Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-15613/2025 04.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 İdris oğlunun sədrliyi, X2 oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinə qarşı “qeyri-yaşayış sahəsinin ipoteka qeydiyyatının ləğv edilməsi” tələbinə dair işə Bakı İnzibati Məhkəməsinin binasında, açıq və şifahi məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Bakı şəhəri Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 80 № li binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ipoteka qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ 1 saylı Bakı ərazi idarəsinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Bakı şəhəri Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 80 № li binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi “Hacı Camalxan” X1 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 18822-SKMF saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini kimi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Bakı şəhəri Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 80 №li binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi ilə təmin edilmiş öhdəlik ipoteka qoyan olaraq tərəfindən tam təmin edildiyinə görə "xxxx" ASC iflas proseduru çərçivəsində ləğvetməyə məruz qalmamışdan əvvəl ipoteka yüklülüyündən azad edilmiş və "xxxx" ASCnin İdarə heyətinin sədri tərəfindən Nərimanov rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2015-ci il tarixli, 05-pMD/3640 saylı məktubda "xxxx" ASC-nin Bakı şəhəri Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 80 № li binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsini girovdan azad etdiyini göstərmişdir. Xüsusi mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 80 № li binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin girovdan (ipotekadan) azad edilməsi üçün Nərimanov İcra Şöbəsi tərəfindən 17/69№9730-10 saylı, xx.xx.2015-ci il tarixli məktubla Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinə müraciət olunmuşdur. Sözügedən məktubda göstərilənlərlə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Nərimanov rayon İcra Şöbəsinə ünvanlanan xx.xx.2015-ci il tarixli, **********68 saylı məktubda Bakı şəhəri Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 80 № li binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin üzərindən qadağanın götürüldüyü göstərilmişdir. Sözügedən Xidmət tərəfindən Bakı şəhəri Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 80 № li binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin üzərindən qadağanın götürüldüyü bildirilsə də, faktiki olaraq "xxxx" ASC tərəfindən Nərimanov rayon İcra Şöbəsi vasitəsilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərilmiş 17/69№9730-10 saylı, xx.xx.2015-ci il tarixli məktubda göstərilənlərə əsasən xüsusi mülkiyyətdə olan Bakı şəhəri Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 80 № li binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi girovdan (ipotekdan) azad olunmamışdır. Halbuki, Nərimanov rayon İcra Şöbəsinin 17/69№9730-10 saylı, xx.xx.2015-ci il tarixli məktubuna qoşma ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərilmiş "xxxx" ASC-nin xx.xx.2015-ci il tarixli, 05-pMD/3640 saylı məktubuna əsasən Bakı şəhəri Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 80 № li binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə dair ipotekaya “İpoteka haqqında” Qanunun 48-ci maddəsinin tələblərinə əsasən ipotekaya xitam verilməli olmuşdur. Bu hal aşkar edildikdən dərhal sonra xx.xx.2025-ci il tarixli məktubla “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-yə müraciət olunaraq Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin 17/69№9730-10 saylı, xx.xx.2015-ci il tarixli məktubuna qoşma ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərilmiş "xxxx" ASC-nin xx.xx.2015-ci il tarixli, 05-pMD/3640 saylı məktubuna əsasən Bakı şəhəri Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 80 № li binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə dair ipotekaya xitam verilməsinin təmin olunması xahiş olunmuşdur. Lakin keçən müddət ərzində yuxarıda göstərilən xüsusi mülkiyyəti üzərində olan ipoteka qeydiyyatı ləğv edilməməklə yanaşı xx.xx.2025-ci il tarixli məktubun bu və digər formada cavablandırılması təmin olunmamışdır. Cavabdeh tərəfindən iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı Daşınmaz Əmlakın Kadastrı və Reyestrinin 1 saylı Bakı ərazi idarəsinə hazırki iddia tələbi ilə müraciət etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, İPM-in 13-cü maddəsinə əsasən əlavə yardımetmə vəzifəsi icra edilmədən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət verilməlidir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 1.1, 1.2, 1.3, 1.4, 2.1, 6.1, 6.2 və 7-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən hazırkı tələblə bağlı cavabdehə müraciət etməmişdir. Bununla bağlı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək, qanunveriliciyin tələbləri izah olunmuş və hazırkı iddianın mümkünlük şərtlərinə cavab vermədiyi bildirilmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı ərizə iddia ilə bağlı qanunvericliyin tələblərinə cavab vermədiyi üçün mümkün sayıla bilməz. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinə qarşı “qeyri-yaşayış sahəsinin ipoteka qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X4
Məhkəmə qərarları › İş №e-2-1(112)-15613/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-15613/2025
04.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver