Məhkəmə qərarları › İş №e-2-1(112)-1497/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-1497/2024

25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-1497/2024 25.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra mətndə AR MN) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2N3-cü il tarixli, 0145 №-li əmrinin ləğv edilərək, onun AR MN-nin N №-li hərbi hissədə tutduğu vəzifəyə bərpa olunması və məcbir iş buraxdığı dövr üçün əmək haqqının hesablanaraq, ödənilməsi öhdəliyinin AR MN-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili xx.xx.2N3-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2N3-cü il tarixli, 0145 №-li əmrinin ləğv edilərək, İddiaçı AR MN-nin N nömrəli hərbi hissəsinə tutduğu vəzifəyə bərpa olunması və məcburi iş buraxdığı dövr üçün əmək haqqının hesablanaraq, ödənilməsi öhdəliyinin cavabdeh AR MN-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində doğulmuşdur. 1996-cı ildən 2003-cü ilədək, 8-ci sinfin 1-ci rübünə kimi İsmət Qayıbov adına Sumqayıt şəhər 1 saylı tam orta məktəbində, qalan rüblərdə isə Sumqayıt şəhər 28 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2004-cü ildən 2007-ci ilədək C.Naxçıvanski adına Hərbi Liseydə hərbi təhsil almışdır. 2007-ci ildə C.Naxçıvanski adına Hərbi Liseyi müvəffəqiyyətlə bitirdikdən sonra, dövlət xətti ilə Rusiya Federasiyasında təhsilini davam etdirmək üçün göndərilmişdir. 2012-ci ildə Rusiya Federasiyasının Tiver şəhəri G.K.Jukov adına X5 Müdafiə Akademiyasını “Avtomatlaşdırılmış sistemlərdə məlumatın emalı və idarə olunması üzrə mühəndis” ixtisası üzrə müvəffəqiyyətlə bitirərək, vətənə qayıtmışdır. 2012-ci ilin iyun ayından Azərbaycan Respublikası Silahlı Qüvvələrində leytenant rütbəsində xidmətə başlamışdır. Hazırda kapitan rütbəsindədir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2N3-cü il tarixli, 0145 №-li Əmri ilə silahlı qüvvələrdən ehtiyata buraxılmışdır. Qeyd edilən əmr qanunsuz və əsasssız olduğundan ləğv edilməlidir. Bununla bağlı cavabdehə ərizə ilə rəsmi qaydada müraciət edərək, əmrin ləğv edilməsi və məcburi işbuarxmaya görə əmək haqqının ödənilməsini xahiş etmişdir. Cavabdeh bu günədək müraciətinə cavab verməmişdir. İddiaçıya narkotik vasitədən istifadə etməsinə görə intizam cəzası Azərbaycan Respublikası Silahlı X1 93-cü maddəsinə görə təhqiqatın qurtardığına gündən (27 dekabr 2N2-ci ildən) sonra 10 sutka keçənə qədər verilə bilərdi ki, həmin qaydaya cavabdeh tərəfindən əməl edilməmiş, təhqiqat qurtardığı gündən 53 gün keçdikdən sonra cavabdehin hazırda ləğv edilməsi tələb olunan xx.xx.2N3-cü il tarixli əmri ilə ona xidmət vaxtı başa çatmamış ehtiyata buraxma növündə cəza verilmişdir. İddiaçı (nümayəndəsi və vəkili) həmçinin məhkəməyə ərizə təqdim edərək, mübahisələndirilən əmrin və onun qəbul olunmasına əsas olan sənədlərin onlara təqdim olunmadığının nəzərə alınaraq, əmrdən iddia vermək üçün buraxılmış müddətin üzürlü hesab olunmasını xahiş etmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin xx.xx.2N3-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş iddia tələbinə dair yazılı etirazda (münasibət) göstərilmişdir ki, sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı 2012-ci ildən Azərbaycan Respublikası Müdafiə nazirliyində leytenanat rütbəsində xidmət edir. 2 iyun 2015-ci il tarixdən N nömrəli hərbi hissənin S-300 divizionlar qrupunda müxtəlif rəhbər vəzifələrdə xidmər etmişdir. Xidməti müddəti ərzində kapitan İddiaçı özünü nizam-intizamsız, xidməti vəzifəsinin öhtəsindən gələ bilməyən bir hərbi qulluqçu kimi göstərmişdir. N nömrəli hərbi hissəninin hərbi qulluqçusu kapitan İddiaçı xidmətə özünü nizam intizamsız bir hərbi qulluqçu kimi göstərmişdir. İxtisasına uyğun bilik və hazırlıq səviyyəsi qeyri kafidir, işinə tənqidi və yaradıcılıqla yanaşma qabilliyyətinə malik deyil. Xidmət yerinə gecikmə, vəzifə borcunun icrasına laqeyd yanaşmaq onun xarakterik xüsusiyyətinə çevrilmişdir. Xidmət etdiyi hərbi hissədə yol verdiyi nöqsanlara görə kiçik zabitlərin şərəf məhkəməsinə çıxarılmış və ona ictimayı töhmət elan edilmişdir. N nömrəli hərbi hissənin hərbi qulluqçusu kapitan İddiaçı narkotik vasitədən istifadə etməsinə dair Daxili Təhlükəsizlik idarəsindən daxil olmuş xx.xx.2N2-ci il tarixli 1206 nömrəli məktub əsasında Hüquq İdarəsində ilkin yoxlama aparılmışdır. Yoxlama zamanı kapitan İddiaçı Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 məhkəmə kimyəvi ekspertizasına təqdim olunmuşdur. Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 xx.xx.2N2-ci il tarixli 4094/K nömrəli rəyi əsasında İddiaçı sidik nümunəsinin tərkibində kannabinoid (maruxana, həşiş, həşiş qətranı) aşkar olunmuşdur. Bu da o deməkdir ki, kapitan İddiaçı ekspertizadan keçməmişdən 2-3 gün ərzində qeyd olunan narkotik vasitələrdən istifadə etmişdir. Bundan başqa N nömrəli hərbi hissənin hərbi qulluqçusu kapitan Hüseynov X3 Dispanserində ekspertizaya təqdim olunmuş sidik nümunəsində Məcburi-Narkoloji tibbi yoxlamanın xx.xx.2N2-ci il tarixli 6009 nömrəli rəyi əsasında təkrarən narkotik vasitə olan kannabinoid (maruxana, həşiş, həşiş qətranı) aşkar olunmuşdur. Faktla bağlı olaraq toplanmış araşdırma materialı xx.xx.2N2-ci il tarixdə N nömrəli hərbi hissənin təhqiqatçısı ədliyyə baş leytenantı Rəşad Məmmədova həvalə edilmişdir. Arşdırma zamanı N nömrəli hərbi hissənin hərbi qulluqçusu kapitan İddiaçı 2N2-ci ilin sentyabr ayında Sumqayıt şəhərində yerləşən “Greenhaose” adlı restoranda toy mərasimində olan zaman tanışları ilə spirtli içki qəbul etdikdən sonra adını xatırlamadığı təklif etdiyi siqaretin içinə doldurulmuş qurudulmuş marixuana bitkisini çəkərək isitifadə etmişdir. Kapitan İddiaçı narkotik vasitədən istifadə etməsi əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasınin rədd edilməsi haqqında qərar qəbul edilərək, Bakı Hərbi Prokurorluğuna göndərilmişdir. Bakı Hərbi Prokurorluğu tərəfindən qərar əsaslı olduğu üçün qüvvədə saxlanılmış və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və material baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Bakı Hərbi Məhkəməsinin 6 yanvar 2N3-cü il tarixli qərarı ilə kapitan İddiaçı İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətməkdə təqsirli bilinib 400 manat məbləğində inzibatı cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir, kapitan İddiaçı tərəfindən 15 fevral 2N3-cü il tarixdə 400 manat məbləğində inzibatı cərimə tutularaq dövlət nəfinə ödənilmişdir. Kapitan İddiaçı xidmət müddətində hərbi xidmətə olan münasibətə və tutduğu əməllərə görə 14 dekabr 2N2-ci il tarixdə “Kiçik zabitlərin şərəf məhkəməsinə" çıxarılmışır. Şərəf məhkəməsinin qərarına əsasən xidməti uyğunsuzluğa görə ordu sıralarından ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsadət qaldırılmışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2N3cü il tarixli 0145 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 156 “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Silahlı X1 98-ci maddəsinə (İntizam cəzalarının icra qaydası) əsasən hərbi qulluqçulara verilən intizam cəzaları şifahi surətdə, yaxud yazılı əmrlə elan oluna bilər. Hərbi intizam hərbi qulluqçuların Azərbaycan Respublikası Qanunlarında və Hərbi Nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Müdafiə Nazirliyi hərbi intizamı pozan və işinə səhlənkar yanaşan, hərbi qulluqçuların şərəfini ləkələyən hərbi qulluqçu Silahlı Qüvvələrin ehtiyaclarına cavab verməyən hərbi kadrlarla komplekləşdirilməsi yol verilməzdir. Silahlı Qüvvələrdə xidmət, hərbi intizamın, hərbi qulluqçuların yüksək şüurluğuna, vətənpərvərlik borclarını dərindən dərk etmələrinə və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Azərbaycan Respublikası Müdafiə naziri hərbi qulluqçuları xidmət müddəti başa çatmamış ehtiyyata buraxmaq diskrison səlahiyyətə sahibdir. Bütun göstərilənləri nəzərə alaraq MN-ə qarşı “xx.xx.2N3-cü il tarixli 0145 nömrəli əmrin kapitan İddiaçı aid hissəsinin ləğv edilməsi və hərbi xidmətə bərpa edilməsi, məcburi iş buraxdığı dövür üçün əmək haqqının ödənilməsi mümkün deyildir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunmaması xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh inzibati orqana qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, nümayəndəsinin məkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili ayrıayrılıqda iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın mümkün sayılmaqla, təmin olunması barədə qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə iddiaçının və onun nümayəndəsinin və vəkilinin izahatlarını dinləyərək, müddətin bərpasına dair iddiaçı (nümayəndəsi və vəkili) tərəfindən verilmiş vəsatəti və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddiaçı tərəfindən müddətin bərpasına dair verilmiş ərizə təmin olunmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində doğulmuş İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, N №-li, hərbi hissədə qeydiyyatdadır. N nömrəli hərbi hissə komandirinin N №-li xx.xx.2015-ci il tarixli əmrindən çıxarışdan müəyyən olunur ki, Baş leytenant İddiaçı Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri Komandanının 19 may 2015-ci il tarixli 17 №-li əmrinə əsasən N nömrəli hərbi hissənin S-300PMU2 divizionlar qrupunun 3-cü S-300PMU2 divizionun radiotexniki batareyanın döyüşü idarəetmə bölməsinin xüsusi hesablama aparatları heyətinin rəisi vəzifəsinə təyin edildiyi üçün Xanlar N nömrəli hərbi hissədən gəlmiş hesab edilməsi, xx.xx.2015-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına bütün növ təminatlara daxil edilməsi və vəzifəsinin icrasına başlaması əmr edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 0145 №-li, xx.xx.2N3-cü il tarixli əmrindən çıxarışın surətindən müəyyən olunur ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, 981-ci Zenit Raket briqadasının (N nömrəli hərbi hissə) S-300PMU2 divizionlar qrupunun 1-ci S-300PMU2 zenit raket divizionunun radiotexniki batareyanın (30N6E2) döyüşü idarəetmə bölməsinin xüsusi hesablama apatları heyətinin (Elbrus-90 mikro hesablama kompelksi) rəisi (HK Elbrus-90 mikro) kapitan İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılması əmr olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N №-li xx.xx.2N3-cü il tarixli əmrindən çıxarışdan müəyyən olunur ki, kapitan İddiaçı S-300PMU2 divizionlar qrupunun 1-ci S- 300PMU2 zenit raket divizionun radiotexniki batareyanın (30N6E2) döyüşü idarəetmə bölməsinin xüsusi hesablama aparatları heyətinin rəisi, Azərbaycan Respublikası Müdafiə nazirinin 28 fevral 2N3-cü il tarixli 0145 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilməsi, 11 mart 2N3-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılması və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsinə göndərilməsi, ona vəzifə və rütbə maaşının 2 misli miqdarında çıxış pulunun ödənilməsi əmr olunmuşdur. SHXÇDX-nin Suraxanı rayon İdarəsi tərəfindən xx.xx.2N3-cü il tarixdə verilmiş EZ ******* №-li hərbi biletin surətindən müəyyən olunur ki, SHXÇDX-nin Xətai rayon İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmış İddiaçı xx.xx.2N3-cü ildə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən xidməti uyğunsuzluğa görə xx.xx.2N3-cü maddəsinə əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır (səhifə 4). İddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2N3-cü il tarixli, 0145 №-li əmrinin ləğv edilməsi barədə iddia ərizəsi məhkəməyə xx.xx.2N3-cü il tarixdə daxil olmuşdur. İPM-nin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfındən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:

1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;

2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). Göründüyü kimi, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki; iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məhkəmə araşdırması zamanı iddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı zaman Azərbaycan Respublikası Müdafiə nazirinin mübahisələndirilən xx.xx.2N3-cü il tarixli, 0145 №-li əmrinin ona xx.xx.2N3-cü il tarixdə elan edildiyini, ehtiyata buraxıldıqdan sonra SHXÇDX-nin Suraxanı rayon İdarəsi tərəfindən xx.xx.2N3-cü il tarixdə qeydiyyata alındığını və həmin tarixdə ona hərbi biletinin verildiyini bildirmişdir. Göründüyü kimi iddiaçı mübahisələndirilən əmrin ona rəmi qaydada elan olunmasından (xx.xx.2N3-cü il) 3 ay 9 gün keçdikdən sonra məhkəməyə müraciət etmişdir. “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin: - 20-ci maddəsinin İ bəndiə görə bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün - onların hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hərbi xidmətin sonu sayılır. - 165-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçı müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, əmrdən iddia verilmə müddətinin bərpa edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin 25 yanvar 2N4-cü il tarixli qərardadı ilə buraxılmış prosessual müddətin bərpa olunmasına dair iddiaçı tərəfindən verilmiş ərizə təmin olunmamışdır. “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin: - 20-ci maddəsinin İ bəndiə görə bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün - onların hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hərbi xidmətin sonu sayılır. - 165-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, mübahisələndirmə növündə iddia üzrə iddia müddətinin axımı inzibati aktın təqdim edildiyi vaxtdan sayıldığından iddiaçı tərəfindən iddia müddəti ötürüldükdən sonra məhkəməyə müraciət olunaraq, iddia müddətləri ötürülmüş, bununla da iddiaçı həmin əmri mübahisələndirmək imkanını itirmişdir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İddiaçı hazırda baxılan mübahisə üzrə iddia müddətini ötürdüyündən, iddia tələbi mümkün sayılmamalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar