Məhkəmə qərarları › İş №e-2-1(112)-1551/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-1551/2024

29.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-1551/2024 29.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, idiaçının nümayəndəsi və vəkili Vəkil1, üçüncü şəxs X4 nümayəndə və vəkilləri Vəkil3 və X13 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X9 və X17) qarşı “çıxarışların ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mübahisəli fərdi yaşayış sahəsinə dair X11, X12 və X4 adına dövlət reyestrində qeydiyyatların aparılmasına dair hərəkətlərin qanunsuz hesab edilməsi, X14 adına dövlət reyestrində aparılmış qeydiyyat və onun adına verilmiş xx.xx.2014-cü il tarixdə tərtib edilən RX ******* saylı çıxarışın, X12 adına dövlət reyestrində aparılmış qeydiyyat və onun adına verilmiş RX ******* saylı və RX ******* saylı çıxarışların və X4 adına dövlət reyestrində aparılmış qeydiyyat və onun adına verilmiş xx.xx.2014-cü il tarixdə RX ******* saylı çıxarışların ləğv edilməsini xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə iş üzrə X9 və X17 üçünü şəxs qismində (zəruri cəlbetmə) məhkəmə icraatına cəlb edilmişdirlər.

3. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 336 №-li qərarı, xx.xx.2004-cü il tarixli 189 №- li müqavilə sənədi əsasında ünvan 1 ünvanında olan 200 kv.m. torpaq sahəsi X2. Hazırda, həmin ünvanda mərhum X5 həyat yoldaşı İddiaçı rəsmi qeydiyyatda olmaqla, öz övladları ilə birlikdə orada daimi yaşayır. Eyni zamanda, Binəqədi Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 275 №-li sərəncamı ilə Biləcəri qəsəbəsi ərazisində X14 fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Lakin, X18 xx.xx.2013-cü il tarixdə vəfat etmiş və onun vəfatından bir ilə yaxın müddət keçdikdən sonra, yuxarıda qeyd edilən torpağa dair ilkin sənədə zidd olaraq, vəfat etmiş X11 adına xx.xx.2014-cü il tarixdə RX ******* saylı çıxarış verilmişdir. Bundan sonra, vəfat etmiş X18 həmin fərdi yaşayış evini X15 özgəninkiləşdirmiş və sonuncunun adına RX ******* saylı çıxarış verilmişdir. X3 müraciət edərək, ünvan 2 ünvanında göstərilən fərdi yaşayış evinin çıxarış və texniki pasportunda “M.Ə.Rəsulzadə qəsəbəsi” əvəzinə səhvən “Biləcəri qəsəbəsi” yazıldığını və düzəliş olunmasını xahiş etmişdir. Bundan sonra, heç bir aradırma aparılmadan və heç bir əsas olmadan xx.xx.2014-cü il tarixli RX ******* saylı çıxarışla ünvan 3 ünvanı qeyd edilməklə, X12 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyat aparılmışdır. Bundan sonra, xx.xx.2014-cü il tarixdə RX ******* saylı çıxarışla fərdi yaşayış evi X4 xüsusi mülkiyyətinə verilmişdir. X9 məhkəməyə müraciət edərək ərizəçi İddiaçı rəsmi qeydiyyatda olmaqla daimi yaşayadığı fərdi yaşayış evinə iddia etmiş və həmin evin ona məxsus olduğunu bildirmişdir. Nəzərinizə çatdırmaq istəyirik ki, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi ilə X4 adına qeydiyyata alınmış torpaq sahəsinin İddiaçı rəsmi qeydiyyatda olmaqla daimi yaşayadığı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə heç bir aidiyyəti olmadığı müəyyən edilmişdir. Bu səbəbdən hesab edir ki, X11, X12 və X4 adına, ünvan da daxil olmaqla, dövlət reyestrində aparılmış qeydiyyatlar əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Məsələ ilə əlaqədar iddiaçı cavabdehə yazılı müraciət edərək, X14 adına dövlət reyestrində aparılmış qeydiyyat və onun adına verilmiş xx.xx.2014-cü il tarixdə tərtib edilən RX ******* saylı çıxarışın, X12 adına dövlət reyestrində aparılmış qeydiyyat və onun adına verilmiş RX ******* saylı və RX ******* saylı çıxarışların və X4 adına dövlət reyestrində aparılmış qeydiyyat və onun adına verilmiş xx.xx.2014-cü il tarixdə RX ******* saylı çıxarışın ləğv edilməsini xahiş etmişdir. Lakin, cavabdeh iddiaçının müraciətinə cavab verməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2221/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qərarı ilə də hazırkı mübahisənin inzibati məhkəmə icraatının predmetinə aid olması göstərilmişdir.

4. Cavabdeh iddiaçının iddia ərizəsinə etirazı onunla əsaslandırılmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə dair məhkəmə mübahisəsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2221/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı İdarəyə daxil olmuşdur. Qeyd olunanlarla yanaşı, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi üzərində Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3344/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı əsasında həbs qoyulmuş, Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)- 1801/2018 saylı bildirişi, Binəqədi RM-in 2(001)- 12781/2017 saylı bildirişi, Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-7108/2019 saylı bildirişi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-66/2022 saylı xx.xx.2022 tarixli bildirişləri əsasında daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılmışdır. ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 275 saylı, xx.xx.1999-cu il tarixli sərəncamı, yerləşmə cizgisi və Binəqədi rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış eskiz layihə əsasında X11 adına xx.xx.2014-cü ildə daşınmaz əmlakın dövlət reyetsrində ilkin qeydiyyata alınmış, ünvan “ünvan 7dilmişdir. Daha sonra sözügedən fərdi yaşayış evi xx.xx.2014-cü il tarixli, 4Ə-01/264 saylı fərdi yaşayış evinin bağışlama müqaviləsi əsasında xx.xx.2014-cü il tarixdə X12 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X17 hüquqların dövlət qeydiyyatı zamanı yazılarda buraxılmış texniki səhvlərin düzəldilməsi haqqında ********** saylı ərizə ilə müraciət edərək ona təqdim edilmiş texniki pasport və çıxarışda ünvanın “Biləcəri qəsəbəsi” əvəzinə “M.Ə.Rəsulzadə” qəsəbəsi qeyd edilməsini xahiş etmişdir. Müvafiq ərizə tərəfimizdən icra edilərək X15 “ünvan 8 ünvanı ilə xx.xx.2014cü il tarixli çıxarış və xx.xx.2014-cü il tarixli texniki pasport verilmişdir. Daha sonra sözügedən fərdi yaşayış evi 4Ə-400 saylı, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda sonuncunun mülkiyyətindədir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 fevral 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına əlavə və dəyişikliklər edilsin və 17-ci bənd aşağıdakı redaksiyada verilsin: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən iddia tələbinin “X11 adına dövlət reyestrində aparılmış qeydiyyat və onun adına verilmiş xx.xx.2014-cü il tarixdə tərtib edilən RX ******* saylı çıxarışın ləğv edilməsi”-nə aid hissədə mümkün sayılmamasını, qalan hissədə isə təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

5. Üçüncü şəxs X9 iddiaçının iddia ərizəsinə etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışların ləğv edilməsi və daşınmaz əmlakın reyestrindən qeydlərin silinməsi” tələbinə dair iddiası üzrə inzibati iş məhkəmənin icraatınızdadır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o hazırda ünvan 9 ünvanda öz övladları ilə birlikdə yaşayır. Binəqədi rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 275 №-li sərəncamı ilə Biləcəri qəsəbəsi ərazisində X14 fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmış, X18 22 may 2013-cü il tarixdə vəfat etmiş və onun vəfatından bir ilə yaxın müddət keçdikdən sonra, yuxarıda qeyd edilən torpağa dair ilkin sənədə zidd olaraq, vəfat etmiş X11 adına xx.xx.2014-cü il tarixdə RX ******* saylı çıxarış verilmişdir. Bundan sonra, vəfat etmiş X18 həmin fərdi yaşayış evini X15 özgəninkiləşdirmiş və sonuncunun adına RX ******* saylı çıxarış verilmişdir. X3 müraciət edərək, ünvan 2 ünvanında göstərilən fərdi yaşayış evinin çıxarış və texniki pasportunda “M.Ə.Rəsulzadə qəsəbəsi” əvəzinə səhvən “Biləcəri qəsəbəsi” yazıldığını və düzəliş olunmasını xahiş etmişdir. Bundan sonra, heç bir aradırma aparılmadan və heç bir əsas olmadan xx.xx.2014-cü il tarixli RX ******* saylı çıxarışla ünvan 11 ünvanı qeyd edilməklə, X12 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyat aparılmışdır. Bundan sonra, xx.xx.2014-cü il tarixdə RX ******* saylı çıxarışla fərdi yaşayış evi X4 xüsusi mülkiyyətinə verilmişdir. X9 məhkəməyə müraciət edərək ərizəçi İddiaçı rəsmi qeydiyyatda olmaqla daimi yaşayadığı fərdi yaşayış evinə iddia etmiş və həmin evin ona məxsus olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi ilə X4 adına qeydiyyata alınmış torpaq sahəsinin İddiaçı rəsmi qeydiyyatda olmaqla daimi yaşadığı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə heç bir aidiyyəti olmadığı müəyyən edildiyi və bu səbəbdən də X11, X12 və X4 adına, ünvan da daxil olmaqla, dövlət reyestrində aparılmış qeydiyyatlar əsassız və qanunsuz olduğundan ləğv edilməsini istəmişdir. Qeyd olunan işdə X9 3-cü şəxs qismində işə cəlb edilmişdir. Hesab edir ki, iddiaçının hazırkı iddia tələbi tam əsassızdır və rədd edilməlidir. İddia ərizəsinin əsassız olmasını sübuta yetirən hallar (sənədlər və s.) aşağıdakılardan ibarətdir: İlk növbədə qeyd edilməlidir ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ mövcud deyildir. Belə ki, sadalanan sənədlərdə Binəqədi Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 275 №-li sərəncamı ilə Biləcəri qəsəbəsi ərazisində X14 fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsinin, bunun əsasında çıxarışın verilməsinin, daha sonra həmin çıxarışın X12 adına rəsmiləşdirilməsinin və sonra həmin evin X1 və sonda onun adına rəsmiləşdirilməsinin iddiaçıya heç bir aidiyyəti yoxdur. İddiaçı vəfat etmiş X11 ailə üzvü və ya vərəsəsi deyildir. Digər tərəfdən o, X12 da ailə üzvü deyildir. Hazırda onun belə bir iddia tələbi ilə məhkəməyə müraciət etməsi tamamilə əsassızdır. Bundan əlavə iddiaçının ərizəsində göstərilən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 10 dekabr 2004-cü il tarixli 336 №-li qərarı, 09 dekabr 2004-cü il tarixli 189 №-li müqavilə sənədi əsasında mərhum həyat yoldaşı X5 adına verilmiş torpaq sahəsi ilə bağlı bildirilməlidir ki, iddiaçı hazırda ləğv olunmasını istədiyi evin həmin torpaq sahəsi üzərində yerləşməsi ilə bağlı qarşılıqlı iddia, habelə ailə üzvləri ilə birlikdə ilkin iddia olaraq məhkəməyə müraciət etmiş, bütün instansiya məhkəmələrində işə baxılaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-2221/2023 saylı Qərarı ilə həm ilkin iddiası, eləcə də qarşılıqlı iddiası rədd edilmişdir. Məsələ burasındadır ki, iddiaçı ərizəsində X4 iddiaçıya qarşı iddia tələbi ilə məhkəməyə müraciət etdiyi qeyd edir, ancaq nədənsə həmin müraciətin yekununa dair məhkəmə aktının olmasını qeyd etmir. Məhz yuxarıda adıçəkilən qərarla iddiaçının hazırkı iddia tələbinin əsasını təşkil edən və guya evin ona məxsus torpaq sahəsi üzərində tikilməsinə dair fikirlərinə münasibət bildirilmiş və yekun məhkəmə aktı ilə iddia tələbi rədd edilmişdir (əlavə olunur). Göründüyü kimi qeyd edilən qərar predusial əhəmiyyətə malikdir və hazırkı iş üzrə də həmin qərarda qeyd edilən halların sübut edilməsinə ehtiyac yoxdur. İddiaçının əlavə olaraq ərizəsində göstərdiyi, heç bir hüquqi qüvvəsi olmayan və necə əldə edilməsi məlum olmayan xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinin əksinə olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(102)- 2221/2023 saylı Qərarında göstərilmiş (78 və 79 bənd üzrə) və həmin iş üzrə materiallarında olan “X23 və Ekspertiza Mərkəzi” MMC-nin verdiyi mütəxəssis rəyində, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/4789 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyində İddiaçı və övladlarının hazırda zəbt etdiyi evin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətinə aid olduğundan Bakı şəhəri, Binəqədi bələdiyyəsinin 336 saylı xx.xx.2004-cü il tarixli qərarı ilə Binəqədi rayonu, 9-cu mikrorayon, C.Cabbarlı küçəsində əlavə olunmuş cizgiyə uyğun olaraq C.İ.Məmmədova satılmış 200 kv.m torpaq sahəsi ilə üst-üstə düşmədiyi aşkar surətdə qeyd edilmiş, onların hazırda zəbt edərək yaşadıqları iş üzrə mübahisələndirilən fərdi yaşayış evinin Bakı şəhəri, ünvan 12 ünvanına uyğun gəldiyi göstərilmişdir. Həmin işdə həm hazırkı iş üzrə digər 3-cü şəxs X17, həm də hazırkı iddia ərizəsində adıçəkilən X11 hüquqi varisi X21 iştirak etmişdir. Bütün bunlar bir daha göstərir ki, iddiaçının hazırkı tələbi irəli sürməyə subyektiv hüququ olmamaqla bərabər iddia tələbi də tam əsassızdır və rədd edilməlidir.

6. Bundan sonra üçünü şəxs X9 iddiaçının iddia ərizəsinə etiraza əlavə ilə məhkəməyə müraciətə edərək bildirmişdir ki, iddiaçı hazırkı iddia üzrə Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(102)-2221/2023 saylı qərarı ilə (Bakı Apellyasiya Məhkəməsinin baxılmamış saxlama qərardadına münasibətdə) ona verilmiş subyektiv hüquqdan sui-istifadə etmişdir. Belə ki, iddiaçı iddia ərizəsində mübahisəli fərdi yaşayış sahəsinə dair X11, X12 və X4 adına dövlət reyestrində qeydiyyatların aparılmasına dair hərəkətlərin qanunsuz hesab edilməsini, habelə bununla bağlı X14 adına dövlət reyestrində aparılmış qeydiyyat və onun adına verilmiş xx.xx.2014-cü il tarixdə tərtib edilən RX ******* saylı çıxarışın, X12 adına dövlət reyestrində aparılmış qeydiyyat və onun adına verilmiş RX ******* saylı və RX ******* saylı çıxarışların və X4 adına dövlət reyestrində aparılmış qeydiyyat və onun adına verilmiş xx.xx.2014-cü il tarixdə RX ******* saylı çıxarışların ləğv edilməsini istəyir. Bu tələbinin prosessual hüquqi əsasının Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2221/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qərarı ilə müəyyən edildiyini bildirir. Məsələ burasındadır ki, Ali Məhkəmənin adıçəkilən qərarında iddiaçının bununla bağlı tələbinin (prosessual hüquqi əsası) mümkün dairəsi konkret olaraq müəyyən edilmişdir. Belə ki, həmin qərarla müəyyən edilmişdir: “Həmçinin apellyasiya instansiyası məhkəməsi inzibati məhkəmə icraatı qaydasında baxılmalı olması əsası ilə ikinci mülki iş üzrə İddiaçı “Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 143C saylı evin xüsusi mülkiyyət hüququ əsasında X12 adına verilmiş RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi” barədə iddiası və birinci iş üzrə “ünvan 13 ünvanda yerləşən 0.02425 hektar torpaq sahəsində tikilmiş 2 mərtəbəli ev kimi X11 adına daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyatla bağlı verilmiş seriya ******* saylı xx.xx.2014-cü il tarixli çıxarışın etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə xitam verərkən də düzgün nəticəyə gəlmişdir. Belə ki, qarşılıqlı iddia ərizəsi və müstəqil iddia ərizəsində qoyulan tələblərdən mübahisəli evin ünvan 14 ünvanda yerləşən 0,02425 ha. torpaq sahəsində tikilmiş 2 mərtəbəli ev kimi X11 adına daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyatının düzgün olmaması və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Ərazi İdarəsi tərəfindən seriya ******* saylı, xx.xx.2014-cü il tarixli çıxarışın, həmçinin A.Məmmədovun adına aparılmış reyestr yazısında düzəliş aparılmaqla, evin ünvanındakı “Biləcəri qəsəbəsi” sözlərinin “Rəsulzadə qəsəbəsi” sözləri ilə əvəz edilməsinə dair X12 adına verilmiş seriya RX N0476024 saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli reyestrdən Çıxarışın qanuniliyinin mübahisələndirilməsi mahiyyəti üzrə inzibati orqanı qanunsuz hərəkətləri nəticəsində düzgün qeydiyyatın aparılmaması barədə mübahisə olmaqla, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan tələblərdir. Həmçinin həmin qərarla müəyyən edilmişdir ki, “N.Quliyevin adından A.Məmmədovla bağlanmış bağışlama müqaviləsinin (N.Quliyevin ölümü səbəbi ilə) etibarsız hesab edilməsi tələbinin birbaşa mülki hüquq normalarının təsir dairəsinə daxil olması barədə kassasiya şikayətinin dəlilləri isə barəsində kassasiya şikayəti verilən qərardadın baxış predmeti olmayıb. Çünki həmin hissədə iddianın rədd edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi vardır.” Göründüyü kimi Ali Məhkəmənin adıçəkilən qərarı ilə iddiaçının tələbinin dairəsi və həcmi artıq müəyyən edilmişdir. Lakin, buna baxmayaraq iddiaçı hazırkı iddia tələbində bu dairədən kənara çıxmışdır. Bu mənada hesab edir ki, iddia tələbi digər hissələrdə Azərbayucan Respublikası İnzibati prosessual Məcəllənin (bundan sonra - İPM) 35-ci maddəsinə uyun olaraq iddia həmin hissələrdə qeyri mümkün hesab edilməlidir. Daha sonra artıq iddiaçı iddia ərizəsində tələbinin maddi hüquqi əsası kimi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 10 dekabr 2004-cü il tarixli 336 №-li qərarı, 09 dekabr 2004-cü il tarixli 189 №-li müqavilə sənədi əsasında istinad etmişdir. Lakin, Ali Məhkəmənin qərarında göstərilə ekspert rəyi ilə müəyyən edilmişdir ki, həmin ərazidə bələdiyyə torpağı yoxdur, dövlət torpağıdır. Yəni artıq ekspert rəyi ilə iddiaçının subyektiv hüququnun maddi hüquqi əsası kimi göstərdiyi hal aradan qaldırılmışdır. Belə ki, Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(102)-2221/2023 saylı Qərarında (78 və 79 bənd üzrə) həmin iş üzrə materiallarında olan “X23 və Ekspertiza Mərkəzi” MMC-nin verdiyi mütəxəssis rəyində, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/4789 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyində İddiaçı və övladlarının hazırda zəbt etdiyi evin yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə aid olduğundan Bakı şəhəri, Binəqədi bələdiyyəsinin 336 saylı xx.xx.2004-cü il tarixli qərarı ilə Binəqədi rayonu, 9-cu mikrorayon, C.Cabbarlı küçəsində əlavə olunmuş cizgiyə uyğun olaraq C.İ.Məmmədova satılmış 200 kv.m torpaq sahəsi ilə üst-üstə düşmədiyi aşkar surətdə qeyd edilmiş, həmçinin onların hazırda zəbt edərək yaşadıqları iş üzrə mübahisələndirilən mübahisəli fərdi yaşayış evinin ünvanının Bakı şəhəri, ünvan 12-yə uyğun gəldiyi göstərilmişdir. İş materiallarında həm mütəxəssis rəyi, həm ekspert rəyi olmasında baxmayaraq iddiaçı hansısa mütəxəssis rəyini əsas gətirməklə öz absurd iddiasına hüquqi don geyindirməyə çalışır. Məlum olduğu kimi mütəxəssis rəyi ekspert rəyini əvəz etmir. Xüsusilə diqqət edilməlidir ki, iddiaçı əlində yerləşmə yeri məlum olmayan torpağa dair bələdiyyə sənədinə əsaslanmaqla, Bakı şəhəri, ünvan 12 ünvanında yerləşən və mövcud olan fərdi yaşayış evinə dair çıxarışları mübahisələndirir. Hansı ki, torpaq sahəsi və yaşayış evi hər biri ayrıca daşınmaz əmlak hesab olunurlar. Belə ki, Mülki Məcəlləyə əsasən yaşayış evi torpaq sahəsindən fərqli olaraq ünvan verilən fərdi müəyyən əşyadır. (MM 135.7. Başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır.) Yəni mənzil və evin özünə xas əlaməti ona verilən fərdi ünvanın olması hesab edilir. Bu mənada qeyd edilməlidir ki, iddiaçının mübashisəli evlə istinad edilən bələdiyyə sənədinin heç bir bağlılığı müəyyən edilmədiyindən iddiaçının fərdi yaşayış evinə dair hər hansı hüquqmüəyyənedici sənədi mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Bundan əlavə iddiaçının ərizəsində göstərilən mərhum həyat yoldaşı Məmmədov Cahangir Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. Yuxarıda göstərilənləri, həmçinin İPM-in 35 və 68-ci maddələrinə nəzərə alaraq məhkəmədən, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışların ləğv edilməsi və daşınmaz əmlakın reyestrindən qeydlərin silinməsi” tələbinə dair iddia ərizəsinin Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(102)- 2221/2023 saylı Qərarında müəyyən edilmiş dairədən kənar hissədə mümkünsüz hesab edilməsi barədə qərardad, qalan hissədə iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

7. Cavabdehin məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-29430/2024 nömrəli məktubunda qeyd etmişdir ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Cəfər Cabbarlı küçəsi 143C saylı fərdi yaşayış evi ilkin olaraq xx.xx.2014-cü il tarixdə X11 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 37 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli 4Ə-01/264 reyestr nömrəli yaşayış evinin bağışlama müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixdə X12 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 37 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli 4Ə-400 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixdə X4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

8. Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 275 nömrəli sərəncamı ilə X14 Biləcəri qəsəbəsi ərazisində fərdi yaşayış evini tikmək üçün 600 kv.metr torpaq sahəsi ayrılmışdır.

9. Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan RX nömrəli ******* nömrəli çıxarışına əsasən, ünvan 16 ünvanında olan fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdə X11 adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır.

10. xx.xx.2014-cü il tarixli fərdi yaşayış evinin bağlanması müqaviləsindən görünür ki, X11 özünə məxsus olduğu ünvan 16 ünvanında olan fərdi yaşayış evi qohumu X15 bağışlamışdır.

11. Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan RX nömrəli ******* nömrəli çıxarışına əsasən, ünvan 16 ünvanında olan fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdə X12 adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır.

12. X17 Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanan ərizəsi ilə bildirmişdir ki, ünvan 18ləşən fərdi yaşayış evinin çıxarış və texniki pasportda səhvən M.Ə.Rəsulzadə əvəzinə Biləcəri qəsəbəsi yazılmışdır. Həmin çıxarış və texniki pasportda düzəliş edilməsi üçün sənədlərin yenidən qəbul edilməsini xahiş etmişdir.

13. Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan RX nömrəli ******* nömrəli çıxarışına əsasən, ünvan 19 ünvanında olan fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdə X12 adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır.

14. xx.xx.2014-cü il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X17 özünə məxsus olan ünvan 19 ünvanında olan fərdi yaşayış evini alıcı X4 mülkiyyətinə vermişdir.

15. Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan RX nömrəli ******* nömrəli çıxarışına əsasən, ünvan 20 ünvanında olan fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdə X4 adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır.

16. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 336 nömrəli qərarında qeyd edilmişdir ki, X8 Binəqədi rayonu 9 mkr., C.Cabbarlı küçəsində əlavə edilmiş cizgiyə uyğun olaraq 200 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətinə alqı-satqı yolu ilə ayrılmışdır.

17. AZ-İ seriyalı 757368 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X10 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir.

18. 392642 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən X10 ilə İddiaçı arasında olan nikah xx.xx.1990-cı il tarixdə qeydə alınmışdır.

19. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1 iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

20. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X4 nümayəndəsi və vəkilləri Vəkil3 və X22 iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

22. Məhkəmə tərəflərin izahatını dinləyib, ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

I. İddianın mümkünlüyü

23. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

24. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

25. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır... 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır...

26. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

27. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

28. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.

29. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.

30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.

31. Məhkəmə ilk növbədə qeyd edir ki, işin hərtərəfli, tam və obyektiv araşdırılması və yol verilən formal xətaların aradan qaldırılması məqsədilə iddiaçıya iddia predmeti olan mübahisələndirilən ünvana dair bütün hüquqmüəyyənedici sənədlərin təqdim edilməsi, həmçinin iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. Lakin məhkəmə tərəfindən göstərilən hüquqi yardım iddiaçı tərəfindən nəzərə alınmamışdır. İddiaçı özünün təqdim etdiyi xx.xx.2023-cü il tarixli mütəxəsis rəyinə əsaslanaraq hazırkı iddianı qaldırmışdır.

32. Göründüyü kimi, iddiaçı torpaq sahəsinə dair plan-ölçü sxeminin (yerləşmə cizgisinin) olmamasına baxmayaraq Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli Qərarına əsaslanmaqla, Bakı şəhəri, ünvan 12 ünvanında yerləşən və mövcud olan fərdi yaşayış evinə dair çıxarışları mübahisələndirir. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir.

33. Bundan başqa məhkəmənin araşdırması zamanı məlum olmuşdur ki, Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2221/2023 saylı qərarında iddiaçının inzibati məhkəmə icraatında tələbinin dairəsi və həcmi müəyyən edilmişdir. Buna baxmayaraq, iddiaçı hazırkı iddia tələbində bu dairədən kənara çıxmışdır.

34. Belə ki, Ali Məhkəmənin Mülki Kollegiyasının sözügedən qərarının 96 və 97-ci bəndlərində qeyd edilmişdir ki, “... ünvan 14 ünvanda yerləşən 0,02425 ha. torpaq sahəsində tikilmiş 2 mərtəbəli ev kimi X11 adına daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyatının düzgün olmaması və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Ərazi İdarəsi tərəfindən seriya ******* saylı, xx.xx.2014-cü il tarixli çıxarışın, həmçinin A.Məmmədovun adına aparılmış reyestr yazısında düzəliş aparılmaqla, evin ünvanındakı “Biləcəri qəsəbəsi” sözlərinin “Rəsulzadə qəsəbəsi” sözləri ilə əvəz edilməsinə dair X12 adına verilmiş seriya RX N0476024 saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli reyestrdən Çıxarışın qanuniliyinin mübahisələndirilməsi mahiyyəti üzrə inzibati orqanı qanunsuz hərəkətləri nəticəsində düzgün qeydiyyatın aparılmaması barədə mübahisə olmaqla, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan tələblərdir.”

35. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbinin bir hissəsi X12 adına dövlət reyestrində aparılmış qeydiyyat və onun adına verilmiş RX ******* saylı çıxarışın ləğv edilməsidir. Yuxarıda qeyd edilən qərarda bağışlanma müqaviləsinin mübahisələndirilməsi baxış predmətindən çıxarılmasına baxmayaraq iddiaçı həmin tələbini də inzibati məhkəmə qaydasında mübahisələndirmişdir. 101-ci bəndində qeyd edilmişdir ki, “N.Quliyevin adından A.Məmmədovla bağlanmış bağışlama müqaviləsinin (N.Quliyevin ölümü səbəbi ilə) etibarsız hesab edilməsi tələbinin birbaşa mülki hüquq normalarının təsir dairəsinə daxil olması barədə kassasiya şikayətinin dəlilləri isə barəsində kassasiya şikayəti verilən qərardadın baxış predmeti olmayıb. Çünki həmin hissədə iddianın rədd edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi vardır.”

36. Beləliklə, iddiaçının hüquqi müdafiəyə ehtiyacı olmamaqla hüquqi marağı, nəticə etibarilə iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur. Bu səbəbdən də iddia mümkün sayılmamalıdır.

37. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

38. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar