Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1467/2025 11.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı qarşı qulluq stajına görə əlavələrin məbləği azaldılmadan və gözlənilən pensiya ödənişi müddəti aylarının sayı artırılmadan pensiyanın yenidən hesablanması tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qulluq stajına görə əlavələrin məbləği azaldılmadan və gözlənilən pensiya ödənişi müddəti aylarının sayı artırılmadan pensiyanın yenidən hesablanması tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə “Mərkəzi Filialı”) qarşı iddia ərizəsi (dəqiqləşdirilmiş ərizələrlə birlikdə) ilə məhkəməyə müraciət edərək, əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2024-cü il tarixli 3-17-1/3-7-1918/2024 nömrəli qərarın ləğv edilməsini, xx.xx.2017-ci il tarixdən etibarən (xx.xx.2023-cü il tarixədək olan dövr də daxil olmaqla) pensiyasının sığorta hissəsindəki artımların qulluq stajına görə əlavələr azaldılmadan hesablanması və hesablanmış məbləğin xx.xx.2020-ci il tarixdən ödənilməsini, habelə pensiyasının sığorta hissəsi hesablanarkən xx.xx.2022-ci il tarixdən etibarən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının (72 ay) onun yaşı ilə pensiya yaşı arasındakı ayların sayı (81 ay) qədər artırılmadan hesablanması və hesablanmış məbləğin xx.xx.2022-ci il tarixdən ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – “Qanun”) 29.2-ci maddəsinin xx.xx.2017-xx.xx.2019-cu il tarixlərdə qüvvədə olan redaksiyasına xx.xx.2017-ci il tarixədək əmək pensiyasına çıxmış Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (o cümlədən hərbi qulluqçuların) pensiyasının sığorta hissəsi artırıldıqda (yenidən hesablandıqda), qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanmalı idi. Qanunun 45-ci maddəsinin xx.xx.2017-xx.xx.2022-ci il tarixlərdə qüvvədə olmuş 2-ci cümləsi 1-ci dəfə əmək pensiyasının xx.xx.2018-ci il tarixdə yenidən hesablanarkən tətbiq edilə bilsə də, xx.xx.2022-ci il tarixdən etibarən tətbiq edilə bilməzdi. Çünki həmin tarixdə İddiaçının hüquqi vəziyyətini pisləşdirən qanun ləğv edilmiş, bununla da İddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran yeni qanun qəbul edilmişdir. Qanunun 45-ci maddəsinin xx.xx.2023-cü il tarixdən etibarən qüvvədə olan 2-ci cümləsi isə İddiaçının əmək pensiyası xx.xx.2023-cü il tarixdə 2-ci dəfə yenidən hesablanarkən nəzərə alınmamalıdır. Çünki Qanunun xx.xx.2022-xx.xx.2023-cü il tarixlərdə qüvvədə olmuş redaksiyasına əsasən şəxs işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası yenidən hesablandığı gündən sonra 6 il işlədikdə onun pensiyasını yenidən hesablatmaq hüququ var idi və bu hesablama zamanı pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının yaşı ilə pensiya yaşı arasındakı ayların sayı qədər artırılmırdı. Qanunun 45-ci maddəsinin xx.xx.2023-cü il tarixdən etibarən qüvvədə olan 2-ci cümləsinin tətbiqi isə iddiaçının hüquqi vəziyyətini pisləşdirir. Bu səbəbdən iddiaçı xx.xx.2017-ci il tarixdən etibarən pensiyasının sığorta hissəsindəki artımların qulluq stajına görə əlavələr azaldılmadan, habelə xx.xx.2022-ci il tarixdən etibarən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının İddiaçının yaşı ilə pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan hesablanması və hesablanmış məbləğin müraciət tarixindən əvvəlki 3 il üzrə, yəni xx.xx.2020-ci il tarixdən ödənilməsi ilə bağlı Mərkəzi Filiala müraciət etsə də, Cavabdeh ərizənin təmin edilməsindən imtina etmişdir. Hesab edir ki, imtina əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra “İPM”) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh olan Mərkəzi Filial tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2024cü il tarixli iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdən qüvvədə olan Qanunda dəyişiklik edilməsinə dair 530-VİQD nömrəli Qanunun Keçid müddəalarının 2.2-ci maddəsi ilə 1.11-ci maddənin (5-ci maddənin ikinci cümləsinin çıxarılması) həmin Qanun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına halına tətbiq edilməməsi nəzərdə tutulmuşdur. Sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin maliyyə imkanları ilə bağlıdır və qanunverici bu tənzimetmədə mülahizə sərbəstliyinə malikdir. Qanunun 45-ci maddəsinin 2-ci cümləsində nəzərdə tutulan “hesablama” sözü ümumi məna kəsb edir və həm əmək pensiyası təyin olunan şəxslərə, həm də əmək pensiyası yenidən hesablanan şəxslərə aid olan normadır. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi isə məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2024-cü il tarixli 3-17-1/3-7-1918/2024 nömrəli qərara əsasən İddiaçıya xx.xx.2009cu il tarixdə əmək pensiyası təyin edilmişdir. Qeyd edilən qərara, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2019-cu il tarixli məlumat vərəqinə və cavabdehin xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən iddiaçının əmək pensiyası xx.xx.2018-ci il tarixdən ilk dəfə, xx.xx.2023cü il tarixdən isə növbəti dəfə yenidən hesablanmışdır. İş materiallarında olan iddiaçının əmək kitabçasına əsasən İddiaçı xx.xx.1993xx.xx.2009-cu illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmət keçmiş və tərxis olmuşdur. xx.xx.2011-ci il tarixdə Nərimanov Rayon Məşğulluq Mərkəzində işə qəbul olmuşdur. xx.xx.2014-cü il tarixdən Silahlı Qüvvələrin hərbi xidmətinə keçmişdir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı cavabdehə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən verilmiş həmin müraciətə dair xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra işdən azad olunduğu xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızda toplanmış 20308,05 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin 2-ci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 189 aya bölünərək (20308,05:189 ay (64 il 54 il 3 ay=117 ay+72 ay (144 ay-72 ay))=107,45 manat) xx.xx.2020-ci il tarixinədək (Mərkəzi Filiala müraciət etdiyi xx.xx.2023-cü il tarixindən 3 il geriyə) mövcud olmuş pensiyanın (887,92 manat) üzərinə əlavə edilərək əmək pensiyası həmin tarixdən 995,37 (887,92+107,45) manat müəyyən edilib. Eyni zamanda, Qanunun xx.xx.2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən iddiaçının əmək pensiyası həmin tarixdən 1094,91 manat, 29cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 1255,86 manat müəyyən edilib. Həmçinin, xx.xx.2018-ci il tarixindən sonra iddiaçının işdən azad olunduğu xx.xx.2023-cü il tarixədək işlədiyi müddət ərzində fərdi hesabın sığorta hissəsində toplanmış 4396,32 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin 2-ci cümləsinin tələblərinə uyğun qaydada 142 aya bölünməklə (4396,32:142 ay (65 il-59 il 2 ay=70 ay+72 ay (144 ay-72 ay))=30,96 manat) həmin tarixədək mövcud olmuş pensiyası (1255,86 manat) üzərinə əlavə edilərək əmək pensiyası həmin tarixdən 1286,82 (1255,86+30,96) manat hesablanıb. xx.xx.2024-cü il tarixindən müvafiq indeksləşdirilmə ilə əlaqədar pensiyası 1430,94 manat müəyyən edilib. Tətbiq edilən hüquq. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun xx.xx.2017xx.xx.2022-ci il tarixlərdə qüvvədə olmuş redaksiyası 45-ci maddəsinin 2-ci cümləsi Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 530-VİQD nömrəli Qanun 1.11-ci maddə 45-ci maddənin 2-ci cümləsi çıxarılsın. 2-ci maddə (keçid müddəaları) 2.2. Bu Qanunun 1.11-ci maddəsi bu Qanun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. xx.xx.2023-cü il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 627-VİQD nömrəli Qanun 1.13-cü maddə 45-ci maddəyə aşağıdakı məzmunda 2-ci cümlə əlavə edilsin: Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə 534-VQD nömrəli Qanun 1.92-ci maddə 29-cu maddə aşağıdakı redaksiyada verilsin: 29.2. 2017-ci il iyulun 1-dən əmək pensiyasına çıxmış bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. xx.xx.2019-cu il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə 1362-VQD nömrəli Qanun 1.4-cü maddə 29.2-ci maddədə “2017-ci il iyulun 1-dən əmək pensiyasına çıxmış bu” sözləri “Bu” sözü ilə əvəz edilsin. xx.xx.2017-xx.xx.2022-ci il tarixlərdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu 37.3.1-ci maddə Yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. xx.xx.2022-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə 530-VİQD nömrəli Qanun 1.10.1-ci maddə 37.3.1-ci maddə aşağıdakı redaksiyada verilsin: yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 1.0.12-ci maddə Əmək pensiyasının sığorta hissəsi fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Prezidentin xx.xx.2006-cı il tarixli 377 nömrəli Fərmanı 2.11-ci bəndi Qanunun 45-ci maddəsinin 1-ci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanun: ...... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İPM: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi. Məhkəmə işin materiallarını araşdıraraq, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarından göründüyü kimi mübahisə Qanunun 45-ci maddəsinin xx.xx.2017-xx.xx.2022-ci il tarixlərdə qüvvədə olmuş və xx.xx.2023-cü il tarixdən qüvvədə olan 2-ci cümləsinin tətbiqi ilə bağlı yaranmışdır. Eyni zamanda, mübahisə Qanunun 29.2ci maddəsinin xx.xx.2017-xx.xx.2019-cu il tarixlərdə qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2017-ci il tarixədək əmək pensiyasına çıxmış Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (o cümlədən hərbi qulluqçuların) pensiyasının sığorta hissəsi artırıldıqda (yenidən hesablandıqda), qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanmalı ilə bağlıdır. Cavabdehin mövqeyinə əsasən xx.xx.2022-ci il tarixdən etibarən həmin tarixdən əvvəlki dövr üçün pensiya təyin edilməsi və ya yenidən hesablanması zamanı fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına (72 aya) deyil, daha artıq ay sayına (iddiaçıya münasibətdə 189 aya) bölünməlidir. Çünki Qanunun xx.xx.2017-xx.xx.2022-ci il tarixlərdə qüvvədə olmuş 45-ci maddəsinin 2-ci cümləsinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 7-ci maddəsinə əsasən xx.xx.2018-ci il tarixdən etibarən kişilərin pensiya yaşı 63 yaş təşkil edir. Bu o deməkdir ki, xx.xx.2017-xx.xx.2022-ci il tarixlərdə pensiya təyin edilən şəxsin pensiya kapitalı o halda gözlənilən pensiya ödənişi müddəti aylarının sayı artırılmadan həmin ayların sayına (72 aya) bölünür ki, şəxsin 65 yaşı tamam olsun. Digər hallarda isə, pensiya kapitalı pensiyaya çıxma yaşı (məsələn: 54 yaş) ilə pensiya yaşı (63 yaş) arasındakı ayların sayı (məsələn: 9 il, yaxud 108 ay) arasında fərqin üzərinə gəlinən gözlənilən pensiya ödənişi müddəti aylarının sayından (72 ay) ibarət rəqəmə bölünür. xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş 530-VİQD nömrəli Qanunun 1.11-ci maddəsinə əsasən Qanunun 45-ci maddənin 2-ci cümləsi çıxarılmış və həmin Qanunun Keçid müddəalarının 2.2-ci maddəsinə əsasən 1.11-ci maddə həmin Qanun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanması, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Bununla əlaqədar məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, 530-VİQD nömrəli Qanun xx.xx.2022-ci il tarixdə deyil, xx.xx.2022-ci il tarixdə qüvvəyə minmişdir. Belə ki, həmin Qanun Prezidentin rəsmi internet informasiya ehtiyatında xx.xx.2022-ci il tarixdə yerləşdirilmişdir (https://president.az/az/articles/view/56564). “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 82.6-cı maddəsinə əsasən normativ hüquqi aktlardan biri ayrı-ayrı vaxtlarda bir neçə üsulla rəsmi dərc edildikdə normativ hüquqi aktın rəsmi dərc edilməsi və qüvvəyə minməsi tarixi onun ilk dərc edilməsi tarixi ilə müəyyən edilir . Bu baxımdan Qanunun 45-ci maddəsinin 2-ci cümləsinin çıxarılmasına dair müddəa xx.xx.2017-xx.xx.2022-ci il tarixlərdə qüvvədə olmuşdur. Həmin dövrdə qüvvədə olmuş 45-ci maddəsinin 2-ci cümləsi isə əmək pensiyasının yenidən hesablanması halına deyil, əmək pensiyasının təyin olunması halına aid edilən müddəadır. Çünki həmin müddəada “əmək pensiyası yenidən hesablanan şəxs” anlayışından deyil, “əmək pensiyası təyin olunan şəxs” anlayışından istifadə edilmişdir ki, həmin anlayışlar fərqli mənaları ifadə edir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumu N.Hüseynbəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında əmək pensiyasının təyin edilməsi ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması arasında fərq qoyulmuş, əmək pensiyasının yenidən hesablanmasının ilk təyinatdan sonra həyata keçirilən pensiya hesablamalarını nəzərdə tutması barədə mövqe ifadə edilmişdir. Bu baxımdan Qanunun xx.xx.2017-xx.xx.2022-ci il tarixlərdə qüvvədə olmuş 45-ci maddəsinin 2-ci cümləsini xx.xx.2022-ci il tarixdən sonrakı dövrdə tətbiq edərək iddiaçının pensiyasının yenidən hesablanması qanuni və əsaslı inzibati fəaliyyət hesab edilə bilməz. Bununla yanaşı, qeyd edilməlidir ki, xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş 530- VİQD nömrəli Qanunun Keçid müddəalarının 2.2-ci maddəsi ilə 1.11-ci maddənin həmin Qanun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına halına tətbiqinin istisna edilməsi həmin Qanun qüvvəyə minənək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanması imkanını aradan qaldırmır. Çünki Qanunun xx.xx.2017-xx.xx.2022-ci il tarixlərdə qüvvədə olmuş 45-ci maddəsinin 2-ci cümləsi xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş 530-VİQD nömrəli Qanunun 1.11-ci maddəsi ilə çıxarılaraq pensiya hüququ olan şəxslərin hüquqi vəziyyəti yaxşılaşmışdır, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktın geriyə qüvvəsinin təsirini (normativ-hüquqi aktın retrospektiv tətbiqini) nəzərdə tutan qayda isə Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində təsbit edilmişdir. Normativ hüquqi aktların hazırlanması, qəbul olunması, rəsmiləşdirilməsi, dərc edilməsi, qüvvədə olması, şərh edilməsi və sistemləşdirilməsi qaydalarını müəyyən edən “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 2.3-cü maddəsinə əsasən qanunla Azərbaycan Respublikasının Konstitusiyası ziddiyyət təşkil etdikdə, Konstitusiya tətbiq edilir. Odur ki, xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş 530-VİQD nömrəli Qanunun Keçid müddəalarının 2.2-ci maddəsi Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsi ilə ziddiyyət təşkil etdiyindən Konstitusiya tətbiq edilməli və 530-VİQD nömrəli Qanunun 1.11-ci maddəsinin qüvvəsi geriyə şamil edilməlidir. Bununla yanaşı, həmin “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87.2-ci maddəsinə əsasən fiziki şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Həmçinin, qeyd edilən Konstitusiya Qanunun 10.3-cü maddəsinə əsasən ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. Normativ hüquqi aktların qüvvədə olması ilə bağlı qaydalar “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanunu ilə tənzim edildiyindən və həmin Konstitusiya Qanunu xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş 530-VİQD nömrəli Qanunla bərabər hüquqi qüvvəyə malik olsa da, hüquqi aktların qüvvəsi münasibətində sahəvi akt hesab edildiyindən 530-VİQD nömrəli Qanunun 1.11-ci maddəsinin geriyə təsiri (Qanun qüvvəyə minənədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanması halına münasibətdə tətbiqi) baxımından “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanunun 87.2-ci maddəsi əsas götürülməli və həmin müddəaya uyğun olaraq 530-VİQD nömrəli Qanunun 1.11-ci maddəsinin qüvvəsi geriyə şamil edilməlidir. Belə olan halda isə, pensiya kapitalının yalnız gözlənilən pensiya ödənişi müddəti aylarının sayına (72 aya) bölünərək pensiyanın hesablanması qaydası xx.xx.2022-ci il tarixədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanması, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə də tətbiq edilməlidir. Bu baxımdan Qanunun 45-ci maddəsinin xx.xx.2017-xx.xx.2022-ci il tarixlərdə qüvvədə olmuş 2-ci cümləsi xx.xx.2022-ci il tarixdən etibarən iddiaçıya münasibətdə tətbiq edilə bilməzdi ki, bu da həmin tarixdə İddiaçının hüquqi vəziyyətini pisləşdirən qanunun ləğv edilməsi, İddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran yeni qanunun qəbul edilməsi ilə əlaqədardır. Qanunun 45-ci maddəsinin xx.xx.2023-cü il tarixdən etibarən qüvvədə olan 2-ci cümləsi də İddiaçının əmək pensiyası xx.xx.2023-cü il tarixdə 2-ci dəfə yenidən hesablanarkən nəzərə alınmamalı idi. Çünki həmin müddəa xx.xx.2023-cü il tarixədək gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyaçının yaşı ilə pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan hesablanmaq hüququ yaranmış şəxslərin hüquqi vəziyyətini pisləşdirir. xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş 530-VİQD nömrəli Qanun iddiaçıya gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyaçının yaşı ilə pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan hesablatmaq hüququ verdiyindən Qanunun 45ci maddəsinin xx.xx.2023-cü il tarixdən etibarən qüvvədə olan 2-ci cümləsi iddiaçının hüquqi vəziyyətini pisləşdirir. Hüquqi vəziyyəti pisləşdirən normativ-hüquqi aktlar isə Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən geriyə şamil edilə bilməz. Qanunun 29.2-ci maddəsinin xx.xx.2017-xx.xx.2019-cu il tarixlərdə qüvvədə olmuş redaksiyasının iddiaçıya tətbiqi ilə bağlı isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü İl tarixli 2-1(102)- 1229/2023 nömrəli qərarı ilə formalaşmış Qanunun 29.2-ci maddəsinin xx.xx.2017xx.xx.2019-cu il tarixlərdə qüvvədə olmuş redaksiyasının tətbiq təcrübəsinə əsasən xx.xx.2017-ci il tarixdən əvvəl əmək pensiyasına çıxmış hərbi qulluqçunun pensiyasının sığorta hissəsi artırıldıqda, qulluq stajına görə əlavələr həmin artım qədər azaldılmamaqla yenidən hesablanmalıdır. İş materiallarında olan cavabdehin xx.xx.2024-cü il tarixli cavab məktubunda və yazılı etirazında İddiaçının pensiyasının sığorta hissəsindəki artımların xx.xx.2017-ci il tarixdən qulluq stajına görə əlavələr azaldılmadan hesablanmalı olması, iddiaçıya həmin qaydanın xx.xx.2017-ci il tarixdən (iddiaçı həmin tarixdə Nərimanov Rayon Məşğulluq Mərkəzində işə qəbul olmaqla işləyən əmək pensiyaçısı kateqoriyasına keçmişdir) tətbiq edilməsi qeyd edilmir. Bu isə onu göstərir ki, cavabdeh xx.xx.2017-ci il tarixdən əvvəl əmək pensiyasına çıxmış hərbi qulluqçunun pensiyasının sığorta hissəsi artırıldıqda, qulluq stajına görə əlavələr həmin artım qədər azaldılmamaqla yenidən hesablanması mövqeyi ilə razı deyil. Bu səbəbdən iddiaçının pensiyasının sığorta hissəsindəki artımlar xx.xx.2017-ci il tarixdən qulluq stajına görə əlavələr azaldılmadan hesablanmalı və müraciət edilən (xx.xx.2023-cü il) tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməlidir. Qeyd edilməlidir ki, Qanunun 32.1-1-ci maddəsinə əsasən pensiyanın əvvəlki ən çoxu 3 il üçün ödənilməsi pensiya hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla təyin edilməsini (yenidən hesablanmasını) istisna etmir. Çünki həmin maddənin mənasına əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla təyin edilir və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilir. Odur ki, aparılmış qiymətləndirmənin nəticəsi olaraq iddia təmin olunmalıdır. NƏTİCƏ HİSSƏSİ Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı əmək pensiyasının yenidən hesablanması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/3-7- 1918/2024 nömrəli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2017-ci il tarixdən etibarən (xx.xx.2023-cü il tarixədək olan dövr də daxil olmaqla) pensiyasının sığorta hissəsindəki artımların qulluq stajına görə əlavələr azaldılmadan hesablanması və hesablanmış məbləğin xx.xx.2020-ci il tarixdən ödənilməsi, habelə iddiaçının xx.xx.2022-ci il tarixdən iddiaçının pensiya kapitalının 72 aya bölünməklə sığorta hissənin hesablanması və hesablanmış məbləğin xx.xx.2022-ci il tarixdən ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №e-2-1(112)-1467/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1467/2025
11.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver