Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1602/2024 16.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ünvanın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ünvanın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil iddiaçının mülkiyyətindədir. Həmin ünvan X1 məxsus yaşayış sahəsinə də verilmişdir. Qeyd olunan səbəbdən yeni ünvanın verilməsinə dair müraciət edilmişdir. Lakin, müraciətin təminindən imtina edilmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, ünvanın rekviziti və baza məlumatlarına əsasən təkrarlanması aşkar edilir. Mənzilə yeni qaydalarla ünvan 3 ünvan rekviti verilmişdir. İddianın rədd edilməsi xahiş edilir. Tərəflərin iştirakı və izahatları: İddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 31 oktyabr 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 4 ünvanda yerləşən yaşayış sahəsinə qeydiyyatda olan şəxslərin ünvan rekvizitlərində aparılacaq cari düzəlişlərlə bağlı notarial qaydada təsdiq edilmiş razılıq ərizələri təqdim edildikdən sonra yeni ünvan verilməsi məsələsinə baxılacaqdır. Çıxarışdan görünür ki, ünvan 4 ünvanda yerləşən yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. Məhkəmə sorğusuna əsasən təqdim edilmiş arxiv qovluğundan görünür ki, ünvan 2 ünvanda yerləşən digər bir mənzil də X1 məxsusdur. Məhkəmənin 18 aprel 2024-cü il tarixli sorğusundan görünür ki, iddiaçının mülkiyyət hüququna dair çıxarışda və qeyddə yeni ünvan yazılsa belə, köhnə qaydalarla mənzil 2 ünvanının da saxlanılması yaşayış yeri üzrə qeydiyyat haqqında arayış və digər zəruri sənədlər alındıqda digər yaşayış sahəsinə aid olan məlumatların da göstərilməsi ilə nəticələnməsinə istinad etməsi ilə əlaqədar iddiaçının mülkiyyətində olan əmlaka köhnə qaydalar göstərilmədən yalnız yeni qaydalarla ünvan 5 ünvanının göstərilməklə dəyişiklikləri edilməsi və ya iddiaçının mülkiyyətində olan əmlaka köhnə qaydalarla həmin hissədə də düzəliş edilməklə (misal ev 10, mənzil 2 A), həmçinin yeni qaydalarla ünvan 5 ünvanının göstərilməklə dəyişiklikləri edilməsinin texniki cəhətdən mümkün olub-olmaması soruşulmuşdur. Həmin sorğuya cavab məktubunda qeyd edilmişdir ki, mənzilə yeni qaydalarla ünvan 6 ünvan rekviziti təyin edilmişdir. Yeni qaydalarla ünvan təyin edildiyindən əvvəlki ünvan qeydlərində düzəlişin edilməsi mümkün olmamışdır. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, hər iki mənzilin mülkiyyətçiləri və onlarla əlaqəli şəxslərin adı eyni ünvan göstəriciləri səbəbindən ünvan 7 qeydiyyatda olan şəxslər qismində göstərilməkdədir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış ərizədə qeyd edilmişdir ki, cavabdeh iddiaçının mülkiyyətində olan mənzilə yeni ünvan təyin etdiyindən əvvəlki ünvan qeydlərində düzəliş edilməsinin mümkün olmadığını bildirmişdir. Yeni qaydalarla ünvan rekvizitlərinin hələ də tətbiq edilmədiyini və tətbiq ediləcəyi tarixin bəlli olmadığını nəzərə aldıqda, vətəndaşın mülkiyyətində olan mənzili özgəninkiləşdirilməsinə əsassız maneələr yaradıldığı və bu yolla mülkiyyət hüquqlarının məhdudlaşdırıldığı aşkardır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın: 1.1. Bu qaydalar Azərbaycan Respublikasında ünvan reyestrinin aparılmasını və daşınmaz əmlak obyektlərinə ünvanın verilməsini tənzimləyir. 1.4. Ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır. 2.1. Ünvan reyestrində daşınmaz əmlak obyektinin ünvanının bu qaydaların 3.7.1- 3.7.6-cı yarımbəndlərində göstərilən rekvizitləri, Azərbaycan Respublikasının ərazisi üzrə ərazi vahidləri və nəqliyyat infrastrukturu obyektlərinin (prospekt, küçə və s.) mövcud və əvvəlki adları, bu adların verilməsinin, habelə onların əmələ gəlməsinin və dəyişdirilməsinin əsasları (tarixləri), ünvan verilmiş daşınmaz əmlak obyektinin növü, haqqında məlumatlar sistemləşdirilmiş şəkildə saxlanılır. 2.3. Ünvan reyestrinin elektron qaydada aparılması Ünvan Reyestri İnformasiya Sistemi vasitəsilə həyata keçirilir. Ünvan Reyestri İnformasiya Sistemi ünvan reyestrinin məlumat bazasının elektron idarə edilməsini, habelə ünvan reyestri ilə inteqrasiya olunan digər dövlət orqanlarının informasiya sistemləri vasitəsilə qarşılıqlı məlumat mübadiləsini təmin edir. 2.4. Ünvan reyestrində saxlanılan məlumatlara dəyişiklik edilməsinə əsas olan aşağıdakı hallar baş verdiyi və ya bu barədə müraciət edildiyi tarixdən 3 (üç) iş günü müddətində dəyişiklik edilir: daşınmaz əmlak obyektinin yerləşdiyi ərazi vahidinin və nəqliyyat infrastrukturu obyektinin qanunvericiliklə müəyyən edilmiş qaydada adı dəyişdirildikdə, habelə müvafiq nəqliyyat infrastrukturu obyektinə yeni ad verildikdə və ya onun adı dəyişdirildikdə (bu halda ünvan nömrələri dəyişilmir); texniki səhvlər aradan qaldırıldıqda; ünvanın statusu dəyişdikdə; məhkəmənin qərarı olduqda; nəqliyyat infrastrukturu obyekti yenidən qurulduqda; 3.7. Daşınmaz əmlak obyektinin ünvanı təkrarolunmaz olmaqla, aşağıdakı rekvizitlərdən ibarətdir: 3.7.1. ərazi vahidinin adı və kodlaşdırılmış nömrəsi; 3.7.1-1. ərazi vahidi üzrə poçt indeksi; 3.7.2. nəqliyyat infrastrukturu obyektinin adı (adları) və kodlaşdırılmış nömrəsi (nömrələri); 3.7.3. ünvan verilmiş daşınmaz əmlak obyektinin növü; 3.7.4. daşınmaz əmlak obyektinin fərdiləşdirilməni təmin edən rəqəmlərdən və zəruri hallarda onlara əlavə edilmiş hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi; 3.7.5. daşınmaz tarix və mədəniyyət abidəsi olub-olmamasına dair qeyd;[20] 3.7.6. daşınmaz əmlak obyektinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8.1-ci maddəsinə uyğun olaraq ərazi üzrə zonası (Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşən torpaq (kənd təsərrüfatı təyinatlı torpaq sahələri istisna olmaqla), yaşayış və qeyri-yaşayış sahələrinə münasibətdə). 3.7-1. Ünvan nömrələri inzibati ərazi vahidlərinin və ya nəqliyyat infrastrukturu obyektlərinin adları dəyişdirildikdə dəyişilmir. Ünvan nömrələri ünvan reyestrində qeydə alınan istinad nöqtələrinə və rəqəmsal xəritələrə bağlanılır. İşin faktiki hallarından da göründüyü kimi hazırkı iddia ünvan göstəricilərinin təkrarlanması səbəbindən buna dair dəyişikliklərin edilməsi ilə əlaqədardır. İş materiallarından göründüyü kimi cavabdeh tərəfindən eyni ünvan göstəricilərinə əsaslanmaqla yeni ünvan iddiaçının mülkiyyətində olan əmlaka verilsə də, iddiaçı yeni qaydalarla ünvan rekvizitlərinin hələ də tətbiq edilmədiyini və tətbiq ediləcəyi tarixin bəlli olmadığını nəzərə aldıqda, vətəndaşın mülkiyyətində olan mənzili özgəninkiləşdirilməsinə əsassız maneələr yaradıldığı və bu yolla mülkiyyət hüquqlarının məhdudlaşdırıldığına, eləcə də iddiaçının mülkiyyət hüququna dair çıxarışda və qeyddə yeni ünvan yazılsa belə, köhnə qaydalarla mənzil 2 ünvanının da saxlanılması yaşayış yeri üzrə qeydiyyat haqqında arayış və digər zəruri sənədlər alındıqda digər yaşayış sahəsinə aid olan məlumatların da göstərilməsi ilə nəticələnməsinə istinad etmişdir. Qeyd olunanlar nəzərə alınmaqla iddiaçının mülkiyyətində olan əmlaka köhnə qaydalar göstərilmədən yalnız yeni qaydalarla ünvan 5 ünvanının göstərilməklə dəyişiklikləri edilməsi və ya iddiaçının mülkiyyətində olan əmlaka köhnə qaydalarla həmin hissədə də düzəliş edilməklə (misal ev 10, mənzil 2 A), həmçinin yeni qaydalarla ünvan 5 ünvanının göstərilməklə dəyişiklikləri edilməsinin texniki cəhətdən mümkün olub-olmaması barədə məhkəmə sorğusuna verilən cavabdan görünür ki, mənzilə yeni qaydalarla ünvan 6 ünvan rekviziti təyin edilmişdir. Yeni qaydalarla ünvan təyin edildiyindən əvvəlki ünvan qeydlərində düzəlişin edilməsi mümkün olmamışdır. Halbuki, yuxarıda adıçəkilən Qaydaların tələbindən də müəyyən edildiyi kimi ünvan reyestrində qaydaların 3.7.1-3.7.6-cı yarımbəndlərində göstərilən rekvizitlər, Azərbaycan Respublikasının ərazisi üzrə ərazi vahidləri və nəqliyyat infrastrukturu obyektlərinin (prospekt, küçə və s.) mövcud adlar və bu adların verilməsinin, habelə onların əmələ gəlməsinin və dəyişdirilməsinin əsasları (tarixləri), ünvan verilmiş daşınmaz əmlak obyektinin növü, haqqında məlumatlar ilə yanaşı əvvəlki adlar barədə məlumatlar da sistemləşdirilmiş şəkildə saxlanılır. Mövcud inzibati praktikadan da göründüyü kimi, mülkiyyət hüquqların dövlət qeydiyyatının aparılması zamanı da, yeni qaydalarla ünvan ilə yanaşı köhnə ünvan göstəriciləri barədə məlumatlar da saxlanılır ki, hazırkı iddia da məhz köhnə qaydalarla olan ünvanın dəyişdirilməsi ilə əlaqədardır. Qaydaların 2.4-cü maddəsinin tələbi isə konkretdir texniki səhvlər aradan qaldırılmalı olduğu təqdirdə ünvan reyestrində saxlanılan məlumatlara dəyişiklik edilməsi mütləqdir. Göründüyü kimi nə qədər ki, ünvan reyestrində ünvan üzrə əvvəlki rekvizitlərdə texniki səhv səbəbi ilə dəyişiklik edilməsi zərurəti yarandıqda da inzibati orqan həmin dəyişikliyi həyata keçirməlidir. Bu zaman yeni qaydalarla ünvanın verilməsi ünvan rekvizitlərində dəyişikliyin aparılmasına maneə olmur. İddiaçı tərəf də həmin yeni qaydalar üzrə dəyişiklik olsa belə, bir sıra texniki xarakterli səbəblərdən mülkiyyət hüququnun realizəsi zamanı maneələrlə rastlaşmasına istinad etmişdir ki, cavabdeh adıçəkilən hallarla sorğu ilə cavabdehə müraciəti zamanı da göstərilən həmin halları təkzib edəcək heç bir sübut təqdim edilə bilməmişdir. İş materiallarından isə görünür ki, köhnə qaydalarla olsa da, ünvan rekzivitləri təkrarlanmış, iki ayrı-ayrı mənzilə mülkiyyət hüquqları dövlət qeydiyyatı aparılan zamanı texniki xarakterli yanlışlığa yol verilərək eyni ünvan verilmiş, cavabdeh tərəfindən həmin halın aradan qaldırılması üçün yeni ünvan verilsə də, ünvan reyestrində mövcud olan köhnə ünvan üzrə rekvizitlərdə əsassız olaraq dəyişikliyin edilməsindən imtina edilmiş, göstərilən hal isə iddiaçı tərəfindən istinad olunan və cavabdeh tərəfindən təkzib edilməsi həyata keçirilməyən yeni inzibati xarakterli və ya mülki xarakterli mübahisələrin yaranması üçün zəmin olmuşdur. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə araşdırması zamanı da müəyyən edilmişdir ki, köhnə qaydalarla yeni ünvanın verilməsi məzmunlu iddia köhnə qaydalarda olan Dəmiryolu küçəsi, ev10, mənzil 2 ünvanı əvəzinə yeni ünvanın (misal Dəmiryolu küçəsi, ev10, mənzil 2A və s) verilməsi ilə əlaqədardır. Yəni, iddiaçı köhnə qaydalarla yeni ünvan verilməsi dedikdə hüquqi marağı mütləq qaydada köhnə qaydalardakı ünvanın dəyişdirilməsini yox, məhz onun hüquqi marağına toxunan yuxarıda istinad olunan hallarla üzləşməməsi üçün mülkiyyət hüququna dair çıxarışda və ünvan reyestrində yeni qaydalardan əlavə olaraq yazılan Dəmiryolu küçəsi, ev10, mənzil 2 ünvanında dəyişiklik edilməsi, həmin hissədə yeni ünvanla təmin edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə araşdırma zamanı həmin halı əsas götürməklə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********16-05101-093001 ilə mülkiyyətində olan mənzilin köhnə qaydalarla olan ünvan 8 ünvanı əvəzinə həmin köhnə qaydalarla olan hissədə yeni ünvanın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №e-2-1(112)-1602/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1602/2024
16.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver