Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1481/2024 20.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (adi cəlbetmə qaydasında üçüncü şəxs X8) qarşı “arayışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bağın icarəyə verilməsi haqqında 15055 saylı xx.xx.1986-cı il tarixli müqavilə əsasında mərhum X2i istifadəsinə verilmiş 0,20 ha sahəsi olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 71 nömrəli bağ sahəsinə dair mülkiyyət hüquqlarının mərhum X14 məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən Arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 71 saylı bağ torpaq sahəsi Bakı şəhəri İcra Komitəsinin X15 ilə bağlanmış 15055 saylı xx.xx.1986-cı il tarixli müqavilə əsasında mərhum anası X2i istifadəsinə ayrılmışdır. Bağ sahəsi ayrıldığı vaxtdan fasiləsiz olaraq istifadələrindədir. Məhrum anası X10 mülkiyyət hüquqlarının qeydiyyata alınması məqsədilə Bakı şəhəri 33 saylı Notariat Ofisinə ərizə ilə müraciət edərək vərəsəlik işinin açılmasını xahiş etmişdir. Müraciəti əsasında Bakı şəhəri 33 saylı Notariat Ofisində vərəsəlik işi açılmış, vərəsəlik işi ilə bağlı cavabdeh təşkilata xx.xx.2022-ci il tarixli 30 saylı məktub ünvanlanmışdır. Məktubda mərhumun vərəsəsi kimi iddiaçının müəyyən olunmağı göstərilmişdir. Bundan sonra hüquqların dövlət qeydiyyatına alınması məqsədilə xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdeh təşkilata müraciət etmişdir. Lakin, ərizəsinin icra olunması əvəzinə, xx.xx.2023-cü il tarixli 3-21-3- 30/2-C-0136-8/2023 (**********96) saylı məktubla ərizəsinin icrasından imtina edilmişdir. Məktubda imtina səbəbi kimi, cavabdeh təşkilat tərəfindən bildirilmişdir: “idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı bağ sahəsinin digər bağ sahələri ilə ümumi hasar daxilində yerləşdiyi və ərazinin bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil etdiyi müəyyən edilmişdir. Həmçinin, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsi Abşeron rayon ərazi hüdudları daxilində yerləşir. Bundan əlavə, idarənin mövcud arxiv məlumatlarına əsasən 71 saylı bağ nömrəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı aşkar edilmişdir ". Hesab edir ki, cavabdeh təşkilatın hüquqların qeydiyyatından imtina etməsi əsassızdır. Bu səbəbdən məhkəməyə müraciət edir. Bağ sahəsinin digər bağ sahələri ilə ümumi hasar daxilində yerləşdiyi və ərazinin bağıarın bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil etdiyi barədə deyilənlər həqiqətə uyğun deyil. Bununla bağlı sübutların məhkəmə araşdırması zamanı alınması mümkündür. Belə ki, torpaq sahəsinin ilkin cizgisi cavabdeh təşilatın arxiv materialları arasında saxlanılır və məhkəmə tərəfindən arxiv materialları alndığı halda bunun müəyyən edilməsi mümkündür. Torpaq sahəsi 30 ilə yaxın müddətdə eyni perimetrik öçülərdə istifadədə olmuşdur. Bu müddət ərzində hər hansı səlahiyyətli dövlət təşkilatı, eləcə də fiziki şəxs tərəfindən hansısa formada mübahisə olmamışdır. Bu dövr ərzində keçmiş X15 tərəfindən vaxtaşırı inventarlaşdırma işləri aparılmış, hansısa əlavə torpaq sahəsinin istifadəsi, yaxud ayrılmış ölçülərdən kənarlaşma ilə bağlı irad bildirilməmişdir. Bundan əlavə, zərurət olduğu təqdirdə iddiaçı məhkəməyə əlavə olaraq sübutlar təqdim etmək niyyətindədir. İddiaçı qeyd edir ki, cavabdeh təşkilat daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmasından imtina edilməsi məqsədilə yalnız əsassız bəhanələr gətirir.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı bağ sahəsinin digər bağ sahələri ilə ümumi hasar daxilində yerləşdiyi və ərazinin bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuziuq təşkil etdiyi müəyyən edilmişdir. Həmçinin, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsi Abşeron rayon ərazi hüdudları daxilində yerləşir bundan əlavə, idarənin mövcud arxiv məlumatlarına əsasən “71” saylı bağ nömrəsi digər səxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı aşkar edilmişdir.
4. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı bağın icarəyə verilməsi haqqında 15055 saylı xx.xx.1986-cı il tarixli müqavilə əsasında mərhum X2i istifadəsinə verilmiş 0.20 ha sahəsi olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 71 nömrəli bağ sahəsinə dair mülkiyyət hüquqlarının mərhum X14 məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq iddia tələbi ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli ********** nömrəli ərizələr ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı bağ sahəsinin digər bağ sahələri ilə ümumi hasar daxilində yerləşdiyi və ərazinin bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil etdiyi müəyyən edilmişdir. Həmçinin elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsi Abşeron rayon ərazi hüdudları daxilində yerləşir. Bundan əlavə, idarənin mövcud arxiv məlumatlarına əsasən “71” saylı bağ nömrəsi digər şəxsin adına (X8) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı aşkar edilmişdir. Məlumat üçün bildirilir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 0.1809 ha təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir.
5. Bakı şəhəri İcra Komitəsinin X15 ilə bağlanmış 15055 saylı xx.xx.1986-cı il tarixli müqavilə əsasında Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 71 saylı bağ torpaq sahəsi (0.20 ha) X2i istifadəsinə ayrılmışdır.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 33 saylı Notariat Ofisi tərəfindən xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, xx.xx.2003-cü il tarixdə vəfat etmiş X11 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 71 saylı sahədə yerləşən 0.20 ha torpaq sahəsinə dair vərəsəsi İddiaçı ərizəsi qəbul edilmişdir və vərəsə kimi tanınmışdır. İcraatda olan vərəsəlik işi ilə əlaqədar olaraq miras qalmış əmlaka dair mərhum X12 adına çıxarış verilməsinə etiraz edilmir.
7. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, xx.xx.2022-ci il Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən daşınmaz əmlakın ümumi sahəsi faktiki 0.1809 ha və hüquq müəyyənedici sənəd üzrə 0.20 ha-dır. Bağ sahəsi qonşu torpaq sahəsi ilə ümumi hasar daxilindədir, ara sərhəd şərtidir. Qonşu torpaq sahəsinə dair sənəd təqdim olunmayıb, ümumi hasar daxilindəki ərazinin sahəsi 0,3872 ha təşkil edir. Bağ sahəsində A-1 mərtəbəli yarımçıq bağ evi var. Vətəndaş ümumi hasar daxilindəki ərazinin sərq tərəfində yerləşən 1809 kv.m. sahəsinin onun bağının ərazisinin olduğun bildirir. Bağın sahəsinin ölçüləri və naturada verləsməsi sxematik xəritəyə və arxiv cizgisinə uyğun gəlmir. Bağ sahəsinə dair notarial qaydada təsdiqlənmiş bölgü sxemi təqdim edilməsi məqsədə uyğundur.
8. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri publik hüquqi hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, vahid elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsi Abşeron rayon ərazi hüdudları daxilində yerləşir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və X4 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və X17 qəsəbəsindəki 71 nömrəli bağın istifadəyə verilməsi haqqında 2550 saylı, xx.xx.2003-cü il tarixli Müqavilə ilə Birlik (Bağlar təsərrüfatının İnkişafı və X23 ərazisində 0.25 hektar torpaq sahəsi olan 71 nömrəli bağı müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla istifadəçiyə (X5) verir və İstifadəçi həmin bağı istifadəsinə götürür.
9. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-471/2010 nömrəli iş üzrə, xx.xx.2010cu il tarixli Qətnaməsi ilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X4 departamentinin Bağlar təsərrüfatının istismarı və inkişafı birliyi ilə istifadəçi Hüseynov X21 arasında Bakı şəhəri Əzizbəyov rayonunun Zirə qəsəbəsində 0,25 hektar torpaq sahəsində yerləşən 71 saylı bağın istifadəyə verilməsi haqqında 29 dekabr 2003-cü il tarixdə bağlanmış 2550 saylı müqaviləyə istifadəçi Hüseynov X21 11 iyul 2004-cü il tarixdə öldüyünə görə xitam verilməsi, həmin müqavilə 11 iyul 2004-cü il tarixdə Bakı Şəhər icra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X4 departamentinin Bağlar təsərrüfatının istismarı və inkişafı birliyi ilə mərhum istifadəçinin oğlu, onun qanun üzrə birinci növbədə vərərəsi və bağın faktiki istifadəçisi olan X6 arasında bağlanmış hesab edilməsi qət edilmişdir.
10. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Torpaq sahəsinin planı və ölçüsünə görə X9 Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(005)-471/2010 nömrəli iş üzrə Qətnaməsi ilə 2500 kv.m. 71 saylı bağ evi tikintisi üçün torpaq sahəsi ilə bağlı tərtib edilmişdir.
11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən (elektron) görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən 71 saylı bağ evinə dair xüsusi mülkiyyət hüququ (tam) X1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır.
12. İş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli AN –İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinə əsasən satıcı X6 Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən 71 saylı bağ evini alıcı X3 mülkiyyətinə vermişdir.
13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən (elektron) görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən 71 saylı bağ evinə dair xüsusi mülkiyyət hüququ (tam) X3 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır.
14. İş üzrə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X8 inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
15. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
16. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verdi.
17. Məhkəmə iclasında üçüncü şəxs iştirak etməmişdir.
II. İddianın növü və mümkünlüyü
18. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
19. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
20. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
21. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
22. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
23. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.
24. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
25. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
27. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
28. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
29. X26 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
30. X26 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
31. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 71 nömrəli bağ sahəsinə dair mülkiyyət hüquqlarının mərhum X14 məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən Arayışın verilməsini tələb etmişdir.
32. Məhkəmə müəyyən edir ki: - Bakı şəhəri İcra Komitəsinin X15 ilə bağlanmış 15055 saylı xx.xx.1986-cı il tarixli müqavilə əsasında Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 71 saylı bağ torpaq sahəsi (0,20 ha) X2i istifadəsinə ayrılmışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 33 saylı Notariat Ofisi tərəfindən xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, xx.xx.2003-cü il tarixdə vəfat etmiş X11 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 71 saylı sahədə yerləşən 0,20 ha torpaq sahəsinə dair vərəsəsi İddiaçı ərizəsi qəbul edilmişdir və vərəsə kimi tanınmışdır. İcraatda olan vərəsəlik işi ilə əlaqədar olaraq miras qalmış əmlaka dair mərhum X12 adına çıxarış verilməsinə etiraz edilmir. - xx.xx.2022-ci il Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən daşınmaz əmlakın ümumi sahəsi faktiki 0,1809 ha və hüquq müəyyənedici sənəd üzrə 0,20 ha-dır. -Təkrar yerli baxış zamanı torpaq sahəsinin yeri iddiaçı tərəfindən dəqiqləşdirilmiş və sahəsinn 0,20 ha olduğu müəyyən edilmişdir.
33. Cavabdeh imtinanın dəlili olaraq bildirmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı bağ sahəsinin digər bağ sahələri ilə ümumi hasar daxilində yerləşdiyi və ərazinin bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuziuq təşkil etdiyi müəyyən edilmişdir. Həmçinin, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsi Abşeron rayon ərazi hüdudları daxilində yerləşir, bundan əlavə, idarənin mövcud arxiv məlumatlarına əsasən “71” saylı bağ nömrəsi digər səxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı aşkar edilmişdir.
34. Məhkəmə bağ sahəsinin vəziyyətini əks etdirən ortofoto çıxarışına əsasən müəyyən edir ki, mərhum X14 ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 71 nömrəli bağ sahəsinin böyük hissəsi Bakı şəhəri, Xəzər rayonunun inzibati ərazisində yerləşdiyindən həmin əraziyə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı mübahisəyə baxılması Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir.
35. Məhkəmə qeyd edir ki, hazırda bağların yerləşmə mövqeyində sxematik xəritəyə nəzərən əhəmiyyətli sayılmayacaq dərəcədə koordinat sürüşməsi mümkündür. Bu isə iddiaçının faktiki sahibliyində və istifadəsində olan və mübahisəli olmayan torpaq sahəsi üzərində hüquqların qeydiyyatdan imtina üçün əsas deyildir.
36. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə faktiki olaraq tənzimlənmişdir. Bu fərman məhz torpaqların mövcud problemli vəziyyəti ilə bağlı tənzimləmə işlərinin aparılması və qeydiyyatı zamanı meydana çıxan uyğunsuzluqların aradan qaldırılması ilə əlaqədar qəbul edilmiş və uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) yerquruluşu qaydasında aradan qaldırılması qaydası müəyyən edilmişdir. Həmin fərmanın preambulasına əsasən Fərman torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə qəbul edilmişdir.
37. Məhkəmə qeyd edir ki, əvvəllər tətbiq olunan koordinat təyinetmə sistemi ilə hal-hazırda tətbiq edilən koordinat təyinetmə sistemi fərqlidir. Bu fərqlər ondan ibarətdir ki, əvvəllər (sovetlər vaxtında, müstəqilliyin ilk iyirmi ilində) və 2010-cu illərədək kadastr işlərində istifadə olunmuş koordinat sisteminin göstəriciləri ilə hazırda tətbiq olunan koordinat sisteminin göstəricilərinə çevrildikdə koordinatlarda müəyyən qədər sürüşmə (yerdəyişmə/göstərici uyğunsuzluğu) yaranır və ya yarana bilər. Bu sürüşmə (yerdəyişmə) torpaq sahəsinin yerinin dəyişilməsi demək deyildir, bu, texniki sənədlərdəki koordinatlar arasında yaranmış obyektiv səbəbli (koordinat təyinetmə sistemlərinin uyğunsuzluğundan qaynaqlanan) kiçik dərəcəli uyğunsuzluqdur. Həmin uyğunsuzluqlar hər bir sonrakı reyestr qeydiyyatı icraatı işlərinin, o cümlədən də yerquruluşu və kadastr işlərinin aparılması zamanı - koordinat və döngə nöqtələrinin təkrar təyini və müvafiq texniki sənədlərə işlənilməsi zamanı aidiyyəti səlahiyyətli orqanın mütəxəssisi tərəfindən ilkin hüquqi və texniki sənədlərə əsaslanılmaqla aradan qaldırılmalıdır.
38. Odur ki, texniki uyğunsuzluq səbəbindən torpaq sahəsinin yerləşmə mövqeyində əhəmiyyətli sayılmayacaq dərəcədə koordinat sürüşməsinin olması mümkündür və inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında mümkün uyğunsuzluğu aradan qaldırmaqla iddiaçının həmin bağ sahəsinə dair hüquqlarının qeydiyyatını təmin etməlidir.
39. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-471/2010 nömrəli iş üzrə, xx.xx.2010cu il tarixli Qətnaməsi ilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X4 departamentinin “Birlik” adlandırılacaq Bağlar təsərrüfatının istismarı və inkişafı birliyi ilə istifadəçi Hüseynov X21 arasında Bakı şəhəri Əzizbəyov rayonunun Zirə qəsəbəsində 0,25 hektar torpaq sahəsində yerləşən 71 saylı bağın istifadəyə verilməsi haqqında 29 dekabr 2003-cü il tarixdə bağlanmış 2550 saylı müqaviləyə istifadəçi Hüseynov X21 11 iyul 2004-cü il tarixdə öldüyünə görə xitam verilməsi, həmin müqavilə 11 iyul 2004-cü il tarixdə Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X4 departamentinin “Birlik” adlandırılacaq Bağlar təsərrüfatının istismarı və inkişafı birliyi ilə mərhum istifadəçinin oğlu, onun qanun üzrə birinci növbədə vərərəsi və bağın faktiki istifadəçisi olan X6 arasında bağlanmış hesab edilməsi qət edilmişdir.
40. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən (elektron) görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən 71 saylı bağ evinə dair xüsusi mülkiyyət hüququ (tam) X3 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır.
41. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, edir ki, X3 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən 71 saylı bağ evi mübahisə predmetini təşkil edən bağ sahəsi ilə üst-üstə düşmür, ayrı-ayrı torpaq sahələridir.
42. Belə ki, X3 mülkiyyət hüquqlarının qeydiyyatına əsas olmuş xx.xx.2003-cü il tarixli 2550 nömrəli Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X4 departamentinin “Birlik” adlandırılacaq Bağlar təsərrüfatının istismarı və inkişafı birliyi ilə Hüseynov X21 arasında Zirə ərazisindəki 71 nömrəli bağın istifadəyə verilməsi haqqında müqavilədir.
43. Odur ki, torpaq sahələri ayrı-ayrı ərazilərdə yerləşir, nömrə təkrarlanması baş vermişdir.
44. Qeyd edilənlərə məcmu halda məhkəmə qiymət verərək hesab edir ki, iddiaçının mərhum atasının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var və cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.
45. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.1-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir.
46. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir.
47. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
48. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
49. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
50. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
51. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bağın icarəyə verilməsi haqqında 15055 saylı xx.xx.1986-cı il tarixli müqavilə əsasında Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən sahəsi 0,20 ha olan 71 saylı bağ sahəsinin iddiaçının anası mərhum X14 məxsusluğu barədə arayışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Sevdimalıyeva