Məhkəmə qərarları › İş №e-2-1(112)-15427/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-15427/2025

02.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-15427/2025 02.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 İdris oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “sosial müavinətin təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 57 yaşına çatmış və 3 uşaq anası olaraq müavinət təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinə görə İddiaçı xx xxxxxx 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. 12 may 1983-cü ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 26 sentyabr 1985-ci ildə Orxan, 19 noyabr 1986-cı ildə Elxan və 02 may 1991-ci ildə Əlibəy adlı üç uşaqları anadan olmuşdur. 21 noyabr 2019-cu ildə 57 yaşı tamamlanmışdır. Hazırda 57 yaşına çatmış qadın olaraq müavinət təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakim müraciətindən qanunsuz və əsassız olaraq imtina edilmişdir. İmtinanın əsası olaraq 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş qadın kimi müavinət yaşı tamam olduğu zaman, yəni 21 noyabr 2019-cu il tarixdə aktiv vergi ödəyicisi olduğu və 02 iyul 2023-cü il tarixdən 03 iyul 2023-cü il tarixədək əmək müqaviləsinin qüvvədə olduğu, həmçinin qadınların pensiya yaş həddinin 01 iyul 2025-ci il tarixdən 64 yaş 6 ay müəyyən edilməsi, 5 və daha çox uşağı olmadığından hazırda qüvvədə olan qanunvericiliyin tələbləri göstərilmişdir. 3 uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş qadın kimi müavinət almaq hüququnun yarandığı vaxt, yəni 21 noyabr 2019-cu ildə qüvvədə olan qanunvericiliyin tələbinə əsasən müavinət ala bilərdi. Cavabdehin istinad etmiş olduğu qanunvericiliyin sonradan, yəni 01 iyul 2025-ci il tarixdə dəyişməsi iddiaçıya münasibətdə geriyə tətbiq edilməsi konstitusion hüququnu pozur. Cavabdeh xx.xx.2024-cü il tarixli yazılı etirazda qeyd etmişdir ki, iddiaçı cavabdeh orqana müraciət edərək ona “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının 7 fevral 2006-cı il tarixli, 55-İİİQ nömrəli Qanununun (bundan sonra - Qanun) 1,0.2-ci maddəsinin köhnə redaksiyasına əsasən ona sosial müavinət təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaçının xx.xx.2008-ci il tarixindən xx.xx.2020-ci il tarixədək aktiv vergi ödəyicisi olduğundan ona müvafiq sosial müavinətin təyinindən imtina etmişdir. Buna səbəb isə sosial müavinətlərinin əmək qabiliyyəti olmayan şəxslərə təyin edilməsidir, iddiaçı isə qeyd edilən dövrlərdə qanunvericiliyin tələblərinə uyğun şəkildə əmək qabiliyyətli şəxs hesab olunur. Bundan narazı qalan İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Qanunun 1.0.2-ci maddəsinin 01.01,2020-ci il tarixinədək olan redkasiyasına əsasən əmək qabiliyyəti olmayan şəxslər sırasında aşağıdakılar göstərilmişdir:

1. əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar;

2. 62 yaşına çatmış qadınlar;

3. 67 yaşına çatmış kişilər;

4. 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar;

5. ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar. İddiaçının təyin edilməsini iddia etdiyi sosial müavinət üçün tələb olunan kateqoriya dördüncü bənddə nəzərdə tutulmuşdur. Nəzərinizə çatdıraq ki, iddiaçının istədiyi sosial müavinət növü yaşa görə sosial müavinətdir. Həmin müavinəti almaq üçün Qanunun 7.0.2-ci maddəsində bildirilmişdir ki, yaşa görə sosial müavinət o halda təyin edilir ki, əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmasın və işləməsin. İddiaçının 57 yaşı xx.xx.2019-cu il tarixində, yəni xx.xx.2020-ci il tarixinədək tamamlanır. Lakin iddiaçının işləməsinə dair faktiki əsaslar da aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra - Xidmət) Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsinin 3-21-2- 4/2-H-11xx-xx/2025 nömrəli, 3 iyul 2025-ci il tarixli məktubundan məlum olur ki, iddiaçı ********** nömrəli VÖEN ilə vergi ödəyicisi kimi xx.xx.2008-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək qeydiyyatda olmuşdur. Bununla yanaşı, Xidmətin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 3-21-2-4/2-H-62xx-xx/2025 nömrəli, 8 iyul 2025-ci il tarixli məktubunda bildirilmişdir ki, uçot-baza məlumatlarına əsasən iddiaçının xx.xx.2008-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək 1030 manat dövriyyəsi olmuşdur. Bununla yanaşı iş materiallarında olan və yuxarıda adı çəkilmiş 3 iyul 2025-ci il tarixli məktubun qoşmasında iddiaçının VÖEN-i bərpa etmək üçün 2.4.10.2018-ci il tarixində müraciət etdiyi də görünür. Sadalanan faktlardan və normativ bazadan da aydın olduğu kimi iddiaçı xx.xx.2019-cu ildə əmək qabiliyyətli şəxs kimi işləmişdir. Buna uyğun olaraq iddiaçıya həmin dövr üzrə ona yaşa görə sosial müavinət etmək qeyri-mümkündür. İddiaçının sahibkarlıq fəaliyyətini yekunlaşdırdığı xx.xx.2020-ci il tarixinə münasibətdə qeyd edək ki, artıq bu kateqoriya şəxslərin 57 yaşının tamam olmasına görə sosial müavinət alması istisna edilmişdir. Hazırda isə qadınların pensiya yaş həddi xx.xx.2025-ci il tarixindən 64 yaş 6 ay müəyyən edildiyindən və onun beş və daha çox uşağı olmadığından iddiaçıya hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh yuxarıda qeyd olunanlara əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Əsaslandırma hissəsi:

Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 29 iyul 2025-ci il tarixli imtina məktuba əsasən iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 1.0.2-ci maddəsinin xx.xx.2020-ci il tarixinədək qüvvədə olan tələblərinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlarıdır. Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1703-VQD nömrəli Qanuna əsasən həmin Qanunun 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarıldığı üçün 01.01 2020-ci il tarixindən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş qadın kimi müavinət yaşı tamam olduğu zaman (xx.xx.2019-cu il tarixində) aktiv vergi ödəyicisi olduğu üçün (xx.xx.2008-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək) və xx.xx.2023- cü il tarixindən xx.xx.2023-cü il tarixinədək əmək müqaviləsi qüvvədə olduğundan 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, 57 yaşına çatmış qadın ara müavinətin təyin edilməsi mümkün hesab edilmir. Qadınların pensiya yaş həddi xx.xx.2025-ci il tarixindən b yaş 6 ay müəyyən edildiyindən və beş və daha çox uşağı olmadığından hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh 28 iyul 2025-ci il tarixli 3-17-1/1-H-167535/2025 nömrəli qərarı ilə İddiaçı barəsində sosial ödənişlərin təyin edilməsindən imtina olunması haqqında Qərar qəbul edilmişdir. İmtina səbəbi isə Dövlət Vergi Xidməti tərəfindən təqdim edilmiş dövriyyə haqqında arayışa əsasən sözügedən vətəndaşın xx.xx.2008-xx.xx.2020-ci il tarixlərdə aktiv vergi ödəyicisi və xx.xx.2023-cü il tarixində isə aktiv əmək müqaviləsi olduğu müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən vətəndaş 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlara verilən sosial müavinət hüququnu itirmişdir. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli məhkəmə sorğusuna cavab məktubuna əlavə edilmiş inzibati icraat materiallarının surətindən görünür ki; Dövlət Vergi Xidməti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21- 2-4/2-H-xx-xx/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, vergi ödəyicilərinin vahid dövlət reyestr məlumatlarına əsasən İddiaçı (VÖEN: **********) vergi ödəyicisi kimi xx.xx.2008-ci iİ tarixdə vergi uçotuna alınması və xx.xx.2020-ci il tarixdə vergi uçotunun ləğv olunması barədə məlumat müəyyən edilmişdir. Dövlət Vergi Xidməti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21- 2-3/2-H-62xx-xx/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, uçot-baza məlumatlarına əsasən xx.xx.2008-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə 1030.00 manat dövriyyəsinin olduğu müəyyən olunmuşdur. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, mahiyyət baxımından əsassızdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının 7 fevral 2006-cı il tarixli, 55-İİİQ nömrəli Qanununun (bundan sonra - Qanun) 1,0.2-ci maddəsinin köhnə redaksiyasına əsasən sosial müavinətlər (bundan sonra - müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; Həmin Qanunun 1.0.2. maddəsinə əsasən, əmək qabiliyyəti olmayan şəxslər əlillər, o cümlədən 16 yaşadək əlil uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud uşaqlıqdan əlil övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya uşaqlıqdan əlil övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış, yaxud 18 yaşına çatanadək əlil olmuş 18 yaşından yuxarı uşaqları (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla). Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. 3.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər, bu Qanunun 4.0.1.1-ci maddəsində nəzərdə tutulan müavinət istisna olmaqla, bu Qanunla Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 4-cü maddəsinə əsasən u Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1. aylıq müavinətlər: 4.0.1.1. dövlət qulluqçularına ömürlük müavinət; 4.0.1.2. yaşa görə müavinət; 4.0.1.3. əlilliyə görə müavinət; 4.0.1.4. 16 yaşadək əlil uşaqlara müavinət; 4.0.1.5. ailə başçısını itirməyə görə müavinət; 4.0.1.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət; 4.0.1.7. üç yaşınadək uşağa qulluğa görə müavinət.. Həmin Qanunun 7-ci maddəsinə əsasən müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.1. dövlət qulluqçularına ömürlük müavinət - «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən inzibati və yardımçı vəzifələri tutan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda və dövlət qulluğunda xidmət illərinin minimum həddinə (5 il) malik olmadıqda; 7.0.2. yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə; “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1703-VQD nömrəli Qanuna əsasən həmin Qanunun 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarılmış, 01.01 2020-ci il tarixindən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1. maddəsinə əsasən, sosial müavinətlər- bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxlərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdir. Həmin Qanununun 7.0.2-ci maddəsinə müvafiq olaraq yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Yuxanda qeyd edilən maddələrin məzmunundan aydın olur ki, şəxsə yaşa görə sosial müavinət təyin edilməsi üçün onun həm yaşa görə pensiya hüququ yaranmamalı, həm də işləməməlidir. Lakin məhkəmə araşdırması zamani müəyyən olunmuşdur ki, iddiaçının vergi ödəyicilərinin dövlət reyestrində vergi uçotu mövcud olmuş, həmin dövrdə dövriyyəsinin olduğunu müəyyənləşdirilmişdir. Belə ki, iddiaçı 18 mart 2008-ci il tarixdən 05 mart 2020-ci il tarixədək VÖEN ilə vergi ödəyicisi kimi qeydiyyatda olmuşdur. Bu fakt Dövlət Vergi Xidmətinın Bakı şəhəri X2 və Uçotun Təşili Baş İdarəsinin 03 iyul 2025-cii il tarixli məktubu ilə sabit olunmuşdur. Bunda əlavə Bakı şəhəri Lokal Gəlirlər Baş İdaərisnin 08 iyul 2025-ci il tarixinli məktubunda İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə 1030.00 manat dövriyyəsinin olduğu müəyyən olunmuşdur. Belə olduğu halda məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, iddiaçı Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının 7 fevral 2006-cı il tarixli, 55-İİİQ nömrəli Qanununun (bundan sonra - Qanun) 1.0.2-ci maddəsinin köhnə redaksiyasına istinad edərək ona sosial müavinətin təyin edilməsini tələb etsə də, həmin Qanunun 7.0.2-ci maddəsində sosial müavinətin əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmayan və işləməyən şəxslərə təyin edilməsi nəzərdə tutulduğu qeyd edilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilmir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış, iddiaçının hüquqlarını pozmamışdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “sosial müavinətin təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar