Məhkəmə qərarları › İş №e-2-1(112)-15258/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-15258/2025

05.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-15258/2025 05.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən 2025-ci ilin ikinci rübü üzrə Vergi Məcəlləsinin 151.5-ci maddəsi ilə iddiaçıya hesablanmış 969.463,35 manat (doqquz yüz altmış doqquz min dörd yüz altmış üç manat) məbləğində cari vergi məbləğinin silinməsi” barədə iddia ərizəsi üzrə iş üzrə iddiaçının ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən 2025-ci ilin ikinci rübü üzrə Vergi Məcəlləsinin 151.5-ci maddəsi ilə iddiaçıya hesablanmış 969.463,35 manat (doqquz yüz altmış doqquz min dörd yüz altmış üç manat) məbləğində cari vergi məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Rеspublikasının İnzibati Prоsеssual Məcəlləsinin 35.1.-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılması xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması inzibati məhkəmə icraatının prinsiplərinə zidd olmadığı üçün sənədlərin geri qaytarılması barədə iddiaçının nümayəndəsi və vəkilinin ərizəsi təmin edilməlidir. Belə ki, iddiaçı hazırkı vəziyyətdə iddia ərizəsinə məhkəmə tərəfindən baxılmasını istəmir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilən sənədlərin geri qaytarılması barədə iddiaçının nümayəndəsi və vəkilinin ərizəsi təmin olunduğu halda iddiaçının iddia ərizəsinə baxılması qeyri-mümkün olur və iddiaçı məhkəmə icraatından yayınmış olur. Azərbaycan Rеspublikasının İnzibati Prоsеssual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baхmayaraq, iddiaçı 30 gündən çох müddət ərzində ardıcıl оlaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia gеri götürülmüş sayılır. Bеlə hallarda məhkəmə iddianın gеri götürülmüş sayılması barədə qərardad qəbul еdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən 2025-ci ilin ikinci rübü üzrə Vergi Məcəlləsinin 151.5-ci maddəsi ilə iddiaçıya hesablanmış 969.463,35 manat (doqquz yüz altmış doqquz min dörd yüz altmış üç manat) məbləğində cari vergi məbləğinin silinməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının nümayəndəsi və vəkilinin vəsatəti əsasında geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya gеri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2cıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar