Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1486/2023 02.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 qızının katibliyi, iddiаçı İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə 02 noyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci tarixli əlilliyin qiymətləndirilməsi göndərişi əsasında ikinci dərəcəli əlillik statusunun xx.xx.2021-ci il tarixdən təkrar təsdiq edilməsi, əlilliyin təkrar qiymətləndirilmlsində buraxılmış 6 ay 15 gün müddətə görə kompensasiyanın hesablanıb tam həcmdə ödənilməsi, xx.xx.2012-ci il tarixində təyin edilən əlilliyə görə əmək pensiyasının yenidən hesablanması, xx.xx.2012-ci il tarixindən hazırkı dövrə qədər fərq məbləğinin hesablanaraq tam həcmdə ödənilməsi ödəyilinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasında iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin 02 noyabr 2022-ci il tarixli qərardadı ilə, ərizə təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Məhkəmənin 02 noyabr 2022-ci il tarixli qərardadı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “pensiyanın yenidən hesablanması və əlillik statusunun təsdiq edilməsi” tələbinə dair iş - İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbi üzrə icraat e-2-1(112)-9922/2022 nömrə ilə; - İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik statusunun təsdiq edilməsi” tələbi üzrə icraat yeni nömrə ilə qeydiyyata alınmaqla ayrılması qərara alınmışdır. İddiaçı 02 noyabr 2022-ci il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 31 avqust tarixli, 3-17-1/2-199889/2023 saylı məktubunda göstərilənlər nəzərə alınmaqla xx.xx.2012-ci il tarixində təyin edilən əlilliyə görə əmək pensiyasının yenidən hesablanması və fərq məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizədə göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəmənin sorğusunun cavablandırılması barədə 14 aprel 2023-cü il tarixli məktubunda göstərilən hesablamalarla əlaqədar bildirilir ki, hesablanmış 25 il 8 ay 9 gün siğorta stajı və həmin dövr üçün hesablanmış 70,45 manat pensiyanın sığorta hissəsi mübahisələndirilmir. Lakin məktubda göstərilən Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə istnadən xx.xx.2006-cı il-xx.xx.2012-ci il dövrü üçün 2477,29 manat indeksləşdirilmiş pensiya kapitalı və onun əsasında hesablanmış 22,61 manat pensiyanın sığorta hissəsi səhv hesablanmışdır. Belə ki, Məhkəmənin xx.xx.2023-cü il tarixli, e- 2(112)1486/2023 nömrəli sorğusuna cavab olaraq cavabdehin 31 avqust tarixli, 3-17-1/2-199889/2023 saylı məktubunda göstərilmişdir ki, 2007-ci il -2013-cü il dövrü üçün ödənilmiş pensiya kapitalı 3983,24 manat təşkil edir. Həmin məktuba əlavə edilmiş cədvəldən görünür ki, xx.xx.2006cı il-xx.xx.2012-ci il dövrü üçün ödənilmiş pensiya kapitalı 3983,24 manat - (18,7x 9 =168,3) manat = 3 814,94 manat təşkil edir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı tərəfin verdiyi iddia tələbinin dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçının 01 01.2006-cı il tarixinədək 25 il 8 ay 9 gün sığorta stajına əsasən pensiya kapitalının məbləği 4367,58 manat təşkil edir: 25+(8+9/30 ay)/12ay x 170 manat=4367,58 manat. Həmin kapitalın xx.xx.2012-ci il tarixinə indeksləşdirilmiş məbləği 7719,15 manat təşkil edir. Qanunun xx.xx.2017-ci il tarixinədək qüvvədə olan tələbinə əsasən xx.xx.2021ci il tarixinədək sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorja stajı aylarının sayının 184-ə olan nisbəti şəklində müəyyənləşdirilir. Əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün vətəndaşın ümumilikdə 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı tələb olunur. Belə olan halda İddiaçı münasibətdə xx.xx.2012-ci il tarixində vətəndaşın 50 yaşı olduğu nəzərə alınmaqla əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 140 ay sığorta stajı tələb olunur. ((50-15)x4=140) K - 140/184=0,76 SH - 7719,15/(144x0,76)=70,45 (xx.xx.2006-cı il tarixinədək vətəndaşın iş stajına əsasən pensiya kapitalının sığorta hissəsi) Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2012-ci il tarixinədək 2477,29 manat (xx.xx.2012-ci il tarixinə indeksləşdirilmiş məbləğ) pensiya kapitalı qeydə alınmışdır. SH - 2477,29/(144x0,76)=22,61 (xx.xx.2006-cı il tarixindən xx.xx.2012-ci il tarixinədək fərdi hesabda qeydə alınmış pensiya kapitalının sığorta hissəsi) Nəticədə iddiaçının xx.xx.2012-ci il tarixində əmək pensiyasının məbləği 178,06 manat hesablanmışdır: xx.xx.2012 - 70,45+22,61+85(baza hissə)=178,06 manat Əmək pensiyasının sığorta hissəsi Qanunun 29.1-ci maddəsinə əsasən illər üzrə aşağıdakı qaydada indeksləşdirilmişdir: xx.xx.2013 - 93,06+93,06x1,1%+100 (baza hissə)=194,08 xx.xx.2014 - 94,08+94,08x2,4%+100 (baza hissə)=196,34 xx.xx.2015 - 96,34+96,34x1,4% +100 (baza hissə)=197,69 xx.xx.2016 - 97,69+97,69x4%+100 (baza hissə)=201,60 xx.xx.2016 - 101,60+110 (baza hissə)=211,60 xx.xx.2017 - 101,60+101,60x12,4%+110 (baza hissə)=224,20 xx.xx.2018 - 224,20+224,20x5,7%=236,98 xx.xx.2019 - 236,98+236,98x3%=244,08 xx.xx.2019 - 200 (Qanunun 6-1-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixindən əmək pensiyasının məbləği 200 manata çatdırılmışdır). xx.xx.2020 - 244,08+16,6%=284,60 İddiaçının xx.xx.2020-ci il tarixində VÖEN-i bağlandığından pensiyası yenidən hesablanmışdır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində xx.xx.2012-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək qeydə alınmış 207,37 manat (xx.xx.2020-ci il tarixinə indeksləşdirilmiş məbləğ) pensiya kapitalına uyğun olaraq 1,57 manat sığorta hissə hesablanmışdır. xx.xx.2021 - 286,17+286,17x11,4%=318,79 xx.xx.2022 - 318,79+318,79x3,4%=329,63 Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilmiş və ümumilikdə 25 il 8 ay 9 gün mübahisələndirilməyən dövr kimi sığorta stajı nəzərə alınmışdır. xx.xx.2006-cı il tarixədək sığorta stajı və ona əsasən pensiya kapitalı mübahisələndirilmir. İddiaçının mübahisələndirdiyi xx.xx.2006-cı il-xx.xx.2012-ci il dövrü üçün 2477,29 manat indeksləşdirilmiş pensiya kapitalı və onun əsasında hesablanmış 22,61 manat pensiyanın sığorta hissəsidir. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.8. fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 29.2. Əmək pensiyasının sığorta hissəsi (o cümlədən bu Qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi) və fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı ildə bir dəfədən az olmamaqla və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilir. (xx.xx.2017-dək qüvvədə olan redaksiya) 29.1. Əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. (xx.xx.2017-dən xx.xx.2019-dək qüvvədə olan redaksiya) 29.1-1. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. (xx.xx.2019-dan qüvvədə olan redaksiya) Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Əmək pensiyaları sığortaolunanın fərdi hesabının sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqları hesabına qeydə alınmış və yığım hissəsində toplanmış vəsait – pensiya kapitalı əsasında müəyyən edilərək vətəndaşlara ödənilir. İndeksləşdirmə Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi daşımaqla istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq üçün vətəndaşların pensiya gəlirini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. İddiaçının xx.xx.2006-cı il tarixədək sığorta stajı və onun pensiya kapitalına çevrilməsi və indeksləşdirilməsi mübahisələndirilmir. İddiaçının mübahisələndirdiyi xx.xx.2006-cı il-xx.xx.2012-ci il dövrü üçün 2477,29 manat indeksləşdirilmiş pensiya kapitalı və onun əsasında hesablanmış 22,61 manat pensiyanın sığorta hissəsidir. Hesab edir ki, xx.xx.2006-cı il-xx.xx.2012-ci il dövrü üçün ödənilmiş pensiya kapitalı 3814,94 manat təşkil edir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, xx.xx.2017-dən xx.xx.2019-dək qüvvədə olan qanunvericiliyə əsasən isə, ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq (2018 - 5,7%, 2019 - 3%) indeksləşdirilmişdir. İddiaçının qeyd etdiyi 3814,94 manat isə mübahisələndirdiyi 2477,29 manat məbləğin hazırkı tarixə indeksləşdirilmiş məbləğidir. 2477,29 manat isə xx.xx.2012-ci il tarixinə indeksləşdirilmiş məbləğdir. Həmin tarixdən sonra isə yuxarıda da qeyd edildiyi kimi indeksləşdirilmə tətbiq olunmaqla iddiaçının pensiyası artırılmışdır. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının “pensiyanın yenidən hesablanması” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №e-2-1(112)-1486/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1486/2023
02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver