Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1642/2024 20.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçılar İddiaçı2, İddiaçı1 və iddiaçıların nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, iddiaçılar İddiaçı2, İddiaçı1 Cavabdehnə qarşı “pulun verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçılar İddiaçı2 və İddiaçı1 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehin üzərinə iddiaçılara dəymiş ziyan kimi vərəsəlik əsasında iddiaçılara məxsus olan Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, ev 3 ünvanında yerləşən ümumi sahəsi 445 kv.m. olan mülkün əvəzi olaraq 1.335.000 (bir milyon üç yüz otuz beş min) manat məbləğində pulun iddiaçılara verilməsi öhdəliyinin qoyulması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıların babası və onların qardaşı olan Ata xan Məmməd Hüseyn və Hüseynov X3 V. Kladbişenskaya küçəsi, ev 3 ünvanında (indiki adla ünvan 1i sahəsi 445 kv.m. olan mülkü olmuşdur. Sonradan isə bu mülk atası və anası, yəni Məmmədova Tutuxanım və Hüseynov Sərdara qalmışdır. Belə ki, iddiaçılarda bunu təsdiq edən bəzi sənədlər də mövcuddur. 1940-cı il 27-31 may tarixli məhkəmə qərarı və 2-99/1957 nömrəli xx.xx.1957-ci il tarixli məhkəmə qətnamələrinə əsasən həmin mülk ata və anası, yəni Məmmədova Tutuxanım və Hüseynov Sərdarın hesab olunmuşdur. Bu zaman onlar ilk dəfə əmlakla bağlı hüquqların tanınmasına dair, sonra isə həmin mülkün onlara qaytarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bunun nəticəsində onların iddiaları təmin olunmuş və sözügedən mülkün ata və anası, yəni Məmmədova Tutuxanım və Hüseynov Sərdarın mülkü olması təsdiq edilmişdir. 1940-cı il 27-31 may tarixli məhkəmə qərarı qəbul olunduqda həmin yerin adı Yuxarı qəbirstan küçəsi, 2-99/1957 nömrəli xx.xx.1957-ci il tarixli məhkəmə qətnaməsi qəbul olunduqda isə həmin yerin adı Vaqif küçəsi olmuşdur. Həmçinin bu sənədlərdə həmin ünvanda 2 mərtəbəli, 19 otaqlı, 3 saylı daş evin olduğu qeyd olunmuşdur. Bundan əlavə, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 31 may 2018-ci il tarixli, 22 nömrəli arxiv arayışına əsasən "Bakı şəhəri Voroşilov rayon İcraiyyə Komitəsinin maliyyə şöbəsi" arxiv fondunda mühafizə edilən sənədlərində 1932-1935-ci illərə dair Torpaq vergisi almaq və vergi daxil olması hesab kartoçkalarında qeyd olunur ki, V. Kladbişenskaya küçəsi, ev 3 ünvanında yerləşən ümumi sahəsi 445 kv.m. olan mülkün sahibi Ata xan Məmməd Hüseyn və Hüseynov X18 olmuşdur. İddiaçıların nənə və babası uzun müddət həmin evdə yaşamışlar. Bütün bunlar da bunu sübut edir ki, V. Kladbişenskaya küçəsi, ev 3 ünvanında (indiki adla ünvan 1i sahəsi 445 kv.m. olan mülk iddiaçıların nənə və babalarına məxsus olmuşdur. Lakin sonra həmin evdə yaşayan ailənin hər bir üzvü başqa bir mənzilə köçərək orada yaşamağa başlamışdır. Bundan sonra isə Cavabdeh əslində iddiaçılara məxsus olan bu evi başqa şəxslərə vermişdir. Bunu da Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********27 nömrəli qeyd olunan əmlaklarla bağlı məlumat və sənəd surətlərinin təqdim edilməsi haqqında cavabı sübut edir. Bu cavabda qeyd edilmişdir: Bununla əlaqədar olaraq bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, ev 3, 4/5 saylı mənzil Cavabdeh Başçısının 40 nömrəli xx.xx.1997-ci il tarixli sərəncamına, 50 nömrəli, xx.xx.1999-cu il tarixli forma 2 arayışına, ailə üzvləri tərəfindən verilmiş razılıq ərizələrinə əsasən ilkin olaraq X38 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 41 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2005-ci il tarixli 40-200 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X11 adına qeydiyyatdan keçmişdir. Təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 3M-345 reyestr nömrəli mirasın bölüşdürülməsinə dair sazişə əsasən sözügedən mənzilin 41.3 kv.m hissəsi X52, 105.6 kv.m olan hissəsi X39 adlarına qeydiyyatdan keçmişdir. 1 saylı Bakı "ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 81-39427 reyestr nömrəli bölgü sxeminə, 1 saylı Bakı “ASANxidmət" mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 40-1440 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən sözügedən mənzilin X53 məxsus olan hissəsindən 12,2 kv.m hissə Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, ev 3, 4 saylı mənzil kimi X52 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. 1 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 40-1441 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə və 1 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 81-39427 reyestr nömrəli bölgü sxeminə əsasən sözügedən mənzilin X53 məxsus olan hissəsindən 40,1 kv.m hissə Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, ev 3, 4B saylı mənzil kimi X8 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. 1 saylı Bakı "ASAN Xidmət" mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 48-1442 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə sözügedən mənzilin X53 məxsus olan hissəsindən 1 otaq-14.1 kv.m olan hissə Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, ev 3, 4A saylı mənzil kimi X21 adına, 2 otaq-26 kv.m olan hissə X39 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, ev 3, 7 saylı mənzil Cavabdeh başçısının 580 nömrəli 14.07 2000-ci il tarixli sərəncamına, 625 nömrəli xx.xx.2000-ci il tarixli forma 2 arayışına, ailə üzvləri tərəfindən verilmiş razılıq ərizələrinə əsasən ilkin olaraq X14 adına qeydiyyatdan keçmişdir, Bakı şəhəri 41 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2000-cı il tarixli 3MZA-502 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən X113 Alinin adına qeydiyyatdan keçmişdir. Əmlakın alqı-satqı müqaviləsinə əsasən X5 adına qeydiyyatdan keçmişdir. Sözügedən mənzilin X9 məxsus olan 3 otağın y/s- 54.9 kv.m-dən 1/3 hissəsi Bakı şəhəri 2 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli 40-109 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X26 adına qeydiyyatdan keçmişdir. 3 otağın (y/s-54.9 kv.m-dən 1/3 hissəsi Bakı şəhəri 2 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2017-cı il tarixli 48-110 reyestr nömreli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X15 adına qeydiyyatdan keçmişdir. 3 otağin y/s-54.9 kv.m-dan 1/3 hissəsi Bakı şəhəri 2 sayli notanat kontoru tarafindan tesdiq edilmiş xx.xx.2017-ci il tarixli 48-109, 48-110 reyestr nömrəli daşınmaz Əmlakın bağışlanması müqavilərinə asasan X5 adina qeydiyyatdan keçmişdir. Hazırda sözügedən mənzilin 1 otağı (y/s-16.0 kv m) X40, 3 otaqdan (y/s-54,9 kv.m) 1/3 hissə X5, 3 otaqdan (y/s-54,9 kv.m) 1/3 hissə Orucəliyev likin Akif oğlunun, 3 otaqdan (y/s- 54.9 kv.m) 1/3 hissə X15 mülkiyyətlərindədir. Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, ev 3, 10 saylı mənzil Cavabdeh başçısının 41 nömrəli xx.xx.1997-ci il tarixli sərəncamına, Səbail rayon Məhkəməsinin 2-251-1997 nömreli xx.xx.1997-ci il tarixli qərarına əsasən ilkin olaraq X51 adına qeydiyyatdan keçmişdir, Bakı şəhəri 29 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1997-ci il tarixli 3MA/436 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X79 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 41 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2001-ci il tarixi 48/546 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X10 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 41 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2004-cü il tarixli 48/5-765 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X27 adına qeydiyyatdan keçmişdir. Sözügedən mənzilin ümumi sahəsi 20 kv.m olan hissəsi Bakı şəhəri 14 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli 40-355 reyestr nömrəli daşınmaz emlakın alqı- satqı müqaviləsinə əsasən X22 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən mənzilin ümumi sahəsi 17.6 kv.m olan hissəsi Bakı şəhəri 14 saylı qeydiyyatdan keçmişdir. Sözügedən mənzilin X28 məxsus olan hissəsi Bakı şəhəri 14 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 48-495 reyestr nömrəli xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X54 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İddiaçı qeyd edir ki, bu sənədlər və əlavə olaraq iddiaçılara verilən sənədlər onlarda mövcud olsa da, həcmi həddən artıq çox olduğuna görə verdikləri iddiaya bu sənədləri əlavə edə bilmirlər, lakin bu sənədləri məhkəmədə təqdim edə bilərlər. Bütün bu qeyd edilənlər isə iddiaçıların xəbəri olmadan baş verdiyini qeyd edir. İddiaçı hesab edir ki, bu tamamilə qanunsuz bir əməldir. Çünki vərəsə olaraq baba və nənələrinə məxsus olan mülk əslində iddiaçıların olmalı idi. Lakin Cavabdeh bu mülkü mənimsəyərək başqa şəxslərə vermişdir. Hal-hazırda bu ünvanda bir neçə ev vardır və bu evlərdə də yaşayış var. Buna görə də bu evlərin yenidən iddiaçılara qaytarılması çox çətindir. Bu səbəbdən bu evlərin dəyəri qiymətindəki pul məbləğinin iddiaçılara verilməsi daha ağlabatan hesab olunur. Həmin ərazidə yerləşən evlərin hər kv.m.-nin qiyməti ən azı təqribən 3000 manatdır. Buna görə də iddiaçılar da onlara məxsus olan 445 kv.m.mülkün dəyəri kimi 1.335.000 (bir milyon üç yüz otuz beş min) manat məbləğində pulu tələb edirlər.
3. Azərbaycan Sovet Sosial Respublikası Bakı şəhəri Çaparidze rayonu Xalq Məhkəməsinin 1940-ci il tarixli Qərara əsasən Tutu-xanım X37 və X7 Hüseynova Bibi-xanım Mikayıl qızının vəfatından sonra qalmış miras olan ev əşyaları və Yuxarı qəbiristan küçəsində yerləşən, 19 (on doqquz) otaqdan ibarət olan və Caparidze rayonu maliyyə şöbəsinin 4-11 saylı arayışı və Voroşılovo rayonu 2-ci sahəsi xalq məhkəməsinin icraçıları tərəfindən aparılmış xx.xx.1939-cu il tarixli əmlak siyahısına müvafiq olaraq 19616 rubl (on doqquz min altı yüz on altı rubl) məbləğdə qiymətləndirilən 3 saylı 2 mərtəbəli ev üzrə varislər kimi müəyyən edilməsi və qeyd olunmuş əmlaka dair varislik hüquqları təsdiq edilməsi və qəyyumları Babayev Mikayıla varislik rüsumunun norkomfinə ödənilməsi barədə qərardadın surətinin verilməsi qərara alınmışdır.
4. Azərbaycan Sovet Sosial Respublikası Voroşilovo rayonu Xalq Məhkəməsinin 2-99 nömrəli iş üzrə 1957-ci il tarixli Qətnaməsinə əsasən iddiaçılar X35 və X41 Voroşilovo rayon Mənzil Şöbəsinə qarşı Vaqif küçəsində olar 2 mərtəbəli, 3 saylı, daş evin qaytarılması barədə iddiasının təmin edilməsi qərara alınmışdır.
5. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixli, 22 nömrəli Arxiv arayışından görünür ki, “Bakı şəhəri Voroşilov rayon İcraiyyə Komitəsinin maliyyə şöbəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1932-1935-ci illərə dair Torpaq vergisi almaq və vergi daxil olması hesab kartoçkalarında qeyd olunur ki, V.Kladbişenskaya küçəsi, ev 3 ünvanında yerləşən ümumi sahəsi 445 kv.m. olan mülkün sahibi Ata xan Məmməd Hüseyn və Hüseynov X18 olmuşdur.
6. Lənkəran rayon 1 saylı Notariat ofisinin xx.xx.2023-cü il tarixli 134 nömrəli məktubda qeyd olunmuşdur ki, T.H. Məmmədovanın xx.xx.2006-cı il tarixdə vəfat etməsi və vərəsələrinin dairəsi müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə əsasən oğlu-İddiaçı1 miras qoyanın vərəsəsi olması barədə məlumat verilir.
7. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasinin Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/180 nömrəli məktubda qeyd olunmuşdur ki, tələb olunan Səbail (Voroşilov) rayon məhkəməsinin 2-99/1957-ci il tarixli qətnaməni və Yasamal (Çaparidze) rayon Məhkəməsinin 1940-ci il qərarı Ədliyyə Nazirliyinin Mərkəzi Arxivində aşkar etmək mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Arxivində Milli Arxiv İdarəsi yanında İdarə sənədlərini qaydaya salan Mərkəzlə bağlanılmış müqavilə əsasında 1923-1990-cı illər üzrə əməli əhəmiyyətini itirmiş cinayət və mülki işlərin ekspertizası aparılmışdır. xx.xx.2009-cu il tarixli akta əsasən islah olunmaz dərəcədə korlanmış, çürümüş, yararsız və oxunması mümkün olmayan, sayı və miqdarı təyin edilməyən naryadlar, mülki, cinayət, notariat işləri və s. sənədlər yandırma yolu ilə məhv edilməsi üçün X81 Cəmiyyətinə təhvil verilmişdir.
8. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasi Bakı Şəhəri Cavabdeh Başçısının Aparatının xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, qaldırılan məsələnin araşdırılması məqsədilə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmişdir. Bildirilir ki, sözügedən mənzilə dair sənədlər Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən rayon və şəhər icra hakimiyyəti orqanlarının sənədləri üçün müvəqqəti mühafizə müddəti 5 il müəyyən edildiyi nəzərə alınaraq, Bakı şəhəri Cavabdeh başçısının 2018-ci ilə qədər olan arxiv sənədləri qanunamüvafiq qaydada Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verilmişdir.
9. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, AR Ədliyyə Nazirliyi 17 noyabr 2009-cu il tarixdə 19/332 saylı məktubla müraciət edərək Nazirliyin Mərkəzi Arxivində saxlanılan, saxlanma müddəti bitmiş və məhv edilmək üçün ayrılmış mülki işlərin xx.xx.2009-cu il tarixli Akt əsasında makulatura kimi qəbul edilməsini xahiş etmişdir. 07 dekabr 2009-cu il tarixdə məhv edilmək üçün ayrılmış sənəd və işlər makulatura (kağız tullantısı) kimi təhvil verilmiş, bu barədə xx.xx.2009-cu il tarixli 114 saylı Qəbul haqqında qebz-faktura tərtib olunmuşdur. Aydınlıq gətirmək üçün bildirilir ki,məhv edilmək üçün təhvil verilən bütün kitab, sənəd, qəzet, dərslik və s. kağız tullantıları doğranılaraq preslənir və təkrar emal üçün müvafiq müəssisələrə göndərilir.
10. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 69 saylı reyestr kitabının 433-cü səhifəsində olan məlumatlara əsasən Bakı şəhəri, Verxne Kladbişenskaya küçəsi, 3 saylı fərdi yaşayış evi X60, X131 və Cabbarova Şəriyə X6 (bununla bağlı müvafiq reyestr kitabında 1911 -ci il tarixinə aid olan qeyd mövcuddur) adlarına qeydiyyata alınmasına dair qeydlər vardır. Həmçinin bildirilir ki, 177 saylı reyestr kitabının 8080-ci səhifəsində olan məlumatlardan məlum olur ki, Bakı şəhəri, Kosoy döngəsi, 3 saylı fərdi yaşayış evi X82, X115 və Cabbarova Şəriyə X6 adlarına qeydiyyata alınmışdır, lakin xx.xx.1931-ci il tarixdə həmin fərdi yaşayış evi üzərində olan mülkiyyət hüquqlarından imtina edilməsinə və həmin mülkün dövlətin balansına keçməsinə dair qeydlər aşkar edilmişdir. Sözügedən hər iki əmlak ilə bağlı arxiv əsasları İdarənin arxivində saxlanılmadığından qeyd olunan fərdi yaşayış evlərinin eyni əmlak olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Qeyd edilir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 49-cu maddəsinə (Torpaq sahəsi üzərində mülkiyyət hüququ) əsasən keçmiş torpaq mülkiyyətçilərinin (onların varislərinin) torpaq sahələri üzərində hüquqlarının restitusiyasına yol verilmir. Həmçinin eyni ünvan göstəricilərinə malik digər fərdi yaşayış evləri ilə bağlı məlumatları təqdim edilmişdir: 123 saylı reyestr kitabının 13-cü səhifəsində olan məlumatlara əsasən Bakı şəhəri, Verxne Kladbişenskaya küçəsi, 3 saylı fərdi yaşayış evi xx.xx.1919-cu il tarixdə X90 və Həsənin adlarına qeydiyyata alınmışdır. xx.xx.1923-cü il tarixinə aid qeydlərə əsasən qeyd olunan fərdi yaşayış evi X116 Yəhya, X117 Əhməd və Hüseynov X36 adlarına qeydiyyata alınmışdır. Sözügedən fərdi yaşayış evi ilə bağlı aparılan digər əməliyyatlar barəsində həmin reyestr kitabında hər hansı məlumat qeyd olunmamışdır. Məlumat üçün bildirilir ki, dövlət reyestrində qeydiyyata alınmış digər daşınmaz əmlak olan Bakı şəhəri, Verxne Kladbişenskaya küçəsi, 3 saylı fərdi yaşayış evi (əmlakın sonrakı poçt ünvanlarının Vaqif döngəsi, ev 3 və 1-ci Seyidbəyli döngəsi, ev 3 olmasına dair məlumat mövcuddur) ilkin olaraq X24, X62 və X118 Hacıyevin adlarına qeydiyyata alınmışdır. Bakı şəhəri 1 saylı DNK-nın xx.xx.1989-cu il tarixli 2kn. “H”-40 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən bəhs olunan mülkün 1/6 hissəsi X13 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 18 saylı DNK-nın V-01-11 reyestr nömrəli xx.xx.1995-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən fərdi yaşayış evinin 1/6 hissəsi X42 vəfatından sonra onun oğlu X74 və mərhumun həyat yoldaşı X29 adına qeydiyyata alınmışdır. Səbail rayon Məhkəməsinin xx.xx.1995-ci il tarixli 2-341-1995-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri, 1-ci Seyidbəyli döngəsi, 3 saylı ümumi mülkün “B” tikilisindən 12,3 kv.m sahəsi olan 5 nömrəli, yaşayayış otaqları 8,2 kv.m sahəsi olan 6 nömrəli 110 kv.m sahəsi olan 7 nömrəli, 8,4 kv.m sahəsi olan 8 nömrəli yardımçı otaqlar, “A” tikilisindən 14,7 kv.m olan 5 nömrəli 5,8 kv.m sahəsi olan 7 nömrəli, yardımçı otaqlar, “B” tikilisindən 6,9 kv.m sahəsi olan 1 nömrəli, 13,6 kv.m sahəsi olan 2 nömrəli və 13,7 kv.m sahəsi olan 3 nömrəli yardımçı otaqlar ayrılıb iddiaçıların-X74 və X29 mülkiyyətinə verilmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli icra vərəqəsinə əsasən qeyd olunan mülkün 2/6 hissəsi X12 adına qeydiyyata alınmışdır. Bakı şəhər 41 saylı DNK-nın 2V/27 reyestr nömrəli xx.xx.2000-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən evin 1/6 hissəsi X19 adına qeydiyyata alınmışdır. Qeyd olunan fərdi yaşayış evinin “V” tikilisi, 2 otaq-27,3 kv.m, yaşayış sahəsindən ibarət olan hissəsi Bakı şəhəri 41 saylı DNK-nın 4Ə-583 reyestr nömrəli xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X1 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 2 saylı DNK-nın 2V/1-58 reyestr nömrəli xx.xx.2002-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən evin 1/6 hissəsi X16 mülkiyyətinə verilmişdir. Cavabdeh xx.xx.2005-ci il tarixli 473 nömrəli sərəncamına əsasən 1-ci H.Seyidbəyli döngəsi, 3 saylı evin vətəndaş X2 məxsus mənzil iki otaqlı, yaşayış sahəsi 42,0 kv.m, köməkçi sahəsi 106,61 kv.m, ümumi sahəsi 148,61 kv.m olduğu təsdiq edilmişdir. Bakı şəhəri 41 saylı DNK-nın 2V-122 reyestr nömrəli xx.xx.2005-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında fərdi evin 2/6 hissəsi X32 adına qeydiyyata alınmışdır. X29 vəfatından sonra Bakı şəhəri 28 saylı DNK-nın 2V-1-26 reyestr nömrəli xx.xx.2006-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında mərhuma məxsus hissədən hər biri 1/3 hissə olmaqla X75, X74 və X76 irs almışdırlar. X127 Rəşidoviçin vəfatından sonra ona məxsus hissə Bakı şəhəri 41 saylı DNK-nın 2V-03 reyestr nömrəli 28.01,2009-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında arvadı X66 və övladları X55, X67, X56, X43, X23 adlarına qeydiyyata alınmışdır. Sözügedən fərdi yaşayış evinin 2/6 hissədən “A” tikilisi-5 nömrəli otaq (14,7 kv.m), 7 nömrəli otaq (5,8 kv.m) olan hissəsi Bakı şəhəri 12 saylı NK-nın 4ə-111 reyestr nömrəli xx.xx.2017-ci il tarxli alqı-satqı müqaviləsinə əsasən X46nun adına dövlət reyestrində qeydiyyata alınmışdır. 2/6 hissədən “B” tikilisi-7 nömrəli otaq (11,0 kv.m), 8 nömrəli otaq (8,4 kv.m) olan hissə Bakı şəhəri 12 saylı NK-nın 4ə-111 reyestr nömrəli xx.xx.2017-ci il tarxli alqı-satqı müqaviləsinə əsasən X44 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 2 saylı NK-nın 4ə-14 və 4ə-15 reyestr nömrəli xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 2/6 hissədən B tikilisi-7 nömrəli otaq (11,0 kv.m), 8 nömrəli otaq (8,4 kv.m) və 2/6 hissədən B tikilisi 4 nömrəli otaq (12,5 kv.m), 5 nömrəli otaq (16,5 kv.m) , 6 nömrəli otaq (8,2 kv.m)-2/3 hissə X30 adına qeydiyyata alınmışdır. X31 adına 1/6 hissə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi notariusu tərəfindən təsdiq edilmiş 4ə-1502 reyestr nömrəli xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən qeydiyyata alınmışdır. Qeyd olunan fərdi yaşayış evinin 2/6 hissədən B tikilisi 4№otaq (12,5kv.m.), 5№otaq (16,5kv.m.), 6№otaq (8,2kv.m.)-dən 1/3 hissəsi Vəkilsoy Paşa Kazım oğlunun adına Bakı şəhəri 2 saylı NK-nın 4ə-13 reyestr nömrəli xx.xx.2018-ci il tarxli alqı-satqı müqaviləsinə əsasən qeydiyyata alınmışdır. Məlumat üçün bildirilir ki, Bakı şəhəri, Səbail rayonu, 1-ci H.Seyidbəyli döngəsi, 3 saylı fərdi yaşayış evi hazırda aşağıda sadalanan şəxslərin adlarında qeydiyyatdadır: 1) X126 Rəşidoviç-1/6 hissədən bir hissə açıq saxlanılır; 2) X4- 2/6 hissədən 2 otaq (y/s 37.5kv.m., ü/s 142.1kv.m.); 3) X65-2/6 hissə; 4) X43-1/6 hissədən bir hissə; 5) X45-1/6 hissədən bir hissə; 6) X57 -1/6 hissədən bir hissə; 7) X67-1/6 hissədən bir hissə; 8) X66-1/6 hissədən bir hissə; 9) X56-1/6 hissədən bir hissə; 10) X46- 2/6 hissədən A tikilisi 5 №otaq (14.7kv.m.), 7 №otaq (5.8kv.m.) 11) X58-2/6 hissədən B tikilisindən ü/s 127.2 kv.m.; 12) X59-1/6 hissə; 13) Vəkilsoy Paşa Kazım oğlu- 2/6 hissədən B tikilisi 4№otaq (12,5kv.m.), 5№otaq (16,5kv.m.), 6№otaq (8,2kv.m.)-dən 1/3 hissə.
11. Məhkəmə iclasında iştirak edən iddiaçılar və iddiaçıların nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.
12. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etməmişdir.
II. İddianın növü və mümkünlüyü
13. İddianın növü kompensasiya tələbi ilə bağlıdır.
14. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
16. X109 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
17. AİHM qərarlarında qeyd edir ki: -Böyük Palata, Palatanın etdiyi kimi, aşkar edilmiş pozuntular nəticəsində şübhəsiz ki, ərizəçinin zərər çəkdiyini və bu pozuntularla iddia edilən maddi zərər arasında aydın səbəb-nəticə əlaqəsinin olduğunu, o cümlədən maliyyə mənbələrin itirilməsinə görə kompensasiyanın olmasını qeyd edir. (bax: Salman işi § 137, və Z və X17rşı, yuxarıda adı çəkilən, § 119). Bununla belə, ərizəçinin bu başlıq altındakı iddialarının heç biri lazımi qaydada sənədləşdirilməmişdir. İddia edilən zərərə dəqiq hesablanması mümkün olmayan və ya elə məhdud sübutlara əsaslanan komponentlər daxildir ki, hər hansı qiymətləndirmə qaçılmaz olaraq müəyyən dərəcədə fərziyyəni ehtiva edəcək (bax, digər işlər arasında, bax: Sporrong və Lönnroth İsveçə qarşı (Maddə 50), 18 dekabr 1984-cü il tarixli qərar). , A seriyası № 88, səh. 14-15, § 32 və Akdivar və başqaları Türkiyəyə qarşı (Maddə 50), 1 aprel 1998-ci il tarixli qərar, Hesabatlar 1998-İİ, səh. 718, § 19). Buna görə də, Məhkəmə 41-ci maddənin tələb etdiyi kimi, onda olan bütün məlumatları nəzərə alaraq ərizəçinin maddi ziyanla bağlı iddialarını ədalətli əsaslarla qiymətləndirəcəkdir (bax: Öneryıldız Türkiyəyə qarşı § 166). - Konvensiyanın və ya onun protokollarının pozuntusunu tanıyan qərar, cavabdeh dövlətə bu pozuntuları dayandırmaq və pozulmadan əvvəlki vəziyyəti maksimal şəkildə bərpa etməklə onun nəticələrinə görə əvəz ödəmək kimi hüquqi öhdəliklər qoyur. Milli qanunvericilik pozuntunun nəticələrini aradan qaldırmağa icazə vermədiyi və ya yalnız natamam şəkildə icazə verdiyi təqdirdə, 41-ci Maddə Məhkəməyə zəruri hallarda zərərçəkən tərəfə müvafiq əvəzin ədalətli ödənilməsi qərarı qəbul etmək səlahiyyəti verir (bax: digər məsələlər arasında, Məhərrəmov Azərbaycana qarşı (əvəzin ədalətli ödənilməsi) no 5046/07, § 12, 09 may 2019, X47rşı (əvəzin ədalətli ödənilməsi), no 66209/10, § 15, 16 yanvar 2018 və Bitto və digərləri Slovakiyaya qarşı (əvəzin ədalətli ödənilməsi), no 30255/09, § 20, 7 iyul 2015).
18. Məhkəmə qeyd edir ki, hazırki işin halları AİHM-in Kopecky v. Slovakiyaya qarşı (№44912/98 Judgment 28.9.2004 [GC]) işi üzrə oxşardır və həmin işdəki yanaşma hazırkı işə tətbiq edilə biləndir.
19. Həmin işdə də hazırkı işdə olduğu kimi tələb hüququ etibarlı olaraq aktiv hesab edilməmişdir.
20. Belə ki, məhkəmə həmin işdə müəyyən etmişdir ki, “1 saylı Protokolun 1-ci maddəsi nə Dövlətin üzərinə Konvensiyanı ratifikasiya etməmişdən əvvəl mövcud olmuş mülkiyyət hüquqlarının bərpa edilməsi kimi ümumi bir öhdəlik qoyur, nə də ki Dövlətin restitusiya hüququna təminat verməsinin sərhədlərinə məhdudiyyət qoymur. 1 saylı Protokolun 1-ci maddəsinə istinadən ilk növbədə tələbin “mülkiyyət” təşkil etdiyi müəyyən edilməlidir. Ərizəçi tərəfindən tələb formasında ifadə edilən maddi maraq “mövcud əmlak” kimi xarakterizə olunmalıdır (hazırkı işdə də tələb bu meyara cavab vermir). Tələbin “aktiv” təşkil etdiyini, yetərli olaraq formaşmış olduğunu və həmin kontekstdə yaranan “qanuni gözləntisi” ilə uyğunluq təşkil etdiyini müəyyən etmək lazımdır. Məhkəmə əvvəlki işlərində restitusiyaya olan ümidi və “qanuni gözləntini” fərqləndirib, sonuncu daha konkret və qanuni müddəaya əsaslanmış olmalıdır. Həmin işlərdə məsələnin predmeti “qanuni gözlənti”dən daha çox tələbin “aktiv” hesab edilən tələbin mövcudluğu olmuşdur. Nəticə etibarilə, “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu “qanuni gözləntinin” müəyyən edilməsi üçün meyar deyil. Digər tərəfdən, tələb formasında ifadə edilən maddi maraq o zaman “aktiv” kimi qiymətləndirilə bilər ki, milli qanunvericilikdə yetərli əsası olsun. Hazırkı işdə, hansısa konkret normativ sənədə əsasən iddiaçının maddi marağı pozulmayıb və nəticə etibarilə “qanuni gözləntisi” yoxdur. Qalan məsələ tələbin “aktiv” kimi qiymətləndirilməsi üçün yetərli qanuni əsasının olmasına qiymət verməkdir. Bu baxımdan ərizəçi əmlakın özünün mövcudluğunu sübut etməlidir.
21. Mülki Məcəllədən: 2.5. Əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
22. Azərbaycan Sovet Sosial Respublikası Bakı şəhəri Çaparidze rayonu Xalq Məhkəməsinin 1940-ci il tarixli Qərara əsasən Tutu-xanım X37 və X7 Hüseynova Bibi-xanım Mikayıl qızının vəfatından sonra qalmış miras olan ev əşyaları və Yuxarı qəbiristan küçəsində yerləşən, 19 (on doqquz) otaqdan ibarət olan və Caparidze rayonu maliyyə şöbəsinin 4-11 saylı arayışı və Voroşılovo rayonu 2-ci sahəsi xalq məhkəməsinin icraçıları tərəfindən aparılmış xx.xx.1939-cu il tarixli əmlak siyahısına müvafiq olaraq 19616 rubl (on doqquz min altı yüz on altı rubl) məbləğdə qiymətləndirilən 3 saylı 2 mərtəbəli ev üzrə varislər kimi müəyyən edilməsi və qeyd olunmuş əmlaka dair varislik hüquqları təsdiq edilməsi və qəyyumları Babayev Mikayıla varislik rüsumunun norkomfınə ödənilməsi barədə qərardadın surətin verilməsi qərara alınmışdır.
23. Azərbaycan Sovet Sosial Respublikası Voroşilovo rayonu Xalq Məhkəməsinin 2-99 nömrəli iş üzrə 1957-ci il tarixli Qətnaməsinə əsasən iddiaçılar X48, və X41 Voroşilovo rayon Mənzil Şöbəsinə qarşı Vaqif küçəsində olar 2 mərtəbəli, 3 saylı, daş evin qaytarılması barədə iddiasının təmin edilməsi qərara alınmışdır.
24. İddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Sovet Sosial Respublikası Bakı şəhəri Çaparidze rayonu Xalq Məhkəməsinin 1940-ci il tarixli Qərarının və Azərbaycan Sovet Sosial Respublikası Voroşilovo rayonu Xalq Məhkəməsinin 2-99 nömrəli iş üzrə 1957-ci il tarixli Qətnaməsinin həqiqiliyini müəyyən etmək və işin hərtərəfli araşdırılmasını təmin etmək məqsədilə məhkəmə tərəfindən sorğular göndərilmişdir. Azərbaycan Respublikasinin Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış məktubunda bildirlmişdir ki, 1923-1990-cı illər üzrə əməli əhəmiyyətini itirmiş cinayət və mülki işlərin ekspertizası aparılmışdır. xx.xx.2009-cu il tarixli akta əsasən islah olunmaz dərəcədə korlanmış, çürümüş, yararsız və oxunması mümkün olmayan, sayı və miqdarı təyin edilməyən naryadlar, mülki, cinayət, notariat işləri və s. sənədlər yandırma yolu ilə məhv edilməsi üçün X81 Cəmiyyətinə təhvil verilmişdir. Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, AR Ədliyyə Nazirliyi 17 noyabr 2009-cu il tarixdə 19/332 saylı məktubla müraciət edərək Nazirliyin Mərkəzi Arxivində saxlanılan, saxlanma müddəti bitmiş və məhv edilmək üçün ayrılmış mülki işlərin xx.xx.2009-cu il tarixli Akt əsasında makulatura kimi qəbul edilməsini xahiş etmişdir. 07 dekabr 2009-cu il tarixdə məhv edilmək üçün ayrılmış sənəd və işlər makulatura (kağız tullantısı) kimi təhvil verilmiş, bu barədə xx.xx.2009-cu il tarixli 114 saylı Qəbul haqqında qəbz-faktura tərtib olunmuşdur. Aydınlıq gətirmək üçün bildirilir ki, məhv edilmək üçün təhvil verilən bütün kitab, sənəd, qəzet, dərslik və s. kağız tullantıları doğranılaraq preslənir və təkrar emal üçün müvafiq müəssisələrə göndərilir.
25. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 69 saylı reyestr kitabının 433-cü səhifəsində olan məlumatlara əsasən Bakı şəhəri, Verxne Kladbişenskaya küçəsi, 3 saylı fərdi yaşayış evi X60, X131 və Cabbarova Şəriyə X6 (bununla bağlı müvafiq reyestr kitabında 1911-ci il tarixinə aid olan qeyd mövcuddur) adlarına qeydiyyata alınmasına dair qeydlər vardır. Həmçinin bildirilmişdir ki, 177 saylı reyestr kitabının 8080-ci səhifəsində olan məlumatlardan məlum olur ki, Bakı şəhəri, Kosoy döngəsi, 3 saylı fərdi yaşayış evi X82, X115 və Cabbarova Şəriyə X6 adlarına qeydiyyata alınmışdır, lakin xx.xx.1931-ci il tarixdə həmin fərdi yaşayış evi üzərində olan mülkiyyət hüquqlarından imtina edilməsinə və həmin mülkün dövlətin balansına keçməsinə dair qeydlər aşkar edilmişdir.
26. Məhkəmə qeyd edir ki, faktiki olaraq Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, ev 3 ünvanında yerləşən mənzil 1911-ci il tarixindən xx.xx.1931-ci il tarixinə qədər X82, X115 və Cabbarova Şəriyə X6 mülkiyyət hüquqları qeydiyyata alınmış və xx.xx.1931-ci il tarixdə həmin fərdi yaşayış evi üzərində olan mülkiyyət hüquqlarından imtina edilmiş və həmin mənzil dövlətin balansına keçmişdir.
27. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 49-cu maddəsinə (Torpaq sahəsi üzərində mülkiyyət hüququ) əsasən keçmiş torpaq mülkiyyətçilərinin (onların varislərinin) torpaq sahələri üzərində hüquqlarının restitusiyasına yol verilmir.
28. Məhkəmə hesab edir ki, fərdi yaşayış evi 1911-ci il tarixindən qeyri şəxslərin mülkiyyətində olmuş və xx.xx.1931-ci il tarixində mülkiyyət hüquqlarından imtina edilmiş evə dair iddiaçıların hər hansı qanuni müddəaya əsaslanan qanuni gözləntisi və hüquqi marağı mövcud deyildir.
29. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri (hərəkətsizliyi) və həmin hərəkətlər (hərəkətsizlik) nəticəsində iddiaçılara ziyan vurulması müəyyən edilmir.
30. Odur ki, iddia tələbi təmin edilməməlidir.
31. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
32. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
33. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
34. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva