Məhkəmə qərarları › İş №e-2-1(112)-1511/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1511/2025

30.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1511/2025 30.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona əlilliyin dayandırıldığı vaxtdan orqanizmin funsiyalarının pozulmasının 2-ci dərəcəli əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəfin ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “İddiaçı xx.xx.2024-cü il tarixli, L001184915TAJ nömrəli tibbi göndəriş (Forma 88) üzrə əlilliyinin qiymətləndirildiyi tarixdən əlillik təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh inzibata orqana əlilliyin təyin edilməsi ilə bağlı müraciət etmiş, altsistem vasitəsilə xx.xx.2024-cü il tarixdə “əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq əlillik təyininə əsas verməməsi” əsası ilə imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və ona əlillik təyin edilməlidir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı Baş Səhiyyə İdarəsi xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Bel və digər şöbələrin fəqərəarası disklərinin radiklopatiyası. Onurğa sütununun yayılmış ostexandrozu. L3-L4, L4-L5 fəqərəarası disk yırtığına görə cərrahi əməliyyatdan sonrakı implant. Sonrakı davamlı nəticələri. Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: “Diaqnoz əlillik əlaməti təyin etmir” ilə imtina verilmişdir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hesab edir ki, iddia ərizəsi tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və vəkili ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə edərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -TSEK müayinələrinə dair Əlillik altsistemindən çıxarışlara əsasən: -İddiaçının əlillik vəziyyəti xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və “X2: Xİİİ Sinif – Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 – Dorsopatiyalar => M50-M54 – Digər dorsopatiyalar => M51 – Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr...; Diaqnozun mətni: Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Onurğa sütununun yayılmış osteoxondrozu, L3-LT (2015) L4-L5 fəqərəarası disk yırtığının ləğvi, cərrahi əməliyyatından sonrakı qalıq əlamətləri; Meyar: imtina edilir => Səbəb: əlavə müalicəyə ehtiyacın olması – Səbəb: Müayinə və müalicəni davam etdirməli.” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. -İddiaçının əlillik vəziyyəti xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və “X2: XXİ Sinif – Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər => Bel və digər şöbələrin fəqərəarası disklərinin mielopatiya ilə zədələnmələri (G99.2), Diskogen miopatiya çanaq orqanları funksiyasının pozulması ilə və sol pəncənin parezi, onurğa sütununun yayılmış ostexandurozu L4 L5 fəqərə arası disk 6 mm ölçüdə arxa medial yırtıq. Aşağı ətrafların monoplegiyası. Sol pəncənin parezi. Dəqiqləşdirilməmiş sidiyi saxlaya bilməmək, - Onurğanın osteoxondrozu, - Digər rubrikalarda təsnif olunmayan postlaminektomik sindrom, L3 L4 Fəqərə arası dizyırtığı xx.xx.2015 və L4 L5 fəqərə arası disk yırtığı xx.xx.2018-ci il tarixdə ləğvi cərrahi əməliyyatdan sonrakı vəziyyət. Hipotireozun digər formaları, İnfeksion mononukleoz, Xroniki inefksion mononukleoz. Vegetativ sinir sisteminin somatoform disfunksiyası, Digər rubrikalarda təsnif olunan xəstəliklərdə tor qişanın zədələnmələri, OU angiopatiya. İnsulindən asılı olmayan şəkərli diabet, Meyar: imtina edilir => Səbəb: əlavə müalicəyə ehtiyacın olması – Səbəb: Cərrahi əməliyyatdan sonrakı bərpa müalicələri kifayət qədər deyil davam etdirilsin” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. -Bakı 34 nömrəli Şəhər Poliklinikasının xx.xx.2019-cu il tarixli 2784003AABT3 saylı göndəriş xx.xx.2019-cü il tarixdə qiymətləndirilmiş və "Səbəbi: Ümumi xəstəlik, X2: Xİİİ Sinif – Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54- Dorsopatiyalar =>M50-M54 – Digər dorsopatiyalar => M51 – Digər şöbələrin fəqərə arası disklərinin zədələnmələr...- Diaqnozun mətni: Bel və digər şöbələrin fəqərəarası disklərinin mielopatiya ilə zədələnmələri (G99.2), Diskogen miopatiya çanaq orqanları funksiyasının pozulması ilə və sol pəncənin parezi, onurğa sütununun yayılmış ostexandurozu L4 L5 fəqərə arası disk 6 mm ölçüdə arxa medial yırtıq. Onurğanın osteoxondrozu, - Digər rubrikalarda təsnif olunmayan postlaminektomik sindrom, L3 L4 Fəqərə arası dizyırtığı xx.xx.2015 və L4 L5 fəqərə arası disk yırtığı xx.xx.2018-ci il tarixdə ləğvi cərrahi əməliyyatdan sonrakı vəziyyət. Sol pəncənin parezi. Dəqiqləşdirilməmiş sidiyi saxlaya bilməmək - Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.8. etiologiyasından asılı olmayaraq aşağı ətrafların parezi çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80-G80.9) səbəbi ilə 5 (beş) il müddətinə əlillik verilmişdir. -Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2024-cü il tarixli L00184915TAJ saylı göndəriş üzrə iddiaçının əlillik vəziyyəti xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və “Diaqnozun mətni: Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Bel və digər şöbələrin fəqərəarası disklərinin radiklopatiyası. Onurğa sütununun yayılmış osteoxandrozu. L3-L4, L4-L5 fəqərəarası disk yırtığına görə cərrahi əməliyyatdan sonrakı implant. Sonrakı davamlı nəticələri. İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi – Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir." ilə imtina verilmişdir. -AR ƏƏSMN tabeliyində DTSERA-nın Tibbi sosial ekspert komissiyasının 3 oktyabr 2024-cü il tarixli, 3-17-4/3-1-22051/2024 saylı qərarından görünür ki, İddiaçı əyani müayinəsi keçirilmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 187 saylı 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən diaqnozun təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. -Bakı Baş Səhiyyə İdarəsi tərəfindən verilmiş forma 088 arayışından görünür ki, iddiaçıda aşağıdaki xəstəliklər müəyyən olunmuşdur: Əsas diaqnoz – M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Bel və digər şöbələrin fəqərəarası disklərinin radiklopatiyası. Onurğa sütununun yayılmış osteoxandrozu. L3-L4, L4-L5 fəqərəarası disk yırtığına görə cərrahi əməliyyatdan sonrakı implant. Sonrakı davamlı nəticələri. Ağırlaşmalar: - G83.1- aşağı ətrafların monoplegiyası, aşağı ətrafın mielopatiyası, sol pəncənin parezi, -L90.5- dərinin çapıqlaşmış vəziyyəti və fıbrozu, -Z96.7- digər sümüklərin və vətərlərin, implantların olması (L4-L5), -M96.1- digər rubrikalarda təsnif olunmayan postlaminektomik sindrom (xx.xx.2015xx.xx.2018-xx.xx.2020); -M51.0- bel və digər şöbələrin fəqərəarası disklərinin mielopatiya ilə zədələnmələri (G99.2), diskogen mieloradikulopatiya, -M42- onurğanm osteoxondrozu, -R32- dəqiqləşdirilməmiş sidiyi saxlaya bilməmək, dəqiqləşdirilməmiş sidiyi saxlaya bilməməsi, çanaq orqanları funksiyasının pozulması. Yanaşı xəstəliklər: -E11.8- insulindən asılı olamayan şəkərli diabet, dəqiqləşdirilməmiş ağırlaşmalarla ŞD İİ tip, insulin tələbli, dəqiqləşdirilməmiş ağırlaşmalar ilə, -G63.2*- diabetik polinevropatiya (E10-14 ümumi dördüncü. 4 işarəsi ilə). İşin məhkəmə araşdırması zamanı məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekpertizası təyin edilərək ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi və X5-Təcrübi və Tədris Birliyinin ekspertlərinə tapşırılmış, ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. xx.xx.1978-ci il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla (zərurət yarandıqda instrumental müayinə vasitələrindən istifadə olunmaqla) xəstəlik (xəstəliklər) diaqnozu müəyyən edilsin.

2. İddiaçı canlı müayinəsi zamanı xx.xx.2024-cü il tarixli, L001184915TAJ nömrəli göndərişdə (Forma 88) qoyulmuş diaqnoz müəyyən olunurmu?

3. İddiaçı canlı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar (X1 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodlara uyğun göstərilməklə) aşkar olunur?

4. İddiaçı xəstəliklərinin qiymətləndirilməsi zamanı digər şöbələrin fəqərəarası disklərinin zədələnmələri (M51) xəstəliyi təsdiqini tapırsa onda AR Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın (bundan sonra-Meyarlar) 6.6.3.1-6.6.3.6-cı altbəndlərindəki halların mövcudluğu müəyyən olunurmu? Əgər müəyyən olunursa bu iddiaçının sağlamlıq vəziyyətində hansı formada (əlamətlərlə) təzahür edir?

5. İddiaçı xəstəliklərinin qiymətləndirilməsi zamanı serebral iflic və digər paralitik sindromlar (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya) (G83) xəstəliyi müəyyən olunursa onda Meyarların 6.5.1.1-6.5.1.6. altbəndlərindəki halların mövcudluğu müəyyən olunur? Əgər olunursa bu iddiaçının sağlamlıq vəziyyətində hansı formada (əlamətlərlə) təzahür edir?

6. İddiaçı xəstəliklərinin qiymətləndirilməsi zamanı onda dərinin atrofik zədələnmələri (L90) müəyyən olunursa, onda Meyarların 13.6.1-13.6.2-ci altbəndlərindəki halların mövcudluğu müşahidə olunur? Əgər olunursa bu iddiaçının sağlamlıq vəziyyətində hansı formada (əlamətlərlə) təzahür edir?

7. İddiaçı xəstəliklərinin qiymətləndirilməsi zamanı onda dəqiqləşdirilməmiş sidik saxlamama xəstəliyi müəyyən olunursa (R32), onda Meyarların 4.1.7.1-4.1.7.3-cü altbəndlərindəki halların mövcudluğu müşahidə edilir? Əgər edilirsə bu iddiaçının sağlamlıq vəziyyətində hansı formada (əlamətlərlə) təzahür edir? İddiaçının çanaq orqanlarının funksiyalarının pozulması hansı ağırlaşmalarla müşayiət olunur?

8. İddiaçı xəstəliklərinin qiymətləndirilməsi zamanı onda insulindən asılı olmayan şəkərli diabet (E11) xəstəliyi müəyyən edilirsə bu xəstəlik onda böyrəklərin zədələnməsi ilə şəkərli diabet-diabetik nefropatiya (ifrazetmə funksiyasının pozuntusu dərəcəsindən asılı olaraq) ilə nəticələnmişdirmi?

9. İddiaçı xəstəliklərinin qiymətləndirilməsi zamanı onda diabetik polineyropatiya (G63.2*) xəstəliyi müəyyən olunursa, bu onda təzahür edən sensomotor nevropatiya pəncənin parezi və (və ya) tarazlığın pozulması ilə və ya pəncə xorasının residivinin yüksək riskinin formalaşması və (və ya) təzahür edən xroniki ağrı sindromu ilə, şəkərli diabet periferik qan dövranının pozulması ilə (diabetik angiopatiya, qanqrena), yaxud diabetik periferik angiopatiya ilə nəticələnmişdirmi? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş T 417/2025 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar bildirilmişdir: 1, 2 və 3-cü suallar üzrə: Vətəndaş İddiaçı adına müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088-də göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: M51.1-bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiyası, onurğa sütununun yayılmış osteoxondrozu, L3-L4, L4-L5 fəqərəarası disk yırtığına cərrahi əməliyyatdan sonrakı implant, sonrakı davamlı nəticələri. Ağırlaşmalar: G83.1- aşağı ətrafların monoplegiyası, aşağı ətrafın mielopatiyası, sol pəncənin parezi, L90.5-dərinin çapıqlaşmış vəziyyəti və fıbrozu, Z96.7-digər sümüklərin və vətərlərin implantların olması (L4-L5), M96.1-digər rubrikalarda təsnif olunmayan postlaminektomik sindrom (xx.xx.2015-xx.xx.2018xx.xx.2020), M51.0-bel və digər şöbələrin fəqərəarası disklərinin mielopatiya ilə zədələnmələri (G99.2), diskogen mieloradikulopatiya, M42-onurğanm osteoxondrozu, R32-dəqiq- ləşdirilməmiş sidiyi saxlaya bilməmək, dəqiqləşdirilməmiş sidiyi saxlaya bilməməsi, çanaq orqanaları funksiyasının pozulması. Yanaşı xəstəliklər: El 1.8- insulindən asılı olamayan şəkərli diabet, dəqiqləşdirilməmiş ağırlaşmalarla ŞD İİ tip, insulin tələbli, dəqiqləşdirilməmiş ağırlaşmalar ilə, G63.2*-diabetik polinevropatiya (E 10-14 ümumi dördüncü. 4 işarəsi ilə)” diaqnoz ona stasionarda aparılmış bütün funksional diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Əsas diaqnoz xroniki hala keçdiyindən ağırlaşmışdır və onların varlığını hazırda da inkar etmək olmaz. - Yuxarıda qeyd edilən diaqnoz onun adına xx.xx.2024-cü il tarixli, L001184915TAJ nömrəli göndərişdə (Forma 88) olan diaqnozla eynilik təşkil edir. Digər suallar əlilliyin təyini ilə əlaqədar olduğundan onların həlli məhkəmə- tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydasf’nm 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi- sosial ekspertlərinin səlahiyyətlərinə aiddir. Məhkəmə iddianın qanuni əsasları ilə bağlı aşağıdakı normalara istinad edir: Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Həmin Qanunun 3.4-cü maddəsinə əsasən, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdqi edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və Agentliyinin” Nizamnaməsinin: -1.1-ci bəndinə əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. -2.1-ci bəndinə əsasən strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini həyata keçirmək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəaliyyət istiqamətlərinə daxildir. -3-cü bəndinə əsasən müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək, fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: -1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. -1.6-cı bəndinə əsasən, əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. -1.8-ci bəndinə əsasən, əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. -2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: -3.1-ci bəndinə əsasən, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Beləliklə, hazırkı halda iddiaçının hüquqi marağı və məqsədi Bakı Baş Səhiyyə İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tibbi göndərişi (Forma 88) üzrə əlillik vəziyyətinin qiymətləndirildiyi xx.xx.2024-cü il tarixdən əlilliyinin müəyyən edilməsindən ibarətdir. Məlum olduğu kimi, cavabdeh qurum iddiaçının təqdim etdiyi diaqnoz üzrə əlillik təyinatı aparmaqdan imtina etmiş və bunu həmin diaqnozun “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olmaması ilə əsaslandırmışdır. Lakin təqdim olunmuş sənədlərdən və iş materiallarından görünür ki, cavabdeh tərəf təqdim edilən göndəriş sənədində əks olunan xəstəliklərin və diaqnostik nəticələrin iddiaçıda mövcud olmasını mübahisələndirməmiş, sadəcə həmin xəstəliklərin əlilliyin təyininə əsas vermədiyini hesab etmişdir. Bununla yanaşı nəzərə alınmalıdır ki, ekspert rəyində iddiaçının əsas diaqnozunun xroniki hala keçdiyindən ağırlaşdığı, bu səbəbdən onun sözügedən xəstəliklərdən əziyyət çəkməsinin təkzib olunmadığı göstərilmiş, Forma 88 üzrə ağırlaşmaların XBT kodu göstərilməklə (G83.1, R32), stasionarda aparılmış bütün funksional diaqnostik müayinələrin nəticələri əsasında iddiaçıda müəyyən edildiyi qeyd edilmişdir. Göründüyü kimi ekspert rəyi ilə müəyyən edilmiş diaqnozun onun adına xx.xx.2024-cü il tarixli, L001184915TAJ nömrəli göndərişdə (Forma 88) olan diaqnozla eynilik təşkil etməsi öz təsdiqini tapır. Bu zaman nəzərə alınmalıdır ki, iddiaçının əziyyət çəkdiyi G83.1 kod altında nəzərdə tutulan aşağı ətrafların monoplegiyası, aşağı ətrafın mielopatiyası, sol pəncənin parezi, və R32 kod altında nəzərdə tutulan dəqiqləşdirilməmiş sidik saxlamama, çanaq orqanları funksiyasının pozulması xəstəlikləri əlilliyin təyininə əsas verir. Belə ki: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.5-ci bəndində G81- G83 XBT kodu altında nəzərdə tutulan “serebral iflic və digər paralitik sindromlar (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya)” xəstəliyi aşağıdakı hallarda əlilliyin təyini üçün əsas verir: ... 6.5.1.1 ayrı-ayrı ətrafların parezləri və tonus pozuntusu (əzələ gücünün 4 bala qədər azalması, 1,5-2 sm-lik əzələ hipotrofiyası, yuxarı və aşağı ətraf oynaqlarında hərəkətlərin tam həcminin, eləcə də əşyaları tutma və saxlama kimi biləyin əsas funksiyasının saxlanılması ilə); cüzi statodinamik pozuntular. 40 % -1 il Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 4.1.7-ci bəndində R32 XBT kodu altında nəzərdə tutulan “dəqiqləşdirilməmiş sidik saxlamama” xəstəliyi aşağıdakı hallarda əlilliyin təyini üçün əsas verir: 4.1.7.1 ifrazetmə funksiyasının mülayim pozulması – sidik saxlamamanın orta dərəcəsi (8 saat ərzində 400-600 ml), sidik kisəsinin dolması hissinin olmaması; sistometriya zamanı detruzorun hipotoniyası zamanı sidik kisəsinin həcmi 500-400 ml; qalıq sidik 100 ml-dən çox, detruzorun hipertoniyası zamanı həcmi 20-125 ml. 35-60 % - 1 il Göründüyü kimi, istinad olunan Meyarlara əsasən şəxsə G83.1 kodu altında qeyd olunmuş diaqnoz qoyularkən 6.5.1.1.- 6.5.1.6.-ci altbəndlərdə nəzərdə tutulmuş ağırlaşmalar üzrə, R32 kodu altında qeyd olunmuş diaqnoz qoyularkən isə 4.1.7.1.- 4.1.7.3-cü altbəndlərdə nəzərdə tutulmuş ağırlaşmalar üzrə qiymətləndirilmə aparılmalıdır. Həmin qiymətləndirilmədən asılı olaraq şəxsin sağlamlıq vəziyyətində müvafiq ağırlaşmalar müəyyən edildiyi halda, orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsi və müddəti müəyyən edilməklə əlillik dərəcəsi təyin edilir. Məhkəmə qeyd edir ki, tibbi sənədlərdə və Forma 088 arayışında iddiaçının əsas diaqnozunun ağırlaşmaları kimi müəyyən edilmiş xəstəliklər (pozuntular) ən azı 6.5.1.1-ci və 4.1.7.1-ci altbəndlərdə nəzərdə tutulmuş hallara uyğundur. Bu isə əlilliyin təyininə əsas verən xəstəliyin iddiaçıda mövcud olması deməkdir. Oxşar mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1882/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “…kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-522/2024 nömrəli, 2-1(102)-1428/2024 nömrəli 2-1(102)- 1148/2024 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)-2378/2023 nömrəli, qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bundan əlavə, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2500/2023 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102) 2378/2023 nömrəli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır.” Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə iddiaçının xəstə olması iş materialları ilə öz təsdiqini tapdığından və həmin diaqnoz əlillik təyin edilməsi üçün Meyarlara uyğun olduğundan, cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır. Odur ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı xx.xx.2024-cü il tarixli, L001184915TAJ nömrəli tibbi göndəriş (Forma-88) əsasında əlillik vəziyyətinin qiymətləndirildiyi xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının pozulması faizi müəyyən edilməklə müvafiq əlillik təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar