Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-1465/2025 22.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Pirşağı bələdiyyəsinə qarşı “torpaq sahəsinin ölmüş şəxsin adına mülkiyyətə verilməsi barədə qərar qəbul edilməsi və digər” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri Sabunçu rayonu Pirşağı bələdiyyəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2005-ci il tarixli 791 saylı icarə müqaviləsinə əsasən, X1 istifadəsinə (icarəyə) verilmiş Pirşağı qəsəbəsində 5000 kv.metr torpaq sahəsinin ölmüş şəxs X1 adına mülkiyyətə verilməsi barədə qərarın qəbul edilərək hüquqi varis İddiaçı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 ilə cavabdeh Bakı şəhəri Sabunçu rayonu Pirşağı Bələdiyyəsi arasında xx.xx.2005-ci il tarixli 791 saylı icarə müqaviləsi bağlanmışdır. Sözügedən müqavilə Pirşağı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 12 saylı ümumi iclas qərarına əsasən bağlanmışdır və həmin müqaviləyə əsasən, X2 Pirşağı qəsəbəsində 5000 kv.metr torpaq sahəsi sahibkarlıq məqsədi ilə icarəyə verilmişdir. Eyni zamanda, müqavilə şərtlərinə uyğun olaraq iddiaçıya eskiz-sxem tərtib edilib verilmişdir. Həmin vaxtdan bugünədək təxminən 19 ildir ki, sözügedən torpaq sahəsi X1 ailəsinin qanuni sahibliyində və istifadəsindədir. Odur ki, Əliyev Vidadinin adına verilmiş torpaq sahəsinə mülkiyyət hüquqlarını rəsmiləşdirmək zərurəti yaranmışdır. X3 2019-cu ildə vəfat etmişdir. Hazırda onun hüquqi varisi, iddiaçıdır. İddiaçı sözügedən torpaq sahəsinin sənədləşdirilməsi üçün Pirşağı Bələdiyyəsinə müraciət etmiş, lakin Pirşağı Bələdiyyəsinin təqdim etdiyi xx.xx.2024-cü il tarixli cavab məktubu ilə sözügedən torpaq sahəsinin rəsmiləşdirilməsindən imtina edilmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edən iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə yazılı münasibətdə göstərilmişdir ki, Pirşağı bələdiyyəsi ilə X3 arasında 191 saylı xx.xx.2005ci il tarixli icarə müqaviləsi ikitərəfli bağlanmışdır. Vərəsə İddiaçı müraciətilə əlaqədar qeyd edilmişdir ki, qanunvericilikdə bəzi dəyişikliklər edilmişdir. 28 oktyabr 2008-ci il tarixli 709- İİİQD nömrəli “Bələdiyyə torpaqlarının torpaq hərracdan və ya müsabiqələri vasitəsi ilə verilməsinin tənzimlənməsi məqsədi ilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyilikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının qanununun İX hissəsinə əsasən mövcud hallarda icarə müqaviləsinin müddəti yalnız açıq torpaq hərracı və ya müsabiqəsi vasitəsi ilə uzadıla bilər. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən az beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda Bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə əldə edilə bilər. Torpaq Məcəlləsində edilmiş dəyişikliklər vətəndaşa izah olunmuşdur. Hal-hazırda torpağın vətəndaşın istifadəsində olmasına baxmayaraq, Pirşağı Bələdiyyəsinin mülkiyyətini təsdiq edən xəritələr, aktlar, elektron kadastr planının və şəhadətnamənin olmaması səbəbindən müraciəti mümkünsüzdür. Qeyd edilən maneələr aradan qalxarsa, qanun çərçivəsində vətəndaşların müraciətlərinə baxılacaqdır. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin iclasında iddianın mümkünlüyü məsələsi müzakirə edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə yazılı münasibətlə oxşar məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində xx.xx.2005-ci il tarixli 791 saylı icarə müqaviləsinə əsasən, X1 istifadəsinə (icarəyə) verilmiş Pirşağı qəsəbəsində 5000 kv.metr torpaq sahəsinin ölmüş şəxs X1 adına mülkiyyətə verilməsi barədə qərarın qəbul edilərək hüquqi varis İddiaçı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir (139.3). Azərbaycan Respublikasının Konstitusiyasında göstərilmişdir ki, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam məsələsi bələdiyyələrin iclaslarında həll edilir (144.İ. 6). Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir (145.İ). Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir (145. İİ.). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək bələdiyyələrin səalhiyyətlərinə aiddir (4.0.1). Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur (6.2). Göründüyü kimi X3 ilə cavabdeh arasında torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. X3 vəfat etmişdir. Belə olan halda torpaq sahəsinin ölmüş şəxsin mülkiyyətinə verilməsi ilə bağlı iddia tələbi mümkün sayıla bilməz. Eyni zamanda qeyd edilməlidir ki, “torpaq sahəsinin X1 mülkiyyətinə verilməklə iddiaçıya verilməsi” tələbi qeyri-müəyyən bir tələb olmaqla, qanunvericilikdə belə bir tələblə bağlı hər hansı norma və yaxud bələdiyyə orqanlarına belə bir səlahiyyətin verilməsi öz əksini tapmamışdır. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məhkəmə iclaslarında iştirak etmiş və məhkəmə tərəfindən ona iddiaçının hüquqi marağının müəyyən edilərək iddia tələbinin buna uyğun dəqiqləşdirilməsi təklif edilmişdir. Lakin, nümayəndə sonrakı məhkəmə iclaslarında iştirak etməmiş və iddia tələbini dəqiqləşdırməmiş, iddiaçının hüquqi marağını məhkəməyə bildirməmişdir. Yaranmış vəziyyət isə işə mahiyyəti üzrə baxılmasını mümkünsüz etmişdir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Pirşağı bələdiyyəsinə qarşı “torpaq sahəsinin ölmüş şəxsin adına mülkiyyətə verilməsi barədə qərar qəbul edilməsi və digər” tələbin dair ddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada elan olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-1465/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-1465/2025
22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver