Məhkəmə qərarları › İş №e-2-1(112)-16260/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-16260/2024

27.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-16260/2024 27.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakimi Hacıbəyova Miminat Tacib qızı iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi 19 və H.Cavid prospekti 26 ünvanıda giriş 106A, 8-ci mərtəbədə yerləşən 7 saylı mənzilə dair iddiaçıların paylı mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi 19 və H.Cavid prospekti 26 ünvanıda giriş 106A, 8-ci mərtəbədə yerləşən 7 saylı mənzilə dair iddiaçıların paylı mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. (İş № 2-1(112)-16260/2024) İddiaçılar iddia ərizəsində göstərilmiş vəsatət ilə, hazırkı iddia üzrə inzibati işin məhkəmənin icraatında olan 2-1(112)11964/2024 saylı inzibati işlə birləşdirilməsini xahiş etmişdirlər. Məhkəmə iddiaçılarının vəsatətinə münasibətdə hesab edir ki, 2-1(112)- 16260/2024 saylı hazırkı iş Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-11964/2024 saylı (iddiaçı X1 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi 19 və H.Cavid prospekti 26 ünvanda giriş 106A, 8-ci mərtəbədə yerləşən 7 saylı mənzilə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması” tələbinə dair) inzibati işlə birləşdirilməli və birləşdirilmiş iş üzrə icraat 2-1(112)-11964/2024 qeydiyyat nömrəsi ilə davam etdirilməlidir Belə ki, hər iki iş üzrə iddia tələbləri cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi qarşı yönəldilməklə tələb eyni daşınmaz əmlak olan mənzilə dair mülkiyyət hüququnun tanınmasından ibarətdir. Məhkəmə hesab edir ki, hər iki iddia üzrə müəyyənləşdirilməli, yoxlanılmalı halllar eynidir və bu iki tələbin ayrı-ayrı icraatlarda baxılması iki paralel icraatın aparılmasına, nəticə etibarilə vaxt itkisi və müvafiq resursların əsassız istifadəsinə gətirib çıxara bilər. Bu səbəbdən bu işlərin birgə baxılması və vahid qərarın qəbul edilməsi məqsədəmüvafiqdi Azərbyacan Respublikası İnzibati Prosessual Məcəllənin 56.1-ci maddəsinə əsasən, məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. 56.2. Məhkəmə birgə baxılan bir neçə tələb üzrə icraatı ayrı-ayrı müstəqil icraata ayırmağa və hər bir tələbə dair ayrıca qərar qəbul etməyə haqlıdır. 56.3. Məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 83.1-ci və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: e-2-1(112)-16260/2024 nömrəli inzibati iş üzrə məhkəmə icraatı e-2-1(112)- 11964/2024 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilsin. Bu qərardaddan müstəqil qaydada şikayət verilə bilməz. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar