Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-163/2025 04.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçılar İddiaçı1 və nümayəndəsi (vəkili) Vəkil İddiaçı2, Cavabdeh nümayəndəsi X7 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “qeydiyyatın ləğvi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I.Mübahisəli hüquqi məsələnin qısa xülasəsi İddiaçı1 münasibətdə iş materialları:
1. İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X2rşı “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (hüquqi varisi Azərbaycan Yerüstü Nəqliyyat Xidməti publik hüquqi şəxs) 25 oktyabr 2022-ci il tarixli, 97/k nömrəli “əmək müqavilələrinin ləğv edilməsi barədə” əmrinin ləğv olunması, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin hüquqi varisi Azərbaycan Yerüstü Nəqliyyat Xidməti publik hüquqi şəxsdə işə bərpa olunmağının təmin olunması, 25 oktyabr 2022-ci il tarixdən işə bərpa olunan günə qədər hər ay üçün məcburi işburaxmaya görə orta aylıq əmək haqqının ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2003-cü il tarixdən 2011-ci il tarixədək Avtonəqliyyat Servis departamentində işləmişdir. 2011-ci ildən Azərbaycan Respublikasının Prezidenti cənab X10 əsasən qeyd olunan department əsasmda Dövlət Avtomobil Nəqliyyat Xidməti yaradılmışdır və 2011-ci il tarixdən 25 oktyabr 2022-ci il tarixədək Dövlət Avtomobil Nəqliyyat Xidmətində işləmişdir. “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il tarixli,1463 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində “Nəqliyyat-Servis”, “1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “2 nömrəli Bakı Avtonəqliyyat müəssisəsi”, “3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “1 saylı Gəncə Regional Nəqliyyat”, “2 saylı Quba Regional Nəqliyyat”, “3 saylı Şirvan Regional Nəqliyyat”, “4 saylı Lənkəran Regional Nəqliyyat”, “5 saylı Yevlax Regional Nəqliyyat”, “6 saylı Şəki Regional Nəqliyyat”, “7 saylı Göyçay Regional Nəqliyyat”, “8 saylı Sumqayıt Regional Nəqliyyat”, “9 saylı Ucar Regional Nəqliyyat”, “10 saylı Şəmkir Regional Nəqliyyat”, “11 saylı Tovuz Regional Nəqliyyat”, “12 saylı Beyləqan Regional nəqliyyat”, “13 saylı Cəlilabad regional Nəqliyyat”, “14 saylı Şamaxı Regional Nəqliyyat”, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin, Azərbaycan Respublikasının nəqliyyat, Rabitə və Yüksək texnologiyalar Nazirliyinin tabeliyində “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X12 şəxs yaradılmışdır. Həmin Fərmanın 3.2-ci bəndində göstərilmişdir ki, bu Fərmanın 1-ci hissəsində göstərilən qurumların əmlakı Agentliyin balansına keçir. Həmin Fərmanın 5.3cü bəndinə əsasən Agentliyin 2021-ci ildə saxlanılması xərclərinin bu Fərmanın 1-ci hissəsində qeyd edilən qurumlar üçün cari ildə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsi, növbəti illərdə isə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində ayrıca sətirlə nəzərdə tutulması ilə bağlı tədbirlər görsün. Həmin Fərmanın 5.4cü bəndində göstərilmişdir ki, Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində bu Fərmanın 1-ci hissəsində göstərilən qurumların balansındakı əmlakın Agentlyin balansına verilməsini təmin etsin. Dövlət Avtomobil Nəqliyyat Xidməti Azərbaycan Respublikasının Prezidentin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən faktiki olaraq digər nəqliyyat təşkilatları ilə birləşib və onun hüquqi varisi kimi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X12 şəxsi çıxış edir. DANX faktiki olaraq ləğv olunmayıb, başqa nəqliyyat təşkilatlarına birləşib və onların əsasında publik hüquqi şəxs yaradılıb və bunun nəticəsində 25 oktyabr 2022-ci il tarixli, 97K əmr ilə Dövlət Avtomobil Nəqliyyat Xidmətinin X14suz olaraq onu işdən çıxarıb. İşdən azad edilməyinə dair əmri qanunsuz və əsassız sayır. Belə ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəisi Anar Rzayev 25 oktyabr 2022-ci il tarixdə xəbərdarlıq məktubu verərək onu dövlət orqanının ləğv edilməsi əsası ilə elə həmin tarixdə də, yəni 25 oktyabr 2022-ci il tarixdən dövlət qulluğuna xitam veriləcəyini bildirmişdir və həmin tarixdə də, yəni 25 oktyabr 2022-ci il tarixdə 97/k nömrəli əmr tərtib edərək dövlət orqanının ləğvi əsası ilə onu qanusuz olaraq işdən çıxarmışdır. X16 Nəqliyyat Xidməti Azərbaycan Respublikasının Prezidentin Fərmanına əsasən faktiki olaraq digər nəqliyyat təşkilatları ilə birləşib və onun hüquqi varisi kimi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X12 şəxsi çıxış edir. DANX faktiki olaraq ləğv olunmayıb, başqa nəqliyyat təşkilatlarına birləşib və onların əsasında publik hüquqi şəxs yaradılıb. Qeyd olunan dövlət orqanı başqa təşkilatlara birləşərək onların əsasında Yersüstü Nəqliyyat X12 şəxs yarandığı üçün dövlət orqanının ləğvi əsası ilə işdən çıxarıla bilməzdi. Hazırkı iş üzrə Mülki Məcəllənin 56.1-ci maddəsi və 59.1-ci maddəsi tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.1-ci maddəsinə əsasən “Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.1-ci maddəsinin mənasına görə DANX-ın hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxsə - Yerüstü Nəqliyyat Agentliyinə keçdiyi üçün dövlət orqanın ləğvi əsası ilə işdən çıxarıla bilməzdi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 56.1-ci maddəsinə əsasən hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Mülki Məcəllənin 56.1-ci maddəsinin mənasından da görünür ki, DANX-ın hüquq və vəzifələri Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X12 şəxsə keçmişdir, ona görə də Yerüstü Nəqliyyat X12 şəxsdə əvvəlki vəzifəsinə uyğun işə keçirilməli idi, lakin Yerüstü Nəqliyyat Agentliyində əvvəlki vəzifəsinə uyğun iş təklif edilməmişdir. Həmin əmr qanunsuz və əsassız olduğundan ləğv edilməli, işə bərpa edilməyimə, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməlidir. Cavabdehlə arasında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticəsiz qalmışdır. Mediasiya sessiyasında iştirak edilməməsi barədə 29 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, mediasiya üçün tərəfindən 50 manat pul ödənilmişdir və mediasiya prosesinə xitam verilməsi haqqında 29 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi mediasiya prosesindən imtina etmişdir. Bundan başqa Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (OMBUDSMAN), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə, Yeni Azərbaycan Partiyasına şikayətlər etsə də, heç bir nəticə əldə etməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 14.1-ci maddəsinə əsasən Əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində: qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən əgər qanunsuz və ya əsassız, işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Məhkəmələr tərəfindən çıxarılan qərarlar qanuni olmaqla bərabər, həm də ədalətli olmalı, ictimai münasibətlərin düzgün tənzimlənməsinə xidmət etməlidir. İnsan hüquq və azadliqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahislərin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Məhkəımə hakimiyyətinə ictimaiyyət tərəfindən etimad bəslənməsi və ona hörmət olunması məhkəmə işinin səmimiliyinin təminatıdır. Məhkəmələr nəinki konkret məhkəmə araşdırrmasında iştirak edən tərəflərin, eləcə bütövlükdə cəmiyyətin etimadına malik olmalıdırlar. X21 Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı işi üzrə 17 yanvar 1970ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 okytabr 1982-ci il tarixli qərarı; X19rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.
3. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh publik hüquqi şəxs Dövlət Avtomobil Nəqliyyat Xidmətinin hüquqi varisi deyil. Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlarla əlaqədar 1463 nömrəli Fərmanın imzalandığı eyni gündə, yəni 11 oktyabr 2021-ci il tarixində, həmçinin “Dəniz nəqliyyatı sahəsində idarə etmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 1462 nömrəli Fərman imzalamışdır. Həmin Fərmana əsasən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X8, habelə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X8 tabeliyində X1 Mərkəzi, eləcə də Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxslərin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs yaradılmışdır. Qeyd edilən Fərmanın 3.2-ci bəndinə əsasən, “Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs bu Fərmanın 1 -ci hissəsində göstərilən qurumların hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir. Göründüyü kimi, eyni nazirliyin tabeliyində olan müəssisələr barədə ölkə Prezidenti tərəfindən eyni gündə iki fərman (1462 və 1463) imzalanaraq hüquqi forması publik hüquqi şəxs olan iki Agentlik yaradılmışdır. Bunlardan biri, yəni “Dövlət Dəniz və Liman Agentliyi” əsasında yaradılmış müəssisələrin hüquqi varisi elan edilsə də, digəri –yəni Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi isə əsasında yaradılmış müəssisələrin hüquqi varisi kimi tanınmamışdır. İddiaçının vəkili iddia ərizəsinin iddiasının hüquqi əsası kimi, Mülki Məcəllənin 56.1-ci və 59.1-ci maddələrinə istinad etmiş və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyin tabeliyində Cavabdehn Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin hüquqi varisi olmasını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 7.1-ci maddəsinə əsasən Dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Hüquqi varislik Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4-cü fəslində qeyd edilən maddələr ilə tənzimlənir. Qanunverici hüquqi şəxsin yenidən təşkili formalarını həmin Məcəllənin 55-ci maddəsində qeyd etmişdir. Həmin maddəyə əsasən hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Həmin Məcəlləyə əsasən hüquqi şəxsin hüquq varisliyi qeyd edilən məcəllənin 56-cı maddəsində göstərilən hallarda və şərtlər daxilində mövcuddur. Qeyd edilən şərtlərə Təhvil aktı və bölünmə balansı daxildir. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən təhvil aktında və bölünmə balansında yenidən təşkil edilmiş hüquqi şəxsin bütün kreditorları və borcluları barəsində öhdəliklərinin hamısı, o cümlədən tərəflərin mübahisə etdikləri öhdəliklər üzrə hüquqi varislik haqqında müddəalar olmalıdır. Göründüyü kimi, hüquqi varislik, ancaq bir hüquqi şəxsin hüquq və vəzifələrinin digər hüquqi şəxsə keçməsi üçün onların təhvil aktı və bölünmə balansında göstərilməsindən sonra keçir. Həmçinin, Mülki Məcəllənin 59.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə, hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Məcəllənin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşmiş qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Göründüyü kimi, qanunverici hüquqi şəxsin öhdəlikləri üzrə cavab verməsini məhz onun öhdəlikləri üçün mülkiyyətində olan əmlakla cavabdeh olmasını göstərmişdir. “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 iyul 472 nömrəli Fərmanı ilə təsdiq edilmiş və hal-hazırda qüvvədən düşən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti haqqında Əsasnaməsinin 5-ci bəndinə əsasən Xidmətin sərəncamında ancaq dövlət əmlakı olmuşdur. Göründüyü kimi, keçmiş Xidmətin mülkiyyətində hər-hansı bir əmlak olmamışdır. Həmin əmlak dövlət mülkiyyətində olmaqla Xidmətin ancaq sərəncamında olmuşdur. Həmçinin, “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021 -ci il tarixli 1463 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində “Nəqliyyat-Servis”, “1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “2 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “1 saylı Gəncə Regional Nəqliyyat”, “2 saylı Quba Regional Nəqliyyat”, “3 saylı Şirvan Regional Nəqliyyat”, “4 saylı Lənkəran Regional Nəqliyyat”, “5 saylı Yevlax Regional Nəqliyyat”, “6 saylı Şəki Regional Nəqliyyat”, “7 saylı Göyçay Regional Nəqliyyat”, “8 saylı Sumqayıt Regional Nəqliyyat”, “9 saylı Ucar Regional Nəqliyyat”, “10 saylı Şəmkir Regional Nəqliyyat”, “11 saylı Tovuz Regional Nəqliyyat”, “12 saylı Beyləqan Regional Nəqliyyat”, “13 saylı Cəlilabad Regional Nəqliyyat”, “14 saylı Şamaxı Regional Nəqliyyat”, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X12 şəxs yaradılmışdır. Həmin Fərmanın 3.1-ci bəndinə əsasən Agentlik avtomobil nəqliyyatı sahəsində tənzimləməni, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti (Bakı şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmə və nəzarət istisna olmaqla) həyata keçirən publik hüquqi şəxsdir. Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-1 -ci maddəsi ilə müəyyən edilmiş qaydada xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alındığından Fərmanın 8-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsində göstərilən qurumlar öz fəaliyyətlərini dayandırmışlar. Eyni zamanda, Fərmanın 3.2-ci bəndinə əsasən Agentliyin balansına Cəmiyyətin yalnız əmlakı verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 08 sentyabr 2022-ci il tarixli 1842 nömrəli fərmanı ilə “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi” təsdiq edilmiş, həmçinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 iyul 472 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir. Nizamnamənin 5.3-cü bəndinə əsasən Agentlik öz əmlakından yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Agentlik balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir. Göründüyü kimi, Agentliyin mülkiyyətində hər-hansı bir əmlak yoxdur, balansda olan əmlak dövlət mülkiyyətində olan əmlakdır. Məhz yuxarıda qeyd edilən normalara əsasən hal-hazırda yaranmış Agentlik Xidmətin hüquqi varisi kimi hesab edilə bilməz. İddiaçı iddia müddətini ötürmüşdür. Hal-hazırda qüvvədən düşmüş Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 iyul tarixli 472 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti haqqında Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti avtomobil nəqliyyatı sahəsində (Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma istisna olmaqla) dövlət tənzimləməsini, əhalinin və iqtisadiyyatın avtomobil nəqliyyatı ilə daşımalara və digər nəqliyyat xidmətlərinə ehtiyacının təmin olunmasına, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Həmin Qanunun 2.5-ci maddəsinə əsasən bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.4-cü maddəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Dövlət qulluqçusu olmuş iddiaçının iddia ərizəsindən göründüyü kimi, o, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin 25 oktyabr 2022-ci il tarixli 97/k nömrəli əmrinin ləğv edilməsi tələbi ilə çıxış etmişdir. Qeyd edilən iddia tələbi mübaisələndirmə iddiasıdır. Qeyd edilən qanunlardan göründüyü kimi, məhkəmələrə müraciət etməmişdən əvvəl ancaq kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya prosesinin keçirilməsini məcburi şərt kimi nəzərdə tutulsa da, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin, o cümlədən mübaisələndirmə haqqında iddialar üzrə mediasiya məcburi şərt kimi nəzərdə tutulmamışdır. Məhz bu səbəbdən iddiaçı onun barəsində xx.xx.2022-ci il tarixdə verilmiş əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğv edilməsi tələbi ilə məhkəməyə əmrin verilməsindən 80 gün sonra, yanı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə müraciət etməklə iddia müddətini ötürmüşdür. Hətta mediasiya prosesinin tətbiq edildiyi müddət məhkəmə tərəfindən üzrlü hesab edilsə belə (hal bu ki, qeyd edilən müddət üzrlü hesab edilə bilməz) nəzərə alınsa iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, iş materiallarından göründüyü kimi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidməti tərəfindən İddiaçı1 ilə əmək müqaviləsinin ləğv edilməsi barədə əmr xx.xx.2022-ci il tarixdə verilmiş və həmin əmr ona sənədlərin təqdim edilməsi qeydiyyatının aparıldığı kitabda imzalamaqla xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. Əmrin verildiyi xx.xx.2022-ci il tarixdən 23 gün sonra, yanı xx.xx.2022-ci il tarixdə İddiaçı1 mediasiya prosesinin tətbiqi barədə təklif ilə Xidmətə müraciət etmiş, 29 dekabr 2022-ci il tarixdə isə ona mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Göründüyü kimi, mediasiya prosesi ümumilikdə 40 gün ərzində davam etmiş və bu müddət mediatoru iddiaçıya verdiyi arayışla başa çatdığından iddia müddətinin axımı davam etmişdir. İddiaçı mediasiyanın tətbiqi müddətini 40 gün uzatmaqla “Mediasiya haqqında” Qanunun 24.7-ci maddəsinin tələblərini də pozmuşdur. Belə ki, həmin maddəyə əsasən Mediasiyanın ümumi müddəti 30 gündən artıq olmamalı (İlkin mediasiya sessiyası ən uzağı 17 dekabr 2022-ci il tarixdə bitməli idi), bu müddət ancaq tərəflərin razılıqları ilə uzadıla bilər. Qeyd edilən pozuntularda iddiaçıya güzəşt edilsə belə (halbuki bunun hərhansı bir qanuni əsası yoxdur) iddiaçı iddia müddətini 7 gün ötürmüşdür. Həmçinin, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia müddətinin bərpa edilməsi məqsədi ilə ərizə ilə məhkəməyə müraciət etməmiş, həmin müddətin məhkəmə tərəfindən üzrlü hesab edilməsi üçün hər-hansı bir sübut təqdim etməmişdir. “İnzibati və mülki münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 12-ci bəndinə əsasən inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Ali Məhkəmənin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub- olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
4. Cavabdeh iddiaya dair yazılı etiraza əlavə ilə müraciət edərək bildirmişdir ki, iddiaçının iddia müddətini ötürdüyündən onun iddia tələbi mümkünsüz hesab edilməli və onun vəsatəti təmin edilməməlidir. İddiaçı həmin iddia müddətinin ötürülməsinin üzrlü hesab edilməsi məqsədi ilə hər hansı bir sübut təqdim etməmişdir. İddiaçının qeyd edilən ərizəsini əsaslandırmaq məqsədi ilə ərizədə göstərdiyi xüsusatlar əsassızdır, yalnız bəhanələrdir və onun ərizəsinin təmin edilməsi üçün əsas ola bilməz. Həmçinin, iddiaçının sonuncu məhkəmə prosesindən sonra təqdim etdiyi müxtəlif sənədlər də onun iddia müddətinin üzrlü hesab edilməsi üçün əsas ola bilməz. İş materiallarından göründüyü kimi, iddiaçının iddia ərizəsində mübahisələndirdiyi 25 oktyabr 2022-ci il tarixli 97/k nömrəli əmr ona əmrin verildiyi gündə ona təqdim edilmişdir. İddiaçı1 şəxsi işindən göründüyü kimi, Xidmətin 27 dekabr 2011-ci il tarixli 232/K əmrinə əsasən 2-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilməklə Xidmətin Maliyyə və iqtisadiyyat şöbəsinin müdiri vəzifəsinə təyin olunmuş, 25 oktyabr 2022-ci il tarixli 97/k nömrəli əmr ilə isə 1-ci dərəcə dövlət qulluqçusu İddiaçı1 dövlət qulluğuna xitam verilmişdir. Bu da öz növbəsində onu göstərir ki, iddiaçı savadlı şəxsdir və öz hüquqlarını bilmişdir. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə əsasən qanuni bilməmək məsuliyyətdən azad etmir. İddiaçının özünün məhkəməyə təqdim etdiyi 05 dekabr 2022-ci il tarixli etibarnamədən göründüyü kimi, o hal-hazırda məhkəmədə onun nümayəndəsi olan Vəkil etibarnamə vermişdir. Bu da onu göstərir ki, ən azından artıq qeyd edilən tarixdə onunla vəkil arasında hüquqi yardım göstərilməsi barədə müqavilə olmuşdur və ona hüquqi yardım göstərilmişdir. Bu, vəkilin ünvanlandığı vəkil sorğusundan da görsənir. Belə ki, vəkil müvafiq dövlət orqanlarına vəkil sorğusu ilə ancaq “Vəkil və vəkillik haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən öz peşə fəaliyyətini həyata keçirərkən verə bilər və bu zaman onlar arasında həmin Qanunun 5-ci maddəsinə əsasən müqavilə bağlanmalıdır. Beləliklə, ən azından vəkil qeyd edilən tarixdə, yanı 05 dekabr 2022-ci il tarixdə iddiaçı tərəfindən vəkilə etibarnamə verilərkən iddiaçının dövlət qulluqçusu olması barədə məlumatlı olmuşdur, iddiaçının iddia tələbinin inzibati məhkəmədə baxılmalı olduğunu bilmişdir. Lakin, buna baxmayaraq, nə iddiaçı, nə də ki, onun vəkili İnzibati Prosessual Məcəllənin 24.2-ci maddəsinə riayət etməyərək buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verməmişlər. İddiaçı və vəkili Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 24.3-cü maddəsinə əsasən ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkəti də etməmişlər. Belə ki, hazırkı məhkəmə prosesində də iddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etsə belə, müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. İddiaçı müddətin bərpa edilməsi barədə xahişini iddia ərizəsində qeyd etməmiş, həmin ərizəsində İnzibati Prosessual Məcəlləsinin 24-cü maddəsinin tələblərinə riayət etməmiş, həmin müddətin buraxılmasının onun təqsiri səbəbindən baş vermədiyini əsaslandırmamış, müddətə əməl olunmasına mane olan halları göstərməmiş, həmin halların olduğu təqdirdə müddətin bərpası ilə əlaqədar ərizəni məhz həmin halların aradan qalxdığı gündən 15 gün ərzində verilməsinə dair hər-hansı bir sübut təqdim etməmişdir. İddiaçı Bakı İnzibati Məhkəməsinə xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə müraciət etməmişdən 6 gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə məhkəmə 2(005)-920/2023 nömrəli iş üzrə qərardad verərək iddiaçının iddia ərizəsini sənədləri ilə birlikdə ona qaytarmışdır. Bu zaman qərardada qeyd edilmişdir ki “Vəkil ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin ona qaytarılmasını xahiş etmişdir”. İddiaçının vəkili qanunsuz olaraq hər iki məhkəmədə üzərində Vəkillər Kollegiyasının ******* nömrəli markası olan və üzərində təqdim edilməsi nəzərdə tutulan məhkəmənin adı əvəzinə 1-ci instansiya məhkəməsi yazılan orderindən istifadə etmişdir. Qeyd edilən order Bakı inzibati Məhkəməsinə verilmədiyi və əvvəlcədən Nərimanov Rayon Məhkəməsinə təqdim edildiyi üçün, Vəkil hazırkı məhkəmə prosesində iştirakı qanunsuzdur. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 21-ci maddəsində sadalanan mediasiya prosesinin tətbiqi üçün əsaslar arasında İnzibati Məhkəmələrdə baxılan işlər üçün mediasiyanın tətbiqi qeyd edilməmişdir. İnzibati Məhkəmələrdə baxılan işlər üzrə mediasiya prosesinin tətbiqi ancaq hər iki tərəf arasında məhkəməyə müraciət edilməzdən əvvəl “Mediasiya prosesinin tətbiqi barədə müqavilə” imzalandıqda mümkün olardı ki, hazırkı mübahisə ilə əlaqədar tərəflər arasında belə bir müqavilə heç vaxt bağlanmamışdır. Mediasiya prosesinin özünün belə qanunsuz keçirilməsi barədə dəlilləri iddiaya qarşı etirazda qeyd etmişdir. İddiaçının vəkilinin məhkəmə prosesində İnzibati icraat haqqında Qanunun 73-cü maddəsinə istinad edərək iddia müddətinin keçmədiyini bildirmişdir. Həmin maddənin adından da göründüyü kimi, qeyd edilən maddi norma İnzibati şikayətin verilməsi müddətlərini tənzimləyir. Şəxsin məhkəməyə verdiyi mübahisələndirmə haqqında iddiasının verilməsinə dair iddia müddəti isə prosessual norma olan İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.3-cü maddəsinə əsasən inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1 -ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1 -ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Qeyd edilən maddədən göründüyü kimi, prosessual müddətlərin axımının dayandırılmasına “İnzibati icraat haqqında” Qanunun 73.1 və 73.2-ci maddələrində qeyd edilmiş hallar, ancaq o zaman tətbiq edilir ki, inzibati icraat çərçivəsində üst quruma şikayət edilsin. Lakin iddiaçının məhkəməyə təqdim etdiyi, ona Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən göndərilən xx.xx.2023-cü il tarixli məktubunun mətnindən də göründüyü kimi, iddiaçı həmin müraciətləri 28 dekabr 2022-ci il tarixində etmişdir. Yəni iddia müddəti keçdikdən sonra. Məhkəmə materiallarından da göründüyü kimi, dövlət qulluqçusu Rəhman Qəhrəmanovun əmək müqaviləsinin ləğv edilməsi barədə 97/k nömrəli əmr hal-hazırda məhkəmə prosesində cavabdeh qismində iştirak edən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən deyil, ləğv edilmiş Dövlət Avtomobil Nəqliyyat Xidməti tərəfindən tərtib edilmişdir. “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 21.1.6-cı maddəsinin tətbiqi “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyün həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2011-ci il tarixli 464 nömrəli Fərmanı ilə tənzimlənir. Qeyd edilən Fərmanın 1-ci bəndinə əsasən Dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər, öz razılığı əsasında, ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında analoji vakant vəzifəyə (şəxsin əvvəllər qulluq keçdiyi vəzifənin tutulması şərtlərinə uyğun olan vəzifəyə) təyin edilməlidirlər. Dövlət orqanının rəhbəri yeni dövlət orqanının əsasnaməsinin və ştat cədvəlinin təsdiq edildiyi gündən 10 iş günü müddətində həmin şəxsləri analoji vakant vəzifəyə təyin etməli və bu barədə Azərbaycan Respublikasının X17nə məlumat verməlidir. Mətndən göründüyü kimi, dövlət qulluqçuları ancaq ləğv edilmiş dövlət orqanın bazasında yaranmış Dövlət Orqanının analoji vakant yerlərində vəzifəyə təyin edilə bilərlər. Azərbaycan Respublikası Prezidentinin “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il tarixli 1463 nömrəli Fərmanına əsasən isə ləğv edilmiş dövlət orqanı olan Dövlət Avtomobil Nəqliyyat Xidmətinin yerində isə publik hüquqi şəxs olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi yaradılmışdı. Qeyd edilən publik hüquqi şəxs “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanunun 2.2-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Odur ki, qeyd edilən dövlət orqanı ləğv edildiyindən və onun əsasında yaradılan publik hüquqi şəxs dövlət orqanı olmadığından, hal-hazırda ləğv edilmiş Dövlət Avtomobil Nəqliyyat Xidməti tərəfindən dövlət qulluqçusu İddiaçı1 Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2011-ci il tarixli 464 nömrəli Fərmanının 5-ci bəndinə əsasən 2 il müddətində ehtiyat kadr kimi saxlanılacaq şəxslərin siyahısına aidiyyəti üzrə təqdim edilmişdir. Beləliklə, qeyd edilənlərdən də göründüyü kimi, iddiaçı iddia müddətini ötürmüş və ötürülmüş müddətin bərpası ilə əlaqədar iddiaçının şəxsiyyəti ilə əlaqədar olan hərhansı bir müstəsna halı olmamış, ötürülmüş müddətin onun təqsiri üzündən baş vermədiyini sübut edəcək hər hansı bir sübut təqdim etməmişdir və həmin müddəti öz təqsiri üzündən buraxmışdır.
5. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xx.xx.2022-ci il tarixli əmrinə əsasən A.Rzayev 2022-ci il 19 oktyabr tarixindən 3 (üç) ay müddətinə əmək müqaviləsi bağlanmaqla Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə əvəzçilik üzrə təyin edilmişdir. İnsan resurslarının idarə edilməsi şöbəsi və Dövlət Avtomobil Nəqliyyatı Xidməti bu Əmrdən irəli gələn məsələlərin həllini təmin etmişlər. Sənədlərlə və müraciətlərlə iş şöbəsi bu Əmrin surətinin aidiyyəti üzrə çatdırılmasını təmin etmişdir.
6. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin 97/k saylı xx.xx.2022-ci il tarixli əmrinin 1.12-ci bəndinə əsasən Dövlət Avtomobil Nəqliyyatı Xidmətində qulluq keçən İddiaçı1 (maliyyə, iqtisadi təhlil və uçot şöbəsinin maliyyə və iqtisadi təhlil sektorunun müdiri; 1-ci dərəcə dövlət qulluqçusu) dövlət qulluğuna 25 oktyabr 2022-ci il tarixdən dövlət orqanının ləğvi ilə əlaqədar xitam verilmişdir. İnsan resurslarının idarəedilməsi və dövlət qulluğu şöbəsinə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”na uyğun olaraq, dövlət orqanının ləğvi əsası ilə dövlət qulluğuna xitam verilməsi səbəbindən 2 il müddətində ehtiyat kadrlar siyahısında saxlanılacaq şəxslərin siyahısının aidiyyəti üzrə təqdim edilməsi ilə bağlı tədbirlərin görülməsi və bu əmrdən irəli gələn digər məsələlərin həll edilməsi tapşırılmışdır.
7. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidməti tərəfindən İddiaçı1 ünvanlanmış M-45(x)Ə saylı xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə əsasən onun dövlət qulluğuna 25 oktyabr 2022-ci il tarixdən dövlət orqanının ləğvi ilə əlaqədar xitam veriləcəkdir. Ləğvetmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nın tələbləri nəzərə alınmaqla həyata keçiriləcəkdir. Dövlət qulluğuna xitam verildikdən sonra işsizlikdən sığorta ödənişinin təyin edilməsi məqsədi ilə qeydiyyat üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 yerli qurumlarına və ya DOST mərkəzlərinə müraciət edə bilər.
8. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən İddiaçı1 ünvanlanmış 3-27/2-M-9/1-1/2023/347 saylı xx.xx.2023-cü il tarixli müraciətə baxılmasının nəticəsi barədə məktubda bildirilmişdir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ləğvi ilə əlaqədar onun dövlət qulluğuna 2022-ci il 25 oktyabr tarixində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Xidmət ləğv edildikdə onun bazasında yeni dövlət orqanı yaradılmamış (“Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1463 nömrəli Fərmanına əsasən Cavabdeh publik hüquqi şəxs yaradılmışdır), Xidmətin ləğvi ilə bağlı dövlət qulluğuna xitam verilmiş şəxslərin ehtiyat kadr kimi saxlanılması X17 tərəfindən həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nın 5-ci hissəsinə görə ləğv edilmiş dövlət orqanının bazasında yeni dövlət orqanı yaradılmadıqda, dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər 2 il müddətində X9 ehtiyat kadr kimi saxlanılır. Qeyd olunanları nəzərə alaraq, Xidmətin ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verildiyinə görə, onun X9 ehtiyat kadr kimi saxlanılmağı ilə əlaqədar tərəfindən müvafiq tədbirlər görülmüşdür. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin ştat vahidlərinin sayı artırıldığı, uyğun vakansiya yarandığı və müsabiqə əsaslı işə qəbul prosesi aparıldığı təqdirdə, ümumi qaydada müraciət edərək işə qəbulla bağlı müsabiqələrdə iştirak edə bilər.
9. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 3-27/2-459/2023 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2021-ci il 11 oktyabr tarixli 1463 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən bir sıra qurumların, eləcə də Dövlət Avtomobil Nəqliyyatı Xidməti və onun tabelıyindəki digər qurumlann əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X12 şəxs yaradılmış və 2022-ci il 08 sentyabr tarixdə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə sözügedən Agentliyin nizamnaməsi təsdiq edilmişdir. A.Rzayev 2022-ci il 14 sentyabr tarixindən Azərbaycan Respublıkəsınn Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat X6 sədri vəzifəsinə təyin edilmişdir.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-920/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı1 Azərbaycan Yerüstü Nəqliyyat X2rşı işə bərpa tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.
11. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X12 şəxs tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-27-103/2-1397/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, qanunvericiliyə uyğun olaraq İddiaçı1 dövlət qulluqçularının ehtiyat kadrlar siyahısına daxil edilmiş və onun şəxsi işi Azərbaycan Respublikasının X17nə təhvil verilmişdir.
12. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin 97/k saylı xx.xx.2022-ci il tarixli “əmək müqavilələrinin ləğv edilməsi” barədə əmrinin qismən, iddiaçıya aid hissədə ləğv olunması, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin əsasında yaradılmış Azərbaycan Yerüstü Nəqliyyat X12 şəxsdə analoji vəzifəyə təyin olunmağı, 25 oktyabr 2022-ci il tarixdən analoji vəzifəyə təyin olunan günə qədər hər ay üçün məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” kimi dəyişdirilmişdir.
13. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5683/2023 nömrəli iş üzrə 23 iyun 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
14. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-3514/2023 nömrəli iş üzrə 07 noyabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
15. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-625/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-3514/2023 nömrəli iş üzrə 07 noyabr 2023-cü il tarixli qərardadı ləğv edilmiş və İddiaçı1 kassasiya şikayəti təmin edilmişdir. Həmçinin məhkəmə qeyd etmişdir ki: “Bu kontekstdə, işə birinci instansiya məhkəməsində mahiyyəti üzrə baxılarkən hazırkı Qərarda (§35-39) şərh edilən hallara, bildirilən hüquqi mövqelərə uyğun qaydada işin faktiki halları ilə birlikdə dəyərləndirilməklə, aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalı, eyni zamanda: 1) Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il tarixli Fərmanı (§15) ilə müxtəlif idarə və təşkilatların, o cümlədən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əsasında hazırkı iş üzrə cavabdehin (Cavabdeh PHŞ) yaradılmasının, habelə sonuncunun, avtomobil nəqliyyatı sahəsində tənzimləməni, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti həyata keçirən publik hüquqi şəxs olmasının, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əmlakının cavabdehin balansına keçməsinin, eləcə də cavabdehin dövlət qeydiyyatına alındığını təsdiq edən Publik hüquqi şəxslərin dövlət reyestrindən xx.xx.2022-ci il tarixli **********897500 nömrəli çıxarışda onun 11 oktyabr 2021-ci il tarixli Fərmanda (§15) sadalanan idarə və təşkilatların hüquqi varisi olmasının göstərilməsinin Cavabdeh PHŞ-nin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin hüquqi varisi olub-olmamasına dəlalət edib-etmədiyinə; 2) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əvvəllər malik olduğu hüquq, vəzifə və funksiyaların (fəaliyyət istiqamətlərinin) hazırda Cavabdeh PHŞ tərəfindən həyata keçirilib-keçirilmədiyinə; 3) Azərbaycan Respublikası Prezidentinin 2011ci il 1 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş Qaydanın (§16) 2-ci bəndi ilə nəzərdə tutulan analoji vakant vəzifəyə təyin edilmədə üstün hüquqların ləğv edilən dövlət orqanının bazasında publik hüquqi şəxs yaradılan hallara da şamil olub-olunmadığına, hüquqi qiymət verilməlidir.”
İddiaçı2 münasibətdə iş materialları:
16. İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin 25 oktyabr 2022-ci il tarixli, 97/k nömrəli “əmək müqavilələrinin ləğv edilməsi barədə” əmrinin ləğv olunması, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin əsasında yaradılmış Azərbaycan Yerüstü Nəqliyyat X12 şəxsində analoji vəzifəyə təyin olunmağım, 25 oktyabr 2022-ci il tarixdən analoji vəzifəyə təyin olunan günə qədər hər ay üçün məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.
17. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10 iyul 2003-cü il tarixdən 31 iyul 2011-ci il tarixədək Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi “Avtonəqliyyat servis Departamenfdə çalışmışam. 2011-ci ildən Azərbaycan Respublikasının Prezidenti cənab X10 əsasən qeyd olunan departament əsasında Dövlət Avtomobil Nəqliyyat Xidməti yaradılmışdır və 05 yanvar 2012-ci il tarixdən 25 oktyabr 2022-ci il tarixədək dövlət qulluqçusu kimi işləmişdir, 1-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsinə kimi yüksəlmişdir. Xidmətini qüsursuz aparmışdır. Lakin 25 oktyabr 2022-ci il tarixdə o və digər təxminən 35 nəfərə yaxın iş yoldaşları bir gündə bir əmrlə Dövlət orqanının ləğvi ilə əlaqədar işdən azad olunmuşdur. Qeyd edilmişdir ki, “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il tarixli, 1463 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində “Nəqliyyat-Servis”, ”1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “2nömrəli Bakı Avtonəqliyyat müəssisəsi”,“3 nömrəli BakıAvtonəqliyyat Müəssisəsi”,“1 saylı Gəncə Regional Nəqliyyat”,“2 saylı Quba Regional Nəqliyyat”,“3 saylı Şirvan Regional Nəqliyyat”, “4 saylı Lənkəran Regional Nəqliyyat”, “5 saylı Yevlax Regional Nəqliyyat”, “6 saylı Şəki Regional Nəqliyyat”, “7 saylı Göyçay Regional Nəqliyyat”, “8 saylı Sumqayıt Regional Nəqliyyat”, “9 saylı Ucar Regional Nəqliyyat”, “10 saylı Şəmkir Regional Nəqliyyat”, “11 saylı Tovuz İDDİA ƏRİZƏSİ Regional Nəqliyyat”, “12 saylı Beyləqan Regional nəqliyyat”, “13 saylı Cəlilabad regional Nəqliyyat”, “14 saylı Şamaxı Regional Nəqliyyat”, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin, Azərbaycan Respublikasının nəqliyyat, Rabitə və Yüksək texnologiyalar Nazirliyinin tabeliyində “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X12 şəxsi yaradılmışdır. Həmin Fərmanın 3.2-ci bəndində göstərilmişdir ki, bu Fərmanın 1-ci hissəsində göstərilən qurumların əmlakı Agentliyin balansına keçir. Həmin Fərmanın 5.3-cü bəndinə əsasən Agentliyin 2021-ci ildə saxlanılması xərclərinin bu Fərmanın 1-ci hissəsində qeyd edilən qurumlar üçün cari ildə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsi, növbəti illərdə isə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində ayrıca sətirlə nəzərdə tutulması ilə bağlı tədbirlər görsün. Həmin Fərmanın 5.4-cü bəndində göstərilmişdir ki, Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində bu Fərmanın 1-ci hissəsində göstərilən qurumların balansındakı əmlakın Agentiyin balasnsına verilməsini təmin etsin. Azərbaycan Respublikasının Prezidentin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən digər nəqliyyat təşkilatları faktiki olaraq Dövlət Avtomobil Nəqliyyat Xidmətinə birləşib və onun hüquqi varisi kimi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X12 şəxsi yaradılıb. İşdən azad edilməyinə dair əmri qanunsuz və əsssız sayır. Belə ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəisi Anar Rzayev 25 oktyabr 2022-ci il tarixdə xəbərdarlıq məktubu verərək onu dövlət orqanının ləğv edilməsi əsası ilə elə həmin tarixdə də, yəni 25 oktyabr 2022-ci il tarixdən dövlət qulluğuna xitam veriləcəyini bildirmişdir və həmin tarixdə də, yəni 25 oktyabr 2022-ci il tarixdə 97/k nömrəli əmr tərtib edərək dövlət orqanının ləğvi əsası ilə onu qanusuz olaraq işdən çıxarmışdır. Hesab edir ki, hazırki iş üzrə Mülki Məcəllənin 56.1-ci maddəsi və 59.1-cimaddəsi tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.1-ci maddəsinə əsasən “Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir.” AR MM-nin 59.1-ci maddəsinin mənasına görə DANX -ın hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxsə - Yerüstü Nəqliyyat Agentliyinə keçdiyi üçün dövlət orqanın ləğviəsası ilə mən işdən çıxarıla bilməzdim. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 56.1-ci maddəsinə əsasən “Hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeniyaranmış hüquqi şəxsə keçir.” Mülki Məcəllənin 56.1-ci maddəsinin mənasında da görünür ki DANX-ın hüquq və vəzifələri Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X12 şəxsə keçmişdir , ona görə də mən Yerüstü Nəqliyyat Agentliyinin X24ndə əvvəlki vəzifəmə uyğun işə keçirilməli idim, lakin Yerüstü Nəqliyyat Agentliyində mənə əvvəlki vəzifəmə uyğun iş təklif edilməmişdir. Həmin əmr qanunsuz və əsassız olduğundan ləğv edilməli, işə bərpa edilməyimə, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinə dair qərar qəbul edilməlidir. Cavabdehlə aramızda yaranmış mübahisəni yoluna qoymaq cəhdlərim nəticə verməmişdir. Mediasiya sessiyasında iştirak edilməməsi barədə 30 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, mediasiya üçün tərəfimdən 60 manat pul ödənilmişdir və mediasiya prosesinə xitam verilməsi haqqında 30 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi mediasiya prosesindən imtina etmişdir. Əlavə olaraq məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Əsasnaməsi 2022-ci ilin sentyabr ayında ləğv olunmuşdur, həmin ayda Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi təsdiq olunub, DANX-ın Əsasnaməsi 2022-ci ilin sentyabr ayında ləğv olunduğu halda necə olur ki 2022-ci ilin oktyabr ayında mən işdən azad olunuram? Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Nazirlər Kabinetinni Yol hərəkəti təhlükəsizliyi Komissiyası haqqında”1994-cü il 3 mart tarixli 93 nömrəli, “İnzibati orqanların Təsnifatf’nın təqdiq edilməsi haqqında 2007-ci il 28 avqust tarixli 136 nömrəli, ” 2014-cü il 3 dekabr tarixli 381 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə 04 aprel 2022-ci il tarixli 129 nömrəli Qərarına əsasən “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi Komissiyası üzvlərinin Siyahısı”nın ‘Komissiya üzvləri”bölməsində “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi” sözlri “Azərbaycan Yerüstü Nəqliyyat X6 sədri” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 08 sentyabr 2022-ci il tarixli, 1842 nömrəli Fərmanı ilə “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi” təsdiq edilmişdir. Göründüyü kimi Dövlət Avtomobil Nəqliyyat Xidməti 04 aprel 2022-ci il tarixdə X5 Siyahısından çıxarıldığı üçün, onun Əsasnaməsi 2022-ci ilin sentyabr ayında ləğv olunduöu üçün, 25 oktyabr 2022-ci il tarixdə dövlət qulluğuna xitam verilməsinə dair əmri qəbul edilərək pozuntuya yol vermişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin strukturunun,işçilərin say həddinin və əmək haqlarının (vəzifə maaşının, mükafatların və digər ödənişlərin) məbləğinin təsdiq edilməsi barədə 18 oktyabr 2022-ci il tarixli, Ə-122/22 nömrəli əmrindən görünür ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin strukturu təsdiq edilmişdir, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin işçilərinin əmək haqqlarının (vəzifə maaşının, mükafatların və digər ödənişlərin) məbləği təsdiq edilmişdir. Yuxarıdakılara əsasən hesab edilmişdir ki, əmək müqaviləlrinin ləğv edilməsinə dair 25 oktyabr 2022-ci il tarixli əmr qəbul olunarkən pozuntuya yol verildiyi üçün ləğv olunmalıdır. DANX 2022-ci ilin sentybar ayından mövcud olmadığı halda necə olur ki 25 oktyabr 2022-ci il tarixli əmrlə o işdən azad olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 14. 1-ci maddəsinə əsasən 11 Əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləriçərçivəsində: qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüstəməl olunmasını; Ərizəni imzalayan şəxs haqqında məlumat: ... işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; ... əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən “Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər.” Məhkəmələr tərəfindən çıxarılan qərarlar qanuni olmaqla bərabər, həm də ədalətli olmalı, içtimai münasibətlərin düzgün tənzimlənməsinə xidmət etməlidir. İnsan hüquq və azadliqlarının konstitusiya təminatına əsasən, hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahislərin və münaqişələrin həlli yolu ilə yalniz məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimiçıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbuledilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsiplərimühüm əhəmiyyət kəsb edir. Məhkəmə hakimiyyətinə ictimaiyyət tərəfindən etimad bəslənməsi və ona hörmət olunması məhkəmə işinin səmimiliyinin təminatıdır.Məhkəmələr nəinki konkret məhkəmə araşdırrmasında iştirak edən tərəflərin, eləcə bütövlükdə cəmiyyətin etimadına malik olmalıdırlar. X21 Məhkəməsi özünün bir cox qərarlarında (Delcourt Belçikaya qarşı işi üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 okytabr 1982-ci il tarixli qərarı; X19rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər,ədalətin bərqərar edildiyi də aydin görünməlidir.
18. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı2 iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin 25 oktyabr 2022-ci il tarixli 97/k nömrəli əmrinin ləğv edilməsi, onun hüquqi varisi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Cavabdehndə işə bərpa olunmasına, 25 oktyabr 2022-ci il tarixdən işə bərpa olunan günə qədər hər ay üçün məcburi işburaxmaya görə orta aylıq əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Biz iddiaçının iddia ərizəsində qeyd etdiklərini aşağıda göstərəcəyimiz səoəblərə görə əsassız və qanunsuz hesab edilmişdir. Cavabdeh publik hüquqi şəxs Dövlət Avtomobil Nəqliyyat Xidmətinin hüquqi varisi deyil. Onu xüsusilə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlarla əlaqədar 1463 nömrəli Fərmanın imzalandığı eyni gündə, yəni 11 oktyabr 2021 -ci il tarixində həmçinin “Dəniz nəqliyyatı sahəsində idarə etmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında’ 1462 nömrəli Fərman imzalamışdır. Həmin fərmana əsasən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X8, habelə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X8 tabeliyində X1 Mərkəzi, eləcə də Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxslərin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs yaradılmışdır. Qeyd edilən Fərmanın 3.2-ci bəndinə əsasən, “Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs bu Fərmanın 1-ci hissəsində göstərilən qurumların hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir. Göründüyü kimi, eyni nazirliyin tabeliyində olan müəssisələr barədə ölkə Prezidenti tərəfindən eyni gündə iki fərman 1462 və 1463 imzalanılaraq hüquqi forması publik hüququ şəxs olan iki Agentlik yaradılmış, bunlardan biri, yəni “Dövlət Dəniz və Liman Agentliyi” əsasında yaradılmış müəssisələrin hüquqi varisi elan edilsə də, digəri yəni Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi »sə əsasında yaradılmış müəssisələrin hüquqi varisi kimi tanınmamışdır. İddiaçı nümayəndəsi, Vəkil Müstəqim oğlu iddia ərizəsinin hüquqi əsası kimi, Mülki Məcəllənin 56.1-ci və 59.1 -ci maddələrinə istinad etmiş və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" X24n (bundan sorıra- Agentlik) Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin hüquqi varisi olmasını qeyd etmişdir. Bildiyiniz kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 7.1 -ci maddəsinə əsasən Dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Qeyd etmək istərdik ki, hüquqi varislik Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4-cü fəslində qeyd edilən maddələrlə ilə tənzimlənir. Qanunverici hüquqi şəxsin yenidən təşkili formalarını həmin məcəllənin 55-ci maddəsində qeyd etmişdir. Həmin maddəyə əsasən Hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Həmin məcəlləyə əsasən hüquqi şəxsin hüquq varisliyi qeyd edilən məcəllənin 56-cı maddəsində göstərilən hallarda və şərtlər daxilində mövcuddur. Qeyd edilən şərtlərə Təhvil aktı və bölünmə balansı daxildir. Həmin məcəllənin 57.1-ci maddəsinə əsasən Təhvil aktında və bölünmə balansında yenidən təşkil edilmiş hüquqi şəxsin bütün kreditorları və borcluları barəsində öhdəliklərinin hamısı, o cümlədən tərəflərin mübahisə etdikləri öhdəliklər üzrə hüquqi varislik haqqında müddəalar olmalıdır. Göründüyü kimi hüquqi varislik, ancaq bir hüquqi şəxsin hüquq və vəzifələrinin digər hüquqi şəxsə keçməsi üçün onların təhvil aktı və bölünmə balansında göstərilməsindən sonra keçir. Həmçinin, Mülki Məcəllənin 59.1 -ci maddəsinə əsasən Hüquci şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə, hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Məcəllənin 43.1-ci maddəsinə əsasən, Hüquqi şəxs qanunla müəyyənləşmiş qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Göründüyü kimi, qanunverici hüquqi şəxsin öhdəlikləri üzrə cavab verməsini məhz onun öhdəlikləri üçün mülkiyyətində olan əmlakla cavabdeh olmasını göstərmişdir. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 iyul 472 nömrəli Fərmanı ilə təsdiq edilmiş və hal-hazırda qüvvədən düşən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti haqqında Əsasnaməsinin 5-ci bəndinə əsasən Xidmətin sərəncamında ancaq dövlət əmlakı olmuşdur. Göründüyü kimi, keçmiş Xidmətin mülkiyyətində hər-hansı bir əmlak olmamışdır. Həmin əmlak dövlət mülkiyyətində olmaqla Xidmətin ancaq sərəncamında olmuşdur. Həmçinin, “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il tarixli 1463 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində “Nəqliyyat-Servis”, “1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “2 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “1 saylı Gəncə Regional Nəqliyyat”, “2 saylı Quba Regional Nəqliyyat”, “3 saylı Şirvan Regional Nəqliyyat”, “4 saylı Lənkəran Regional Nəqliyyat”, “5 saylı Yevlax Regional Nəqliyyat’, “6 saylı Şəki Regional Nəqliyyat”, “7 saylı Göyçay Regional Nəqliyyat”, “8 saylı Sumqayıt Regional Nəqliyyat”, “9 saylı Ucar Regional Nəqliyyat”, “10 saylı Şəmkir Regional Nəqliyyat”, “11 saylı Tovuz Regional Nəqliyyat”, “12 saylı Beyləqan Regional Nəqliyyat”, “13 saylı Cəlilabad Regional Nəqliyyat”, “14 saylı Şamaxı Regional Nəqliyyat”, "xxxx" məhdud məsuliyyətli cəmiyyətlərinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” və "xxxx" məhdud məsuliyyətli cəmiyyətlərinin Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X12 şəxs yaradılmışdır. Həmin Fərmanın 3.1 -ci bəndinə əsasən Agentlik avtomobil nəqliyyatı sahəsində tənzimləməni, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti (Bakı şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmə və nəzarət istisna olmaqla) həyata keçirən publik hüquqi şəxsdir. Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada xx.xx.2022-ci ii tarixdə dövlət qeydiyyatına alındığından Fərmanın 8-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsində göstərilən qurumlar öz fəaliyyətlərini dayandırmışlar. Eyni zamanda, Fərmanın 3.2-ci bəndinə əsasən Agentliyin balansına Cəmiyyətin yalnız əmlakı verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 08 sentyabr 2022-ci i:l tarixli 1842 nömrəli fərmanı ilə ""Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi” təsdiq edilmiş, həmçinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci ifl 20 iyul 472 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir. Nizamnamənin 5.3-cü bəndinə əsasən, Agentlik öz əmlakından yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Agentlik balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında’ Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir. Göründüyü kimi, Agentliyin mülkiyyətində hərhansı bir əmlak yoxdur, balansda olan əmlak dövlət mülkiyyətində olan əmlakdır. Məhz yuxarıda qeyd edilən normalara əsasən hal-hazırda yaranmış Agentlik Xidmətin hüquqi varisi kimi hesab edilə bilməz. İnzibati orqanın vermiş olduğu əmr qanuni və əsaslıdır Belə ki, məhkəmə materiallarından da göründüyü kimi dövlət qulluqçusu İddiaçı2u əmək müqaviləsinin ləğv edilməsi barədə 97/k nömrəli əmr hal- hazırda məhkəmə prosesində cavabdeh qismində iştirak edən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən deyil, hal-hazırda ləğv edilmiş Dövlət Avtomobil Nəqliyyat Xidməti tərəfindən tərtib edilmişdir. “Dövlət Qulluğu haqqında Azərbaycan Respublikası Qanunun 21.1.6-cı maddəsinin tətbiqi “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” AR Qanunun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyün həyata keçirilməsi Qaydasf’nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2011-ci il tarixli 464 nömrəli Fərmanı ilə tənzimlənir. Qeyd edilən Fərmanın 1-ci bəndinə əsasən Dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər, öz razılığı əsasında, ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında analoji vakant vəzifəyə (şəxsin əvvəllər qulluq keçdiyi vəzifənin tutulması şərtlərinə uyğun olan vəzifəyə) təyin edilməlidirlər. Dövlət orqanının rəhbəri yeni dövlət orqanının əsasnaməsinin və ştat cədvəlinin təsdiq edildiyi gündən 10 iş günü müddətində həmin şəxsləri analoji vakant vəzifəyə təyin etməli və bu barədə Azərbaycan Respublikasının X17nə məlumat verməlidir. Mətnindən göründüyü kimi, dövlət qulluqçuları ancaq ləğv edilmiş dövlət orqanın bazasında yaranmış Dövlət Orqanının analoji vakant yerlərində vəzifəyə təyin edilə bilərlər. Azərbaycan Respublikası Prezidentinin “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il tarixli 1463 nömrəli Fərmanına əsasən isə ləğv edilmiş dövlət orqanı olan Dövlət Avtomobil Nəqliyyat Xidmətinin yerində isə publik hüquqi şəxs olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi yaradılmışdı. Qeyd edilən publik hüquqi şəxs “Publik Hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanunun 2.2-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Odur ki, qeyd edilən dövlət orqanı ləğv edildiyindən və onun əsasında yaradılan publik hüquqi şəxs dövlət orqanı olmadığından hal-hazırda ləğv edilmiş Dövlət Avtomobil Nəqliyyat Xidməti tərəfindən dövlət qulluqçusu İddiaçı2 Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2011-ci il tarixli 464 nömrəli Fərmanının öci bəndinə əsasən 2 il müddətində ehtiyat kadr kimi saxlanılacaq şəxslərin siyahısına aidiyyəti üzrə təqdim edilmişdir. Onu da xüsusilə qeyd edilmişdir ki, iddiaçı özü də iddia ərizəsində Dövlət Avtomobil Nəqliyyat Xidmətinin ləğv edilməsinə istinad etmişdir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin xx.xx.2022-ci il tarixli əmri i ə X15 2022-ci il tarixdən 3 ay müddətinə əmək müqaviləsi bağlamaqla Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəisi vəzifəsinə əvəzçiliklə təyin edilmişdir. Qeyd edilən əmrdən də göründüyü kimi, Anar Rzayev 97/k nömrəli əmri imzalamağa səlahiyyətli vəzifəli şəxs olmuşdur. İddiaçı iddia ərizəsində “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 73-cü maddəsinə istinad etmişdir. Bununla əlaqədar onu qeyd etmək istərdik ki, həmin maddənin adından da göründüyü kimi, qeyd edilən maddi norma İnzibati şikayətin verlməsi müddətlərini tənzimləyir. Şəxsin məhkəməyə verdiyi mübahisələndirmə haqqında iddiasının verilməsinə dair iddia müddəti isə prosessual norma olan İnzibati Prosessual Məcəlləsinin 38.1 -ci maddəsi ilə tənzimlənir. Həmin İPMnin 38.3-cü maddəsinə əsasən İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında' Azərbaycan Respublikası Qanununun 73.1 -ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1 -ci və 38.2- ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Qeyd edilən maddədən göründüyü kimi, prosessual müddətlərin axımının dayandırlmasına İnzibati İcraat Haqqında Qanunun 73.1 və 73.2-ci maddələrində qeyd edilmiş hallar, ancaq o zaman tətbiq edilir ki, inzibati icraat çərçivəsində məhz iddia müddəti olan 30 gün ərzində üst quruma şikayət edilsin, ancaq bu zaman iddia müddətinin axımı dayanır. Lakin, iddiaçı məhkəmə həmin müddət ərzində hər-hansı bir üst orqana müraciət etməsi barədə heç bir sənəd təqdim etməmişdir. İddiaçı iddia müddətini ötürmüşdür. “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 2.2-ci maddəsinə əsasən Bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanun 34cü maddəsinə əsasən Bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Hal-hazırda güvədən düşmüş Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2011-ci il tarixli 472 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti haqqında Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti avtomobil nəqliyyatı sahəsində (Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma istisna olmaqla) dövlət tənzimləməsini əhalinin və iqtisadiyyatın avtomobil nəqliyyatı ilə daşımalara və digər nəqliyyat xidmətlərinə ehtiyacının təmin olunmasına, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanı idi. İddiaçının iddia ərizəsindən göründüyü kimi, o, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin 25 oktyabr 2022-ci il tarixli 97/k nömrəli əmrinin ləğv edilməsi tələbi ilə çıxış etmişdir. Qeyd edilən iddia tələbi mübaisələndirmə iddiasıdır. İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Həmin məcəllənin 38.1-ci maddəsinə əsasən Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhz bu səbəbdən iddiaçı onun barəsində xx.xx.2022-ci il tarixdə verilmiş əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğv edilməsi tələbi ilə məhkəməyə əmrin verilməsindən 05 ay 20 gün sonra, yanı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə müraciət etməklə iddia müddətini ötürmüşdür. Həmçinin onu da xüsusilə qeyd etmək istəyirik ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia müddətinin bərpa edilməsi məqsədi ilə ərizə ilə məhkəməyə müraciət etməmiş, həmin müddətin məhkəmə tərəfindən üzrlü hesab edilməsi üçün hər-hansı bir sübut təqdim etməmişdir. Həmçinin o, iddia ərizəsində də müddətin bərpa edilməsi barədə heç bir müraciət səsləndirməmiş və İnzibati Prosessual Məcəlləsinin 24-cü maddəsinin tələblərinə riayət etməmişdir. “İnzibati və mülki münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 12-ci bəndinə əsasən inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Ali Məhkəmənin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub- olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyirıi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı2 cavabdeh Agentliyə qarşı vermiş olduğu iddiasının mümkün sayılmaması haqqında qərardad qəbul edilməsi xahiş edilmişdir.
19. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidməti tərəfindən İddiaçı2 ünvanlanmış S-37(x)Ə saylı xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə əsasən onun dövlət qulluğuna 25 oktyabr 2022-ci il tarixindən dövlət orqanının ləğvi ilə əlaqədar xitam veriləcəkdir. Bildirilir ki, ləğvetmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nın tələbləri nəzərə alınmaqla həyata keçiriləcəkdir. Dövlət qulluğuna xitam verildikdən sonra, işsizlikdən sığorta ödənişinin təyin edilməsi məqsədilə qeydiyyat üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 yerli qurumlarına və ya “DOST” mərkəzlərinə müraciət edə bilər.
20. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin 97/k saylı xx.xx.2022-ci il tarixli əmrinin 1., 1.12-ci bəndinə əsasən Dövlət Avtomobil Nəqliyyatı Xidmətində qulluq keçən İddiaçı2 (Daşımaların tənzimlənməsi şöbəsinin Sərnişin daşımalarının tənzimlənməsi sektorunun məsləhətçisi, 1-ci dərəcə dövlət qulluqçusu) dövlət qulluğuna 25 oktyabr 2022-ci il tarixdən dövlət orqanının ləğvi ilə əlaqədar xitam verilmişdir. İnsan resurslarının idarəedilməsi və dövlət qulluğu şöbəsinə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”na uyğun olaraq, dövlət orqanının ləğvi əsası ilə dövlət qulluğuna xitam verilməsi səbəbindən 2 il müddətində ehtiyat kadrlar siyahısında saxlanılacaq şəxslərin siyahısının aidiyyəti üzrə təqdim edilməsi ilə bağlı tədbirlərin görülməsi və bu əmrdən irəli gələn digər məsələlərin həll edilməsi tapşırılmışdır.
21. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-1056/2024 nömrəli qərardadına əsasən buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilmişdir. İddiaçının cavabdeh “Azərbaycan Yerüstü Nqəliyyat Agentliyi” X24nə qarşı “əmrin ləğv olunması və s.” tələbi ilə bağlı məhkəməyə müraciət edilməsi üçün buraxılmış müddət bərpa edilmişdir.
22. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-1056/2024 nömrəli qərardadına əsasən iddia tələbi “AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin 25 oktyabr 2022-ci il tarixli, 97/k nömrəli “əmək müqavilələrinin ləğv edilməsi” əmrinin qismən-mənə aid hissədə ləğv olunması, AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin əsasında yaradılmış Azərbaycan Yerüstü Nəqliyyat X12 şəxsində analoji vəzifəyə təyin olunmağını və 25 oktyabr 2022-ci il tarixdən analoji vəzifəyə təyin olunana qədər hər ay üçün məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsi” kimi göstərilmişdir.
23. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-1056/2024 nömrəli qərardadına əsasən Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-1056/2024 nömrəli hazırkı inzibati iş həmin məhkəmənin icraatında olan 2-1(112)-7615/2024 nömrəli (İddiaçı1 cavabdeh Azərbaycan Yerüstü Nəqliyyat X2rşı “işə bərpa və məcburi iş buraxmaya görə əməkhaqqının ödənilməsi” tələbinə dair) inzibati işlə birləşdirilmişdir. İddiaçı2 Cavabdehnə qarşı “əmrin hissəvi ləğv olunması, analoji vəzifəyə təyin olunma və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iş 2-1(112)- 7615/2024 nömrə ilə qeydiyyata alınmaqla məhkəmə icraatı üzrə prosessual hərəkətlər davam etdirilməsi qərara alınmışdır.
24. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən ünvan ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Cavabdeh (VÖEN: **********) Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli fərmanına əsasən yaradılmışdır. Fərmanın 3.2-ci hissəsinə əsasən fərmanın 1-ci hissəsində göstərilən qurumların, o cümlədən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əmlakı Agentliyin balansına keçmişdir. Cavabdeh hüquqi şəxslərin dövlət reyestrinin **********897500 saylı çıxarışına müvafiq olaraq Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin hüquqi varisidir. Həmçinin bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 56.1-ci maddəsinə əsasən hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir.
25. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən ünvan ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə daxil olmuş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun xx.xx.2024-cü il tarixli , 166/2024 nömrəli müraciətinə müvafiq olaraq Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli, **********419400 nömrəli cavab məktubu etibarsız hesab edilmişdir. Bildirilmişdir ki, Cavabdeh (VÖEN: **********) Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1463 nömrəli fərmanına əsasən yaradılmışdır. Fərmanın 3.2-ci hissəsinə əsasən fərmanın1-ci hissəsində göstərilən qurumaların, o cümlədən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əmlakı Agentliyin balansına keçmişdir. Həmçinin bildirilmişdir ki, Cavabdeh Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin hüquqi varisi olması barədə məlumat müəyyən edilməmişdir.
26. Məhkəmə iclasında iştirak edən iddiaçılar və İddiaçı1 nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdirlər.
27. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
II. İddianın mümkünlüyü
28. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. 17.Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
29. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli Qərarına əsasən: 4.İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.
30. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Qərarı:
18. Məhkəmələrə izah edilir ki, işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailə-nikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir.
31. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvələ əsasən, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq aşağıdakı tələblərə ümumi məhkəmələr baxır: - Əmək münasibətlərindən irəli gələn tələblər;
32. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 4-1-ci maddəsinə əsasən əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.
33. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli Qərarına əsasən: 4.İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.
34. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.2. Publik hüquqi şəxs - dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.
35. “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il tarixli 1463 nömrəli Fərmanı: Bənd 1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində “Nəqliyyat-Servis”, “1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “2 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “1 saylı Gəncə Regional Nəqliyyat”, “2 saylı Quba Regional Nəqliyyat”, “3 saylı Şirvan Regional Nəqliyyat”, “4 saylı Lənkəran Regional Nəqliyyat”, “5 saylı Yevlax Regional Nəqliyyat”, “6 saylı Şəki Regional Nəqliyyat”, “7 saylı Göyçay Regional Nəqliyyat”, “8 saylı Sumqayıt Regional Nəqliyyat”, “9 saylı Ucar Regional Nəqliyyat”, “10 saylı Şəmkir Regional Nəqliyyat”, “11 saylı Tovuz Regional Nəqliyyat”, “12 saylı Beyləqan Regional Nəqliyyat”, “13 saylı Cəlilabad Regional Nəqliyyat”, “14 saylı Şamaxı Regional Nəqliyyat”, "xxxx" məhdud məsuliyyətli cəmiyyətlərinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” və "xxxx" məhdud məsuliyyətli cəmiyyətlərinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra - Agentlik) publik hüquqi şəxs yaradılsın; Bənd 3. Müəyyən edilsin ki: 3.1. Agentlik avtomobil nəqliyyatı sahəsində tənzimləməni, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti (Bakı şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmə və nəzarət istisna olmaqla) həyata keçirən publik hüquqi şəxsdir; 3.2. bu Fərmanın 1-ci hissəsində göstərilən qurumların əmlakı Agentliyin balansına keçir.
36. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”: Bənd 2. Dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər, öz razılığı əsasında, ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında analoji vakant vəzifəyə (şəxsin əvvəllər qulluq keçdiyi vəzifənin tutulması şərtlərinə uyğun olan vəzifəyə) təyin edilməlidirlər. Dövlət orqanının rəhbəri yeni dövlət orqanının əsasnaməsinin və ştat cədvəlinin təsdiq edildiyi gündən 10 iş günü müddətində həmin şəxsləri analoji vakant vəzifəyə təyin etməli və bu barədə Azərbaycan Respublikasının X17nə (bundan sonra - Mərkəz) məlumat verməlidir; Bənd 3. Ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında ştatların sayı həmin şəxslərin müvafiq vəzifələrə təyin edilməsinə imkan vermədiyi halda, ilk növbədə, peşəkarlığı və idarəçilik təcrübəsi daha yüksək olan şəxslər analoji vakant vəzifəyə təyin edilirlər; Bənd 5. Ləğv edilmiş dövlət orqanının bazasında yeni dövlət orqanı yaradılmadıqda, dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər 2 il müddətində Mərkəzdə ehtiyat kadr kimi saxlanılır.
37. Məhkəmənin mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1915/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarında ifadə edilən hüquqi mövqeyə əsaslanır: “... 26. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin rəisi, vergi xidmət müşaviri Lalə Cəfərova tərəfindən imzalanmış 08 may 2024-cü il tarixli məktubda bildirilmişdir ki, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" X24 (VÖEN **********) Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1463 nömrəli fərmanına əsasən yaradılmışdır. Fərmanın 3.2-ci hissəsinə əsasən fərmanın 1-ci hissəsində göstərilən qurumların, o cümlədən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əmlakı Agentliyin balansına keçmişdir.
27. Eyni zamanda sözügedən məktubda bildirilmişdir ki, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" X18 Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin hüquqi varisi olması barədə məlumat müəyyən edilməmişdir.
28. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Yerüstü Nəqliyyat X12 şəxsi ləğv edilmiş Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin hüquqi varisi olmadığından, iddiaçının dövlət qulluqçusu kimi işlədiyi dövlət orqanı ləğv edildiyindən və onun bazasında yeni dövlət orqanı yaradılmadığından, mübahisələndirilən Əmr yalnız X3 münasibətdə deyil, ləğv edilən dövlət orqanında qulluq keçən digər dövlət qulluqçularına münasibətdə də qəbul edildiyindən, həmçinin iddiaçının Azərbaycan Yerüstü Nəqliyyat X12 şəxsi ilə arasında işə götürülmə bağlı yaranmış mübahisə də mülki hüquqi xarakterli mübahisə olduğundan apellyasiya məhkəməsinin iddianın mümkünsüzlüyü ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. ...”
38. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən ünvan ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Cavabdeh (VÖEN: **********) Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli fərmanına əsasən yaradılmışdır. Fərmanın 3.2-ci hissəsinə əsasən fərmanın 1-ci hissəsində göstərilən qurumların, o cümlədən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əmlakı Agentliyin balansına keçmişdir. Cavabdeh hüquqi şəxslərin dövlət reyestrinin **********897500 saylı çıxarışına müvafiq olaraq Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin hüquqi varisidir. Həmçinin bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 56.1-ci maddəsinə əsasən hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir.
39. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən ünvan ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə daxil olmuş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun xx.xx.2024-cü il tarixli , 166/2024 nömrəli müraciətinə müvafiq olaraq Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli, **********419400 nömrəli cavab məktubu etibarsız hesab edilmişdir. Bildirilmişdir ki, Cavabdeh (VÖEN: **********) Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1463 nömrəli fərmanına əsasən yaradılmışdır. Fərmanın 3.2-ci hissəsinə əsasən fərmanın1-ci hissəsində göstərilən qurumaların, o cümlədən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əmlakı Agentliyin balansına keçmişdir. Həmçinin bildirilmişdir ki, Cavabdeh Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin hüquqi varisi olması barədə məlumat müəyyən edilməmişdir.
40. Məhkəmə müəyyən edir ki, cavabdeh inzibati orqan olsa belə, ümumi (publik) hüquq sahəsindəki fəaliyyətindən, yaxud cavabdehin hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona xas olan fəaliyyəti həyata keçirməsindən deyil, iddiaçılar ilə ehtimal olunan Azərbaycan Yerüstü Nəqliyyat X12 şəxsi arasındakı işə bərpa tələbindən irəli gəlir. Azərbaycan Yerüstü Nəqliyyat X12 şəxsi inzibati orqan hesab olunsa belə, dövlət orqanı olmadığı üçün nəticə etibarilə həmin inzibati orqanın işçiləri dövlət qulluqçuları deyildir. Həmçinin Azərbaycan Yerüstü Nəqliyyat X12 şəxsin işçiləri ilə bağlı hüquqi tənzimləmənin proseduru “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənmir.
41. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydasına uyğun olaraq iddiaçılar ləğv edilmiş dövlət orqanının bazasında yeni dövlət orqanı yaradılmadığı üçün, dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər kateqoriyasına aid olduqlarından 2 il müddətində Mərkəzdə ehtiyat kadr kimi saxlanılmışdırlar.
42. İddiaçılar hesab edirlər ki, cavabdeh qurumda (dövlət qulluğu ilə bağlı olmasa belə) əmək fəaliyyətləri davam etdirilməli idi. Lakin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanına əsasən dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslərin məhz ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında analoji vakant vəzifəyə (şəxsin əvvəllər qulluq keçdiyi vəzifənin tutulması şərtlərinə uyğun olan vəzifəyə) təyin edilməsi hüquqları var və həmin hüququn müdafiəsini məhkəmə qaydasında tələb edə bilərlər. Konkret halda müvafiq normativ sənədə əsasən iradə ifadəsi ləğv edilən dövlət orqanının bazasında yeni dövlət orqanının deyil, X24n (dövlət orqanı olmayan təşkilatın) yaradılmasına yönəlmişdir. Odur ki, məhkəmə qeyd edilən Fərmanla müəyyən edilmiş tənzimləmədən kənara çıxa bilməz. Həmin Fərmana əsasən ləğv edilmiş dövlət orqanının bazasında yeni dövlət orqanı yaradılmadıqda (konkret hala uyğun olaraq), dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər 2 il müddətində Mərkəzdə ehtiyat kadr kimi saxlanılır.
43. Odur ki, iddiaçıların tələb hüququnu əsaslandıran maddi hüquq norması mövcud deyildir. Əksinə, iddiaçıların vəziyyətinə uyğun olaraq onların ehtiyat kadr kimi saxlanılması qaydası müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Yerüstü Nəqliyyat X12 şəxs ictimai əhəmiyyətli funksiyaları yerinə yetirsə də, ləğv edilmiş dövlət orqanının varisi deyil, eləcə də Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydanın 2-ci bəndi ilə nəzərdə tutulan analoji vakant vəzifəyə təyin edilmədə üstün hüquqların ləğv edilən dövlət orqanının bazasında publik hüquqi şəxs yaradılan hallara şamil olunmur. Bununla əlaqədar, iddiaçıların yeni yaradılmış qurumda işə qəbul edilmələrinin inzibati qaydada məhkəmə müdafiəsi hüququ yoxdur.
44. Qeyd edilənlərə əsasən iddia(lar) mümkün sayılmamalıdır.
45. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
46. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia(lar) mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva