Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1557/2024 27.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X3 Ağa qızının katibliyi, İdidaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2023-cü il tarixli **********106700 nömrəli qərarının ləğv edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cəmiyyətə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********106700 nömrəli Qərara əsasən 2023-cü ilin aprel ayına ƏDV üzrə 20,895.70 manat əlavə vergi məbləği hesablanmışdır. Aşağıda qeyd olunanlara əsasən cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cu il tarixli **********106700 nömrəli qərarı qanunsuz və əsassız hesab edirlər. Mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərarda hesablamaya səbəb olaraq göstərilmişdir ki, “2023-cü il ərzində metal tullantılarının alışı zamanı qanunvericiliyin qeyd edilən tələblərinin pozulması halları davam etmiş və vasitəçi şəxslərdən metal tullantılarının alınması müəyyən edilmişdir”. Həmçinin cəmiyyətə ünvanlanmış xx.xx.2023-cü il tarixli **********783900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub"da qeyd edilmişdir ki, “əvvəlki dövrlər üzrə Cəmiyyətin qarşılıqlı əməliyyatların təhlili zamanı qanunvericiliyin tələbləri pozulmaqla metal tullantılarının birbaşa qanuni sahibliyində olmayan şəxslərdən alınması halları aşkar olunmuş və bununla bağlı Cəmiyyətə xəbərdarlıq məktubu ünvanlanaraq qanunla müəyyən edilmiş məsuliyyət tədbirləri barədə məlumat verilmişdir. Buna baxmayaraq 2023-cü ilin mart ayı ərzində də metal tullantılarının alışı zamanı qanunvericiliyin qeyd edilən tələblərinin pozulması halları davam etmiş və siyahısı aşağıda qeyd edilən vasitəçi şəxslərdən metal tullantılarının alınması davam etdirilmişdir. “X4” QSC (VÖEN 137971001, ƏDV-siz dəyəri 127411.2, ƏDV məbləği 22934,02 manat. Qeyd olunan əməliyyatlar nəticəsində qanunvericiliyin tələbi pozulmaqla əldə edilmiş sənədlər əsasında Cəmiyyət tərəfindən əsassız əvəzləşmə məbləği əldə edilməsi ehtimalı yaranmışdır”. Qeyd edir ki, müəssisə istehsal fəaliyyətində istifadə etmək məqaədilə "xxxx" MMC-dən 2023-cü ilin mart ayında ümumilikdə 127 411.2 manat (ƏDV-siz) məbləğində 182.02 ton müxtəlif ölçülü istifadəyə yararsız istehsala yararlı işlənmiş borular almış və həmin malların dəyərini satıcıya ödəmişdir. Həmçinin, məhkəmənin nəzərinə çatdırır ki, mal aldıqları zaman "xxxx" MMC riskli vergi ödəyicilərinin siyahısında mövcud olmamışdır. Eləcə də, hazırda həmin vergi ödəyicısinın riskli vergi ödəyicisi siyahısına salınması barədə qərar mövcud deyil. Göründüyü kimi, qanunla müəyyən edilmiş qaydada mal aldıqları və həmin alqı-satqı əməliyyatını qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirdikləri halda, vergi orqanı mal aldıqları şəxsin həmin malların alışına dair təsdiqedici sənədinin olmadığını əsas götürərək mal alışı ilə bağlı apardıqları əməliyyatı qəbul etməmiş və həmin əməliyyat üzrə həyata keçirdikləri ƏDV əvəzləşdirmələrini etibarsız hesab etmişdir. Halbuki, istər vergi qanunvericiliyində, istərsə də, işgüzar adətlərdə alıcının üzərinə satın aldığı mallara dair satıcının müvafiq alış sənədinin olub-olmasını müəyyən etmək öhdəliyi qoyulmamışdır. Bundan başqa, mal alışına dair elektron qaimə-fakturalar 2023-cü ilin mart ayında tərtib edildiyi və mart ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşdirildiyi halda, cavabdeh vergi orqanı kameral vergi yoxlamasını aprel ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsi ilə bağlı həyata keçirmişdir ki, bu da vergi qanunvericiliyinin tələblərinin kobud pozuntusudur. Belə ki, Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 ış günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 ış günu müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, carı vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1 -ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2- 1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Sadalananlardan aydın olduğu kimi, vergi bəyannaməsinin təqdim edildiyi tarixdən 30 iş günü keçdikdən sonra vergi orqanı həmin bəyannamə üzrə kameral vergi yoxlaması həyata keçirə bilməz. Göründüyü kimi, 2023-cü ilin mart ayı üzrə təqdim edilmiş ədv bəyannaməsindən 30 iş günü ötdüyündən, vergi orqanı hesablamanı aprel ayı üzrə təqdim edilmş bəyannamə üzrə həyata keçirmişdir ki, bu da, iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnmişdir. Göstərilənlərə əsasən hesab edirlər ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********106700 nömrəli qərar qanunvericiliyin tələblərinin kobud pozuntusu nəticəsində qəbul edildiyindən ləğv edilməlidir.
3. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********106700 nömrəli, xx.xx.2023-cü il tarixli **********725400 nömrəli və xx.xx.2023-cü il tarixli **********565600 nömrəli qərarlarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, 2021 təqvim ilinin ayları üzrə təqdim edilən ƏDV bəyannamələrinin 305-ci (Əməliyyatlar üzrə CƏMİ) sətirlərinin “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütunlarının cəmində 3823585.86 manat məbləğ göstərilməsinə baxmayaraq (cari il ərzində azaldılan və artırılan dövriyyə məbləğləri nəzərə alınmaqla), həmin hesabat ili üzrə hesablama metodu ilə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsinin 200-cü (Malların işlərin, xidmətlərin təqdim edilməsindən gəlir) sətri üzrə 3872734.21 manat + 201 -ci (Amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir) sətri üzrə 0 manat + 202-ci (Amortizasiya olunmayan aktivlərin təqdim edilməsindən gəlir) sətri üzrə 0 manat t- 203-cü (Daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) sətri üzrə 28500.00 manat + 206-cı (Əvəzsiz əsasla təqdim edilmiş aktivlərin dəyəri)) sətri üzrə 0 manat + 217-ci (Yuxarıdakı bəndlərdə nəzərdə tutulmayan digər gəlirlər, o cümlədən mənfəət vergisindən azad edilən gəlirlər) sətri üzrə 16677.00 manat, cəmi 3917911.21 manat məbləğində hesabat dövrü üzrə gəlirlər (ƏDV və aksiz nəzərə alınmadan) əks etdirilmişdir ki, nəticədə də 94325.35 manat məbləğində fərq müəyyən edilmişdir. Tərəflərindən ƏDV bəyannaməsində ( 08.2021 ) əvəzləşmə üçün təqdim edilmiş EBBG seriyalı 716561 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 2099.06 manat ƏDV məbləğinin tərəflərindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 2099.06 manat kənarlaşma yaranmışdır. Tərəflərindən ƏDV bəyannaməsində (08.2021) əvəzləşmə üçün təqdim edilmiş EBBG seriyalı 714719 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzn 2080.51 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 2080.51 manat kənarlaşma yaranmışdır. Tərəflərindən ƏDV bəyannaməsində ( 08.2021 ) əvəzləşmə üçün təqdim edilmiş EBBF seriyalı 869004 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzn 8224.88 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 8224.88 manat kənarlaşma yaranmışdır. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********974300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla cari vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2021-ci ilin avqust ayı əlavə dəyər vergisi bəyannaməsi üzrə 12404,45 manat vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********725400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Əlavə olaraq bildirilişdir ki, əvvəlki dövrlər üzrə Cəmiyyətin qarşılıqlı əməliyyatların təhlili zamanı qanunvericiliyin tələbləri pozulmaqla metal tullantılarının birbaşa qanuni sahibliyində olmayan şəxslərdən alınması halları aşkar olunmuş və bununla bağlı Cəmiyyətə xəbərdarlıq məktubu ünvanlanaraq qanunla müəyyən edilmiş məsuliyyət tədbirləri barədə məlumat verilmişdir. Buna baxmayaraq 2023-cü ilin mart ayı ərzində də metal tullantılarının alışı zamanı qanunvericiliyin qeyd edilən tələblərinin pozulması halları davam etmiş və siyahısı aşağıda qeyd edilən vasitəçi şəxslərdən metal tullantılarının alınması davam etdirilmişdir: Adı: “X4” Qapalı Səhmdar Cəmiyyəti, VÖEN – **********, ƏDV-siz dəyəri – 127411,2 manat, ƏDV məbləği – 22934.02 manat. Qeyd olunan əməliyyatlar nəticəsində qanunvericiliyin tələbi pozulmaqla əldə edilmiş sənədlər əsasında Cəmiyyət tərəfindən əsassız əvəzləşmə məbləği əldə edilməsi ehtimalı yaranmışdır. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********783900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla cari vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi və zərururi sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83- cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü ilin aprel ayı əlavə dəyər vergisi bəyannaməsi bəyannaməsi üzrə 20895,7 manat vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********106700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Vergi ödəyicisinin 2021 ci il ərzində bir sıra vergi ödəyiciləri ilə aparılmış 68913,6 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir ki, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Vergi ödəyicisi tərəfindən 2021-ci il ərzində 2560218,0 manat elektron qaimə faktura ilə mal, iş, xidmətlər əldə edilmiş, 2021-ci il üzrə təqdim edilən mənfəət vergisi bəyannaməsinin xərclər hissəsində 3368019,0 manat xərc məbləği qeyd edilmiş (Xammal və materiallar, Hüquqi şəxsin icarə xərci, Enerji xərcləri, Qaz xərcləri, Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər, Sığorta üzrə xərclər), ilin sonuna ehtiyatlar nəzərə alınmış və nəticədə 643034,0 manat kənarlaşma aşkar edilmişdir. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********599700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla cari vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi və zərururi sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2021ci il mənfəət vergi bəyannaməsi üzrə 20254,8 manat vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********876900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. xx.xx.2023-cü il tarixdə vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş mənfəət vergi bəyannaməsi təqdim edilmiş, lakin göstərilən uyğunsuzluqla bağlı kənarlaşma aradan qaldırılmadığından, hesablanmış vergi məbləği bərpa edilmiş və vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********565600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir.
6. İddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinə dair əlavə mülahizə təqdim edilərək bildirilmişdir ki, mübahisələndirilən qərarlar ilə bağlı qeyd edirlər ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********106700 nömrəli Qərara əsasən 2023-cü ilin aprel ayına ƏDV üzrə 20,895.70 manat; xx.xx.2023-cü il tarixli **********565600 nömrəli Qərara əsasən 2021 -ci ilə Mənfəət vergisi üzrə 20,254.80 manat; xx.xx.2023-cü il tarixli **********725400 nömrəli Qərara əsasən 2021-ci ilin avqust ayına ƏDV üzrə 12,404.45 manat əlavə vergi məbləği hesablanmışdır. 2023-cü ilin aprel ayı üzrə hesablama: məhkəmənin nəzərinə çatdırılır ki, xx.xx.2023-cü il tarixli **********106700 nömrəli Qərarda hesablamanın əsası kimi “2023-cü il ərzində metal tullantılarının alışı zamanı qanunvericiliyin qeyd edilən tələblərinin pozulması hallarının davam etməsi və vasitəçi şəxslərdən metal tullantılarının alınmasının müəyyən edilməsi” qeyd edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli **********783900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubda göstərilənlərə əsasən əvvəlki dövrlər üzrə Cəmiyyətin qarşılıqlı əməliyyatların təhlili zamanı qanunvericiliyin tələbləri pozulmaqla 127411,2 manat (ƏDV-siz) məbləğində metal tullantılarının birbaşa qanuni sahibliyində olmayan (vasitəçi) şəxslərdən ("X4" QSC-dən) alınması halları aşkar olunmuş və qeyd olunan əməliyyatlar nəticəsində qanunvericiliyin tələbi pozulmaqla əldə edilmiş sənədlər əsasında Cəmiyyət tərəfindən əsassız əvəzləşmə məbləği əldə edilməsi ehtimalı yaranmışdır. Yuxarıda qeyd edilənlərə münasibətdə bildirirlər ki, İddiaçı MMC istehsalat fəaliyyəti zamanı xammal qismində istifadə etmək məqsədilə "X4" QSC-dən (VÖEN **********) 2023-cü ilin mart ayında 8 ədəd elektron qaimə-faktura əsasında ümumi dəyəri 127,411.20 manat (ƏDV-siz) olan “müxtəlif ölçülü istifadəyə yararsız istehsala yararlı işlənmiş borular” almış və alqı-satqı əməliyyatı qanunvericiliyin tələblərinə uyğun olaraq elektron qaimə-faktura ilə rəsmiləşdirilmişdir. Lakin, vergi orqanı daha sonra tərəflər arasında tərtib edilmiş elektron qaimə-fakturaları qanunvericiliyin tələbi pozulmaqla əldə edilmiş sənədlər qismində qiymətləndirərək ƏDV bəyannaməsində həmin qaimələr üzrə əvəzləşdirmələri etibarsız hesab etmişdir. Halbuki, Vergi Məcəlləsində əvəzləşdirmə əməliyyatının bu əsasla etibarsız hesab edilməsi nəzərdə tutulmamışdır. Belə ki, Vergi Məcəlləsinin xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiyasına əsasən iddiaçı mal aldığı vergi ödəyicisinin sahibliyində olan malların alışına dair təsdiqedici sənədlərin olmamasına görə məsuliyətə cəlb edilə bilməz. Başqa sözlə desək, iddiaçının, əməliyyat apardığı müəssisənin aldıqları və ya idxal etdikləri malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlanılması kimi səlahiyyətləri olmadığından (bu halı yoxlamaq vergi orqanının səlahiyyətlərinə aid edilmişdir) vergi orqanının dəlilləri əsassız hesab edilməlidir. Digər yandan, Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatla; çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Bununla bağlı qeyd edir ki, iddiaçının mal aldığı “X4" MMC (hazırkı adı - "xxxx" MMC) Dövlət Vergi Xidməti tərəfindən riskli vergi ödəyicilərinin siyahısına daxil edilməmişdir ki, bu da hüquqi şəxsin vergi orqanı tərəfindən riskli və ya əmtəəsiz əməliyyat aparan şəxs hesab edilmədiyini göstərir. Göstərilənlərə əsasən bildirirlər ki, iddiaçı aldığı malları qanunla müəyyən edilmiş qaydada elektron qaimə-faktura ilə rəsmiləşdirdiyindən, mal aldığı vergi ödəyicisinin sahibliyində olan malların alışını və ya idxalını yoxlamaq səlahiyyətinə malik olmadığından və satıcı “X4” MMC vergi orqanı tərəfindən riskli vergi ödəyicilərinin siyahısına salınmadığından, ƏDV bəyannaməsində ƏDV üzrə 20,895.70 manat əvəzləşmənin vergi orqanı tərəfindən etibarsız hesab edilməsi vergi qanunvericiliyinin tələblərinə zidd olmuşdur. Bundan başqa, vergi orqanı 2023-cü ilin mart ayında baş tutmuş əməliyyatlara görə həmin ilin aprel ayı üzrə kameral vergi yoxlaması həyata keçirməklə vergi qanunvericiliyinin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündü əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Qeyd olunan maddələrdən aydın olduğu kimi, vergi orqanı müvafiq hesabat dövrü üzrə kameral vergi yoxlamasını həmin dövr üzrə vergi bəyannaməsi təqdim edildiyi tarixdən 30 iş günü (gəlir və mənfəət vergisinə münasibətdə 60 iş günü) müddətində həyata keçirə bilər. Həmin müddət bitdikdən sonra isə hesabat dövrü üzrə kameral vergi yoxlaması həyata keçirilə bilməz. Həmçinin, Vergi Məcəlləsinin 173.2-ci maddəsinə əsasən (ƏDV-nin məqsədləri üçün) vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir. Həmin Məcəllənin 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Göründüyü kimi, ƏDV üzrə hesab dövrü təqvim ayıdır və təqdim edilmiş vergi bəyannaməsində təqvim ayında baş vermiş əməliyyatlar əks etdirilir. Lakin iş materiallarından göründüyü kimi, vergi orqanı 2023-cu ilin mart ayında baş tutmuş əməliyyatlara görə 2023-cü ilin aprel ayı üzrə kameral vergi yoxlaması həyata keçirmişdir ki, bu da vergi qanunvericiliyinin yuxarıda göstərilən tələblərinə ziddir. Belə ki, 2023-cü ilin mart ayı üzrə hər hansı kənarlaşma halı mövcud olmuşdursa, vergi orqanı kameral vergi yoxlamasını məhz həmin ay üzrə vergi bəyannaməsi təqdim edildiyi tarixdən 30 iş günü müddətində həyata keçirə bilərdi. Göstərilənlərə əsasən qeyd edilir ki, 2023-cü ilin aprel ayında ƏDV-nin əvəzləşdirilməsi üzrə hər hansı kənarlaşma aşkar edilmədiyindən, kameral vergi yoxlaması nəticəsində həmin ay üzrə hesablanmış 20,895.70 manat əlavə vergi məbləği qanunsuz olmuşdur. 2021-ci il üzrə mənfəət vergisi və avqust ayı üzrə ƏDV-nin hesablanması ilə bağlı məhkəmənin nəzərinə çatdırılır ki, 2021-ci ilin avqust ayı üzrə ƏDV məbləği və həmin il üzrə mənfəət vergisinin hesablanmasının səbəbi cəmiyyət tərəfindən alınmış mallar ilə bağlı tərtib edilmiş elektron qaimə-fakturalar üzrə aparılmış əməliyyatların vergi orqanı tərəfindən riskli hesab edilməsi olmuşdur. Belə ki, "xxxx" MMC-dən (VÖEN **********) alınmış 20,640 ton həcmində 11558.40 manat (ƏDV-siz) metal qırıntısı ilə bağlı göndərilmiş xx.xx.2021-ci il tarixli EBBG seriyalı 714719 nömrəli; "xxxx" MMC-dən (VÖEN **********) alınmış 81,596 ton həcmində 45,693.76 manat (ƏDV-siz) məbləğində metal qırıntısı ilə bağlı göndərilmiş xx.xx.2021-ci il tarixli EBBF seriyalı 869004 nömrəli; "xxxx" MMC-dən (VÖEN **********) alınmış 20,824 ton həcmində 11661.44 manat (ƏDVsiz) metal qırıntısı ilə bağlı göndərilmiş xx.xx.2021-ci il tarixli EBBG seriyalı 716561 nömrəli elektron qaimə-fakturalar vergi orqanı tərəfindən riskli əməliyyatlar çərçivəsində tərətib edilmiş sənədlər kimi qəbul edilərək, ƏDV üzrə əvəzləşməni və mənfəət vergisi üzrə xərcləri təsdiq edən sənəd kimi qiymətləndirilmədiyindən, vergi orqanı həmin qaimələrə əsasən cəmiyyətə 2021-ci ilin avqust ayı üzrə 12,404.45 manat ƏDV, 2021-ci il üzrə 20,254.80 manat mənfəət vergisi hesablamışdır. Bununla bağlı bildirilir ki, göstərilən əməliyyatlar qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirildiyi halda vergi orqanı hər hansı əsas olmadan iddiaçıya əlavə vergi məbləği hesablamışdır. Belə ki, iddiaçı ilə digər müəssisələr arasında aparılan alqı-satqı əməliyyatları həmin müəssisələrin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilməsindən əvvəl baş vermişdir. İş materiallarından göründüyü kimi, iddiaçı ilə "xxxx" MMC arasında əməliyyat xx.xx.2021-ci il tarixdə baş verdiyi halda, sonuncu riskli vergi ödəyicilərinin siyahısına xx.xx.2021-ci il tarixdə salınmışdır. Həmçinin, iddiaçı ilə "xxxx" MMC arasında əməliyyat xx.xx.2021-ci il tarixdə baş verdiyi halda, sonuncu riskli vergi ödəyicilərinin siyahısına xx.xx.2021-ci il tarixdə salınmışdır. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində riskli vergi ödəyicisinin anlayışı verilmişdir. Həmin normaya əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Yəni vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Göründüyü kimi, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisələrin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi idarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də, bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə, Mənfəət vergisi bəyannaməsində isə xərclərə daxil etmişdir. Bundan başqa qeyd edirilir ki, iddiaçının əməliyyat apardığı müəssisələrin iddiaçıya satdığı malların onların aldığı və ya idxal etdiyi malların həcmindən artıq olması və ya ümumiyyətlə olmaması iddiaçının məsuliyyət sferasına aid edilməməli, bu hallar onun hüquqlarını məhdudlaşdırmamalıdır. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etdiyi və mənfəət vergisi bəyannaməsində xərclərə daxil etdiyi elektron qaimə fakturalar üzrə əməliyyatları həmin əməliyyatların aparıldığı tarixdə riskli vergi ödəyicisi olmayan müəssisələr ilə aparmışdır. İddiaçı həmin müəssisələrin riskli vergi ödəyicisi olub-olmamasını yoxlamaq imkanına malik olmuş, müəssisələrin əməliyyat tarixində riskli vergi ödəyicisi olmadığına əmin olmuş, vergi orqanı tərəfində də iddiaçıya bu barədə xəbərdarlıq edilməmişdir. Yenə də, qeyd olunmalıdır ki, əməliyyatların müəssisələrin riskli vergi ödəyicisi olmasından öncə aparılması cavabdeh tərəfindən də mübahisələndirilmir. İddiaçının, əməliyyat apardığı müəssisələrin aldıqları və ya idxal etdikləri malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlanılması kimi səlahiyyətləri olmadığından (bu halı yoxlamaq vergi orqanının səlahiyyətlərinə aid edilmişdir) cavabdehin dəlilləri əsassız hesab edilməlidir. Ona görə də, hesab edirik ki, iddiaçının hazırkı mübahisə üzrə tərtib etdiyi sənədlər (elektron qaimə fakturalar) riskli əməliyyatlar zamanı və riskli vergi ödəyiciləri ilə rəsmiləşdirilmədiyindən Vergi Məcəlləsinin 175.11-ci və 109.9-cu maddələrinin təsiri altına düşmür və iddiaçı həmin elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etməkdə və mənfəət vergisi bəyannaməsində xərclərə daxil etməkdə haqlı olmuşdur
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
8. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
9. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 02 iyun 2023-cü il tarixli **********106700 nömrəli qərarına əsasən iddiaçıya aprel 2023-cü il dövrü üzrə əlavə dəyər vergisi üzrə 32.309,48 manat məbləğində vergi borcu hesablanmışdır. Vergi borcunun hesablanmasına əsas kimi 2023-cü il ərzində metal tullantılarının alışı zamanı qanunvericiliyin qeyd edilən tələblərinin pozulması hallarının davam etməsi və vasitəçi şəxslərdən metal tullantılarının alınmasının müəyyən edilməsi göstərilmişdir.
10. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 04 sentyabr 2023-cü il tarixli **********565600 nömrəli qərarına əsasən 2021-ci il dövr üzrə mənfəət vergisi üzrə 50.374,36 manat məbləğində vergi borcu hesablanmışdır. Vergi borcunun hesablanmasına əsas kimi 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində vergi məbləğinin azaldılması, bununla əlaqədar olaraq, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməməsi göstərilmişdir.
11. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 17 avqust 2023-cü il tarixli **********725400 nömrəli qərarına əsasən avqust 2021-ci il dövr üzrə əlavə dəyər vergisi üzrə 12.394,47 manat məbləğində vergi borcu hesablanmışdır. Vergi borcunun hesablanmasına əsas cəmiyyət tərəfindən alınmış mallar ilə bağlı tərtib edilmiş elektron qaimə-fakturalar üzrə aparılmış əməliyyatların vergi orqan tərəfindən riskli hesab edilməsi olmuşdur.
12. İddiaçıya xx.xx.2023-xx.xx.2023-cü il dövrü üzrə əlavə dəyər vergisi növünün hesablanması ilə əlaqədar xx.xx.2023-cü il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub və “2021-ci il üçü təqdim edilmiş mənfəət (gəliri) vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə” məktub göndərilmişdir.
13. İddiaçıya tərəfindən məhkəməyə bəyannamələr, "xxxx" MMC tərəfindən iddiaçıya satılmış mallar ilə əlaqədar təqdim edilmiş EBDC seriyalı 220038 nömrəli, EBDC seriyalı 225332 nömrəli; "xxxx" MMC tərəfindən iddiaçıya satılmış mallar ilə əlaqədar EBBF seriyalı 869004 nömrəli; "xxxx" MMC tərəfindən təqdim edilmiş EBBG seriyalı 714719 nömrəli, EBBG seriyalı 716561 nömrəli qaimələr təqdim edilmişdir.
14. “Riskli vergi ödəyiciləri barədə məlumatın verilməsi barədə” məlumatlara əsasən "xxxx" MMC xx.xx.2021-ci il tarixli və "xxxx" MMC isə xx.xx.2021-ci il tarixli qərarlarla riskli vergi ödəyicisi hesab edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
15. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb mübahisələndirmə haqqında iddia növünə aiddir.
16. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
17. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
18. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
19. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər
20. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.
21. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.
22. Hazırkı iş üzrə işin hallarından müəyyən edimişdir ki, iddiaçı tərəfindən cavabdehin mübahisəli qərarları qanunverciliklə müəyyən edilmiş müddətdə mübahisələndirilmişdir.
23. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. İddia mümkün iddiadır.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
24. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
25. Belə ki, işin hallarından göründüyü kimi, cavabdeh mübahisələndirilən qərarlarla iddiaçıya kameral vergi yoxlaması tətbiq etmiş və 2023-cü ilin aprel ayında ƏDV üzrə 20,895.70 manat, 2021-ci ilə mənfəət vergisi üzrə 20,254.80 manat və 2021-ci ilin avqust ayına ƏDV üzrə 12,404.45 manat əlavə dəyər vergisi hesablamışdır.
26. İddiaçı hazırda həmin qərarı mübahisələndirir və hesab edir ki, qərarlar qəbul edilərkən vergi qanunvericiliyinin tələbləri pozulmuşdur.
27. Cavabdeh həmin qərarların qəbul edilməsinə əsas kimi 2023-cü il ərzində metal tullantılarının alışı zamanı qanunvericiliyin qeyd edilən tələblərinin pozulması hallarının davam etməsi və vasitəçi şəxslərdən metal tullantılarının alınmasının müəyyən edilməsini, 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində vergi məbləğinin azaldılması, bununla əlaqədar olaraq, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməməsini və cəmiyyət tərəfindən alınmış mallar ilə bağlı tərtib edilmiş elektron qaimə-fakturalar üzrə aparılmış əməliyyatların vergi orqan tərəfindən riskli hesab edilməsini göstərmişdir.
28. İddiaçı bu hallarla razılaşmır və hesab edir ki, tərəflərindən istehsalat fəaliyyəti zamanı xammal qismində istifadə etmək məqsədilə “X4” QSC-dən 2023-cü ilin mart ayında 8 ədəd elektron qaimə-faktura əsasında ümumi dəyəri 127,411.20 manat (ƏDVsiz) olan “müxtəlif ölçülü istifadəyə yararsız istehsala yararlı işlənmiş borular” almış və alğı-satqı əməliyyatı qanunvericiliyin tələblərinə uyğun olaraq elektron qaimə-faktura ilə rəsmiləşdirilmişdir. Lakin, vergi orqanı daha sonra tərəflər arasında tərtib edilmiş elektron qaimə-fakturaları qanunvericiliyin tələbi pozulmaqla əldə edilmiş sənədlər qismində qiymətləndirərək ƏDV bəyannaməsində həmin qaimələr üzrə əvəzləşdirmələri etibarsız hesab etmişdir. Halbuki, Vergi Məcəlləsində əvəzləşdirmə əməliyyatının bu əsasla etibarsız hesab edilməsi nəzərdə tutulmamışdır. Belə ki, Vergi Məcəlləsinin xx.xx.2024cü il tarixədək qüvvədə olan redaksiyasına əsasən iddiaçı mal aldığı vergi ödəyicisinin sahibliyində olan malların alışına dair təsdiqedici sənədlərin olmamasına görə məsuliyyətə cəlb edilə bilməz. Həmçinin iddiaçının mal aldığı “X4” MMC Dövlət Vergi Xidməti tərəfindən riskli vergi ödəyicilərinin siyahısına daxil edilməmişdir ki, bu da, hüquqi şəxsin vergi orqanı tərəfindən riskli və ya əmtəəsiz əməliyyat aparan şəxs hesab edilmədiyini göstərir. Həmçinin, cavabdeh tərəfindən aparılmış kameral vergi yoxlaması qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülməsi ilə həyata keçirilmişdir. 2021-ci ilin avqust ayı üzrə ƏDV məbləği və həmin il üzrə mənfəət vergisinin hesablanmasının səbəbi cəmiyyət tərəfindən alınmış mallar ilə bağlı tərtib edilmiş elektron qiamə-fakturalar üzrə aparılmış əməliyyatlar vergi orqanı tərəfindən riskli hesab edilmişdir. Həmin əməliyyatlar qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirildiyi halda vergi orqanı hər hansı əsas olmadan iddiaçıya əlvaə vergi məbləği hesablamışdır. Belə ki, iddiaçı ilə digər müəssisələr arasında aparılan alğı-satqı əməliyyatları həmin müəsissələrin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilməsindən əvvəl baş vermişdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən yeni qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da, riskli hesab oluna bilərdi.
29. Məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır.
30. Vergi Məcəlləsinin: 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. 175.11. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.
31. Maddədə qeyd olunan meyarları təsdiq edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dedikdə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” sözügedən məsələni tənzimləyir.
32. Həmin Meyarların: Bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: Bənd 2.1.1. Bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; Bənd 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: Bənd 3.1.1. Vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə.
33. Məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdeh bu qənaətə gələrkən qüvvədə olan qanunvericiliyin normalarını səhv tətbiq etmişdir.
34. Belə ki, cavabdeh xx.xx.2023-cü il tarixli qərarında hesablamanın əsası kimi 2023-cü il ərzində metal tullantılarının alışı zamanı qanunvericiliyin qeyd edilən tələblərinin pozulması hallarının davam etməsi və vasitəçi şəxslərdən metal tullantılarının alınmasının müəyyən edilməsini qeyd etmiş, “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktuba isə əvvəlki dövrlər üzrə Cəmiyyətin qarşııqlı əməliyyatların təhlili zamanı qanunvericiliyin tələblərinin pozulmaqla 127411.2 manat (ƏDV-siz) məbləğində metal tullantılarının birbaşa qanuni sahibliyində olmayan (vasitəçi) şəxslərdən (“X4” QSC-dən) alınması hallarının aşkar olunmasına və qeyd olunan əməliyyatlar nəticəsində qanunvericiliyin tələblərinin pozullmaqla əldə edilmiş sənədlər əsasında Cəmiyyət tərəfindən əsassız əvəzləşmə məbləğ əldə edilməsi ehtimalının yaranmasına istinad etmişdir.
35. Məhkəmə cavabdehin bu dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki, iddiaçı “X4” QSC-dən 2023-cü ilin mart ayında aldığı 8 ədəd elektron qiamə-faktura əsasında ümumi dəyəri 127,411.20 manat (ƏDV-siz) olan “müxtəlif ölçülü istifadəyə yararsız istehsala yararlı işlənmiş borular” almış və iddiaçı tərəfindən alğı-satqı əməliyyatı qanunvericiliyin tələblərinə uyğun qaimə-faktura ilə rəsmiləşdirilmişdir. Lakin, cavabdeh tərəfindən həmin elektron qaimə-fakturları qanunvericiliyin tələbi pozulmaqla əldə edilmiş sənədlər qismində qiymətləndirilərək ƏDV bəyannaməsində həmin qaimələr üzrə əvəzləşdirmələri etibarsız hesab etmişdir. Halbuki, Vergi Məcəlləsinin xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiyasına əsasən iddiaçı mal aldığı vergi ödəyicisinin sahibliyində olan malların alışına dair təsdiq edici sənədlərin olmamasına görə məsuliyətə cəlb edilə bilməz. Vergi Məcəlləsinin və AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”-na əsasən iddiaçı belə bir məsuliyyətə cəlb edilməsi üçün iddiaçı özü vergi ödəyicisi kimi təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərdiyi halda bu məsuliyyətə cəlb edilə bilərdi. Lakin, normada qeyd edilən hallar hazırki işdə müəyyən edilməmişdir. Digər tərəfdən Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.
36. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının “X4” QSC-dən 2023-cü ilin mart ayında aldığı mallar üzrə aparılmış əməliyyatları cavabdeh inzibati orqan tərəfindən əmtəəsiz əməliyyat kimi qiymətləndirilsə də, sözügedən Cəmiyyət həmin əməliyyatlara görə Dövlət Vergi Xidməti tərəfindən riskli vergi ödəyicilərinin siyahısına daxil edilməmişdir. Bu hal isə bir daha ona dəlalət edir ki, “X4” QSC həmin əməliyyatlara görə vergi orqanı tərəfindən riskli vergi ödəyicilərinin siyahısına salınmadığından, ƏDV bəyannaməsində ƏDV üzrə 20.895.70 manat əvəzləşmənin vergi orqanı tərəfindən etibarsız hesab edilməsi vergi qanunvericiliyinin tələblərinə zidd olmuşdur.
37. Eləcə də, işin hallarından görünür ki, cavabdeh iddiaçının 2023-cü ilin mart ayında baş tutmuş əməliyyatlarına görə həmin ilin aprel ayı üzrə kameral vergi yoxlaması həyata keçirməklə vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Belə ki, hazırki qərarda da, istinad edilən Vergi Məcəlləsinin müvafiq maddələrinin məzmununun tələblərinin işin faktiki hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, 2023-cü ilin mart ayı üzrə hər hansı kənarlaşma halı mövcud olmuşdursa, vergi orqanı kameral vergi yoxlamasını məhz həmin ay üzrə vergi bəyannaməsi təqdim edildiyi tarixdən 30 iş günü müddətində həyata keçirə bilərdi. 2023-cü ilin aprel ayında ƏDV-nin əvəzləşdirilməsi üzrə hər hansı kənarlaşma aşkar edilmədiyindən, kameral vergi yoxlaması nəticəsində həmin ay üzrə hesablanmış 20,895.70 manat əlavə vergi məbləği qanunsuz olmuşdur.
38. Cavabdeh tərəfindən iddiaçıya 17 avqust 2023-cü il tarixli və 04 sentyabr 2023-cü il tarixli qərarlarla 2021-ci ilin avqust ayı üzrə ƏDV məbləği və həmin il üzrə mənfəət vergisinin hesablanmasının əsası kimi cəmiyyət tərəfindən alınmış mallar ilə bağlı tərtib edilmiş elektron qaimə-fakturalar üzrə aparılmış əməliyyatların vergi orqanı tərəfindən riskli hesab edilməsi olmuşdur. Belə ki, "xxxx" MMC-dən (VÖEN **********) alınmış 20,640 ton həcmində 11558.40 manat (ƏDV-siz) metal qırıntısı ilə bağlı göndərilmiş xx.xx.2021-ci il tarixli EBBG seriyalı 714719 nömrəli; "xxxx" MMC-dən (VÖEN **********) alınmış 81,596 ton həcmində 45,63.76 manat (ƏDV-siz) metal qırıntısı ilə bağıl göndərilmiş xx.xx.2021-ci il tarixli EBBF seiryalı 869004 nömrəli; "xxxx" MMCdən (VöEn **********) alınmış 20,824 ton həcmində 11661.44 manat (ƏDV-siz) metal qırıntısı ilə bağlı göndərilmiş xx.xx.2021-ci il tarixli EBBG seriyalı 716561 nömrəli elektron qiamə-fakturalar cavabdeh tərəfindən riskli əməliyyatlar çərçivəsində tərtib edilmiş sənədlər kimi qəbul edilərək, ƏDV üzrə əvəzləşməni və mənfəət vergisi üzrə xərcləri təsdiq edən sənəd kimi qiymətləndirilmədiyindən, vergi orqanı həmin qaimələrə əsasən cəmiyyətə 2021-ci ilin avqust ayı üzrə 12,404.45 manat ƏDV, 2021-ci il üzrə 20,254.80 manat mənfəət vergisi hesablanmışdır. Halbuki, iş materiallarında olan sübutlara əsasən müəyyən edilir ki, iddiaçı ilə "xxxx" MMC arasında əməliyyat xx.xx.2021-ci il tarixdə, "xxxx" MMC arasında əməliyyat isə xx.xx.2021-ci il tarixdə baş verdiyi halda, "xxxx" MMC və "xxxx" MMC həmin əməliyyatlardan sonra, müvafiq olaraq xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə riskli vergi ödəyiciləri siyahısına daxil edilmişlər. Göründüyü kimi, iddiaçı ilə həmin müəssisələr arasında aparılan alğı-satqı əməliyyatları müəssisələrin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilməsindən əvvəl baş vermişdir. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, onun tərəfindən həmin əməliyyatlara görə tərtib edilmiş elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə, Mənfəət vergisi bəyannaməsində isə xərclərə daxil etmişdir.
39. Əlavə olaraq, iddiaçının əməliyyat apardığı müəssiələrin aldıqları və ya idxal etdikləri malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal idxal edilən malın həcminin yoxlanılması kimi səlahiyyətləri olmadığından (bu halı yoxlamaq vergi orqanının səlahiyyətlərinə aid edilmişdir) cavabdehin dəlilləri əsassız hesab edilməlidir.
40. Beləliklə, iddiaçının mövqeyi ilə razılaşaraq hesab edir ki, hazırki işdə iddiaçının tərtib etdiyi elektron qaimə fakturalar riskli əməliyyatlar zamanı və riskli vergi ödəyiciləri ilə rəsmiləşdirilmədiyindən Vergi Məcələsinin 175.11-ci və 109.9-cu maddələrinin təsiri altına düşmü və iddiaçı həmin elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etməkdə və mənfəət vergisi bəyannaməsində xərclərə daxil etməkdə haqlı olmuşdur.
41. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
42. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
43. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.
44. Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.
45. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
46. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
47. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
48. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
49. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********106700 nömrəli, xx.xx.2023-cü il tarixli **********725400 nömrəli və xx.xx.2023-cü il tarixli **********565600 nömrəli qərarları ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva