-ci il tarixli **********091500, **********076600; 02.06.2021-ci il tarixli **********632000, **********645800, **********854900; **********212200; 03.06.2021-ci il tarixli **********37500 nömrəli yeni qərarlar qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 31.05.2021-ci il tarixli, **********091500 saylı qərarın surətindən görünür ki, dekabr 2018-ci il vergi dövrü üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 8.295,84 manat təşkil etmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 31.05.2021-ci il tarixli, **********076600 saylı qərarın surətindən görünür ki, iyun 2019-cu il vergi dövrü üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 535,22 manat təşkil etmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 02.06.2021-ci il tarixli, **********632000 saylı qərarın surətindən görünür ki, yanvar 2019-cu il vergi dövrü üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 8.295,84 manat təşkil etmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 02.06.2021-ci il tarixli, **********645800 saylı qərarın surətindən görünür ki, fevral 2019-cu il vergi dövrü üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 7.493,02 manat təşkil etmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 02.06.2021-ci il tarixli, **********854900 saylı qərarın surətindən görünür ki, mart 2019-cu il vergi dövrü üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 8.295,84 manat təşkil etmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 02.06.2021-ci il tarixli, **********212200 saylı qərarın surətindən görünür ki, may 2019-cu il vergi dövrü üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 8.295,84 manat təşkil etmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 03.06.2021-ci il tarixli, **********375500 saylı qərarın surətindən görünür ki, aprel 2019-cu il vergi dövrü üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 8.028,84 manat təşkil etmişdir; Məhkəmə bildirir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üstüstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 50-1.1-ci maddəsinə əsasən, xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: 50-1.1.1. vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda; 50-1.1.2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda; 50-1.1.3. bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə. 67.1-ci maddəsinə əsasən, bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: ... 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; ... 83.2-ci maddəsinə əsasən, vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinin müddəalarının tələbindən göründüyü kimi, həmin Məcəllənin 37.4-cu və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan, o cümlədən, vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələrindən istifadə etməklə hesablamaq hüququ vardır. Xronometraj metodu ilə müşahidə vergi ödəyicisinin istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədinə yönəldiyindən belə müşahidə elə bir ağlabatan dövr ərzində keçirilməlidir ki, satışla və ya istehsalla bağlı real mənzərini müəyyən etmək mümkün olsun. Nəzərə almaq lazımdır ki, xronometraj metodu ilə müşahidə sözügedən real mənzərəni müəyyən etməyə imkan verməyəcəksə, o halda, belə müşahidənin aparılmasından gözlənilən nəticələr əldə edilməmiş olur. Hər bir halda, qanunda nəzərdə tutulan bu imkan inzibati orqan tərəfindən o qaydada istifadə olunmanı tələb edir ki, onun nəticəsində vergi ödəyicisinin istehsal həcminin və ya satış dövriyyəsinin tamamən eyni olmasa da, real vəziyyətinə ən yaxın olan vəziyyəti aşkara çıxarmaq mümkün olsun. Hazırkı halda da, vergi orqanı iddiaçıya münasibətdə Vergi Məcələsinin 67.1, 67.1.8ci maddələrini rəhbər tutaraq, vergi orqanının “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” 08 avqust 2018-ci il tarixli, **********5905 saylı qərarına əsasən 09- 19 avqust 2018-ci il tarixlərdə keçirilmiş xronometraj müşahidələrin nəticələrini tətbiq etməklə vergi hesablamışdır. Məhkəmə cavabdeh inzibati orqanın **********091500 saylı 31.05.2021-ci il tarixli, **********076600 saylı 31.05.2021-ci il tarixli, **********632000 saylı 02.06.2021-ci il tarixli, **********645800 saylı, 02 iyun 2021-ci il tarixli, **********854900 saylı 02 iyun 2021-ci il tarixli, **********212200 saylı 02 iyun 2021-ci il tarixli, **********375500 saylı 03 iyun 2021-ci il tarixli qərarlarına münasibətdə qeyd edir ki, qərarlar maddi-hüquqi baxımdan da qanuni olmuş, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilmişdir. Belə ki, iddiaçıya məxsus “Dostluq Restoranı” adlı təsərrüfat subyektində 09.08.2018-ci il tarixdən 19.08.2018-ci il tarixədək xronometraj metodu ilə müşahidələrin aparıldığı və nəticələrinin 19.08.2018-ci il tarixli 021331 nömrəli aktla rəsmiləşdirilməklə satış dövriyyəsi 19 297,50 manat olmaqla orta günlük dövriyyənin 1 754,32 manat (19 297,50/11=1 754,32) təşkil etdiyi müəyyən edilmişdir. İddia ərizəsinə əlavədə qeyd olunur ki, xronometraj metodu ilə keçirilmiş müşahidənin nəticəsi barədə tərtib edilmiş aktları (günlük və yekun) vergi ödəyicisinin əvəzindən Nəcəfov.E.H adlı şəxs imzalamış və həmin aktlardan iddiaçının məlumatı olmamışdır. Lakin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraza əlavə olunan sənədlərdən göründüyü kimi xronometraj metodu ilə keçirilmiş müşahdənin nəticəsi barədə tərtib edilmiş aktları (günlük və yekun) vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi kimi X3 imzalamışdır. Həmin sənədlər sifarişçi fərdi sahibkar İddiaçı ilə icraçı "xxxx" MMCnin direktoru X3 arasında bağlanmış 02 07.2018-ci il tarixli 39/18 nömrəli müqaviləyə əsasən səlahiyyətli nümayəndə kimi E.Nəcəfov tərəfindən imzalanmışdır. İddiaçı həmin müqavilənin 6.1-ci bəndində göstərilən dövlət orqanlarında sifarişçini təmsil edib onun adından çıxış etməyi "xxxx" MMC-nin direktoru X2 həvalə etmişdir. E.Nəcəfov onun adından sənədləri imzalamış və fərdi sahibkar İddiaçı məxsus olan möhürlə bütün sənədlər təsdiq olunmuşdur. İddiaçı 2018-ci ilin 4-cü rübü üçün təqdim etdiyi sadələşdirilmiş vergi bəyannaməsinin 801, 802, 803-cü sətirlərindəki B1 sütünlarının cəmi və 2019-cu ilin yanvar, fevral, mart, aprel, may, iyun ayları üçün təqdim edilmiş ƏDV bəyannamələrinin 301-ci sətirlərinin rəsmiləşdirilmiş son xronometraj müşahidələrinin nəticəsi arasında kənarlaşmaların yarandığı müəyyən edilmişdir. Kənarlaşma aradan qaldırılmadığı üçün vergi ödəyicisinə 2018-ci ilin avqust ayında keçirilmiş xronometraj metodu ilə müşahidələrin nəticələrinə əsasən 2018-ci ilin 4-cü rübü üçün sadələşdirilmiş vergi və 2019-cu ilin yanvar, fevral, mart, aprel, may və iyun ayları üçün ƏDV bəyannamələri üzrə kameral vergi yoxlaması ilə 47.399,92 manat əlavə vergi məbləği hesablanmışdır. Yenidən xronometraj metodu ilə müşahidənin keçirilməməsi, xronometrajın yay aylarında keçirildiyi, nəticələrinin yaz, payız və qış mövsümünə tətbiq edilməsinin qanunvericilyini tələbinə əsasən mümkün və ədalətli olmaması barədə dəlillərə münasibətdə qeyd edilməlidir ki, vergi ödəyicisinin yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanından tələb etmək hüququ olsa da, yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında ərizə ilə vergi orqanına müraciət etməmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37.5-ci maddəsinə əsasən, bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, İPM-in 14.1-ci maddəsinin tələbləri baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etdiyindən, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası təmin еdilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğvi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar