Məhkəmə qərarları › İş №e-2-1(112)-1573/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1573/2022

28.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1573/2022 28.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (oğlu) Nümayəndə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi X2 və X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı pensiyanın dayandırılmasının qanunsuz hesab edilməsi, pensiyanın bərpası və s. (birinci iş) və iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin cavabdeh İddiaçı qarşı artıq ödənilmiş pensiya məbləğinin tutulması (ikinci iş) iddia tələbləri üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Birinci iş üzrə

1. Birinci iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı 13.07.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 03.01.2007-ci il tarixindən olmaqla 52 yaşından pensiya təyin edilməsi və qanunvericiliyə müvafiq olaraq pensiya məbləğinin yenidən hesablanması və yaranmış fərq məbləğinin qanunvericiliyə uyğun olaraq ödənilməsinə dair inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür (iş№e-2-1(112)-8452/2021; hakim Günel Sevdimalıyeva).

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 23 iyun 2017-ci il tarixində 3 yanvar 2012-ci il tarixindən hesablanmaqla yaşa görə pensiyaya çıxıb. 2021-ci ilin fevral ayına qədər aylıq 985 manat əsas və 270 manat da əvvəlki illərə görə yığılmış pensiya daxil olmaqla, ümumilikdə aylıq 1255 manat məbləğində pensiya alırdı. Sonuncu ödəniş 16 fevral 2021-ci tarixində həyata keçirilmişdir. 11 fevral 2021-ci il tarixində pensiyanın yenidən hesablanması üçün ərizə ilə cavabdehə müraciət edib. Qeyd etmək lazımdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən əmək pensiyası Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yəni cavabdeh tərəfindən təyin edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na əsasən, əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciətə müraciət müsbət həll edildikdə 10 iş günü, müraciətdən imtina edildikdə isə 15 iş günü ərzində müraciət edən şəxsə məlumat verilməlidir (Qaydaların 2.7, 2.11 və 2.13-cü yarımbəndləri). Mənim müraciətimə isə cavabdeh 5 aydır ki cavab vermir və pensiya ödənişlərim qanunsuz şəkildə “yenidən hesablama” bəhanəsilə dayandırılmışdır. Hazırda nə yenidən hesablanmış pensiya məbləğini, nə də ki, fevral ayına qədər ödənilən pensiyanın ödənişini həyata keçirmirlər. Yeganə gəlir yeri pensiya olan bir vətəndaş kimi dörd aydan çoxdur çox çətin bir vəziyyətdəyəm, kredit ödənişlərimi həyata keçirə bilmirəm və cavabdehə neçə dəfə müraciət etsəm də, heç bir nəticə əldə edə bilməmişəm. Qeyd edir ki, 43 illik iş stajının 27 il 5 ayını neftin hasilatı sahəsində işləyib. Bu müddətin də 17 il 7 aylıq bir hissəsini birbaşa dənizdə fəaliyyət göstərmişəm. İş stajına daxil edilən fəaliyyətlər aşağıdakı kimidir: -1972 - 1977-ci illər - Azərbaycan Neft və Kimya İnstitutunda tələbə (5 il); 09.08.1977-ci il tarixindən 05.12.1980-ci il tarixinədək “Saxalinneft”də quyuların yeraltı təmiri üzrə operator, mühəndis-texnoloq, sex rəisinin müavini və böyük mühəndis-texnoloq (3 il 3 ay 26 gün); 04.01.1981-ci il tarixindən 10.11.1983-cü il tarixinədək N.Nərimanov adına NQÇİ-də operator (2 il 7 ay 11 gün) və usta (2 ay 26 gün); 12.01.1984-cü il tarixindən 09.09.1994-cü il tarixinədək Naxçıvan MSSR-in Meliorasiya və Su Təsərrüfatı Nazirliyində böyük mühəndis, aparıcı mütəxəssis və şöbə rəisi (10 il 7 ay 28 gün); 06.10.1997-ci il tarixindən 01.06.2000-ci il tarixinədək N.Nərimanov adına NQÇİ-nin 2 saylı neft və qaz çıxarma sexində usta (2 il 7 ay 26 gün); -01.06.2000-ci il tarixindən 27.06.2003-cü il tarixinədək N.Nərimanov adına NQÇİ-nin 2 saylı neft və qaz çıxarma sexində növbə rəisi (3 il 26 gün); 27.06.2003-cü ildən 01.07.2008-ci il tarixinədək N.Nərimanov adına NQÇİ-nin 2 saylı neft və qaz çıxarma sexində mühəndis (növbətçi) (5 il 4 gün); 01.07.2008-ci il tarixindən 14.01.2011-ci il tarixinədək N.Nərimanov adına NQÇİ-nin 2 saylı neft və qaz çıxarma sexində mühəndis (2 il 6 ay 13 gün); 14.01.2011ci il tarixindən 05.04.2012-ci il tarixinədək N.Nərimanov adına NQÇİ-nin 2 saylı neft və qaz çıxarma sexində sex rəisinin müavini (1 il 2 ay 22 gün); 05.04.2012-ci il tarixindən 31.07.2012-ci il tarixinədək N.Nərimanov adına NQÇİ-nin 2 saylı neft və qaz çıxarma sexində sex rəisi (3 ay 26 gün); 01.08.2012-ci il tarixindən 24.01.2013-cü il tarixinədək ARDNŞ X6 N.Nərimanov adına NQÇİ-nin X3 Mühafizəsi və Təhlükəsizlik Texnikası şöbəsində rəis müavini (5 ay 23 gün); 24.01.2013-cü il tarixindən 24.11.2016-cı il tarixinədək ARDNŞ X6 N.Nərimanov adına NQÇİ-nin X3 Mühafizəsi və Təhlükəsizlik Texnikası şöbəsində rəis (3 il 10 ay); 25.11.2016-cı il tarixindən 01.02.2019-cu il tarixinədək X6 N.Nərimanov adına NQÇİ-nin Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası şöbəsində rəis (2 il 2 ay 7 gün). Beləliklə, “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın X hissəsinin 2-ci bəndinin “a” və “b” yarımbəndlərinə uyğun olaraq, onun 01.01.2006-cı il tarixinədək 14 il 2 ay 2 gün güzəştli şərtlərlə (zərərli şəraitdə) iş stajı və 30 il 1 ay 6 gün isə ümumi iş stajı olmuşdur. Odur ki, ona 52 yaşından, yəni 03.01.2007-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin olunmalı və pensiyası yenidən hesablanaraq qanunvericiliyə uyğun olaraq ödənilməmiş pensiya məbləği də ona ödənilməlidir. Cavabdehə əvvəllər etdiyi müraciətlər zamanı cavabdehin, xüsusilə onun 01.06.2000-ci il tarixindən 27.06.2003-cü il tarixinədək N.Nərimanov adına NQÇİ-nin 2 saylı neft və qaz çıxarma sexində növbə rəisi vəzifəsində, 27.06.2003-cü il tarixindən 01.07.2008-ci il tarixinədək N.Nərimanov adına NQÇİ-nin 2 saylı neft və qaz çıxarma sexində mühəndis (növbə) vəzifəsində işlədiyim dövrləri yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən işlərin siyahısına daxil etməməsi (bu vəzifədən əvvəl çalışdığım vəzifələrlə bağlı cavabdeh tərəfindən hər hansı etiraz bildirilməmiş və həmin dövrlər yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən işlərin siyahısına daxil edilmişdir) səbəbindən həmin dövrlərin də müvafiq olaraq Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda göstərilən yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən işlərin siyahısına daxil olmasını təsdiqləyən N.Nərimanov adına NQÇİ tərəfindən verilmiş müvafiq arayışı da iddia ərizəsinə əlavə etmişəm. Arayışdan aydın şəkildə göründüyü kimi, həm növbə rəisi vəzifəsinin, həm də və həmin vəzifənin adının dəyişdirilməsi nəticəsində çalışdığım mühəndis (növbətçi) vəzifəsinin vəzifə təlimatına digər məsələlərlə yanaşı, aşağıdakılar daxildir: -Növbə rəisi və mühəndis (növbətçi) istehsalatın (istehsalat xidmətlərinin) növbə ərzində operativ idarə edilməsini həyata keçirir; -Növbə rəisi və mühəndis (növbətçi) istehsalat prosesinin fasiləsizliyini təmin etmək məqsədilə növbə ərzində ortaya çıxan problemlərə adekvat həllər tapmaqla müvafiq xidmətləri (sexləri) ortaya çıxmış problemlərin həllinə yönəldir. -Növbə rəisi və mühəndis (növbətçi) gündəlik görülməli olan işlərin həyata keçirilməsini idarə edir və növbə ərzində çalışan bütün xidmətlərin (sexlərin) işini bir-biri ilə uzlaşdırır. -Növbə rəisi və mühəndis (növbətçi) öz vəzifə funksiyalarını dəniz şəraitində stasionar dəniz özülləri üzərində qurulmuş neft hasilatı mədənlərində həyata keçirir və neft mədənində növbə ərzində işləyən müxtəlif sexlərin işçiləri növbə rəisinin və və mühəndisin (növbətçi) istehsalat zərurətindən irəli gələn operativ qərarlarını yerinə yetirməyə borcludurlar.

3. İddiaçının ərizəsi əsasında məhkəmənin 12.08.2021-ci il tarixli qərardadı ilə cavabdeh qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı göstərilmişdir.

4. İddiaçının ərizəsi əsasında iddia tələbi məhkəmənin 13.09.2021-ci il tarixli qərardadı ilə “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək İddiaçı 03.01.2007-ci il tarixindən olmaqla 52 yaşından pensiyanın yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

5. İddiaçının ərizəsi əsasında iddia tələbi məhkəmənin 04.02.2022-ci il tarixli qərardadı ilə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya güzəştli şərtlərlə təyin olunmuş pensiyanın dayandırılması, artıq ödəmənin olduğunun müəyyən edilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, güzəştli şərtlərlə təyin edilmiş pensiyanın 01 mart 2021-ci il tarixindən bərpa edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ödənilən pensiyadan tutulmanın aparılması qadağan edilməklə onun artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında 05 may 2021-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Eyni zamanda iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının birgə cavabdeh qismində iştirakı nəzərə alınmışdır.

6. Dəyişdirilmiş tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 8 iyul 2021-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı 4 fevral 2022-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıdan artıq ödənilmiş pensiya məbləğinin tutulması haqqında 5 may 2021 -ci il tarixli qərarının olmasına dair məlumat almışdır. Hazırda iddiaçıya yaşa görə ödənilən pensiya məbləğindən də aylıq 20% olmaqla müvafiq ödənişlər tutulur. Bütün bunları nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının da bu iş üzrə cavabdeh qismində cəlb edilməsi işin tam və ətraflı araşdırılması və müvafiq yekun qərarın verilməsi üçün zəruridir. İkinci cavabdehin yuxarıda adıçəkilən artıq ödəmənin tutulması haqqında qərarı qanunsuz və əsassızdır və ləğv edilməlidir. Belə ki, Birinci cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə pensiyanın ləğvi qanunsuz olduğundan və iddiaçıya həmin pensiya bərpa olunmalı olduğundan, İkinci cavbdehin də ləğv edilmiş pensiya əsasında qəbul etdiyi artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında 5 may 2021-ci il tarixli qərarı da əsassız və qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edir. İddia tələbilə bağlı aşağıdakıları bildirir: iddiaçı 43 illik iş stajının 27 il 5 ayını neftin hasilatı sahəsində işləmişdir. Bu müddətin də 17 il 7 aylıq bir hissəsini birbaşa dənizdə fəaliyyət göstərmişdir. İş stajına daxil edilən fəaliyyətlər aşağıdakı kimidir: 1972 - 1977-ci illər - Azərbaycan Neft və Kimya İnstitutunda tələbə (5 il); 09.08.1977-ci il tarixindən 13.10.1977-ci il tarixinədək “Vostokneft” Birliyində quyuların yeraltı təmiri üzrə operator (2 ay 4 gün); 13.10.1977-ci il tarixindən 17.07.1978-ci il tarixinədək “Vostokneft” Birliyində mühəndis-texnoloq (9 ay 4 gün); 17.07.1978-ci il tarixindən 23.03.1979-cu il tarixinədək “Vostokneft” Birliyində 1 nömrəli neftçıxarma sexində sex rəsinin müavini (8 ay 6 gün); 23.03.1979-cu il tarixindən 05.12.1980-ci il tarixinədək “Vostokneft” Birliyində 1 nömrəli neftçıxarma sexinə baş texnoloq (8 ay 12 gün); 04.01.1981-ci il tarixindən 10.11.1983-cü il tarixinədək N.Nərimanov adına NQÇİdə operator (2 il 7 ay 11 gün) və usta (2 ay 26 gün); 12.01.1984-cü il tarixindən 09.09.1994-cü il tarixinədək Naxçıvan MSSR-in Meliorasiya və Su Təsərrüdatı Nazirliyində böyük mühəndis, aparıcı mütəxəssis və şöbə rəisi (10 il 7 ay 28 gün); 06.10.1997-ci il tarixindən 01.06.2000-ci il tarixinədək N.Nərimanov adına NQÇİ-nin 2 saylı neft və qaz çıxarma sexində usta (2 il 7 ay 26 gün); 01.06.2000-ci il tarixindən 27.06.2003-cü il tarixinədək N.Nərimanov adına NQÇİ-nin 2 saylı neft və qaz çıxarma sexində növbə rəisi (3 il 26 gün); 27.06.2003-cü ildən 01.07.2008-ci il tarixinədək N.Nərimanov adına NQÇİ-nin 2 saylı neft və qaz çıxarma sexində mühəndis (növbətçi) (5 il 4 gün); 01.07.2008-ci il tarixindən 14.01.2011-ci il tarixinədək N.Nərimanov adına NQÇİ-nin 2 saylı neft və qaz çıxarma sexində mühəndis (2 il 6 ay 13 gün); 14.01.2011ci il tarixindən 05.04.2012-ci il tarixinədək N.Nərimanov adına NQÇİ-nin 2 saylı neft və qaz çıxarma sexində sex rəisinin müavini (1 il 2 ay 22 gün); 05.04.2012-ci il tarixindən 31.07.2012-ci il tarixinədək N.Nərimanov adına NQÇİ-nin 2 saylı neft və qaz çıxarma sexində sex rəisi (3 ay 26 gün); 01.08.2012-ci il tarixindən 24.01.2013-cü il tarixinədək ARDNŞ X6 N.Nərimanov adına NQÇİ-nin X3 Mühafizəsi və Təhlükəsizlik Texnikası şöbəsində rəis müavini (5 ay 23 gün); 24.01.2013-cü il tarixindən 24.11.2016-cı il tarixinədək ARDNŞ X6 N.Nərimanov adına NQÇİ-nin X3 Mühafizəsi və Təhlükəsizlik Texnikası şöbəsində rəis (3 il 10 ay); 25.11.2016-cı il tarixindən 01.02.2019-cu il tarixinədək X6 N.Nərimanov adına NQÇİ-nin Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası şöbəsində rəis (2 il 2 ay 7 gün). Beləliklə, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-cü il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.2-ci bəndinin “a” və “b” yarımbəndlərinə uyğun olaraq, iddiaçının 03.01.2012-ci il tarixinədək 15 il 2 ay 28 gün güzəştli şərtlərlə (zərərli şəraitdə) iş stajı və 36 il 1 ay 8 gün isə ümumi iş stajı olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 03.01.2012-ci il tarixində olan redaksiyasına əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericiliyin sözügedən normalarının tələblərindən göründüyü kimi, iddiaçıya 57 yaşından, yəni 03.01.2012-ci il tarixindən güzəştli şərtlərlə təyin olunmuş əmək pensiyası həmin tarixdə iddiaçının 15 il 2 ay 28 gün güzəştli şərtlərlə (zərərli şəraitdə) iş stajı və 36 il 1 ay 8 gün isə ümumi iş stajı olması səbəbindən qanuni şəkildə təyin olunmuşdur. Odur ki, Birinci cavabdehin güzəştli şərtlərlə təyin olunmuş pensiyanın dayandırılması (ləğv edilməsi) və artıq ödənilmiş pensiya məbləğinin tələb edilməsi ilə bağlı hərəkətləri əsassız və qanunsuzdur. Ona görə də, Birinci cavabdehin qeyd edilən hərəkətləri qanunsuz hesab edilməli və iddiaçıya güzəştli şərtlərlə təyin edilmiş pensiya dayandırıldığı tarixdən, yəni 1 mart 2021-ci il tarixindən bərpa edilməlidir.

II. İkinci iş üzrə

7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı 05.10.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh İddiaçı artıq ödənilmiş 20530,40 manat pensiya məbləğinin tutulması tələbini irəli sürmüşdür (iş№2-1(112)-11118/2021; hakim Səlma Salahova).

8. Tələb onunla əsaslandırılmışdır ki, ,“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən həmin Qanun qüvvəyə minənədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı pensiya işinə aid sənədlər baxılarkən məlum olmuşdur ki, 9 avqust 1977-ci il tarixində açılmış əmək kitabçanızın surətində onun: 09.08.1977-13.10.1977-ci il tarixləri arasındakı dövr ərzində “Vostokneft” Birliyində quyuların yeraltı təmiri üzrə operator, 13.10.1977-17.07.1978-ci tarixləri arasındakı dövr ərzində həmin İdarənin 1№-li rayon texnoloji xidmətində mühəndis-texnoloq; 17.07.1978-23.03.1979-cu il tarixləri arasındakı dövr ərzində həmin İdarənin 1 №-li neftçıxarma sexinə rəis müavini; 23.03.1979-05.12.1980-ci il tarixləri arasındakı dövr ərzində həmin İdarənin 1 №-li neftçıxarma sexinə baş texnoloq; 04.01.1981- 15.08.1983-cü il tarixləri arasındakı dövr ərzində N.Nərimanov adına NQÇİ-də neft və qaz çıxarma üzrə operator, 15.08.1983-10.11.1983-cü il tarixləri arasındakı dövr ərzində həmin İdarədə neft və qaz çıxarma üzrə usta; 12.01.1984-01.02.1989-cu il tarixləri arasındakı dövr ərzində Naxçıvan Su təsərrüfatı nazirliyində nasos stansiyaları və quyuları şöbəsində böyük mühəndis; 01.02.1989-05.02.1992-ci il tarixləri arasındakı dövr ərzində həmin şöbədə aparıcı mütəxəsis; 05.02.1992-02.03.1992-ci il tarixləri arasındakı dövr ərzində həmin nazirlikdə İqtisadiyyat və Maliyyə şöbəsində şöbə rəisi; 02.03.1992-08.09.1994-cü il tarixləri arasındakı dövr ərzində həmin nazirlikdə İqtisadiyyat, bazar münasibətləri və əməyin təşkili şöbəsində şöbə rəisi; 06.10.1997- 01.06.2000-ci il tarixləri arasındakı dövr ərzində N.Nərimanov adına NQÇİ-də usta, 01.06.2000-27.06.2003-cü il tarixləri arasındakı dövr ərzində həmin İdarədə 2 saylı Neft Qazçıxarma sexində növbə rəisi; 27.06.2003-01.07.2008-ci il tarixləri arasındakı dövr ərzində 2 saylı Neft və Qazçıxarma sexində 12-ci dərəcəli mühəndis (növbətçi); 01.07.2008-14.01.2011-ci il tarixləri arasındakı dövr ərzində 2 saylı Neft və Qazçıxarma sexində 13-cü dərəcəli mühəndis; 14.01.2011-05.04.2012-ci il tarixləri arasındakı dövr ərzində 2 saylı Neft və Qazçıxarma sexində sex rəisinin müavini; 05.04.2012- 31.07.2012-ci il tarixləri arasındakı dövr ərzində 2 saylı Neft və Qazçıxarma sexində sex rəisi; 01.08.2012-24.01.2013-cü il tarixləri arasındakı dövr ərzində “Azneft" İB-nin N.Nərimanov adına NQÇİ-nin X3 Mühafizəsi və Təhlükəsizlik Texnikası şöbəsində rəis müavini; 24.01.2013-cü il tarixindən pensiya təyin olunan tarixədək “Azneft” İB-nin N.Nərimanov adına NQÇİ-nin X3 Mühafizəsi və Təhlükəsizlik Texnikası şöbəsinə rəis vəzifələrində çalışdığınız əks olunub. Göründüyü kimi, ona yalnız 09.08.1977-13.10.1977-ci il tarixləri arasındakı dövr ərzində “Vostokneft” Birliyində quyuların yeraltı təmiri üzrə operator, 04.01.1981- 10.11.1983-cü il və 06.10.1997-01.06.2000-ci il tarixləri arasındakı dövr ərzində N.Nərimanov adına NQÇİ-də neft və qaz çıxarma üzrə operator və usta vəzifəsində işlədiyi dövrlər Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş siyahısı üzrə müəyyən edilmiş peşə və vəzifələrə aiddir ki, bu da cəmi 5 il 8 ay 5 gün təşkil etməklə onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanmağı üçün tələb olunan 12 il 6 ay güzəştli iş stajından azdır. X8 rayon şöbəsi qanunvericiliyin tələblərinə uyğun olmayaraq ona 03 yanvar 2012ci il tarixindən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmişdir. Bu səbəbdən də ona 03.01.2012-28.02.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 20534,44 manat artıq pul vəsaiti ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq, ona artıq ödənilmiş 20534,44 manat pul vəsaitinin könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarılmağı xahiş edilmişdir. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir.

9. Hazırki işlər üzrə məhkəmənin 06.12.2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-11118/2021 nömrəli (iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının cavabdeh İddiaçı qarşı “artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması” tələbinə dair) inzibati iş həmin məhkəmənin icraatında olan 2-1(112)-8452/2021 nömrəli (İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və s.” tələbinə dair) inzibati işə birləşdirilmiş; 2-1(112)-8452/2021 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilməsi ilə əlaqədar 2-1(112)-11118/2021 nömrəli inzibati iş üzrə məhkəmə icraatına xitam verilmişdir.

10. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı iclası) iştirak edən İddiaçı (birinci iş üzrə) iddia tələbinin təmin edilməsini xahiş edərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiasına etiraz etdi.

11. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı iclası) iştirak edən iddiaçı (ikinici iş üzrə) Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Filialın iddia tələbinin təmin edilməsini xahiş edərək, İddiaçı iddiasına etiraz etdi.

II. İşin halları və işə bir icraatda baxıması zərurəti

12. xx.xx.1955-ci il təvəllüdlü İddiaçı "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə 23.06.2017-ci il tarixindən (57 yaşının tamam olduğu 03.01.2012-ci il tarixdən hesablanmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 03.01.2012-28.02.2021-ci il tarixlərarası dövr ərzində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almışdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının faktiki xarakterli hərəkəti ilə İddiaçı güzəştli iş stajının yetərli olmaması əsası ilə 01.03.2021-ci il tarixdən dayandırılmışdır.

13. Faktiki xarakterli hərəkətlə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsi 01.03.2021-ci il tarixdən dayandırıldığından 64 yaşının tamam olduğu 03.01.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.

14. Eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında 05.05.2021-ci il tarixli qərarına əsasən xx.xx.1955-ci il tarixində Naxçıvan şəhərində anadan olmuş, ünvan 1 ünvanında yaşayan vətəndaş İddiaçı təyin olunmuş əmək pensiyasının məbləğinin dəyişdirilməsi, 03.01.2019-cu il tarixindən 31.05.2021-ci il tarixinədək artıq ödənilmiş 9.004,69 manat məbləğ bölünərək onun aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa edilməsi qərara alınmışdır. Həmin qərarda qeyd edilir ki, vətəndaşın müraciətinin araşdırılması zamanı vətəndaşın sığorta stajının və pensiya kapitalının düzgün hesablanmaması nəticəsində vətəndaşa əmək pensiyasının artıq ödənildiyi aşkarlanmışdır. Qərarda qeyd edilir ki, nəticədə 03.01.2019-cu il tarixindən 31.05.2021-ci il tarixinədək 9.004,69 manat artıq ödəmə müəyyən olunmuşdur.

15. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ faktiki xarakterli hərəkətlə dayandırılaraq yaşa görə əmək pensiyası təyin edilmişdir. Məhkəmə hesab edir ki, bir tərəfdən həmin dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinindən irəli gələn artıq ödəmə tələb olunduğundan (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən), digər tərəfdən isə həmin dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinindən irəli gələn yaşa görə əmək pensiyasından tutmalar həyata keçirildiyindən (Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial tərəfindən) həmin işlər bir-biri ilə əlaqəlidir və mahiyyət etibarilə vətəndaşa güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinindən, daha sonra onun dayandırılmasından irəli gəlir. Odur ki, məhkəmə hesab edir ki, prosessual qənaət prinsipindən çıxış edərək qeyd edilən tələblərə bir icraatda baxılması məqsədəmüvafiq hesab edilməlidir.

16. SOCAR “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və qazçıxarma idarəsi tərəfindən verilmiş 25.06.2021-ci il tarixli arayışa əsasən İddiaçı N.Nərimanov adına NQÇİ-də 01.06.2000-27.06.2003-cü illərdə çalışdığı növbə rəisi vəzifəsi və həmin vəzifənin adının dəyişdirilməsi nəticəsində 27.06.2003-01.07.2008-ci illərdə çalışdığı mühəndis (növbətçi) vəzifəsi “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın X hissəsinin 2-ci bəndinin “b” yarımbəndində 1100000b—24125 şifri ilə qeyd edilmiş neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri göstəricisinə tam uyğundur. Belə ki, növbə rəisi vəzifəsi və mühəndis (növbətçi) vəzifəsi istehsalatın (istehsalat xidmətlərinin) növbə ərzində operativ idarə edilməsini nəzərdə tutur. Növbə rəisi və mühəndis (növbətçi) istehsalat prosesinin fasiləsizliyini təmin etmək məqsədilə növbə ərzində ortaya çıxan problemlərə adekvat həllər tapmaqla müvafiq xidmətləri (sexləri) ortaya çıxmış problemlərin həllinə yönəldir. Digər tərəfdən, gündəlik görülməli olan işlərin həyata keçirilməsini idarə edir. Növbə ərzində çalışan bütün xidmətlərin (sexlərin) işini bir-biri ilə uzlaşdırır. Növbə rəisi və mühəndis (növbətçi) öz vəzifə funksiyalarını dəniz şəraitində stasionar dəniz özülləri üzərində qurulmuş neft hasilatı mədənlərində həyata keçirir. Neft mədənində növbə ərzində işləyən müxtəlif sexlərin işçiləri növbə rərisinin və mühəndisin (növbətçi) istehsalat zərurətindən irəli gələn operativ qərarlarını yerinə yetirməyə borcludurlar. İddiaçı 01.06.2000-27.06.2003-cü illərdə çalışdığı növbə rəisi vəzifəsinin və 27.06.2003-01.07.2008-ci illərdə çalışdığı mühəndis (növbətçi) vəzifəsinin xüsusilə ağır olması səbəbilə, illik əmək məzuniyyəti günlərinə 6 günlük əlavə ödənişli məzuniyyət günləri təqdim edilmişdir. Həmin vəzifələrdə çalışdığı müddət ərzində əmək şəraitinin xüsusilə ağır olması səbəbilə, əməkhaqqına 4 faiz əlavə hesablanaraq ödənilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, bildiririk ki, İddiaçı 01.06.2000- 27.06.2003-cü illərdə çalışdığı növbə rəisi vəzifəsi və 27.06.2003-01.07.2008-ci illərdə çalışdığı mühəndis (növbətçi) vəzifəsi həmin dövrdə qüvvədə olmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli SiyahısTnın X hissəsinin 2-ci bəndinin “b” yarımbəndində 1100000b—24125 şifri ilə qeyd edilmiş neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri göstəricisinə tam uyğun olduğu üçün həmin əmək stajı illərinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən nəzərə alınması məqsədəuyğundur.

17. SOCAR “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və qazçıxarma idarəsi tərəfindən verilmiş 17.11.2021-ci il tarixli arayışa İddiaçı N.Nərimanov adına NQÇİ-də 04.01.1981-15.08.1983-cü il tarixlərində çalışdığı neft və qaz çıxarma üzrə operator vəzifəsi “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın X hissəsinin 2-ci bəndinin “a” yarımbəndində 1100000a-15824 şifri ilə qeyd edilmiş neft və qaz hasilatı üzrə operatorlar göstəricisinə, 15.08.1983-10.11.1983-cü il tarixlərində çalışdığı neft və qaz çıxarma üzrə usta vəzifəsi və 06.10.1997-01.06.2000ci il tarixlərində çalışdığı usta vəzifəsi isə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın X hissəsinin 2-ci bəndinin “b” yarımbəndində 1100000b-23187 şifri ilə qeyd edilmiş neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neft verməsinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar, böyük ustalar göstəricisinə tam uyğundur. Belə ki, həm neft və qaz çıxarma üzrə operator, həm neft və qaz çıxarma üzrə usta, həm də usta öz vəzifə funksiyalarını dəniz şəraitində stasionar dəniz özülləri üzərində qurulmuş neft hasilatı mədənlərində həyata keçirir. İddiaçı 04.01.1981-15.08.1983-cü il tarixlərində çalışdığı neft və qaz çıxarma üzrə operator vəzifəsinin, 15.08.1983-10.11.1983-cü il tarixlərində çalışdığı neft və qaz çıxarma üzrə usta vəzifəsinin və 06.10.1997-01.06.2000-ci il tarixlərində çalışdığı usta vəzifəsinin xüsusilə ağır olması səbəbilə, illik əmək məzuniyyəti günlərinə 6 günlük əlavə ödənişli məzuniyyət günləri təqdim edilmişdir. Həmin vəzifələrdə çalışdığı müddət ərzində əmək şəraitinin xüsusilə ağır olması səbəbilə, əməkhaqqına 4 faiz əlavə hesablanaraq ödənilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, bildiririk ki, İddiaçı 04.01.1981-15.08.1983-cü il tarixlərində çalışdığı neft və qaz çıxarma üzrə operator vəzifəsi, 15.08.1983- 10.11.1983-cü il tarixlərində çalışdığı neft və qaz çıxarma üzrə usta vəzifəsi və 06.10.1997-01.06.2000-ci il tarixlərində çalışdığı usta vəzifəsi müvafiq olaraq “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın X hissəsinin 2-ci bəndinin “a” yarımbəndində 1100000a-15824 şifri ilə qeyd edilmiş neft və qaz hasilatı üzrə operatorlar göstəricisinə və X hissəsinin 2-ci bəndinin “b” yarımbəndində 1100000b-23187 şifri ilə qeyd edilmiş neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neft verməsinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar, böyük ustalar göstəricisinə tam uyğun olduğu üçün həmin əmək stajı illərinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən nəzərə alınması məqsədəuyğundur.

III. Məhkəmənin mövqeyi

18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunundan: 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda.

20. Məhkəmə hesab edir ki, qeyd edilən normaya əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tələb edilməsi pensiyanın hüququ olmayan şəxsə təyin edilməsi halında deyil (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallara istinad edildiyi hallar istisna olmaqla), pensiyanın hesablanması zamanı yol verilmiş texniki xəta və ya yanlış riyazi hesablama zamanı mümkün hesab edilə bilər.

21. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.

22. Məhkəmə hesab edir ki, müvafiq əsaslar olduqda pensiyanın hüququ olmayan şəxsə təyin edilməsi halında vurulmuş zərərin əvəzi hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti qaydasında tələb oluna bilər.

23. X9 Məhkəməsinin presedent hüququna əsasən: - Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi konkret məbləğdə pensiya almaq hüququna təminat vermir, bununla belə, pensiyanın bütünlüklə məhrum edilməsi 1 saylı Protokolun 1-ci maddəsinin müddəalarını poza bilər və əksinə, pensiyaya və ya müvafiq müavinətlərə ağlabatan azalmaların bunu etməməsi ehtimalı var. Bununla belə, ədalətli tarazlıq testi mücərrəd olaraq yalnız məruz qalan azalmanın məbləğinə və ya faizinə əsaslana bilməz. Bir sıra işlərdə Məhkəmə bütün müvafiq elementləri konkret hallara uyğun qiymətləndirməyə cəhd göstərmişdir (bax: Stefanetti və başqaları § 59; Domalewski Polşaya qarşı (kk.), №. 34610/97, AİHM 1999V). Bununla da, Məhkəmə hüququn itirilməsinin ayrı-seçkilik xarakteri kimi amillərinə əhəmiyyət vermişdir (Kjartan Asmundsson, § 43); keçid tədbirlərinin olmaması (bax: Moskal işi § 74, burada ərizəçi praktiki olaraq bir gündən digərinə yeganə gəlir mənbəyini təşkil edən erkən pensiya pensiyasının tamamilə itirilməsi ilə üzləşdi və dəyişikliyə uyğunlaşmağın perspektivləri zəif idi); şərtin özbaşınalığı (Klein, § 46), eləcə də ərizəçinin vicdanlılığı (bax: Moskal, § 44) (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 113); - Hər hansı xüsusi formada müavinətlərin və ya pensiyaların verilməsi üçün daxili hüquqi şərtlər dəyişdikdə və bu şərtlərin dəyişməsi səbəbindən müvafiq şəxs artıq onları tam təmin etmədikdə, milli qanunvericiliyə əsasən kifayət qədər müəyyən edilmiş, maddi marağın mövcudluğunu yoxlamaq üçün işin fərdi halları, xüsusən də dəyişikliyinin xarakteri ciddi nəzərdən keçirilməlidir. Konvensiyanı özündə birləşdirən əsas dəyərlərə aid hüquqi müəyyənlik və qanunun aliliyi tələbləri bunlardır (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 89); - Məhkəmə əvvəllər qərara almışdır ki, əlavə pensiya müavinətlərinin dəyişdirilməsi və ya dayandırılması “nə özgəninkiləşdirmə, nə də əmlakın istifadəsinə nəzarət tədbiri” təşkil etmir (bax: Aizpurua Ortiz və başqaları İspaniyaya qarşı, № 42430/05, § 48, 2 fevral 2010) və pensiyanın müsadirə yolu ilə azaldılması “nə istifadəyə nəzarət, nə də əmlakdan məhrumetmə”dir (bax: X1rşı (dek.), № 6223/04, AİHM 2005-Xİ ). Məhkəmə hesab edir ki, bu işdə ərizəçinin mülkiyyət hüquqlarına müdaxilə yuxarıda qeyd olunan birinci qaydaya, yəni mülkiyyətdən dinc istifadənin ümumi prinsipinə əsasən nəzərdən keçirilməlidir (Lakiçeviç və digərləri v. Monteneqro və Serbiya, № 27458/06 § 64, 13 dekabr 2011-ci il və Panfile işi § 19) (Fabian Macarıstana qarşı №. 53080/13, 2016 § 64); - Moskal Polşaya qarşı məhkəmə işindən (Ərizə № 10373/05; 15.09.2009-cu il tarixli qərar): Ərizəçi vicdanla və qüvvədə olan qanuna uyğun olaraq erkən pensiya təyin edilməsi üçün müraciət etmişdir. Səlahiyyətli orqanlar onun müavinət almaq hüququnu təsdiq edən kimi, o, bu qərarı düzgün hesab etməkdə və həyatını buna uyğun təşkil etməkdə haqlı idi. O, pensiya hüququnun səhvən verildiyini dərk edə bilməzdi. Onu pensiya almaq hüququndan məhrum edən qərar onun mülkiyyətinə müdaxilə idi. Müdaxilə qanuni idi və hakimiyyətin səhvini düzəltmək və sosial təminat sisteminin layiq olmayan benefisiarlarına dövlət vəsaitinin vaxtında məhdudiyyət olmadan subsidiya verməyə çağırılmamasını təmin etmək üçün qanuni məqsəd güdürdü. Proporsionallığa gəldikdə, pensiya təyini qərarı müəyyən müddətdə qüvvədə qalmışdı və şübhəsiz ki, ərizəçiyə və onun ailəsinə təsir göstərmişdir. Bununla belə, səhv aşkar edildikdə, müavinətin ödənilməsinin dayandırılması barədə qərar nisbətən tez və dərhal qüvvəyə minir. Ərizəçidən səhvən ödənilmiş pensiyanın qaytarılması tələb olunmaması bu qərarın nəticələrini kifayət qədər yumşaltmadı. Onun pensiya hüququ məhkəmələr tərəfindən cəmi iki ildən sonra müəyyən edilib və bu müddət ərzində o, heç bir pensiya almayıb. Mülkiyyət hüquqları kontekstində yaxşı idarəetmə prinsipinə xüsusi əhəmiyyət verilməli idi. Dövlət orqanlarının, xüsusən də rifah müavinətləri kimi fərdlər üçün həyati əhəmiyyət kəsb edən məsələlərə baxarkən son dərəcə diqqətli davranması arzu edilirdi. Öz səhvlərini aşkar edərək, səlahiyyətli orqanlar öz vəzifələrini vaxtında, lazımi və ardıcıl şəkildə yerinə yetirməmişlər. Ümumi prinsip olaraq, dövlət orqanlarının öz səhvlərini, hətta öz səhlənkarlıqlarından irəli gələn səhvləri düzəltməyə mane olmamalıdır. Başqa cür yanaşma əsassız varlanma doktrinasına zidd olardı. Sosial müdafiə fonduna töhfə verən digər şəxslərə, xüsusən də qanunla müəyyən edilmiş tələbləri yerinə yetirmədiklərinə görə müavinətdən məhrum edilmiş şəxslərə qarşı da ədalətsizlik olardı. Nəhayət, bu, özlüyündə ictimai maraqlara zidd olan qıt dövlət resurslarının yersiz bölüşdürülməsinə sanksiya tətbiq etmək deməkdir. Lakin üçüncü şəxsin təqsiri olmadan, səlahiyyətli orqanların özləri tərəfindən səhvə yol verilmişsə, müavinət alanın üzərinə düşən yükün həddən artıq olub-olmadığını müəyyən etmək üçün fərqli proporsional yanaşma tətbiq edilməli idi. Etiraz edilən tədbir nəticəsində ərizəçi praktiki olaraq bir gündən digər günə onun yeganə gəlir mənbəyi olan erkən pensiya pensiyasının tam itirilməsi ilə üzləşmişdi. Üstəlik, onun yeni iş tapmaqda xeyli çətinlik çəkməsi riski var idi. Yalnız üç ildən sonra o, yeni müavinət əldə edə bildi (əvvəlki tarifdən 50% az). Buna görə də, cəmiyyətin ümumi mənafeyinin tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlıq təmin edilməmişdir və ərizəçinin üzərinə qoyulan yük həddindən artıq olmuşdur.

IV. Qeyd edilənlərin hazırki işə tətbiqi

24. İddiaçı güzəştli şərtlərlə pensiya təyinatı zamanı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinin müddəaları tətbiq edilməklə güzəştli şərtlərlə pensiya təyinatı zamanı pensiya təyin edilən tarixə yalnız iki meyarın mövcudluğu nəzərə alınmış: staj (25 il iş stajı, bu müddətin azı 12 il 6 ayını əmək şəraiti zərərli və ağır olan işlər) və yaş (57 yaş).

25. Məhkəmə qeyd edir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulan halların mövcudluğu sübut edilməmiş və həmin hallara istinad edilməmişdir.

26. Odur ki, məhkəmə hesab edir ki, bir tərəfdən qeyd edilən əsaslar, yəni “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar və əmək pensiyası və əmək pensiyasına əlavənin hesablanması və ödənməsi zamanı yol verilmiş texniki xəta və ya yanlış riyazi hesablama yoxdur. Digər tərəfdən isə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən mübahisələndirilən illərdə əmək şəraiti zərərli və ağır olan işlərdə işləməsinə dair sübutlar iş materiallarına əlavə edilmişdir. Hərçənd müvafiq sübutlar təqdim edilməsə idi belə, qeyd edilən halda pensiyanın hüququ olmayan şəxs kimi vətəndaşa təyin edilməsi artıq ödənilmiş pensiya məbləğinin geri tələb edilməsi üçün əsas hesab oluna bilməzdi (qanunun normasına görə həmin hal artıq ödənilmiş əmək pensiyası hesab olunmadığından).

27. Məhkəmə nəzərə alır ki, pensiya təyin olunarkən vətəndaşın təqsirli hərəkətlərinin olduğu cavabdeh tərəfindən iddia edilmir. Pensiyanın hesablanması zamanı riyazi səhvə yol verildikdə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulmasına dair qanunvericinin mövqeyi aydın ifadə olunub. Buna baxmayaraq, cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial tərəfindən əmək pensiyaçısının razılığı olmadan birtərəfli qaydada artıq ödənilmiş əmək pensiyasının tutulmasını təmin edən qərar qəbul edərək onu icra etmişdir. Mübahisələndirilən qərar qanunsuz əlverişsiz inzibati akt olduğundan hər bir halda ləğv edilməlidir. Qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırdığından həmin qərar əsasında pensiyadan tutulmanın aparılması qanunsuz hesab edilməlidir.

28. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ, pensiyanın ödənilməsinin dayandırıldığı 01.03.2021-ci il tarixdən bərpa edilməli, həmin hüquqi marağa uyğun olaraq nəticələr tətbiq edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında 05.05.2021-ci il tarixli qərarı ləğv edilməli, həmin qərar əsasında tutmaların aparılması qadağan edilməlidir.

29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

30. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

31. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Birinci tələb üzrə: İddiaçı iddiası təmin edilsin. İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsinin dayandırılması qanunsuz hesab edilsin və pensiyanın ödənilməsinin dayandırıldığı 01 mart 2021-ci il tarixindən bərpa edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında 05.05.2021-ci il tarixli **********3 nömrəli qərarı ləğv edilsin və İddiaçı ödənilən pensiyadan tutulmanın aparılması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qadağan edilsin. İkinci tələb üzrə: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının artıq ödənilmiş 20534,4 manat pensiya məbləğinin İddiaçı tutularaq ödənilməsi tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar