Məhkəmə qərarları › İş №e-2-1(112)-1703/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1703/2025

19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1703/2025 19.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı "qərarların ləğv edilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" MMC (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş **********850800 saylı, 02 aprel 2024-cü il tarixli, **********768000 saylı, 24 aprel 2024-cü il tarixli, **********436700 saylı, 23 may 2024-cü il tarixli və **********876400 saylı, 21 iyun 2024-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh **********850800 saylı, 02 aprel 2024-cü il tarixli qərar əsasında 2024-cü il əlavə dəyər vergisi üzrə 9229,30 manat məbləğində, **********768000 saylı, 24 aprel 2024-cü il tarixli qərar əsasında 2023-cü il əlavə dəyər vergisi üzrə 26410,74 manat məbləğində, **********436700 saylı, 23 may 2024-cü il tarixli qərar əsasında 2023-cü il mənfəət vergisi üzrə 91942,83 manat məbləğində və **********876400 saylı, 21 iyun 2024-cü il tarixli qərar əsasında 2024-cü il əlavə dəyər vergisi üzrə 45061,40 manat məbləğində əsassız əlavə vergi hesablamışdır. Buna səbəb isə iddiaçının əməkdaşlıq etdiyi şirkətlərin riskli vergi ödəyicisi olması ilə bağlı olmuşdur. Lakin, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, **********377400 nömrəli qərarla, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, **********382600 nömrəli qərarla, "xxxx" MMC xx.xx.2024-cü il tarixli, **********487800 nömrəli qərarla riskli vergi ödəyicisi hesab olunmuşdur. İddiaçının həmin MMC-lər ilə həyata keçirilən xidmət tarixi isə müvafiq olaraq xx.xx.2024-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarlardan öncəki ilə, yəni 2023-cü il tarixə təsadüf edir. Belə ki, təqdim edilən elektron qaimələrdən də göründüyü kimi iddiaçı ilə həmin şirkətlər arasında 2023-cü ildə əməkdaşlıq olunmuş və xidmət göstərilmişdir. Həmin zaman isə həmin MMC-lər riskli vergi ödəyicisi olmamışdır. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etirazda göstərilmişdir ki, aparılmış araşdırma zamanı, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2023-cü il mənfəət vergisi bəyannaməsində 69599,00 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Həmçinin, əmtəəsiz əməliyyatlar çərçivəsində 2023-cü il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 371104,00 manat təqdim edilmiş 2023-cü il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Qeyd olunanlarla əlaqədar, vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********745300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövrlər üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktublarında qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2023-cü il mənfəət vergisi bəyannaməsində sənədlərlə təsdiq edilməyən xərclər və riskli qaimələr xərcdən silinərək 88140,75 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********436700 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. Eyni zamanda, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş qaimələr 2023-cü ilin avqust və 2024-cü ilin aprel ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində əvəzləşmə üçün təqdim edildiyindən kənarlaşma yaranmışdır. Qeyd olunanlarla əlaqədar, vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********686200 nömrəli və xx.xx.2024-cü il tarixli **********573500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmiş, müvafiq dövrlər üzrə dəqiqləşdirilmiş vergi bəyannamələri və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktublarında qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim olunmadığından riskli qaimələr əvəzləşmədən silinərək 2023-ci ilin avqust ayına 11379,64 manat, 2024-cü ilin aprel ayına 42255,71 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********768000 nömrəli və xx.xx.2024-cü il tarixli **********876400 nömrəli “Vergilərin hesablanması barədə” Qərarlar göndərilmişdir. Eyni zamanda qeyd edirik ki, Vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən e-qaimə fakturaların əlavə edilmiş siyahıda göstərilən dövrlər üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü (“Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrində bu növ e-qaimə fakturalar üzrə əvəzləşməsi bərpa edilən ƏDV məbləği nəzərə alınmaqla, 13179,74 manat ƏDV məbləğinin büdcəyə bərpa edilmədiyi müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar, vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********998500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktublarında qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2024cü ilin yanvar ayına 42255,71 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə 02 aprel 2024-cü il tarixli **********850800 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. İddiaçıya şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazı müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********850800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən iddiaçıya 13179,74 manat vergi borcu hesablanmışdır. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********436700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən iddiaçıya 88140,75 manat vergi borcu hesablanmışdır. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********768000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən iddiaçıya 11379,64 manat vergi borcu hesablanmışdır. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********876400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən iddiaçıya 42255,71 manat vergi borcu hesablanmışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış əldə edilmiş elektron qaimə fakturalar barədə xəbərdarlıq məktublarında göstərilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) xx.xx.2024 tarixli **********487800 nömrəli Qərara əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, Sizin həmin vergi ödəyicisindən əldə etdiyiniz ( xx.xx.2023 tarixli EBDM seriyalı 253057 nömrəli, xx.xx.2023 tarixli EBDM seriyalı 253010 nömrəli, xx.xx.2023 tarixli EBDM seriyalı 253063 nömrəli, xx.xx.2023 tarixli EBDL seriyalı 050352 nömrəli ) elektron qaimə-faktura (lar) əmtəəsiz və (vəya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan, Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. "SERPANOD 2006” Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) xx.xx.2024 tarixli **********377400 nömrəli Qərara əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, Sizin həmin vergi ödəyicisindən əldə etdiyiniz ( xx.xx.2023 tarixli EBDO seriyalı 887016 nömrəli) elektron qaimə-faktura (lar) Z əmtəəsiz və (vəya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan, Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. ’’TERFONDER LL” Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) xx.xx.2024 tarixli **********382600 nömrəli Qərara əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, Sizin həmin vergi ödəyicisindən əldə etdiyiniz ( xx.xx.2023 tarixli EBDM seriyalı 598358 nömrəli, xx.xx.2023 tarixli EBDM seriyalı 618847 nömrəli, xx.xx.2023 tarixli EBDL seriyalı 025960 nömrəli) elektron qaimə-faktura (lar) əmtəəsiz və (vəya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan, Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən tərəflər müvafiq malların alqı-satqısı ilə bağlı razılığa gəlmişlər. Həmin müqavilə əsasında təhvil-qəbul aktları və qiymət razılaşma protokolları imzalanmışdır. İddiaçı ilə "SERPANOD 2006” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən tərəflər müvafiq malların alqı-satqısı ilə bağlı razılığa gəlmişlər. Həmin müqavilə əsasında təhvil-qəbul aktları və qiymət razılaşma protokolları imzalanmışdır. İddiaçı ilə ’’TERFONDER LL” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən tərəflər müvafiq malların alqı-satqısı ilə bağlı razılığa gəlmişlər. Həmin müqavilə əsasında təhvil-qəbul aktları və qiymət razılaşma protokolları imzalanmışdır. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində cavabdehin **********850800 saylı, 02 aprel 2024-cü il tarixli, **********768000 saylı, 24 aprel 2024-cü il tarixli, **********436700 saylı, 23 may 2024-cü il tarixli və **********876400 saylı, 21 iyun 2024-cü il tarixli qərarının ləğvini xahiş edir. Həmin qərarla iddiaçıya əlavə vergi məbləği hesablanmış və iddiaçının hüquqları məhdudlaşdırılmışdır. Bu səbəbdən iddia mahiyyətcə mübahisələndirmə barədə iddiadır. İddiaçı xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etmişdir. Lakin, cavabdeh mübahisələndirilən qərarların iddiaçıya vaxtında təqdim edilməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmin qərarların iddiaçıya məxsus elektron sistemə göndərilməsi onların rəsmi təqdim edilməsi anlamına gəlmir. Belə ki, həmin qərarlar cavabdeh tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanmadığından elektro sənədlər üçün qanunla nəzərdə tutulmuş rekvizitlərə malik deyildir. Bu səbəbdən iddiaçı qərarların mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürməmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Vergi Məcəlləsində (bundan sonra – Vergi Məcəlləsi) göstərilmişdir ki, Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir (103.1.). Fiziki şəxs olmayan hər hansı xarici şəxs bu Məcəllənin 137-ci maddəsinə uyğun olaraq birgə sahibkarlıq fəaliyyətinin obyekti kimi baxılmalı olmadığını sübut etməyincə, bu fəsilin məqsədləri üçün ona müəssisə kimi baxılır (103.2.). Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir (104.1.). İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "SERPANOD 2006” Məhdud Məsuliyyətli Cəmiyyəti və ’’TERFONDER LL” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında aparılmış əməliyyatlar əmtəəsiz kimi qiymətlədirilərək 2023-cü il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə təqdim edilmiş 13179,74 manat, 88140,75 manat, 11379,64 manat və 42255,71 mana tməbləğlər xərc sənədi kimi nəzərə alınmayaraq kənarlaşma yaranmış, nəticədə iddiaçıya həmin məbləğlərdə əlavə əlavə vergi borcu hesablanmışdır. Vergi Məcəlləsində göstərilmişdir ki, bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir (108.1. ). Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir (109.9.). İddiaçının həmin hüqiqi və fiziki şəxslərləı apardığı əməliyyatlar nəticəsində əldə etmiş olduğu həmin malların şirkətlər və fərdi sahibkarların alışında müəyyən edilmədiyindən həmin hüquqi və fiziki şəxslər riskli vergi ödəyicisi siyahısına daxil edilmişlər. Vergi Məcəlləsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir(13.2.82.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nda göstərilmişdir ki, bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir (1.1). Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər (2.1.). Cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçının həmin hüquqi və fiziki şəxslərlə aparılmış əməliyyatlar çərçivəsində əldə etdiyi mallar həmin vergi ödəyicilərinin alışında müəyyən edilməmişdir. Bu səbəbdən cavabdeh belə hesab etmişdir ki, həmin əməliyyatlar əmtəəsiz əməliyyatlardır. Qeyd edilməlidir ki, yuxarıda qeyd edilən elektron qaimələr, alqı-satqı müqavilələri və alış aktları ilə müəyyən edilir ki, həmin vergi ödəyiciləri iddiaçı ilə aparılmış əməliyyatlardan sonra riskli vergi ödəyicisi siyahısına daxil edilmişlər. Yəni, iddiaçı həmin vergi ödəyiciləri ilə əməliyyat apararkən onların riskli vergi ödəyicisi siyahısına daxil ediləcəklərini qabaqcadan bilə bilməzdi. Həmin əməliyyatların riskli olmasına gəldikdə qeyd edilməlidir ki, həmin malların qeyd edilən vergi ödəyicilərinin alışında müəyyən edilməməsi iddiaçının həqiqətən onlarla əmtəəsiz əməliyyat aparması anlamına gələ bilməz. Belə ki, həmin vergi ödəyiciləri qeyd edilən malları qeyri-qanuni yolla əldə edərək iddiaçıya satmış ola bilərlər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********850800 saylı, 02 aprel 2024-cü il tarixli, **********768000 saylı, 24 aprel 2024-cü il tarixli, **********436700 saylı, 23 may 2024-cü il tarixli və **********876400 saylı, 21 iyun 2024-cü il tarixli qərarlar ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********850800 saylı, 02 aprel 2024-cü il tarixli, **********768000 saylı, 24 aprel 2024-cü il tarixli, **********436700 saylı, 23 may 2024-cü il tarixli və **********876400 saylı, 21 iyun 2024-cü il tarixli qərarlar ləğv edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar