Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1658/2023 31.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək, iddiaçıya hüququnun yarandığı 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxxx 1963-cü ildə Bakı şəhərində anadan olmuşdur. xx.xx.1981-11.1983-cü illərdə hərbi xidmətdə olmuşdur. xx.xx.1981-ci il tarixdən əmək fəaliyyətinə başlamış, hərbi xidməti bitirdikdən sonra müxtəliflərdə işləmiş və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Neftqaztikinti” trestinin ixtisaslaşdırılmış təmir tikinti bölümündə 06.2019-cu ildən halhazıradək 4 saylı tikinti quraşdırma sahəsində ƏÖD-5 (beş) olmaqla müvəqqəti təmirçiçilingər vəzifəsində işləyir. Cavabdehə 2020-ci ilin noyabr ayında yazılı müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin etməsini xahiş etmiş, lakin cavabdehin 11 dekabr 2020-ci il tarixli **********1 nömrəli cavab məktubunda 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən az (21 il 1 ay 15 gün) və güzəştli iş stajının olmadığı əsas gətirilərək müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, iddiaçının xx.xx.2006-cı il tarixədək hərbi xidmət və ali təhsil müddətini nəzərə almaq şərtilə ümumilikdə 25 il 1 ay 25 gün sosial sığorta stajı, 15 il 9 ay 14 gün xüsusi iş stajı vardır. İddiaçı hesab edir ki, 01 sentyabr 1978-16 iyul 1981 təhsil müddəti (2 il 10 ay 15 gün), 02 sentyabr 1981 - 03 noyabr 1981 çilingər (2 ay 1 gün), 11 noyabr 1981-28 noyabr 1983 hərbi xidmət (2 il 17 gün), 06 mart 1984-03 iyul 1984 montaj nəzarətçisi (3 ay 27 gün), 17 sentyabr 1984-17 iyun 1986 metal təmirçisi (1 il 9 ay), 04 iyul 1986-06 dekabr 1988 çəkməçi (2 il 5 ay 2 gün), 09 dekabr 1988 - 28 aprel 1989 çilingər (4 ay 19 gün), 03 may 1989-01 dekabr 2000 akkumlyatorçu (11 il 6 ay 28 gün), 07 avqust 2001-12 oktyabr 2002 avtoelektrik (1 il 2 ay 5 gün), 14 iyul 2003-01 yanvar 2006 elektrik çilingəri (2 il 5 ay 16 gün) peşələrində işləməklə 57 yaşının tamam olduğu 29 sentyabr 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci (Ümumi peşələr) bölməsində iddiaçının işlədiyi “akkumulyatorçular” adı altında olan peşə, 11-ci bölmə (Metal emalı) bölməsində iddiaçının işlədiyi “metal tökücüləri” adı altında olan və 10-cu bölmədə təmirçi çilingərlər adı altında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında öz əksini tapmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı tərəf iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda bildirilmişdir ki, İddiaçı iddia edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İddiaçının dəlili yersizdir. “Vətəndaşların pensiya təminatı haqqında” qanun iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra - ƏPQ) 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin (b) bəndinə görə, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-ci il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1) iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; və 3) iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. İddiaçının Filiala təqdim etdiyi HT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1989 - xx.xx.2000-ci il tarixləri arasında çilingər vəzifəsində işlədiyi vəzifə yuxarıda qeyd olunan siyahıda nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının güzəşli iş stajı cəmi 1 il 4 ay 1 gün (xx.xx.1985 - xx.xx.1986) təşkil edir. Bundan başqa, əmək kitabçasında xx.xx.2001 - xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində İddiaçının "xxxx" MMC-də işlədiyi qeyd edilmişdir. İddiaçının adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq, həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına adi edilmədiyi üçün (maddə 21.2) yuxarıda qeyd olunan dövrü iddiaçının ümumi iş stajına daxil etmək mümkün deyildir. İddiaçının xx.xx.2006-ci il tarixinədək ümumi iş stajı 24 il təşkil edir. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Belə ki, xx.xx.2006-cı il tarixədək iddiaçının ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 6 aydan azdır. Bu mənada, ƏPQ-nin 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli **********1 saylı imtina məktubu ilə bildirilmişdir ki, “ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş "Vətəndaşların pensiya təminatı haqqında" Qanununun 13-cu maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü ıl tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-lı siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdən göründüyü kimi sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən az (21 il 1 ay 15 gün) təşkil edir, eyni zamanda güzəştli iş stajınız yoxdur. Bundan başqa fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 48000,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 43249,30 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır.” - Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********9 saylı imtina məktubu ilə əlavə olaraq bildirilmişdir ki, “...Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Ümumi peşələr bölməsində (35) akkumulyatorçular vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz HT-İ ******* nömrəli əmək kitabçanızda xx.xx.1989-xx.xx.2000-ci il tarixləri arasında çilingər vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyiniz vəzifə yuxarıda qeyd olunan akkumulyatorçu vəzifəsinə uyğun deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (1 il 4 ay 1 gün (xx.xx.1985-xx.xx.1986-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Eyni zamanda əmək kitabçanızda xx.xx.2001-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də işlədiyiniz qeyd edilmişdir. Adıçəkilən müəssisədə işlədiyiniz dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq, həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd olunan dövrü sizin iş stajınıza daxil etmək mümkün deyil. Bu səbəbdən də sizin ümumi iş stajınız 25 ildən az (24 il (xx.xx.1978-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.2000-ci il, xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır.” - İddiaçıya məxsus HЗ № ******* saylı hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1981ci il tarixdən 28 noyabr 1983-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. - İddiaçıya məxsus diplomdan görünür ki, o, xx.xx.1978 – xx.xx.1981-ci illərdə təhsil almışdır. - “SOCAR”ın xx.xx.2022-ci il tarixli SOCAR**********30490075X00347 saylı məktubu ilə bildirilmişdir ki, iddiaçının “Neftqaztikinti” trestində işlədiyi elektrik çilingəri və təmirçi çilingər peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının 2 saylı əlavəsi ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin" siyahısının “Neftqaztikinti" trestinin istehsalat sahələrinin aid olduğu “XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" bölməsində (kod:2290000a-dan 2290000b—24441-dək), Siyahının “XXXİİİ. Ümumi peşələr” bölməsində, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 29-cu, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin “a) fəhlələr” alt bölməsində və Siyahının “35. Ümumi peşələr" bölməsində öz əksini tapmamışdır. - “SOCAR”ın xx.xx.2022-ci il tarixli SOCAR**********80020123X00245 saylı məktubu ilə bildirilmişdir ki, iddiaçı xx.xx.2003-cü il tarixindən (Əmr № 122/k, xx.xx.2003cü il) “Xəzərdənizneftqaztikinti” trestinin Tikintini Mexanikləşdirmə Filialına elektrik çilingəri peşəsinə işə qəbul edilmiş, xx.xx.2010-cu il tarixindən (Əmr № 24/k, xx.xx.2010-cu il) təmirçi çilingər peşəsinə keçirilmiş, xx.xx.2011-ci il tarixindən (Əmr № 243/k, xx.xx.2011-ci il) əmək müqaviləsinə xitam verilmişdir. Əmək stajı 8 il 1 ay 5 gün (səkkiz il bir ay beş gün) təşkil edir. xx.xx.2007-ci il tarixindən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) xx.xx.2007-ci il tarixli 51 nömrəli əmrinə əsasən “Xəzərdənizneftqaztikinti” tresti “Azneft” İB-nin tərkibindən SOCAR-ın tərkibinə verilib və "Neftqaztikinti” tresti adlandırılmışdır. xx.xx.2007-ci il tarixindən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) xx.xx.2007-ci il tarixli 61 nömrəli əmrinə əsasən “Neftqaztikinti” trestinin Tikintini Mexanikləşdirmə Filialının adı dəyişdirilib Xüsusi Texniki İdarəsi adlandırılmışdır. İddiaçı xx.xx.2019-cu il tarixində (əmr № SOCAR **********00070020B00201, xx.xx.2019-cu il) SOCAR-ın “Neftqaztikinti” trestinin İxtisaslaşdırılmış Təmir Tikinti bölümünün 4 saylı tikinti quraşdırma sahəsinə təmirçiçilingər peşəsinə işə qəbul edilib. xx.xx.2022-ci il tarixində (əmr № SOCAR**********00070020B00201, xx.xx.2022-ci il) SOCAR-ın “Neftqaztikinti" trestinin X2 istehsalı bölümünün Avadanlıqların quraşdırılması və təmiri sahəsinə təmirçi çilingər peşəsi üzrə yerdəyişmə edilib və hal-hazıradək bu peşədə işləyir. Əmək stajı 3 il 2 ay 2 gün (üç il iki ay iki gün) təşkil edir. İddiaçı elektrik çilingəri və təmirçi çilingər peşələri üzrə iş stajı 11 il 3 ay 7 gün (on bir il üç ay yeddi gün) təşkil edir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilmiş arxiv arayışından görünür ki, “P.Montin adına X3 Zavodu” arxiv fondunda mühafizə edilən İddiaçı Albert (sənəddə olduğu kimi) oğlu 1984-cü ilin sentyabr – dekabr, 1985-ildə, 1986-ci ilin yanvar – iyun, avqust aylarında əmək haqqı almışdır. 1986-ci ilin iyul ayında məlumat yoxdu. - Azərbaycan Respublikasının Dövlət Arxivinin 3 noyabr 2020-ci il tarixli DA- 00466-2020 tarixli arxiv arayışında bildirilmişdir ki, “P.Montin adına X3 Zavodu” arxiv fondunda mühafizə edilən şəxsi heyət üzrə əmr kitablarında İddiaçı Albert (sənəddə olduğu kimi) oğlunun (əmr № 150/k, 15 sentyabr 1984-cü il) Tökmə sexinə metal təmirçisi şagirdi vəzifəsinə işə qəbul edildiyi; (əmr № 46/k, 17 fevral 1985-ci il) 2-ci dərəcəli metal təmirçisi vəzifəsinə keçirildiyi; (əmr № 81, 18 iyun 1986-cı il) işdən azad olunduğu qeyd olunur. - İddiçıya məxsus İТ seriyalı ******* saylı xx.xx.1981-ci il tarixdə doldurulmuş əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1978-xx.xx.1981-ci illərdə təhsil almış, xx.xx.1981xx.xx.1981-ci illərdə Bakı dəmir yol yanında poçt müəssisəsində çilingər (əmr №ok-78, 03.09.81), xx.xx.1981-xx.xx.1983-cü illərdə həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1984xx.xx.1984-cü illərdə Bakı Kondisioner zavodunda texniki nəzarət şöbəsinə elektrik maşınların, aparatların və cihazların yığımının dərəcəli nəzarətçisi (əmr №293, 05.03.84), xx.xx.1984-xx.xx.1986-cı illərdə P.Montin adına X3 Zavodunda metal tökməçisi (Əmr №81k xx.xx.1986), xx.xx.1986-xx.xx.1988-ci illərdə Bakı tekstil ayaqqabı fabrikində 2 №-li sexə ayaqqabıçı (əmr № 205, 04.07.86), xx.xx.1988-xx.xx.1989-cu illərdə Azərbaycan SSR Dövlət Təchizatının Bakı Kommersiya Mərkəzində (əmr № 55, xx.xx.1988), xx.xx.1989-xx.xx.2000-ci il tarixdə Azərbaycan SSR Dövlət təchizatı Azərkirayə müəssisəsində elektrik avadınlarının çilingər elektriki (əmr № 4, xx.xx.1989), xx.xx.2001xx.xx.2002-ci illərdə "xxxx" MMC-də elektrik (əmr №119, xx.xx.2002) işləmiş, xx.xx.2003cü il tarixindən (Əmr № 122/k, xx.xx.2003-cü il) “Xəzərdənizneftqaztikinti” trestinin Tikintini Mexanikləşdirmə Filialına elektrik çilingəri peşəsinə işə qəbul edilmiş, xx.xx.2010-cu il tarixindən (Əmr № 24/k, xx.xx.2010-cu il) təmirçi çilingər peşəsinə keçirilmiş, xx.xx.2011ci il tarixindən (Əmr № 243/k, xx.xx.2011-ci il) əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2011-xx.xx.2013-cü illərdə "xxxx" MMC-nin nəqliyyat şöbəsində elektrik (Əmr K/Ə 179-2013, xx.xx.2013), xx.xx.2014-xx.xx.2017-ci illərdə İTM-İstehsalat Tikinti Mexanizasiya Şirkətində avto elektrik (Əmr № 78 5, xx.xx.2014) işləmiş, xx.xx.2019-cu il tarixindən halhazıradək (əmr № SOCAR **********00070020B00201, xx.xx.2019-cu il) SOCAR-ın “Neftqaztikinti” trestinin İxtisaslaşdırılmış Təmir Tikinti bölümünün 4 saylı tikinti quraşdırma sahəsində təmirçi-çilingər peşəsində işləyir. - “Azərlizinq” tərəfindən verilmiş 02 saylı xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, iddiaçı "Azərlizinq" şirkətinin operativ lizinq şöbəsində 03 may 1989-cu ildən 01 yanvar 2000-ci il tarixinə qədər çilingər-elektrik vəzifəsində işləmişdir və həmin vaxt faktiki akkumlyatorçu vəzifəsini yerinə yetirmişdir. Göstərilən bu illər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007 ci il tarixli 12 nömrəli sərəncamının 35-ci bəndinə əsasən zərərli işlər hesab edilir.
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İş materiallarından məlum olur ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə cavabdeh pensiya təyinatı orqanına müraciət etmiş, lakin sonuncu güzəştli iş stajının az 12 il 6 aydan az (1 il 4 ay 1 gün (xx.xx.1985xx.xx.1986-cı il tarixləri arasındakı dövrlər)) və ümumi iş stajının 25 ildən az (24 il (xx.xx.1978-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.2000-ci il, xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil etdiyini əsas gətirərək ona pensiya təyin edilməsindən imtina etmişdir. Məhkəmə qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa...; Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 55 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 57 yaşdan təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Beləliklə, iddiaçının tələbinin təmin edilməsi və ona 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun həmin tarixədək azı 25 il ümumi iş stajı olmalı, bunun 12 il 6 ayını müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahısında və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Yəni cavabdehin əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının az olması barədə mülahizəsi əsassızdır. Belə ki, iddiaçıya tətbiq edilməli hüquq normasının dispozisiyasında həmin tələb nəzərdə tutulmadığı üçün iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Məhkəmə cavabdehin ümumi iş stajının toplanmaması barədə dəlilləri ilə razılaşmır ona görə ki, iddiaçının əmək kitabçasına görə xx.xx.1978-xx.xx.1981-ci illərdə təhsil almaqla, xx.xx.1981- xx.xx.1981-ci illərdə Bakı dəmir yol yanında poçt müəssisəsində çilingər, xx.xx.1981-xx.xx.1983-cü illərdə həqiqi hərbi xidmətdə olmaqla, xx.xx.1984xx.xx.1984-cü illərdə Bakı Kondisioner zavodunda texniki nəzarət şöbəsində elektrik maşınların, aparatların və cihazların yığımının dərəcəli nəzarətçisi, xx.xx.1984-xx.xx.1986cı illərdə P.Montin adına X3 Zavodunda metal tökməçisi, xx.xx.1986-xx.xx.1988-ci illərdə Bakı tekstil ayaqqabı fabrikində 2 №-li sexdə ayaqqabıçı, xx.xx.1988-xx.xx.1989-cu illərdə Azərbaycan SSR Dövlət Təchizatının Bakı Kommersiya Mərkəzində, xx.xx.1989xx.xx.2000-ci illərdə Azərbaycan SSR Dövlət təchizatı Azərkirayə müəssisəsində elektrik avadınlarının çilingər elektriki, xx.xx.2001-xx.xx.2002-ci illərdə "xxxx" MMC-də elektrik (əmr №119, xx.xx.2002), xx.xx.2003-cü il tarixindən “Xəzərdənizneftqaztikinti” trestinin Tikintini Mexanikləşdirmə Filialında elektrik çilingəri peşəsinə işə qəbul edilib, xx.xx.2010xx.xx.2011-ci təmirçi çilingər, xx.xx.2011- xx.xx.2013-cü illərdə "xxxx" MMC-nin nəqliyyat şöbəsində elektik, xx.xx.2014-xx.xx.2017-ci illərdə İTM-İstehsalat Tikinti Mexanizasiya Şirkətində avtoelektrik, xx.xx.2019-xx.xx.2020-ci illərdə SOCAR-ın “Neftqaztikinti” trestinin İxtisaslaşdırılmış Təmir Tikinti bölümünün 4 saylı tikinti quraşdırma sahəsində təmirçiçilingər peşəsində işləməklə 25 ildən artıq ümumi iş stajını toplamışdır. Lakin iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasından və güzəştli arayışdan görünür ki, iddiaçı tələb olunan 12 il 6 ay güzəştli iş stajını xx.xx.2020-ci il tarixədək toplamamışdır. Belə ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin arxiv arayışlarına görə iddiaçı xx.xx.1985-xx.xx.1986-cı illərdə P.Montin adına X3 Zavodunda metal tökməçisi işləməklə cəmi - 1 il 4 ay 1 gün güzəştli iş stajını toplamışdır. İddiaçı “Azərlizinq” tərəfindən verilmiş 02 saylı xx.xx.2021-ci il tarixli arayışa istinad edərək operativ lizinq şöbəsində 03 may 1989-01 yanvar 2000-ci illərdə çilingər-elektrik vəzifəsində işləməsini və həmin vaxt faktiki akkumlyatorçu vəzifəsini yerinə yetirməsini və bunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007 ci il tarixli 12 nömrəli sərəncamının 35-ci bəndinə əsasən güzəştli şərtlərlə iş stajına hesablanmasını tələb etsə də, əmək kitabçasında onun çilingər-elektrik vəzifəsində işləməsi qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı onun akkumlyatorçu peşəsinə təyin edilməsi və işləməsi barədə heç bir əmr aşkar edilməmişdir. “SOCAR”ın xx.xx.2022-ci il tarixli SOCAR**********30490075X00347 saylı məktubu ilə bildirilmişdir ki, iddiaçının “Neftqaztikinti” trestində işlədiyi elektrik çilingəri və təmirçi çilingər peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının 2 saylı əlavəsi ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin" siyahısının “Neftqaztikinti" trestinin istehsalat sahələrinin aid olduğu “XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" bölməsində (kod:2290000a-dan 2290000b—24441-dək), Siyahının “XXXİİİ. Ümumi peşələr” bölməsində, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 29-cu, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin “a) fəhlələr” alt bölməsində və Siyahının “35. Ümumi peşələr" bölməsində öz əksini tapmamışdır. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçıya ünvalandığı imtina məktubu ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi baxımından nəticə etibarilə qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarını pozmamışdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2
Hakim Mehriban Qarayeva