Məhkəmə qərarları › İş №e-2-1(112)-1554/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1554/2023

13.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1554/2023 13.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X11 Baş İdarəsinin adından 5 saylı Ərazi Vergilər İdarəsi nümayəndəsi X12 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X11 Baş İdarəsinə qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X11 Baş İdarəsinin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, 5 saylı Ərazi Vergi İdarəsi "xxxx" MMC-nin (VÖEN **********) və "xxxx" MMC-nin (VÖEN **********) dövlət büdcəsinə olan borcu ilə bağlı hər iki MMC-nin əvvəllər direktoru olmuş İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş və Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)7079/2018 sayl qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı bildirir ki, xx.xx.2019-cu il tarixdə təsisçi qərarı əsasında o, direktor vəzifəsindən azad edilmiş və X4 "xxxx" MMC-nin və "xxxx" MMC-nin direktoru təyin edilmişdir. Buna görə də 5 saylı Ərazi Vergi İdarəsi hər iki müəssisənin rəhbəri olan X2 qarşı ərizə ilə məhkəməyə müraciət edərək ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmiş və Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(049)-1647/2019 saylı qətnaməsi ilə X1 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bundan başqa "xxxx" MMC-nin və "xxxx" MMC-nin əvvəlki direktoru iddiaçı hal-hazırda həmin müəssisələrdə hər hansı vəzifə tutmur və sözügedən müəssisələrə heç bir təsir imkanı yoxdur. Belə olan halda, iddiaçı "xxxx" MMC-nin və "xxxx" MMC-nin vergi borcuna görə məsuliyyət daşıya bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsində göstərilir ki, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətə yerinə yetirmədikdə hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. Nəzər almaq lazımıdr ki, iddiaçı hazırda hüquqi şəxsin icra orqanının rəhbəri olmadığından sanksiyaların ödənilməsini təmin etmək üsulu kimi onun ölkədən getmək hüququnun məhdudlaşdırılması qanunsuz və əsassızdır. İddiaçı hesab edir ki, o, "xxxx" MMC və "xxxx" MMC ilə hazırda heç bir əlaqəsi olmadığından onun ölkədən getmək hüququ məhdudlaşdırıla bilməz. Buna görə də iddiaçı onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X11 Baş İdarəsinə müraciət etmişdir. X15 Xidmətinin X11 Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********114100 nömrəli cavab məktubunda 26572,86 manat vergi borcu ödənildiyi təqdirdə iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qərar qəbul ediləcəyi bildirilmişdir. İddiaçı bildirir ki, hal-hazırda o vergi borcu olan müəssisə (və ya müəsissələrin) rəhbəri olmadığından məktubda göstərilən vergi borcunun ödənilməsini heç bir halda onu tərəfindən təmin edilə bilməz. İddiaçının isə sözügedən məhdudiyyətin götürülməsi üçün müəssisə tərəfindən vergi borcunun ödənilməsini gözləməsi isə əsassız və məntiqsizdir. Odur ki, iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qərar qəbul edilməsi öhdəliyi inzibati orqanının üzərinə qoyulmalıdır.

3. Dövlət Vergi Xidmətinin X11 Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********114100 nömrəli cavab məktubunda bildirilmişdir ki, fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxmamışdır, yəni 26572,86 manat borc tam ödənilməmişdir. Borcun ödənilməsi təmin edildikdən sonra dərhal ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qərar qəbul ediləcəkdir.

4. "xxxx" MMC-nin və ARAZNİL” MMC-nin cavabdeh orqana müraciətlərinə cavab olaraq bildirilmişdir ki, Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi ARAZNİL” MMC-nin dövlət büdcəsinə olan 20764,58 manat və "xxxx" MMC-nin dövlət büdcəsinə olan 5808,28 manat vergi borcuna görə həmin müəssisələrin icra orqanının rəhbəri olmuş İddiaçı qıznın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi ilə xx.xx.2018-ci il tarixli **********121300 nömrəli ərizə ilə Yasamal Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı məhkəməyə verilmiş ərizə üzrə Yasamal Rayon Məhkəməsi xx.xx.2018-ci il tarixli 2(004)-7079/2018 saylı qətnamə qəbul edərək ərizəni təmin etmiş və hüquqi şəxslərin rəhbəri kimi İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırmışdır. Qeyd edilən dövrdə İddiaçı "xxxx" MMC-nin və "xxxx" MMC-nin icra orqanının rəhbəri İddiaçı olduğu üçün barəsində məhkəməyə müraciət edilmiş və ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar aradan qalxdıqdan sonra dərhal həmi məhdudlaşdırılmanın götürülməsi barədə qərar qəbul edilir. Əlavə olaraq bildirilir ki, X5 ölkədən getmə hüququ Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(049)-1647/2019 saylı qətnaməsi ilə müvəqqəti məhdudlaşdırmışdır. Lakin məhkəməyə bu barədə ərizə 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilməmişdir.

5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi "xxxx" MMC-nin (VÖEN **********) dövlət büdcəsinə olan 20764,58 manat və "xxxx" MMC-nin (VÖEN **********) dövlət büdcəsinə olan 5808,28 manat vergi borcuna görə həmin müəssisələrin icra orqanının rəhbəri olmuş İddiaçı ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi ilə xx.xx.2018-ci il tarixli **********121300 nömrəli ərizə ilə Yasamal Rayon Məhkəməsi xx.xx.2018-ci il tarixli 2(004)-7079/2018 saylı qətnamə qəbul edərək hüquqi şəxslərin rəhbəri kimi İddiaçı ölkədən getmə hüququnu müvəqqəti müvəqqəti məhdudlaşdırmışdır. Xüsusi mülkiyyətli hüquqi şəxsin icra orqanının rəhbəri dəyişdikdə borcun alınması ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün tədbirlər (bildiriş, sərəncam, əmlakın siyahıya alınması, yeni təyin olunmuş rəhbərə məhdudiyyətin tətbiqi, cinayət xarakterli materialların aidiyyəti üzrə göndərilməsi və s.) görüldükdən sonra əvvəlki rəhbərin məhdudiyyəti aradan qaldırılır (əsas vergi borcu 50 000 manatdan yuxarı olan, barəsində vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma ilə bağlı cinayət işi başlanan və riskli vergi ödəyiciləri istisna). "xxxx" MMC (VÖEN **********) riskli vergi ödəyicisi olduğu üçün məhdudiyyətin götürülməsi mümkün deyildir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə əsasən hüquqi şəxsin vergi borcu ilə əlaqədar “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi” yalnız hüquqi şəxsin dövlət reyestri məlumatlarında göstərilmiş rəhbərinə qarşı verilir. Cavabdeh qeyd edir ki, qeyd edilən dövrdə ARAZNİL” MMC-nin (VÖEN **********) və "xxxx" MMC-nin (VÖEN **********) icra orqanının rəhbəri İddiaçı olduğu üçün onun barəsində məhkəməyə müraciət edilmiş və ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırmışdır. Yuxarıda qeyd olunanlara əsasən cavabdeh İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi öhəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X11 Baş İdarəsinin üzərinə qoyulması ilə bağlı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmənin baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin məzmununa uyğun izahat verməklə onun təmin olunmasını xahiş etdi.

7. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmənin baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

8. İddiaçı onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X11 Baş İdarəsinə müraciət etmişdir.

9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X11 Baş İdarəsinin məktubu ilə 26572,86 manat vergi borcunun ödənildiyi təqdirdə iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qərar qəbul ediləcəyi göstərilmişdir.

10. İddiaçı hazırda onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X11 Baş İdarəsinin üzərinə qoyulmasını tələb edir.

11. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququna aid edilmişdir.

12. Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən, vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur.

13. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 13 yanvar 2022-ci il tarixli F-5 nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X11 Baş İdarəsinin Əsasnaməsindən: 1.1.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti) X11 Baş İdarəsi (bundan sonra – Baş idarə) hesablanmış vergilər, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları (bundan sonra – sığorta haqları), nəzarəti Dövlət Vergi Xidmətinə həvalə edilmiş dövlət torpaq icarə haqları (bundan sonra – torpaq icarə haqları), faizlər, tətbiq edilmiş maliyyə sanksiyaları və inzibati cərimələr, həmçinin qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlər üzrə dövlət büdcəsinə, habelə sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta fondlarına (bundan sonra – aidiyyəti fondlar) yaranmış borcların (bundan sonra – ismin müvafiq hallarında “borc”) alınması və təqdim edilməmiş bəyannamələrin (hesabatların) təqdim edilməsi sahəsində (bundan sonra – müvafiq sahə) bu Əsasnamə ilə müəyyən edilmiş əsas fəaliyyət istiqamətlərinə uyğun olaraq vəzifələri icra edən və hüquqları həyata keçirən və yurisdiksiyası bütün ölkə ərazisinə şamil edilən (bu Əsasnamənin 1.4-cü bəndinin xüsusiyyətləri nəzərə alınmaqla) Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumdur. 3.0. Baş idarə bu Əsasnamənin 2-ci hissəsi ilə müəyyən edilmiş əsas fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: 3.0.11. Borclu vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı vergi ödəyicisinə öncə xəbərdarlığın göndərilməsini, daha sonra məhdudlaşdırılmanın həyata keçirilməsi məqsədilə məhkəməyə ərizə ilə müraciət etmək üçün vergi ödəyicisinin uçotda olduğu vergi orqanına sifarişin verilməsini (Rayon Vergilər Şöbələrinə münasibətdə onların təhkim olunduğu müvafiq ərazi vergilər baş idarələrinə və ərazi vergilər idarələrinə), ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məhkəmə qərarları daxil olduqda həmin şəxsin ölkədən çıxışına məhdudiyyət tətbiq etmək üçün məlumatların müvafiq proqram təminatına daxil edilməsini, vergi ödəyicisinə məhdudiyyət barədə məlumatın göndərilməsini, məhdudiyyətə səbəb olmuş əsaslar aradan qalxdıqda həmin məhdudlaşdırılmanın götürülməsi ilə bağlı qərarların hazırlanmasını və müvafiq proqram təminatında məhdudlaşdırılmanın götürülməsini, vergi ödəyicisinə məhdudiyyətin götürülməsi barədə məlumatın və bu barədə qərarın göndərilməsini təmin etmək;

14. Hazırkı iddia məcburetmə haqqında iddia növünə aiddir. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

15. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən "xxxx" MMC-nin (VÖEN **********) qanuni təmsilçisi X3r.

16. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən "xxxx" MMC-nin (VÖEN **********) qanuni təmsilçisi X3r.

17. Riskli vergi ödəyiciləri barədə məlumatda "xxxx" MMC-nin (VÖEN **********) riskli vergi ödəyiciləri siyahısında olduğu müəyyən edilmir.

18. Riskli vergi ödəyiciləri barədə məlumatda "xxxx" MMC-nin (VÖEN **********) riskli vergi ödəyiciləri siyahısında olduğu müəyyən edilmir.

19. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7079/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdeh 5 saylı Ərazi Vergi İdarəsinin İddiaçı qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi üzrə iddia təmin edilmiş, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmışdır.

20. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3667/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7079/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Vergi Məcəlləsinin yuxarıda istinad edilən 23.1.15-3-cü maddəsinin məzmunundan göründüyü kimi, qanunverici həmin normada təsbit olunan məhdudiyyət tədbirinin vergi ödəyicisi olan fiziki şəxsə və ya hüquqi şəxsin icra orqanının rəhbərinə münasibətdə tətbiqini nəzərdə tutur. İddiaçı barəsində məhdudiyyətin tətbiqi istinad edilən normanın digər dispozisiya şərtləri ilə yanaşı, iddiaçının vergi öhdəliyi olan hüquqi şəxsin icra orqanının rəhbəri olması şərtindən irəli gəlmişdir. İşdən göründüyü kimi, həmin şərt sonradan aradan qalxmışdır. Lakin cavabdeh inzibati orqan Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsindən irəli gələn (vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək) vəzifəsini icra etməkdən imtina etmiş, imtinanın əsası kimi, iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan halın aradan qalxmadığına əsaslanmışdır. İddiaçı haqlı olaraq qeyd edir ki, yuxarıda istinad edilən normanın məzmununa görə, məhdudiyyətin tətbiqi üçün 1) vergi ödəyicisinin dövlət büdcəsinə vaxtı ötməmiş vergi borcu olmalıdır; 2) vergi borcu vaxtında ödənilməməlidir; 3) hüquqi şəxsə münasibətdə çıxışına məhdudiyyət qoyulacaq şəxs - icra orqanının rəhbəri olmalıdır. Normada nəzərdə tutulan əsaslardan vergi orqanının imtina məktubunda istinad etdiyi şərt – vergi borcunun olması şərti aradan qalxmasa da, məhdudiyyətin tətbiq edilməli olduğu şəxs (hüquqi şəxsin icra orqanının rəhbəri) barədə şərt aradan qalxmışdır. Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsində təsbit olunmuş tələb (vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək) vergi orqanın diskresion səlahiyyəti yox, borcudur. Başqa sözlə, həmin normada nəzərdə tutulmuş şərtin baş verdiyi hər bir halda, vergi orqanı məhdudiyyətin götürülməsi barədə qərar qəbul etməlidir. Qüvvədə olan məhkəmə qərarına əsasən iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmış olması vəziyyəti iddiaçının zərərinə dəyişmir və cavabdehi Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsində təsbit olunmuş şərtin baş verdiyi halda iddiaçının xeyrinə əlverişli akt qəbul etmək vəzifəsindən azad etmir. Belə ki, iddiaçının tələbi hazırkı iş üzrə tərəflər arasında yaranan və davam edən inzibati hüquq münasibətlərindən irəli gəlir.

22. İnzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

23. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X11 Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar