Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-14622/2024 23.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı qarşı “qərarın ləğv edilməsi” iddia tələbinə dair iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin iddiaçı barəsində qəbul etdiyi xx.xx.2024-cü il tarixli 3-21-2-2/2-9649/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsi (bundan sonra “Cavabdeh” adlanacaq) tərəfindən iddiaçı Atlas-ES" MMC-yə xx.xx.2024-cü il tarixli 3-21-2-2/2-9649/2024 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərara əsasən 2024-cü ilin avqus ayı üzrə 71 349.30 manat əlavə dəyər vergisi üzrə əlavə vergi məbləği hesablanmışdır. Cavabdeh tərəfindən 16 09.2024-cu il tarixli 'Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında" məktub göndərilərək bildirilmişdir ki. 19 12.2022-ci ıl tarixli EBCL seriyalı 324462 nömrəli e-qf üzrə 29 686.5 manat xx.xx.2022-ci il tarixli EBCL seriyalı 352506 nömrəli e-qf üzrə 22 222.8 manat. 13 12 2022-ci il tarixli , EBCL seriyalı 075460 nömrəli e-qf üzrə 19 440.0 manat əməliyyatlar riskli hesab edildiyindən əvəzləşdirməyə əsas vermir və bəyannamənin 324 -cü sətrində kənarlaşma yaranmışdır. İddiaçı Atlas ES” MMC (alıcı) və “Sunay SM Company" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) (satıcı) arasında 12.12 2022-ci il tarixində 02/2022 saylı malların alqı satqı müqaviləsi bağlanılmışdır Həmin müqaviləyə əsasən imzalanılmış təhvil-təslim aktına əsasən ƏDV-siz dəyəri 396 385 manat olan müxtəlif təyinatlı mallar alıcıya təqdim edilmişdir Malların təqdim edilməsinə dair satıcı tərəfindən 19 12.2022-cı il tarixli EBCL seriyalı 324462 nömrəli ƏDV-siz dəyəri 164 925.00 manat, 19 12.2022-cnl tarixli EBCL seriyalı 352506 nömrəli ƏDV sız dəyəri123 460.00 manat. xx.xx.2022-ci H tarixli . EBCL seriyalı 075460 nömrəli ƏDV-sız dəyəri 108 000 manat olan elektron qaimə fakturalar tərtib edilmiş, alıcı tərəfindən təsdiq edilmiş və dəyəri ödənilmişdir. Vergi orqanından daxil olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda bildirilmişdir ki, vergi orqanın xx.xx.2024-cü il tarixli **********064800 saylı qərarına əsasən '‘Sunay SM Company' Məhdud Məsuliyyətli Cəmiyyəti riskli vergi ödəyiciləri siyahısına daxıl edilmişdir və yuxarıda qeyd edilən elektron qaimə fakturaların əmtəəsiz və riskli hesab olunması səbəbindən VM-nın 175 11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir Eyni zamanda Dövlət Vergi Xidmətinə məxsus olan internet səhifəsindən də görünür ki, 'Sunay SM Company" MMC xx.xx.2024-cü il tarixində riskli vergi ödəyiciləri siyahısna daxil edilmişdir Halbuki, tərəflər arasında maliyyə əməliyyatları 2 il əvvəl 2022-ci ilin dekabr ayında aparılmışdır və bu müddət ərzində iddiaçıya satıcının riskli vergi ödəyicisi hesab edilməsi ilə bağlı heç bır xəbərdarlıq məktubu göndərilməmiş, e-qf yazılarkən və ƏDV depozit hesabı üzrə əməliyyatlar aparılarkən elektron sistemdə heç bir xəbərdarlıq çıxmamışdır Təqdim edilmiş sənədİərdən göründüyü kimi müəssisə tərəfin dən alqı-satqı əməliyatları aparılarkən sonradan riskli hesab edilmiş hər müəssisə riskli vergi ödəyiciləri siyahısında olmamışdır. Atlas-ES" MMC-nin malların alq-satqı əməliyyatları aparılarkən qarşı tərəflərin alınmış malların qarşı tərəflər tərəfindən elektron qaimə faktura və ya idxal əməliyyatları nətiəsində əldə edib etməməsini müəyyənləşdirmək imkanı mövcud olmamış, elektron qaimə fakturalar yazılarkən və ƏDV depozit hesabı vasitəsi ilə ödənişlər aparılarkən sistemdə həmin vergi ödəyicilərinin riskli hesab olunması ilə bağlı heç bir xəbərdarlıq'çıxmam işdir. Cavabdeh iddiaçıya təqdim etdiyi uyğunsuzluq məktubunda əməliyyatların riskli hesab olunmasını istinad etməklə həmin ış və xidmətləri şübhə altına almış və aparılmış əməliyyatların tam dəyərini nəzərə almamışdır. Halbuki aparılan əməliyyatlar tam şəkildə qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmişdir Tərəflər arasında iş, xidmət müqavilələri bağlanmış və təhvil-təslim aktları əsasında işlər görülmüş, sifarişçi tərəfindən podratçıya elektron qaimə-faktura təqdim olunmuşdur. Sonradan həmin vergi ödəyicisi vergi orqanı tərəfindən riskli vergi ödəyicisi qrupuna salınmış və iddiaçı ilə həmin şəxs arasında aparılan əməliyyatlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək əvəziəşmələr nəzərə alınmamışdır. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə görə əmtəəsiz əməliyyat - vergi nəzarəti tədbiri zamanı aşkarlanan başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır Cavabdeh iddiaçı ilə sadalanan vergi ödəyiciləri arasında aparılan əməliyyatın əmtəəsiz olmasını heç bir nəzarət tədbiri zamanı aşkar etməyib, həmçinin başqa əməliyyatın pərdəiənməsinə dair hər hansı əsas göstərməyib, faktiki iş-xidmətlərin təqdim edilmədiyini müəyyən etməyib. Yalnız həmin şəxsləri riskli vergi ödəyicisi qrupuna salmaqla həmin şəxslərlə hətta qərardan əvvəlki əməliyyatları belə 'əmtəəsiz" hesab etmək tam qanunsuz haldır. Əməliyyatın “əmtəəsiz" hesab olunması uçun isə operativ vergi nəzarəti və ya digər tədbirlərlə aparılan əməliyyatın mal (iş xidmət) mövcud olmadan baş verdiyinə dair sübutlar olmalıdır. Formalaşmış vahid məhkəmə təcrübəsinə, yəni Ali Məhkəmənin 30 12.2023- cı il tarixli 2-1(102)-2233/2023 saylı, xx.xx.2023-cu ıl tarixli 2-1(102)-1058/2023 saylı, xx.xx.2023-cü il tarixli 2-1(102)-1234/2023 saylı, xx.xx.2023-cü il tarixli 2-1(102)- 2208/2023 saylı və s. qərarlarında əks etdirilən mövqeyə görə alqı-satqı əməliyyatları aparılan zaman həmin müəssisələr ıısklı vergi ödəyicisi siyahısında olmamış və iddiaçı bu barədə məlumatlı olmamışdır iş materiallarında olan sənədlər ilə müəyyən edilir ki. iddiaçının Alqı-satqı əməliyyatları həyata keçildiyi müəssisə, iddiaçının Alqı-satqı əməliyyatlarını apardığı tarixlərdən sonra riskli, vergi ödəyicıləri siyahısına daxil edilmişlər Odur ki, cavabdeh vergi orqanının iddiaçının təqdim etdiyi əvəzləşmələri qəbul etməməsi əsassız olmuşdur. Azərbaycan Reşpublıkaşı Nazirlər Kabinetinin 28 iyul 265 nömrəli Qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13 2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyicıləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi idarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Göründüyü kimi, iddiaçı tərəfindən hazırkı ış uzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisələrin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi idarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks. olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Nəzərə almaq lazımdır ki, çayabdehıi]özüdə kassasıya şikayətində iddiaçının digər müəssisələrlə apardığı müvafiq əməliyyatların həmin müəssisələrin riskli vergi ödəyicisi hesab olunmasından əvvəl aparıldığını qeyd etmişdir Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da iddiaçı həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə-fakturaları ƏDV b&yannamələnndə əvəzlənməyə təqdim olmuşdur. Digər tərəfdən cavabdehin dəlilinə görə iddiaçının hazırkı mübahisə üzıə əməliyyat apardığı nuıəşsısələrm.əhz iddiaçı ilə aparılan əməliyyatla/ nəticəsində riskli vergi ödəyicisi hesab olunmuşlar. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir kı. iddiaçının əməliyyat apardığı müəssisələrin iddiaçıya satdığı malların onların aldığı vo ya idxal etdiyi malların həcmindən artıq olması iddiaçının məsuliyyət sferasına aid edilməməli bu hallar onun hüquqlarını məhdudlaşdırmamalıdır. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV bəyannamələrində əvəzləşn/əyə təqdim etdiyi elektron qaimə fak11u alaı ıizi ə əməliyyatları həmin əməliyyatların aparıldığı tarixdə riskli vergi odəyicisi olmayan müəssisələr ilə aparmışdı/ iddiaçı həmin müəssisələrin riskli) vergi Qdəyıcısı olun olmamasını yoxiarnaq imkanına malik olmuş, müəssisələrin əməliyyat tarixində riskli vergi odəyicisi olmadığına əmin olmuş, vergi orqanı tərəfində də iddiaçıya bu barədə xəbərdarlıq edilməmişdir. Yenə də, qeyd olunmalıdır ki. əməliyyatların müəssisələrin riskli vergi odəyicisi olmasından öncə ağarılması cavabdeh tərəfindən də mübahisələndirilmir. İddiaçının, əməliyyat apardığı müəssisələrin aldıqları və ya idxal etdikləri malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlanılması kimi səlahiyyətləri olmadığından (bu halı yoxlamaq vergi orqanının səlahiyyətlərinə aid edilmişdir) cavabdehin dəlilləri əsassız hesab edilməlidir. Ona görə də. məhkəmə kollegiyası hesab edir ki. iddiaçının hazırkı mübahisə üzrə tərtib etdiyi sənədlə/ (elektron qaimə fakturalar) riskli əməliyyatlar zamanı və riskli vergi ödəyicilərl ilə rəsmiləşdirilmədiyindən Vergi MəçəJləşınjıı 7 75 11 -a maddəsinin təsiri altına duşmur yə iddiaçı həmin elektron qaimə fakturaları ƏDV bəyanııamələrıııdə əvəzləşməyə təqdim etməkdə haqlı olmuşdur. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(102)-1918/2024 saylı və xx.xx.2024-cü il tarixli 2- 1(102)4644/2024 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərardadlarına əsasən oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu barədə qərardadlarına əsasən oxşar işlər üzrə məhkəmə təcrübəsi mövcud olduğundan cavabdeh tərəfindən verilmiş kassiya şikayətlərinin qəbulundan imtina edilmişdir. Belə ki, hazırkı işdə olduğu kimi malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicılərinin təsdiqedıcı sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibatı icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların'-tələb edilməsi operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicılərinin təsdiqedıcı sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə təqdim edilmiş 2024-ci il üzrə əlavə dəyər vergisi bəyannaməsi Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində araşdırılması zamanı iddiaçının "xxxx" MMC-dən (VÖEN: **********) əldə edilmiş elektron qaimə-fakturalar üzrə alınmış malların və göstərilmiş xidmətlərin həcminin və çeşidinin, malları təqdim edən şəxslərin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar iddiaçıya "2024-cü ilin avqust ayı üçün təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə" xx.xx.2024-cü il tarixli 3- 21-2-2/2-8583/2024 nömrəli məktub göndərilərək xx.xx.2022-ci il tarixli EBCL seriyalı 324462 nömrəli elektron qaimə-faktura üzrə 29 686,5 manat, xx.xx.2022-ci il tarixli EBCL seriyalı 352506 nömrəli elektron qaimə-faktura üzrə 22 222,8 manat və xx.xx.2022-ci il tarixli, EBCL seriyalı 075460 elektron qaimə-faktura üzrə 19 440,0 manat məbləğində əməliyyatlar riskli hesab edildiyindən əvəzləşdirməyə əsas vermədiyi və bəyannamənin 324-cü sətrində kənarlaşma yarandığına görə təqdim edilmiş vergi bəyannaməsi, hesabat üzrə kameral vergi yoxlamasının başa çatması üçün 5 (beş) iş günü ərzində əsaslandırılmış yazılı izahat və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən izahat məktubu və sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddəsinə əsasən kameral vergi yoxlaması ilə 2024-cü ilin avqust ayı üzrə əlavə dəyər vergisi bəyannaməsinə 71349,30 manat kameral qaydada əlavə vergi məbləği hesablanmış və hesablanmış vergi məbləği barədə vergi ödəyicisinə xx.xx.2024cü il tarixli 3-21-2-2/2-9649/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. İddiaçı uyğunsuzluq məktubuna cavab məktubunda "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 02/2022 nömrəli müqaviləyə əsasən imzalanmış təhvil-təslim aktına əsasən ƏDV-sizdəyəri 396 385 manat olan müxtəlif təyinatlı mallar alıcıya təqdim edildiyi və satıcı tərəfindən xx.xx.2022-ci il tarixli EBCL seriyalı 324462 nömrəli ƏDV-siz dəyəri 164 925,0 manat, xx.xx.2022-ci il tarixli EBCL seriyalı 352 506 nömrəli ƏDV-siz dəyəri 123 460,0 manat, xx.xx.2022-ci il tarixli EBCL seriyalı 075460 nömrəli ƏDV-siz dəyəri 108 000,0 manat olan elektron qaimə- fakturalar tərtib edilmiş, alıcı tərəfindən təsdiq edilmiş və dəyərinin ödənildiyi bildirilmişdir. "xxxx" MMC tərəfindən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş xx.xx.2022-ci il tarixli EBCL seriyalı 324462 nömrəli, xx.xx.2022-ci il tarixli EBCL seriyalı 352 506 nömrəli və xx.xx.2022-ci il tarixli EBCL seriyalı 075460 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli əməliyyatlar hesab olunduğundan əvəzləşdirilməyə əsas verməmişdir. Qeyd edilən elektron qaimə-fakturalar üzrə müvafiq olaraq 396 385,0 manat məbləğində əlavə dəyər vergisi vergi ödəyicisi tərəfindən əvəzləşdirildiyi üçün təqdim edilmiş ƏDV bəyannaməsi üzrə kənarlaşmalar yaranmış və ümumilikdə 71 349,30 manat məbləğində əlavə vergi hesablanmışdır. Belə ki, riskli hesab olunan elektron qaimə-fakturaları təqdiim edən şəxs "xxxx" MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-131176/2024 (**********064800) nömrəli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.2-ci maddəsinə əsasən riskli vergi ödəyicisi olduğu müəyyən edilmişdir. "xxxx" MMCnin riskli vergi ödəyici hesab edilməsinə səbəb həmin vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində aktiv təsərrüfat subyektinin olmaması, əməliyyatların aparıldığı zamanı yalnız bir işçisinin (direktoru) mövcud olması, mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitələrinin olmaması olmuşdur. Qeyd olunan məsələlərlə bağlı müvafiq dürüstləşmələrin aparılması məqsədilə müəssisənin rəhbəri və ya səlahiyyətli nümayəndəsi tərəfindən 5 (beş) iş günü ərzində Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin müvafiq telefon nömrəsi ilə əlaqə saxlanılması xahişinə əməl olunmadıqdan sonra, yuxarıda qeyd olunan halların monitorinqinin aparılması üçün Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi tərəfindən cəmiyyətin rəhbəri X2 ilə telefon əlaqəsi saxlamaq da mümkün olmamışdır (akt əlavə olunur). İddia ərizəsində qeyd olunanlar həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə zidd olduğundan əsassızdır. İddiaçının ərizəsində qeyd olunan müddəalara münasibətdə bildiririk ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Həmin Məcəllənin 13.2.81-ci maddəsinə əsasən, əmtəəsiz əməliyyat vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında Qərarı ilə müəyyən edilmiş Meyarlarda əməliyyatın riskli və əmtəəsiz əməliyyat hesab olunması üçün əsas göstəricilər müəyyən edilmişdir. Həmin Meyarların 2.1,2-ci bəndinə əsasən aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə ödəyici riskli vergi ödəyiciləri siyahısına aid edilir. 3.1-ci bəndinə əsasən, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə və vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) həmin əməliyyatlar əmtəəsiz əməliyyatlar hesab olunur. Nəzərə almaq lazımdır ki, vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3- 21-2-3/2- 131176/2024 (**********064800) nömrəli vergi ödəyicinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar hal-hazırda qüvvədədir və həmin qərarla təsdiq edilmiş "xxxx" MMC tərəfindən aparılmış əməliyyatların əmtəəsiz əməliyyatlar olması, həmçinin müvafiq ödəyicinin riskli ödəyicilər siyahısına aid edilməsi faktiki olaraq iş üzrə mübahisələndirilən hallara aid edilməmişdir. Kameral vergi yoxlaması zamanı EBCL seriyalı 324462 nömrəli, EBCL seriyalı 352506 nömrəli və EBCL seriyalı 075460 nömrəıli elektron qaimə-fakturalar üzrə aparılmış əməliyyatlarda Meyarların 3.1-ci bəndinə uyğun olaraq vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi, yəni müvafiq olaraq aparılmış mal təqdim edilməsi üzrə əməliyyatlarda tqədim edilmiş malların rəsmi olaraq "xxxx" MMC-nin alışında olmadığı halda "xxxx" MMC-yə təqdim etməsi aşkar olunmuşdur. Bu səbəbdən "xxxx" MMC riskli vergi ödəyicisi siyahısına aid edilmiş, müqavilə tərəfləri arasında aparılmış əməliyyat isə Meyarların 2.1.2-ci bəndə əsasən əmtəəsiz əməliyyatlar hesab edilmişdir. Bununla yanaşı, vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısına daxil edilməsi barədə qərarın əməliyyatdan sonra qəbul edilməsi aparılmış əməliyyatların riskli və ya əmtəəsiz əməliyyatlar hesab edilməməsinə əsas ola bilməz. Belə ki, əməliyyat aparıldığı anda onun riskli və ya əmtəəsiz əməliyyat olub-olmaması və onu aparan tərəfin riskli vergi ödəyicisi olub-olması müəyyən edilir və qərar əməliyyatın riskli və ya əmtəəsiz əməliyyat olması barədə yox, ödəyicinin riskli vergi ödəyici olması barədə çıxarılır. Yəni, ödəyicinin riskli vergi ödəyicisi olması əməliyyatın riskli və ya əmtəəsiz əməliyyat olmasına deyil, əksinə əməliyyatın riskli və ya əmtəəsiz olması ödəyicinin riskli vergi ödəyici olmasına səbəb olur. Odur ki, riskli vergi ödəyicisi siyahısına daxil edilmə barədə qərarın əməliyyatların aparılmasından sonra qəbul edilməsi qanunvericiliyin tələblərinə uyğundur. Nəticə etibarı ilə, qərarın əməliyyatdan sonra və ya əvvəl qəbul edilməsi əməliyyatın özlüyündə riskli və ya əmtəəsiz əməliyyat olması nəticəsini dəyişdirmir. "xxxx" MMC ilə "xxxx" MMC arasında aparılmış əməliyyatların əmtəəsiz əməliyyat olması isə vergi qanunvericiliyinə əsasən "xxxx" MMC tərəfindən ödənilmiş əlavə dəyər vergisinin əvəzləşdirilməsinə şərait yaratmır. Belə ki, Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Qeyd olunduğu kimi qanunverici orqan əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş mallar üzrə vergi ödəyicisi tərəfindən ödənilmiş əlavə dəyər vergisinin əvəzləşdirilməsi hüququnu məhdudlaşdırmışdır. Bu səbəbdən "xxxx" MMC tərəfindən göstərilən qaimə- fakturalar üzrə edilmiş əlavə dəyər vergisinə dair əvəzləşmələr nəzərə alınmamış, yaranmış kənarlaşmalar üzrə əlavə vergi hesablanmışdır. Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsindən çıxarışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********064800 saylı xx.xx.2024cü il tarixli qərarına əsasən riskli vergi ödəyicisi hesab edilmişdir. xx.xx.2024-cü il tarixli 3-21-2-2/2-9649/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına (Əlavə dəyər vergisi, avqust 2024) əsasən İddiaçınə 71349,30 manat əlavə vergi və ya sığorta haqqı hesablanmışdır (Sair: Tərəfinizdən ƏDV bəyannaməsində (12.2022) əvəzləşmə üçün təqdim edilmiş EBCL seriyalı 324462 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 29686.5 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 29686.5 manat kənarlaşma yaranmışdır. Tərəfinizdən ƏDV bəyannaməsində (12.2022) əvəzləşmə üçün təqdim edilmiş EBCL seriyalı 352506 nömrəli elektron qaimə-fakiura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 22222.8 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 22222.8 manat kənarlaşma yaranmışdır. Tərəfinizdən ƏDV bəyannaməsində (12.2022) əvəzləşmə üçün təqdim edilmiş EBCL seriyalı 075460 nömrəli elektron qaiməfaktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 19440.0 manat ƏDV məbləğinin tərəfin izdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 19440.0 manat kənarlaşma yaranmışdır). İddiaçı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 02/2022 saylı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti təchizat xidmətinin göstərilməsini, İddiaçı qeyd olunan xidmətin göstərilməsi ilə əlaqədar uyğun iş şəraitinin yaradılmasını və xidmətin dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən İddiaçı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında olan xx.xx.2022-ci il tarixli EBCL seriyalı 324462 nömrəli, xx.xx.2022-ci il tarixli EBCL seriyalı 352506 nömrəli, xx.xx.2022-ci il tarixli EBCL seriyalı 075460 nömrəli qaimə-fakturalar, malların təhvil-təslim aktları, qiymət razılaşdırma protokolu və alış aktları məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən:
13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır. İddianın növü məcburetmə haqqında iddiadır. İddia mümkündür. Mübahisələndirilən aktlar iddiaçıya münasibətdə hüquqi nəticə yaradır. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
Azərbaycan Respublikasının Vergi Məcəlləsindən: Maddə 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1.6. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcılarda olan məlumatları və sənədləri (orta və iri sahibkarlıq subyektləri eləcə də maliyyə hesabatlarını), habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarında olan məlumatlara və uçot bazalarına birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək; 16.1.7. qanunvericiliklə müəyyən edilmiş müddətdə uçotu sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək; Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Maddə 83.7. Vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Vergi orqanı bu barədə əsaslandırılmış qərar çıxarmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”ndan: Bənd 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur:
1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə;
2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunundan: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmənin hüquqi mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 2233/2023 nömrəli iş üzrə 30 dekabr 2023-cü il tarixli qərarına uyğundur. Həmin hüquqi mövqe bu qərarda ifadə olunur. Hazırkı işdə iddiaçının hüquqi marağı vergi orqanı tərəfindən onun barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-2/2-9649/2024 nömrəli qərarının qərarın ləğv edilməsinə yönəlmişdir. Həmin qərarda qeyd edilir: “Tərəfinizdən ƏDV bəyannaməsində (12.2022) əvəzləşmə üçün təqdim edilmiş EBCL seriyalı 324462 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 29686.5 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 29686.5 manat kənarlaşma yaranmışdır. Tərəfinizdən ƏDV bəyannaməsində (12.2022) əvəzləşmə üçün təqdim edilmiş EBCL seriyalı 352506 nömrəli elektron qaimə-fakiura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 22222.8 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 22222.8 manat kənarlaşma yaranmışdır. Tərəfinizdən ƏDV bəyannaməsində (12.2022) əvəzləşmə üçün təqdim edilmiş EBCL seriyalı 075460 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 19440.0 manat ƏDV məbləğinin tərəfin izdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 19440.0 manat kənarlaşma yaranmışdır.” Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.82-ci maddəyə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı barəsində qəbul edilmiş qərara əsasən onun sonradan riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş müəssisə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2024-cü il tarixdə riskli vergi ödəyicisi hesab edilmişdlər) ilə 2022-ci il ərzində aparılmış əməliyyatların riskli (əmtəəsiz) olduğunu hesab edilməsi və əvəzləşmələrin nəzərə alınmaması nəticəsində 71349,30 manat vergi borcu hesablanmışdır. Halbuki, əməliyyatları aparılan zaman həmin müəssisələr riskli vergi ödəyicisi siyahısında olmamış və iddiaçı bu barədə məlumatlı olmamışdır. İş materiallarında olan sənədlər ilə müəyyən edilir ki, iddiaçının əməliyyatları həyata keçirdiyi müəssisə, iddiaçının əməliyyatlarını apardığı tarixlərdən sonra riskli vergi ödəyiciləri siyahısına daxil edilmişlər. Odur ki, cavabdeh vergi orqanının iddiaçının elketron qaimə fakturalar üzrə aparılan əvəzləşdirilmələri qəbul etməməsi əsassız olmuşdur. Nəzərə alınmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, vergi orqanı tərəfindən mübahisələndirilən qərarlar qəbul edilərkən vergi qanunvericiliyinin tələbləri pozulmuş, inzibati icraatın prinsiplərinə riayət edilməmiş, nəticədə inzibati icraat haqqında qanunvericilik normalarının və maddi hüquq normalarının ciddi şəkildə pozulması ilə müşayiət olunan əlverişsiz inzibati aktlar qəbul edilmişdir. Məhkəmə qeyd edilənlərə əsasən, hesab edir ki, iddianın növünə görə sübutetmə yükü daşıyan inzibati orqan sözügedən əməliyyatların əmtəəsiz və ya riskli hesab edilməsinin əsaslandırılması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, mübahisələndirilən qərarlar ləğv olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-21-2-2/2-9649/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aysev Almazova