Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-1493/2021 15.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi ilə, cavabdehin nümayəndələri X8 və X4, üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X9, üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi X7 iştirakı ilə, iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkətinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinadarlıq Agentliyinə qarşı 3-cü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu göstərilməklə Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkəti tərəfindən 27 dekabr 2006-cı il tarixində Nəsimi YXO-nun bank hesabına köçürülmüş 14587,12 manat məbləğində məcburi dövlət sosial sığorta haqqının və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,40 manat dövlət rüsumunun, ümumilikdə 14617,52 manat vəsaitin Azərbaycan Respublikasım Maliyyə Nazirliyi yanında X2 tutularaq Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkətinin bank hesabına qaytarılması” barədə iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən еtdı: İddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkəti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinadarlıq Agentliyinə qarşı 3-cü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu göstərilməklə “Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkəti tərəfindən 27 dekabr 2006-cı il tarixində Nəsimi YXO-nun bank hesabına köçürülmüş 14587,12 manat məbləğində məcburi dövlət sosial sığorta haqqının və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,40 manat dövlət rüsumunun, ümumilikdə 14617,52 manat vəsaitin Azərbaycan Respublikasım Maliyyə Nazirliyi yanında X2 tutularaq Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkətinin bank hesabına qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışıdr ki, iddiaçı tərəfindən 27 dekabr 2006-cı il tarixində 943 nömrəli ödəniş tapşırığı ilə 14,587.12 (ön dörd min beş yüz səksən yeddi manat 12 qəpik) manat məbləğində sosial sığorta haqqı Dövlət Sosial Müdafiə Fonduna yönəldilməsi məqsədi ilə Nəsimi X6 bank hesabına köçürülmüşdür. Lakin, X10 Orqanı tərəfindən həmin məbləğ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun bank hesabına yönəldilməmişdir. Dövlət Sosial Müdafiə Fondu və Nəsimi X6 ilə aparılmış danışıqlar əsasında məlum olmuşdur ki, həmin məbləğ X6 hesabına daxil olduqdan sonra Dövlət Sosial Müdafiə Fondunun hesabına köçürülmədən mənimsənilmişdir. Bu iki dövlət orqanı arasında baş vermiş anlaşılmazlığa öz aralarında aydınlıq gətirildikdən sonra Dövlət Sosial Müdafiə Fondu tərəfindən şirkətimizə qarşı növbəti dəfələrdə hər hansı borc məbləğinin olması barədə məlumat verilməmişdir. Hətta 27.01.2014-cü ildə başlanılmış və 30.01.2014-cü ildə başa çatmış Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu İri Sığortaedənlərlə İş üzrə Departamenti tərəfindən şirkətimizdə aparılmış səyyar yoxlama nəticəsində 30.01.2014-cü il tarixində tərtib edilmiş aktın 3.1-ci maddəsində həmin hal öz əksini tapmışdır. Belə ki, həmin maddədə qeyd edilir ki, sığortaedənin bank hesabından 27.12.2006-cı il tarixli 943 №-li ödəniş tapşırığı ilə köçürülmüş 14587 manat 12 qəpik məbləğində vəsait təyinatı üzrə Nəsimi X6 hesabına köçürülmüş, lakin həmin vəsait Nəsimi X6 tərəfindən Dövlət Sosial Müdafiə Fondunun hesabına daxil olmamışdır. Yaranmış vəziyyətlə bağlı yuxarıda adları qeyd edilən orqanlar tərəfindən heç bir borc tələbi hazırkı ilə qədər irəli sürülməmiş, hər il tərəfimizdən Dövlət Sosial Müdafiə Fondunun hesabına sosial sığorta haqqları ödənilərkən qeyd edilən məbləğ çıxılaraq ödənilmişdir. Hər il ödəniş zamanı həmin məbləğin çıxılaraq yerdə qalan qalıq məbləğin ödənilməsi və Dövlət Sosial Müdafiə Fondu tərəfindən də həmin prosesə heç bir etirazın və ya tələbin olmaması göstərir ki, yaranmış borc məbləğin şirkətimiz tərəfindən ödənildiyi həmin orqanlar tərəfindən qəbul edilmişdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanuna dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının prezidentinin 21.12.2018-ci il tarixli 421 nömrəli fərmanına əsasən, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta və işsizlik sığortaları üzrə hesabatların qəbulu 01.01.2019-cu il tarixdən etibarən Vergilər Nazirliyinə həvalə edilmişdir. Bundan sonra 19.04.2019-cu il tarixində Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentindən ünvanlanmış **********7 №-li bildirişdə qeyd edilmişdir ki, Şirkətimizə qarşı muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqları üzrə ümumilikdə, 17,233.21 manat məbləğində borc müəyyən edilmişdir. Daxil olmuş həmin bildirişdən bir neçə gün sonra, yəni 26.04.2019-cu il tarixində şirkətimizin 5 fərqli bank hesabına Vergilər Nazirliyi tərəfindən sərəncam qoyularaq 17,233.21 manat məbləğində pul əssasız olaraq yenidən tutulmuşdur. Bununla yanaşı həmin tutulma həyata keçirilməsinə baxmayaraq sərəncam 3 gün müddətində geri çəkilmədiyindən şirkət tərəfindən bank hesablarından istifadə mümkün olmamış, bununla əlaqədar şirkətə maddi zərər dəymişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş iddiaya dair etirazın təqdim edilməsi haqqında məhkəmə sərəncamı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinadarlıq Agentliyi tərəfindən icra edilməmiş, iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. 22.10.2020-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X11 cavabdeh orqana müraciətin olduğunu və imtina məktubunun qısa müddətə məhkəməyə təqdim edəcəyini bildirmişdir. Sonradan məhkəmə tərəfindən məhkəmə iclasları 15.12.2020-ci il, 04.05.2021-ci il, 15.07.2021-ci il tarixlərə təyin edilmişdir. Məhkəmə iclasları barədə iddiaçıya məhkəmə bildirişləri göndərilsədə iddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edildiyinə baxmayaraq iclaslarda hər hansı üzürlü səbəb göstərmədən iştirak etməmiş, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmiş, eyni zamanda imtina məktubunu məhkəməyə təqdim etməmişdir. İddiaçı işin gedişatı ilə maraqlanmamışdır. Göründüyü kimi iddiaçı işə mahiyyəti üzrə baxılmasını istəmir, məhkəmə icraatından yayınmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndələri hazırki mübahisənin onlara aydın olmadığını və iddiaçı ilə Dövlət Sosial Müdafiə Fondu arasında razılaşma ehtimalının olduğunu bildirərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs DSMF-nun nümayəndələri bildirmişlər ki, mübahisəli məbləğin Fondun hesabına ödənilməsi barədə heç bir məlumat yoxdur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İPM-in 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); İPM-nin 34.1-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 1.1-ci bəndinə əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri olan ilkin şərt onun mümkün olmasıdır, 1.2-ci bəndinə əsasən iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddihüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir, 1.3cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 2.3-cü bəndinə əsasən ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində göstərilmişdir: ”1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.” Həmin Qanunun 52-ci maddəsində göstərilmişdir: “1. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. 52.2. Azərbaycan Respublikasının müvafiq qanunları ilə bu Qanunun 52.1- ci maddəsində nəzərdə tutulmuş müddətdən az və ya çox müddət müəyyən oluna bilər.52.3. İnzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda, inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə 30 gün olmaqla iki dəfə uzadıla bilər. İnzibati orqan tərəfindən müddətin uzadılması barədə maraqlı şəxsə məlumat verilir. 52.4. Bu Qanunun 52.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müddətin uzadılmasına səbəb olan hallar inzibati orqan tərəfindən inzibati aktda əsaslandırılmalıdır.52.5. İnzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İş materiallarından göründüyü kimi, iddiaçı iddia ərizəsində göstərilən tələblə məhkəməyə qədər cavabdehə müraciət etməmişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış hazırkı tələblə bağlı ərizənin cavabdeh tərəfindən qəbul edilməsini təsdiq edən hər hansı sübut məhkəmə təqdim edilməmişdir. Bununla da iddiaçının iddiası mümkünlük şərtinə əməl edilməməklə qaldırılmış sayılır. Qeyd edilənlərə əsasən məhkəmə iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərt mövcud olmadığından, iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkətinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinadarlıq Agentliyinə qarşı 3-cü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu göstərilməklə “Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkəti tərəfindən 27 dekabr 2006-cı il tarixində Nəsimi YXO-nun bank hesabına köçürülmüş 14587,12 manat məbləğində məcburi dövlət sosial sığorta haqqının və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,40 manat dövlət rüsumunun, ümumilikdə 14617,52 manat vəsaitin Azərbaycan Respublikasım Maliyyə Nazirliyi yanında X2 tutularaq Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkətinin bank hesabına qaytarılması” barədə iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3.-ci maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 35-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkətinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinadarlıq Agentliyinə qarşı 3-cü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu göstərilməklə “Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkəti tərəfindən 27 dekabr 2006-cı il tarixində Nəsimi YXO-nun bank hesabına köçürülmüş 14587,12 manat məbləğində məcburi dövlət sosial sığorta haqqının və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,40 manat dövlət rüsumunun, ümumilikdə 14617,52 manat vəsaitin Azərbaycan Respublikasım Maliyyə Nazirliyi yanında X2 tutularaq Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkətinin bank hesabına qaytarılması” barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cə məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №e-2-1(112)-1493/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-1493/2021
15.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver