Məhkəmə qərarları › İş №e-2-1(112)-1697/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1697/2023

27.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1697/2023 27.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2003-cü il tarixdə dünyaya gəlmiş oğlu X7 doğum haqqında şəhadətnamənin verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, övladları xx.xx.1995-ci il təvəllüdlü X9 və xx.xx.1996-cı il təvəllüdlü X3 rayon Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında şəhadətnamələrini almışlar. Lakin, 3-cü övladı xx.xx.2003-cü il təvəllüdlü X2 rayon Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında şəhadətnaməsini ala bilmir. Suraxanı rayon Qeydiyyat şöbəsi doğum haqqında şəhadətnaməni verməkdən imtina edir. Suraxanı rayon 3 X24nin xx.xx.2022-ci il tarixli arayışında təsdiq edir ki, X11 3 mömrəli doğum evində xx.xx.2003-cü il tarixdə həqiqətən cinsi oğlan uşağı dünyaya gətirmişdir. Bakı Şəhər Suraxanı Rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də cavabdeh xx.xx.2022-ci il tarixli məktubu ilə müraciətini təmin etməkdən imtina etmişdir. Lakin məktubun sonunda Bakı Şəhər Suraxanı Rayon Qeydiyyat Şöbəsi xx.xx.2022-ci il tarixli cavab məktubunun dövlət qeydiyyatında imtina sayılmadığını bildirsə də əslində onun ərizəsini rədd etmişdir. xx.xx.2003-cü ildə dünyaya gəlmiş X4 doğum haqqında şəhadətnamənin verilməsi Bakı Şəhər Suraxanı Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulmalıdır. Bundan əvvəl iki övladı da dünyaya gəlmiş və xx.xx.1995-ci il təvəllüdlü X12 və xx.xx.1996-cı il təvəllüdlü X3 rayon Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında şəhadətnamələrini almışlar, lakin üçüncü övladına doğum haqqında şəhadətnamə verməkdən imtina edilir. Azərbaycan Respublikası İcbari X22 X14 Ərazi Bölmələrini İdarəetmə Birliyi “X15“ X23 3 X24 tərəfindən iddiaçının nümayəndəsinə (vəkilinə) təqdim olunmuş 32 saylı 25 aprel 2022-ci il tarixli arayışa əsasən X11 03 X24ndə xx.xx.2003-cü il tarixdə həqiqətən cinsi oğlan uşağı doğmuşdur. Cavabdeh tərəfindən iddiaçının nümayəndəsinə (vəkilinə) təqdim olunmuş məktubda bildirilmişdir ki, sorğuya əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən doğumun dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlərin əlavə edilmədiyi məlum olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasına əsasən doğumun dövlət qeydiyyatına alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.1 valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2 valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3 doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4 uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5 uşaq ölü doğulubsa onun ödü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6 uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd. Siyahıda göstərilən sənədləri təqdim etdikdən sonra Sərxan Şxıyevin doğumu dövlət qeydiyyatına alına bilər. Əks halda aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunur. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 725-05/75 saylı, xx.xx.2022-ci il tarixli və 855-05/75 saylı xx.xx.2022-ci il tarixli məktublarda bildirilmişdir ki, məsələ ilə bağlı araşdırma aparılarkən X4 “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasına əsasən doğumun dövlət qeydiyyatına alınması üçün zəruri olan yəni, ananın şəxsiyyətini təsdiq edən sənədin olmadığı məlum olmuş və bu səbəbdən vətəndaşın doğumunu qeydə almaq mümkün olmamışdır. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddiaçının arvadının şəxsiyyətini təsdiq edən sənədi olmadığından oğluna bu günə kimi doğum haqqında şəhadətnamə ala bilməmişlər. Belə ki, Sərxanın anası, iddiaçının isə həyat yoldaşı olan X1 Respublikasında anadan olmuş, lakin bu barədə təsdiq edici sənədləri heç vaxt olmamışdır. Bu səbəblərdən də, cavabdeh inzibati orqana müraciət edərkən ananın şəxsiyyətini təsdiq edən sənəd təqdim etməmişlər. Məhkəmədən iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin şifahi məhkəmə baxışı iclasında iddiaçı iştirak etməmişdir. Cavabdeh işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən Ədliyyə nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İddia məcburetmə haqqında iddiadır. İddiaçı mümkünlük şərtlərinə cavab verən iddia predmeti üzrə inzibati məhkəməyə müraciət etdiyindən arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsini seçmədiyini və konkret halda hüquqi müdafiəyə ehtiyacı olmadığını iddia etmək olmaz. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Qaydanın 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İşin məhkəmə araşdırılması ilə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı oğlu X7 doğum haqqında şəhadətnamənin verilməsi tələbi ilə müraciət edərkən onun anasının şəxsiyyətini təsdiq edən sənədi cavabdeh inzibati orqan Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə təqdim etmədiyindən (bu, işin mübahisə olunmayan hallarına aiddir), cavabdeh Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydanın 2.5.ci bəndinə istinad etməklə “ölümün qeydə alınması”ndan və doğum haqqında şəhadətnamənin verilməsindən imtina etməkdə haqlı olmuşdur. Odur ki, cavabdeh Suraxanı rayon qeydiyyat şöbəsinin imtinası qanuna zidd qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və zərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar