Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-1606/2025 28.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndələri X1 və X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək vergi ödəyicisi İddiaçı MMC-nin barəsində cavabdehin qəbul etdiyi xx.xx.2024-cü il tarixli **********359400 nömrəli qərarı ləğv edib, İddiaçı MMC-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılaraq icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2024-cü il tarixində vergi ödəyicisi İddiaçı MMC-nin (VÖEN: **********) barəsində **********359400№-li qərar qəbul edərək, İddiaçı MMC-nin riskli vegi ödəyiciləri siyahısına daxil etmişdir. Cavabdeh qərarını onunla əsaslandırmışdır ki, ƏDV sub-uçot hesabi üzrə mədaxil-məxaric əməliyyatları, e-qayimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində hüquqi şəxsin riskli vergi ödəyicisi heab edilməsi qərarına gəlmişdir. Cavabdeh vergi ödəyicisi İddiaçı MMC-nin 2023-cü il vergi dövrü, "xxxx" MMC-nin (VÖEN:**********), "xxxx" MMC-nin (VÖEN: **********), "xxxx" MMC-nin (VÖEN:**********) və cai., şirkətlərlə apardığı əməliyyatları əmtəəsiz və riskli əməliyyatlar hesab edilmişdir. Cavabdeh hüquqi şəxs İddiaçı MMC-nin "xxxx" MMC-nin (VÖEN:**********), "xxxx" MMC-nin (VÖEN: **********), "xxxx" MMC-nin (VÖEN:**********) və cai., şirkətlərlə apardığı əməliyyatların əmtəəsiz və riskli əməliyyatlar hesab edərək AR VM-nin 175.11-ci maddəsinə əsaslanaraq vergi əvəzləşməsini ləğv etmişdir. Aşağıdakı hallara görə qərar ləğv edilməli və icraata xitam verilməlidir. İddiaçı hesab edir ki, yuxarıda qeyd edilən əməlliyatlar apardığı şirkətlərin riskli vergi ödəyicisi hesab edildiyi tarixlər iddiaçının əməliyyat apardığı tarixlərdən sonraki tarixlərdə olduğu nəzərə alınaraq vergi əvəzləşdirilməsinə əsas verilməlidir. Cavabdehin qarşılıqlı əməliyyatlar üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı iddiaçının təqdim etdiyi e-qaimələrdə əmtəəsiz əməliyyatlar aparılması faktı aşkar etmiş və iddiaçıya həmin hallar barəsində izah verilmədən risk meyarlarının 2.1.2-ci yarımbəndinə əsasən iddiaçı hüquqi şəxsi riskli vergi ödəyicisi hesab etmişdir. İddiaçı qərarla razı olmayaraq şikayət etsə də, nəticəsi olmamışdır.
3. Cavabdehin etirazında qeyd olunur ki, uçot baza məlumatlarına əsasən xx.xx.2024-cü il tarixdə vergi qeydiyyatına alınmış və əsas fəaliyyət sahəsi “İctimai və fərdi nəqliyyatda, mehmanxanalarda, restoranlarda, mədəni-kütləvi və idman tədbirlərində yerlərin əvvəlcədən sifariş edilməsi” olmuşdur. İşin faktiki hallarına əsasən "xxxx" MMC (VÖEN: **********) “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli **********601000 nömrəli qərar ilə riskli vergi ödəyicisi hesab edilmişdir. Məlum olduğu kimi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.81-ci bəndinə əsasən riskli vergi ödəyicisi dedikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 saylı Qərarı ilə təsdiq edilən meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxs başa düşülür. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə Qərar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qəbul edilir. Məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, “VİNCH GROUP" MMC-ə (VÖEN **********) göndərilən xx.xx.2024cü il tarixli **********765600 nömrəli “Riskli əməliyyatların araşdırılması barədə” məktubda bildirilmişdir ki, qarşılıqlı əməliyyatlar üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı təqdim olunmuş e-qaimələr də əmtəəsiz əməliyyatlar aparılması faktı aşkar edilmişdir. (Risk meyarlarının 2.1.2-ci yarımbəndinə əsasən) Qeyd edilən hallarla bağlı iddiaçı "xxxx" MMC (VÖEN: **********)) müvafiq dürüstləşdirmələrin aparılması məqsədi ilə 5 (beş) iş günü ərzində saat 11:00-dan 17:00-də İN yanında DVX-nin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin (012) ***-**-** nömrəsi ilə əlaqə saxlanılması xahiş edilmişdir. Əks halda bu barədə risk qərarının çıxarılması vergi ödəyicisinə xəbərdarlıq edilmişdir. Lakin iddiaçı cavabdeh tərəfindən edilən xəbərdarlıqlara baxmayaraq, İN yanında DVX-nin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə qeyd edilən məsələlərin aydınlaşdırılması məqsədi ilə müraciət etməmişdir. Bütün bunlara müvafiq olaraq, “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli **********601000 nömrəli qərarı ilə “VİNCH GROUP" MMC-ə (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmişdir. (risk meyarı: 2.1.2-ci yarəmbəndinə əsasən aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə). Tərəfindən keçirilən xx.xx.2024-cü il tarixli Operativ vergi nəzarəti tədbirləri çərçivəsində iddiaçı "xxxx" MMC (VÖEN: **********) ünvan 1 ünvanda keçirilən vergi nəzarəti tədbirləri nəticəsində mövsümlə əlaqədar fəaliyyət göstərmədiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.81-ci yarımbəndinə əsasən əmtəəsiz əməliyyat vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Göründüyü kimi iddiaçı “LUPOLTERR LT" MMC (VÖEN: **********) vergi nəzarəti tədbiri zamanı başqa əməliyyatı pərdələmək məqsədilə adına obyekt olmadan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə əməliyyatları rəsmiləşdirmişdir. Yuxarıda göstərilənlərdən əlavə olaraq, Cəmiyyətin qarşılıqlı surətdə asılı olan şəxslər ilə apardığı əməliyyatlar cavabdeh tərəfindən araşdırılmışdır. Əgər əməliyyatı əmtəəsiz hesab edilirsə, gəlir (satış) yoxdur və bəyannamələrdə məbləğləri azaltmalı idi. Bildiririk ki, qeyd olunan əməliyyatın əmtəəsiz olmasını sübut etmək üçün təqdim edilmişdir riskli elektron qaimə fakturalarda riskin başlanma tarixi qeyd olunmuşdur. Həmin qrafaya nəzər saldıqda görürük ki, risk vergi ödəyiciləri arasında əməliyyat tutduğu tarixdən başlanmış və vergi orqanının araşdırması nəticəsində əməliyyatın əmtəəsiz olması və həmin əməliyyatların rəsmiləşdirildiyi sənədlərin xərc sənədi kimi nəzərə alınması təsdiq edilmişdir. Bir məsələ də nəzər salmaq lazımdır ki, qanunvericilikdə əmtəəsiz əməliyyat dedikdə faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar nəzərdə tutulur.
4. Məhkəmə hesab edir ki, iddia geri götürülmüş sayılaraq iş üzrə icraata xitam verilməlidir.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın geri götürülmüş sayılmasına etiraz etmədiyini bildirdi.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
II. İddianın geri götürülmüş sayılması
7. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.
8. İPM-in 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.
9. İş üzrə hazırlıq icraatı mərhələsində məhkəmə iclasları xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2025-ci il tarixlərə təyin edilmiş və tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişləri və sms xəbərdarlıq göndərilmiş, lakin iddiaçı təyin edilmiş məhkəmə iclaslarında iştirakını təmin etməmişdir.
10. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir və iddiaçının iddiaya prosessual marağının olmamasını ifadə edir.
11. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarının: ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).
12. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).
13. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.
14. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...
15. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...
16. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.
17. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddiaçı MMC-yə münasibətdə iddia geri götürülmüş sayılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva