Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-152/2022 29.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəh., N.Vəzirov küç.,56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti (bundan sonra mətndə “X9 Turizim” MMC) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixə 22.394 manat qalıq borcunun, 5.035 manat faiz borcunun, ümumilikdə 27.429,27 manat borcun silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı "xxxx" MMC məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2019cu il tarixli **********722100 və **********037800 saylı, xx.xx.2019-cu il tarixdə qəbul edilmiş **********299500, **********303700 və **********298800 saylı qərarların ləğv edilərək, həmin qərarlar üzrə "xxxx" MMC-yə hesablanmış vergi borcunun şəxsi hesab vərəqəsindən silinməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra "xxxx" MMC məhkəməyə yenidən İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli **********722100 və **********037800 saylı, xx.xx.2019cu il tarixdə qəbul edilmiş **********299500, **********303700, **********298800 saylı qərarların və 06 iyul 2021-ci il tarixli **********324100 saylı, 22 iyul 2021-ci il tarixli **********148500 saylı və 22 iyul 2021-ci il tarixli **********173100 saylı qərarların ləğv edilərək, həmin qərarlar üzrə "xxxx" MMC-yə hesablanmış vergi borcunun şəxsi hesab vərəqəsindən silinməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, uzun müddətdir ki, vergi ödəyicisi kimi Azərbaycan Respublikasında fəaliyyət göstərir. xx.xx.2019-cu il tarixə şirkətin hesabında 6.709 manat artıq ödəmələri olmuşdur. xx.xx.2019-cu il tarixdən başlayaraq vergi orqanıı tərəfindən heç bir açıqlama verilmədən hesablarından 6.318 manat silinməyə başlanmışdır. Silinmə son ayadək davam edərək şirkətin xx.xx.2019-cu il tarixə 22.394 manat qalıq borcu, 5.035 manat faiz borcu yaranmışdır. Qeyd olunan halla razı olmadıqları üçün inzibati orqana xx.xx.2019-cu il tarixli şikayət verilsə də, müraciətləri həllini tapmamışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin 16 sentyabr 2020-ci il tarixli qərardadı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra mətndə BŞLGBİ) ilə əvəz olunmuş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh BŞLGBİ tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinin mümkün sayılmamasına dair xx.xx.2021-ci il tarixli **********723500 №li yazılı vəsatətdə göstərilmişdir ki, xx.xx.2019-cu il tarixli **********298800 nömrəli, **********299500 nömrəli və **********303700 nömrəli, xx.xx.2019-cu il tarixli **********722100 nömrəli və **********037800 nömrəli “Vergilərin hesablanması barədə” Qərarlar ödəyicinin elektron poçtuna göndərilməklə ona çatdırılmış və həmin qərarlar xx.xx.2019-cu il tarixdə iddiaçı tərəfindən oxunmaqla qəbul edilmişdir. Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsinə əsasən, sənədlər vergi orqanı tərəfindən elektron üsulla elektron kabinetinə göndərildikdə elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. İPM-nin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Lakin vergi ödəyicisi tərəfindən həmin qərar 2019-cu ilin may ayında əldə edilməsinə baxmayaraq 2021-ci ilin aprel ayında mübahisələndirilmiş və beləliklə qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Vergi ödəyicisi tərəfindən məhkəməyə prosessual müddətin bərpa edilməsinə dair ərizə təqdim edilməmişdir. İPM-nin 24.1-ci və 24.2-ci maddələrinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Göründüyü kimi iddiaçı, eyni zamanda, müddətin bərpasına dair ərizə vermək üçüm nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Sonradan cavabdeh BŞLGBİ tərəfindən məhkəməyə təqdim edilmiş **********563000 №li xx.xx.2021-ci il tarixli iddiaya dair yazılı etirazda göstərilmişdir ki, aparılan araşdırma zamanı vergi ödəyicisinin AZ1052, ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində keçirilmiş son xronometraj müşahidənin nəticələrinə əsasən 2018ci ilin oktyabr ayı üzrə 25388,69 manat, noyabr ayı üzrə 40087,4 manat, dekabr ayı üzrə 41423,65 manat dövriyyə məbləğinin müəyyən edilməsinə baxmayaraq müvafiq dövrlər üzrə ƏDV bəyannamələrinin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Belə ki, qeyd olunan xronometraj müşahidənin nəticələrinə dair tərtib olunan xx.xx.2018-ci il tarixli 026244 saylı yekun akta əsasən vergi ödəyicisinin orta günlük dövriyyəsi 1336,25 manat müəyyən edilmişdir. Akt vergi ödəyicisinin rəhbəri tərəfindən imzalanmış və akta hər hansı etiraz qeydi aparılmamışdır. Aparılmış xronometraj müşahidə zamanı vergi ödəyicisinin izahatına əsasən obyektdə iş rejimi həftənin 7 günü (bayram günləri daxil olmaqla) 24 saat olmuşdur. Belə ki, oktyabr ayı üzrə 25388,75 manat (19*1336,25), noyabr ayı üzrə 40087,4 manat (30*1336.25), dekabr ayı üzrə 41423,65 manat (31*1336.25) dövriyyə müəyyən edilmişdir. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli **********507600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” və xx.xx.2018-ci il tarixli **********666200 nömrəli, xx.xx.2019-cu il tarixli **********572800 nömrəli və xx.xx.2019-cu il tarixli **********961800 nömrəli “Vaxtında təqdim edilməmiş bəyannamənin təqdim edilməsi” barədə məktublar göndərilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində bəyannamə, yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci maddələrinə əsasən kameral vergi yoxlaması üə 2018-ci ilin oktyabr ayı üçün ƏDV bəyannaməsi üzrə 3872,85 manat, 2018-ci ilin noyabr ayı üçün ƏDV bəyannaməsi üzrə 6115,03 manat, dekabr ayı üçün ƏDV bəyannaməsi üzrə 6318,87 manat əlavə vergi məbləğləri hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli **********298800 nömrəli, **********299500 nömrəli və **********303700 nömrəli “Vergilərin hesablanması barədə” Qərarlar göndərilmişdir. İddiaçı tərəfindən 2018-ci ilin oktyabr üçün xx.xx.2021-ci il tarixdə, həmin ilin noyabr, dekabr ayları üzrə xx.xx.2021-ci il tarixlərdə dəqiqləşmiş bəyannamə təqdim edilməklə 0,0 manat dövriyyə göstərilmişdir. Qeyd olunan bəyannamələr üzrə yenidən kameral vergi yoxlaması keçirilməklə əvvəl hesablanmış məbləğlər bərpa edilmiş və xx.xx.2021-ci il tarixli **********324100 nömrəli, xx.xx.2021-ci il tarixli **********173100, **********148500 nömrəli qərarlar qəbul edilmişdir. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.5-ci maddəsinə əsasən bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş edilmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçı “X9 Turizim” MMC-nin nümayəndələri X5 və Murat Alyar ayrı-ayrılıqda iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişlər. Cavabdeh BŞLGBİ-nin nümayəndəsi-X2 məhkəməyə təqdim edilmiş yazılı etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. sasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İşin faktiki halları (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir): "xxxx" MMC ********** qeydiyyat nömrəsi ilə 26 fevral 2016-ci il tarixdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X3 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyata alınmışdır. Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Xronomeetraj metodu ilə müşaahidə aparılması haqqında” **********2495 №-li, xx.xx.2018-ci il tarixli qərarla "xxxx" MMC-yə məxsus olan obyektdə (ARİVA HOTEL) xx.xx.2018-ci il tarixdən 15 (on beş) iş günündən çox olmayan müddətdə Xronometraj metodu ilə müşahidə aparılması qərara alınmışdır. Bakı şəhəri LGD-nin “Xronometraj metodu ilə aparılan müşahidə nəticəsi barədə VN-14 seriyalı ,026244 №-li, xx.xx.2018-ci il tarixli aktın surətindən müəyyən olunur ki, Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx.xx.2018-ci il tarixli **********2495 saylı qərarına əsasən "xxxx" MMC-yə məxsus olan obyektdə (ARİVA HOTEL) göstərilən iş və xidmətlərin satış dövriyyəsinin müəyyən edilməsi məqsədilə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə xronometraj metodu ilə müşahidə aparılması tapşırılmışdır. Yekun müşahidə nəticəsində xx.xx.2018-xx.xx.2018-ci il tarixlərdə “Ariva Hotel”də göstərilən iş və xidmətlərin satış dövriyyəsi ümumi 8017,48 manat təşkil etdiyi, nağdsız dövriyyəsinin 0 manat təşkil etdiyi, orta günlük satış dövriyyəsinin (8017,8:6)=1336,25 AZN təşkil etdiyi müəyyən olunmuşdur. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 09 mart 2021-ci il tarixli **********565700 saylı məktubla məhkəməyə təqdim olunmuş aşağıdakı sənədlərdən müəyyən olunur ki; - BŞLGD-nin xx.xx.2019-cu il tarixli Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi barədə "xxxx" MMC-yə ünvanladığı məktubda, keçirilmiş son xronometraj müşahidənin nəticələrinə əsasən 2018-ci ilin oktyabr ayı üzrə 25388,69 manat, noyabr ayı üzrə 40087,4 manat, dekabr ayı üzrə 41423,65 manat dövriyyə məbləğinin müəyyən edilməsinə baxmayaraq müvafiq dövr üzrə bəyannamələr təqdim edilmədiyi nəticədə kənarlaşma yarandığı bununla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün müvafiq dövr üzrə dəqiqləşdirilmiş ƏDV bəyannamələri; xərclərlə bağlı təsdiqedici sənədlər və izahat məktubu; əsaslandırılmış yazılı izahat və digər zəruri olan sənədlərin (məlumatları) təqdim edilməsi tələb olunmuşdur. - BŞLGBİ-nin vergilərin hesablanması barədə 29 aprel 2019-cu il tarixli **********722100 saylı qərarı ilə "xxxx" MMC üzrə 2018-ci ilin 2-ci rübü üzrə ödəmə mənbəyindən tutulan vergi bəyannaməsinin təqdim edilməməsinə görə 112,00 manat; bildirişlərin hazırladığı tarixə vergi öhdəliyi 4.066, manat; 29 aprel 2019-cu il tarixli **********037800 saylı qərarı ilə 2018-ci ilin 4-cü rübü üzrə ödəmə mənbəyindən tutulan vergi bəyannaməsinin təqdim edilməməsinə görə 1.400,00 manat; bildirişlərin hazırladığı tarixə vergi öhdəliyi 4.193,90 manat; 02 may 2019-cu il tarixli **********298800 saylı qərarı ilə oktyabr 2018-ci il üzrə əlavə dəyər vergisi üzrə bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 3.872,85 manat, bildirişin hazırlandığı tarixə vergi öhdəliyi 5.962,59 manat; 02 may 2019-cu il tarixli **********299500 saylı qərarı ilə noyabr 2018-ci il üzrə əlavə dəyər vergisi üzrə bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 6.115,03 manat, bildirişin hazırlandığı tarixə vergi öhdəliyi 9.872,11 manat; 02 may 2019-cu il tarixli **********303700 saylı qərarı ilə dekabr 2018-ci il üzrə əlavə dəyər vergisi üzrə bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 6.318,87 manat, bildirişin hazırlandığı tarixə vergi öhdəliyi 16.664,00 manat olmaqla vergi hesablanmışdır. "xxxx" MMC-yə aid şəxsi hesab vərəqədə xx.xx.2019-xx.xx.2019-cu il tarixə 30.487,70 manat vergi borcu hesablandığı, 2.010,77 manat ödənildiyi, 7.579,39 manat faiz borcu, əhatə etdiyi dövrün son tarixinə saldo -30.138,96 manat, çap tarixinə saldo - 27.842,01 manat, cəmi ödənilməli borc 27.842,01 manat qeyd olunmuşdur. Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergilərin hesablanması barədə” **********298800 saylı, xx.xx.2019-cu il tarixli Qərarla "xxxx" MMC oktyabr 2019-ci il üzrə Əlavə dəyər vergisinə görə bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi 3.872,85 manat, bildirişin hazırlandığı tarixə vergi öhdəliyi 5.692,59 manat vergi borcu hesablanmışdır. Bakı şəhəri LGBİ tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 06 iyul 2021-ci il tarixli **********324100 №li qərarın surətindən müəyyən olunur ki, "xxxx" MMC barəsində oktyabr 2018-ci il əlavə dəyər vergisi üzrə- vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində cəmiyyətə kameral qaydada 3.872,85 manat məbləğində vergi hesablanmışdır. Bakı şəhəri LGBİ tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 22 iyul 2021-ci il tarixli **********148500 №li qərarın surətindən müəyyən olunur ki, "xxxx" MMC barəsində noyabr 2018-ci il əlavə dəyər vergisi üzrə- vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində cəmiyyətə kameral qaydada 6.115,03 manat məbləğində vergi hesablanmışdır. Bakı şəhəri LGBİ tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 22 iyul 2021-ci il tarixli **********173100 №li qərarın surətindən müəyyən olunur ki, "xxxx" MMC barəsində dekabr 2018-ci il əlavə dəyər vergisi üzrə- vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində cəmiyyətə kameral qaydada 6.318,87 manat məbləğində vergi hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/4415 №li xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki, rəyin tədqiqi hissəsində göstərilənlər hazırki ekspertiza tədqiqatı zamanı, Bakı şəhəri LGBİ tərəfindən iddiaçı "xxxx" MMC barəsində qəbul olunmuş mübahisələndirilən xx.xx.2019-cu il tarixl **********722100 və **********037800 saylı, xx.xx.2019-cu il tarixli **********299500, **********303700, **********28800 saylı, 06 iyul 2021-ci il tarixli **********324100 saylı, 22 iyul 2021-ci il tarixli **********148500 saylı və 22 iyul 2021-ci il tarixli **********173100 saylı qərarlarda qeyd olunmuş dövrlər və tədiyyələr üzrə "xxxx" MMC-nin vergi borcunun hansı məbləğdə olmasını müəyyən etmək mümkün olmadı. Məhkəmə hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cu maddəsinin İİ hissəsinə əsasən, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 24.0 və 24.1-ci maddələrinə görə, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. 37.1. kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 50-1.1-ci maddəsinə əsasən, xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: 50-1.1.1. vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda; 50-1.1.2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda; 50-1.1.3. bu Məcəllənin 15.1.13-cu maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə. 50-1.2. Bu Məcəllənin 15.1.13-cu maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. Bu maddədə göstərilən müddətlərin axımına bu Məcəllənin 16.3-cu maddəsində nəzərdə tutulan müddət daxil edilmir. 50-1.3. Xronometraj metodu ilə müşahidə obyektin normal fəaliyyətinə maneçilik törətməməklə və bu Məcəllənin 50.3-50.6-cı maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilməklə 15 iş günündən çox olmayan müddətdə aparılır. 50-1.4. Müşahidəyə başlamazdan əvvəl xronometraj metodu ilə müşahidə aparılmalı olan obyektdə malın (işin, xidmətin) qiymətini müəyyən etmək məqsədi ilə vergi orqanının nəzarət qaydasında mal (iş, xidmət) alqısı həyata keçirmək hüququ vardır. 50-1.5. Xronometraj metodu ilə müşahidə keçirilən zaman müxtəlif vergi ödəyicilərinin tətbiq etdikləri qiymətlərin nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlərdən 30 faizdən çox (aşağı və ya yuxarı) fərqlənməsi faktları aşkar edildikdə, istehsal həcmi və ya satış dövriyyəsi nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlər nəzərə alınmaqla hesablanır. 50-1.6. Xronometraj metodu ilə müşahidə zamanı müəyyən edilmiş göstəricilər hər iş gününün sonunda müvafiq aktla rəsmiləşdirilir. Xronometraj metodu ilə müşahidənin son nəticəsi müşahidə ilə müəyyən edilmiş günlük göstəricilər əsasında orta günlük göstərici kimi ümumiləşdirilir və bu barədə müvafiq akt tərtib olunur. 83.2-ci və 83.2.4-cu maddələrinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara əsaslanaraq hesablamaq hüququ vardır. - 67.1. bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: - vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; (67.1.1) - vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; (67.1.2.) - vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; (67.1.3) - vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; (67.1.4) - vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; (67.1.5) - vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; (67.1.6) - vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; (67.1.7) - vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; (67.1.8) - vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. (67.1.9) Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. Sadalanan normaların təhlilindən aydın olur ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti, vergi ödəyicisi tərəfindən istehsal olunmuş və ya təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlardan və s.) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Həmin maddənin məzmunundan həm də o nəticə əldə olunur ki, vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. Beləliklə işin hallarından da göründüyü kimi, cavabdeh BŞLGBİ tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq "xxxx" MMC barəsində mübahisələndirilən 29 aprel 2019-cu il tarixli **********722100 və **********037800 saylı, 02 may 2019-cu il tarixli **********298800, **********299500 və **********303700 saylı qərarların qəbul edilməsinə əsas xronometraj metodu ilə keçirilən müşahidənin nəticələri olmuş, bundan əlavə cavabdeh BŞLGBİ tərəfindən "xxxx" MMC barəsində kameral yoxlama nəticəsində cəmiyyətə kameral qaydada vergi hesablanması barədə 06 iyul 2021-ci il tarixli **********324100 №li, 22 iyul 2021-ci il tarixli **********148500 №li və 22 iyul 2021-ci il tarixli **********173100 №li qərarlar qəbul edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.1-ci maddəsinə əsasən bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: vergi yoxlaması materiallarına (83.2.3). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında qeyd edilir ki, Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən, vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi formal əsaslar hazırda mübahisələndirilən qərarların ləğvi üçün əsas ola bilməz və belə olan halda iddia təmin edilməməlidir. İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq iddiaçı “X9 Turizim” MMC-dən 50 (əlli) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İPM-nin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətindən (VÖEN: **********) 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №e-2-1(112)-152/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-152/2022
29.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver