Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-16915/2025 06.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Vahid oğlunun sədrliyi, İsmayılova Fidan Səxavət qızının katibliyi, İddiaçı nümayəndəsi qismində vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsi, 15 saylı evin, 30/32 saylı mənzilə dair verilmiş, ********** qeydiyyat nömrəli xx.xx.2025-ci il tarixli çıxarışa cari dəyişiklik edilməklə, ümumi sahəsi 100 kv.m olan mənzilə dair çıxarışın və texniki pasportun iddiaçının adına verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, kın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən **********49-05101-093006 reyestr nömrəsi ilə X2 adına xx.xx.2010-cu il tarixində qeydiyyat alınmış və ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir (qeydiyyat nömrəsi-**********). Sözügedən çıxarışda daşınmaz əmlakın ümumi sahəsi 100 kv.m göstərilmişdir. xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsi, 15 saylı evin, 30/32 saylı ümumi sahəsi 100 kv.m olan mənzilə dair X4(“Satıcı”) və İddiaçı(“Alıcı”) arasında daşınmaz əmlakın alqı-satqısına dair AN-İN ******* nömrəli müqavilə bağlanılmışdır. Həmin müqavilə əsasında İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Lakin sözügedən çıxarışda mənzilin ümumi sahəsi 32 kv.m olaraq göstərilmişdir. Mənzilin həm faktiki, həm də çıxarış üzərində ölçüsünün 100 kv.m olduğunu nəzərə alaraq, iddiaçı tərəfindən texniki yalnışlığın aradan qaldırılması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində düzəlişlərin edilməsi barədə ərizə ilə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı BakıƏrazi İdarəsinə müraciət edilmişdir. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən müraciətə baxılmış və xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2- 25212/**********5252/2 nömrəli məktubla məsələnin həllindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, mənzilə dair texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu planlarının hazırlanması təmin edilməlidir. Daha sonra xx.xx.2025-ci il tarixli ərizə ilə iddiaçı tərəfindən müraciət edilərək, əmlakın faktiki vəziyyətinin 100 kv.m olması nəzərə alınmaqla mövcud yalnışlığın aradan qaldırılaraq ümumi sahəsi 100 kv.m olan mənzilə dair çıxarışın və texniki pasportun verilməsi xahiş edilmişdir. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən müraciətə baxılmış və xx.xx.2025-ci il tarixli, 321-3-30/234732/**********634732 saylı məktubla məsələnin həllindən imtina edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan imtina məktubunda qeyd edilmişdir ki, təqdim edilmiş 4Ə-562 nömrəli xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsində mənzilin sahəsi 100.0 kv.m. qeyd edilsə də, daşınmaz əmlakın dövlət reyestrində saxlanılan əsasən qeyd olunan mənzil üzərində əvvəlki mülkiyətçinin hüququ qeydiyyata alınan zaman mənzilin sahəsi 32.0 kv.m. kimi göstərilmiş, buna müvafiq olaraq mənzilin ölçüsü 32.0 kv.m. kimi qeyd edilməklə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9.1,2ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Yuxarıda qayd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı “Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsi, 15 saylı evin, 30/32 saylı mənzilə dair verilmiş, ********** qeydiyyat nömrəli xx.xx.2025-ci il tarixli çıxarışa cari dəyişiklik edilməklə, ümumi sahəsi 100 kv.m olan mənzilə dair çıxarışın və texniki pasportun iddiaçının adına verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması”na dair iddia tələbi etirazla qarşılanır. İddiaçı müvafiq iddia tələbi ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********32 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilmiş 4Ə-562 nömrəli, xx.xx.2025-ci il tarixli alqısatqı müqaviləsində mənzilin sahəsi 100.0 kv.m. qeyd edilsə də, daşınmaz əmlakın dövlət reyestr məlumatlarına əsasən qeyd olunan mənzil üzərində əvvəlki mülkiyətçinin hüququ qeydiyyata alınan zaman mənzilin sahəsi 32.0 kv.m. kimi göstərilmiş, buna müvafiq olaraq mənzilin ölçüsü 32.0 kv.m. kimi qeyd edilməklə iddiaçının adına daşınmaız əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununnu 9.1.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda baş vermiş dəyişikliklə əlaqədar olaraq cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi nəzərə alınmışdır. II. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi qismində vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İİİ. Tədqiq edilən sübutlar Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 100 kv.m olan mənzilə dair xüsusi mülkiyyət hüququ (tam) xx.xx.2010-cu il tarixdə X2 adına qeydiyyata alınmışdır. Reyestrdə 4Ə-562 nömrə ilə qeyd olunan xx.xx.2025-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən X3 ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 100 kv.m olan mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətinə vermişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 32 kv.m olan mənzilə dair xüsusi mülkiyyət hüququ (tam) xx.xx.2025-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) Aktına əsasən mənzilin hüquqmüəyyənedici sənəd üzrə ölçüsü 32 kv.m, faktiki sahəsi 32.0 kv.m təşkil edir. Qeydiyyatdan keçmiş mənzil **********49-05101-093006 reyestr nömrəli çıxarışla arxiv cizgi arasında uyğunsuzluq aşkar edilmədi. ünvan 1 ünvanında İddiaçı istifadəsində olan mənzilin ölçü cizgisi iş materiallarına əlavə olunmuşdur. IV. İddianın növü və mümkünlüyü İddianın növü öhdəliyin icrasına dair iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. İddia mümkündür. V. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: İddia ərizəsinin məzmunundan aydın olur ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsi, 15 saylı evin, 30/32 saylı mənzilə dair verilmiş, ********** qeydiyyat nömrəli xx.xx.2025-ci il tarixli çıxarışa cari dəyişiklik edilməklə, ümumi sahəsi 100 kv.m olan mənzilə dair çıxarışın və texniki pasportun iddiaçının adına verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 9.5. Hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın elektron üsulla təqdim olunması 3 gün müddətində həyata keçirilir. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 100 kv.m olan mənzilə dair xüsusi mülkiyyət hüququ (tam) xx.xx.2010-cu il tarixdə X2 adına qeydiyyata alınmışdır. Reyestrdə 4Ə-562 nömrə ilə qeyd olunan xx.xx.2025-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən X3 ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 100 kv.m olan mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətinə vermişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 32 kv.m olan mənzilə dair xüsusi mülkiyyət hüququ (tam) xx.xx.2025-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə nəzərə alır ki, daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasının hüquqi əsası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsində nəzərdə tutulmuş notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi olmuşdur. İddia tələbinin predmeti olan mənzil ilkin olaraq X2 mülkiyyətində olmuş və xx.xx.2025-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən İddiaçı mülkiyyətinə verilmişdir. Həmin mənzilə dair X2 adına tərtib olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda və xx.xx.2025-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsində daşınmaz əmlakın sahəsi 100 kv.m olaraq qeyd edilmişdir. Məhkəmə eyni zamanda nəzərə alır ki, mübahisələndirilən mənzilə dair cari vəziyyəti əks etdirən ölçü cizgisi tərtib olunmuş və iş materiallarına əlavə edilmişdir. Müvafiq cizgiyə əsasən daşınmaz əmlakın ümumi sahəsi 100 kv.m müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi qanunvericiliklə ona həvalə olunmuş vəzifə və səlahiyyətlər çərçivəsində daşınmaz əmlaklara dair məlumatların düzgünlüyünə və dəqiqliyinə görə məsuliyyət daşıyır. Hazırkı mübahisə predmeti olan vəziyyət, yəni iddiaçıya məxsus daşınmaz əmlakın faktiki ölçüsü və hüquq müəyyənedici sənəd üzrə ölçüsü arasında uyğunsuzluğun mövcud olması cavabdeh orqanın məsuliyyəti və müdaxilə səlahiyyəti daxilində olan məsələlərdir və qeyd edilən hal onun tərəfindən aradan qaldırılmalıdır. Belə ki, iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış olsa da, mövcud olan problem həmin hüquqların tam və maneəsiz həyata keçirilməsinə imkan vermir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilən hüquqlara əsasən, mülkiyyət hüquqları toxunulmazdır və dövlət tərəfindən qorunur. Buna görə də, bu hüquqların müdafiəsi və təminatı mütləqdir və qanunvericiliyə uyğun olaraq təmin edilməlidir. Hazırda mövcud olan vəziyyət (daşınmaz əmlakın faktiki ölçüsü və hüquq müəyyənedici sənəd üzrə ölçüsü arasında uyğunsuzluq) gələcəkdə iddiaçının mülkiyyət hüquqlarını qeyri-qanuni şəkildə məhdudlaşdırmaqla yanaşı, həm də dövlətin mülkiyyətin qorunması ilə bağlı verdiyi zəmanətləri və etimadı sarsıda bilər. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur. “Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı, və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında" Azerbaycan Respublikası iqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsi" yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilatı xarakterli tədbirlər başa çatdırıldıqdan sonra "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Odur ki, iddia təmin edilməli, İddiaçı adına Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsi, ev 15, 30/32 saylı mənzilə dair verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2025-ci il tarixli çıxarışa cari dəyişiklik edilərək daşınmaz əmlakın sahəsi 100 kv.m qeyd olunmaqla olan mənzilə dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilən Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. İddiaçı adına Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsi, ev 15, 30/32 saylı mənzilə dair verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2025-ci il tarixli çıxarışa cari dəyişiklik edilərək daşınmaz əmlakın sahəsi 100 kv.m qeyd olunmaqla olan mənzilə dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X9
Məhkəmə qərarları › İş №e-2-1(112)-16915/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-16915/2025
06.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver