Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-1670/2021 26.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil və Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Vergilər Nazirliyi 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 19.11.2019-cu il tarixli **********165657 nömrəli Səyyar vergi yoxlaması aktı əsasında qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29.12.2019-cu il tarixli **********195602 nömrəli Qərardan verilmiş şikayətin təmin olunub və ya olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 18.01.2016-cı il tarixdən vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir (VÖEN **********). Müəssisə avtomobillər üçün hissələrin, qovşaqların və ləvazimatların pərakəndə satışı ilə məşğul olur. Şirkətin hazırda 34 nəfər işçisi var. Şirkətin cari fəaliyyəti nəticəsində 2017-ci ildə 667 819.97, 2018-ci ildə 710 227.75, 2019-cu ildə 563 399.70 manat vergi və idxal zamanı 2017-ci ildə 24 645.40, 2018-ci ildə 97 477.91, 2019-cu ildə 41 022.32 manat ƏDV dövlət büdcəsinə ödənilmişdir. 2 saylı Ərazi Vergilər Baş İdarəsi 22.06.2018 tarixli **********154171 saylı qərarına əsasən 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Regional gəlirlər İdarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsi tərəfindən müəssisədə 09.07.2018-ci il tarixdə başlanılmış və 10.01.2019-cu il tarixdə başa çatdırılmış növbəti səyyar vergi yoxlaması aparılmışdır. Yoxlamanın nəticəsi olaraq, 10.01.2019-cu il tarixli **********165657 saylı Səyyar vergi yoxlaması Aktı tərtib edilmiş və müəssisədə cəmi 569 890.63 manat vergilərin azaldılması müəyyən olunmuş və 687 563.12 manat maliyyə sanksiyası hesablanmışdır. Həmin akta iddiaçı tərəfindən etiraz verilmiş və idarə tərəfindən yenidən yoxlama aparılaraq 16.04.2019-cu il tarixli **********165657 saylı Səyyar vergi yoxlaması Aktı tərtib edilmiş və müəssisədə cəmi 481 709.88 manat vergilərin azaldılması müəyyən olunmuş və 240 854.95 manat maliyyə sanksiyası hesablanmışdır. Lakin iddiaçıya məlum olmayan və qanunla nəzərdə tutulmayan səbəblərdən həmin akt ləğv edilərək yenidən yoxlama təyin edilir. 15.07.2019-cu il tarixli **********165657 saylı Səyyar vergi yoxlaması Aktı tərtib edilmiş və müəssisədə cəmi 481 709.88 manat vergilərin azaldılması müəyyən olunmuş və 240 854.95 manat maliyyə sanksiyası hesablanmışdır. Həmin akta da iddiaçı tərəfindən etiraz verilmiş və idarə tərəfindən yenidən yoxlama təyin edilərək 10.01.2019-cu il tarixli **********165657 saylı Səyyar vergi yoxlaması Aktı tərtib edilmiş və müəssisədə cəmi 569 890.63 manat vergilərin azaldılması müəyyən olunmuş və 687 563.12 manat maliyyə sanksiyası hesablanmışdır. Həmin akta iddiaçı tərəfində etiraz verilmiş və idarə tərəfindən yenidən yoxlama 19.11.2019-cu il tarixli **********165657 saylı Səyyar vergi yoxlaması Aktı tərtib edilmiş və müəssisədə cəmi 330 236.1 manat vergilərin azaldılması müəyyən olunmuş və 165 118.07 manat maliyyə sanksiyası hesablanmışdır. Lakin bu dəfə müəssisəyə həmin aktla tanış olub qanunvericiliklə nəzərdə tutulmuş müddət verilmədən (guya saxta imza olan poçt qəbzi ilə göndərilmişdir) 28.12.2019-cu il tarixində səyyar vergi yoxlaması aktına baxılma haqqında **********105500 saylı protokol tərtib edilmiş iddiaçı iş materialları ekspert rəyi və aktla tanış edilərək 29.12.2019-cu il tarixli **********195602 saylı Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar qəbul edilmişdir. Aşağıda göstərilən hallara əsasən iddiaçı hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının tələbləri və vergi qanunvericiliyi pozulmuşdur. 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 25.02.2019 tarixli, **********177244 nömrəli, 27.05.2019 tarixli, **********183813 nömrəli, 26.08.2019 tarixli, **********188983 nömrəli əlavə vergi yoxlamaları və 08.10.2019 tarixli, **********191244 nömrəli aktın tərtibinin müddətinin uzadılması barədə yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə müvafiq olaraq qeydiyyata alınmadan qanunsuz aparılmışdır. Bu səbəbdən həmin yoxlamaların hüquqi nəticəsi olmamalıdır. Vergi orqanı vergi yoxlamasının materiallarına baxılmanın yeri və vaxtı haqqında vergi ödəyicisinə əvvəlcədən məlumat verir. Lakin yoxlama zamanı 25.02.2019-cu il tarixli **********177244 saylı, 27.05.2019-cu il tarixli **********183813 saylı, 26.08.2019-cu il tarixli **********188983 saylı və 08.10.2019-cu il tarixli **********191244 saylı qərarlar qəbul edilmişdir. Həmin qərarlar isə yuxarıda qeyd olunan maddələrinin tələblərinə zidd olaraq MMC-dən xəbərsiz və MMC nümayəndələrinin iştirakı təmin edilmədən qəbul edilmişdir ki, həmin qərarlar Vergi Məcəlləsinin 49.5-ci maddəsinin tələbinə əsasən vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. 10.01.2019-cu il tarixli **********165657 saylı Səyyar vergi yoxlaması Aktı tərtib edilmiş həmin akta iddiaçı tərəfindən etiraz verilir və vergi orqanı tərəfindən əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar qəbul olunur. 16.04.2019-cu il tarixində **********165657 saylı Səyyar vergi yoxlaması Aktı tərtib edilmiş lakin bizə məlum olmayan səbəblərdən həmin aktın heç bir hüquqi nəticəsi olmadan 15.07.2019-cu il tarixində **********165657 saylı Səyyar vergi yoxlaması Aktı tərtib edilmiş və akta da iddiaçı tərəfindən etiraz verilir və vergi orqanı tərəfindən əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar qəbul olunur. Lakin 19.11.2019-cu il tarixində **********165657 saylı Səyyar vergi yoxlaması Aktı tərtib edilir lakin əvvəlki aktlardan fərqli olaraq bu akt nə elektron qaydada nə də bilavasitə müəssisəyə təqdim edilmir. Əvəzində guya poçtla göndərilir və müəssisənin əməkdaşı tərəfindən poçt qəbzinə imza edilməklə qəbul edilir. Bundan sonra 28.12.2019-cu il tarixində səyyar vergi yoxlamasının nəticəsinə baxılması ilə əlaqədar idarəyə dəvət edilərək **********105500 saylı protokol tərtib edilir və 29.12.2019-cu il tarixli **********195602 saylı Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar qəbul edilir. 19.11.2019-cu il tarixində **********165657 saylı Səyyar vergi yoxlaması Aktını guya qəbul etmiş müəssisənin əməkdaşı Məhərrəmov Arif barəsində müəssisədə intizam icraatı başlamış və müəyyən olunmuşdur ki, poçt qəbzində olan imza ona məxsus deyil və onun tərəfindən həmin akt ümumiyyətlə təhvil alınmamışdır. Bu səbəbdən onun barəsində başlanmış intizam icraatına pozuntunun olmaması səbəbindən xitam verilmişdir (sənədlər şikayətə əlavə olunur). Məsələnin aydınlaşdırılması ilə bağlı aidiyyəti orqanlara şikayət verilib və nəticəsi gözlənilir. Hesab edirik ki, 10.01.2019-cu il tarixli **********165657 saylı Səyyar vergi yoxlaması Aktından və 15.07.2019-cu il tarixində **********165657 saylı Səyyar vergi yoxlaması Aktından iddiaçı tərəfindən verilən etirazlar baxılarkən iddiaçı dəvət olunmamış və bununla da AR VM nin 39.7-ci maddəsinin tələbləri pozulmuşdur yəni Vergi ödəyicisi tərəfindən vergi yoxlaması aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə, yoxlamanın materialları vergi ödəyicisinin vəzifəli şəxslərinin və ya fərdi sahibkarın və (və ya) onların nümayəndələrinin iştirakı ilə baxılır. Bundan əlavə vergi orqanı tərəfindən 16.04.2019-cu il tarixində **********165657 saylı Səyyar vergi yoxlaması Aktı tərtib edilmiş və onun aqibəti və hüquqi nəticəsi hələ də iddiaçıya bəlli deyil və bu halın hansı qanunla tənzimlənməsi sual doğurur. 19.11.2019-cu il tarixində **********165657 saylı Səyyar vergi yoxlaması Aktı qəbul edilərkən iddiaçı həmin akta etiraz vermək hüququndan məhrum edilmiş və bununla da VM-nin 39.4-cü maddəsinin (Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir) və 39.5ci maddəsinin (Vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrıayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır.) tələbləri kobud şəkildə pozulmuşdur. Hətta səyyar vergi yoxlamasının keçirilməsini qanuni hesab edilsə belə yoxlama zamanı da ciddi qanun pozuntularına və qeyri obyektiv araşdırmaların mövcud olmasını görərik. Belə ki, səyyar vergi yoxlamasının və onun əsasında tərtib olunmuş 19.11.2019-cu il tarixində **********165657 saylı Səyyar vergi yoxlaması Aktının əsasını satılan malların bazar qiymətinin müəyyənləşdirilməsi üçün 02.07.2019-cu il tarixli, **********l86113 saylı Ekspertizanın təyin edilməsi barədə qərar əsasında verilmiş ekspert rəyi təşkil edir Hesab edirəm ki, hazırkı vəziyyətdə ekspertizanın təyin olunması qanunsuzdur belə ki, AR VM-nin 44.1-ci maddəsinə əsasən Zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər. Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir. Müəssisə tərəfindən yoxlayıcıya bütün zəruri maliyyə sənədləri o cümlədən malların dəyərini əks etdirən gömrük (statistik bazar qiymətləri göstərilməklə) zəruri sənədlər daxil olmaqla təqdim olunduğu halda yoxlayıcı tərəfindən ekspertizanın təyin olunmasında zərurətin nədən ibarət olduğu aydın deyildir. Daha sonra Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Apellyasiya Şurası (bundan sonra - Şura) hüquqi şəxs İddiaçı (VÖEN: **********) inzibati aktın icrasının dayandırılması barədə 07.02.2020-ci il tarixli (AVİS qeydiyyatı: 10.02.2020-ci il tarixli **********476100 nömrəli) şikayətinə baxaraq şikayəti təmin etmiş və yenidən icraata götürməklə müvafiq inzibati araşdırmanın aparılması barədə qərar qəbul etmişdir. Hesab edirik ki, yuxarı vergi orqanı yuxarıda göstərilən halları nəzərə alaraq Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Apellyasiya Şurasının 08.05.2020-ci il tarixli **********119300 tarixli qərarını icra etməklə qərar qəbul etməlidir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yazılı etiraz təqdim edərək bildirmişdir ki, Dövlət Vergi Xidməti yanında 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 22.06.2018-ci il tarixli, **********154171 saylı qərara əsasən İddiaçı MMC-də 01.01.2017-ci il tarixdən 30.04.2018-ci il tarixədək olan dövr əhatə edilməklə növbəti səyyar vergi yoxlaması təyin olunmuş yoxlamanın nəticəsi 19.11.2019cui l tarixli aktla rəsmiləşdirilmiş və 29.12.2019-cu il tarixdə “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Yoxlamanın nəticəsində aparılmış hesablama və qəbul edilmiş qərarlarla razılaşmayan vergi ödəyicisi yuxarı orqan olan Dövlət Vergi Xidmətinə inzibati şikayətlə 24.01.2020-ci il və 01.02.2020-ci il tarixlərdə “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29.12.2019-cu il tarixli, **********3195602 nömrəli Qərarın icrasının dayandırılması barədə müraciət etmişdir. Həmin müraciətlər üzrə 05.02.2020-ci il tarixdə “İnzibati aktın icrasının dayandırılmasından imtina barədə” Qərar qəbul olunmuşdur. Qeyd olunan “İnzibati aktın icrasının dayandırılmasından imtina barədə” 05.02.2020-ci il tarixli **********405700 nömrəli Qərardan verilmiş 07.02.2020-ci il tarixli şikayətə Vergilər Nazirliyinin Apellyasiya Şurasında baxılmış və bu barədə 18.05.2020-ci il tarixli qərar qəbul olunaraq, 05.02.2020ci il tarixli “İnzibati aktın icrasının dayandırılmasından imtina barədə” Qərar ləğv edilmiş və səyyar vergi yoxlamasının nəticələrindən narazılıq barədə və inzibati aktın icrasının dayandırıması barədə şikayətlərin yenidən icraata götürməklə müvafiq inzibati araşdırmanın aparılması tapşırılmışdır. Araşdırma zamanı büdcəyə yayındırılmış 326.886,06 manat vergi məbləğin külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktının təşkil etməsi və toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması nəzərə alınaraq, yoxlama materiallarının əmələ cinayət hüquqi qiymət verilməsi üçün cinayət təqibini həyata keçirən Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərdiyi müyyən edilmişdir. Nəticədə, İddiaçı MMC tərəfindən külli miqdar təşkil edən 326.886,06 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə 02.09.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində Azərbacan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlamışdır. Bununla da, yenidən inzibati araşdırma aparılması üçün icraata yönəldilən və hüquqi qiymət tələb edən məsələlər artıq başlanmış cinayət işi üzrə icraatın predmetini təşkil etdiyindən, 02.09.2020ci il tarixli **********993600 nömrəli məktubla iddiaçıya şikayətində qeyd olunan hallarla bağlı cinayət işi üzrə istintaqın (və ya məhkəmə istintaqın) davam etdiyini nəzərə alaraq, şikayətə inzibati icraat qaydasında baxılmasının mümkün olmadığı bildirilmişdir. Beləliklə, mübahisələndirilən inzibati akt üzrə İddiaçı MMC barəsində cinayət təqibi başlanıldığından müvafiq inzibati araşdırmanın aparılması mümkün olmamışdır. Digər tərəfindən, iddiaçı eyni zamanda Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 29.12.2019-cu il tarixli məsuliyyət qərarının ləğv edilməsi və hesablanmış vergi və maliyyə sanksiyasının Cəmiyyətin şəxsi hesab vərəqəsindn silinməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Hazırki iş üzrə əsas inzibati akt ayrıca mübahisələndirildiyindən, həmin inzibati aktın nəticələrinin aradan qaldırılmasına dair inzibati şikayət üzrə qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi və ya məhkəmə tərəfindən həmin inzibati şikayət üzrə yenidən inzibati araşdırma aparılması öhdəliyinin inzibati orqanın üzərinə qoyulması iddiaçının iddia ərizəsi ilə tələb etdiyi hüquqi nəticəyə gətirib çıxarmayacaqdır. Bu isə öz növbəsində iddiaçının iddia tələbinin əsassız və qanunamüvafiq olmadığını göstərir. Bəli ki, iddia tələbinin “Qərardad verilmiş şikayətin təmin olunub və ya olunmaması barədə qərarın qəbul edilməsi” kimi ifadə olunmaqla bir-birinə zidd iki tələbin qoyulması bir daha onun əsassız olduğuna dəlalət edir. Halbuki, yuxarıda qeyd olunduğu üzrə vergi orqanı tərəfindən İddiaçı MMC-dən daxil olmuş hər iki inzibati şikayət üzrə vergi orqanı tərəfindən müvafiq qərarlar qəbul edilməklə qanunamüvafiq qaydada baxılması təmin edilmiş və iş üzrə materiallar cinayət təqibini həyata keçirən orqana göndərildikdən sonra bu barədə iddiaçı müvafiq qaydada məlumatlandırılmış, ona qanunvericiliyin tələbləri izah olunmuş, inzibati şikayətində qeyd etdiyi məsələlərə dair sübutlar çərçivəsində qiymət verilməsi üçün müdafiə tərəfi olaraq həmin məlumatları cinayət prosesini həyata keçirən orqana təqdim etdiyi tövsiyyə olunmuşdur. Sözsüz ki, iddiaçının narazı qaldığı məsələlər inzibati orqanın cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyəti çərçivəsində araşdırılaraq nəticəsindən asılı olaraq qərar veriləcəkdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6368/2021 nömrəli 13.11.2020-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə Azərbaycan Respublikasının Vergilər Nazirliyi 2 saylı Ərazi Vergilər İdarəsinin 19.11.2019-cu il tarixli, **********165657 nömrəli Səyyar vergi yoxlaması aktı əsasında qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29.12.2019-cu il tarixli **********195602 nömrəli qərardan iddiaçı tərəfindən verilmiş şikayətə baxılması üçün cavabdeh inzibati orqana 1 aylıq müddət təyin edilməsi və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Xidməti həmin müddət ərzində bunun nəticəsi barəsində məhkəməyə məlumat verilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-910/2021 nömrəli, 24.02.2021-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6368/2020 saylı 13 noyabr 2020-ci il tarixli qərardadı ləğv edilmiş və iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bir sıra prosessual hərəkətlər edildikdən sonra iş üzrə məhkəmə iclası 26 oktyabr 2021-ci il tarixə təyin edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən 26.10.2021-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyi 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 19.11.2019-cu il tarixli **********165657 nömrəli Səyyar vergi yoxlaması akt əsasında qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29.12.2019-cu il tarixli **********195602 nömrəli Qərardan verilmiş şikayətin təmin olunub və ya olunmaması barədə qərarın verilməməsi hərəkətlərinin qanunsuz hesab edilməsini xahiş etmişdir. Məhkəmə vəzifə səlahiyyətlərindən istifadə edərək, iddiaçının səlahiyyətli nümayəndəsinə “hüquqi yardım” göstərmiş, həmçinin məhkəmə iclasında iddiaçının hüquqi marağı qiymətləndirilmiş və iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmiş, lakin iddiaçı dəqiqləşdirilmiş ərizəni məhkəməyə təqdim etməmişdir. İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)- 1278/2020 nömrəli 9 sentyabr 2020-ci il tarixli Sərəncamının surətindən görünür ki, İddiaçı Sumqayıt İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdehin 19.11.2019-cu il tarixli **********165657 nömrəli Səyyar vergi yoxlaması akt əsasında qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29.12.2019-cu il tarixli **********195602 nömrəli qərarın ləğv edilməsi tələbinə dair iddia qaldırmışdır. İlk öncə məhkəmə qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər hansı bir iddia hüquqi cəhətdən yoxlanılmalı və iddianın mümkünlüyü və əsaslılığı məsələləri aydınlaşdırılmalıdır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmaması araşdırılır. Qaldırılan iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, qərarındakı hüquqi mövqelərə görə 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddiaçı Azərbaycan Respublikasının Vergilər Nazirliyi 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 19.11.2019-cu il tarixli **********165657 nömrəli Səyyar vergi yoxlaması akt əsasında qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29.12.2019-cu il tarixli **********195602 nömrəli Qərardan verilmiş şikayətin təmin olunub və ya olunmaması barədə qərarın verilməməsi hərəkətlərinin qanunsuz hesab edilməsi xahiş etsə də, irəli sürdüyü tələb ilə nəyə nail olmaq istədiyini, hüquqi marağının nədən ibarət olduğunu göstərməmişdir. İşin hallarının araşdırılması prinsipinin tətbiqinə başlanılması və onun mümkünlüyü yalnız iddiaçının nəyə nail olmaq istədiyini aydın ifadə etməsindən asılıdır. Bu baxımdan İPM-in 46.1.3-cü maddəsi iddia ərizəsində iddiaçının tələbinin nədən ibarət olduğunun göstərilməsini imperativ (məcburi) olaraq tələb edir. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29.12.2019-cu il tarixli **********195602 nömrəli Qərarı ilə razı deyil. Məhkəmə araşdırması zamanı isə müəyyən olunmuşdur ki, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsinə qarşı 19.11.2019-cu il tarixli **********165657 nömrəli Səyyar vergi yoxlaması akt əsasında qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29.12.2019-cu il tarixli **********195602 nömrəli qərarın ləğv edilməsi tələbi ilə bağlı Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmışdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №e-2-1(112)-1670/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-1670/2021
26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver