Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1618/2023 12.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “iddiaçı barəsində qəbul edilmiş 2021-ci il üzrə mənfəət vergisi ilə bağlı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 5 aprel 2023-cü i tarixli **********529500 qərarı qismən, 150 210,67 manat hissəsində, 2022ci il üzrə yanvar ayı ilə bağlı 3 iyul 2023-cü il tarixli **********552600 nömrəli və 2022-ci il üzrə fevral ayı ilə bağlı 14 avqust 2023-cü il tarixli **********749400 nömrəli qərarlarının tam ləğv edilməsi” tələbinə dair işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti
1. İddiaçı MMC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “iddiaçı barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 5 aprel 2023-ci il tarixli **********529500 nömrəli Qərarı qismən, 150 210,67 manat hissəsində, 14 iyun 2022-ci il tarixli **********819500 nömrəli Qərarı qismən, 19 503,47 manat hissəsində və 29 avqust 2022-ci il tarixli **********342100 nömrəli Qərarı tam ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “iddiaçı barəsində qəbul edilmiş 2021-ci il üzrə mənfəət vergisi ilə bağlı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 5 aprel 2023-cü i tarixli **********529500 qərarı qismən, 150 210,67 manat hissəsində, 2022-ci il üzrə yanvar ayı ilə bağlı 3 iyul 2023-cü il tarixli **********552600 nömrəli və 2022-ci il üzrə fevral ayı ilə bağlı 14 avqust 2023-cü il tarixli **********749400 nömrəli qərarlarının tam ləğv edilməsi” kimi qəbul edilməsini xahiş etmişdir. İnzibаti Prоsеssuаl Məcəlləsinin 54.1.-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Məhkəmənin 05 sentyabr 2023-cü il tarixli Qərardadı ilə, iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının nümayəndəsi və vəkilinin ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC (VÖEN: **********) qeydiyyatda olan vergi orqanına 9 aprel 2022-ci il tarixdə təqdim edilmiş 2021-ci il üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi üzrə vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticəsi üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 24 iyun 2022-ci il tarixli Qərarla 195 697,41 manat əlavə mənfəət vergisi hesablanmışdır. Daha sonra, 29 iyun 2022-ci il tarixində yenidən kameral vergi yoxlaması keçirərək yoxlamanın nəticəsi üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarla əvvəlki kameral yoxlama qərarı ləğv edilərək cəmiyyətə 280 388,47 manat məbləğində əlavə mənfəət vergisi hesablamışdır. Cavabdeh vergi orqanı tərəfindən hesablamaya əsas olmuş qərardan əvvəl gönədrilmiş uyğunsuzluq məktubundan və kameral vergi yoxlaması bəyannaməsindən görünür ki, vergi orqanı 2021-ci il üzrə əmək haqqı xərci 270 612,06 manat, sosial sığorta xərci 52 018,34 manat, xammal xərci 978 487,05 manat, icarə xərci 3 499,47 manat, amortizasiya xərci 4 069,13 manat, nağdlaşdırma xərci 9 084,37 manat cəmiyyətin təqdim etdiyi 2021-ci il üzrə mənfəət vergi bəyannamənin xərclər hissəsindən azaldaraq nəzərə almamışdır. Nəzərə alınmayan 978 487,05 manat xammal xərcinin 751 053,35 manat hissəsi müəssisələr ilə iddiaçı arasında dəmir qırıntıların alınmasına dair aparılan əməliyyatlardan ibarət olmuşdur ki, cavabdeh vergi orqanı da əsassız və qanunsuz olaraq həmin əməliyyatları riskli hesab etmiş və bu səbəbdən də həmin xərcləri nəzərə almamışdır. Bununla da, iddiaçıya bu xərclərin nəzərə almamasına görə 150 210,67 manat əlavə olaraq mənfəət vergisi hesablanmışdır. Cavabdeh vergi orqanı tərəfindən riskli əməliyyatlar hesab edilərək nəzərə alınmayan 751 053,35 manat xərclərin açıqlanması barədə 10 may 2022-ci il tarixində iddiaçı həmin əməliyyatların hansı vergi ödəyiciləri üzrə və hansı e-qaimələr üzrə riskli hesab edilməsi barədə ətraflı məlumat verilməsini xahiş etsə də, həmin müraciətə ətraflı cavab verilməmiş, riskli hesab edilən əməliyyatlar və e-qaimələr konkret olaraq göstərilməmişdir. İddiaçı 751 053,35 manat dəyərində əməliyyatların konkret olaraq cavabdehin iddia etdiyi kimi riskli olması barədə məlumatı olmasa da, bundan əvvəl iddiaçıya bəzi aylar üzrə təqdim edilmiş uyğunsuzluq məktublarından və keçirilmiş kameral vergi yoxlamalarının nəticəsi üzrə qəbul edilmiş qərarlardan zənn edir ki, cavabdehin ehtimal etdiyi həmin riskli əməliyyatlar aşağıdakılardı:
1. "xxxx" MMC üzrə - 366.876,39 manat (ƏDV-si 66.037.75 manat); 2. "xxxx" MMC üzrə - 82 592,22 manat (ƏDV-si 14 866,60 manat); 3. "xxxx" MMC üzrə - 122 258,00 manat (ƏDV-si 22 006,44 manat); 4. "xxxx" MMC üzrə - 100 478,16 manat (ƏDV-si 18 086,07 manat); 5. "xxxx" MMC üzrə - 9 621,00 manat (ƏDV-si 1 731,78 manat). Beləliklə, ümumilikdə 5 müəssisə üzrə əməliyyatların həcmi 681 825,77 manat təşkil edir. Halbuki, cavabdeh vergi orqanı 751 053,35 manat həcmində əməliyyatları riskli hesab edərək nəzərə almamış və 69 227,58 manat (751 053,35 – 681 825,77) fərqin hansı əməliyyatlardan ibarət olduğu aydın olmamışdır. İddiaçı 5 iyul 2019-cu il tarixdə vergi orqanlarında qeydiyyatdan keçmiş və həmin tarixdən etibarən yalnız tək əsas polad tökmə fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı müxtəlif vətəndaşlardan vergi qanunvericiliyinin tələblərinə əməl edilməklə alış aktları və yaxud digər vergi ödəyicilərdən e-qaimələrə əsasında metal qırıntıları alaraq onlardan armatur və yaxud digər metal məhsulları istehsal edərək həm ölkədə, həm də xaricdə həmin məhsulları satır. "xxxx" MMC üzrə. Belə ki, iddiaçı 29 iyun 2021-ci il tarixdən 7 iyul 2021-ci il tarixədək dövr ərzində "xxxx" MMC ilə müqavilə bağlayaraq sonuncudan 14 elektron vergi qaimə-faktura əsasında 366.876,39 manat (ƏDV-si 66.037.75 manat) məbləğində metal qırıntısı almışdır. Lakin cavabdeh vergi orqanı iddiaçının "xxxx" MMC ilə apardığı əməliyyatların riskli olduğunu qeyd etmişdir. Halbuki, həmin müəssisə ilə əməliyyat apararkən e-taxes.gov.az-dan "xxxx" MMC-nin riskli vergi ödəyicisi siyahısında olması yoxlanılmış, eyni zamanda İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlər əks olunmamışdır ki, bu səbəbdən də iddiaçının əməliyatlar apardığı 29 iyun 2021-ci il tarixdən 7 iyul 2021-ci il tarixədək dövr ərzində həmin ödəyicinin riskli olması müəyyən edilməmişdir. Vergi orqanı isə heç bir ətraflı araşdırma aparmadan və ümumiyyətlə bu faktı sübut etmədən iddiaçının "xxxx" MMC ilə apardığı əməliyyatları riskli hesab etmiş və sonuncu ilə aparılan əməliyyatları mənfəət vergi bəyannaməsinin xərclər hissədində nəzərə almamışdır. DVX-nin taxes.gov.az saytının riskli vergi ödəyiciləri haqqında məlumatın verilməsi bölməsindən əldə edilən çıxarışdan görünür ki, "xxxx" MMC cavabdeh vergi orqanı tərəfindən “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 23 iyul 2021-ci il tarixli **********914600 nömrəli Qərarla “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarının 2.1.1, 2.1.3-cü və 3.1.1-cü bəndlərində nəzərdə tutulmuş risk meyarları üzrə riskli vergi ödəyicisi hesab edilmiş və bu günədək riskli vergi ödəyicilərinin siyahsından çıxarılmamışdır. Qərarın tarixindən görünür ki, iddiaçı "xxxx" MMC ilə 29 iyun 2021-ci il tarixdən 7 iyul 2021-ci il tarixədək dövr ərzində əməliyyatlar aparmış, lakin sonuncu 23 iyul 2021-ci il tarixində riskli vergi ödəyicisi hesab edilmişdir. Başqa sözlə, iddiaçı "xxxx" MMC ilə əməliyyatlar apararkən həmin vergi ödəyicisi riskli olmamış və bu səbəbdən də tərəflər arasında aparılan əməliyyatlar şübhə altına alına bilməz. Eyni zamanda, iddiaçı real olaraq "xxxx" MMC-dən metal qırıntısı almış və bu əməliyyatlar faktiki olaraq baş vermişdir. Həmçinin, iddiaçı ilə "xxxx" MMC arasında alqı-satqı əməliyyatının baş verməsini təsdiq edən tərəflər arasında imzalanmış və möhürlənmiş müqavilə, elektron vergi qaimə-fakturaları və ödənişləri təsdiq edən ödəniş tapşırıqları mövcuddur. Lakin cavabdeh vergi orqanında bunun əksini sübut edən heç bir dəlil və fakt mövcud deyildir. "xxxx" MMC üzrə - iddiaçı 30 oktyabr 2021-ci il tarixdən 6 noyabr 2021-ci il tarixədək dövr ərzində "xxxx" MMC ilə müqavilə bağlayaraq sonuncudan 13 elektron vergi qaimə-faktura əsasında 82 592,22 manat (ƏDV-si 14 866,60 manat) məbləğində metal qırıntısı almışdır. Lakin cavabdeh vergi orqanı iddiaçının "xxxx" MMC ilə apardığı əməliyyatların riskli olduğunu qeyd etmişdir. Halbuki, həmin müəssisə ilə əməliyyat apararkən e-taxes.gov.azdan "xxxx" MMC-nin riskli vergi ödəyicisi siyahısında olması yoxlanılmış, eyni zamanda İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlər əks olunmamışdır ki, bu səbəbdən də iddiaçının əməliyyatlar apardığı 30 oktyabr 2021-ci il tarixdən 6 noyabr 2021-ci il tarixədək dövr ərzində həmin ödəyicinin riskli olması müəyyən edilməmişdir. Vergi orqanı isə heç bir ətraflı araşdırma aparmadan və ümumiyyətlə bu faktı sübut etmədən iddiaçının "xxxx" MMC ilə apardığı əməliyyatları riskli hesab etmiş və sonuncu ilə aparılan əməliyyatları mənfəət vergi bəyannaməsinin xərclər hissəsində nəzərə almamışdır. DVX-nin taxes.gov.az saytının riskli vergi ödəyiciləri haqqında məlumatın verilməsi bölməsindən əldə edilən çıxarışdan görünür ki, "xxxx" MMC cavabdeh vergi orqanı tərəfindən “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 19 noyabr 2021-ci il tarixli **********999700 nömrəli Qərarla “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarının 2.1.1, 2.1.3-cü və 3.1.2-ci bəndlərində nəzərdə tutulmuş risk meyarları üzrə riskli vergi ödəyicisi hesab edilmiş və bu günədək riskli vergi ödəyicilərinin siyahsından çıxarılmamışdır. Qərarın tarixindən görünür ki, iddiaçı "xxxx" MMC ilə 30 oktyabr 2021-ci il tarixindən 6 noyabr 2021-ci il tarixədək olan dövr ərzində əməliyyatlar aparmış, lakin sonuncu 19 noyabr 2021-ci il tarixində riskli vergi ödəyicisi hesab edilmişdir. Başqa sözlə, iddiaçı "xxxx" MMC ilə əməliyyatlar apararkən həmin vergi ödəyicisi riskli olmamış və bu səbəbdən də tərəflər arasında aparılan əməliyyatlar şübhə altına alına bilməz. "xxxx" MMC üzrə - iddiaçı 8 - 9 sentyabr 2021-ci il tarixlərdə "xxxx" MMC ilə müqavilə bağlayaraq sonuncudan 15 elektron vergi qaimə-faktura əsasında 122 258,00 manat (ƏDV-si 22 006,44 manat) məbləğində metal qırıntısı almışdır. Lakin cavabdeh vergi orqanı iddiaçının "xxxx" MMC ilə apardığı əməliyyatların riskli olduğunu qeyd etmişdir. Halbuki, həmin müəssisə ilə əməliyyat apararkən e-taxes.gov.az-dan "xxxx" MMC-nin riskli vergi ödəyicisi siyahısında olması yoxlanılmış, eyni zamanda İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlər əks olunmamışdır ki, bu səbəbdən də iddiaçının əməliyyatlar apardığı 8 - 9 sentyabr 2021-ci il tarixlərdə həmin ödəyicinin riskli olması müəyyən edilməmişdir. Vergi orqanı isə heç bir ətraflı araşdırma aparmadan və ümumiyyətlə bu faktı sübut etmədən iddiaçının "xxxx" MMC ilə apardığı əməliyyatları riskli hesab etmiş və sonuncu ilə aparılan əməliyyatları mənfəət vergi bəyannaməsinin xərclər hissədində nəzərə almamışdır. DVX-nin taxes.gov.az saytının riskli vergi ödəyiciləri haqqında məlumatın verilməsi bölməsindən əldə edilən çıxarışdan görünür ki, "xxxx" MMC cavabdeh vergi orqanı tərəfindən “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 24 sentyabr 2021-ci il tarixli **********394200 nömrəli Qərarla “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarının 2.1.1 və 3.1.2-ci bəndlərində nəzərdə tutulmuş risk meyarları üzrə riskli vergi ödəyicisi hesab edilmiş və bu günədək riskli vergi ödəyicilərinin siyahsından çıxarılmamışdır. Qərarın tarixindən görünür ki, iddiaçı "xxxx" MMC ilə 8 - 9 sentyabr 2021-ci il tarixlərdə əməliyyatlar aparmış, lakin sonuncu 24 sentyabr 2021- ci il tarixində riskli vergi ödəyicisi hesab edilmişdir. Başqa sözlə, iddiaçı "xxxx" MMC ilə əməliyyatlar apararkən həmin vergi ödəyicisi riskli olmamış və bu səbəbdən də tərəflər arasında aparılan əməliyyatlar şübhə altına alına bilməz. Eyni zamanda, iddiaçı real olaraq "xxxx" MMC-dən metal qırıntısı almış və bu əməliyyatlar faktiki olaraq baş vermişdir. Həmçinin, iddiaçı ilə "xxxx" MMC arasında alqı-satqı əməliyyatının baş verməsini təsdiq edən tərəflər arasında imzalanmış və möhürlənmiş müqavilə, elektron vergi qaimə-fakturaları və ödənişləri təsdiq edən ödəniş tapşırıqları mövcuddur. Lakin cavabdeh vergi orqanında bunun əksini sübut edən heç bir dəlil və fakt mövcud deyil. "xxxx" MMC üzrə - iddiaçı 11 – 14 oktyabr 2021-ci il tarixlərdə "xxxx" MMC ilə müqavilə bağlayaraq sonuncudan 17 elektron vergi qaimə-faktura əsasında 100 478,16 manat (ƏDV-si 18 086,07 manat) məbləğində metal qırıntısı almışdır. Lakin cavabdeh vergi orqanı iddiaçının "xxxx" MMC ilə apardığı əməliiyatların riskli olduğunu qeyd etmişdir. Halbuki, həmin müəssisə ilə əməliyyat apararkən e-taxes.gov.az-dan "xxxx" MMC-nin riskli vergi ödəyicisi siyahısında olması yoxlanılmış, eyni zamanda İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlər əks olunmamışdır ki, bu səbəbdən də iddiaçının əməliyatlar apardığı 11– 14 oktyabr 2021-ci il tarixlərdə həmin ödəyicinin riskli olması müəyyən edilməmişdir. Vergi orqanı isə heç bir ətraflı araşdırma aparmadan və ümumiyyətlə bu faktı sübut etmədən iddiaçının "xxxx" MMC ilə apardığı əməliyyatları riskli hesab etmiş və sonuncu ilə aparılan əməliyyatları mənfəət vergi bəyannaməsinin xərclər hissədində nəzərə almamışdır. DVX-nin taxes.gov.az saytının riskli vergi ödəyiciləri haqqında məlumatın verilməsi bölməsindən əldə edilən çıxarışdan görünür ki, "xxxx" MMC cavabdeh vergi orqanı tərəfindən “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 26 oktyabr 2021-ci il tarixli **********867700 nömrəli Qərarla “Riskli vergi ödəyicisinin, ocümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarının 2.1.1 və 3.1.2-ci bəndlərində nəzərdə tutulmuş risk meyarları üzrə riskli vergi ödəyicisi hesab edilmiş və bu günədək riskli vergi ödəyicilərinin siyahsından çıxarılmamışdır. Qərarın tarixindən görünür ki, iddiaçı "xxxx" MMC ilə 11– 14 oktyabr 2021-ci il tarixlərdə əməliyyatlar aparmış, lakin sonuncu 26 oktyabr 2021-ci il tarixində riskli vergi ödəyicisi hesab edilmişdir. Başqa sözlə desək, iddiaçı "xxxx" MMC ilə əməliyyatlar apararkən həmin vergi ödəyicisi riskli olmamış və bu səbəbdən də tərəflər arasında aparılan əməliyyatlar şübhə altına alına bilməz. Eyni zamanda, qeyd edirik ki, iddiaçı real olaraq "xxxx" MMC-dən metal qırıntısı almış və bu əməliyyatlar faktiki olaraq baş vermişdir. Həmçinin, iddiaçı ilə "xxxx" MMC arasında alqısatqı əməliyyatının baş verməsini təsdiq edən tərəflər arasında imzalanmış və möhürlənmiş müqavilə, elektron vergi qaimə-fakturaları və ödənişləri təsdiq edən ödəniş tapşırıqları mövcuddur. Lakin cavabdeh vergi orqanında bunun əksini sübut edən heç bir dəlil və fakt mövcud deyil. "xxxx" MMC üzrə - iddiaçı 17 iyun 2021-ci il tarixində "xxxx" MMC ilə müqavilə bağlayaraq sonuncudan 1 elektron vergi qaimə-faktura əsasında 9 621,00 manat (ƏDV-si 1 731,78 manat) məbləğində metal qırıntısı almışdır. Lakin cavabdeh vergi orqanı iddiaçının "xxxx" MMC ilə apardığı əməliyyatın riskli olduğunu qeyd etmişdir. Halbuki, həmin müəssisə ilə əməliyyat apararkən etaxes.gov.az-dan "xxxx" MMCnin riskli vergi ödəyicisi siyahısında olması yoxlanılmış, eyni zamanda İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlər əks olunmamışdır ki, bu səbəbdən də iddiaçının əməliyyat apardığı 17 iyun 2021-ci il tarixində həmin ödəyicinin riskli olması müəyyən edilməmişdir. Vergi orqanı isə heç bir ətraflı araşdırma aparmadan və ümumiyyətlə bu faktı sübut etmədən iddiaçının "xxxx" MMC ilə apardığı əməliyyatı riskli hesab etmiş və sonuncu ilə aparılan əməliyyatı mənfəət vergi bəyannaməsinin xərclər hissədində nəzərə almamışdır. DVX-nin taxes.gov.az saytının riskli vergi ödəyiciləri haqqında məlumatın verilməsi bölməsindən əldə edilən çıxarışdan görünür ki, "xxxx" MMC cavabdeh vergi orqanı tərəfindən “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 5 iyul 2021- ci il tarixli **********057300 nömrəli Qərarla “Riskli vergi ödəyicisinin, ocümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarının 2.1.1, 2.1.3-cü və 3.1.1-ci bəndlərində nəzərdə tutulmuş risk meyarları üzrə riskli vergi ödəyicisi hesab edilmiş və bu günədək riskli vergi ödəyicilərinin siyahsından çıxarılmamışdır. Qərarın tarixindən görünür ki, iddiaçı "xxxx" MMC ilə 17 iyun 2021-ci il tarixində əməliyyat aparmış, lakin sonuncu 5 iyul 2021-ci il tarixində riskli vergi ödəyicisi hesab edilmişdir. Başqa sözlə desək, iddiaçı "xxxx" MMC ilə əməliyyat apararkən həmin vergi ödəyicisi riskli olmamış və bu səbəbdən də tərəflər arasında aparılan əməliyyat şübhə altına alına bilməz. Eyni zamanda, qeyd edirik ki, iddiaçı real olaraq "xxxx" MMC-dən almış metal qırıntısı almış və bu əməliyyat faktiki olaraq baş vermişdir. Həmçinin, iddiaçı ilə "xxxx" MMC arasında alqı-satqı əməliyyatının baş verməsini təsdiq edən tərəflər arasında imzalanmış və möhürlənmiş müqavilə, elektron vergi qaimə-faktura və ödənişi təsdiq edən ödəniş tapşırıqları mövcuddur. Lakin cavabdeh vergi orqanında bunun əksini sübut edən heç bir dəlil və fakt mövcud deyil. Bundan başqa, iddiaçı qeydiyyatda olan vergi orqanına təqdim edilmiş 2022-ci il fevral ayı üzrə ƏDV bəyannaməsi üzrə cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticəsi üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 14 iyun 2022-ci il tarixli Qərarla əsassız və qanunsuz olaraq 20 187,33 manat məbləğində ƏDV hesablanmışdır. Belə ki, iddiaçı 2 fevral 2022-ci il tarixdən 16 fevral 2022-ci il tarixədək dövr ərzində "xxxx" MMC ilə müqavilə bağlayaraq sonuncudan 15 elektron vergi qaimə-faktura əsasında 108 352,61 manat (ƏDV-si 19 503,47 manat) məbləğində metal qırıntısı almış və 2022-ci ilin fevral ayı üzrə ƏDV bəyannaməsi təqdim edərkən həmin dövriyyəni ƏDV əzəvləşməsinə daxil etmişdir. Lakin cavabdeh vergi orqanı iddiaçının "xxxx" MMC ilə apardığı əməliyyatların riskli olduğunu qeyd etmişdir. Halbuki, həmin müəssisə ilə əməliyyat apararkən e-taxes.gov.az-dan "xxxx" MMC-nin riskli vergi ödəyicisi siyahısında olması yoxlanılmış, eyni zamanda İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlər əks olunmamışdır ki, bu səbəbdən də iddiaçının əməliyyatlar apardığı 2 fevral 2022-ci il tarixdən 16 fevral 2022-ci il tarixədək dövr ərzində həmin vergi ödəyicinin riskli olması müəyyən edilməmişdir. Cavabdeh vergi orqanı isə heç bir ətraflı araşdırma aparmadan və ümumiyyətlə bu faktı sübut etmədən iddiaçının "xxxx" MMC ilə apardığı bütün əməliyyatlarını riskli hesab etmiş və sonuncu ilə aparılan əməliyyatlar nəticəsində e-qaimələr üzrə ƏDV əvəzləşməsini qəbul etməmişdir. DVX-nin taxes.gov.az saytının riskli vergi ödəyiciləri haqqında məlumatın verilməsi bölməsindən əldə edilən çıxarışdan görünür ki, "xxxx" MMC cavabdeh vergi orqanı tərəfindən “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 3 mart 2022-ci il tarixli **********401500 nömrəli Qərarla “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarının 2.1.1, 2.1.7, 3.1.1-ci və 3.1.2-ci bəndlərində nəzərdə tutulmuş risk meyarları üzrə riskli vergi ödəyicisi hesab edilmiş və bu günədək riskli vergi ödəyicilərinin siyahsından çıxarılmamışdır. Qərarın tarixindən görünür ki, iddiaçı "xxxx" MMC ilə 2 fevral 2022-ci il tarixdən 16 fevral 2022-ci il tarixədək dövr ərzində əməliyyat aparmış, lakin sonuncu 3 mart 2022-ci il tarixində riskli vergi ödəyicisi hesab edilmişdir. Başqa sözlə desək, iddiaçı "xxxx" MMC ilə əməliyyat apararkən həmin vergi ödəyicisi riskli olmamış və bu səbəbdən də tərəflər arasında aparılan əməliyyat şübhə altına alına bilməz. Eyni zamanda, qeyd edirik ki, iddiaçı real olaraq "xxxx" MMC-dən almış metal qırıntısı almış və bu əməliyyatlar faktiki olaraq baş vermişdir. Həmçinin, iddiaçı ilə "xxxx" MMC arasında alqı-satqı əməliyyatların baş verməsini təsdiq edən tərəflər arasında imzalanmış və möhürlənmiş müqavilə, elektron vergi qaimə-fakturalar və ödənişi təsdiq edən ödəniş tapşırıqları mövcuddur. Lakin cavabdeh vergi orqanında bunun əksini sübut edən heç bir dəlil və fakt mövcud deyil.
3. Cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını və etiraza əlavəni təqdim edərək bildirmişdir ki, 2021-ci il üzrə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin araşdırılması zamanı bir sıra uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 221.1-ci (Əmək haqqı və ona bərabər tutulan ödəmələr) sətrindəki 2445781.15 manat məbləğ, Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrinin (hesabatları) təqvim ili üzrə (4 rübün cəmi) 902-ci (Gəlirlər, cəmi) sətirlərinin "Rüb üzrə cəmi" sütunlarındakı 2178260.40 manat məbləğindən böyük olduğuna görə, gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 221.5.1.2-ci (İcarə haqqı fiziki şəxslər üzrə) sətrindəki 42200.47 manat məbləğ, Ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin (təqvim ili üzrə 4 rübün cəmi) 1607.1.2-ci ( Hesabat ilinə aid olan fiziki şəxslər üzrə daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı) sətirlərindəki cəmi 38701.00 manat məbləğdən böyük olduğuna görə, bəyannamənin 239-cu (Keçmiş illərin çıxılası zərəri) sətirindəki 133191.90 manat məbləği (Uyğun olaraq 2020 il -- 133191.90 manat; ) əvvəlki illərdə təqdim etdiyi bəyannamələr və ya səyyar vergi yoxlama aktlarının nəticələri ilə (Uyğun olaraq 2020 il - 49019.98 manat; ) fərqli olduğu üçün , "Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər" hissəsinin 221.2-ci (Sığorta haqları) sətrindəki 453990.15 manat məbləğ, həmin hesabat il üzrə təqdim etdiyi Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrinin (hesabatları) üzrə cəmi hesablanmış 402382.39 manat sığorta haqqlarının məbləğindən 51607.76 manat artıq olması səbəbindən kənarlaşmalar aşkar edilmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********311400 nömrəli nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövrlər üzrə dəqiqləşdirilmiş vergi bəyannamələri və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktublarında qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim olunmadığından 2021-ci il mənfəət vergisi bəyannaməsi üzrə 244 705,73 manat vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********529500 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. Bildiririk ki, 2022-ci ilin fevral ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********272700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövrlər üzrə dəqiqləşdirilmiş vergi bəyannamələri və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktublarında qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim olunmadığından 2022-ci ilin fevral ayı ƏDV bəyannaməsi üzrə 20187.33 manat vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********819500 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi, 2022-ci ilin yanvar və fevral ayları ƏDV bəyannamələrinin araşdırılması zamanı bir sıra uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, 2021-ci il ərzində bir sıra vergi ödəyiciləri ilə aparılmış 751053,35 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi ödəyicisinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir ki, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamənin xərclər bölməsində əmək haqqı və ona bərabər tutulan ödəmələr, sığorta haqları, icarə haqqı fiziki şəxslər, amortizasiya xərclərinin uçot baza məlumatlarından artıq göstərildiyi, həmçinin, bəyannamənin 239-cu (Keçmiş illərin çıxılası zərəri) sətirindəki 133191.90 manat məbləğin ötən illər üzrə təqdim edilmiş bəyannamə göstəricilərindən fərqli olduğu aşkar edilmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********419700 nömrəli və xx.xx.2023-cü il tarixli **********311400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmiş, müvafiq dövrlər üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktublarında qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim olunmadığından 2021-ci il mənfəət vergisi bəyannaməsi üzrə 244705.73 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********529500 nömrəli “Vergilərin hesablanması barədə” Qərarlar göndərilmişdir. Aparılmış araşdırma zamanı 2022-ci ilin yanvar ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBBP seriyalı 696556 nömrəli, EBBP seriyalı 282911 nömrəli, EBBP seriyalı 283038 nömrəli, EBBP seriyalı 547410 nömrəli, EBBP seriyalı 544278 nömrəli, EBBP seriyalı 481550 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatların riskli hesab olunduğu , lakin müvafiq ay üzrə əvəzləşdirildiyi müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********687000 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubı göndərilmiş, müvafiq dövrlər üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktublarında qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim olunmadığından 2022-ci ilin yanvar ayı ƏDV bəyannaməsi üzrə 10731.05 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********749400 nömrəli “Vergilərin hesablanması barədə” Qərarlar göndərilmişdir. Aparılmış araşdırma zamanı 2022-ci ilin fevral ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş elektron qaiməfakturalar üzrə aparılan əməliyyatların riskli hesab olunduğu, lakin müvafiq ay üzrə əvəzləşdirildiyi müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********471300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubı göndərilmiş, müvafiq dövrlər üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktublarında qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim olunmadığından 2022-ci ilin fevral ayı ƏDV bəyannaməsi üzrə 19503.47 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********552600 nömrəli “Vergilərin hesablanması barədə” Qərarlar göndərilmişdir.
İİ. İddianın növü və mümkünlüyü
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin
- 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt);32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt).
5. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini, vəkilini, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
İİİ. Tədqiq edilmiş sənədlər
Belə ki, iddiaçı və cavabdeh tərəfindən məhkəməyə öz dəlillərini təsdiq edən sübut qismində - kommersiya qurumlarının dövlət reyestri məlumatı, kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında 19 avqust 2021-ci il, 01 sentyabr 2021-ci il , 16 noyabr 2021-ci il, 19 may 2022-ci il, 04 may 2022-ci il, 07 iyul 2023-cü il, 09 yanvar 2023-cü il tarixli məktublar, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli uyğunsuzluq məktubuna cavab məktubları, alqı-satqı müqavilələr, ödəniş sənədləri, elektron qaimələr , “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********094700 nömrəli, xx.xx.2021-ci il tarixli, **********612600 nömrəli, xx.xx.2021-ci il tarixli, **********552600 nömrəli, xx.xx.2023-cü il tarixli, **********749400 nömrəli, xx.xx.2023-cü il tarixli, **********529500 nömrəli, xx.xx.2023-cü il tarixli qərarları, Ali Məhkəmənin qərarları təqdim edilmişdir. İşin hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçının 2021-ci il üzrə təqdim etdiyi mənfəət vergisi, 2022-ci ilin yanvar və fevral ayları üzrə ƏDV bəyannamələrinin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının qarşılıqlı əməliyyat apardığı vergi ödəyiciləri tərəfindən əmtəəsiz (və ya riskli) əməliyyatlar aparıldığı müəyyən olunduğundan, bu vergi ödəyiciləri riskli vergi ödəyiciləri hesab olunmuşdur. İddiaçı tərəfindən riskli hesab olunmuş əməliyyatlar üzrə elektron qaimə-fakturalar əvəzləşdirməyə təqdim edildiyindən uyğunsuzluqlar yaranmışdır. İddiaçı cavabdehin qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 5 aprel 2023-cü il tarixli, **********529500 qərarının qismən, 150 210,67 manat hissəsində, 2022-ci il üzrə yanvar ayı ilə bağlı 3 iyul 2023-cü il tarixli, **********552600 nömrəli və 2022-ci il üzrə fevral ayı ilə bağlı 14 avqust 2023-cü il tarixli, **********749400 nömrəli qərarlarının tam ləğv edilməsi tələbi ilə 2021-ci ilin mənfəət vergisi, 2022-ci ilin yanvar və fevral ayları üzrə ƏDV üzrə vergi orqanının əlavə hesablamalarını mübahisələndirir. İddiaçıya 2021-ci il üzrə mənfəət vergisi üzrə hesablanmanın əsası - iddiaçının bəyannamə üzrə xammal xərcinin 751053,35 manat hissəsinin digər müəssisələr ilə iddiaçı arasında dəmir qırıntılarının alınmasına dair aparılan əməliyyatların cavabdeh orqanı tərəfindən riskli hesab edilməsi nəticəsində nəzərə alınmamasşıdır. İddiaçı bu xərclərin nəzərə alınmamasına görə 150210,67 manat əlavə olaraq mənfəət vergisinin hesablanmasını əsassız və qanunsuz hesab edir. Vergi orqanı tərəfindən nəzərə alınmayan 751053,35 manat dövriyyənin bir hissəsinə Ali Məhkəmənin 2-1(102)-1234/2023 nömrəli 02 avqust 2023-cü il tarixli qərarı ilə qiymət verilmişdir. Belə ki, iddiaçı xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" MMC ilə müqavilə bağlayaraq 14 elektron faktura əsasında 366876,39 manat (ƏDV 66037,75 manat) məbləğində metal qırıntısı almışdır. Həmin əməliyyatları vergi orqanı qəbul etməyərək riskli hesab etmiş və iddiaçıya əlavə ƏDV məbləği hesablamışdır. Həmin əməliyyatlara görə hesablanmış ƏDV-nin qanunsuz olduğunu Ali Məhkəmə qeyd etmişdir.Hazırda iddiaçı ilə "xxxx" MMC arasında aparılan həmin 366876,39 manat məbləğində dövriyyəyə görə cavabdeh vergi orqanı əlavə mənfəət vergisi hesablamışdır.
İV. Məhkəmənin mövqeyi
Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir.
6. Azərbaycan Respublikası Konstitusiyasının
- 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
7. Azərbaycan Respublikası Vergi Məcəlləsinin
- 13-cü (Bu Məcəllədə istifadə edilən əsas anlayışlar) maddəsinin 13.2.82. bəndinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; - 175-ci ( Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV) maddəsinin -175.1. bəndinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: - 175.1.1. bəndinə əsasən, hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; - 175.11. Əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın
-1.1. –ci bəndinə əsasən, bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. - 1.3.-ci bəndinə əsasən, riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. - 1.4.-ci bəndinə əsasən, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur.
9. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun
- 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 64.2-cü maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. - 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 10 . Yuxarıda qeyd edilmiş qanunvericilik normalarına əsasən vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur. İlkin olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə cavabdehin riskli saydığı əməliyyatlar məhz iddiaçının "xxxx" MMC (366.876,39 manat (ƏDV-si 66.037.75 manat), "xxxx" MMC (82 592,22 manat (ƏDV-si 14 866,60 manat); "xxxx" MMC (122 258,00 manat (ƏDV-si 22 006,44 manat); "xxxx" MMC (100 478,16 manat (ƏDV-si 18 086,07 manat); "xxxx" MMC ( 9 621,00 manat (ƏDV-si 1 731,78 manat) ilə apardığı əməliyyatlar olması cavabdeh tərəfindən təkzib edilməmiş, bu əməliyyatlardan başqa mübahisələndirilən dövrdə riskli əməliyyatların mövcud olması cavabdeh tərəfindən iddia edilməmişdir. İş üzrə mübahisələndirilməyən haldır ki, vergi orqanları tərəfindən "xxxx" MMC-nin xx.xx.2021-ci ildə, "xxxx" MMC-nin xx.xx.2021-ci ildə, "xxxx" MMC-nin xx.xx.2021-ci ildə, "xxxx" MMC-nin xx.xx.2021-ci ildə, "xxxx" MMC-nin xx.xx.2021–ci ildə riskli vergi ödəyicisi olmaları barədə qərarlar qəbul edilmişdir. Həmçinin iş materillarından müəyyən olunur ki, iddiaçının həmin müəssisələri ilə alqı-satqı əməliyyatları müəssisələrin riskli vergi ödəyiciləri hesab olunması barədə qərarlar qəbul edilənədək, bu haqda xəbərdarlıq xarakterli bildirişlər İnternet Vergi İdarəsinin portalında əks olunanadək aparılmışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının hazırkı mübahisə üzrə tərtib etdiyi sənədlər (elektron qaimə fakturalar) riskli əməliyyatlar zamanı və riskli vergi ödəyiciləri ilə rəsmiləşdirilmədiyindən Vergi Məcəlləsinin 175.11-ci maddəsinin təsiri altına düşmür və iddiaçı həmin elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etməkdə haqlı olmuşdur. Bundan əlavə, məhkəmə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2021-ci il tarixli 2-1(102)-1143/2021 nömrəli, 12 may 2023- cü il tarixli 2-1(102)-1058/2023 nömrəli və 02 avqust 2023-cü il tarixli, 2-1(102)-1234/2023 nömrəli qərarlarındakı hüquqi mövqeyini də nəzərə alaraq iddianın əsaslı olması nəticəsinə gəlir.
10. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin
- 53.3.-ci maddəəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
11. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun
- 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz - 67.1.-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. - 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər.
Məhkəmə hesab edir ki, cavabdeh hal-hazırda iddiaçının mübahisələndirdiyi qərarların mövcud qanunvericiliyə uyğun olmasını, qanuni və əsaslı olmasını sübut edə bilməmişdir.
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin
- 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
13. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, İddiaçı MMC barədə qəbul edilmiş 2021-ci il üzrə mənfəət vergisi ilə bağlı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 5 aprel 2023-cü i tarixli **********529500 qərarı qismən, 150 210,67 manat hissəsində, 2022-ci il üzrə yanvar ayı ilə bağlı 3 iyul 2023-cü il tarixli **********552600 nömrəli və 2022-ci il üzrə fevral ayı ilə bağlı 14 avqust 2023-cü il tarixli **********749400 nömrəli qərarları tam ləğv edilməlidir.
14. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.
15. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.
16. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 32ci, 35-ci, 68-ci, 69-cü, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı MMC barədə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 5 aprel 2023-cü i tarixli **********529500 qərarı qismən, 150 210,67 manat hissəsində, 2022-ci il üzrə yanvar ayı ilə bağlı 3 iyul 2023-cü il tarixli **********552600 nömrəli və 2022-ci il üzrə fevral ayı ilə bağlı 14 avqust 2023-cü il tarixli **********749400 nömrəli qərarları tam ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova