Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1700/2023 23.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X14 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsi, ev 2 ünvanında yerləşən 94 saylı mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin **********0 saylı xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən ünvanladığı "Mənzilin üzərində hüquqların onun adına dövlət qediyyatına alınaraq bu barədə Çıxarışın və texniki sənədlərin verilməsinə dair” ərizəsinə imtina edilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən 94 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2022-ci il tarixli ********** nömrəli təkrar müraciətinə tərəflərindən baxılmışdır. Bildirirlər ki, qeyd olunan məsələ ilə bağlı müraciətinə **********60 nömrəli xx.xx.2022-ci il tarixli məktubla cavab verilmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır. Cavabdehin xx.xx.2022-ci il tarixli ********** nömrəli məktubuna əsasən "Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsi, 2 saylı evin, 94 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli ərizəsinə baxılmışdır. Bununla əlaqədar olaraq bildirirlər ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi. Mustafa Sübhi küçəsi, 2 saylı evin, 94 saylı mənzilinə dair təqdim etdiyi Əzizbəyov (Xəzər) rayon XDS İK-nın xx.xx.1974-cü il tarixli, 27 saylı qərarına əsasən verilmiş 126221 saylı, xx.xx.1974-cü il tarixli order ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq Əzizbəyov (Xəzər) rayon XDS İK-nın xx.xx.1974-cü il tarixli, 27 saylı qərarı ilə vətəndaş İddiaçı mənzil verilməsinin aşkar edilmədiyi bildirilmişdir. Aşağıdakılara əsasən həmin imtinanı qanunsuz, əsassız və ədalətsiz hesab edir. Belə ki, ünvan 2 ünvanında yerləşən 94 saylı mənzil ona 126221 saylı 15 may 1974-cü il tarixli Order əsasında verilmişdir. Həmin order cavabdehə təqdim olunmuşdur. Buna baxmayaraq, cavabdeh faktiki olaraq, həmin orderin mənzilin üzərində hüquqların tanınması üçün əsas olmadığını bildirmişdir. Halbuki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. Əlavə olunmuş Mənzilin 126221 saylı 15 may 1974-cü il tarixli Orderin əsasən Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsi, ev 2, ünvanında yerləşən 94 saylı mənzili ona işlədiyi zavoddan verilməsi təsdiq edilmişdir. Bundan başqa xx.xx.2021-ci il tarixli ASAN xidmət tərəfindən verilmiş arayışa əsasən onun və ailə üzvlərinin həmin mənzildə daimi qeydiyyatda olduqları təsdiq olunmuşdur. Əlavə olunmuş ərizələrə əsasən mənzilin onun adına dövlət qeydiyyatına alınaraq, çıxarışın verilməsinə razılıqlar verilmişdir. Əlavə olunmuş Xəzər rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, K-17-092 saylı Məktubuna əsasən təsdiq edilmişdir ki, Xəzər (Əzizbəyov) Rİn Başçısı Aparatında saxlanılan sənədlərə əsasən, Əzizbəyov rayon XDS İK-nın xx.xx.1974-cü il tarixli, 27 nömrəli Qərarı ilə vət. İddiaçı Bakı şəhəri, Buzovna qəsəbəsi, M.Sübhi küçəsi, ev 2, giriş qapısı 6, mərtəbə 6, yaşayış sahəsi 30,15 kv.m. olan 2 otaqlı, 94 saylı mənzilinə xx.xx.1974- cü il tarixli, 126221 nömrəli order verilmişdir. Göründüyü kimi, cavabdeh müxtəlif bəhanələr gətirməklə onun qanunla qorunan hüquqlarını kobud pozmuş və ona qanunsuz olaraq, imtina vermişdir. Odur ki, cavabdehin imtinası qanunsuz olduğundan ləğv edilməli və onun pozulmuş hüquqları bərpa edilməlidir. Qanunun 9.2-ci maddəsinə əsasən qeydiyyat orqanı bu Qanunun 14.1-ci və 15.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 20 gündən gec olmayaraq daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və dövlət reyestrindən çıxarış verir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı müvafiq tələb ilə bağlı xx.xx.2021-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsi, 2 saylı evin, 94 saylı mənzilinə dair təqdim edilmiş Əzizbəyov (Xəzər) rayon XDS İK-nin xx.xx.1974-cü il tarixli 27 saylı qərarına əsasən verilmiş 126221 saylı xx.xx.1974-cü il tarixli order ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq Əzizbəyov (Xəzər) rayon XDS İK-nın xx.xx.1974-cü il 27 saylı qərarı ilə vətəndaş İddiaçı mənzil verilməsinin aşkar edilmədiyi bildirilmişdir. Qeyd olunan səbəblərə görə ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya xx.xx.2022-ci il tarixli, **********60 saylı cavab məktubu ünvanlanmışdır.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2023cü il tarixli **********68 nömrəli imtina məktubuna əsasən bildirilmişdir ki, qeyd olunan məsələ ilə bağlı müraciətinə **********60 nömrəli xx.xx.2023-cü il tarixli məktubla cavab verilmişdir.
8. Bakı şəhəri Əzizbəyov Rayon XDS İK-nin xx.xx.1974-cü il tarixi 126221 saylı orderinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsi, ev 2, 6cı blok, 6-cı mərtəbədə yerləşən, 2 otaqlı, yaşayış sahəsi 30.15 kv.m olan 94 saylı mənzil 3 nəfər (İddiaçı, Emin Kərimov, Lalə Niftəliyeva) ailə tərkibi ilə İddiaçı verilmişdir. Orderin verilməsinə əsas Əzizbəyov Rayon XDS İK-nın xx.xx.1974-cü il tarixli 27 nömrəli qərarı olmuşdur.
9. 5 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən veirlmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli xx.xx.2021-ci il tarixli arayışa əsasən ünvan 3 ünvanında xx.xx.1946-cı il təvəllüdlü İddiaçı, xx.xx.1952-ci il təvəllüdlü X4, 13.06.174-cü il təvəllüdlü X2, xx.xx.2002-ci il təvəllüdlü X5, xx.xx.1995-ci il təvəllüdlü X3, xx.xx.1999-cu il təvəllüdlü X6, xx.xx.1971-ci il təvəllüdlü X7 yaşayış yeri üzrə qeydiyyatdadırlar.
10. Notarial qaydada təsdiq edilmiş ərizələrə əsasən X2, X5, X3, X6, X7, X4 qeydiyyatda olduqları ünvan 4 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə və onu nadına çıxarış verilməsinə etiraz etmirlər.
11. Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısı tərəfindən iddiaçıya ünvanlanmış K-17-092 nömrəli xx.xx.2019-cu il tarixli məktuba əsasən iddiaçıya bildirilmişdir ki, Xəzər (Əzizbəyov) RİH Başçısı Aparatında saxlanılan sənədlərə əsasən, Əzizbəyov rayon XDS İK-nin xx.xx.1974-cü il tarixli 27 nömrəli qərarı ilə İddiaçı Bakı şəhəri, Buzovna qəsəbəsi, M.Sübhi küçəsi, ev 2, giriş qapısı 6, mərtəbə 6, yaşayış sahəsi 30.15 kv.m olan 2 otaqlı, 94 saylı mənzilinə xx.xx.1974-cü il tarixli 126221 nömrəli order verilmişdir. Orderə daxil edilmişdir: İddiaçı, Lalə Niftəliyeva, Emin Kərimov.
12. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş 5-12/2-1595/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən Bakı şəhəri Əzizbəyov rayon XDS İK-nin xx.xx.1974-cü il tarixli 126221 saylı orderinin surəti məhkəməyə təqdim edilmiş, Əzizbəyov rayon XDS İK-nin xx.xx.1974-cü il tarixli 27 nömrəl iqərarı isə Bakı şəhər İcra Hakimiyyətinin arxivinə təhvil verildiyindən məhkəməyə təqdim edilməsi mümkün olmamışdır.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
14. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
17. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
18. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
19. Belə ki, məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, mübahisəli mənzil İddiaçı ailə üzvləri ilə birlikdə Əzizbəyov rayon XDS İK-nin xx.xx.1974-cü il tarixli 27 nömrəli qərarı əsasında verilmiş Bakı şəhəri Əzizbəyov rayon XDS İK-nin xx.xx.1974-cü il tarixli 126221 saylı orderi əsasında ayrılmışdır. Sözügedən qərar və orderin geri çağırılmasına, ləğv edilməsinə, etibarsız sayılmasına və ya qüvvədən düşmüş hesab olunmasına dair hər hansı bir dəlil məhkəməyə təqdim edilməmiş, əksinə Bakı şəhəri Xəzər rayon Hakimiyyəti başçısı tərəfindən məhkəməyə və iddiaçıya təqdim edilmiş cavab məktublarına əsasən sözügedən mənzilin qeyd edilən qərar və orderə əsasən iddiaçıya ayrılması bir daha təsdiq edilmişdir. İddiaçı uzun illərdir ki, ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Onun sözügedən mənzilə dair hüquqları həmin tarixdən yaranmışdır.
20. Beləliklə göründüyü kimi, İddiaçı qanuni əsaslarla mübahisəli mənzilin sahibi və istifadəçisidir, həmin mənzilə dair onun adına hüquqmüəyyənedici sənədlər mövcuddur. Həmçinin, iddiaçının digər ailə üzvləri notarial qaydada razılıq ərizələri təqdim edərək mübahisəli mənzilin İddiaçı adına özəlləşdirilməsinə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə etiraz etmədiklərini bildirirlər.
21. Məhkəmə hesab edir ki, dövlət mənzil fondunda olan mübahisəli mənzil Bakı şəhəri Əzizbəyov rayon XDS İK-nin xx.xx.1974-cü il tarixli 126221 saylı orderi əsasında əsasında İddiaçı verildiyindən sonuncunun mübahisəli mənzili əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır.
22. Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
23. «İnsan Hüquqlarının və X1 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
24. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçəməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi əsas hesab edilir.
25. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir. Həmin Məcəllənin 5-ci maddəsinin 1-ci abzasına əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır.
26. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: - mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; - mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; - yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; - özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci abzasına əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən sonra iyirmi gün ərzində həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib həmin çıxarışı mənzilin mülkiyyətçisinə verir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir.
27. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 oktyabr 2010-cu il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.
28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 13. Etimad hüququnun qorunması prinsipi. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.
29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin (Hüquqların dövlət qeydiyyatından imtina) tələblərinə əsasən: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
30. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından iddiaçı sözügedən mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etməkdə haqlı olmuşdur.
31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
32. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
33. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
34. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
35. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğun təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsi, ev 2 ünvanında yerləşən 94 saylı mənzilə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva