Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1600/2024 31.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "hava elektrik xətti trassasının dəyişdirilməsi" tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Hüseynova Sevinc Nizami qızının katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "hava elektrik xətti trassasının dəyişdirilməsi" tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşagıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıdan heç bir ödəniş tələb edilmədən hava elektrik xəttinin trassasının iddiaçıya məxsus ərazidən dəyişdirilməsi və işıq xəttinin çəkilişinin təmin etməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ümumi sahəsi 0.04 hektar olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1476C saylı bağ sahəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə iddiaçının adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. İddiaçı ərazidə hasarlama və təmir işlərini həyata keçirmişdir. O, əraziyə işıq xəttinin çəkilməsi üçün "xxxx" ASC-yə müraciət etmiş, lakin cavabdehin 14 iyul 2022-ci il tarixli məktubu ilə tələbinin təmin edilməsindən imtina edilərək ünvanın 10 kV-luq hava elektrik verilişi xəttinin mühafizə zonasında yerləşdiyi və həmin xəttin 1987-ci ildən mövcud olduğu nəzərə alınaraq məsələnin həllinin iddiaçının vəsaiti hesabına işıq trassasının dəyişilməsi təqdirdə mümkün olduğu bildirilmişdir. İddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinə müraciət etdikdə İdarədən 23 dekabr 2022-ci il tarixdə **********57 nömrəli məktubla bildirilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin 270 kv.metr hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi təklif olunmuşdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazında göstərilmişdir ki, iddiaçıya məxsus ümumi sahəsi 0.04 hektar olan (4 sot) Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1476C saylı bağ sahəsi 10 kV-luq hava elektrik veriliş xəttinin mühafizə zonasında yerləşir. Qeyd olunan hava elektrik veriliş xətti 1987-ci ildən istismara verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 17-ci bəndinə əsasən elektrik şəbəkələrinin yerini dəyişməklə və yaxud zədələnmədən mühafizə etmək zərurəti ilə işi yerinə yetirən müəssisələr bu işləri elektrik şəbəkələrinin mülkiyyətçisi və yaxud istismarçısı ilə razılaşdıraraq, öz vəsaiti hesabına görməlidirlər. Sonda iddianın rədd edilməsi xahiş edilmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materiallarına əlavə edilmiş: - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür, ki, ümumi sahəsi 0.04 hektar olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1476C saylı bağ sahəsi xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına mülkiyyət hüququ üzrə qeydiyyatdan keçmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2022-ci il tarixli, **********57 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1476C saylı torpaq sahəsinin 270 kv.metr hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. -"xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanmış 14 iyul 2022-ci il tarixli, 01/12-13/M- 747/5571 nömrəli imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il, 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5a saylı bəndinə əsasən bildiririk ki, sözügedən ünvan 10 kV-luq hava elektrik veriliş xəttinin mühafizə zonasında yerləşir. Bundan əlavə 10 kV-luq hava elektrik verilişi xətti 1987-ci ildə istismara verilib və elektrik verilişi xəttinin trassası yerli icra orqanları ilə razılaşdırılmış formada təyin olunmuşdur. Sözügedən 6 kV-luq hava elektrik verlişi xəttinin trassasının dəyişdirilməsi üçün “ASAN Xidmət" mərkəzlərinə müraciət etmək tövsiyyə olunmuşdur. -"xxxx" ASC-nin 19 oktyabr 2022-ci il tarixli, 01/11/M-747/3/8349 nömrəli məktubundan görünür ki, 580№2 10 kV-luq yüksək gərginlikli hava elektrik verilişi xəttinin yerinin dəyişdirilməsi üçün “ASAN Xidmət” mərkəzində “İstehlakçıların balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi” xidmətinə xx.xx.2022-ci il tarixli, BOE**********1640 saylı iddiaçının müraciəti qeydə alınmışdır. Fərdi yaşayış evinin yerləşdiyi əraziyə texniki baxış keçirilmişdir. Tərtib edilmiş baxış aktı iddiaçı tərəfindən imzalanmadığından müqavilə sənədləri hazırlanmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il, 02 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”na əsasən baxış aktı imzalandıqdan sonra, müqavilə və qiymətlərin razılaşdırma protokolu imzalanmalı, müqavilə şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən ödəniş edildikdən sonra sifarişin icrası təmin ediləcəkdir.
ƏSASLANDİRMA HİSSƏSİ: 4.İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə hazırki iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları"na görə: Bənd 2. Bu Qaydaların məqsədi gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin (bundan sonra — elektrik şəbəkələri) qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan, həmçinin elektrik şəbəkələrinin layihələşdirilməsini, tikintisini, istismarını, şəbəkənin mühafizə zonasında işlərin aparılmasını müəyyən etməkdən ibarətdir və tətbiqi məcburidir. Bənd 17. Elektrik şəbəkələrinin yerini dəyişməklə və yaxud zədələnmədən mühafizə etmək zərurəti ilə işi yerinə yetirən müəssisələr bu işləri elektrik şəbəkələrinin mülkiyyətçisi və yaxud istismarçısı ilə razılaşdıraraq, öz vəsaiti hesabına görməlidirlər. İşin faktiki hallarından və tədqiq edilən sənədlərdən məlum olur ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1476C saylı torpaq sahəsinin 270 kv.metr hissəsi 10 kV-luq hava elektrik veriliş xəttinin mühafizə zonasında yerləşir. İddiaçı 10 kV-luq hava elektrik veriliş xəttinin trassasının dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan isə ona “ASAN Xidmət" mərkəzlərinə müraciət etməyi tövsiyyə etmişdir. İddiaçı tərəfindən 580№2 10 kV-luq yüksək gərginlikli hava elektrik verilişi xəttinin yerinin dəyişdirilməsi üçün “ASAN Xidmət” mərkəzində “İstehlakçıların balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi” xidmətinə müraciət olunmuş, müraciət əsasında fərdi yaşayış evinin yerləşdiyi əraziyə texniki baxış keçirilmişdir. Tərtib edilmiş baxış aktı iddiaçı tərəfindən imzalanmadığından müqavilə sənədləri hazırlanmamışdır. İddiaçı hava elektrik veriliş xəttinin trassasının həmin ərazidən çıxarılması üçün tələb olunan xərclərin onun tərəfindən ödənilməli olması ilə razılaşmayaraq, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda adıçəkilən Qaydaların tələblərinə əsasən elektrik şəbəkələrinin yerini dəyişdirməklə bağlı iki şərt nəzərdə tutulur: - şəxs bu işləri elektrik şəbəkələrinin mülkiyyətçisi və yaxud istismarçısı ilə razılaşdırmalı; - şəxs bu işləri öz vəsaiti hesabına görməlidir. Göründüyü kimi, hazırkı mübahisənin yaranması əsası çəkiləcək xərclərin kimin tərəfindən ödənilməsi ilə bağlıdır ki, adıçəkilən Qaydalarda elektrik şəbəkələrinin yerini dəyişdirmək istəyən şəxsin bu işləri öz vəsaiti hesabına görməli olması təsbit edilmişdir. Məhkəmə bu zaman onu da nəzərə alır ki, "xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubunda 10 kV-luq hava elektrik verilişi xəttinin 1987-ci ildə istismara verildiyi və elektrik verilişi xəttinin trassasının yerli icra orqanları ilə razılaşdırılmış formada təyin olundugu bildirilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür, ki, ümumi sahəsi 0.04 hektar olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1476C saylı bağ sahəsi xx.xx.2021-ci il tarixdə iddiaçının adına mülkiyyət hüququ üzrə qeydiyyatdan keçmişdir. Yəni, mübahisə olunan hava elektrik verilişi xətti əvvəldən həmin ərazidə mövcud olmuş, həmin xəttin yerləşdiyi torpaq sahəsi isə sonradan iddiaçının mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə də iddiaçı həmin şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "hava elektrik xətti trassasının dəyişdirilməsi" dair iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3akim Mehriban Qarayeva