Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-15351/2023 30.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı “malların gömrük orqanları tərəfindən buraxılışının dayandırılması” haqqında iddia tələbi üzrə mümkünlük məsələsinə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 286-cı maddəsinin 1 və 2-ci bəndlərinin tələblərinə əsasən Gömrük orqanı tərəfindən buraxılışın dayandırılması barədə müvafiq Bildiriş ərizəçiyə (hüquq sahibinə) təqdim etdildikdən sonra ərizəçinin (hüquq sahibi TOYOTA şirkətinin) iddiası əsasında məhkəmədə işin mahiyyəti üzrə baxılmağa başlanması barədə hazırkı iddia ərizəsi məhkəməyə daxil olduğu vaxtdan sonra 20 (iyirmi) iş günündən gec olmayan müddət ərzində işə mahiyyəti üzrə baxılmağa başlanması barədə Azərbaycan Respublikası Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məlumat verilməsi; Azərbaycan Respublikasinin “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanununun 34-cü maddəsinin tələblərinə əsasən Bakı Baş Gömrük İdarəsinin 16 oktyabr 2023-cü il tarixli, No: 3-33-1100/3-2-000001/2023 saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarı əsasında fərdi sahibkar X3 (VÖEN **********) tərəfindən Azərbaycan Respublikasına № QK0298 saylı xx.xx.2023-cü il tarixli İnvoys sənədi ilə Çin Xalq Respublikasından HMCU ******* nömrə nişanlı dəmiryolu nəqliyyatı vasitəsilə idxal olunmuş və № **********79238 sorğu nömrəli gömrük bəyənnaməsi ilə bəyan edilmiş, İnvoys sənədinin 10-cu mal mövqeyində göstərilən buraxılışı 10 (on) gün müddətinə dayandırılmış 6 yer, 2500 ədəd Maraqlı şəxs əmtəə nişanlı alışdırma şamlarının (sveça zajiqaniya) üzərinə iddianın təmin edilməsi qaydasında məhkəmə tərəfindən həbs qoyulması və bu haqda gömrük orqanına məlumat verilməsi; buraxılışı dayandırılmış malların kontrafakt olub - olmamasının məhkəmə tərəfindən araşdırılsın və həmin malların kontrafakt (əmtəə nişanları ilə qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar) müəyyən edilərsə, hüquq pozuntusunun obyekti olan həmin malların ticarət dövriyyəsindən çıxarılması və sonradan məhvinə dair müvafiq qərar qəbul edilsin; və Kontrafakt malların məhvinə dair məhkəmə qərarının icrası ilə bağlı öhdəlik Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq gömrük orqanlarının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin, Hüquq sahibi, baş ofisi 1 Toyota-Cho, Toyota şəhəri, Aichi Prefecturası 471-8571, Yaponiya ünvanında yerləşən və Yaponiyanın hüquqi şəxsi olan İddiaçınə (Maraqlı şəxs) ünvanladığı 17 oktyabr 2023-cü il tarixli BİLDİRİŞ No1 (B“ildiriş”) və 16 oktyabr 2023-cü il tarixli, No: 3-33-1100/3-2- 000001/2023 saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına (“Qərar”) əsasən,AZ5000 Sumqayit şəhəri, Bədəlbəyli küç, ev 22 yaşayış ünvanında qeydiyyatda olan Fərdi sahibkar X3 (VÖEN **********) tərəfindən Azərbaycan Respublikasına No: QK0298 saylı xx.xx.2023-cü il tarixli İnvoys sənədi ilə Çin Xalq Respublikasından HMCU ******* nömrə nişanlı dəmiryolu nəqliyyatı vasitəsilə idxal olunmuş və No **********79238 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, İnvoys sənədinin 10-cü mal mövqeyində göstərilən 6 yer,2500 ədəd Maraqlı şəxs əmtəə nişanlı alışdırma şamlarının (sveça zajiqaniya) buraxılışı 10 (on) gün müddətinə dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2013-cü il tarixli 163 saylı Qərarınn tələblərinə əsasən, malların büuraxılışının dayandırılması barədə qəbul edilən qərar haqqında və buraxılışın dayandırılmasının səbələri barədə hüquq sahibi X5 şirkətinin etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlayiyyətli nümayəndəsi Nümayəndə, idxalçı (mal sahibi) fərdi sahibkar X2 və bəyannaməçi "xxxx" MMC-yə dərhal yazılı Bildiriş göndərilmişdir və eyni zamanda, yuxarıda qeyd olunan Bakı Baş Gömrük İdarəsinin 16 oktyabr 2023-cü il tarixli, No: 3-33-1100/3-2- 000001/2023 saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarının təsdiqlənmiş surəti hüquq sahibi X5 şirkətinin Etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlayiyyətli nümayəndəsi Nümayəndə 19 oktyabr 2023-cü ildə rəsmən təqdim olunmuşdur. Həmin Qərarda qeyd olunur ki, “Qərardan, onun təqdim olunduğu tarixdən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən 30 gün müddətində məhkəməyə və ya “İnzibati İcraat Haqqında” Qanunun 73.1-ci maddəsinə əsasən Dövlət Gömrük Komitəsinə inzibatı şikayət verilə bilər”. Hüquq sahibi X5 şirkətinə məxsus Maraqlı şəxs və “LEXUS” əmtəə nişanları dünyada tanınmış nişanlar olmaqla bərabər, Azərbaycanda da müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır və bu nişanlara dair TOYOTA-nın müəlliflik və əqli mülkiyyət hüqüqları Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə qorunur. Gömrük orqanı tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması barədə qəbul etdiyi qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə bəyannaməçiyə və ərizəçiyə dərhal yazılı bildiriş göndərir. Həmin bildirişdə müvafiq olaraq bəyannaməçinin və ərizəçinin adı, soyadı, atasının adı, yaşadığı və qeydiyyatda olduqları ünvan haqqında məlumat da verilməlidir. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə əsasən, ticarət markaları, əmtəə nişanları ilə əlaqədar əqli mülkiyyət hüquqları (“ƏMH”) və digər əlaqəli hüquqların icazəsiz istifadəsi, o cümlədən, ƏMH obyektlərindən (əmtəə nişanları və ticarət markaları kimi) qanunsuz istifadə edilən malların yayılması/satışı həm hüquq sahiblərinin müəlliflik hüquqlarının kobudcasına pozulmasına gətirib çıxarır, və həm də, Maraqlı şəxs və “LEXUS” əmtəə nişanları altında saxta və kontrafakt Maraqlı şəxs və “LEXUS” avtomobil markaları üçün ehtiyat hissələrinin Azərbaycanda yayımı və satışının həyata keçirilməsi, yerli istehlakçıları aldadaraq, onlarda orijinal Maraqlı şəxs və “LEXUS” avtomobil markaları üçün ehtiyat hissələri barədə yanlış təəssürat yaradılmasına və nəticə etibarı ilə isə, daxili bazarda haqsız rəqabət mühitinin yaradılmasına səbəb olur. Eyni zamanda, istehlakçıları aldatmaqla, üzərində Maraqlı şəxs və “LEXUS” avtomobil markaları və əmtəə nişanları olan saxta və kontrafaktolan aşağı keyfiyyətli məhsulun istehsalı, idxalı, yayımı və satılması kimi qanunpozutularına yol vermiş şəxs(lər) müəllif hüquqlarının pozuntusu nəticəsində zərərçəkmiş şəxsin tərəfin rəsmi müraciəti əsasında mülki, inzibati və cinayət məsuliyyətinə cəlb oluna bilər. Maraqlı şəxs və “LEXUS” əmtəə nişanlarından qeyri qanuni yolla istifadə etməklə və həmin əmtəə nişanları altında istehsal olunmuş saxta və kontrafakt məhsulların idxalı, Azərbaycan ərazisində yayımı və satışı ilə məşğul olmaqla, qeyd olunan kommersiya obyektinin sahibləri TOYOTA şirkətinə, həmçinin, TOYOTA-nın Azərbaycandakı rəsmi distributorları olan "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC şirkətlərinə də böyük maddi ziyan vurur, onların satışını həyata keçirdikləri orijinal Maraqlı şəxs və “LEXUS” məhsullarının keyfiyyət göstricilərinə mənfi təsir göstərməklə, onları nüfuzdan salır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehlərə təqdim edilərək, cavabdehlərdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iddianın mümkünlük məsələsi ilə bağlı sonuncu məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş tərəflər müvafiq olaraq nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədiklərindən və gəlmədikləri barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarından görünür ki: Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 3-33-1100/3-2-000001/2023 №li 16 oktyabr 2023-cü il tarixli qərarın surətindən görünür ki, X1 (VÖEN **********) Azərbaycan Respublikasına idxal etdiyi mallar üzərində gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti həyata keçirilən zaman bəyan edilmiş malların bir hissəsinin pirat/kontrafakt olması əlamətlərinin aşkar olunması barədə akta və digər materiallara baxılaraq, X3 tərəfindən Azərbaycan Respublikasına QK0298 saylı, xx.xx.2023-ci il tarixli invoys sənədi ilə Çin Xalq Respublikasından HMCU ******* nömrə nişanlı dəmiryolu nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında fiziki baxış keçirilən zamanı **********9238 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş invoys sənədinin 10-cu mal mövqeyində 6 yer, 2500 ədəd Maraqlı şəxs əmtəə nişanlı alışdırma şamlarının (Sveça zajiqaniya) kontrafakt olması əlamətləri aşkar olunmuş və Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 283-cü maddəsi əsas tutularaq, X3 tərəfindən Azərbaycan Respublikasına QK0298 saylı,'xx.xx.2023-ci il tarixli invoys sənədi ilə Çin Xalq Respublikasından HMCU ******* nömrə nişanlı dəmiryolu nəqliyyatı vasitəsilə idxal olunmuş və **********9238 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş,invoys sənədinin 10-cu mal mövqeyində göstərilən, 6 yer, 2500 ədəd Maraqlı şəxs əmtəə nişanlı alışdırma şamlarının (Sveça zajiqaniya) buraxılışı 10 (on) iş günü müddətinə dayandırılması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2013-cü il tarixli 163 saylı Qərarının tələblərinə əsasən malların buraxılışının dayandırılması barədə qəbul edilən qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə hüquq sahibi X5a və bəyannaməçi “N-TT Group" MMC-yə dərhal yazılı bildiriş göndərilməsi qərara alınmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır”. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə iddia ərizəsini və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankın ərizələrinə. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş idda ərizəsi İPM-nin 2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hər hansı birinə aid deyil. Bundan əlavə iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçının hər hansı bir hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə əlaqədar nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi hazırki məhkəmə araşdırılması ilə öz əksini tapmır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı “malların gömrük orqanları tərəfindən buraxılışının dayandırılması” haqqında tələbi üzrə iddia tələbi mümkün sayılmamalıdır. Göstərilənlərə və İPM-nin 35, 80, 85-ci maddəsinə əsasən məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı “malların gömrük orqanları tərəfindən buraxılışının dayandırılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №e-2-1(112)-15351/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-15351/2023
30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver