Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1466/2025 31.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “rəyin verilməsi” iddia tələbinə dair iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin üzərinə 240.849.03 manat məbləğində pulun iddiaçıya geri ödənilməsi barədə rəy verilməsi öhdəliyinin qoyulması” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X6” MMC günəş panellərinin gətirilməsi, qurulması və eyni zamanda bu sahədə təlim göstərən bir şirkətdir. 28 iyul 2023-cü ildə layihə əsasında Qarabağ bölgəsində günəş panelləri qurulması məqsədilə "xxxx" QSC ilə uzun müddətli müqavilə bağlanmışdır.Müqavilənin ƏDV ilə birlikdə dəyəri 5,541,385.93 USD ( 9,420,356.08 manat) manat olmuşdur.Müqavilə şərtlərinə əsasən xx.xx.2023 tarixində 5,588,346.83 manat əsas, 1,005,902.43 manat ƏDV ödənilmişdir. Ödənilmiş ƏDV növbəti ay ƏDV depozit hesabından avans məbləğə görə ödənilmiş ƏDV dövlət büdcəsinə ödənilmişdir. Bu müqaviləyə əsasən oktyabr-noyabr-dekabr 2023 tarixində xaricdən gətirilimiş günəş panellərinə görə 711,050.7 manat ƏDV -nin 692,550.70 manatı bank hesabından ödənilmiş və ƏDV bəyannaməsinə azalmaya verilmişdir.Müqavilə şərtlərinə əsasən qalan 30% iş yekunlaşdıqdan sonra ödəniləcəyindən hal hazırda işlərin davam etdirilməsi baxımından maliyyə sıxıntısı yaşayır.Layihə uzunmüddətli olduğundan və vergi məcəlləsinin 138.3-cü maddsəinə əsasən müqavilənin yerinə yetirilməsinin faktiki həcmi vergi ili ərzində çəkilmiş xərcin həmin müqavilədə nəzərdə tutulan ümumi qiymətləndirilən xərclərlə müqayisə edilməsi nəticəsində 74% olmuş və mənfəət vergisi bəyannaməsində 6,040,020.92 manat ƏDV-siz mənfəət vergisi tanınmışdır.Bununla bağlı xx.xx.2024-cü il tarixdə elektron qaydada Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə məktub göndərilmişdir.Qeyd olunanlarla bağlı cavabdeh tərəfindən aşağıdakı məzmunda cavab məktubu göndərilmişdir.Bildirilir ki, müraciətlə bağlı xx.xx.2024-cü il tarixdə Dövlət Vergi Xidmətinin aidiyyəti vəzifəli şəxsləri tərəfindən qəbul edililmişdir. Qəbul zamanı müvafiq izahat verilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi "cavabdehin üzərinə artıq tutulmuş ƏDV-dən 400000 (dörd yüz min) manat məbləğində pulun iddiaçıya ödənilməsinə rəy verilməsi öhdəliyinin qoyulması" kimi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “cavabdehin üzərinə 280.000 manat məbləğində pulun iddiaçıya geri ödənilməsi barədə rəy verilməsi öhdəliyinin qoyulması " kimi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “cavabdehin üzərinə 240849.03 manat məbləğində pulun iddiaçıya geri ödənilməsi barədə rəy verilməsi öhdəliyinin qoyulması, qərar qanuni qüvvəsini aldığı və icra olunduğu tarixə azalmalar olduğu təqdirdə nəzərə alınması" kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, vergi ödəyicisi xx.xx.2024-cü il tarixli **********048200 nömrəli artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə və xx.xx.2024-cü il tarixli **********072600 nömrəli məktubla müraciət etmiş, müraciətlərlə əlaqədar vergi ödəyicinə vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixli **********802700 nömrəli və xx.xx.2024-cü il tarixli **********877200 nömrəli müvafiq məktublar göndərilmişdir. Cavab məktubunda vergi ödəyicisinin iqtisadi göstəricilərinin araşdırılmaqla nəticəsi üzrə qanunamüvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. Eyni zamanda artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə xx.xx.2024-cü il tarixli **********638200 nömrəli müraciətlə əlaqədar vergi ödəyicisi xx.xx.2024-cü il tarixdə Dövlət Vergi Xidmətinin aidiyyəti vəzifəli şəxsləri tərəfindən qəbul edilərək ona müvafiq izahat verilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********486100 nömrəli məktub göndərilmişdir. Daha sonra iddiaçı məhkəmə işinin gedişatında iddia tələbinə dəqiqləşmə vermiş və xx.xx.2024-cü il tarixdə dəqiqləşməyə uyğun olaraq cavabdeh orqana müraciət etmişdir. xx.xx.2024-cü il tarixli **********102600 saylı məktubla iddiaçı araşdırmada iştirak etməli olması barədə məlumatlandırılmışdır. Lakin iddiaçı araşdırmada iştirak edə bilməyəcəyi barədə cavabdehə məlumat vermişdir. Daha sonra iddiaçıya xx.xx.2024-cü il tarixli məktub göndərilmiş və aydınlıq gətirilməli olan xüsusatlar barədə ətraflı məlumat verilmişdir. Məktubda qeyd olunmuşdur ki; 1. Aparılmış araşdırma zamanı 2023-cü ilin sentyabr-dekabr ayları ərzində bank hesabı məlumatlarına əsasən cəmiyyətin təsisçi və rəhbəri Elvin Məmmədovun adına 1399,2 min man dəyərində məxaric əməliyyatları həyata keçirilmiş, lakin bu əməliyyat 2023-cü ildə dividend gəliri kimi ödəmə mənbəyində vergiyə cəlb edilməmişdir. 2. Eyni zamanda X4 onunla qarşılıqlı surətdə asılı olan və 2023-cü ildə müəssisənin işçisi olmuş X3 (**********) elektron qaimə-faktura əsasında 2023-2024-cü llərdə 165,0 min manat dəyərində xidmət əldə etmişdir. Belə ki, aralarındakı münasibətlər fəaliyyətlərinin iqtisadi nəticələrinə və ya onların təmsil etdiyi şəxslərin fəaliyyətinə bilavasitə təsir göstərə bilən fiziki şəxslər və (və ya) hüquqi şəxslər Vergi Məcəlləsinin 18.1-ci maddəsi ilə vergi məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər hesab edilir. Təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması Vergi Məcəlləsinin 14-cü maddəsinə uyğun olaraq həyata keçirilir.
3. Həmçinin 2023-cü il üzrə aparılmış bank əməliyyatlarına görə bank xidməti üzrə xərc və faiz xərci ümumilikdə 17,9 min manat olmasına baxmayaraq, tərəfinizdən 2023-cü il üçün təqdim edilmiş Mənfəət vergisi bəyannaməsində bank xərci 101,5 min manat bəyan edilmiş, ƏDV bəyannaməsində dövrün sonuna olan debitor borcların dəyəri 0 (sıfır) olmasına baxmayaraq, 2023- cü il Mənfəət vergisi bəyannaməsində dövrün sonuna qalığın 6904,9 min manat əks etdirildiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən xx.xx.2024cü il tarixdə cavabdehə təqdim edilən sənədlər xx.xx.2024-cü il tarixdə göstərilənlərə açıqlama gətirməmişdir. Belə ki, iddiaçı tərəfindən vergi ödənişini təsdiq edən sənəd təqdim edilmişdir ki, həmin sənədddə əks olunan büdcə təsnifatı 114117 olaraq qeyd olunmuşdur. 114117 büdcə təsnifatı kodu digər hüquqi şəxslər üzrə əlavə dəyər vergisinin ödənilməsini nəzərədə tutmuşdur. Halbuki cavabdeh tərəfindən göndərilən məktubda dividenddən ödəmə mənbəyində verginin tutulmaması bildirilmişdir. Bununla bağlı isə iddiaçı tərəfindən hər hansı sənəd cavabdehə təqdim edilməmişdir. Eyni zamanda X4 onunla qarşılıqlı surətdə asılı olan və 2023-cü ildə müəssisənin işçisi olmuş X3 (**********) elektron qaimə-faktura əsasında 2023-2024-cü llərdə 165,0 min manat dəyərində xidmət əldə edildiyi və onların qarşılıqlı surətdə asılı olan şəxslər olduğu və onlar arasındakı əməliyyatların bazar qiyməti nəzərə alınaraq vergiyə cəlb edilməli olduğu bildirilmişdir. Lakin iddiaçı tərəfindən qeyd olunanlarla bağlı hər hansı sənəd cavabdehə təqdim edilməmişdir. Bildiririk ki, artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyul 2019-cu il 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”na uyğun qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə olaraq həyata keçirilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən vergi ödəyicisi büdcəyə artıq ödəmələrin ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Eyni zamanda, yuxarıda adıçəkilən Qaydaların 6.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) vergi ödəyicisinə və ya sığortaedənə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Həmin Qaydaların 6.3-cü maddəsinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılmasının gecikdirilməsi vergi ödəyicisinin mövcud qaydalara riayət etməməsi səbəbindən baş verdiyi halda, gecikdirilmiş müddət üçün faiz ödənilmir. Qeyd edilən Qaydaların 5-ci bəndinə əsasən vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada vergi ödəyicisinin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə və xarici diplomatik və analoji nümayəndəliklər üzrə 4 nüsxədə rəy tərtib edirlər. Rəydə ayrıayrı vergi növləri üzrə artıq ödənilmiş məbləğlər, habelə digər vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların olmadığı əks etdirilməli və rəy müvafiq qaydada təsdiq olunmalıdır. Tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hallarda 12 gün müddətində artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına, 1 nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 nüsxəsi isə vergilərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır. Tərtib olunmuş rəy nəticəsində büdcəyə artıq ödəmələrin faktiki qaytarılmış məbləğləri maliyyə orqanlarının rəsmi məlumatlarına əsasən vergi ödəyicisinin şəxsi hesab vərəqəsində əks etdirilir və büdcəyə daxilolmalar barədə hesabatlarda nəzərə alınır. Maliyyə orqanları vergi ödəyicisinin büdcəyə daxil olmasını təmin edən orqanlar tərəfindən verilmiş rəyləri qəbul edirlər. Mərkəzləşdirilmiş gəlirlərin qaytarılması tələb olunan zaman yerli maliyyə orqanlarına təqdim olunmuş rəylərin bir nüsxəsi və ərizənin surəti 5 və ya bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hallarda 4 gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir. Maliyyə orqanları vergi ödəyicisinin vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlarda qeydiyyatından və vergilərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməsindən asılı olaraq vəsaitin qaytarılmasını təmin etməlidirlər. Maliyyə orqanları tərəfindən vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara artıq ödəmənin qaytarıldığı barədə 5 gün müddətində məlumat verilir. Dövlət büdcəsinin mədaxili büdcəyə artıq ödəmələrin faktiki qaytarılmış məbləği qədər azaldılır. "X6" MMC-nin iddiası təmin edilməməsi xahiş edilmişdir. Cavabdeh iddiaya dair yazılı vəsatətlə müraciət edərək bildirmişdir ki, Vergi ödəyicisi xx.xx.2024-cü il tarixli **********048200 nömrəli artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə və xx.xx.2024-cü il tarixli **********072600 nömrəli məktubla müraciət etmiş, müraciətlərlə əlaqədar vergi ödəyicinə vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixli **********802700 nömrəli və xx.xx.2024-cü il tarixli **********877200 nömrəli müvafiq məktublar göndərilmişdir. Cavab məktubunda vergi ödəyicisinin iqtisadi göstəricilərinin araşdırılmaqla nəticəsi üzrə qanunamüvafiq tədbirlərin görüləcəyi bildirilmişdir.Eyni zamanda artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə xx.xx.2024-cü il tarixli **********638200 nömrəli müraciətlə əlaqədar vergi ödəyicisi xx.xx.2024-cü il tarixdə Dövlət Vergi Xidmətinin aidiyyəti vəzifəli şəxsləri tərəfindən qəbul edilərək ona müvafiq izahat verilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********486100 nömrəli məktub göndərilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya artıq ödənilmiş vergilərin qaytarılması ilə bağlı rəy verilməsindən imtina edilməmişdir. Nə qədər ki, cavabdeh rəy verməkdən imtina etməmiş, o zaman iddiaçının da artıq ödənilmiş vergilərin qaytarılmasına dair rəy verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi mümkün hesab edilməməlidir.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.İddiaçı "X6" MMC-nin (VÖEN:**********) cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı 400000.00 manat pulun iddiaçıya ödənilməsinə dair rəy verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi mümkün sayılmaması xahiş edilmişdir. "X6" MMC ilə X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 01/23 nömrəli xidmət göstərilməsi haqqında müqavilənin surəti və təhvil-təslim aktları məhkəməyə təqdim olunmuşdur. xx.xx.2024-cü il tarixli **********877200 saylı artıq ödəmə ilə bağlı müraciətə baxılması barədə məktubdan görünür ki, artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş " Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması" Qaydaları ilə tənzimlənir. İqtisadi göstəriciləri Baş İdarə tərəfindən araşdırılır və nəticəsi barədə tədbirlər görüləcəkdir. xx.xx.2024-cü il tarixli İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim edilmiş artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizədən görünür ki, cəmi 711050.70 manat, cəmi qaytarılacaq məbləğ isə 280000.00 manat olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-321664/2024 saylı iş üzrə məlumatın təqdim edilməsi barədə məktubdan görünür ki, "xxxx" MMC barəsində məlumatın təqdim edilməsinə dair müraciətə baxılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-M-93xx-xx/2024 saylı artıq ödəmə məbləği ilə əlaqədar müraciətə baxılması barədə məktubdan görünür ki, Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxılmışdır. Bildirilir ki, artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəaları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” ilə tənzimlənir. Aparılmış araşdırma zamanı 2023-cü ilin sentyabrdekabr ayları ərzində bank hesabı məlumatlarına əsasən cəmiyyətin təsisçi və rəhbəri Elvin Məmmədovun adına 1399,2 min man dəyərində məxaric əməliyyatları həyata keçirilmiş, lakin bu əməliyyat 2023-cü ildə dividend gəliri kimi ödəmə mənbəyində vergiyə cəlb edilməmişdir. Eyni zamanda X4 onunla qarşılıqlı surətdə asılı olan və 2023-cü ildə müəssisənin işçisi olmuş X3 (**********) elektron qaimə-faktura əsasında 2023-2024-cü llərdə 165,0 min manat dəyərində xidmət əldə etmişdir. Belə ki, aralarındakı münasibətlər fəaliyyətlərinin iqtisadi nəticələrinə və ya onların təmsil etdiyi şəxslərin fəaliyyətinə bilavasitə təsir göstərə bilən fiziki şəxslər və (və ya) hüquqi şəxslər Vergi Məcəlləsinin 18.1-ci maddəsi ilə vergi məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər hesab edilir. Təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması Vergi Məcəlləsinin 14-cü maddəsinə uyğun olaraq həyata keçirilir. Həmçinin 2023-cü il üzrə aparılmış bank əməliyyatlarına görə bank xidməti üzrə xərc və faiz xərci ümumilikdə 17,9 min manat olmasına baxmayaraq, tərəfinizdən 2023-cü il üçün təqdim edilmiş Mənfəət vergisi bəyannaməsində bank xərci 101,5 min manat bəyan edilmiş, ƏDV bəyannaməsində dövrün sonuna olan debitor borcların dəyəri 0 (sıfır) olmasına baxmayaraq, 2023- cü il Mənfəət vergisi bəyannaməsində dövrün sonuna qalığın 6904,9 min manat əks etdirildiyi müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq yuxarıda qeyd olunan uyğunsuzluqlar aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamələr, müvafiq təsdiqedici sənədlər və əsaslandırılmış izahat məktubu təqdim edildikdən sonra artıq ödənilmiş vergi məbləğinin qaytarılması ilə bağlı müraciətə yenidən baxıla bilər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-M-96xx-xx/2024 saylı məktubundan görünür ki, eyni məzmunlu xx.xx.2024-cü il tarixli **********298900 nömrəli müraciət vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-M-93xx-xx/2024 nömrəli məktubla cavablandırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə iddiaya dair yazılı etirazların məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
II. İddianın növü və mümkünlüyü
“İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən:
13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Məhkəmə hesab edir ki, iddiaçı onun xeyrinə inzibati aktın qəbul edilməsini xahiş edir və hazırki iddia məcburetməyə dair iddiadır. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
Məhkəmənin hüquqi mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 577/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarına uyğundur. Həmin hüquqi mövqe bu qərarda ifadə olunur. İddiaçı cavabdehə şəxsi hesab vərəqəsi üzrə yaranmış artıq ödəmənin qaytarılması ilə bağlı müxtəlif vaxtlarda müraciət etsə də, cavabdeh artıq ödəmənin qaytarılmasından imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 2-ci hissəsinə görə heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa ödənişləri ödəməyə məcbur edilə bilməz Azərbaycan Respublikasının Vergi Məcəlləsindən: Maddə 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. Maddə 87.4. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 fevral 2001- ci il 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”nın: 1.1-ci bəndinə əsasən həmin Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 87.4-cü maddəsinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.2-ci maddəsinə və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisindən və ya sığortaedəndən düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, hesablanmış faizlərin, habelə vergi və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının, eyni zamanda, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisinin (bundan sonra – büdcəyə artıq ödəmələr) məbləğlərinin qaytarılması qaydalarını müəyyən edir. Qaydaların 2.1-ci bəndinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 (üç) il müddətində ondan düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 (beş) il müddətində tələb etmək hüququna malikdir. Qaydaların 3.1-ci bəndinə əsasən, vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən isə Artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. Qaydaların 3.2-ci bəndinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin və ya sığortaedənin qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. Qaydaların 4.1 və 4.1.3-cü bəndlərinə əsasən 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər. Qaydaların 4.9-cu bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər. Qaydaların 4.10-ci bəndinə əsasən vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə tərtib olunmuş rəyin (4 nömrəli əlavə) 2 (iki) nüsxəsi və ərizənin surəti vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş halda 12 gün, 4.8-ci bəndin ikinci cümləsində nəzərdə tutulmuş halda isə 3 (üç) ay müddətində vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların Bakı şəhərindəki qurumları tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların yerli qurumları tərəfindən artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına və 1 (bir) nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 (bir) nüsxəsi isə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır. Qaydaların 4.12-ci bəndinə əsasən tərtib olunmuş rəy nəticəsində büdcəyə artıq ödəmələrin faktiki qaytarılmış məbləğləri vergilərin, hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılmasına münasibətdə maliyyə orqanlarının, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, hesablanmış faizlərin və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılmasına münasibətdə isə sosial təminatı və müdafiəni həyata keçirən orqanların rəsmi məlumatına əsasən vergi ödəyicisinin və ya sığortaedənin şəxsi hesab vərəqəsində əks etdirilir və büdcəyə daxilolmalar barədə hesabatlarda nəzərə alınır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunundan: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 87.3-cü maddəsinə əsasən Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən, vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir İddiaçının şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2025-ci il tarixə 240849,03 manat məbləğdə saldosu (artıq ödəməsi) mövcuddur. Buna görə də iddiaçı həmin məbləğin qanunvericilikdə nəzərdə tutulmuş qaydada geri qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Vergi orqanı tərəfindən iddiaçının tələbindən imtinanın əsası kimi göstərdiyi dəlilləri isə məhkəmə əsassız və qanunsuz hesab edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 240849.03 (iki yüz qırx min səkkiz yüz qırx doqquz manat üç qəpik) manat məbləğində pul vəsaitinin geri qaytarılması barədə rəy verilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilsin. Məhkəmənin qərarı qanuni qüvvəsini aldığı və icra olunduğu tarixə qeyd edilən məbləğdə azalmalar olduğu halda nəzərə alınsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aysev Almazova